Məhkəmə qərarları › İş №2-2(3-6)-8/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-8/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-8/2026 02.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı “Buta İndependent Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, müqavilə öhdəliyinin icra olunmaması, faktorinq münasibətləri, iddia müddəti, dəymiş zərər, əldən çıxmış fayda, sübutetmə, sübutun apellyasiya instansiyası məhkəməsinə təqdim olunması, apellyasiyanın həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və CəfərovSəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçı “Buta İndependent Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) İsgəndərov Tamerlan İlqar oğlunun və nümayəndəsi (vəkili) Məmmədov İbrahimAlimoğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və Nümayəndə iştirakları ilə “Buta İndependent Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən “Buta İndependent Group” MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları

1. “Buta İndependent Group” MMC (daşıyıcı) ilə “xxxx” ASC (sifarişçi) arasında ##.##.2020-ci il tarixli HA/****/****/MLT-**********-PO saylı “Kisə sementin daşınması” müqaviləsi, ##.##.2020-ci il tarixli HA/****/****/MLT-**********-PO saylı “Klinkerin ixrac daşınması” müqaviləsi və digər daşıma müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, daşıyıcı ona həvalə edilmiş malı təyinat məntəqəsinə çatdırmağı və sifarişçi tərəfindən göstərilən müştəriyə təhvil verməyi, sifarişçi isə daşıma haqqını ödəməyi öhdələrinə götürmüşlər.

2. ##.##.2020-ci il tarixli HA/****/****/MLT-**********-PO saylı “Kisə sementin daşınması” müqaviləsinin 1.3-cü bəndinə əsasən, malın təhvil-təslimi (sifarişçidən daşıyıcıya və daşıyıcıdan müştəriyə) bütün hallarda təhvil verən və qəbul edənin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışvəmöhürlənmişX3əsasındahəyatakeçirilir.

3. Həmin müqaviləyə * saylı Qoşmanın 2.1-ci bəndinə əsasən, ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 90 təqvim günü sonra ödənilməlidir. Təhvil-təslim aktı ən gec xidmətin tamamlanmasından 5 gün sonra təqdim edilməlidir. Təhvil-təslim aktlarının xidmətin tamamlanmasından sonra 5 gündən gec təqdim edilməsi halında, sifarişçi ödənişin gecikməsinə görəməsuliyyətdaşımır.

4. Müqavilənin * saylı qoşmasının 2.2-ci bəndinə görə, daşıyıcı faktorinq şərtləri ilə ödənilməsi qeyd olunan hesab-fakturanı təqdim edə bilər və bu xidmətlərə görə yaranan bütün xidməthaqlarınıödəməyərazılığınıbildirir.

5. ##.##.2020-ci il tarixli HA/****/****/MLT-**********-PO saylı “Klinkerin ixrac daşınması müqaviləsi”nin 1.3-cü bəndinə əsasən, malın təhvil-təslimi (sifarişçidən daşıyıcıya və daşıyıcıdan müştəriyə) bütün hallarda təhvil verən və qəbul edənin səlahiyyətli nümayəndəsi tərəfindənimzalanmışvəmöhürlənmişX3əsasındahəyatakeçirilir.

6. Müqaviləyə * saylı Qoşmanın 2.1-ci bəndinə əsasən, ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 30 təqvim günü sonra ödənilməlidir. Təhvil-təslim aktı ən gec xidmətin tamamlanmasından 5 gün sonra təqdim edilməlidir. Təhvil-təslim aktlarının xidmətin tamamlanmasından sonra 5 gündən gec təqdim edilməsi halında, sifarişçi ödənişin gecikməsinə görəməsuliyyətdaşımır.

7. Müqaviləyə * saylı Qoşmanın 2.2-ci bəndinə görə, daşıyıcı faktorinq şərtləri ilə ödənilməsi qeyd olunan hesab-fakturanı təqdim edə bilər və bu xidmətlərə görə yaranan bütün xidməthaqlarınıödəməyərazılığınıbildirir.

8. “Buta İndependent Group” MMC tərəfindən “xxxx” ASC-nə ##.##.2020-ci il tarixli müqavilə üzrə “Yük maşınlarının boşdayanması” üçün ##.##.2021-ci il tarixdə EBBD seriyalı ****** saylı, 10200 manat manat məbləğində; “2021-ci ilin yanvar ayında, ##.##.2021- ##.##.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xitmətlərinə görə” ##.##.2023-cü il tarixdə EBDU seriyalı ****** saylı, 1457,76 manat məbləğində; “2021-ci ilin mart ayında, ##.##.2021- ##.##.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xitmətlərinə görə” ##.##.2021-ci il tarixdə EBAY seriyalı******saylı,20191,62manatməbləğindəelektronqaimələrgöndərilmişdir.

9. Tərəflər arasında “Klinker ixrac sementin daşınması üçün” ##.##.2021-ci il tarixli müqavilə bağlanmış, daşıyıcı tərəfindən 1 tonunun daşınması üçün haqq 8 manat olmaqla 140 ton əzilmiş beton qırıntısının daşınması üçün 1120 manat dəyərində *** nömrəli hesab-faktura tərtib edilmiş və daşıyıcı, ##.##.2021-ci il tarixli müqaviləyə əsasən 1120 manat dəyərində ##.##.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaimə-fakturanı tərtib edərək sifarişçiyə göndərmiş, sifarişçi tərəfindən elektron qaimə təsdiqlənmişdir. Bundan sonra, iddiaçı həmindaşınmailəbağlıüzləşməaktınıtəsdiqləyərəkcavabdehəgöndərmişdir.

10. “Buta İndependent Group” MMC tərəfindən “xxxx” ASC-nə ##.##.2021-ci il tarixli müqavilə üzrə “2022-ci ilin mart ayında, ##.##.2022-##.##.2022-ci il tarixlərində göstərilmiş nəqliyyat xitmətlərinə görə” ##.##.2022-ci il tarixdə EBBU seriyalı ****** saylı, 22875,15 manat məbləğindəelektronqaiməgöndərilmişdir.

11. “xxxx” ASC (bank) ilə “Buta İndependent Group” MMC (müştəri) arasında ##.##.2020-ci il tarixdə OnGTC-*****LE/**** saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” bağlanmış, həmin müqavilə üzrə razılaşdırılmış ##.##.2020-ci il tarixli Maliyyələşdirmə üçün ərizə ilə müştəriyə bərpa olunan limit ayrılmış, bu limitdən istifadənin “xxxx” ASC (borclu) ilə bank (Faktor) arasında imzalanmış ## #### 2016-cı il tarixli TM**** saylı Maliyyələşdirmə üçün ərizə (Təchizatçının maliyyələşdirilməsi əməliyyatı üzrə limit) üzrə cari vaxt üçün istifadə edilməmiş həcmdə məbləğ çərçivəsində mümkün olduğu nəzərdə tutulmuşdur.

12. “xxxx” ASC (bank) ilə “Buta İndependent Group” MMC (müştəri) arasında bağlanmış ##.##.2020-ci il tarixli OnGTC-*****LE/**** saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”na ## ###### 2020-ci il tarixdə * saylı Əlavə razılaşdırılmış, həmin Əlavənin “Faktorinq” başlıqlı V-İ bəndində nəzərdə tutulmuşdur ki, “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” forması ilə müəyyən olunmuş şərtlər əsasında Bank faktor olaraq müştərinin üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində Müştəriyə "Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” formasında göstərilən məbləğdə pul verməyi, Müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, Müştəri isə öz növbəsində üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini Banka güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən Banka güzəşt edilən pul tələbinin miqdarı "Maliyyələşdirmə üçün ərizə (Faktorinq əməliyyatları üzrə)” formasında göstərilən məbləği təşkil edir.

13. Həmin Əlavənin 2.1.7-ci bəndində nəzərdə tutulmuşdur ki, güzəşt edilmiş pul tələbi Borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin Müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği Müştərinin bütün hesablarından akseptsiz qaydada silməkvə(vəya)məhkəməqaydasındatələbetməkBankınhüququdur.

14. Əlavənin 4.4-cü bəndinə görə, Borclu ödənişləri gecikdirdiyi zaman Müştəri “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatı üzrə)” ilə müəyyən olunan cərimə faizlərini Bankaödəyir.

15. Sözügedən Əlavənin 5.1-ci bəndinə görə, “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” ilə Müştərinin güzəşt etdiyi tələblər üzrə Müştəriyə aid edilmiş bütün hüquqlarvəvəzifələrbankakeçir.

16. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, “Buta İndependent Group” MMC-yə 2020-2024-cü il aralığında ayrılmış toplam 18 maliyyələşdirmə ərizəsi üzrə 478326,02 manat məbləğdə öhdəliklərə görə kredit müqaviləsinin şərtləri əsasında tətbiqedilmiş20%cəriməfaiziolmaqla,toplam9910,04manatcəriməhesablanmışdır.

