Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-125/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı işi üzrə QƏRAR Açar sözlər: xxxx münasibətlərindən irəli gələn mübahisələr, bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxx, kredit xxxxsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC ilə cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il ## ##### tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxx bağlanmış və həmin xxxxyə dair 2023-cü il # ######## tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxxyə əsasən cavabdeh1 MMC-yə illik 15 faiz hesablanması şərti ilə 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC tərəfindən tərtib edilmiş 2024-cü il ## #### tarixli, **/***** nömrəli maliyyə arayışından görünür ki, cavabdeh1 MMC-nin İddiaçı ASC ilə cavabdeh1 MMC arasında bağlanmış 2022-ci il ## ##### tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxxyə dair ## ######## 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxx üzrə 40778,70 manat əsas, 2480,64 manat faiz və 74,35 manat cərimə borcu olmaqla, cəmi 43333,69 manat təşkil edir.
3. İddiaçı ASC ilə cavabdeh2 arasında imzalanmış 2023-cü il # ######## tarixli *****/*** nömrəli zaminlik xxxxsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə cavabdeh1 MMC arasında bağlanmış ## ##### 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxx və həmin xxxxyə dair 2023-cü il # ######## tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxx üzrə cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
4. İddiaçı ASC ilə cavabdeh3 arasında imzalanmış ## ######## 2023-cü il tarixli ******/*** nömrəli zaminlik xxxxsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə cavabdeh1 MMC arasında bağlanmış ## ##### 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxx və həmin xxxxyə dair 2023-cü il # ######## tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxx üzrə cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
5. İddiaçı ASC tərəfindən cavabdeh2 və cavabdeh1 MMC-yə göndərilmiş 2024-cü il # #### tarixli, **/***** nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
6. İddiaçı ASC tərəfindən cavabdeh3 göndərilmiş 2024-cü il # #### tarixli, **/***** nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 MMC-yə (bundan sonra – cavabdeh3, cavabdeh2, MMC, birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il ## ##### tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxxyə dair 2023-cü il # ######## tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxx üzrə 2024cü il # #### tarixə iddiaçıya olan 40778,70 manat əsas, 2480,64 manat faiz və 74,35 manat cərimə borcu olmaqla, cəmi 43333,69 manat borc və ödənilmiş 220 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış 2022-ci il ## ##### tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxxyə dair 2023-cü il # ######## tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxxyə (bundan sonra – “xxxx”) əsasən MMC-yə 24 ay müddətinə illik 15% olmaqla 50000 manat kredit verilmişdir. Əlavə olaraq iddiaçı ilə cavabdeh2 arasında 2023-cü il # ######## tarixli *****/*** saylı zaminlik xxxxsi bağlanmışdır. Zaminlik xxxxsində 2022ci il ## ##### tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxxyə dair 2022ci il ## ##### tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxxyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Bundan əlavə, iddiaçı ilə cavabdeh3 arasında 2023-cü il # ######## tarixli, *****/*** saylı zaminlik xxxxsi bağlanmışdır. Zaminlik xxxxsində 2022-ci il ## ##### tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxxyə dair ## ##### 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı xxxxyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində cavabdeh3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit xxxxsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən MMC hər ay ödəniş etməli olduğu halda, o, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda 2024-cü il ## #### tarixli maliyyə arayışına əsasən cavabdehlər kredit xxxxsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və iddiaçıya borcu cəmi 43333,69 manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il # ###### tarixli, */**** saylı ekspert rəyinə əsasən, iddiaçı ilə MMC arasında bağlanmış xxxxnin şərtləri üzrə 2024-cü il # #### və 2024-cü il ## #### tarixlərə (sualda soruşulan tarixlərə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: 2024-cü il # #### tarixə 40778,70 manat əsas borc, 2596,69 manat faiz borcu; 2024-cü il ## #### tarixə 40778,70 manat əsas borc, 3055,45 manat faiz borcu. Qeyd edilir ki, iş materiallarında 2022-ci il ## ##### tarixli, bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxxyə dair 2023-cü il # ######## tarixli kreditləşmənin xüsusi şərtlərinə dair *****/*** saylı kredit xxxxsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə cavabdeh1 MMC-yə cərimə hesablanmadır.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ##### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Axundova).
11. Məhkəmə qanunvericilik normalarını, xxxx şərtlərini, cavabdehlərin xxxx öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlərdən müştərək qaydada 40778,7 manat əsas borc, 2480,64 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
12. Belə ki, ekspert rəyinə əsasən, əsas borcun məbləği 40778,70 manat təşkil edir. Faiz borcu ilə bağlı hazırkı nəticəyə gələrkən MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmışdır.
13. Iddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 74,35 manat cərimə borcunun tutulması təşkil edir.
14. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı xxxx şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
15. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 74,35 manat tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386, 739, 442, 443.1, 448.1, 462.1, 465.2, 467, 470, 472ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, verilmiş iddia tələbinin ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
b)Apellyasiya instansiya məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova, L.Əliyeva).
19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq tələb edilən borcun düzgün hesablanmadığı arqumenti ilə bağlı qeyd etmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər.
