Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-575/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi, yük daşınması münasibətləri, muzdun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Lətifov Asəf Ağasəddin oğlunun iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (“podratçı”) ilə Cavabdeh MMC (“icraçı”) arasında ## ######## 2024cü il tarixli podrat müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1-ci bəndinə əsasən podratçı yüklərin daşınması, yükvurma yükboşaltma işlərini və nəqliyyat ekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər nəqliyyatların aparılmasını təşkil etməyi. Sifarişçi sə Podratçının xidmətlərini ödəməyi öhdə sinə götürür. 3.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında göstərəcək xidmətlərin dəyəri Maddə 1.2-yə müvafiq olaraq tərəflər arasında razılaşdırılır. 3.2-ci bəndinə əsasən podratçı göstəriləcək hər bir xidmət üçün Təhvil-təslim aktını,elektron qaiməni, hesab-faktuarnı Sifarişçiyə təqdim edir. 3.3 -cü bəndinə əsasən sifarişçi podratçının göstərdiyı xidmətlərin haqqını, xidməti təhvil verməsi ilə bağlı sənədə əsasən təqdim olunmuş hesab-fakturaya əsasən 30 gün müddətində Podratçının bank hesabına köçürür Sifarişçi tərəfindən avans ödənişlər də edilə bilər. Sifarişçi Podratçının göstərdiyi xidmətlərin ödənişini gecikdirdiyi halda hərgön üçün 0.1% dəbbə pulu olanacaqdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. ## ######## 2024-cü il tarixli podrat müqaviləsinə ** saylı Əlavədə tərəflər arasında xidmətlərin dəyəri razılaşdırılmışdır.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2025-ci il tarixli 2950 ABŞ dolları məbləğində hesab-faktura göndərilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə MT2410 ******** nömrəli ##.##.2024cü il tarixli 5270 manat, MT2507 ******** nömrəli ##.##.2025-ci il tarixli 15045 manat, MT2507 ******** nömrəli ##.##.2025-ci il tarixli 13770 manat məbləğində elektron qaimə göndrilmişdir.
5. “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatına əsasən ##.##.2025ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ##.##.2024-cü l tarixli müqavilə üzrə 13770 manat ödənilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli akta əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 10030 manat məbləğində xidmət göstərilmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC arasında imzalanmış ##.##.2025-ci il tarixli akta əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 13770 manat məbləğində xidmət göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti 26.09. 2024-cü il tarixli arasında bağlanmış Podrat Xidmətləri Haqqında *** saylı müqavilə əsasında yaranmış 5185 manat əsas borc və 281.43 manat dəbbə pulu, cəmi isə 5466.43 manat borc və 75 manat dövlət rüsumu cavabdeh İddiaçı MMCyə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında bağlanmış ##.##.2024 tarixli № *** saylı Müqaviləyə əsasən İddiaçı MMC "xxxx " MMC-yə yük daşıma xidmətləri göstərmişdir lakin "xxxx " MMC göstərilən xidmətlərin haqqını tam ödəməmişdir. Dəfələrlə Cavabdeh MMC-nin məsul şəxsləri ilə danışıqlar aparılsa da bu günə kimi aşağıda cədvəldə qeyd edilən daşınan yüklərin xidmət haqqı ödənilməmişdir. Elektron qaimə-fakturanın seriya və nömrəsi tarixi elektron qaimə fakturanın dəyəri azn ödənilmiş məbləğ AZN Ödənilməli qalıq borc AZN ödənilməli tarix ödənişin gecikdirilmiş günlərinin sayı gecikdilmiş məbləğə görə hesablanmış faiz məbləği AZN Tələb edilən cəmi borc məbləği AZN MT2410 11051931 16.10.24 5 270.00 5 100.00 170.00 ##.##.2024 328 gün 55.76 225.76 MT2507 11943601 24.07.25 15 045.00 10 030.00 5 015.00 ##.##.2025 45 gün 225.67 5 240.67 20 315.00 15 130.00 5185.00 281.43 5 466.43 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2024-cü il tarixli arasında bağlanmış podrat xidmətləri haqqında *** saylı müqavilənin 3.3-cü maddəsində qeyd edilir ki, “Sifarişçi” ödənişi gecikdirsə gündəlik 0.1% dəbbə pulu ödəməlidir. Belə ki, bu günə kimi 5185 manat əsas borc və 281.43 manat dəbbə pulu, cəmi isə 5466.43 manat borc bu günə kimi ödənilməmişdir.
10. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.2, 445.1-ci maddələri göstərilmişdir.