17. “Buta İndependent Group” MMC tərəfindən “xxxx” ASC-nə ##.##.2025-ci il tarixdə aşağıdakı məzmunda pretenziya göndərilmişdir: “Hörmətli HOLCIM AZERBAYCAN nümayəndələri. Gürcüstana klinker tədarükü üzrə bağlanmış müqaviləyə əsasən, ##.##.2020- ##.##.2024 tarixləri arasında şirkətimiz – “X4” MMC, ümumi məbləği 1598076,20 AZN olan məhsulun daşınmasını həyata keçirmişdir. ##.##.2020-##.##.2024 dövrü üzrə görülmüş işlərə dair akta əsasən, ##.##.2022##.##.2022 dövründə EBBU ****** saylı hesab-faktura tərtib edilmiş, bu sənəddə ödənişin Respublika Bankına həyata keçirilməsi göstərilmişdir. Lakin ödəniş şirkətimizin Pasha Bank-dakı hesabına sizin tərəfinizdən daxil olmuşdur. 22 875,15 AZN məbləğində olan bu ödəniş tam şəkildə sizin şirkətiniz adına açılmış faktorinq krediti üzrə borcun və 4 915,38 AZN məbləğində toplanmış faizlərin ödənilməsinə yönəldilmişdir (2021-ci ildən ##.##.2022 tarixinə qədər). Xatırladırıq ki, ##.##.2020-##.##.2024 dövrü üzrə görülmüş işlərə dair akt əsasında 1598076,20 AZN məbləğində elektron hesab-faktura təqdim edilmişdir və bu məbləğ tərəfinizdən təsdiqlənmişdir. Lakin X4-un hesabına yalnız 1 585 299,35 AZN daxil olmuşdur, nəticədə 12 776,85 AZN məbləğində borc yaranmışdır. Ödənilməmiş hesabfakturalar və yığılan faizlər: EBBD 280490; EBCL323345; EBDU 823289. Ümumi borc məbləği: 12 776,85 AZN + 4 915,38 AZN = 17 692,23 AZN. Yuxarıda göstərilənlərə əsasən sizdən xahiş edirik ki, 5 (beş) iş günü ərzində 17 692,23 AZN məbləğində borcu “X4” MMC-in hesabına köçürəsiniz. Əks halda, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, hüquqi addımlar atacağımızı bildiririk”.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. “Buta İndependent Group” MMC (iddiaçı) “xxxx” ASC-yə (cavabdeh) qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış yük daşınması müqaviləsi üzrə 1120 manat daşıma haqqının, yükdaşıma müqaviləsi üzrə ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaiməfaktura əsasında göstərilmiş xidmətin dəyəri kimi 22 875,15 manat pul vəsaitinin, yük daşınması və faktorinq müqavilələri üzrə ödənilməli məbləğlər vaxtında ödənilmədiyi üçün bank tərəfindən 30 təqvim günündən sonra illik 11 faizlə hesablanmış 15 309 manatın, yükdaşıma müqaviləsi üzrə iddiaçının bank hesabına xidmət haqqı vaxtında köçürülmədiyi üçün 5000 manatın, cavabdehin müqavilələr üzrə gecikdirdiyi ödənişləri ucbatından dövlət büdcəsinə yaranmış vergi borcunun əvəzi kimi 15 682,91 manatın, əldən çıxmış fayda qismində 90 000 manat və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manat pul vəsaitinin və ödənilmiş 823 manat dövlət rüsumununcavabdehdənxeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

19. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2020-ci il tarixli HA/****/****/MLT**********-PO saylı klinkerin ixracı və ##.##.2020-ci il tarixli HA/****/****/MLT**********-PO saylı kisə sement daşınması müqavilələri bağlamış, daşıyıcı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, sifarişçinin istehsal etdiyi xammal – “Klinker” məhsulunu sifarişçinin beynəlxalq alıcısına təhvil vermişdir. Lakin sifarişçi tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, sifarişçinin 3 elektron qaimə üzrə borcu qalmışdır. Həmin müqavilələrin 3.1-ci bəndlərinə əsasən, daşımanın qiyməti müqavilənin 5 və * saylı qoşmasında göstərilmişdir, * saylı qoşmalarının 1 və 2.1-ci bəndlərinə əsasən, tərəflər arasında kisə sementinin (digər müqavilə üzrə isə klinkerin) daşınması üçün qiymətlər və şərtlər razılaşdırılmışdır. Ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 30 təqvim günü sonra ödənilməlidir. Təhvil-təslim aktı ən gec xidmətin tamamlanmasından 5 gün sonra təqdim edilməlidir. Təhvil-təslim aktlarının xidmətin tamamlanmasından sonra 5 gündən gec təqdim edilməsi halında, sifarişçi ödənişin gecikməsinə görə məsuliyyət daşımır. ƏDV hesab-fakturası ödənişin həyata keçirilməsindən 5 gün əvvəl ƏDV sistemində olmalıdır. Lakin sonradan cavabdehin maliyyə çətinliyi ilə əlaqədar təklifi əsasında iddiaçı, “xxxx” ASC-nin faktorinq xidmətindən istifadə etmişdir. Faktorinq çərçivəsində bank tərəfindən ayrılan vəsait illik 11 % dərəcə ilə maliyyələşdirilmiş, lakin cavabdeh 30 günlük müqavilə müddətini dəfələrlə, bəzən isə 120 gün və daha artıq müddətdə aşmışdır. Nəticədə iddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən əlavə faiz və komissiyalara məruz qalmışdır. Belə ki, “xxxx” ASC ilə iddiaçı arasında ##.##.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin faktorinq ilə bağlı 1.1-ci bəndində qeyd edilmişdir ki, “maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatları üzrə)” forması ilə müəyyən olunmuş şərtlər əsasında bank faktor olaraq müştərinin üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində müştəriyə “maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatları üzrə)” formasında göstərilən məbləğdə pul verməyi, müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, müştəri isə öz növbəsində üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini banka güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən banka güzəşt edilən pul tələbinin miqdarı “maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatları üzrə)” formasında göstərilən məbləği təşkil edir. Sözügedən faktorinq müqaviləsinin digər bəndlərində tərəflərin hər birinin ayrı-ayrılıqda öhdəlikləri, hüquqları və vəzifələri ətraflı şəkildə öz əksini tapmışdır. Faktorinq müqaviləsi üzrə “xxxx” ASC tərəfindən verilmiş ##.##.2020- ci il tarixli TM****/** saylı və TM****/**-** saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, məbləğ borclu (alıcı) – cavabdeh ilə kredit verən arasında imzalanmış ##.##.2016-cı il tarixli TM**** nömrəli maliyyələşdirmə üçün ərizədə limit çərçivəsində illik faiz dərəcəsi 11 % olaraq müəyyən edilmişdir (müştəri qismində iddiaçı). Sözügedən maliyyələşdirmə üçün ərizələr hər ilin hər ayı tərtib edilmişdir və ##.##.2020-ci il tarixdən etibarən cari ayadək (2025-ci ilədək) hər ay ərizələr verilmişdir. Tərəflər arasında faktorinq münasibətləri mövcuddur və bütün ödənişlər bank yolu ilə faktorinq müqaviləsi üzrə öhdəliklər əsasında ödənilir. Belə ki, cavabdeh öz müraciətinə əsasən “xxxx” ASC-dən müqavilə ilə əlaqədar iddiaçıya faktorinq ayrılmasını xahiş edir, bank isə maliyyələşmə ərizəsinə əsasən hesab-fakturaların maliyyələşdirilən hissəsi 96,5 % təşkil etməklə illik 11 % faiz olmaqla müddətin bitmə tarixi maksimal olaraq 120 günü aşmamaq şərti ilə məbləğ təyin edir. Bundan sonra invoys əsasında “xxxx” ASC tərəfindən iddiaçıya pul ayrılır. Ayrılmış pul vəsaiti isə cavabdeh tərəfindən 30 gün müddətində iddiaçının hesab-fakturada göstərilən bank hesabına köçürülməlidir (ilk 30 gün ərzində 11 % ödəniş hissəsi – “baza faizi” öz öhdəliyi olduğu üçün iddiaçının hazırkı iddia tələbinin predmeti deyil, iddiaçının tələbi məhz cavabdehdən asılı səbəbdən 30 gündən sonrakı gecikdirilmiş dövrü əhatə edir). Hansı ki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli HA/****/****/-**********-PO saylı “kisə sementin daşınma müqaviləsi”nə və ##.##.2020-ci il tarixli HA/****/****/MLT-**********-PO saylı “klinkerin ixrac daşınma müqaviləsi”nin * saylı qoşmalarının 1 və 2.1-ci bəndlərinə əsasən, tərəflər arasında kisə sementinin (digər müqavilə üzrə isə klinkerin) daşınması üçün qiymətlər və şərtlər razılaşdırılmışdır. Ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 30 təqvim günü sonra ödənilməlidir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik 30 təqvim günündən artıq gecikdirildiyi və banka vəsait vaxtında köçürülmədiyi üçün 30 gündən sonrakı 11 %-lə gecikmə 15 309 manat təşkil etmişdir. Həmin 15 309 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İkincisi, 2021-ci ilin mart ayının xidmət haqqı cavabdeh tərəfindən 2022-ci ildə köçürüldüyüüçünvəhəminməbləğisəbütövlükdəcəriməvədəbbəpullarınasilindiyinəgörə iddiaçı 5000 manat məbləğində ziyana məruz qalmışdır. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş 5000 manat ödəniş ##.##.2021-ci il tarixli EBAY ****** nömrəli elektron qaiməyə əsasən aparılmışdır. Cavabdeh ##.##.2021 – ##.##.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xidməti müqabilində ümumilikdə 20 191,62 manat köçürmə etməli olmuşdur. Lakin tam şəkildə ödəniş etmək əvəzinə ##.##.2021-ci il tarixdə sadəcə EBAY ****** nömrəli qaimə-faktura üzrə 15 191,62 manat ödəniş etmiş, qalan 5000 manat qalıq ödənişi isə 7 ay sonra – ##.##.2023-ci il tarixdə etmiş və nəticədə həmin 5000 manat ödəniş cavabdehin öz ucbatından hesablanmış dəbbə pulu və faizlərə silinmişdir. Halbuki vaxtında ödəniş edilsə idi, 5000 manat ödəniş xidmət haqqı olaraq iddiaçıya çatacaqdı. Tərəflər arasında bağlanmış daşıma müqavilələrinin * saylı qoşmasının və faktorinq əsasında maliyyələşdirmə üçün ərizənin müvafiq şərtində də 30 günlük icra müddəti barədə şərt mövcuddur. Buna görə də tələb həmin hissədə də əsaslı olduğundan həmin məbləğ cavabdehdən tutulmalıdır. Üçüncüsü, cavabdehin yuxarıda qeyd olunan gecikdirməli ödənişləri ucbatından dövlət büdcəsinə 15 682,91 manat vergi borcu yaranmışdır, cavabdeh bunun əksini də sübut edə bilməz. Çıxarışda vergi borcunun nəyə görə yarandığı məlum olur. Yaranmış vergi borcu və yeni müqavilələr bağlanması ilə bağlı ilkin razılaşma əldə olunması cavabdehə ##.##.2021-ci il tarixdə “mail” vasitəsilə çatdırılmış və cavabdeh tərəfdən “e-mail” vasitəsilə yeni tariflərin təsdiq ediləcəyi bildirilmişdir. Dördüncüsü, iddiaçı tərəfindən 2022-ci ilin mart ayı ərzində cavabdehə nəqliyyat xidməti göstərilmişdir. Bu xidmətlərə dair ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura tərtib edilmiş, xidmətin dəyəri 22 875,15 manat göstərilmişdir. Təqdim olunmuş hesab-faktura üzərindən ödənişin “xxxx” ASCnin hesabına köçürülməsi nəzərdə tutulsa da, cavabdeh bu ödənişi ##.##.2022-ci il tarixdə “xxxx” ASC vasitəsilə təqdim etmişdir. Lakin məbləğ elə həmin gün “xxxx” ASC tərəfindən faktorinq razılaşması çərçivəsində tam şəkildə silinmişdir, hansı ki həmin silinmə üzrə gecikmə məbləğləri də yenə cavabdehin ucbatından baş vermişdir. Yekun nəticədə iddiaçı göstərdiyi xidmətdən real olaraq heç bir məbləğ ala bilməmiş, ##.##.2022- ci il tarixdə 2600 manat əlavə ödəniş etmişdir. Buna görə də iddia tələbi 22875,15 manat pulun tutulması hissəsində də əsaslıdır. Beşincisi, daşıma müqaviləsi əsasında ödənilməmiş 1120 manat hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, bunu təsdiq edən qaimə-faktura, vatsap yazışmaları və üzləşdirmə aktı mövcuddur. Altıncısı, cavabdehin əsassız bəhanələri (guya iddiaçının balansında olan nəqliyyat vasitəsi ilə bağlı yanğın baş verməsi halı) ucbatından daşıma müqavilələrinin icrası dayanmışdır. Sonradan isə məsələnin iddiaçı ilə hər hansı əlaqəsi olmadığı əsas gətirilsə də, artıq iddiaçıya maddi ziyan dəymişdir. Yekunda 90000 manat əldən çıxmış fayda yaranmışdır. İşgüzar nüfuza vurulan zərərə görə isə 150 000 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, banklara edilmiş müraciətdən görünür ki, iddiaçı artıq bank sferasında etibarsız hüquqi şəxs kimi qiymətləndirilmiş, buna səbəb isə daima gecikmələrə yol verən şirkət imici olmuşdur. Halbuki həmin gecikmələr iddiaçının deyil, məhz cavabdehin ödənişlərdə yol verdiyiyuxarıdasadalanangecikmələrləbağlıolmuşdur.

20. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “xxxx” ASC-yə qarşı iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir: 1) İddiaçı məhkəməyə tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli müqavilələrin surətini təqdim etmişdir. Həmin müqavilələrin müddəti 2021-ci ildə başa çatmışdır və müqavilələrin müddəti bitdikdən sonra həmin müqavilələr üzrə hər hansı daşıma əməliyyatı aparılmamışdır. İddiaçının tələb etdiyi məbləğlər həmin müqavilələr üzrə 2021-2022-ci illərə aiddir. Müqavilə üzrə iddia müddəti 3 il olduğuna, tərəflər arasında müqavilələrin müddəti 2021ci ildə başa çatdığına görə və həmin vaxtdan 3 il keçdiyi üçün iddia müddəti bitmişdir. Buna görə də həmin tələblərə iddia müddəti tətbiq edilməlidir. 2) Faktorinq münasibətləri bank ilə iddiaçı arasında olan münasibətlərdir. Həmin müqavilələrdə cavabdeh tərəf olmadığına görə həmin münasibətlərin cavabdehə heç bir aidiyyəti yoxdur. Cavabdeh bankın tətbiq etdiyi faiz və cərimələri ödəyəcəyi ilə bağlı heç bir öhdəlik götürməmişdir. Əgər iddiaçı bank tərəfindən ona tətbiq edilən məbləğlərə razı deyildirsə, bunu məhkəmə qaydasında mübahisələndirə bilərdi. 3) İddiaçı məhkəməyə özünün tərtib etdiyi, hesablamanın hansı əsaslara görə aparıldığı məlum olmayan cədvəli sübut kimi təqdim etmişdir. Bu sənəd heç bir halda sübut hesab edilə bilməz və cavabdeh üçün də öhdəlik müəyyən edə bilməz. 4) İddiaçının məhkəməyə təqdim etdiyi ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli müqavilələrin müddəti 2021-ci ildə bitmişdir. İddiaçı məhkəmə baxışı mərhələsində isə 2023 – 2025-ci illərə aid tələblər də irəli sürmüşdür, halbuki həmin tələblərin ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli müqavilələrə heç bir aidiyyəti yoxdur, çünki həmin müqavilələrin müddəti 2021-ci ildə bitmişdir. 5) İddiaçının nümayəndəsi həmin müqavilələr üzrə iddia müddətinin keçmədiyini tərəflər arasında münasibətlərin fasiləsizliyi ilə əlaqələndirməyə çalışır. Halbuki Mülki Məcəllədə iddia müddəti konkret müqavilə üzrə müəyyən edilmişdir və iddia müddətinə də hər bir müqavilə üzrə ayrı baxılmalıdır. 6) ##.##.2020-ci il tarixli müqavilənin * saylı qoşmasının 2.2-ci maddəsində qeyd edilmişdir ki, daşıyıcı (iddiaçı) faktorinq şərtləri ilə ödənilməsi qeyd olunan hesab-fakturanı təqdim edə bilər və bu xidmətlərə görə yaranan bütün xidmət haqlarını ödəməyə razılığını bildirir. Cavabdehin faktorinq müqaviləsinə görə hər hansı cərimənin və iddiaçının üçüncü şəxslərlə münasibətinə aid cərimənin ödənilməsi öhdəliyi yoxdur. İddiaçı məhkəmə çıxışında qeyd etmişdir ki, guya iddiaçı cavabdehin təklifi əsasında faktorinq xidmətindən istifadə etmişdir. Halbuki iddiaçı buna dair hər hansı sübut təqdim etmir. Üstəlik, təqdim olunan müqavilədən görünür ki, iddiaçı bankla özü könüllü müqavilə bağlamışdır. 7) ##.##.2020-ci il tarixli müqavilənin * saylı qoşmasının 2.1-ci maddəsinə əsasən, ödəniş təhvil-təslim aktı imzalandıqdan 90 gün sonra ödəniş həyata keçirilir. Təhvil-təslim aktlarının 5 gündən gec təqdim edilməsi halında ödənişlərdə olan gecikmələrə görə cavabdeh heç bir məsuliyyət daşımır. İddiaçı məhkəməyə təsdiq edilmiş təhvil-təslim aktlarını təqdim etməmişdir. Belə olduğu halda gecikmənin olduğunu iddia edə bilməz, çünki gecikmə təhvil-təslim aktlarının təqdim edilməsindən 90 gün keçdikdən sonra hesablana bilər. İddiaçı 2021-ci ilin mart ayının EBAY ****** saylı qaiməsinin 5000 manat məbləğinin 2022-ci ilin fevral ayında köçürüldüyünü və ona görə də ona 5000 manat zərərin dəydiyini iddia etmişdir. Həmin iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: a) həmin tələbin iddia müddəti ötmüşdür və iddia müddəti tətbiq edilməlidir; b) iddiaçının təqdim etdiyi bank çıxarışından görünür ki, 5000 manat puldan tutulan məbləğlər İri Sığorta Edənlərlə İş Departamentinə 33,3 manat, vergi sərəncamları üzrə 1,87 manat, 749,54 manat, 5,13 manat, 2053,70 manat, sosial sığorta haqları üzrə 1,06 manat, 423,33 manatdır. Göründüyü kimi, iddiaçının hesabından vergi və sosial sığorta öhdəlikləri üzrə məcburi dövlət ödənişləri tutulub, bu ödənişlər iddiaçının dövlət qarşısında öz öhdəlikləridir və zərər kimi qiymətləndirilə bilməz. Həmin məbləğlərin tutulmasının cavabdehə heç bir aidiyyəti yoxdur və onların cavabdehdən tələb edilməsi tam əsassızdır. İddiaçı qeyd edir ki, cavabdehin gecikdirdiyi ödənişlərinə görə onun dövlət büdcəsinə 15 682,91 manat borcu yaranmışdır. O, qeyd edir ki, həmin borcla bağlı ##.##.2021-ci il tarixli elektron məktubda borcun cavabdeh tərəfindən ödəniləcəyi təsdiqlənmişdir. Bu iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: a) həmin iddia tələbi ##.##.2021 –##.##.2022-ci illərə aid olduğu üçün iddia müddəti ötmüşdür və iddia müddətinin ötdüyü üçün rədd edilməlidir; b) həmin iddia tələbi ilə bağlı iddiaçının təqdim etdiyi ##.##.2025-ci il tarixli çıxarışda qeyd edilmişdir ki, 12 879,67 manat mənfəət vergisi, 2053,7 manat mənfəət vergisi, 749,54 manat vergi iddiaçının bank hesabından tutulmuşdur. Həmin ödənişlər məcburi vergi ödənişlərdir, həmin ödənişlərə görə iddiaçı özü öhdəlik daşıyır və onların cavabdehdən tələb edilməsi əsassızdır; c) iddiaçının sübut kimi göstərdiyi elektron məktubla bağlı isə göstərilməlidir ki, əvvəla, iddiaçı onun əslini məhkəməyə təqdim etməmişdir. İkincisi, Andrei Bocancea iddiaçının göndərdiyi tələbləri təsdiq etməyib, o, sadəcə məktubun göndərildiyi üçün təşəkkür edib. Burada tələblərin cavabdeh tərəfdən qəbul edildiyinə və ödəniləcəyinə dair heç bir təsdiq yoxdur. Bundan başqa, öhdəliyin yaranması üçün tərəflər arasında yazılı müqavilə və ya razılıq olmalıdır. Tərəflər arasında bağlanılmış müqavilənin 6-cı maddəsinə əsasən bütün ödənişlər hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş müqaviləyə əlavələrlə tənzimlənir. Müqaviləninəlavəsindəödənişlərintərəflərarasındaimzalanmıştəhvil-təslimaktıəsasındaicra ediləcəyi qeyd olunur. İddiaçı ilə cavabdeh arasında onun tələblərinin ödənilməsi ilə bağlı imzalanmış hər hansı əlavə və ya digər sənəd olmamışdır. İddiaçı ##.##.2022-ci il tarixli EBBU ****** saylı e-qaimə üzrə ##.##.2022-ci il tarixli ödənişin iddiaçının başqa bank hesabına ödənilməsi səbəbindən ona 22 875,15 manat zərərin dəydiyini iddia edir. İddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) ##.##.2022-ci il tarixli EBBU ****** saylı e-qaimənin göndərilməsindən 3 ildən çox vaxt keçdiyi üçün iddia müddəti bitmişdir; 2) həmin ödəniş başqa şəxsin deyil, iddiaçının bank hesabına köçürülmüşdür; 3) bankın iddiaçı ilə faktorinq münasibətləri üzrə ödənişləri silməsinin cavabdehə heç bir aidiyyəti yoxdur. İddiaçı həmin ödənişlərin silinməsini məhkəmədə mübahisələndirə bilərdi; 4) təqdim olunan həmin qaimənin AZE-SERV_AZ**** saylı müqaviləyə aid olduğu görünür, halbuki iddia tələbi həmin müqavilə üzrə yox, digər müqavilələr üzrə irəli sürülmüşdür; 5) müqavilənin 10.3-cü maddəsinə əsasən sifarişçi (cavabdeh) müqavilənin pozulduğu günə qədər göstərilən xidmətə görə verilən bütün qaimələr üzrə daşıyıcıya (iddiaçıya) pul ödəyir. Bu ödənişdən sonra sifarişçi daşıyıcı qarşısında heç bir öhdəlik və ya məsuliyyət daşımır, o cümlədən itirilmiş gəlirlərə görə məsuliyyət daşımır. İddiaçı EBCL ****** nömrəli ##.##.2022-ci il tarixli qaimə üzrə 1120 manat ödənilməsini tələb etmişdir. Həmin iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) Müqavilənin * saylı qoşmasına əsasən ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilmiş xidmətin tamamlanmasından 90 təqvim günü sonra ödənilməlidir. İddiaçı həmin qaimə üzrə təhviltəslim aktı təqdim etməmişdir. Müqaviləyə əsasən təhvil-təslim aktı olmadan ödəniş edilə bilməz. Sifarişçinin üzləşmə aktı kimi təqdim etdiyi sənəd isə həmin sənədin əsli deyil və yalnız özü tərəfindən imzalanmışdır. Cavabdeh adına olan ştamp isə “correspondence in”, yəni daxil olmuş məktub ştampıdır, təsdiq möhürü deyil və imzalanmamışdır; 2) Vatsap yazışmasından kağız surət sübut kimi təqdim edilə bilməz. Çünki, birincisi, onun kim tərəfindən yazılması aydın deyildir. Sonrası da müqavilənin 6.3-cü maddəsinə əsasən qiymətlər müqaviləyə yeni əlavə imzalandıqdan sonra qüvvəyə minir. Vatsap yazışması ilə qiymət müəyyən edilə bilməz. Ümumiyyətlə, vatsap yazışması kimi təqdim edilmiş kağızdakı yazılar daşınmanın həyata keçirilib tamamlandığını göstərmir. İddiaçı ##.##.2020-ci il tarixli daşınma müqaviləsinin icrasının ##.##.2021-ci il tarixdən sonra dayandırıldığını və bununla əlaqədar ona 90000 manat zərər dəydiyini iddia edir. Həmin iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) iddia müddəti ötdüyü üçün tələb əsassızdır və iddia müddəti tətbiq edilməlidir; 2) müqavilələr müəyyən müddətə bağlanılıb, həmin müddət başa çatdıqda uzadılmayıb. Buna görə də burada dayandırmadan söhbət gedə bilməz; 3) Müqavilədə onun uzadılmamasına və ya dayandırılmasına görə hər hansı kompensasiyanın ödənilməsi razılaşdırılmayıb; 4) Həmin müqavilədə sifarişçinin, yəni cavabdehin daimi olaraq sifariş vermək öhdəliyi yoxdur. Müqaviləyə əsasən sifarişçi nə vaxt sifariş verirsə, daşıma da o vaxt həyata keçirilir; 5) cavabdehin 90000 manat zərəri hansı əsaslara görə hesabladığı qeyri-müəyyəndir; 6) Müqavilənin 10.3-cü maddəsinə əsasən sifarişçi (cavabdeh) müqavilənin pozulduğu günə qədər göstərilən xidmətə görə verilən bütün qaimələr üzrə daşıyıcıya (iddiaçıya) pul ödəyir. Bu ödənişdən sonra sifarişçi daşıyıcı qarşısında heç bir öhdəlik və ya məsuliyyət daşımır, o cümlədən itirilmiş gəlirlərə görə məsuliyyət daşımır. 5.7. İddiaçı iddia edir ki, onun banka borcunun öz tərəfindən vaxtında ödənilməməsinə görə təzminat ödənilməlidir. Bu iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) iddiaçı ilə hər hansı bank arasında olan münasibətlər ikitərəfli münasibətlərdir və cavabdeh həmin münasibətlərin tərəfi deyildir, ona görə də cavabdeh bu münasibətlərə görə məsuliyyət daşıya bilməz; 2) iddiaçının hara müraciət etməsi və nə üçün imtinaverilməsiaydındeyilvəişinhallarıüçünheçbirəhəmiyyətkəsbetmir.

21. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndələri isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərəkiddiatələbininrəddedilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişlər.

22. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “xxxx” ASC-dən 1120 manatın və dövlət rüsumunun əvəzi olaraq 2,2 manatın tutularaq “Buta İndependent Group” MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsiqətolunmuşdur.

23. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 İddiaçı, tərəflər arasında bağlanmış yük daşınması müqavilələri üzrə 1120 manat daşıma haqqının, cavabdehin müqavilə üzrə öhdəliklərini pozması və ya lazımınca icra etməməsi nəticəsində dəymiş real zərərin əvəzi olaraq 58 867,06 (15 309+5000+15 682,91+22 875,15) manat, əldən çıxmış fayda qismində 90 000 manat və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manat pulun cavabdehdən tutulmasını tələb edir.

 Cavabdeh iddianın əsassız olduğunu bildirir, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş edir.

 Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qeyd edir ki, iddia tələbinə daxil olan tələblər ayrı-ayrılıqda qiymətləndirilməlidir.

 İddianı təşkil edən ayrı-ayrı tələblər üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədən öncə isə məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib- etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair # ### 2008-ci il tarixli Qərar).

 Birincisi, iddiaçı tərəflər arasında bağlanmış yük daşınması müqavilələri üzrə 1120 manat daşıma haqqının tutulmasını tələb edir və tələbinin əsasını təşkil edən sübut qismində ##.##.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaiməfakturanı, elektron qaimə-fakturanın statusu ilə bağlı sənədləri, hesab-fakturanı, iddiaçı tərəfindən təsdiq olunaraq cavabdehə çatdırılmış üzləşmə aktını və cavabdehin əməkdaşı ilə olan yazışmanı təqdim edir.

 Cavabdeh etiraz edərək göstərir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ##.##.2020ci il tarixli və ##.##.2020-ci il tarixli müqavilələrin müddəti 2021-ci ildə bitmiş, iddiaçı isə 2023 - 2025-ci illərə aid tələblər də irəli sürmüşdür, halbuki həmin tələblərin, eləcə də 1120 manat daşıma haqqının tutulmasını tələbinin ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli müqavilələrə heç bir aidiyyəti yoxdur, çünki həmin müqavilələrin müddəti 2021-ci ildə bitmişdir. Həmçinin bildirir ki, iddiaçıya göstərdiyi daşıma xidmətlərinin dəyəri tam ödənilmiş, ##.##.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaimə-fakturada qeyd olunan xidmət isə göstərilməmişdir.

 İddiaçı tələbinin bir hissəsinə münasibətdə ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli müqavilələrə istinad etsə də, daşıma haqqının ##.##.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaimə-faktura üzrə tutulmasını xahiş etmiş, iddia ərizəsinə "Əlavə 2” adlı sənəd təqdim edərək həmin sübuta münasibətdə istinad etdiyi sübutları ayrı-ayrılıqda qeyd etmiş və ona uyğun müvafiq izahatlar vermiş, həmin qaimənin əsasını təşkil edən ##.##.2021-ci il tarixli daşıma müqaviləsini də məhkəməyə təqdim etmişdir. Odur ki iddianın bu hissəsinə iddiaçının əsaslandırdığı hüquqi faktlara uyğun qiymət verilməlidir.

 Təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında klinker ixrac sementin daşınması üçün ##.##.2021-ci il tarixli müqavilə bağlanmış, iddiaçı tərəfindən 1 tonunun daşınması üçün haqq 8 manat olmaqla 140 ton əzilmiş beton qırıntısının daşınması üçün 1120 manat dəyərində *** nömrəli hesab-faktura tərtib edilmiş və iddiaçı tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən 1120 manat dəyərində ##.##.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaimə-fakturanı tərtib edərək cavabdehə göndərmiş, cavabdeh tərəfindən elektron qaimə təsdiqlənmişdir. Bundan sonra, iddiaçı həmin daşınma ilə bağlı üzləşmə aktını təsdiqləyərək cavabdehə göndərmişdir.

 Öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

 Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

 Cavabdehin dəyəri tələb olunan daşımanın həyata keçirilmədiyi, həyata keçirilmiş daşımaların haqqının ödənildiyinə dair etirazını məhkəmə əsassız hesab edir. Belə ki, cavabdeh daşımanın həyata keçirilmədiyinə istinad etsə də, həmin daşıma ilə bağlı iddiaçı tərəfindən təqdim olunan elektron qaiməni təsdiq etmişdir. İddiaçı tərəfindən təqdim olunan elektron qaimələrin statusu ilə bağlı sənədlərdən isə görünür ki, cavabdeh elektron sisteminə aktiv nəzarət etmiş, təqdim olunan qaimələri əsasən özü təsdiq etmiş, bəzi qaimələri düzəlişə qaytarmışdır. Bundan başqa, təqdim olunan sənədlərdən görünür ki, mübahisələndirilən daşıma ilə bağlı üzləşmə aktı cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh isə həmin üzləşmə aktını mübahisələndirməmiş, bununla bağlı iddiaçıya dərhal etiraz bildirməmişdir. Bu isə iddiaçının güvəndiyi və güvənmiş olduğu cavabdehin əvvəlki rəftarına zidd hüququnu həyata keçirməsi olub hüquqdan sui-istifadədir.  Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həyata keçirdiyi daşımaya görə ##.##.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaiməfaktura üzrə daşıma haqqını tələb etməyə subyektiv hüquqa malikdir, həmin hüquq isə cavabdeh tərəfindən pozulmuşdur.

 Məhkəmə elektron qaimə-fakturaya əsasən sifarişçi tərəfindən xidmətin dəyərinin tələb edildiyini nəzərə alaraq qeyd edir ki, göstərilmiş daşıma xidmətinə dair ##.##.2022-ci il tarixdə təqdim olunan elektron qaimə-faktura üzrə xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti ən tez halda ##.##.2022-ci il tarixdə başlamışdır. İddiaçı isə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürməmişdir.

 Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri "müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin "Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

 Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

 Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi daşıma haqqının tutulması hissəsində təmin olunmalı, 1120 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

 İkincisi, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini pozması və ya lazımınca icra etməməsi nəticəsində dəymiş real zərərin əvəzi olaraq 58 867,06 (15 309+5000+15 682,91+22 875,15) manat və əldən çıxmış fayda qismində 90 000 manat pulun cavabdehdən tutulmasını tələb edir və iddiasını bu hissədə onunla əsaslandırır ki, 1) tərəflər arasında ##.##.2020-ci il tarixli HA/****/****/MLT-**********-P* saylı klinkerin ixracı və ##.##.2020-ci il tarixli HA/****/****/MLT-**********-P* saylı kisə sement daşınması müqavilələrinə əsasən iddiaçı öhdəliyini yerinə yetirərək, cavabdehin istehsal etdiyi xammal - "Klinker” məhsulunu sonuncunun beynəlxalq alıcısına təhvil vermiş, lakin cavadeh tərəfindən müqavilə şərtləri pozulmuş, 3 elektron qaimə üzrə borcu qalmışdır. Cavabdehin maliyyə çətinliyi ilə əlaqədar təklifi əsasında iddiaçı, "xxxx” ASC-nin faktorinq xidmətindən istifadə etmişdir. Faktorinq çərçivəsində bank tərəfindən ayrılan vəsait illik 11 % dərəcə ilə maliyyələşdirilmiş, lakin cavabdeh 30 günlük müqavilə müddətini dəfələrlə, bəzən isə 120 gün və daha artıq müddətdə aşmışdır. Nəticədə iddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən əlavə faiz və komissiyalara məruz qalmış, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik 30 təqvim günündən artıq gecikdirildiyi və banka vəsait vaxtında köçürülmədiyi üçün 30 gündən sonrakı 11 %-lə gecikmə 15309 manat təşkil etmişdir. Həmin 15 309 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2) Bundan başqa, ##.##.2021 - ##.##.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xidməti müqabilində ümumilikdə 20 191,62 manat köçürmə etməli olduğu halda cavabdeh ##.##.2021-ci il tarixli EBAY ****** nömrəli qaimə-faktura üzrə 15191,62 manat ödəniş etmiş, qalan 5000 manat qalıq ödənişi isə 7 ay sonra - ##.##.2022-ci il tarixdə etmiş, həmin 5000 manat ödəniş cavabdehin öz ucbatından hesablanmış dəbbə pulu və faizlərə silinmiş, iddiaçı 5000 manat məbləğində ziyana məruz qalmışdır. 3) Bundan başqa, cavabdehin gecikdirməli ödənişləri ucbatından dövlət büdcəsinə 15 682,91 manat vergi borcu yaranmışdır. 4) Bundan başqa, iddiaçı tərəfindən 2022-ci ilin mart ayı ərzində cavabdehə nəqliyyat xidməti göstərilmişdir. Bu xidmətlərə dair ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura tərtib edilmiş, xidmətin dəyəri 22875,15 manat göstərilmişdir. Təqdim olunmuş hesab-faktura üzərindən ödənişin "xxxx” ASCnin hesabına köçürülməsi nəzərdə tutulsa da, cavabdeh bu ödənişi 28.04.202-ci il tarixdə "xxxx” ASC vasitəsilə təqdim etmişdir. Lakin məbləğ elə həmin gün "xxxx” ASC tərəfindən faktorinq razılaşması çərçivəsində tam şəkildə silinmişdir, hansı ki həmin silinmə üzrə gecikmə məbləğləri də yenə cavabdehin ucbatından baş vermişdir. Yekun nəticədə iddiaçı göstərdiyi xidmətdən real olaraq heç bir məbləğ ala bilməmişdir. Buna görə də 22 875,15 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 5) Cavabdehin əsassız bəhanələri (guya iddiaçının balansında olan nəqliyyat vasitəsi ilə bağlı yanğın baş verməsi halı) ucbatından daşıma müqavilələrinin icrası dayanmışdır. Sonradan isə məsələnin iddiaçı ilə hər hansı əlaqəsi olmadığı əsas gətirilsə də, artıq iddiaçıya maddi ziyan dəymişdir. Yekunda 90 000 manat əldən çıxmış fayda yaranmışdır.

 Qeyd olunan hissədə mübahisənin həlli ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Mülki Məcəllənin normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır. Qeyd edilənlərdən belə aydın olur ki, hazırda sübut edilməli halları borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqə və təqsir təşkil edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən isə borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqənin sübutetmə vəzifəsini iddiaçı, təqsirin (təqsirsiz olunmasının) sübutetmə vəzifəsini isə cavabdeh daşıyır. Lakin prosessual qənaət prinsipinə əsasən iddianın uğurlu olmaması qənaətinə sübutetmə predmetini təşkil edən bir neçə halın müəyyən edilməsi yolu ilə gəlindikdə digər halların araşdırılmasına zərurət qalmır. Hazırkı iş üzrə iddiaçı sübutetmə yükünə uyğun olaraq öz üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən 15 309 manat və 5000 manat ödənişlərin vaxtında edilmədiyi üçün həmin ödənişlərin iddiaçı ilə "xxxx” ASC arasında bağlanmış faktorinq müqaviləsi üzrə faiz və cərimə borclarına silindiyinə, cavabdehin 22 875,15 manat ödənişi isə iddiaçının təqdim etdiyi hesab-fakturada qeyd olunan bank hesabına deyil, iddiaçıya məxsus digər bank hesabına köçürməsi nəticəsində həmin məbləğin də faktorinq razılaşması çərçivəsində tam şəkildə silindiyinə istinad edərək həmin məbləğlərin cavabdehdən tutulmasını tələb edir. İddiaçı 15309 manat dəymiş zərərin tutulması ilə bağlı hissədə tələbinin əsasını təşkil edən sübut qismində məhkəməyə özü tərəfindən tərtib olunmuş 2020 - 2024-cü illərə aid cədvəl təqdim etmiş, iddiasının əsasını təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ümumi şərtlər toplusu, maliyyələşdirmə üçün ərizələr təqdim etsə də, zərərin mövcud olması, nə qədər təşkil etməsi, dəqiq yaranma əsası, cavabdehin hansı öhdəliyini pozması, zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqəni təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə tələbin cavabdehin ödənişi vaxtında etmədiyi üçün 5000 manat məbləğin iddiaçı ilə "xxxx” ASC arasında bağlanmış faktorinq müqaviləsi üzrə cərimə borclarına silinməsi əsası ilə həmin məbləğin dəymiş zərər olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının özünün sübut qismində təqdim etdiyi iddiaçının "xxxx” ASC-də olan hesabından çıxarışdan ##.##.2022-ci il tarixdə edilmiş 5000 manat ödənişin dövlət büdcəsinə və müvafiq fondlara olan borclara silindiyi görünür. Cavabdehin 22 875,15 manat ödənişi iddiaçının təqdim etdiyi hesabfakturada qeyd olunan bank hesabına deyil, iddiaçıya məxsus digər bank hesabına köçürməsi nəticəsində həmin məbləğin də faktorinq razılaşması çərçivəsində tam şəkildə silindiyinə istinad edərək həmin məbləğlərin cavabdehdən tutulmasını tələbi bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçı bank rekvizitlərinin qeyd olunduğu hesabfakturanın cavabdehə göndərildiyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız hesab- fakturanın özünü təqdim etmişdir. Digər tərəfdən, hətta hesab-faktura cavabdehə təqdim edilmiş olsa belə, iddiaçıya məxsus digər bank hesabına ödənişin edilməsi zərərin yaranma əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçı ilə "xxxx” ASC arasında bağlanmış ##.##.2020-ci il tarixli ümumi şərtlər toplusuna ##.##.2020-ci il tarixli * nömrəli əlavədən görünür ki, iddiaçı bütün gecikdirilmiş ödənişlərə görə bank qarşısında birbaşa məsuliyyət götürmüşdür. Bununla belə, təqdim olunan iddiaçının "xxxx” ASC-də olan hesabından çıxarışdan 22875,15 manat ödənişin əsas hissəsinin faktorinq müqaviləsi üzrə əsas borclara silindiyi görünür. Bu isə iddiaçının mövqeyinin əsassız olduğunu deməyə əsas verir.

 İddiaçı cavabdehin gecikdirməli ödənişlərinə görə dövlət büdcəsinə 15 682,91 manat vergi borcu yarandığına istinad edərək həmin məbləğin cavabdehdən tutulmasını tələb edir və tələbinin əsasını təşkil edən sübut qismində tərəflər arasında elektron poçt vasitəsi ilə aparılan yazışmaları və iddiaçının "xxxx” ASC-də olan hesabından çıxarışı təqdim edir. Yazışmalardan görünür ki, tərəflər arasında danışıqlar daşıma tariflərinin razılaşdırılması istiqamətində olmuş, cavabdeh bununla bağlı mövqelər ifadə etmişdir. Bank hesabından çıxarışdan isə iddiaçının dövlət büdcəsinə olan mənfəət vergisi borcu üzrə 15682,91 manat silindiyi görünür. İddiaçının təqdim etdiyi sübutlardan cavabdehin hansı öhdəliyini pozması müəyyən deyildir. Eyni zamanda verginin mahiyyəti və mənfəət vergisinin təyinatı nəzərə alındığında cavabdehin öhdəliklərini pozması və ya lazımınca icra etməməsi ilə iddiaçının dövlət büdcəsi qarşısında vergi öhdəliyinin yaranması arasında səbəbli əlaqənin nədən ibarət olması məhkəməyə aydın deyildir.

 Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi dəymiş real zərərin tutulması hissəsində əsassızdır və rədd edilməlidir.

 Əldən çıxmış fayda tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır, ona görə də iddia tələbi əldən çıxmış fayda qismində zərərin tutulması hissəsində təmin edilə bilməz.

 İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.

 Üçüncüsü, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 150 000 manat pulun ödənilməsini tələb edir. İddiaçı bu hissədə tələbini onunla əsaslandırır ki, banklara edilmiş müraciətdən görünür ki, iddiaçı artıq bank sferasında etibarsız hüquqi şəxs kimi qiymətləndirilmiş, buna səbəb isə daima gecikmələrə yol verən şirkət imici olmuşdur. Halbuki həmin gecikmələr iddiaçının deyil, məhz cavabdehin ödənişlərdə yol verdiyi yuxarıda sadalanan gecikmələrlə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarında izah olunur ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, hüquqi şəxs işgüzar nüfuza dəymiş zərərə görə ancaq vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Bu mənada isə məhkəmə bildirir ki, Mülki Məcəllənin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir. Belə ki, iddiaçı qeyd olunan tələbi irəli sürsə də, işgüzar nüfuzuna dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd olunmalıdır.

 İddia tələbinin qismən təmin edildiyini, ödənilməli dövlət rüsumunun məbləğininin 590 manat olduğunu və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2,2 manat məbləğində pul cavabdeh "xxxx” ASC-dən tutularaq iddiaçı “Buta İndependent Group” MMC-yə ödənilməlidir.

24. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 23.4-cü, 23.6-cı, 372.1-ci, 372.2-ci, 373.2-ci, 425-ci, 442-ci, 443.1-ci, 443.4-cü, 448.1-ci, 448.2ci, 850.1-cimaddələrinəistinadetmişdir.

25. Qətnamədən “Buta İndependent Group” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını,məhkəmənin əsassız qənaətə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

26. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş,qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur.

Apellyasiya baxışı, izahatlar

27. İddiaçının məhkəmə iclaslarında iştirak edən qanuni nümayəndəsi və nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehinnümayəndələriisəapellyasiyaşikayətininəsassızolduğunubildirmişlər.

28. İddiaçının nümayəndəsi ##.##.2026-cı il tarixdə “iddia tələbinin azaldılması” adlandırdığı yazılı ərizə təqdim edərək bildirmişdir ki, “yükdaşıma müqaviləsi üzrə ##.##.2022ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura əsasında göstərilmiş xidmətin dəyəri kimi 22 875,15 manat pul vəsaitinin, yükdaşıma müqaviləsi üzrə iddiaçının bank hesabına xidmət haqqı vaxtında köçürülmədiyi üçün 5000 manatın, cavabdehin müqavilələr üzrə gecikdirdiyi ödənişlər ucbatından dövlət büdcəsinə yaranmış vergi borcunun əvəzi kimi 15 682,91 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” tələblərinin təmin olunmaması hissəsində də artıq qətnaməni mübahisələndirmirlər; əldən çıxmış fayda qismində 90 000 manatın (****** saylı eqaimə üzrə 10200 manat + həmin qaimənin ödənilməsinin gecikdirilməsinə görə 70800 manat ziyanı), işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manatın və ödənilmiş 823 manat dövlət rüsumunun, faktorinq müqaviləsi üzrə cərimə qismində isə 4661,52 manatın cavabdehdən iddiaçınınxeyrinətutulmasınıistəyirlər.

29. İddiaçının nümayəndəsi vəsatət də verərək bildirmişdir ki, “tərəflər arasında bağlanmış yükdaşıma müqavilələrində daşıyıcı tərəf olan iddiaçının xidmət haqqının əvəzinin 30 təqvim günü müddətində cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuş, sonradan cavabdehin təklifi əsasında “xxxx” ASC ilə “Buta İndependent Group” MMC arasında ## ###### 2020-ci il tarixli Müqavilə bağlanmışdır. Həmin müqavilənin “Faktorinq” ilə bağlı 1.1-ci bəndində qeyd edilmişdir ki, “Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” forması ilə müəyyən olunmuş şərtlər əsasında Bank faktor olaraq Müştərinin üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində Müştəriyə "Maliyyələşdirmə üçün ərizə (Faktorinq Əməliyyatları üzrə)” formasında göstərilən məbləğdə pul verməyi, Müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, Müştəri isə öz növbəsində üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələbini Banka güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən Banka güzəşt edilən pul tələbinin miqdarı "Maliyyələşdirmə üçün ərizə (Faktorinq əməliyyatları üzrə)” formasında göstərilən məbləği təşkil edir. "xxxx” ASC tərəfindən verilmiş ##.##.2020-ci il tarixli TM****/** saylı və TM0001/39- ** saylı Maliyyələşdirmə üçün Ərizələrdə isə qeyd edilmişdir ki, Borclu (Alıcı) “xxxx” ASC ilə Kredit verən “xxxx” ASC arasında imzalanmış ##.##.2016-cı il tarixli TM**** nömrəli Maliyyələşdirmə üçün ərizə, limit çərçivəsində illik faiz dərəcəsi 11 % olaraq müəyyən edilmiş (Müştəri qismində “Buta İndependent Group” MMC) və ərizə cari vaxt üçün istifadə edilməmiş həcmdə mümkündür. Tərəflər arasında olan hüquq münasibətləri barədə qeyd etmişik ki, yükdaşımalar üzrə köçürmələr 30 gün müddətində maliyyələşdirmə üçün ərizələr tərtib edilməklə iddiaçının bank hesabına “xxxx" ASC tərəfindən köçürülmüş, bankın köçürdüyü pul vəsaitini isə “xxxx"ASC 120 gün müddətində iddiaçının həmin bankdakı hesabı vasitəsilə “xxxx" ASC-yə geri qaytarmalı olmuşdur. Yəni, əgər “xxxx" ASC pulu 120 gün müddətində “xxxx" ASC ilə öz aralarındakı 2016-cı il tarixli razılaşmaya əsasən iddiaçının bankdakı hesabına qaytarırsa və bank 120 gün müddətində həmin pulu iddiaçının hesabından silirsə, iddiaçıya heç bir cərimə məbləği tətbiq olunmur. Lakin, 120 günlük müddət aşılarsa, bu halda, iddiaçının bank hesabından normal olaraq həm köçürmənin əvəzi ilə yanaşı, əlavə olaraq hesablanmış cərimə silinir və iddiaçı maddi ziyan vurulması ilə nəticələnir. Həmin silinmələr tərəfimizdən təqdim edilmiş hesabdan çıxarışlarda “Factoring Penalty” yəni “Faktorinq üzrə cərimə” məbləği olaraq qeyd edilir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında maliyyələşdirmə üzrə ərizələrdə qeyd olunan Borclu (Alıcı) “xxxx” ASC ilə Kredit verən “xxxx” ASC arasında imzalanmış ##.##.2016-cı il tarixli müqavilə ilə iddiaçının “xxxx” ASC-dəki bank hesabına Cavabdeh tərəfindən pul köçürülməsi arasında heç bir əlaqə olmadığını bildirmişdir. Heç bir əlaqə yoxdursa, Bankın hansı səbəbdən xidmət haqqını cavabdehin əvəzinə qabaqcadan ödəməsinin səbəbini, habelə pulu niyə “xxxx” ASC-yə deyil, “Buta İndependent Group” MMC-nin hesabına geri qaytarmasının səbəbini izah edə bilməmiş, Bankla cavabdeh arasında bağlanmış müqaviləni məhkəməyə təqdim etməmişdir. Buna görə də, qeyd olunan məqamlara aydınlıq gətirilməsinin yeganə yolu "xxxx” ASC-dən müvafiq sübutların götürülməsidir”.

30. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək bildirmişdir ki, ##.##.2021-ci il tarixli EBBD seriyalı ****** saylı, 10200 manat manat məbləğində olan elektron qaimə əsasında irəli sürülən “cavabdehdən 90000 manat əldən çıxmış faydanın tutulması” tələbi üzrə, ümumiyyətlə bütüntələblərüzrəiddiamüddətiötürülmüşdür.

31. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutların “xxxx” ASC-dən götürülməsinə (alınmasına) qərar verilmiş, qərardad əsasındamüvafiqsənədlərməhkəməyəgöndərilmişdir.

32. İddiaçının nümayəndələri məhkəməyə ##.##.2021-ci il tarixli “X6 Protokolu”nu təqdim etmiş, həmin sənədi birinci instansiya məhkəməsinə təqdim etməmələrinin səbəbini, onu tapa bilmədikləriiləizahetmişlər.

33. Cavabdehin nümayəndələri müvafiq sənədin mötəbərliliyinə etiraz etmiş, həm sənəddəki imzanın cavabdehin Baş direktoruna aid olmadığını, həm də yeni sübutun apellyasiya instansiyasındaqəbuledilməsininyolverilməzolduğunubildirmişlər.

34. İddiaçının nümayəndəsi (vəkili) ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, “əldən çıxmış fayda qismində 90 000 manatın və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” tələblərindən imtina etdiklərini, ##.##.2026-cı il tarixli ərizələrini geri götürdüklərini bildirmiş və “yük daşınması müqaviləsi üzrə 1120 manat daşıma haqqının, yükdaşıma müqaviləsi üzrə ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura əsasında göstərilmiş xidmətin dəyəri kimi 22 875,15 manat pul vəsaitinin, yük daşınması və faktorinq müqavilələri üzrə ödənilməli məbləğlər vaxtında ödənilmədiyi üçün bank tərəfindən 30 təqvim günündən sonra illik 11 faizlə hesablanmış 15 309 manatın, yükdaşıma müqaviləsi üzrə iddiaçının bank hesabına xidmət haqqı vaxtında köçürülmədiyi üçün 5000 manatın, cavabdehin müqavilələr üzrə gecikdirdiyi ödənişləri ucbatından dövlət büdcəsinə yaranmış vergi borcunun əvəzi kimi 15 682,91 manatın cavabdehdəniddiaçınınxeyrinətutulması”barədəqətnaməçıxarılmasınıxahişetmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlahəyatakeçirməyəborcludurlar.

36. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədəzərərinəvəzinindahaazmiqdardaödənilməsinəzərdətutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldəedəcəyigəlirlər(əldənçıxmışfayda)başadüşülür.

39. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdənçəkinməyitələbetməkhüququnamüddətşamiledilir.

40. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddiamüddətisayılır.

41. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilətələbləriüzrəiddiamüddətiisəaltıildir.

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələbetməkhüququvardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.

45. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallaristisnatəşkiledir.

46. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalarmüvafiqhissələrdətətbiqedilir.

47. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrəödənilir.

48. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

50. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadəkonunicrasınıtələbedəbilməz,lakinborcluonuvaxtındanəvvəlicraedəbilər.

51. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isəonuağlabatanmüddətdəicraetməyəborcludur.

52. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cürdövrərzindəistənilənanicraedilməlidir.

53. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirməkvəzifəsiirəligəlməsin.

54. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

55. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır.

56. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəştetməyiöhdəsinəgötürür.

57. Maddə 655.2.Pultələbləriningüzəştibarəsindəborcluyabildirişverilməlidir.

58. Maddə 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilədəborcluyaolanpultələbinifaktoragüzəştedəbilər.

59. Maddə 655.5.Faktorinqmüqaviləsiyazılıformadabağlanır.

60. Maddə 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.

61. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalartətbiqedilir.

62. Maddə 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamdafaktorakeçməsinibildirir.

63. Maddə 657.3. Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədəkeçməsidətənzimlənəbilər.

64. Maddə 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmışmüqavilədənirəligələntələblərəaidolsun.

65. Maddə 657.8. Mal göndərənin alğı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödəniºinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsiningecikdirildiyinibildiyiməqamdaicraetsin.

66. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

67. Maddə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6.daşıyıcınınyükəgirovhüququ.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

72. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.

73. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işəbaxılmanınpredmetiolmayanyenitələblərqəbuledilmirvəonlarabaxılmır.

74. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınauyğungəlməməsi.

75. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

59. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirməmiş, iddiaçı isə yalnız qeydedilənhissəiləbağlıapellyasiyaşikayətivermişdir.

60. Bununla yanaşı nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) “əldən çıxmış fayda qismində 90 000 manatın və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” tələblərindən imtina etdiklərini, “yük daşınması müqaviləsi üzrə 1120 manat daşıma haqqının, yükdaşıma müqaviləsi üzrə ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura əsasında göstərilmiş xidmətin dəyəri kimi 22 875,15 manat pul vəsaitinin, yük daşınması və faktorinq müqavilələri üzrə ödənilməli məbləğlər vaxtında ödənilmədiyi üçün bank tərəfindən 30 təqvim günündən sonra illik 11 faizlə hesablanmış 15 309 manatın, yükdaşıma müqaviləsi üzrə iddiaçının bank hesabına xidmət haqqı vaxtında köçürülmədiyi üçün 5000 manatın, cavabdehin müqavilələr üzrə gecikdirdiyi ödənişləri ucbatından dövlət büdcəsinə yaranmış vergi borcunun əvəzi kimi 15 682,91 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə qətnamə çıxarılmasını istədiklərini bildirmişlər; bu isə o deməkdir ki, apellyasiya baxışının predmetini iddiaçının apellyasiyabaxışıüzrəqəbulolunmasınıistədiyitələblərüzrəgəlinənnəticətəşkiledir.

61. Qətnamənin “xxxx” ASC-dən 1120 manatın və dövlət rüsumunun əvəzi olaraq 2,2 manatın tutularaq “Buta İndependent Group” MMC-yə ödənilməsi” hissəsi ümumiyyətlə apellyasiya baxışının predmeti deyildir; iddiaçının nümayəndəsinin imtina etdiyi tələblərə isə müvafiqqərardadlaqiymətveriləcəkdir(verilmişdir).

62. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsinin “iddia tələbinin azaldılması” adı ilə məhkəməyə təqdim etdiyi və sonradan geri götürdüyünü bildirdiyi ərizə apellyasiya baxışının həddi baxımından hər hansı əhəmiyyət kəsb etmir; belə ki, apellyasiya instansiyası məhkəməsində iddia tələbinin həcminin azaldılması nəzərdə tutulmamışdır, əgər iddiaçı hər hansı tələbinə baxılmasını arzulamırsa, bu istəyini iddiadan imtina yolu ilə həyata keçirə bilər – hansı ki, iddiaçı məhz “əldən çıxmış fayda qismində 90 000 manatın və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manatın cavabdehdən xeyrinə tutulması” tələblərinə münasibətdə bu cür iradəsiniyazılışəkildəifadəetmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

63. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqiəsasıaraşdırılmalıdır.

64. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçünisə4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

65. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisənibitirməkolar.

66. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlananfaktlarınməcmusunaistinadənqəbuledir.

67. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

68. “Yükdaşıma müqaviləsi üzrə ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura əsasında göstərilmiş xidmətin dəyəri kimi 22 875,15 manat pul vəsaitinin, yük daşınması və faktorinq müqavilələri üzrə ödənilməli məbləğlər vaxtında ödənilmədiyi üçün bank tərəfindən 30 təqvim günündən sonra illik 11 faizlə hesablanmış 15 309 manatın, yükdaşıma müqaviləsi üzrə iddiaçının bank hesabına xidmət haqqı vaxtında köçürülmədiyi üçün 5000 manatın, cavabdehin müqavilələr üzrə gecikdirdiyi ödənişləri ucbatından dövlət büdcəsinə yaranmış vergi borcunun əvəzi kimi 15 682,91 manatın cavabdehdən xeyrinə tutulması” tələblərini iddiaçı aşağıda göstərildiyi kimi əsaslandırmışdır: a) ##.##.2020-ci il və ##.##.2020-ci il tarixli müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, cavabdehin 3 elektron qaimə üzrə borcu qalmış, cavabdehin maliyyə çətinliyi ilə əlaqədar təklifi əsasında o, (iddiaçı) “xxxx” ASC-nin faktorinq xidmətindən istifadə etmiş, faktorinq çərçivəsində bank tərəfindən ayrılan vəsait illik 11 % dərəcə ilə maliyyələşdirilmiş, lakin cavabdeh 30 günlük müqavilə müddətini dəfələrlə, bəzən isə 120 gün və daha artıq müddətdə aşmış, nəticədə iddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən əlavə faiz və komissiyalara məruz qalmış, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik 30 təqvim günündən artıq gecikdirildiyi və banka vəsait vaxtında köçürülmədiyi üçün 30 gündən sonrakı 11 %-lə gecikmə 15 309 manat təşkil etmişdir. b) ##.##.2021 - ##.##.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xidməti müqabilində ümumilikdə 20 191,62 manat köçürmə etməli olduğu halda, cavabdeh ##.##.2021-ci il tarixli EBAY ****** nömrəli qaimə-faktura üzrə 15 191,62 manat ödəniş etmiş, qalan 5000 manat qalıq ödənişi isə 7 ay sonra - ##.##.2022-ci il tarixdə etmiş, həmin 5000 manat ödəniş cavabdehin öz ucbatından hesablanmış dəbbə pulu və faizlərə silinmiş, iddiaçı 5000 manat məbləğində ziyana məruz qalmışdır. c) cavabdehin gecikdirməli ödənişləri ucbatından dövlət büdcəsinə 15 682,91 manat vergi borcu yaranmışdır. d) 2022-ci ilin mart ayı ərzində cavabdehə nəqliyyat xidməti göstərilmiş, bu xidmətlərə dair ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura tərtib edilmiş, xidmətin dəyəri 22 875,15 manat göstərilmişdir. Təqdim olunmuş hesab-faktura üzərindən ödənişin "xxxx” ASC-nin hesabına köçürülməsi nəzərdə tutulsa da, cavabdeh bu ödənişi ##.##.2022-ci il tarixdə "xxxx” ASC vasitəsilə təqdim etmişdir. Lakin məbləğ elə həmin gün "xxxx” ASC tərəfindən faktorinq razılaşması çərçivəsində tam şəkildə silinmişdir, hansı ki, həmin silinmə üzrə gecikmə məbləğləri də yenə cavabdehin ucbatından baş vermişdir. Yekun nəticədə iddiaçı göstərdiyi xidmətdən real olaraq heç bir məbləğalabilməmişdir.Bunagörədə22 875,15 manat cavabdehdənxeyrinətutulmalıdır.

69. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi ##.##.2021-ci il tarixli “X6 Protokolu” (§ 32) sübut kimi qəbul olunmamalıdır; çünkü yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırdığıhaldaqəbulolunabilər (§ 72).

70. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 72) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinindaşımasıməqsədinəxidmətedir.

71. Həmçinin qeyd olunmalıdır ki, sözügedən sənəd sübut kimi qəbul olunsa belə, həmin sənədəistinadənirəlisürüləntələbiddiamüddətiötürüldüyüüçüntəminolunabilməz.

72. Belə ki, həmin sənəddə tərəflərin arasında 2020-2021-ci illər üzrə qarşılıqlı maliyyə hesablaşmaları aparıldığından bəhs olunur və cavabdehin sözügedən sənəd üzrə öhdəliyini hansımüddətərzindəicraedəcəyigöstərilməmişdir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə MM-in 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il ## #### tarixli qərarında göstərmişdir ki, “...Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (MM-in 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamışolur”.

74. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbi ##.##.2025-ci il tarixdə irəli sürülmüşdür (məhkəməyə təqdim olunmuşdur); ##.##.2021-ci il tarixli razılaşma protokolunun bağlanmasından iddianın qaldırıldığı tarixə qədər ötən dövrü isə ağlabatan dövr hesab etmək mümkündeyildir.

75. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiəvasitəsidir (§ 40).

76. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı).

77. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001ci il ## ###### tarixli Qərarı).

78. “Yükdaşıma müqaviləsi üzrə ##.##.2022-ci il tarixli EBBU ****** nömrəli elektron qaimə-faktura əsasında göstərilmiş xidmətin dəyəri kimi 22 875,15 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı, bank rekvizitlərinin qeyd olunduğu hesab-fakturanın cavabdehə göndərildiyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız hesab-fakturanın özünü təqdim etmişdir. Digər tərəfdən, hətta hesab-faktura cavabdehə təqdim edilmiş olsa belə, iddiaçıya məxsus digər bank hesabına ödənişin olunması zərərin yaranma əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçı ilə "xxxx” ASC arasında bağlanmış ##.##.2020-ci il tarixli ümumi şərtlər toplusuna ##.##.2020-ci il tarixli * nömrəli Əlavədən görünür ki, iddiaçı bütün gecikdirilmiş ödənişlərə görə bank qarşısında birbaşa məsuliyyət götürmüşdür. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının "xxxx” ASC-də olan hesabından çıxarışdan 22 875,15 manat ödənişin əsas hissəsinin faktorinq müqaviləsi üzrə əsas borclarasilindiyigörünür-buisəiddiaçınınmövqeyininəsassızolduğunudeməyəəsasverir.

79. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi üzrə də iddia müddəti ötürülmüşdür.

80. “Yük daşınması və faktorinq müqavilələri üzrə ödənilməli məbləğlər vaxtında ödənilmədiyi üçün bank tərəfindən 30 təqvim günündən sonra illik 11 faizlə hesablanmış 15 309 manatıncavabdehdəntutulması”tələbinəmünasibətdəkollegiyaaşağıdakılarıqeydedir:

81. İddiaçının təqdim etdiyi sənədlərə görə, faktorinq müqaviləsi üzrə hesablanmış cərimə qismində ##.##.2021-ci il tarixdə 1,42 manat, ##.##.2021-ci il tarixdə 17,24 manat və 84,39 manat, ##.##.2021-ci il tarixdə 5,12 manat və 103,83 manat, ##.##.2021-ci il tarixdə 0,21 manat və 25,15 manat, ##.##.2021-ci il tarixdə 515,54 manat və 310,34 manat, ##.##.2022-ci il tarixdə 24,31 manat, ##.##.2022-ci il tarixdə 857,54 manat və 2631,35 manat, ##.##.2022-ci il tarixdə85,08manatolmaqla,cəmi4661,52manatpultutulmuşdur.

82. İddiaçının nümayəndəsi (vəkili) də apellyasiya baxışı zamanı, hesablamada səhvə yol verdiklərini, müvafiq iddia tələbinin məhz 4661,52 manat həcmində təmin olunmasını xahiş etdiklərinibildirmişdir.

83. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubunda isə göstərilmişdir ki, “Buta İndependent Group” MMC-yə 2020-2024-cü il aralığında ayrılmış toplam 18 maliyyələşdirmə ərizəsi üzrə 478326,02 manat məbləğdə öhdəliklərə görə kredit müqaviləsinin şərtləri əsasında tətbiqedilmiş20%cəriməfaiziolmaqla,toplam9910,04manatcəriməhesablanmışdır.

84. Kollegiya hesab edir ki, faktorinq şərtlərinin yer aldığı ##.##.2020-ci il tarixli OnGTC- *****LE/**** saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”, həmin müqavilə üzrə razılaşdırılmış ##.##.2020-ci il tarixli Maliyyələşdirmə üçün ərizə, ##.##.2020-ci il tarixli OnGTC-*****LE/**** saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”na ## ###### 2020-ci il tarixdə * saylı Əlavə “xxxx” ASC (bank) ilə “Buta İndependent Group” MMC (müştəri) arasında bağlandığından və cavabdeh həmin müqavilələrin tərəfi olmadığından, faktorinq əməliyyatlarına, o cümlədən iddiaçıya tətbiq edilən cəriməyə görə cavabdeh iddiaçı qarşısındaməsuliyyətdaşıyabilməz.

85. Belə ki, iddiaçının əsaslandığı maliyyələşdirmə üçün ərizə iddiaçı və “xxxx” ASC arasında imzalanmışdır, cavabdeh həmin ərizədə tərəf deyildir; ərizədə isə ödənişin gecikdirilməsinə görə cavabdehin cərimə və ya ziyan ödəyəcəyinə dair öhdəlik nəzərdə tutulmamışdır.

86. Başqa sözlə, əgər iddiaçı “xxxx” ASC-nin ona cərimənin əsassız tətbiq edildiyini hesabedirsə,buiddiasınıbankaqarşıirəlisürəbilər.

87. Bu zaman həm də nəzərə alınmalıdır ki, “xxxx” ASC ilə “xxxx” ASC (müştəri) arasında bağlanmış ##.##.2016-cı il tarixli TM**** saylı “Maliyyələşdirmə üçün ərizədə (Təchizatçının maliyyələşdirilməsi əməliyyatı üzrə) və həmin ərizəyə * saylı Əlavədə (6-cı bənd) bank tərəfindən “xxxx” ASC-nə də cərimə tətbiq olunacağı təsbit olunmuşdur – lakin görünən odur ki, bank həm iddiaçıya, həm “xxxx” ASC-nə qarşı müvafiq cəriməni tətbiq etmək imkanına sahibolduğuhalda,buhüququndaniddiaçıyamünasibətdəistifadəetmişdir.

88. “Yükdaşıma müqaviləsi üzrə bank hesabına xidmət haqqı vaxtında köçürülmədiyi üçün 5000 manatın cavabdehdən xeyrinə tutulması” tələbini iddiaçı belə əsaslandırmışdır ki, ##.##.2021 - ##.##.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xidməti müqabilində ümumilikdə 20 191,62 manat köçürmə etməli olduğu halda, cavabdeh ##.##.2021-ci il tarixli EBAY ****** nömrəli qaimə-faktura üzrə 15 191,62 manat ödəniş etmiş, 5000 manat qalıq ödənişi isə 7 ay sonra - ##.##.2022-ci il tarixdə həyata keçirmiş, həmin 5000 manat ödəniş cavabdehin ucbatından hesablanmış dəbbə pulu və faizlərə silinmiş, buna görə də 5000 manat məbləğində ziyanaməruzqalmışdır.

89. Mülki qanunvericiliyin mənasına görə, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsiarasındasəbəbliəlaqə; 3)zərərvuranşəxsintəqsirimüəyyənolunmalıdır.

90. Bu baxımdan, iddiaçının “cavabdehin müqavilə üzrə öhdəliklərini pozması və ya lazımınca icra etməməsi nəticəsində dəymiş real zərərin əvəzinin xeyrinə tutulması” tələbləri üzrə sübutetmənin predmetini cavabdeh tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərinmövcudluğuvəhəcmi,səbəbliəlaqəvətəqsirtəşkiledir.

91. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəliltəqdimetmələrizəruridir.

92. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən isə borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqənin sübutetmə vəzifəsini iddiaçı, təqsirli olmadığını sübutetmə vəzifəsini isə cavabdeh daşıyır. Lakin prosessual qənaət prinsipinə əsasən iddianın uğurlu olmaması qənaətinə sübutetmə predmetini təşkil edən bir neçə halın müəyyən edilməsi yolu ilə gəlindikdə digər halların araşdırılmasına zərurət qalmır.

93. Kollegiya iddiaçının, öz üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilmədiyinə dair birinciinstansiyaməhkəməsininqənaətiilərazılaşır.

94. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin iddia tələbinin özü-özlüyündə əsassız olduğu görünür – belə ki, iddiaçının özünün sübut qismində təqdim etdiyi, onun “xxxx” ASC-də olan hesabından çıxarışdan ##.##.2022-ci il tarixdə edilmiş 5000 manat ödənişin dövlət büdcəsinəvəmüvafiqfondlaraolanborclarasilindiyiaydınolur.

95. İddiaçının “cavabdehin gecikdirməli ödənişlərinə görə dövlət büdcəsinə yaranmış 15 682,91 manat vergi borcunun cavabdehdən tutulması” tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlardan cavabdehin hansı öhdəliyini pozması müəyyən olunmur. Eyni zamanda verginin mahiyyəti və mənfəət vergisinin təyinatı nəzərə alındığında cavabdehin öhdəliklərini pozması və ya lazımınca icra etməməsi ilə iddiaçının dövlət büdcəsi qarşısında vergiöhdəliyininyaranmasıarasındasəbəbliəlaqəninnədənibarətolmasıaydındeyildir.

76. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir (iddiaçının iddia tələblərindən qismən imtina etməsi səbəbilə qətnamənin müvafiq hissədə ləğv olunması nəzərə alınmaqla).

77. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbinolub-olmamasınabağlıdeyildir.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

“ButaİndependentGroup”MMC-ninapellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ####### 2025-ci il tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın (“əldən çıxmış fayda qismində 90 000 manatın və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manatın cavabdehdən tutulması” tələblərinin təmin olunmaması ilə bağlı hissədə qətnamənin müvafiq qərardadla ləğv edildiyi və həmin hissədə işin icraatına xitam verildiyi nəzərə alınmaqla). Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən “Buta İndependent Group” MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar