AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№2-2(1-8)-148/2026 04.06.2026 ALIMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu vəŞamayevElşadYaquboviçdənibarəttərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasındabaxılmışdır. Işin halları
1. İddiaçı ASC ilə “xxxx” MMC arasında 2022-ci il ## ###### tarixində bağlanmış GL**** saylı kredit limiti müqaviləsi əsasında 2032-ci il ## ###### tarixədək illik 25%lə10000000manatməbləğindəkreditxəttiaçılmışdır.
2. İddiaçı ASC ilə “xxxx” MMC arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 1.0.* nömrəli, 2023-cü il ## #### tarixli versiyasının şərtlərininqəbuletməsibarədəOnGTC-********LE/****saylırazılaşmaimzalanmışdır.
3. Bankla cavabdeh2 arasında GL**** saylı kredit limiti müqaviləsinin təminatı olaraq 2022-ci il ## ###### tarixli Z****saylızaminlikmüqaviləsibağlanmışdır.
4. 2022-ci il ## ###### tarixli, K**** saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, “xxxx” MMC-yə 2024-cü il ## #### tarixədək illik faiz dərəcəsi 15%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30% olmaqla, 120000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kreditverilmişdir.
5. 2023-cü il # #### tarixli, K**** saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, “xxxx” MMC-yə 2024-cü il # #### tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28% olmaqla, 100000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kreditverilmişdir.
6. 2023-cü il ## ###### tarixli, K**** saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, “xxxx” MMC-yə 2024-cü il ## ###### tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 35%olmaqla,100.000manatməbləğindəmalalışıməqsədiiləkreditverilmişdir.
7. 2024-cü il ## ### və 2024-cü il ## #### tarixli pretenziya ilə cavabdehlərə borcunödənilməsibarədəxəbərdarlıqedilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) “xxxx”xxxx“cavabdeh MMC”) və cavabdeh2 (bundan sonra – “cavabdeh cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, K**** saylı kredit müqaviləsinə əsasən 76796,68 manat əsas borc, 149,32 manat cərimə olmaqla, cəmi 76946 manat məbləğində borcun; K**** saylı kredit müqaviləsinə əsasən 17339,32 manat əsas borc, 561,77 manat faiz borcu, 1076,86 manat cərimə olmaqla, cəmi 18977,95 manat məbləğində borcun; K**** saylı kredit müqaviləsinə əsasən 100000 manat əsas borc, 7050 manat faiz borcu olmaqla, cəmi 107050 manat məbləğində borcun, 492,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir.
9. Iddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borc alan və zaminə bildiriş məktubu göndərilmiş, bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqaviləşərtindənəzərdətutulmuştədbirləringörüləcəyibildirilmişdir.
10. 2024-cü il ## #### tarixli maliyyə arayışından görünür ki, MMC-nin 2024-cü il ## ### tarixə K**** saylı kredit müqaviləsinə 76796,68 manat əsas borc, 149,32 manat cərimə olmaqla, cəmi 76946 manat; K**** saylı kredit müqaviləsinə əsasən 17339,32 manat əsas borc, 561,77 manat faiz borcu, 1076,86 manat cərimə olmaqla, cəmi 18977,95 manat; K**** saylı kredit müqaviləsinə əsasən 100000 manat əsas borc,7050manatfaizborcuolmaqla,cəmi107050manatməbləğindəborcuvardır.
11. Məhkəmə Ekspertizası Mərkəzinin */**** saylı, 2025-ci il ## ###### tarixli rəyindən görünür ki, K**** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə 2024-cü il ## ###### tarixinə 100000 manat məbləğində əsas, 1666,66 manat məbləğində faiz borcu, 2024-cü il ## ### tarixinə 78387,65 manat məbləğində əsas, 0 manat məbləğində faiz borcu, 2024-cü il ## #### tarixinə 74840,89 manat məbləğində əsas, 635,89 manat məbləğində faiz borcu, 2024-cü il # ######## tarixinə 64198,35 manat məbləğində əsas, 0 manat məbləğində faiz borcu; K**** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə 2024-cü il ## #### tarixinə 17094,82 manat məbləğində əsas, 227,43 manat məbləğində faiz borcu, 2024-cü il ## ### tarixinə 17094,82 manat məbləğində əsas, 597,82 manat məbləğində faiz borcu, 2024-cü il ## #### tarixinə 17094,82 manat məbləğində əsas, 1046,55 manat məbləğində faiz borcu, 2024-cü il # ######## tarixinə 17094,82 manat məbləğində əsas, 1381,33 manat, məbləğində faiz borcu; K**** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə 2024-cü il ## ### tarixinə 97368,69 manat məbləğində əsas, 4341,20 manat məbləğində faiz borcu, 2024-cü il # #### tarixinə 97368,69 manat məbləğində əsas, 6169,57 manat məbləğində faiz borcu, 2024-cü il ## #### tarixinə 97368,69 manat məbləğində əsas, 6556,34 manat məbləğində faiz borcu, 2024-cü il # ######## tarixinə 97368,69 manat məbləğində əsas, 8208,90 manat məbləğində faiz borcu müəyyənedilir.
12. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının */**** saylı, 2025-ci il ## ##### tarixli rəyindən görünür ki, K**** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə 2024-cü il ## ###### tarixinə 100000 manat əsas, 1666,66 manat faiz borcu, 2024-cü il ## ### tarixinə 78387,65 manat əsas, 0 manat faiz borcu, 2024cü il ## #### tarixinə 74840,89 manat əsas, 635,89 manat faiz borcu, 2025-ci il ## #### tarixinə 64198,35 manat əsas, 6669,49 manat faiz borcu; K**** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə 2024-cü il ## #### tarixinə 17094,82 manat əsas, 227,43 manat faiz borcu, 2024-cü il ## ### tarixinə 17094,82 manat əsas, 597,82 manat faiz borcu, 2024-cü il ## #### tarixinə 17094,82 manat əsas, 1046,55 manat faiz borcu, 2025-ci il ## #### tarixinə 17094,82 manat əsas, 2713,30 manat faiz borcu; K**** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə 2024-cü il ## ### tarixinə 97368,69 manat əsas, 4341,20 manat faiz borcu, 2024cü il # #### tarixinə 97368,69 manat əsas, 6169,57 manat faiz borcu, 2024-cü il ## #### tarixinə 97368,69 manat əsas, 6556,34 manat faiz borcu, 2025-ci il ## #### tarixinə97368,69manatəsas,14784manatfaizborcumüəyyənedilir.
13. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, K**** saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 64198,35 manat əsas borc, 149,32 manat cərimə olmaqla, cəmi 64347,67 manat məbləğində pul vəsaiti; K**** saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 17094,82 manat əsas borc, 227,43 manat faiz borcu, 867 manat cərimə olmaqla, cəmi 18189,25 manat məbləğində pul vəsaiti; K**** saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 97368,69 manat əsas borc, 4341,20 manat faiz borcu olmaqla, cəmi 101709,89 manat məbləğində pul vəsaiti; 474,25 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin iddiaçıdan, 450 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada alınaraq dövlətbüdcəsinəödənilməsiqətedilmişdir(hakimN.Misirzadə).
14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələbetməkdəhaqlıdır.Lakin,iddiatələbihəcminəgörətaməsaslıdeyildir.
15. Tərəflər arasında bağlanmış K**** saylı kredit müqaviləsinin müddəti 2024cü il ## #### tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, K**** saylı müqavilənin qüvvədə olma müddət 2024-cü il ## #### tarixdə bitmişdir. Digər tərəfdən, iddiaçı K**** saylı kredit müqaviləsi üzrə 2024-cü il ## ### tarixdə cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərdiyindən müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda, iddiaçının K**** saylı kredit müqaviləsi üzrə 2024cü il ## ### tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri tələb etməsi əsassızdır.
16. Cərimə məbləğinə aid hissədə işin hallarını nəzərə alaraq, məhkəmə K**** saylı kredit müqaviləsinə əsasən 1.076,86 manat cərimə borcu məbləğində deyil, 867 manatməbləğindəmüəyyənedilməsiniədalətlivəməqsədəmüvafiqhesabetmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 442, 462.1, 467, 470.1, 472.2, 739.1, 739.2 (mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan), 743.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 103.1, 107, 119.1 və 217-ci maddələrinəistinadlaəsaslandırmışdır.
18. Iddiaçı apellyasiya şikayətində qətnamənin K**** saylı kredit müqaviləsi üzrə cərimə borcunun tutulması hissəsində, K**** saylı və K**** saylı kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulmaması hissələrdə ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahişetmişdir.
19. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması,iddiatələbininrəddedilməsinixahişetmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlikedənhakim–Q.Əliyev,hakimlər–C.ImanovvəT.Kərimov).
21. Məhkəmə göstərmişdir ki, iddiaçı cavabdehlərə göndərdiyi bildirişlə bütün borcu geri tələb edərək, müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. Birinci instansiya məhkəməsi də məhz Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında K **** saylı maliyyələşdirmə üçün ərizə üzrə müqavilə müddətinin bitdiyi ##.##.2024-cü il tarixinə, bildirişin verildiyi ##.##.2025-ci il tarixinə və ilk və təkrar ekspertizaların təyin olması qərardadlarının tarixinə, K 6303 və K**** saylı maliyyələşdirmə üçün ərizələr üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi ##.##.2024-cü il tarixinə, ilk və təkrar ekspertizaların təyin olması qərardadlarının tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyini nəzərə alaraq borc məbləğini hər razılaşma üzrə əsas borcvəfaizborcuhissədədüzgünmüəyyənetmişdir.
22. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas və faiz borcunun ekspert tərəfindən düzgün hesablanmamasından ibarət iddiaçının dəlili işə birinci instansiya məhkəməsində baxılarkən təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə verdiyi vəsatin mövzusu olmuşdur. Işi araşdıran birinci instansiya məhkəməsi vəsatətdə qeyd olunan halları nəzərə alaraq iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Təkrar ekspertizanın rəyi ilə iddiaçınındəlilləriöztəsdiqinitapmamışdır.
23. Kollegiya həmçinin göstərmişdir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdəyüksəkolmasıdüzgündeyil.
24. Bundan başqa iddiaçının apellyasiya şikayətində K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun tutulmasını mübahisələndirməsi anlaşılan deyildir. Belə ki, K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə iddiaçının tələbi 149,32 manat hesablanmış cərimənin tutulmasından ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi həminhissədəiddianıolduğukimitəminetmişdir.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 460.1, 462.1, 465.2, 467, 470.1, 470.2, 472.1, 739.1, MPM-nin 385.1, 387.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarına istinadlaəsaslandırmışdır.
26. Iddiaçı kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin əsas və faiz borcuna münasibətdə təmin edilməyən hissəsində dəyişdirərək, həmin hissədə iddia tələbinintamtəminedilməsibarədəyeniqərarqəbuledilməsinixahişetmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 390.1, 432.4, 443.1, 462.1, 462.3, 465.2-ci və “Banklar haqqında” Qanunun 36.6-cı maddələri üzrə - qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Ilkin və təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə baxmayaraq ekspert qarşısında qoyulmuş əsas və faiz borcunun nə qədər təşkil etməsi ilə bağlı sual cavablandırılarkən qanunvericiliyin və tərəflərin razılaşmasına uyğun olmayan silinmələr aparılmış, silinmə ardıcıllığına riayət edilməmiş, ekspert faizə və cəriməyə silinməli məbləğləri əsas borca silmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. Bank tərəfindən cavabdehlərə göndərilən xəbərdarlıq məktubunda K**** saylı kredit müqaviləsindən imtina edilməmiş, kredit müqaviləsi üzrə bütün borc cavabdehdən tələb edilməmiş, sadəcə olaraq Bank qarşısında olan gecikdirilmiş 5490 manat faiz borc məbləğinin icra edilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Ekspert rəylərində qanunsuz olaraq kreditin verilməsi müddətinin bitdiyi tarixindən sonra edilmiş ödənişləri əsas borcdan çıxılmaqla, həmin dövrə qədər hesablanan cərimə faizlərini, dəbbə pulunu nəzərə almamış, ödənilən bütün məbləği əsas borcdan silmişdir. Təqdim edilən hesabdan çıxarışa uyğun olaraq ekspertin rəylərindəki hesablamalar nəzərdən keçirildikdə məlum olur ki, ekspert müştərininödənişlərinidüzgünardıcıllıqlasilməmişvəfərqləryaranmışdır.
28. MPM-in 88, 103.1, 217.1, 217.3, 218.1, 220.4-cü maddələri üzrə - apellyasiya məhkəməsi tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərini, gecikdirilmiş günlərin sayının xeyli müddət təşkil etməsini və qeyd olunan maliyyələşdirmə üçün ərizəyə əsasən tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan cərimə faiz dərəcələrini nəzərə almamışdır. Məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsisəbəbindənprosessualhüquqnormalarınıntələbləripozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiyaşikayətinəqarşıetiraztəqdimedilməmişdir.
Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassasiya şikayəti həddində (əsas və faiz borcuna aid hissədə) yoxlanılacaqdır (MPM-in 403 və 416-cımaddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılarnəzərdətutulur:
“Maddə385.Öhdəlikanlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələbetməkhüququvardır. ...”
“Maddə442.Öhdəliyinicraedilməməsianlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqlaicraedilməsi)başadüşülür.”
“Maddə432.Öhdəliyinhissə-hissəicrası ... 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnəöhdəlik,eynimüddətliöhdəliklərinisəhamısıödənilir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyibaşqaqaydaetibarsızdır.”
“Maddə448.Öhdəliklərinicraedilməməsiüçünborclununməsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərinicraedilmədiyibütünhallarüçüncavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etməkolmaz. ...”
“Maddə462.Dəbbəpuluanlayışı 462.1. Dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübutayetirməyəborcludeyildir. ...”
“Maddə467.Məhkəmətərəfindəndəbbəpulununazaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə puluödənildikdənsonraonunmiqdarınınazaldılmasıistisnaedilir.”
“Maddə472.Zamininməsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminvəborclukreditorqarşısındabirgəməsuliyyətdaşıyırlar. ...”
33. “Məhkəmə ekspertizasıfəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunununmüvafiqmüddəalarındaaşağıdakılarnəzərdətutulur:
“Maddə3.Məhkəməekspertizasıfəaliyyətininvəzifəsi Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.”
“Maddə16.Ilkinməhkəməekspertizası Iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədi ilə birinci dəfə təyin(sifariş)edilənekspertizailkinməhkəməekspertizasıadlanır.”
“Maddə17.Əlavəməhkəməekspertizası Ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin(sifariş)edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertəhəvaləedilir.”
“Maddə18. Təkrarməhkəməekspertizası Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər,lakintədqiqatzamanıvərəytərtibedilərkənonlariştiraketmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin(sifariş)edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarınınelmiəsaslılığıbarədəsualqoyulabilər. Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələbarəsindəyazılıformadaözrəyiniayrıcatərtibedir.”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarındaaşağıdakılarnəzərdətutulur:
“Maddə14.Işüzrəməhkəməbaxışınınprinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir. ...”
“Maddə76.Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,işdəiştirakedənşəxslərinizahatlarıiləmüəyyənedilir. ...”
“Maddə77.Sübutetməvəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarısübutetməlidir. ...”
“Maddə88.Sübutlarınqiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmişqüvvəsiyoxdur.”
“Maddə101.Ekspertrəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşıqiymətləndirilir. ...”
“Maddə103.Ekspertrəyininməhkəmətərəfindənqiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindənqiymətləndirilir. ...”
“Maddə416.Kassasiyainstansiyasındaişəbaxmanınhədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqedilməsiniyoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılıolmayaraqyoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə qismən ləğvedilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyəqaytarılmalıdır.
36. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən tərəflər arasında ümumi şərtlər toplusu və GL**** saylı kredit limiti müqaviləsi çərçivəsində aşağıdakı maliyyələşdirmə üçün ərizələr (kredit əməliyyatı üzrə) imzalanmışdır: 2022-ci il ## ###### tarixli K**** saylı ərizəyə əsasən 2024-cü il ## #### tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28 % olmaqla, 120.000 manat məbləğində birdəfəlikkreditverilmişdir. 2023-cü il # #### tarixli K**** saylı ərizəyə əsasən 2024-cü il # #### tarixədək illik faiz dərəcəsi 13%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 28% olmaqla, 100.000 manat məbləğində dövriyyə vəsaitinin artırılmasıməqsədiiləkreditxəttiaçılmışdır. 2023-cü il ## ###### tarixli K**** saylı ərizəyə əsasən 2024-cü il ## ###### tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 35% olmaqla, 100.000 manat məbləğində yenidənmaliyyələşdirməməqsədiiləkreditxəttiaçılmışdır.
37. Kassasiya şikayətinin əsas dəlillərindən biri ekspert tərəfindən müqavilələr üzrəödənişlərinsilinməardıcıllığınındüzgünaparılmamasıdır.
