Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-135/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçılar Məmmədov İlham Almas oğlu və iddiaçı1 İlqar oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar Məmmədov İlham Almas oğlu və iddiaçı1 İlqar oğlunun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. iddiaçı1 İlqar oğlu və Cavabdeh MMC arasında bağlanmış 2021-ci il # ###### tarixli borc müqaviləsi ilə borc verən iddiaçı1 İlqar oğlu 500.000 manat pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2025-ci il ## ###### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
2. 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə ümumilikdə 680.000 manat (400.000 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
3. Məmmədov İlham Almas oğlu və Cavabdeh MMC arasında bağlanmış 2021-ci il # ###### tarixli borc müqaviləsi ilə borc verən Məmmədov İlham Almas oğlu 500.000 manat pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2024-cü il # ###### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
4. 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə ümumilikdə 935.000 manat (550.000 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
5. iddiaçı1 İlqar oğlu və Cavabdeh MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli borc müqaviləsi ilə borc verən iddiaçı1 İlqar oğlu 170.000 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il ## ###### tarixinə olan ABŞ Dolları məzənnəsi 1,70 manat olmaqla 100.000 ABŞ dolları ekvivalentində) pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2024-cü il ## #### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
6. 2023-cü il ## ###### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
7. Məmmədov İlham Almas oğlu və Cavabdeh MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli borc müqaviləsi ilə borc verən Məmmədov İlham Almas oğlu 170.000 manat pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2024-cü il ## #### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
8. 2023-cü il ## ###### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
9. iddiaçı1 İlqar oğlu və Cavabdeh MMC arasında bağlanmış 2024-cü il ## #### tarixli borc müqaviləsi ilə borc verən iddiaçı1 İlqar oğlu 170.000 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dolları məzənnəsi 1,70 manat olmaqla 100.000 ABŞ dolları ekvivalentində) pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2025-ci il ## #### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
10. 2024-cü il ## #### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
11. Məmmədov İlham Almas oğlu və Cavabdeh MMC arasında bağlanmış 2024-cü il ## #### tarixli borc müqaviləsi ilə borc verən Məmmədov İlham Almas oğlu 170.000 manat pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2025-ci il ## #### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
12. 2024-cü il ## #### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə 170.000 manat (100.000 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
13. iddiaçı1 İlqar oğlu və Cavabdeh MMC arasında bağlanmış 2024-cü il ## ###### tarixli borc müqaviləsi ilə borc verən iddiaçı1 İlqar oğlu 157.231,64 manat (Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dolları məzənnəsi 1,70 manat olmaqla 92.489,20 ABŞ dolları ekvivalentində) pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2025-ci il ## ###### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
14. 2024-cü il ## ###### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə 157.231,64 manat (92.489,20 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
15. Məmmədov İlham Almas oğlu və Cavabdeh MMC arasında bağlanmış 2024-cü il ## ###### tarixli borc müqaviləsi ilə borc verən Məmmədov İlham Almas oğlu 69.954 ABŞ dolları (yəni 118.921,80 manat) pul vəsaitinin mülkiyyət hüququnu borc alana verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2025-ci il ## ###### tarixinədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.
16. 2024-cü il ## ###### tarixli borc müqaviləsi üzrə Cavabdeh MMC-yə 118.921,80 manat (69.954 ABŞ dolları) vəsait ödənilmişdir (ödəniş tapşırıqları).
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçılar Məmmədov İlham Almas oğlu və iddiaçı1 İlqar oğlu (bundan sonra birlikdə-“iddiaçılar”, ayrı-ayrılıqda müvafiq olaraq-“İ,Məmmədov”, “iddiaçı1”) iddia ərizəsi ilə Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 2.511.102 ABŞ dolları və 30.459 manat pulun tutularaq İ.Məmmədova, 933.069 ABŞ dolları və 544.604 manat pulun tutularaq iddiaçı1 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət 2002-ci il ## ###### tarixində təsis edilərək dövlət qeydiyyatına alınmışdır. 2010-cu il # ###### tarixindən 2025-ci il ## ###### tarixinədək İ.Məmmədov tərəfindən cavabdehə borc olaraq ümumilikdə 2.511.102 ABŞ dolları və 30.459 manat, iddiaçı1 tərəfindən isə 933.069 ABŞ dolları və 544.604 manat pul vəsaiti verilmişdir. Cavabdehdən borc məbləği tələb olunmasına baxmayaraq, həmin borc məbləği üzrə heç bir ödəniş edilməmişdir.
