Məhkəmə qərarları › İş №2-2(1-8)-149/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-149/2026

25.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-149/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh3 X5rşı iddiası; birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 X6 cavabdehlər İddiaçı MMC,“xxxx" MMC və cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Işin halları

1. cavabdeh3 IKF, X1, cavabdeh1 MMC, “xxxx” MMC və Nümayəndə tərəfindən 2022ci il ## ###### tarixində mübahisələrin həllinə dair saziş və təhvil-təslim aktı bağlanmışdır.

2. Sazişin 3-cü bəndinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş *-*(***)-***/**** nömrəli iş üzrə 2018-ci il # #### tarixli qərara əsasən, AjAr 4-1 markalı hava təmizləyici qurğu cavabdeh3 IKF-dən alınaraq “xxxx” MMC-yə verilməlidir.

3. İddiaçı MMC (alıcı) ilə “xxxx” ASC (satıcı) arasında 2023-cü il # ###### tarixli KR- **** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

4. Müqavilənin 1-ci bəndinə əsasən, bundan sonra “mallar” adlandırılacaq satıcının istehsal etdiyi qazlar, bu müqavilənin tərkib hissəsi olan əlavələrdə göstərilmiş texniki standartlara, miqdarlara və qiymətlərə uyğun olaraq alıcıya təchiz edilir; alıcı isə malları qəbul edib qiymətini satıcıya ödəməyi öhdəsinə götürür.

5. cavabdeh3 IKF, X1, cavabdeh1 MMC, “xxxx” MMC, “xxxx” MMC və Nümayəndə arasında 2023-cü il # ######## tarixli bütün mübahisələrin həllinə və birgə fəaliyyətə dair yekun barışıq sazişinin 1-ci bəndinə əsasən, tərəflər bəyan edirlər ki, tərəflər arasında yaranmış mübahisələrlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2- 2(103)-606/2023 və Bakı Kommersiya Məhkəməsinin icraatında olan *-*(***)-****/**** nömrəli işlər, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş 2- 2(102)-285/2018 və *-*(***)-**** nömrəli işlər üzrə yekun qərarlar barışıq yolu ilə icra olunacaqdır.

6. Sazişin 3-cü bəndinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş *-*(***)-***/**** nömrəli iş üzrə 2018-ci il # #### tarixli qərara əsasən, AjAr-4-2 markalı hava təmizləyici qurğu cavabdeh3 IKF-dən alınaraq “xxxx” MMC-yə verilməlidir.

7. Sazişin 16-cı bəndinə görə, İddiaçı MMC və cavabdeh3 IKF-nin birgə fəaliyyəti dedikdə, istehsal olunmuş qazların (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) İddiaçı tərəfindən satışı nəzərdə tutulur.

8. Sazişin 18-ci bəndinə əsasən, malın müəyyən edilmiş dəyərinə uyğun olaraq cavabdeh3 IKF tərəfindən İddiaçı MMC-yə satılmış qazların miqdarına və dəyərinə mütənasib elektron qaimə göndərilir.

9. Sazişin 19-cu bəndinə əsasən, hər ayın 5-dən 10-dək istehsal edilən qazların dəyəri, cavabdeh3 IKF tərəfindən təqdim olunmuş və İddiaçı MMC tərəfindən satışı həyata keçirilmiş elektron qaiməyə uyğun olaraq, İddiaçı MMC tərəfindən cavabdeh3 IKF-yə ödənilir.

10. Sazişin 24-cü bəndinə əsasən, sazişin şərtləri cavabdeh3 IKF tərəfindən əsassız olaraq birtərəfli şəkildə pozularsa, həmin pozuntunu törədən tərəf cavabdeh1 MMC, İddiaçı MMC və “xxxx” MMC-yə beş milyon manat məbləğində maddi təzminat ödəməyi öhdəsinə götürür.

11. 2023-cü il # ######## tarixli N-**/** nömrəli müqavilə üzrə maye oksigenin qiyməti cavabdeh3 IKF və “xxxx” MMC arasında bağlanmış qiymətlərin razılaşdırılması protokollarına görə aşağıdakı kimi müəyyən olunmuşdur: 2023-cü il # #######, * nömrəli protokol: 31.955,58 manat; 2023-cü il # ######, * nömrəli protokol: 27.481,02 manat; 2024-cü il # ######, * nömrəli protokol: 30.950,57 manat; 2023-cü il # ########, * nömrəli protokol: 23.806,50 manat; 2023-cü il # ######, * nömrəli protokol: 23.450,38 manat; 2024-cü il # #####, * nömrəli protokol: 28.804,27 manat; 2024-cü il # ###, ** nömrəli protokol: 10.717,10 manat.

12. Müvafiq yol vərəqlərinə əsasən, 2023-cü il yanvar-fevral aylarında hər biri 8070 kq olmaqla maye oksigen cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə təhvil verilmişdir.

13. 2023-cü il # ####### tarixli təhvil-təslim aktına əsasən, 23.806,50 manat məbləğində maye oksigen cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə təhvil verilmişdir.

14. 2023-cü il # ######## tarixli ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə, müqavilə üzrə təhvil veriləcək maye oksigenin qiyməti 23.806,50 manat təşkil edir.

15. cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə 2023-cü il # ####### tarixli EBDP ****** nömrəli 23.806,50 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

16. cavabdeh3 IKF (satıcı) ilə “xxxx” MMC (alıcı) arasında bağlanmış 2023-cü il # ######## tarixli N-**/** nömrəli alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə görə, istehsal olunmuş mal (maye oksigen, maye azot, gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) 24 saat ərzində alıcıya məxsus avadanlıqlarla alıcıya təhvil verilir.

17. Müqavilənin 1.3-cü bəndinə görə, alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh3 IKF-nin cavabdeh “xxxx” MMC-yə qarşı 346.427,35 manat borcun, məhkəmə xərclərinə görə 637 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 1.250 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il # ###### tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

19. cavabdeh3 IKF (satıcı) ilə “xxxx” MMC (alıcı) arasında 2023-cü il ## ###### tarixli N-**/** nömrəli alqı-satqı müqaviləsinə əsasən, sifariş olunmuş mal (maye oksigen) yazılı sifarişdən sonra 24 saat ərzində alıcıya məxsus avadanlıqlarda alıcıya təhvil verilir.

20. cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə 2023-cü il ## ###### tarixli EBDA ****** nömrəli 35.400 manat və 2021-ci il ## ######## tarixli EBBJ ****** nömrəli 104.494,90 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

21. “xxxx” MMC (satıcı) ilə “xxxx” MMC (sifarişçi) arasında 2023-cü il # #### tarixli ASM/D/***/**** nömrəli malların alqı-satqı müqaviləsinə əsasən, satıcı hər yeni sifarişdən əvvəl malların tam təfsilatı, ölçüsü, həcmi, qiyməti, təhvil verilmə qaydası və müddətini yazılı şəkildə tərtib edib, müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşmalarla müəyyən olunan malları sifarişçiyə təchiz edir. Sifarişçi isə malları qəbul edib, onların müvafiq qoşma ilə razılaşdırılmış dəyərini satıcıya ödəyir.

22. cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə 2023-cü il ## ######## tarixli EBBJ ****** nömrəli 9.546,20 manat və 2021-ci il # ###### tarixli EBBL ****** nömrəli 92.547,40 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

23. 2024-cü il mart və aprel ayına aid yol vərəqlərinə əsasən, hər biri 8070 kq olmaqla maye oksigen və digər qeyd olunmuş miqdarlarda cavabdeh3 IKF tərəfindən “xxxx” MMCyə təhvil verilmişdir.

24. 2024-cü il ## ### tarixli təhvil-təslim aktına əsasən, 10.717,70 manat məbləğində maye oksigen cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə təhvil verilmişdir. 2024-cü il # ### tarixli ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə, 2023-cü il # ######## tarixli N-**/** nömrəli müqavilə üzrə təhvil veriləcək maye oksigenin qiyməti 10.717,70 manat təşkil edir. 25.

26. 2024-cü il fevral və may ayına aid yol vərəqlərinə əsasən, maye oksigen müxtəlif miqdarlarda cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə təhvil verilmişdir.

27. “xxxx” MMC ilə “xxxx” MMC arasında 2024-cü il # ###### tarixli KA**/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

28. “xxxx” MMC (göndərən) ilə cavabdeh1 MMC (alan) arasında “6BM 16-140/200 porşenli hava kompressorunun” göndərilməsi üçün 2011-ci il oktyabr tarixli müqavilə bağlanmışdır.

29. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2017-ci il # ###### tarixli *-*(**)**/**** nömrəli qətnaməsi ilə “xxxx” MMC ilə cavabdeh3 IKF arasında bağlanmış 2014-cü il ## ##### tarixli ***/** nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərindəki “Avtoqenniaş” zavodunun 1992-ci il istehsalı olan (zav. №*, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun cavabdeh3 IKF-dən alınaraq “xxxx” MMC-yə verilməsi qərara alınmışdır.

30. “xxxx” ASC ilə X2 və Nümayəndə arasında depozit yeşiyinin icarəyə verilməsi barədə 2023-cü il ## ###### tarixli müqavilə bağlanmışdır.

31. “xxxx” MMC (göndərən) ilə cavabdeh1 MMC arasında “Spesifikasiya üzrə (Əlavə N1) KjAr-2-1 hava ayırıcı qurğusunun KK 095100000 seolitlərdə kompleks təmizləmə bloku”nun göndərilməsi üçün 2012-ci il ## #### tarixli müqavilə bağlanmışdır.

32. 2024-cü il sentyabr və oktyabr ayına aid yol vərəqlərinə əsasən, maye oksigen müxtəlif miqdarlarda cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə təhvil verilmişdir.

33. 2023-2024-cü il ödəniş tapşırıqlarına əsasən “xxxx” MMC tərəfindən cavabdeh3 IKF-ə aşağıdakı məbləğlər ödənilmişdir:

2023-cü il ## ###### tarixində: 8.000 manat; 2023-cü il ## ###### tarixində: 10.000 manat; 2024-cü il ## ###### tarixində: 9.081 manat; 2024-cü il ## ###### tarixində: 10.000 manat; 2024-cü il ## ##### tarixində: 5.000 manat; 2024-cü il ## ###### tarixində: 3.200 manat.

34. cavabdeh3 IKF və “xxxx” MMC arasında tərtib edilmiş aktlara əsasən, cavabdeh3 IKF tərəfindən “xxxx” MMC-yə borcun müqabilində 2024-cü il ## ###### tarixində ümumi məbləği 11.194,30 manat, 2024-cü il # ##### tarixində isə 22.125 manat təşkil edən materiallar təhvil verilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

35. Iddiaçı İddiaçı MMC 2024-cü il ## #### tarixində cavabdeh cavabdeh3 IKF-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.900.000 manat maddi ziyan, 400 manat mediasiya xərci və 2.890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilib icra olunanadək hər ay üçün əlavə 100.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

36. Daha sonra iddiaçı İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə verib cavabdeh cavabdeh3 IKF-dən 5.000.000 manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilən zaman 800.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh3 IKF, X1, cavabdeh1 MMC, “xxxx” MMC və Nümayəndə arasında ## ###### 2022-ci il tarixli mübahisələrin həllinə dair saziş və təhvil-təslim aktı imzalanmış, həmin sazişə əsasən tərəflər arasında mövcud mübahisələr, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-***/**** nömrəli iş, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-285/2018 və *- *(***)-****/**** nömrəli işləri üzrə qəbul edilmiş yekun qərarların icrası barışıq yolu ilə tənzimlənmiş, bu çərçivədə cavabdeh1 MMC-yə və “xxxx” MMC-yə verilməli olan müvafiq qurğuların sökülmədən cavabdeh3 IKF-yə məxsus istehsal xəttində saxlanılması və birgə fəaliyyət çərçivəsində istifadəsi razılaşdırılmış, tərəflər qarşılıqlı olaraq iddia və tələblərdən imtina etmiş, bu əsasla məhkəmə və icra orqanlarına müraciətlər edilərək işlər üzrə icraata xitam verilmiş, eyni tarixdə İddiaçı MMC ilə cavabdeh3 IKF arasında birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən qurğuların sökülmədən istehsal xəttində saxlanılması, istehsal olunan qazların maya dəyərinin müəyyən edilərək satışı, əldə edilən mənfəətin bölüşdürülməsi, eləcə də müqavilə şərtlərinin pozulmasına görə 4.900.000 manat məbləğində məsuliyyət nəzərdə tutulmuş, sonradan tərəflər arasında müvafiq aktlar tərtib olunaraq qurğuların təhvil verilməsi rəsmiləşdirilmiş və icra sənədləri üzrə tələblərdən imtina edilmiş, lakin buna baxmayaraq cavabdeh3 IKF üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdeh1 MMC, “xxxx” MMC və İddiaçı MMC-yə əhəmiyyətli məbləğdə ziyan dəymişdir.

38. Iddiaçı cavabdeh3 IKF 2024-cü il # ###### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən almış olduğu maye qazlara görə cəmi 239.861,444 manat pulun onun xeyrinə tutulması, cavabdeh “xxxx” MMC-dən 2023-cü il ## ###### tarixindən 2023-cü il # #### tarixinədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 2023-cü il # #### tarixindən başl ayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun cavabdeh3 IKF-nin xeyrinə tutulması, cavabdeh “xxxx” MMC-nin 2023-cü il # ######## tarixindən 2024-cü il # #### tarixinədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,444 manat gecikdirilmiş borcuna 2023-cü il # ######## tarixindən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun “xxxx” IKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəət olaraq 50.000 manatın onun xeyrinə tutulması, “xxxx” MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 2021-ci il # ####### tarixindən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun tutulması, sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər İddiaçı MMC, cavabdeh1 MMC və “xxxx” MMC-nin üzərinə qoyulması, cavabdehlər “xxxx” MMC, cavabdeh1 MMC və “xxxx” MMCdən müştərək qaydada 5.000.000 manat pulun tutulması, məhkəmə xərclərinə görə 8.830 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5.590 manat məbləğində pul vəsaitinin cavabdeh3 IKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

39. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ######## tarixli e-2-2(113) ****/**** nömrəli qərardadı ilə iddiaçı cavabdeh3 IKF-nin cavabdehlər İddiaçı MMC-yə, “xxxx” MMCyə və cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113) ****/**** nömrəli iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir.

40. Iddiaçı cavabdeh3 IKF iddia tələbinin həcminin artırılması barədə ərizə verib “xxxx” MMC-dən almış olduğu maye qazlara görə cəmi 294.857,60 manatın cavabdeh3 IKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən 2023-cü il ## ###### tarixdən 2023-ci il # #### tarixinədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 2023-cü il # #### tarixindən başlayaraq 2024-cü il # ###### tarixinədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4.522 manat pulun cavabdeh3 IKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC 2023-cü il # ######## tarixindən 2024-cü il # #### tarixinədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,40 manat gecikdirilmiş borcuna 2023-cü il # ######## tarixindən başlayaraq 2024-cü il # ###### tarixinədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10.826 manat pulun cavabdeh3 IKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəətin ½ hissəsi olaraq 50.000 manatın cavabdeh3 IKF-nin xeyrinə tutulması, “xxxx” MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 2021-ci il # ####### tarixindən başlayaraq 2024-cü il # ###### tarixinədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 53.407 manat pulun cavabdeh3 IKF-nin xeyrinə tutulması, tərəflər arasında bağlanmış 2023-cü il # ######## tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər “xxxx” MMC, cavabdeh1 MMC və “xxxx” MMC-nin üzərinə qoyulması, cavabdehlər İddiaçı MMC, cavabdeh1 MMC və “xxxx” MMC-dən müştərək qaydada 5.000.000 manat pulun tutulması, məhkəmə xərclərinə görə 8.830 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5.590 manat məbləğində pul vəsaitinin cavabdeh3 IKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

41. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 IKF-nin tərəflər arasında bağlanmış 2023-cü il # ######## tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər İddiaçı MMC, cavabdeh1 MMC və “xxxx” MMC-nin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.

42. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh3 Istehsalat Kommersiya Firmasına qarşı “pulun tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh cavabdeh3 IKF-dan 5.000.000 manat məbləğində dəbbə pulu, 3.290 manat dövlət rüsumu, ümumilikdə 5.003.290 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddiaçı İddiaçı MMC-nin iddiasının qalan hissədə təmin edilməməsi, iddiaçı İddiaçı MMC dən 400 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi; birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 IKF-nın cavabdehlər İddiaçı MMC, “xxxx” MMC və cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı MMC-dən 196.082,30 manat məbləğində pul, 10.826 manat məbləğində faiz borcu, 496,91 manat dövlət rüsumu, ümumilikdə 207.405,21 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” IKF-ya ödənilməsi, hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, İddiaçı MMC-nin xeyrinə tutulmalı olan ümumilikdə 5.003.290 manat məbləğində pul məbləğindən “xxxx” IKFnın xeyrinə ödənilməli olan ümumilikdə 207.405,21 manat məbləğində pul çıxıldıqdan sonra, yerdə qalan 4.795.884,79 manat məbləğində pulun cavabdeh3 IKF-dan tutularaq İddiaçı MMC-yə ödənilməsi, cavabdeh “xxxx” MMC-dən 53.407 manat faiz borcu, 250,22 manat dövlət rüsumu, ümumilikdə 53.657,22 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” IKFya ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı “xxxx” IKF-nın iddiasının qalan hissədə təmin edilməməsi, çəkilmiş qalan məhkəmə xərclərinin (2.749,68 manat dövlət rüsumu və 5.590 manat hüquqi yardımla bağlı xərc) cavabdeh3 IKF-nın özünə aid edilməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

43. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış 2023-cü il # ######## tarixində bütün mübahisələrin həllinə və birgə fəaliyyətə dair yekun barışıq sazişinin 16-cı bəndində xxxx” MMC və cavabdeh3 IKF-nin birgə fəaliyyəti dedikdə, istehsal olunmuş qazların (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) İddiaçı tərəfindən satışı həyata keçirilmiş qazlar başa düşülür. Həmin bənddə istehsal olunmuş qazların (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) bir hissəsinin deyil, bütünlüklə bütün adıçəkilən qazların İddiaçı tərəfindən satışının həyata keçirilməsi tərəflər arasında razılaşdırılmışdır. Habelə, sazişin 22-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada pozulması dedikdə .... cavabdeh3 IKF tərəfindən əsaslı səbəblər olmadan İddiaçı MMC-nin qazla təchiz edilməməsi halı nəzərdə tutulmuşdur. Məhkəmə iclaslarında tərəflərin nümayəndələrin izahatlarından, materiallarda olan İddiaçı MMC və cavabdeh3 IKF arasında tərtib edilmiş ikitərəfli satışlara dair aktlarla adıçəkilən həmin qazların təkcə İddiaçı MMC-yə deyil, digər şəxslərə cavabdeh3 IKF tərəfindən satılması halı öz təsdiqini tapmışdır.

44. Məhkəmə İddiaçı MMC-nin cavabdeh3 IKF-dən 800.000 manat əldə çıxmış faydanın tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC cavabdeh cavabdeh3 IKF-nin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

45. Birinci instansiya məhkəməsi birləşdirilmiş iddiaya münasibətdə hesab etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı cavabdeh3 IKF həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 294.857,60 manat dəyərində malları cavabdeh İddiaçı MMC-yə təhvil vermişdir. Bununla yanaşı, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, 2023-cü il ## ####### tarixində 20.175 manat, 15 dekabr - 8.000 manat, 29 dekabr – 10.000 manat, 2024-cü il ## ###### – 9.081 manat, 23 fevral - 10.000 manat, 30 aprel - 5.000 manat, 28 dekabr - 3.200 manat məbləğində pul “xxxx” MMC tərəfindən cavabdeh3 IKF-yə ödənilmiş, iddiaçı və cavabdeh arasında tərtib edilmiş aktlara əsasən iddiaçı tərəfindən cavabdehə borcun müqabilində 2024-cü il ## ###### tarixində ümumi məbləği 11.194,30 manat təşkil edən armatur, 2024-cü il # ##### tarixində ümumi məbləği 22.125 manat təşkil edən material (metal-çubuq və katinka) barter edilməklə təhvil verilmişdir. Bu səbəbdən, tələb edilən borcdan cavabdeh İddiaçı MMC tərəfindən ödənilmiş ümumilikdə 65.456 manat məbləğində pul və borcun əvəzinə naturada verilmiş malın dəyəri olaraq ümumilikdə 33.319,30 manat vəsait çıxılmalı, qalıq 196.082,30 manat (294.857,60 manat– 98.775,30 manat) məbləğində pul tutularaq birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 IKF-yə ödənilməlidir. Bundan başqa, cavabdeh İddiaçı MMC-dən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən illik 5% olmaqla göstərilən müddət üçün 4.522 manat faiz borcu tutulması hissəsində tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

46. Iddiaçının cavabdeh İddiaçı MMC-dən 2023-cü il # ######## tarixindən 2024-cü il # #### tarixinədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,40 manat gecikdirilmiş borcuna 2023-cü il # ######## tarixindən başlayaraq 2024-cü il # ###### tarixinədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10.826 manat pulun cavabdeh3 IKF nin xeyrinə tutulması tələbinə münasibətdə isə borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh İddiaçı MMC-nin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə iddiaçının həmin tələbini də əsaslı hesab etmişdir.

47. Məhkəmə həmçinin, hesab etmişdir ki, iddiaçı iddia ərizəsində İddiaçı MMC-nin əldə etdiyi mənfəətin ½ hissəsi olaraq 50.000 manatın tutulmalı olmasını iddia etsə də, məhkəməyə tələbin bu hissəsi ilə bağlı ümumiyyətlə hər hansı sübut (İddiaçı MMC tərəfindən 100.000 manat mənfəətin əldə edilməsini təsdiq edən) məhkəməyə təqdim etməmiş, bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77-ci maddəsinə əsasən sübutetmə vəzifəsini icra edə bilməmişdir.

48. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## #### tarixli, e-2-2(113) ***/**** nömrəli qətnaməsi ilə “xxxx” MMC-dən 346.427,35 manat əsas borcun tutularaq cavabdeh3 IKF-yə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alsa da, hazırkı günə qədər icra edilməmişdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh “xxxx” MMC-nin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə iddiaçı cavabdeh3 IKF-nin həmin tələbini də əsaslı hesab etmişdir.

49. Bundan əlavə, iddiaçı cavabdeh3 IKF tərəflər arasında bağlanmış 2023-cü il # ######## tarixli barışıq sazişinin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsi ilə bağlı öhdəliklər cavabdehlər “xxxx” MMC, cavabdeh1 MMC və “xxxx” MMC tərəfindən icra edilmədiyi üçün onlardan müştərək qaydada 5.000.000 manat pulun tutulmasını tələb etsə də, məhkəmə hesab etmişdir ki, sazişin həmin şərti qanunun göstərilən tələblərinə uyğun olmadığı üçün həmin şərtin tələblərinin pozulmasına istinadən cavabdehlərdən sazişin 23cü bəndinə əsasən 5 milyon manat dəbbə pulunun tələb edilməsi yolverilməzdir, iddia ərizəsi həmin hissədə göstərilənlərə əsasən təmin edilə bilməz.