11. Cavabdeh iddia ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2025 tarixli № ****(*****) saylı İddiaçı MMC Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə Cavabdeh MMC İddiaçı MMC qarşısında heç bir öhdəlik daşımır. Belə ki, həmin müqavilədə sifarişçi İddiaçı MMC, daşıyıcı isə Cavabdeh MMC-dir. Digər tərəfdən, iddiaçının qeyd etdiklərinin heç bir əsası yoxdur. Belə ki, ##.##.2024-cü il tarixli, *** saylı podrat xidmətləri haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən, xidmətlərin şərtlən və dəyəri hazırki müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokollarında öz əksini tapacaqdır. 3.1 -ci bəndinə əsasən, hazırkı müqavilə asasında göstəriləcəcək xidmətlərin dəyəri maddə 1.2-yə müvafiq olaraq tərəflar arasında razılaşdırılır. 3.2-ci maddəsinə əsasən, podratçı göstəriləcək hər bir xidmətlərin təhvil-təslim aktını, elektron qaiməni, hesab-fakturanı sifarişçiyə təqdim edir. Göründüyü kimi, tərəflər arasında bağlanan müqavilədə qeyd olunur ki, razılaşma protokollarında, təhvil-təslim aktını, elektron qaimə, hesab-faktura müqavilənin ayrılmaz tərkib hissəsidir. Lakin iş materiallarından aydın olur ki, tərəflər arasında xidmətlərin həcmini, şərtlərini və qiymətini müəyyən edən heç bir razılaşma protokolu mövcud deyildir, iddiaçı tərəfindən hər hansı xidmətin faktiki göstərildiyini təsdiq edən təhvil-təslim aktı təqdim edilməmişdir, iddia tələbinin əsasını təşkil edən elektron qaimə və hesab-fakturalar mövcud deyildir və məhkəməyə təqdim olunmamışdır. Bu isə onu göstərir ki, müqavilənin əsas və məcburi şərtləri olan, xidmətin konkret predmeti, həcmi, dəyəri və göstərilmə faktı qanunla və müqavilə ilə nəzərdə tutulmuş sübutlarla təsdiq edilməmişdir. Mülki hüququn ümumi prinsiplərinə əsasən, razılaşdırılmamış qiymət və təsdiqlənməmiş xidmət üzrə ödəniş tələbi irəli sürülə bilməz. Müqavilə üzrə öhdəliyin yaranması üçün isə təkcə müqavilənin mövcudluğu deyil, həm də həmin müqavilənin şərtlərinə uyğun icra faktı sübuta yetirilməlidir.Beləliklə, müqavilənin 1.2, 3.1 və 3.2-ci maddələrinin tələblərinə zidd olaraq, xidmətlərin dəyəri tərəflər arasında razılaşdırılmamış, xidmətlərin faktiki göstərilməsi təsdiqlənməmiş, icra sənədləri təqdim edilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)-8628/2025 qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx ” MMC-dən 5015 manat məbləğində əsas borc, 100 manat məbləğində dəbbə pulu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 71.15 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır. Belə ki, işin halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar ilə müəyyən olunub ki, İddiaçı MMC ilə “Login İnternational” MMC arasında ##.##.2024-cü il tarixində Podrat Xidmətləri Haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən yük daşıma xidmətləri göstərmişdir. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edib ki, cavabdeh iddianı qəbul etməyərək, ##.##.2024-cü il tarixli müqavilə üzrə daşımanın həyata keçirilmədiyini, buna dair təhvil-təslim aktının olmadığını qeyd etsə də, məhkəmə hesab edib ki həmin müqavilə üzrə daşımanın həyata keçirilməsi faktı iş materiallarında olan sübutlar, tərəflər arasında mövcud email yazışmaları, qisa idxal bəyannamələri, cavabdeh tərəfindən edilən ödənişlər həmçinin eyni daşıma üzrə digər 2 yük üzrə imzalanan təhvil-təslim aktları və ödəmələrlə öz təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixində İddiaçı MMC Cavabdeh MMC-yə **JC***/**YD***, **JC***/**YC***, **JF***/**YC*** dövlət qeydiyyat nişanlı avtomaşınlarla yük daşıma xidmətləri göstərmiş, ##.##.2025-ci il tarixində qarşılıqlı akt tərtib olunaraq və imza möhür edilərək **JC***/**YD***, **JC***/**YC*** dövlət qeydiyyat nişanlı avtomaşınlar üzrə yük qəbul olunmuş, həmin tarixdə **JF***/**YC*** dövlət qeydiyyat nişanlı avtomaşın üzrə isə kisələrdən biri deşilərək yükün bir hissəsi maşına dağıldığı üçün akta imza atmaqdan imtina edilmişdir. Daşınma xidmətinə görə Cavabdeh MMC İddiaçı MMC-yə iki avtomaşın üzrə daşınmış yükün xidmət haqqını - 10.030 manat ödəmiş, bir avtomaşın üzrə isə 5.015 manat xidmət haqqı ödənilməmişdir.Məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilərək 5015 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 170 manat tələb hissəsində əsassız hesab edərək qeyd edib ki, məhkəmə tərəfindən iddiaçıya 170 manat borcu təsdiq edən sübutların məhkəməyə təqdim olunması təklif olunsa da, iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən həmin hissədə idda rədd edilməlidir. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 5015 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edib ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh Cavabdeh MMC-dən 5015 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə ilkin olaraq qeyd edib ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Bununla yanaşı iş materiallarından görünüb ki, iddiaçı iddia ərizəsində həmçinin 281.43 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Göründüyü kimi cavabdeh Cavabdeh MMC-nin yükdaşıma xidmətlərin göstərilməsi müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 75 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71.15 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
14. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 850.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Suominen Finlandiyaya qarşı, § 36,Ruiz Torija İspaniyaya qarşı, § 29; Hiro Balani İspaniyaya qarşı, 27-ci paraqrafına istinadla əsaslandırmışdır.