19. İddiaçılar daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.388.275 ABŞ dolları və 459 manat pulun tutularaq İ.Məmmədova, 1.073.069 ABŞ dolları və 374.604 manat pulun tutularaq iddiaçı1 ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər.
20. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb olunmuşdur.
21. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələblərini qəbul etdikləri bildirərək qeyd etmişdir ki, yazılı borc müqavilələri üzrə İ.Məmmədov tərəfindən 819.954 ABŞ dolları, iddiaçı1 tərəfindən isə 692.489,20 ABŞ dolları vəsait köçürmə yolu ilə cavabdehə verilmişdir. Qalan tələb edilən borclar isə 2010-cu ildən 2021-ci il tarixinədək olan dövrdə şifahi borc müqavilələri əsasında cavabdehə nağd qaydada ödənilmişdir. Həmin ödənişləri təsdiq edən hər hansı yazılı sübut olmasa da, işin materiallarda olan mütəxəssis rəyi ilə həmin borcların cavabdehə verildiyi öz təsdiqini tapmışdır.
22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəməyə təqdim olunan dörd ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Belə formada müqavilə təkcə 2021- 2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu həqiqətən bir tərəfin digər tərəfə borc verdiyini təsdiq etmir. Müqavilənin mötəbərliyi sübut olunmaq üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Başqa sözlə notarial qaydada təsdiqlənməmiş borc müqaviləsi mötəbər sübut deyil və əsli ilə eyniləşdirilməsi imkanı mövcud deyil. Məhkəməyə sübut qismində təqdim olunan ekspert rəyi və ona qoşulmuş sənədlərin isə mənbəyi naməlum olduğundan, eləcə qanunla belə bir borcun verilməsini sübut edən sənəd qismində çıxış etməsi nəzərdə tutulmadığından borcun verilməsi faktını təsdiq edə bilməz. Ekspert rəyinə əlavə edilmiş cədvəl də mötəbər sübut kimi nəzərə alına bilməz. Belə ki, həmin cədvəldəki məlumatlar qanunla nəzərdə tutulan formaya uyğun olaraq ilkin uçot sənədləri ilə təsdiqini tapmalıdır. Eyni zamanda, bu cədvəldə əks etdirilmiş məlumatların mötəbərliyi təsdiq olunarsa belə, bu ödənişlərin böyük hissəsi iddiaçılar və cavabdeh arasında bağlanmış borc müqaviləsindən, 2021- 2024-cü illərdən əvvəl icra edildiyindən borcun verilməsi faktını təsdiq edə bilməz. Bu halda borcun verilməsi yalnız banka verilən və üzərində təyinatı göstərilən ödəniş tapşırıqları ilə sübut oluna bilərdi. İddiaçı isə məhkəməyə belə bir sübut təqdim etməmişdir. Hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanlarının qanuni mənafeyinə ziddir və iddiaçı tərəfindən belə iddianın qaldırılması nəticədə cavabdehin vergi öhdəliklərinin icrasından yayınmasına şərait yaradacaqdır.
23. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 819.954 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 1.486,96 dövlət rüsumunun tutularaq iddiaçı İ.Məmmədova ödənilməsi, cavabdehdən 692.489,20 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 1.378,62 manat dövlət rüsumunun tutularaq iddiaçı iddiaçı1 İlqar oğluna ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim Ü.Həsənova).
24. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı1lə cavabdeh arasında 2021-ci il # ###### tarixində, 2023-cü il ## ###### tarixində, 2024cü il ## #### tarixində, 2024-cü il ## ###### tarixində borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 692489,20 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmişdir. Həmin müqavilələr üzrə iddiaçı1 tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır. Bu səbəbdən iddiaçı1 hazırda göstərilən vəsaiti tələb etməklə haqlı olmuşdur.
25. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı İ.Məmmədovla cavabdeh arasında 2021-ci il # ###### tarixində, 2023-cü il ## ###### tarixində, 2024-cü il ## #### tarixində, 2024-cü il ## ###### tarixində borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 819.954 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmişdir. Həmin müqavilələr üzrə İ.Məmmədov tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, İ.Məmmədov da hazırda göstərilən vəsaiti tələb etməklə haqlı olmuşdur.
26. Məhkəmə iddiaçı1 iddia tələbini qalan 380.579,80 ABŞ dolları, 374.604 manat pulun, İ.Məmmədovun iddia tələbini isə qalan 1.568.321 ABŞ dolları, 459 manat pulun geri qaytarılması hissəsində əsassız hesab etmişdir. Belə ki, iddiaçılar iddia ərizəsində göstərilən vəsaitlərin də cavabdehə təqdim olunduğunu göstərsələr də, məhkəməyə həmin vəsaitlərin cavabdehə təqdim edildiyini, sonuncunun hesabına daxil olduğu təsdiq edən hər hansı sübut təqdim etməmişlər.
27. İddiaçılar bununla bağlı yalnız “xxxx” MMC-nin 2022-ci il ## ###### tarixli H- ***/** nömrəli mütəxəssis rəyini təqdim etmişlər. Lakin həmin rəy iddiaçı1 tərəfindən cavabdehə 380.579,80 ABŞ dolları və 374.604 manat pulun, İ.Məmmədov tərəfindən cavabdehə 1.568.321 ABŞ dolları və 459 manat pulun verildiyini təsdiq edən mötəbər və təkzibedilməz sübut qismində qəbul oluna bilməz. Belə ki, həmin rəydə göstərilən məbləğlər cavabdeh tərəfindən müxtəlif şəxslərə ödənilmiş vəsaitlərlə bağlı tərtib olunmuş kassa məxaric orderlərində göstərilmiş məbləğlər nəzərə alınmaqla müəyyən edilmişdir.
28. Materiallarda olan rəydəki fotoşəkillərdən (c.1, i.v. 116- 146) görünür ki, həmin kassa məxaric orderlərində göstərilmiş vəsaitlər cavabdeh MMC tərəfindən ödənilmiş, həmin vəsaitlərin iddiaçılar tərəfindən təqdim olunması isə müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələblərinin göstərilən vəsaitlərin tutulması hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 399.1, 442, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddianın təmin olunduğu hissədə ləğv edilərək, iddianın tam rədd olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim T.Mahmudova, hakimlər S.Cəfərov və L.Əliyeva).
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddianın təmin olunmasına etiraz etməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə iddiaya etiraz edərək təsisçilərin şirkətə qoyduğu pulun borc yox, kapital kimi olduğunu və bu zaman həmin vəsaitlərin geri qaytarılmasının dividend vergisinin yaranmasına səbəb olduğunu irəli sürmüşdür.
33. İddiaçı R. Əliyevlə cavabdeh arasında 2021-ci il # ###### tarixində, 2023-cü il ## ###### tarixində, 2024-cü il ## #### tarixində, 2024-cü il ## ###### tarixində borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə iddiaçı1 tərəfindən cavabdehə ümumilikdə 692.489,20 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim olunmuşdur. Eyni zamanda İ.Məmmədovla cavabdeh arasında 2021-ci il # ###### tarixində, 2023-cü il ## ###### tarixində, 2024-cü il ## #### tarixində, 2024-cü il ## ###### tarixində borc müqavilələri bağlanmış, həmin müqavilələr üzrə İ.Məmmədov tərəfindən cavabdehə ümumilikdə 819.954 ABŞ dolları məbləğində vəsait nağdsız qaydada təqdim edilmişdir. Həmin müqavilələr üzrə iddiaçılar tərəfindən verilmiş borclar hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmamışdır.
34. Belə ki, iddiaçı1 cavabdehə iş materiallarına əlavə edilmiş 2021-ci il # ###### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə 150.000 ABŞ dolları, 2021-ci il # #### tarixli ödəniş tapşırığına əsasən 75.000 ABŞ dolları, 2021ci il ## #### tarixli ödəniş tapşırığına əsasən 75.000 ABŞ dolları, 2022-ci il ## ### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, 2023-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, 2024-cü il ## #### tarixli ödəniş tapşırığına əsasən 2024-cü il ## #### tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, 2024-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən 2024-cü il ## #### tarixli borc müqaviləsi üzrə 92.489,20 ABŞ dolları vəsait ödəmişdir.
35. Eyni zamanda, İ.Məmmədov cavabdehə iş materiallarına əlavə edilmiş 2024-cü il ## #### tarixli ödəniş tapşırığına əsasən 2024-cü il ## #### tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, 2023-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən 2023-cü il ## ###### tarixli borc müqaviləsi üzrə 100.000 ABŞ dolları, 2021-ci il # ###### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə 150.000 ABŞ dolları, 2021-ci il # #### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə 75.000 ABŞ dolları, 2022-ci il ## ##### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə 250.000 ABŞ dolları, 2021-ci il ## #### tarixli ödəniş tapşırığına əsasən 2021-ci il # ###### tarixli borc müqaviləsi üzrə 75.000 ABŞ dolları, 2024-cü il ## ###### tarixli ödəniş tapşırığına əsasən 2024-cü il ## ###### tarixli borc müqaviləsi üzrə 69.954 ABŞ dolları pul vəsaiti ödəmişdir.
36. Apellyatorun apellyasiya şikayətinin dəlilləri yuxarıda sadalanan sənədlərlə təkzib olunmuş və cavabdehin təsisçi ilə arasında borc münasibətləri yaradaraq gələcəkdə müəssisənin vergidən yayınmaq məqsədi daşıması arqumenti isə hər hansı sübuta əsaslanmamışdır. Belə ki, tərəflər arasında mülki hüquqi müqavilə mövcuddur və tərəflər öhdəliyi qəbul edir, vəsaitin bank vasitəsilə köçürülməsi faktı da vəsaitin real olaraq verildiyini təsdiq edir. Həmçinin nağdsız köçürülmüş pul vəsaitlərinin ödəniş təyinatında “borc müqaviləsi üzrə” qeyd olunmuşdur, bu da vəsaitin xarakterini müəyyən etmişdir. Eyni zamanda, vəsait nizamnamə kapitalına artım kimi yönəldilsə idi, bu MMCnin nizamnaməsində
37. dəyişiklik olunmasını və dövlət qeydiyyatına alınmasını tələb edir, hazırkı işdə isə həmin hallar müəyyən olunmamışdır.
38. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi sadə yazılı formada bağlana bilər, qanunvericilik təsisçi ilə MMC arasındakı borc müqaviləsinin mütləq notarial qaydada təsdiqini tələb etmir.
39. Kollegiya apellyasiya şikayətinin müqavilənin uzunmüddətli bağlanmasının müqavilənin etibarsız olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin “müqavilə azadlığı” prinsipinə əsasən tərəflər borcun müddətini və şərtlərini özləri müəyyənləşdirir və bununla bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Mülki dövriyyə iştirakçılarının iradə sərbəstliyinə, müqavilənin xarakterinə müdaxilə yolverilməzdir.
40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.4, 324.5, 329.1, 385.1, 399.1, 442, 739.1 və 739.2-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
42. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi, Vergi Məcəlləsinin 16.1.1-ci və 122.1-ci maddələri üzrə -məhkəmə tərəfindən işə baxılarkən və yekun qərar qəbul edilərkən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamış və nəticədə tərəflərin vergidən yayınmasına şərait yaranmışdır. Belə ki, cavabdehin 2020-2024-cü illər üzrə təqdim etdiyi mənfəət vergisi bəyannamələri ilə müəssisənin kifayət qədər yüksək məbləğlərdə mənfəət əldə etdiyi və bu mənfəətdən vergini ödədikdən sonra böyük məbləğdə sərbəst mənfəətinin qaldığı müəyyən olunur. Müəssisənin özünün kifayət qədər maliyyə vəsaitləri olduğu halda təsisçisindən borc alması iqtisadi məntiqə uyğun deyil. Bu da borc münasibətlərinin reallığını şübhə altına alan hallardan biridir. Həmçinin müəssisənin kifayət qədər yüksək məbləğdə sərbəst mənfəəti olduğu halda, iddia olunan borcu qaytarmaması, yaxud qaytara bilməməsi, həmçinin təsisçinin məhkəməyə müraciət edərək borcun məcburi qaydada alınmasını tələb etməsi iqtisadi və hüquqi məntiqə uyğun deyildir.
43. Məhkəməyə borcun verilməsinin sübutu qismində təqdim olunan iki ədəd müqavilə sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Belə formada müqavilə təkcə 2021- 2024-cü il üçün deyil, istənilən illər üçün tərtib edilərək imzalana bilər. Lakin bu həqiqətən bir tərəfin digər tərəfə borc verdiyini təsdiq etmir. Müqavilənin mötəbərliyinin şübhə yaratmaması üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Həmçinin, hazırkı məhkəmə işi üzrə iddia tələbinin təmin edilməsi vergi orqanının qanuni mənafeyinə ziddir və iddiaçılar tərəfindən belə iddianın qaldırılması nəticədə təsisçisi olduqları cavabdeh müəssisənin vergi öhdəliklərinin icrasından yayınmağa yönəlmişdir. Qeyd edilən hallar müvafiq vəsaitlərin borc məbləği kimi deyil, müəssisənin faktiki olaraq nizamnamə kapitalı kimi hərəkət etdiyini deməyə əsas verir. Belə olan halda isə təsisçilərin şirkətə qoyduğu pul borc yox, kapital kimi qəbul oluna bilər və bu zaman həmin vəsaitlərin geri qaytarılması dividend kimi qiymətləndirilə bilər.
44. MPM-in 14 və 88-ci maddələri üzrə - iddia qismən təmin edilərkən istinad olunan sübutların, yəni borc müqavilələri və bank ödənişlərinə dair sənədlərin məzmunu obyektiv mənbələr vasitəsilə yoxlanılmamış və onların həqiqiliyinin müəyyən olunması ilə bağlı vəzifələr icra edilməmişdir. Belə ki, məhkəməyə təqdim olunan dörd ədəd borc müqaviləsi sadəcə tərəflərin imzası ilə təsdiqlənmişdir. Belə formada müqavilə təkcə 2021-2024-cü il üçün deyil, istənilən illər üçün keçmiş tarixlə tərtib edilərək imzalana bilər. Lakin bu həqiqətən bir tərəfin digər tərəfə borc verdiyini təsdiq etmir. Müqavilənin mötəbərliliyinin sübut olunması üçün həmin müqavilə notarial qaydada təsdiqlənməli idi. Başqa sözlə notarial qaydada təsdiqlənməmiş borc müqaviləsinin mötəbərliyi digər vasitələr hesabına təsdiq olunmalı idi. Eyni zamanda, məhkəməyə təqdim olunan bank ödənişlərinə dair sənədlərin həqiqiliyi, həmin sənədlərdə qeyd olunan rekvizitlərin və qeydlərin düzgünlüyü ilə bağlı müvafiq banka sorğular verilərək dəqiqləşmələr aparılmamış, ödənişin edildiyi bank hesablarından çıxarışlar əldə olunaraq üzləşdirilməmişdir.
45. Bununla yanaşı, işə baxan məhkəmələr Dövlət Vergi Xidməti tərəfindən verilmiş etirazın, apellyasiya şikayətinin dəlillərini, istinad olunan qanunvericilik aktlarını, habelə etiraza əlavə edilmiş sübutları tam və hərtərəfli araşdırmadan və qiymətləndirmədən iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq olunmaması son nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
47. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
52. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
53. Məhkəmə kollegiyası vergitutma məsələlərinin hazırki iddianın predmetini təşkil etməməsini nəzərə kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr, ödəniş tapşırıqları əsasında iddiaçı1 tərəfindən cavabdehə ümumilikdə 692.489,20 ABŞ dolları məbləğində vəsaitin nağdsız qaydada təqdim edildiyi, İ.Məmmədov tərəfindən isə cavabdehə ümumilikdə 819.954 ABŞ dolları məbləğində vəsaitin nağdsız qaydada təqdim edildiyi, həmin müqavilələr üzrə verilmiş borcların hazırkı günədək cavabdeh tərəfindən geri qaytarılmadığı işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir.
54. Kassasiya şikayətində həmin müqavilələrin və ödəniş tapşırıqlarının mötəbərliyi mübahisələndirilsə də, işə mahiyyəti üzrə baxılarkən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldikləri nəticə tərəflərin bağladıqları müqavilə şərtlərinə uyğun olmuş, mülki qanunvericiliyin hər hansı normasının pozuntusuna yol verilməmişdir.
55. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
56. Borc müqavilələrinin notarial qaydada təsdiq edilməli olması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, MM-də borc müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən edən xüsusi norma mövcud deyil.
57. Kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı qeyd edilir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM, 407.2).
58. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.