20. Cavabdeh cavabdeh3 şikayətin dəlillərində xxxxlərin onun tərəfindən imzlanmadığını, bu səbəbdən xxxxlərin onunla əlaqəsi olmadığını bildirmişdir.
21. Bununla bağlı kollegiya qeyd etmişdir ki, zaminlik xxxxsi və iddiaçı ilə MMC arasında bağlanmış 2022-ci il ## ##### tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi xxxx MMC-nin səlahiyyətli şəxsi cavabdeh3 məxsus (etibarlıdır statusunda olan) elektron imza ilə imzalanmışdır.
22. Məhkəmə kollegiyası cavabdeh cavabdeh3 vergi ödəyicisi kimi uçotunun olmadığı halda iddiaya kommersiya mübahisəsi kimi baxılması dəlilinə münasibətdə qeyd etmişdir ki, işin hallarına əsasən, kredit xxxxsi iddiaçı hüquqi şəxs olan MMC (VÖEN **********) arasında bağlanmış, kreditin təyinatı dövriyyə və əsas vəsaitin artırılması olmuşdur. Göründüyü kimi, hazırkı mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan kommersiya məhkəməsində baxılmalıdır.
23. Məhkəmə gəldiyi nəticəni MM-in 385, 386.1, 425, 442, 448.1, 467, 472, 500.1, 739.1-ci, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2, 3.5-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
25. MM-in 337, 467-ci maddələri üzrə - cavabdeh cavabdeh3 apellyasiya şikayətində mübahisəli kredit xxxxsini imzalamadığını və krediti götürmədiyini bildirmiş, bu halın yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini tələb etmişdir. Lakin apellyasiya məhkəməsi həmin dəlilə münasibət bildirməmiş və ekspertiza təyin etməmişdir. Halbuki bu halın yeganə sübutetmə vasitəsi ekspertiza olduğundan, onun keçirilməməsi tərəflərin bərabərliyi prinsipinin pozulmasına və işin natamam araşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən, tərəflər arasında etibarlı xxxxnin mövcudluğu yoxlanılmadan maddi hüquq normalarının tətbiqi mümkün deyildir. Cavabdeh xxxxni imzaladığını inkar etdiyi halda, ondan əsas borcun, xüsusilə də dəbbə pulunun tutulması qanunsuzdur. Göstərilən pozuntulara görə qətnamə ləğv edilməli və iş həmin halların dəqiqləşdirilməsi üçün yenidən apellyasiya instansiyasına qaytarılmalıdır.
26. MPM-in 269-cu maddəsi və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsi üzrə - cavabdeh tərəfindən birinci instansiyada verilmiş məhkəmə aidiyyəti ilə bağlı şikayətə məhkəmə tərəfindən qiymət verilməmiş, bu hal apellyasiya şikayətində göstərilsə də apellyasiya instansiyası tərəfindən də araşdırılmamışdır. Bu isə prosessual hüquq normalarının kobud pozuntusudur, çünki məhkəmə həmin şikayətə ilkin olaraq hüquqi qiymət verməli idi. Eyni zamanda, qanunun tələbinə əsasən ekspert təqdim olunan materialları tam və hərtərəfli araşdıraraq əsaslandırılmış və obyektiv rəy verməlidir. Lakin iş üzrə ekspertiza səthi aparılmış, cavabdehin iştirakı təmin edilməmiş, məhkəmə isə heç bir əsas olmadan əlavə və ya təkrar ekspertiza təyin etməmişdir. Bu səbəbdən iş üzrə hallar tam müəyyən edilməmiş, xüsusilə iddia tələbinin düzgün hesablanması araşdırılmamışdır.
27. Göstərilən pozuntular nəzərə alınaraq, iş üzrə təkrar ekspertiza təyin edilməli və iş yenidən araşdırılmalıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
29. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında xxxx olmalıdır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər xxxxnin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və xxxxnin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və xxxx ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması
Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 472. Zaminin məsuliyyəti
472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik xxxxsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik xxxxsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik xxxxsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. ...”
“Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. ...”
“Maddə 739. Borc xxxxsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc xxxxsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. ...”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdeh cavabdeh3 etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır. Apellyasiya məhkəməsi isə kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
35. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, borcalan MMC kredit xxxxsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu xxxx ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da xxxxnin şərtlərini pozmuşdur. Cavabdeh cavabdeh3 zaminlik xxxxsi ilə bank qarşısında həmin öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda isə kassasiya şikayəti verən cavabdeh3 istinad etdiyi hallar ilə bağlı mötəbər sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməmiş, iddiaçı tərəfindən isə istinad olunan hallara dair müvafiq sübutlar təqdim edilmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.
36. Bununla bağlı kollegiya bildirir ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
37. Bundan başqa, kassatorun “məhkəmə tərəfindən ekspertizaların təyin edilməməsinə dair” dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş üzrə ekspertizanın (həmçinin təkrar və ya əlavə ekspertizanın) təyin edilməsi MPM-in 97.1 və 102.3-cü maddələrinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr növbəti dəfə ekspertiza təyin etməməklə sözügedən hüququndan istifadə etməmişlər. Kollegiyanın qənaətinə görə, məhkəmə yenidən ekspertizanın keçirilməsinə lüzum görməmiş və bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
38. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
39. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.
40. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.