38. Mülki prosessual qanunvericiliyin tələbləri və mülki məhkəmə icraatında baxılan mübahisələrin həlli metodikası baxımından məhkəmə ilk olaraq işin mübahisəsiz və mübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanma və s.) olmaları və həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərinin və iddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmeti və tərəflərin üzərlərinə düşən sübutetmə vəzifələrimüəyyənedilməlidir.
39. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə iddianın hüquqi əsası, sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərəuyğunhəlledilməlidir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı).
41. Işə baxan apellyasiya instansiya məhkəməsi isə qeyd olunan tələblərə riayət etməmişdir.
42. Belə ki, birinci instansiya məhkəməsi zamanı borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspert rəyi ilə razılaşmayan iddiaçı təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verərək göstərmişdir ki, ekspert tərəfindən ödənişlərin silinməsi və faizlərin hesablanması doğru yerinə yetirilməmişdir, belə ki, cavabdeh tərəfindən olunan ödənişlər qanuna və müqaviləyə uyğun olaraq ardıcıllıqla öncə cərimə borcundan, sonra faiz borcundan, sonraisəəsasborcdansilinməlidir.
43. Bununla bağlı məhkəmə tərəfindən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, lakin ekspertiza zamanı qeyd olunanlar nəzərə alınmamışdır. Iddiaçı yenə də ekspert rəyi ilə razılaşmamış, təqdim etdiyi etirazda yenə də ekspert tərəfindən silinmələrin düzgün aparılmadığını və silinmələrin qeyri-dəqiq aparılmasının yekun rəyin qeyri-real olması ilə nəticələndiyini göstərmiş, birinci instansiya məhkəməsi isə ekspert rəyinə uyğun əsas və faiz borcu məbləğini müəyyən etmişdir. Apellyasiya məhkəməsidəbirinciinstansiyaməhkəməsininmövqeyiilərazılaşmışdır.
44. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tərəflər arasında bağlanmış müqavilə şərtlərini və ödənişlərin silinmə ardıcıllığını tənzimləyən müqavilə müddəalarını nəzərə almamış, bununla da işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verməmişdir.
45. Belə ki, tərəflər arasında bağlanmış 2022-ci il ## ###### tarixli “Kredit limiti müqaviləsinin” 3.4-cü bəndində göstərilmişdir ki, kredit alandan daxil olan pul vəsaiti hesabına ilkin olaraq xərclər, cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraqəsasborcöhdəliyisilinir.
46. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinsipindən irəli gələrək ödənişlərin silinməsi qaydasını əvvəlcədən müəyyən etmişlər. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər öz iradələri ilə müqavilələr bağlamaqda və onlarınməzmununumüəyyənetməkdəsərbəstdirlər.
47. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdur ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qaydaetibarsızdır(MM432.4-cümaddəsi).
48. Apellyasiya instansiyası məhkəməsi isə ekspert rəyini qəbul edərkən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin müqavilədə müəyyən edilmiş ardıcıllıqla silinib-silinmədiyi və ekspert hesablamalarının tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olub-olmadığı üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Iddiaçının apellyasiya şikayətinin bununla bağlı dəlilinə münasibətdə isə göstərmişdir ki, əsas və faiz borcunun ekspert tərəfindən düzgün hesablanmamasından ibarət iddiaçının dəlili işə birinci instansiya məhkəməsində baxılarkən təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə verdiyi vəsatin mövzusu olmuş, işi araşdıran birinci instansiya məhkəməsi vəsatətdə qeyd olunan halları nəzərə alaraq iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.Təkrarekspertizanınrəyiiləiddiaçınındəlilləriöztəsdiqinitapmamışdır.
49. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və həmin rəy MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydada digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan ekspert rəyi məhkəməni iş üzrə hüquqi nəticə çıxarmaq vəzifəsindən azad etmir. Məhkəmə ekspert tərəfindən aparılmış hesablamaların işin müəyyən edilmiş hallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğun olubolmadığınıyoxlamalıdır.
50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi ekspert rəyində əks olunmuş hesablamaların müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş ödənişlərin silinmə ardıcıllığına və iddiaçının bu barədə dəlillərinə ətraflı hüquqi qiymət verməmiş və yalnız ekspert rəyinə istinad etməklə borcun məbləğini müəyyən etmişdir. Halbuki, kredit münasibətlərindən irəli gələn borcun məbləğinin müəyyənləşdirilməsi zamanı yalnız mühasibat hesablamalarının aparılması kifayət etmir. Həmin hesablamaların müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğu da məhkəmə tərəfindən yoxlanılaraq hüquqi dəyərləndirmə aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə dəyərləndirmə aparmadan ekspert rəyini əsas götürmüş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından onun gəldiyi qənaət hüquqicəhətdənyetərincəəsaslandırılmışhesabediləbilməz.
51. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində yol verilmiş nöqsanlar iş üzrə əsas və faiz borcun məbləğinin düzgün müəyyən edilməməsinə təsir göstərmişdir. Həmin pozuntular MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə cavab verməyən qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
52. Iddiaçının kassasiya şikayətinin digər dəlili isə cavabdehə göndərilmiş xəbərdarlıq məktubuna istinad olunaraq K**** saylı müqaviləyə vaxtından əvvəl xitam verilməsiiləbağlıdır.
53. Belə ki, apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehlərə göndərdiyi bildirişlə bütün borcu geri tələb edərək, müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2023-cü il ## #### tarixli Qərarına uyğun olaraq K 6303 ərizə üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi 2024-cü il ## ### tarixinə borcu müəyyən etmişdir.
54. Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2025-ci il ## ### tarixli bildirişin məzmunundan (həmçinin bildirişə əlavə olunmuş * saylı Əlavədən) isə görünür ki, iddiaçının iradəsi K**** saylı müqavilənin ləğvinə yönəlməmiş, belə ki, həmin müqavilə üzrə bütün borc məbləğinin ödənilməsi deyil, yalnız gecikdirilmiş faiz borcununödənilməsitələbolunmuşdur.
55. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarında əks olunmuş hüquqi mövqeyəuyğunolmamışdır.
56. Belə ki, MM-nin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir.
57. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. ...Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxtüçünillikbeşfaizməbləğinödənilməsibarədətələbirəlisürəbilər”.
58. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi 2025-ci il ## ### tarixli bildirişə düzgün qiymət verməmiş və nəticədə Konstitusiya Məhkəməsi Plenumunun sözügedənQərarındaəksolunmuşmövqeyəuyğunolmayanqənaətəgəlmişdir.
59. Odur ki, işin yeni apellyasiya baxışı zamanı məhkəmə tərəflər arasında bağlanmış müqavilələrdə ödənişlərin silinməsi qaydasını müəyyən edən müddəaları, aparılmış ödənişlərin həmin qaydalara uyğun silinib-silinmədiyini, ekspert rəyinin müqavilə şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğu üzrə hüquqi dəyərləndirmə aparmalı, həmçinin 2025-ci il ## ### tarixli xəbərdarlıq məktubu ilə iddiaçının iradəsinin K**** saylı müqaviləyə vaxtından əvvəl xitam verilibverilməməsinə yönəlməsi, eyni zamanda 2024-cü il ## ### tarixdən sonrakı dövr ərzində hesablanmış faizlərin tələb edilməsi ilə bağlı Kontitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunan hüquqi mövqeyə uyğun dəyərləndirilməli və yenidən qiymətləndirilməli, bundan sonra müəyyən edilmiş hallara uyğun əsaslandırılmışməhkəməaktıqəbuletməlidir.
60. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ciiltarixliQərarı).
61. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhəqiqihallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaəsaslandırır(MPM-in 217.1, 217.3, 217.4-cümaddələri).
62. Odur ki, qətnamə qismən ləğv edilməli, həmin hissədə yeni apellyasiya baxışınagöndərilməlidir.
63. Işin yeni apellyasiya baxışı zamanı məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün yuxarıda sadalanan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının, o cümlədən Mülki Məcəllənin 432.4-cü maddəsinin düzgün tətbiq olunmasını təmin etməli və araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinintələbləribaxımındandüzgünhüquqiqiymətverməlidir.
64. MəhkəməkollegiyasıMPM-in416,417və419-cumaddələrinirəhbərtutaraq,
Qərara aldı:
Kassasiyaşikayətiqisməntəminolunsun. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ######tarixliqətnaməsiqismənləğvedilsin. Iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərarqəbuledildiyiandanqüvvəyəminir.