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən xidmətlərin faktiki olaraq yerinə yetirildiyini və borcun məhz göstərilən məbləğdə formalaşdığını təsdiq edən heç bir qaimə, akt, hesab-faktura və ya digər ilkin mühasibat sənədi məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı öz tələblərini yalnız müqaviləyə istinad etməklə əsaslandırmış, lakin müqavilə üzrə öhdəliklərin faktiki icrasını, yəni xidmətlərin göstərildiyini və həmin xidmətlərə görə borcun yarandığını təsdiq edən hər hansı ilkin mühasibat sənədlərini – qaimə, hesab-faktura, təhvil-təslim aktı və ya digər sübutları məhkəməyə təqdim etməmişdir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində təkcə müqavilənin mövcudluğu borcun yaranması faktını sübuta yetirmir. Borcun mövcudluğu və məbləği yalnız xidmətin faktiki göstərilməsini və qəbul edilməsini təsdiq edən müvafiq sənədlərlə müəyyən edilə bilər. Bu baxımdan, iddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilmədiyi halda, məhkəmə tərəfindən borcun mövcudluğunun və məbləğinin müəyyən edilmiş hesab olunması qanunvericiliyin tələblərinə ziddir və sübutetmə yükünün düzgün qiymətləndirilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli, AKT № **.İST sənədi hüquqi nəticə doğuran qəbul-təhvil aktı kimi qiymətləndirilə bilməz. Belə ki, sənəd yalnız iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş, cavabdeh Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilməmişdir. Belə sənədlər hüquqi nəticə doğurması üçün hər iki tərəfin iradəsini əks etdirməlidir. Bu hal sənədin birtərəfli qaydada tərtib edildiyini göstərir. Bununla da sənəd sübut qüvvəsi daşımır. Cavabdeh MMC-nin möhürünün və imzasının olmaması sənədin qarşı tərəf üçün məcburi olmadığını, öhdəlik yaratmadığını, məhkəmə və ya mübahisə zamanı sübut kimi qəbul edilə bilməyəcəyini göstərir. Hüquqi şəxsin iradə ifadəsi onun səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq olunmalıdır. Cavabdehin imzası və möhürü olmadan həmin sənəd xidmətlərin faktiki göstərildiyini, qəbul edildiyini və tərəflər arasında razılaşdırıldığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən, qeyd olunan akt sübut qüvvəsinə malik deyildir və məhkəmə tərəfindən əsas götürülməsi əsassızdır. Məhkəmə qeyd edir ki, cavabdeh Cavabdeh MMC-dən iddiaçının xeyrinə dəbbə pulunun tutulması üçün əsaslar mövcuddur. Bildirir ki, iddiaçının dəbbə pulu ilə bağlı tələbi də əsassızdır. Belə ki, əsas borcun mövcudluğu sübuta yetirilmədiyi halda, dəbbə pulunun hesablanması və tutulması mümkün deyildir. Dəbbə pulu yalnız mövcud və sübut olunmuş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hallarında tətbiq oluna bilər. Göründüyü kimi, məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. -851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. -852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -852.4-cü maddəsinə əsasən espeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: -852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); -852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.