50. Birinci instansiya məhkəməsi mövqeyini MM-in 21.1, 21.2, 386.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 462.3, 463.1, 567, 598.1, 598.2, 600.1, 600.4, 1096.1, 1096.2, 1097, 1099.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına; MPM-in 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

51. Cavabdeh cavabdeh3 IKF apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən - iddiaçı İddiaçı MMC-nin iddiasının təmin edildiyi və birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 IKF-nın cavabdehlər İddiaçı MMC, “xxxx” MMC və cavabdeh1 MMC-yə qarşı pulun tutulması” tələbinə dair iddiasının təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə çıxarılmasını, iddiaçı İddiaçı MMC-nin iddiasının həmin hissədə rədd edilməsini, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 IKF-nın cavabdehlər İddiaçı MMC, “xxxx” MMC və cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasının həmin hissədə təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

52. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 IKF-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi qismən - “cavabdeh cavabdeh3 X7 5.000.000 manat məbləğində dəbbə pulunun tutulması” hissəsində və “hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğlərinin əvəzləşdirilməsi” hissəsində ləğv edilmiş, iddianın “cavabdeh cavabdeh3 X7 5.000.000 manat məbləğində dəbbə pulunun tutulması” hissəsində rədd olunması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 3.290 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilməsi, cavabdeh3 IKF tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 1.900 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-dən alınaraq cavabdeh3 IKF-ya ödənilməsi qət olunmuşdur (sədrlik edən - S.Cəfərov, hakimlər – T.Qocayev və E.Həsənov).

53. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi tərəflər arasında 2023-cü 1 sentyabr tarixində bütün mübahisələrin həllinə və birgə fəaliyyətə dair yekun barışıq sazişi bağlanmışdır.

54. Iddiaçı həmin sazişin şərtlərinin cavabdeh3 IKF tərəfindən pozulduğunu, sonuncu tərəfindən sazişin 16-cı bəndində göstərilmiş istehsal etdiyi qazları sazişin şərtlərinə əsasən yalnız İddiaçı MMC-yə satmalı olduğu halda, digər alıcılara da satışını həyata keçirdiyini, həmin qazları ona satmaqla üzərinə götürdüyü öhdəliyi icra etməməklə İddiaçı MMC-nin öz kreditorları (alıcılar) qarşısında üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməməsinə səbəb olmasını göstərib sazişin 24-cü bəndinə əsasən 5 milyon manat dəbbə pulu ödəməli olduğunu bildirmişdir.

55. Cavabdeh cavabdeh3 IKF isə sazişin hər hansı şərtinin tərəfindən pozulmadığını, sazişin 16-cı bəndində IKF-nin istehsal etdiyi qazların yalnız İddiaçı MMC-yə satmalı olması barədə hər hansı şərt olmadığını bildirmişdir.

56. Məhkəmə kollegiyası qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı MMC-nin iddia tələbini cavabdehdən 5.000.000 manat dəbbə pulunun tutulması hissəsində təmin etməklə əsassız nəticəyə gəlmişdir.

57. Belə ki, sözügedən barışıq sazişinin 16-cı bəndinə əsasən İddiaçı MMC və cavabdeh3 IKF-nin birgə fəaliyyəti dedikdə, istehsal olunmuş qazların (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) İddiaçı tərəfindən satışı həyata keçirilmiş qazlar başa düşülür. Iddiaçı sazişin 16-cı bəndini “xxxx” IKF-nin istehsal etdiyi qazları yalnız İddiaçı MMC-yə satmalı olduğu kimi şərh etsə də, məhkəmə bu fikirlə razılaşmamışdır.

58. Azərbaycan dilinin leksikoloji xüsusiyyətləri baxımından yanaşdıqda, “xxxx” IKFnin istehsal etdiyi qazların İddiaçı tərəfindən satışı həyata keçirilmiş qazlar” dedikdə tamın bir hissəsinin nəzərdə tutulduğu görünür. Deməli, bu bənddə nəzərdə tutulan fikir cavabdeh3 IKF-nin istehsal etdiyi qazların hamısına yox, onun İddiaçı tərəfindən satışı həyata keçirilmiş qazlar” hissəsinə aiddir.

59. Bundan başqa, iş materiallarında olan 2023-cü il ## ####### tarixli İddiaçı ilə birgə fəaliyyətdən sonra satışlar” adlı sənəddən (üzləşdirmə aktından) görünür ki, hər iki tərəf (İddiaçı MMC və cavabdeh3 IKF) qazın satışı ilə məşğul olmuş və tərəflər bu barədə məlumatlı olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflər bildirmişdir ki, cavabdeh3 IKF-nin istehsal etdiyi qazların həcmi İddiaçı MMC-nin satış imkanlarını xeyli üstələyir və bir çox başqa müəssisələrlə əvvəlcədən bağlanmış və davam edən müqavilələri mövcuddur. MM-in 404.2-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilənin bu bəndini tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə almaqla təfsir etdikdə də həmin bəndin cavabdeh3 IKF tərəfindən qaz satışını məhdudlaşdıran bənd kimi qəbul edilməsi mümkün deyildir.

60. Göründüyü kimi, sazişdə birbaşa və ya dolayı olaraq cavabdeh3 IKF-nin istehsal etdiyi qazların hamısını yalnız İddiaçı MMC-yə satmalı olduğunu qeyd edən hər hansı müddəa nəzərdə tutulmamışdır.

61. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, belə bir müddəa nəzərdə tutulsa idi belə, həmin müddəaya riayət edilməməsi Sazişin 24-cü bəndi ilə müəyyən edilmiş öhdəliyə (sazişin şərtlərinin birtərəfli şəkildə pozulması halında 5.000.000 manat məbləğində təzminat ödəmək öhdəliyi) səbəb olmayacaqdı.

62. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MM-in 462 və 463-cü maddələrinə uyğun olaraq dəbbə pulu ya qanunla, ya da müqavilə ilə müəyyən edilir, dəbbə pulu barədə razılaşma yazılı formada olmalıdır. Yəni, əgər dəbbə pulunun ödənilməsi qanunun tələbi deyildirsə, tərəflər dəbbə pulunun hansı hallarda, hansı miqdarda ödəniləcəyi və s. şərtləri yazılı müqavilə ilə müəyyən etməlidirlər. Hazırkı işə münasibətdə də tərəflərin dəbbə pulunun ödənilməsi ilə bağlı razılaşması sazişin hər hansı pozuntusu üçün yox, dairəsi konkret müəyyən edilmiş və sazişin 22-ci bəndində göstərilmiş pozuntular üçün nəzərdə tutulmuşdur.

63. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sazişin 22-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada pozulması dedikdə .... cavabdeh3 IKF tərəfindən əsaslı səbəblər olmadan İddiaçı MMC-nin qazla təchiz edilməməsi halı nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh3 IKF tərəfindən əsaslı səbəblər olmadan İddiaçı MMC-nin qazla təchiz edilməməsi səbəbindən müqavilənin birtərəfli qaydada pozulması qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında cavabdeh3 IKF tərəfindən əsaslı səbəblər olmadan, ümumiyyətlə hər hansı digər səbəbdən İddiaçı MMCnin qazla təchiz etməsindən imtina edilməsi ilə bağlı hal müəyyən edilməmişdir. Iş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh3 IKF-yə ünvanlanmış 2023-cü il ## #######, 2023-cü il ## ######, 2024-cü il # #### tarixli məktublarda xxxx” IKF tərəfindən başqa şəxslərə qaz satışının həyata keçirilməsinin müqaviləyə zidd olduğu, satışı həyata keçirilən qazlar üzrə əldə olunmuş gəlirin tərəflər arasında bölünmədiyi və üzləşmə aktının təqdim edilmədiyi qeyd edilmişdir. İddiaçı MMC tərəfindən bir dəfə də olsa cavabdeh3 IKFdən qaz tələb etməsi və cavabdeh3 IKF-nin qaz təchizatından imtina etməsi barədə iş materiallarında heç bir sübut olmamaqla yanaşı, İddiaçı MMC də belə halın olmasına məhkəmədən əvvəlki və məhkəmə dövründəki sənədlərin heç birində istinad etməmişdir.

64. Əksinə məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında alqı satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı “xxxx” IKF həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 294.857,60 manat dəyərində malları cavabdeh İddiaçı MMC-yə təhvil vermişdir. Cavabdeh İddiaçı MMC tərəfindən alınmış qazların dəyəri üzrə 196.082,30 manat məbləğində pul, 10.826 manat məbləğində faiz borcu ödənilmədiyindən məhkəmə qətnaməsi ilə həmin borcun tutulması müəyyən edilmişdir.

65. cavabdeh3 IKF tərəfindən sazişin şərtlərinin birtərəfli pozulması hallarının dairəsini müəyyən edən və Sazişin 22-ci bəndində nəzərdə tutulmuş pozuntulardan heç birinə yol verilmədiyindən, İddiaçı MMC-nin sazişin həmin pozuntulara görə dəbbə pulu ödəmək öhdəliyini müəyyən edən 24-cü bəndinə istinad etməklə dəbbə pulu tələb etməsi əsassızdır.

66. Birinci instansiya məhkəməsi isə sazişin 24-cü bəndinə əsasən “xxxx” IKF tərəfindən müqavilə şərtlərinin pozulması qənaətinə gələrək, iddianı o hissədə əsassız olaraq təmin etmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, iddia həmin hissədə rədd edilməlidir.

67. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia xxxx” IKF-dən dəbbə pulunun tutulması hissəsində rədd edildiyindən, qətnamə hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğlərinin əvəzləşdirilməsi hissəsində də ləğv edilməlidir.

68. Apellyasiya şikayətinin digər dəlili qətnamənin birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 IKF-nin cavabdehlər İddiaçı MMC, “xxxx” MMC və cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasının təmin edilməyən hissələrdə ləğv olunmasıdır.

69. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh3 IKF-nin təmin edilməyən iddia tələblərindən biri cavabdeh İddiaçı MMC-dən 2023-cü il ## ###### tarixindən 2023-cü il # #### tarixinədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 2023-cü il # #### tarixindən başlayaraq 2024-cü il # ###### tarixinədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4.522 manat pulun tutulmasıdır.

70. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, 2023-cü il # ######## tarixli Sazişin 12-ci bəndinə əsasən cavabdeh3 IKF 153,3 ton maye oksigenin dəyərini hazırkı saziş qüvvədə olduğu müddətdə hissə-hissə aylara bölünərək ödənilməsinə etiraz etməmişdir. Göründüyü kimi, cavabdeh3 IKF tərəfindən İddiaçı MMC-yə borcun hissə-hissə olmaqla icrasına möhlət verildiyi üçün ödənişin sonuncu tərəfindən gecikdirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

71. Iddiaçı cavabdeh3 IKF-nin cavabdeh İddiaçı MMC-yə qarşı irəli sürdüyü iddianın təmin edilməyən digər hissəsi mənfəətin ½ hissəsi olaraq 50.000 manatın onun xeyrinə tutulmasıdır. Iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC sazişin 20-ci bəndinin tələblərinə əməl etməmiş, 21-ci bəndin tələblərini pozmuş, əldə etdiyi mənfəət iddiaçıya naməlum qalmışdır.

72. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2023-cü il # ######## tarixli Sazişin 21-ci bəndinə əsasən İddiaçı MMC tərəfindən satışın həyata keçirilməsindən əldə edilmiş mənfəət (məhsulun maya dəyəri və İddiaçı MMC-nin xərcləri çıxıldıqdan sonra) hər ayın son gününədək qarşılıqlı üzləşmə aktı tərtib edilməklə təsdiqlənir və həmin aktla müəyyən edilmiş mənfəət məbləği tərəflər arasında bölünəcək. Lakin iddiaçı “xxxx” IKF tərəfindən cavabdeh İddiaçı MMC-nin sazişin 20 və 21-ci maddələrinin tələblərini pozması, 100.000 manat (50.000 x 2) mənfəət əldə etməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən, o, bu vəzifəsini icra edə bilməmişdir.

73. Həmçinin, iddia tələbinin təmin edilməyən digər bir hissəsi cavabdehlər “xxxx” MMC, cavabdeh1 MMC və “xxxx” MMC-dən müştərək qaydada 5.000.000 manat pulun tutulmasıdır.

74. Məhkəmə kollegiyası iddia tələbini bu hissədə də əsassız hesab etmişdir. Belə ki, sazişin 13-cü bəndinə əsasən tərəflərin bir-birinə qarşı heç bir iddia, tələb və digər pretenziyaları mövcud deyildir və bu saziş-aktdakı qeyd edilən bütün işlər üzrə mövcud iddia və tələblərdən qarşılıqlı şəkildə sazişdəki şərtlərlə imtina etməklə, bu barədə məhkəmələrə və icra qurumlarına ərizələr təqdim edirlər. Qeyd edilən ərizələrin verilməsi həmin işlər üzrə icraatın davamını istisna edən hal kimi qəbul edilir.

75. Bununla yanaşı, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, sazişin həmin şərti qanunun göstərilən tələblərinə uyğun olmadığı üçün həmin şərtin tələblərinin pozulmasına istinadən cavabdehlərdən sazişin 23cü bəndinə

76. əsasən 5.000.000 manat dəbbə pulunun tələb edilməsi yolverilməzdir.

77. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 404.1, 404.2, 442, 443.1, 445.2, 448.1, 462.1, 466.1, 467, 567, 598.1, 600.1-ci; MPM-in 14.1, 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

78. cavabdeh3 IKF kassasiya şikayəti verərək həmin qətnamənin qismən – IKF-nın iddiasının təmin edilməyən hissəsində ləğv olunması, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

79. İddiaçı MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, cavabdeh3 IKF-dan 5.000.000 manat məbləğində dəbbə pulunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 3.290 manat, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 1.900 manat olmaqla, cəmi 5.190 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri

a) cavabdeh3 IKF-nın kassasiya şikayətinin dəlilləri

80. MM-in 385, 386, 425, 442, 445, 567-ci maddələri üzrə - Iş materiallarından mübahisəsiz müəyyən edilmişdir ki, 2023-cü il # ######## tarixindən 2024-cü il ## ###### tarixinədək cavabdeh3 IKF tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 361.749,66 manat (ƏDV daxil) olan maye oksigen təchiz edilmiş, yalnız 65.456 manat ödənilmişdir. Ödənişlərin edilməməsinə baxmayaraq, cavabdeh3 IKF sazişi icra etmiş və İddiaçı MMC-nin qazla təchizatı fasiləsiz davam etmişdir. Iş materiallarında cavabdehin təchizatla bağlı hər hansı iradı və ya müraciəti yoxdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının tələbinin bir hissəsini təmin etmiş, eyni zamanda sazişin 22-ci bəndinin cavabdeh3 IKF tərəfindən pozulduğu qənaətinə gəlmişdir. Bu nəticə faktiki hallar və təqdim olunmuş sübutlarla ziddiyyət təşkil edir, çünki cavabdeh öhdəliyini icra etməmişdir. Həmçinin məhkəmə, iddiaçının İddiaçı MMC-nin təqsiri nəticəsində zərər görməsi barədə iddiasını MMin 21-ci maddəsinə əsaslandıra bilmədiyini göstərmişdir (birinci instansiya qətnaməsi, 83-cü bənd).

81. Tərəflər arasında 2023-cü il # ######## tarixli “Bütün mübahisələrin həllinə və birgə fəaliyyətə dair yekun barışıq sazişi” bağlanmışdır. Mübahisəsiz olaraq, cavabdehlər aşağıdakı bəndləri pozmuşdur: 1, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 17, 18, 19, 20, 21 və 22. Pozuntular, həm maddi, həm də mənəvi zərərə səbəb olmuşdur: istehsal xətti dayandırılmış, alınan mallar üzrə ödənişlər edilməmiş, malların satışı barədə sənədlər təqdim edilməmiş və vergidən yayınma ehtimalı yaranmışdır.

82. 2023-cü il # ######## tarixindən 2024-cü il ## ####### tarixinədək İddiaçı MMCyə tədarük edilən malların ümumi dəyəri 294.857,60 manat təşkil etmiş, ödənilmiş məbləğ 98.775,30 manat olmuş və qalıq borc 196.082,30 manat olmuşdur. Daha sonra da İddiaçı MMC-nin saziş öhdəliklərini icra etməməsi nəticəsində ümumi borc təqribən 750.000 manat təşkil etmişdir.

83. Beləliklə, məhkəmə, iş materiallarına əsaslanaraq, tərəflərin bağladığı saziş üzrə öhdəliklərin icrasını və qarşı tərəfin məsuliyyətini düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını pozaraq qanunsuz qətnamə qəbul etmişdir.

84. MPM-in 77, 88, 217.3-cü maddələri üzrə - Məhkəmə qeyd edilən prosessual hüquq normasının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə ümumiyyətlə sazişin qarşı tərəfdən pozulması barədə nəticəyə gəlsə də, iddiamızı tam təmin etmədiyi üçün həmin hissədə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, sazişin cavabdehlər tərəfindən pozulmasını təsdiq edən sübutlarımız istinad edilən prosessual hüquq normalarının tələbinə uyğun qiymətləndirilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

b) İddiaçı MMC-nin kassasiya şikayətinin dəlilləri

85. MM-in 385.1, 404.1, 404.2, 442, 443.1, 445.2, 448.1, 462.1, 466.1-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış və nəticədə düzgün olmayan qənaətə gəlinmişdir. Məhkəmə tərəflər arasında bağlanmış sazişi “xxxx” IKF-nin mövqeyindən qiymətləndirərək vacib əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Belə ki, məhkəmə sazişin 16-cı bəndini təfsir edərkən MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərini pozaraq yalnız hərfi izahla kifayətlənmiş, tərəflərin həqiqi iradəsini, müqavilənin digər şərtləri ilə əlaqəsini, əvvəlki münasibətləri və sonrakı davranışlarını nəzərə almamışdır. Iş materiallarından görünür ki, tərəflər arasında uzunmüddətli kommersiya münasibətləri mövcud olmuş, əvvəlki mübahisələr Ali Məhkəmənin 2022-ci il ## ######## tarixli qərarı ilə həll edilmiş və həmin qərarın icrası ilə əlaqədar 2023-cü il # ######## tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən iddiaçıya məxsus KjAr- 2-1 hava ayırıcı qurğusu və digər avadanlıqlar cavabdehin istehsalat xəttində saxlanılmaqla qazların birgə istehsalı və satışı, həmçinin əldə olunan gəlirin bərabər bölünməsi razılaşdırılmışdır. Buna baxmayaraq, cavabdeh sazişin şərtlərini pozaraq qazları üçüncü şəxslərə satmış, əldə olunan gəliri bölməkdən imtina etmiş və sonradan iddiaçıya qaz satışını dayandırmışdır. Bu hallar iş materiallarındakı yazışmalar, üzləşdirmə aktları və digər sübutlarla təsdiq olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır.

86. Məhkəmə həmçinin sazişin iqtisadi mahiyyətini və tərəflərin maraqlarını araşdırmamışdır. Belə ki, iddiaçı sazişdən əvvəl maye oksigeni daha aşağı qiymətə əldə etdiyi halda, özünə məxsus avadanlıqları cavabdehin istifadəsinə verməsi və daha yüksək qiymətlə alış etməsi yalnız birgə fəaliyyət və gəlirin bölüşdürülməsi məqsədi ilə izah olunur. Bu hal məhkəmə tərəfindən qiymətləndirilməmişdir.

87. Eyni zamanda, 2023-cü il ## ####### tarixli üzləşdirmə aktına və tərəflər arasında olan yazışmalara düzgün hüquqi qiymət verilməmiş, bu sənədlərin tərəflərin faktiki münasibətlərini təsdiq etməsi nəzərə alınmamışdır.

88. Bundan əlavə, məhkəmə sazişin 23-cü bəndi üzrə dəbbə pulunun tətbiqini əsassız hesab etmiş, cavabdehin öhdəlikləri pozmasını göstərən hallar və yazılı müraciətlər formal qiymətləndirilmişdir.

89. Beləliklə, məhkəmə tərəfindən işin əhəmiyyətli halları tam araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş və MM-in 404-cü maddəsinin tələbləri pozulmuşdur ki, bu da qətnamənin qanunsuz və əsassız olmasına səbəb olmuşdur.

90. MPM-in 14.2, 77.1, 217.4-cü maddələri üzrə - Məhkəmə avadanlığın İddiaçı MMCyə məxsus olduğu halda iddiaçının belə bir saziş bağlamaqla əldə etdiyi gəlirin və ya əmlakın nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Halbuki, iş materiallarında kifayət qədər tərəfimizdən təqdim edilmiş dəlillər vardır ki, heç biri araşdırılmamışdır.

91. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi, MPM-in 9, 14.2, 217.4, 218.1 və 220.4-cü maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamışdır. Hətta apellyasiya instansiya məhkəməsi iş materiallarında 2023-cü il # ######## tarixli sazişə istinad edərək, satışın yalnız İddiaçı MMC-yə aid olması hissəsində razılaşmamışdır. Halbuki bunu təsdiq edən kifayət qədər sübutlar vardır. Məhkəmə MPM-in və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, işin bütün hallarına diqqət yetirməmiş və düzgün hüquqi qiymət verməmişdir.

92. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə - Məhkəmə öz qətnaməsini əsaslandırmamış və cavabdehin yoxlanılmamış məlumatları əsasında qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının sübutlarını, mülkiyyət hüququnun qorunmasına dair qanunvericiliyin tələblərini nəzərə almamışdır.

93. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * nömrəli 2005-ci il ## ###### tarixli Qərarının 2.4-cü bəndi üzrə - Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Kassasiya şikayətinin İ hissəsində göstərildiyi kimi, iddiaçının hüquqları pozulmuşdur və məhkəmə bu halları əsassız olaraq nəzərə almamışdır. Göründüyü kimi qətnamə işin halları ilə uyğunluq təşkil etmir.

c) İddiaçı MMC tərəfindən verilmiş cavabdeh3 IKF-nın kassasiya şikayətinə qarşı etirazın dəlilləri

94. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh3 IKF-nin təmin edilməmiş iddia tələbi üzrə cavabdeh İddiaçı MMC-dən 2023-cü il ## ###### tarixindən 2023-cü il # #### tarixinədək aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat məbləğində borca, 2023-cü il # #### tarixindən 2024-cü il # ###### tarixinədək illik 5 faiz hesablanmaqla 4.522 manat faiz məbləğinin tutulması barədə tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, qeyd olunan borcun hissə-hissə, aylıq ödənişlər şəklində icrası qərara alınmışdır. Bu isə borcluya öhdəliyin icrası üçün möhlət verildiyini təsdiq edir və belə olan halda ödənişin gecikdirilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut kassator tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassızdır və hüquqi baxımdan təmin olunması üçün əsaslar mövcud deyildir. Göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh3 IKF tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi xahiş olunur.

Kassasiya baxışının hədləri

95. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

96. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

97. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir). ...”

“Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ...”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ...”

98. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

100. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Birləşdirilmiş hazırki iş üzrə İddiaçı MMC və cavabdeh3 IKF tərəfindən ayrı-ayrılıqda irəli sürülmüş iddia tələblərinin yalnız təmin olunan hissələrdə qanuni əsası aşağı instansiya məhkəmələrində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə tərəflərin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

101. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətlərində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. MPM-in 77.1ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir).

102. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

103. Apellyasiya instansiya məhkəməsi qanunvericilik normalarına uyğun olaraq işin hallarını araşdırmaqla qənaətə gələrkən, kassasiya şikayətlərində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

104. Digər tərəfdən, kassasiya şikayətlərinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

105. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

106. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

107. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

108. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı MMC və cavabdeh3 IKF tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar