Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-146/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “X1 Naklikat, Petrol, Petrol Ürünləri,Yedek Parça, Gübre,Telekomüniasyon Ithalat ve Ihracat LTD”Şirkətinin cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşıma müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “X1 Naklikat, Petrol, Petrol Ürünləri, Yedek Parça, Gübre, Telekomüniasyon Ithalat ve Ihracat LTD” Şirkətinin cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “X1 Nakliyyat Petrol, Petrol Ürünleri, Yedek Parça, Gübre, Telekomünikasyon Ithalat ve Ihracat LTD” Şirkəti ilə cavabdeh2 MMC arasında imzalanmış ## ##### 2020-ci il tarixli, ***-**** saylı “X2” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən "Yük göndərən" yüklərin daşınması xidmətini istənilən yazılı vasitə (e-mail, sms, rəsmi məktub, faks və s.) ilə sifariş edir, "Daşıyıcı" isə müvafiq yükün avtomobil yolu ilə beynəlxalq daşınmasını, daşınma ilə əlaqədar məsələlərin həllini və Müştərinin sifarişdə göstərdiyi yerə çatdırılmasını öhdəsinə götürür. Həmin müqaviləyə 2022-ci il # ##### tarixli Əlavə Razılaşma №*-ə əsasən müqavilənin müddəti 2023-cü il # ##### tarixədək uzadılmışdır.
2. CMR və X3 görünür ki, 2020-2022-ci illər ərzində Istanbul-Bakı, Manisa-Bakı, Izmir- Bakı, Kayseri-Bakı istiqamətləri üzrə daşıyıcı tərəfindən yük göndərənə mal daşımaları xidməti həyata keçirilmişdir.
3. Yük göndərən (cavabdeh2 MMC) tərəfindən daşıyıcının (“X1 Nakliyyat Petrol, Petrol Ürünleri, Yedek Parça, Gübre, Telekomünikasyon Ithalat ve Ihracat LTD” Şirkəti) hesabına ##.##.2020-ci il-##.##.2022-ci il tarixləri aralığında müxtəlif məbləğlərdə ödənişlər edilmişdir.
4. Daşıyıcı ilə yükgöndərən arasında bağlanmış ## ###### 2023-cü il tarixli Razılaşma Sazişində tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1. “Tərəflər təsdiq edir ki, bu sazişin imzalandığı tarixə ## ##### 2020-ci il tarixli ***-**** saylı “X2”nin icrası ilə əlaqədar yük göndərənin daşıyıcıya yaranmış qalıq borc məbləği 314 000.00 (üç yüz on dörd min) ABŞ dolları təşkil edir. 2. Yükgöndərən bu Sazişin 1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə Daşıyıcıya ödəyəcəkdir: 2.1. ## #### 2023-cu il tarixədək 14 000 (on dörd min ABŞ dolları); 2.2. ## #### 2023-cu il tarixədək 30.000 (otuz min ABŞ dolları): 2.3. ## ######## 2023-cu il tarixədək 30 000 (otuz min ABŞ dolları); 2.4. ## ###### 2023-cu il tarixədək 30 000 (otuz min ABŞ dolları); 2.5. ## #### 2024-cu il tarixədək 30 000 (otuz min ABŞ dolları); 2.6. ## #### 2024-cu il tarixədək 60 000 (altmış min ABŞ dolları); 2.7. ## ######## 2024-cu il tarixədək 60 000 (altmış min ABŞ dolları); 2.8. ## ###### 2024-cu il tarixədək 60 000 (altmış min ABŞ dolları)”. Saziş hər iki tərəfin səlahiyyətli şəxslərinin imzaları və möhürləri ilə təsdiq edilmişdir.
5. cavabdeh2 MMC tərəfindən “X1 Nakliyyat Petrol, Petrol Ürünleri, Yedek Parça, Gübre, Telekomünikasyon Ithalat ve Ihracat LTD” Şirkətinə ## ##### 2023-cü il tarixli ödəniş qəbzinə əsasən 3000 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. Iddiaçı “X1 Naklikat, Petrol, Petrol Ürünləri, Yedek Parça, Gübre, Telekomüniasyon Ithalat ve Ihracat LTD” Şirkəti ( bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 MMC-yə ( bundan sonra- birlikdə “cavabdehlər””) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdehlə bağlanmış ## ###### 2023-cü il tarixli "Razılaşma sazişi’nə əsasən iddiaçıya yüklərin daşınmasına görə ödənilməli olan 311.000 ABŞ dolları (rəsmi məzənnə ilə 528.700 manat) məbləğində pulun, bu məbləğdən qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının 2023 və 2024-cü illər üçün müəyyənləşdirdiyi bank uçot dərəcəsi nəzərə alınmaqla 76.660 manat məbləğində vəsaitin, ümumilikdə 605.360 manat pulun və ödənilmiş 830 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, 1-ci cavabdeh tərəfindən daşınması sifariş edilən bütün mallar və digər aksessuarlar Türkiyədən Azərbaycana gətirilmiş və burada onlara təhvil verilmiş, daşınma ilə bağlı elektron qaimələr təqdim edilmiş və ya ünvanlarına göndərilmişdir. 1-ci cavabdeh ## ##### 2020-ci il tarixli “X2”ni bağladıqdan bir müddət sonra Gürcüstan Respublikasında fəaliyyət göstərən “xxxx” adlı şirkətlə razılaşma əldə etməklə bu şirkətin Azərbaycan Respublikasındakı təmsilçisi cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)ilə sazış bağlayaraq (o zaman hər iki hüquqi şəxsin direktoru Lado Jobava adlı gürcü idi) şirkətin 35 faiz pay haqqını MMC-yə satmışdır. Bu sazişə əsasən MMC aldığı paylara uyğun olaraq cavabdehin üzərinə düşən vəzifələri yerinə yetirməyi və öhdəlikləri icra etməyi öz üzərinə götürmüşdür. Bir məsələni də vurğulamaq lazımdır ki, ## ###### 2023-cü il tarixində digər cavabdeh yükgöndərən MMC ilə daşıyıcı “xxxx” LTD Şirkəti arasında yeni “X2” bağlandıqdan sonra hər üç şirkətin nümayəndələri arasında görüş keçirilmiş və həmin görüş zamanı MMC-ni təmsil edənlər cavabdehin həmin günə qədər olan borclarını da bağlamaq vəzfəsini öz üzərlərinə götürmüşlər. Lakin “Razılaşma sazişi”nin bağlanmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq nəzərdə tutulan müddət ərzində cavabdeh tərəfindən yığılan borcdan “xxxx” LTD Şirkətinə bir manat da olsun ödəniş edilməmiş və 314.000 (üç yüz on dörd min) ABŞ dolları (rəsmi məzənnə ilə 533.800 manat) məbləğində olan borc bu günə kimi qalmaqdadır. Bu məsələ ilə bağlı dəfələrlə cavabdeh və MMC- yə borcun ödənilməsi ilə əlaqədar pretenziya məktubları göndərilsə də heç bir nəticə əldə olunmamışdır. Cavabdeh bağlanmış müqavilənin tələblərinə əməl etmədiyinə və açıq aşkar şəkildə hüquqlardan sui istifadə etdiyinə görə iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Buna görə də cavabdehdən borcun məhkəmə qaydasında tutulacağı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun olaraq ödəniləsi məbləğə uyğun faiz tutulmalıdır.
8. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə hüquqlarını müdafiə etdiyi cavabdeh ilə iddiaçı arasında bağlanmış daşınma müqaviləsinin mövcudluğu inkar edilmir. Lakin iddiaçının hesabladığı borc məbləği tamamilə əsassızdır. Belə ki, daşınma müqaviləsi üzrə cavabdeh cavabdeh ilə iddiaçı arasında müqavilənin olması iddiaçının cavabdehə həmin xidmətin göstərildiyini təstiq edən fakt deyil. Bağlanmış müqavilə xidmətin göstərildiyi anlamına gəlmədiyi üçün, iş materiallarına iddiaçının xidməti göstərməsini təstiq edən sübutlar təqdim edə bilməməsi də onu göstərir ki, iddia tamamilə əsassızdır. Hesab edirlər ki, iş üzrə iddiaçı iddia tələbini sübut edəcək yetərli dəlillər təqdim edə bilmədiyi üçün iddia rədd edilməlidir. Hüquqlarını müdafiə etdiyi cavabdeh 2022-ci ilin dekabr ayından fəaliyyət göstərmir. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının göstərdiyi xidmət tərəflərin təstiq etdiyi müvafiq aktla rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də iddia tələbi tamamilə əsassız olduğu üçün tələb rədd edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən yük daşıma müqaviləsinə əsasən 311.000 ABŞ dolları məbləğində əsas borc, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 52.870 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 872 manat tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir ( hakim G.Namazova). Məhkəmə ilk növbədə hazırki mübahisəyə baxmaqda səlahiyyətli olubolmamasının
10. müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edərək bildirmişdir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
11. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli **/**** nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
12. Tərəflər arasında bağlanmış ## ##### 2020-ci il tarixli, ***-**** saylı “X2”nin 7.1-ci bəndinə əsasən istənilən mübahisələr tərəflər arasında aparılan danışıqlarla həll edilir. 20 (iyirmi) gün ərzində danışıqlar yolu ilə həll olunmayan mübahisələr məhkəmə qaydasında həll olunur. Mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Odur ki, məhkəmə belə qənaətə gəlmişdi ki, hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
13. Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan müqavilədən, gömrük bəyannamələrindən, beynəlxalq yükdaşıma (CMR) sənədlərindən, ödənişlərdən və Razılaşma Sazişindən məlum olmuşdur ki, mübahisələndirilən borc məbləği iddiaçı ilə cavabdeh arasında olmuş əməkdaşlıq nəticəsində yaranmışdır. Iddiaçı tərəf tələb edilən məbləğin MMC-dən də tutulmasını tələb etsə də, lakin həmin tələbin əsasını təşkil edən hər-hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir.
14. Məhkəmə cavabdehin arqumentləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan (yuxarıda sadalanan) sənədlər ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə daşıma xidmətləri göstərilmiş, həmin MMC tərəfindən qismi ödənişlər edilsə də, 314.000 ABŞ dolları məbləğində ödənilməmiş borc qalmışdır. Həmin borc məbləğinin hissəhissə ödənişinə dair iddiaçı ilə cavabdeh arasında ##.##.2023-cü il tarixli Razılaşma Sazişi (əsli iş materiallarında mövcüddur) imzalanmış və hətta həmin Sazişdən sonra cavabdeh tərəfindən 3000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. O ki qaldı cavabdehin 2022-ci ilin dekabr ayından fəaliyyət göstərməməsi arqumentinə , bu hal həqiqətə uyğun olsa da belə, iddianın cavabdehə münasibətdə təmin edlməməsi üçün əsas ola bilməz. Çünki bütün sənədlərdən görünür ki, hazırda iddiaçı tərəfindən dəyəri tələb olunan xidmətlər həmin tarixə gədər göstərilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdehdən yük daşıma müqaviləsinə əsasən 311.000 ABŞ dolları əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
16. Iddia tələbinin digər hissəsi olan – Azərbaycan Respublikası Mərkəzi Bankının 2023 və 2024-cü illər üçün müəyyənləşdirdiyi bank uçot dərəcəsi nəzərə alınmaqla 76.660 manat faiz borcunun tutulması tələbini məhkəmə qismən əsaslı hesab edərək bildirmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab etmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə göstərdiyi xidmətlərə görə borcun (311.000 ABŞ dolları =528700 manat) ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla (iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində tələb olunan 2 il üçün) 52.870 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur. Beləliklə, bu hissədə iddia qismən təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 52.870 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 390.1, 427.3, 445.7, 850.1, 850.2 və 851-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra- “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli 16/2023-cü tarixli Qərarına istinadla əsaslandırmışdır.
20. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər T.Mahmudova və L.Əliyeva).
22. Apellyasiya instansiyası məhkəməsi mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
23. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir-iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
24. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
25. Işin hallarından müəyyən olunmuşdur ki, daşıyıcı (iddiaçı) ilə yükgöndərən (cavabdeh) arasında ## ##### 2020-ci il tarixdə “X2” bağlanmış və iddiaçı tərəfindən cavabdeh üçün müxtəlif vaxtlarda mallar daşınmaqla xidmətlər göstərilmiş, cavabdeh daşıyıcıyanın hesabına ##.##.2020-ci il-##.##.2022-ci il tarixləri aralığında müxtəlif məbləğlərdə ödənişlər etmiş, onların arasında bağlanmış ## ###### 2023-cü il tarixli Razılaşma Sazişində tərəflər sazişin imzalandığı tarixə ## ##### 2020-ci il tarixli müqavilənin icrası ilə əlaqədar yük göndərənin daşıyıcıya yaranmış qalıq borc məbləğinin 314 000.00 (üç yüz on dörd min) ABŞ dolları təşkil etdiyini təsdiq etmiş, cavabdeh tərəfindən iddiaçıya ##.##.2023-cü il tarixində 3000 ABŞ dolları məbləğində ödəniş olunmuşdur.
26. Cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə daşıma xidmətinin göstərildiyini təsdiq edən sənədlərin mövcud olmadığını bildirsə də, iddiaçının təqdim etdiyi elektron qaimələrdən, elektron beynəlxalq əmtəə-nəqliyyat qaimələrindən (CMR-lərdən) müəyyən edilmişdir ki, göndərilən yüklər mal sahibi olaraq cavabdehin sifarişi əsasında Istanbul-Bakı, Manisa-Bakı, Izmir-Bakı, KayseriBakı istiqamətləri üzrə çatdırılmışdır-hansı ki, bu sənədlər əksi sübuta yetirilənədək yük göndərən ilə daşıyıcı arasında müqaviləni, bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunmasını və yük alan tərəfindən yükün qəbul edilməsini təsdiq edir.
27. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya yükdaşıma xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin ödənişini tam şəkildə həyata keçirməmiş, nəticədə iddiaçıya 311 000 ABŞ dolları borcu yaranmışdır. Kollegiya, iddiaçının “Azərbaycan Respublikası Mərkəzi Bankının 2023 və 2024cü illər üçün müəyyənləşdirdiyi bank uçot dərəcəsi nəzərə alınmaqla 76 660 manat (yetmiş 28. altı min altı yüz altmış) faizin xeyrinə tutulması” tələbi üzrə gəldiyi nəticə ilə də razılaşaraq göstərmişdir ki, iddiaçının həmin tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi MMin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddənin dispozisiya şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
29. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir
30. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyindən aydın olur ki, vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Iddiaçı xidmətlərin göstərilməsi ilə bağlı heç bir akt, təhviltəslim sənədi və s. təqdim etmədiyi, iddia tələbi sübuta yetirilmədiyi halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanunsuz qətnamə qəbul etmiş, apellyasiya instansiya məhkəməsi də səhvi təkrar edərək apellyasiya şikayətini təmin etməmişdir.
32. MM-in 425-ci maddəsi üzrə- baxmayaraq ki, tərəflər arasında müqavilə mövcud olmuşdur, daşınma müqaviləsi üzrə cavabdeh ilə iddiaçı arasında müqavilənin olması iddi açının cavabdehə həmin xidmətin göstərildiyini təsdiq edən fakt deyil. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının göstərdiyi xidmət tərəflərin təsdiq etdiyi müvafiq aktla rəsmiləşdirilməlidir. Xidmətin göstərildiyi iddiaçı tərəfindən tam sübuta yetirilməsə də məhkəmə bunu nəzərə almamış, sadəcə elektron qaimələrin mövcudluğuna əsaslanaraq apellyasiya şikayətini təmin etməmişdir.
33. MM-in 560-cı madddəsi üzrə- iddiaçı xidmət göstərmədiyi halda ödəniş tələb etməsi hüquqdan sü-istifadə halıdır. Müqavilənin mövcud olması isə xidmətin göstərilməsini təsdiq etmir. Lakin apellyasiya instansiyası məhkəməsi həqiqəti aşkara çıxarmaqda maraqlı olmamış və birinci instansiya məhkəməsinin əsassız qətnaməsini qüvvədə saxlamışdır.
34. MPM-in 77,88, 97.1 və 217-ci maddələri üzrə- tərəflər arasında aparılan əməliyyatların dəqiq şəkildə tədqiq edilməsi və həqiqətin ortaya çıxması üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda birinci instansiya məhkəməsi təqdim edilən ekspertizanın keçirilməsi barədə əsaslı vəsatəti rədd etmişdir. Bununla da işi tam və obyektiv araşdırmadan qərar qəbul etmiş, qeyd edilən hallar apellyasiya şikayətində göstərilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassassiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
Maddə 399. Müqavilənin qüvvəsi
399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir). ...”
“Maddə 850. X2 850.1. X2nə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, X2nə tapşırıq haqqında göstərişlər tətbiq edilir.”
“Maddə 851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.”
Maddə 854. Qaimə
854.1. X2 və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. ...”
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarında aşağıdakılar nəzərdə tutulur: “... MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. ...”
40. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
M a d d ə 1 . Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi ... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. ...” M a d d ə 2 4 . Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi
24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. ... 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. ...”
M a d d ə 2 5 . Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi
25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: ... 25.1.10. daşıma müqaviləsində - daşıyıcının; ...”
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
44. Belə ki, X2ndən irəli gələn mübahisələr üzrə tərəflər arasında daşıma sənədlərinin, o cümlədən qaimənin hüquqi əhəmiyyəti xüsusi vurğulanmalıdır.
45. Qaimənin hüquqi əhəmiyyəti ilə bağlı MM-in 854-cü maddəsində qeyd olunmuşdur ki, X2 və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ.
46. Göründüyü kimi, qaimə X2nin bağlanmasını və icrasını təsdiq edən əsas sənəd olmaqla, əksi sübuta yetirilənədək müqavilənin mövcudluğunu, yükün daşıyıcı tərəfindən qəbul edildiyini və digər mühüm halları təsdiq edir. Baxılan iş üzrə kassator, beynəlxalq yükdaşıma qaimələrinin (CMR) mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir.
47. Digər tərəfdən, cavabdehin xidmətlərin göstərilmədiyi barədə istinad etdiyi hallar, cavabdehin ## ###### 2023-cü il tarixli Razılaşma Sazişi bağlayaraq daşıma müqaviləsinin icrası nəticəsində yaranmış borcu etiraf etməsi və sonradan həmin borcun qismən ödənilməsini həyata keçirməsi ilə təkzib olunur.
48. Odur ki, işə baxan məhkəmələr beynəlxalq yükdaşıma qaimələri (CMR), gömrük bəyannamələri, tərəflər arasında bağlanmış X2, həmin müqavilənin icrası ilə bağlı edilmiş ödənişləri, eləcə də ## ###### 2023-cü il tarixli Razılaşma Sazişinin şərtlərini məcmu halında qiymətləndirməklə müəyyən etmişlər ki, iddiaçı müqavilə üzrə daşıma xidmətlərini həyata keçirmiş və cavabdeh həmin xidmətlər üzrə borcun mövcudluğunu sözügedən ## ###### 2023-cü il tarixli Sazişi bağlamaqla etiraf etmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının daşıma xidmətini göstərməsini təsdiq edən lazımi sübutları təqdim etməməsi, bu səbəbdən şikayətdə istinad olunan maddi və prosessual hüquq normalarının pozulması barədə dəlilərini əsassız hesab edir.
50. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə digər dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM-nin 407.2-ci maddəsi).
51. Beləliklə, məhkəmə kollegiyası, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına mülki qanunvericiliyin yuxarıda istinad olunan tələbləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
52. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.