21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız iddia tələbi təmin edilmiş hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı məhz həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ## ######## 2024-cü il tarixli “podrat xidmətləri” haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdeh tərəfindən verilən sifarişlər üzrə daşıma və nəqliyyat ekspedisiya xidmətləri göstərməyi, cavabdeh isə göstərilmiş xidmətlərin müqabilində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı iş üzrə iddiaçı mübahisəli müqavilədən irəli gələn öhdəliklərə əsaslanaraq cavabdehə göstərdiyi xidmətlərə görə ödənilməmiş 5.015 manat əsas borcun, habelə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə müqavilə üzrə xidmətlərin həcmini, dəyərini və faktiki icrasını təsdiq edən razılaşma protokollarının, təhvil-təslim aktlarının, elektron qaimələrin və hesab-fakturaların təqdim edilmədiyini əsas gətirərək iddianın əsassız olduğunu və rədd edilməli olduğunu bildirir.
27. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi adlandırılsa da, müqavilənin məzmunu onun mahiyyət etibarilə yükdaşıma və nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi müqaviləsi olduğunu göstərir. Buna görə də mübahisəli hüquq münasibətlərinə yükdaşıma münasibətlərini tənzimləyən hüquq normalarının tətbiqi zəruridir.
28. Odur ki, müqavilə üzrə göstərilmiş xidmətlərinə görə haqqın tələb edilməsi hissəsində iddianın hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci və 852.1-ci maddələri təşkil edir.
29. İddianın əsaslılığına münasibətdə kollegiya qeyd edir ki, iddiaçı cavabdehin sifarişi əsasında yükdaşıma xidmətlərinin göstərildiyini təsdiq etmək üçün məhkəməyə idxal bəyannaməsini, habelə 5.015 manat məbləğində yükdaşıma xidmətinin göstərilməsinə dair, yalnız iddiaçının imza və möhürü ilə təsdiqlənmiş ** saylı akt da təqdim etmişdir.
30. Bununla bağlı ələb olunan borcun əsaslandığı ** saylı aktın yalnız iddiaçı tərəfindən imzalandığından cavabdehin iradəsini əks etdirməməsinə dair cavabdehin dəlillərinə gəldikdə kollegiya hesab edir ki, tərəflər arasında yükdaşıma və ekspedisiya müqaviləsindən irəli gələn işgüzar münasibətlərin mövcudluğu, cavabdeh tərəfindən iddiaçıya eyni tarixdə və dəyərdə 3 yükdaşımanın sifariş edilməsi, sifariş edilmiş 2 yükdaşıma üzrə xidmətlərin qəbul edilməsi və dəyərlərinin ödənilməsi, mübahisə predmeti olan üçüncü yükdaşımanın həyata keçirilməsini təsdiq edən ##.##.2025-ci il tarixli ************** saylı idxal bəyannaməsinin mövcudluğu, həmin bəyannamədə idxal olunan yükün * saylı mübahisəli aktda göstərilən **JF***/**YC*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qeyd edilməsi kimi hallar məcmu şəkildə mübahisəli yükdaşımanın həyata keçirilməsini təsdiqləyir. Bundan əlavə cavabdehin özü də mübahisəli yükdaşımanın həyata keçirilməsi faktını inkar etməməklə iddia etirazın əsası kimi əsasən yükdaşıma zamanı 200 ABŞ dolları dəyəri olan yükün dağılmasına və göstərilən əsasla xidmətləri qəbul etməməsinə istinad edir. Odur ki, kollegiya hesab edir ki, hazırkı halda xidmət göstərilməsi barədə aktın cavabdeh tərəfindən imzalanmaması özlüyündə xidmətin göstərilmədiyinə dəlalət etmir, əksinə həmin aktı iş üzrə mövcud digər sübutlarla birlikdə qiymətləndirdikdə mübahisəli yükdaşımanın həyata keçirilməsi qənaətinə gəlmək mümkündür.
31. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən olunur ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya yükdaşıma xidmətlərini göstərmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini tam şəkildə həyata keçirməmiş, nəticədə cavabdehin iddiaçıya 5015 manat borcu yaranmışdır.
32. Belə olan halda isə iddiaçı Mülki Məcəllənin 850.1-ci və 852.4-cü maddələrinə əsasən 5015 manat məbləğində pul vəsaitinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
33. Daşıma həyata keçirilərkən iddiaçının təqsiri üzündən yükün bir hissəsinin dağılması barədə cavabdehin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, göstərilən hal həqiqətən baş verdiyi halda iddiaçıya qarşı dəymiş zərərin ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas versə də, cavabdehi daşımaya görə muzdun ödənilməsi öhdəliyindən azad etmir.
34. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən yükdaşıma müqaviləsi üzrə muzdu ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, adıçəkilən müqavilədə həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin 3.3-cü bəndi), eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 281,43 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova