Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-150/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: delikt nəticəsində əmlakına vurulmuş zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı “xxxx” QSC cavabdeh “xxxx” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. 2022-ci il ## #### tarixdə saat 11:25 radələrində Gilgilçay stansiyasının 110-cu km-də qorunmayan dəmir yolu keçidində “xxxx” MMC-də sürücü işləyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs idarə etdiyi “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə “xxxx” QSC-nin (ADY) balansında, Infrastruktur departamentinin istifadəsində olan ВЛ**М*-***Б nömrəli elektrovozun toqquşması hadisəsi baş vermişdir.
2. Baş vermiş hadisə ilə bağlı Xaçmaz stansiyası X1 araşdırma aparılmış və 2022ci il ## ####### tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin tərkibi olmadığından HK-*/** saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində IXM-nin 327.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Siyəzən RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı “xxxx” QSC (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 65.485,87 manat və ödənilmiş mediasiya xərci olaraq 410 manat, cəmi 65.895,87 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində iddiaçıya cəmi 65.485,87 manat məbləğində maddi ziyan dəymişdir. Hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından və əmək vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməli olduğundan cavabdehin sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vurduğu maddi ziyanın əvəzi olaraq 65.485,87 manat məbləğində pulun ödənilməsi cavabdehdən tələb olunur.
5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, zərərin müəyyən edilməsi barədə sənəddə yalnız iddiaçının işçilərinin imzaları var. Eyni zamanda, aktda yalnız zərər dəyən hissələr öz əksini tapır, amma onların həqiqətən dəyişdirilməsini təsdiq edən sənədlər yoxdur. Anbardan ehtiyyat hissələri götürülərək elektrovoza quraşdırılmasını təsdiq edən sənəd yoxdur.
6. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # ##### tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 23.955,87 manat məbləğində dəymiş ziyanın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – R.Qələndərzadə).
7. Məhkəmə müəyyən etmişdir ki, işin mübahisəsiz hallarına görə, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqsirli bilinmiş və əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin işçisi olmuş və şirkət tərəfindən verilmiş yol vərəqəsi əsasında ölkədaxili yük daşımalarını həyata keçirmişdir. Məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqsirli və hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh tərəfindən verilmiş yol vərəqəsi əsasında daşımaları həyata keçirdiyindən iddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar olaraq qanunvericiliyə əsasən cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı elektrovozun bərpası üçün çəkilmiş xərclərlə bağlı mövcud sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə elektrovozun bərpası üçün çəkilmiş xərcləri təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməsi təklif olunmuş, eyni zamanda elektrovozun bərpası üçün çəkilmiş xərclərlə bağlı müvafiq sübutların təqdim olunması üçün iddiaçıya sorğu ünvanlanmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə göndərilən sənədlərdən çəkilmiş xərcləri müəyyən etmək mümkün deyildir.
9. Məhkəmə, iddiaçı tərəfindən elektrovozun bərpası üçün çəkilmiş xərclərlə bağlı müvafiq sübutları, həmçinin onun bərpası üçün 52.300 manat məbləğində çəkilmiş xərci sübut edə bilmədiyindən “xxxx” MMC-nin ekspert rəyini mötəbər sübut kimi qəbul edərək dəymiş ziyanla bağlı 10.770 manat məbləğinin cavabdehdən tutulmasını əsaslı hesab etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrovozun bir arabacığı ilə relsdən çıxmasının bərpası ilə əlaqədar çəkilmiş 11.335,87 manat xərc və * nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsinə vurulmuş 1.850 manat ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3 və 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
11. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onu iddia tələbinin təmin olunan hissədə ləğv edərək, həmin hissədə də iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrovozun bir arabacığının relsdən çıxmasının aradan qaldırılması ilə bağlı çəkilmiş 11.335,87 manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmamışdır (sədrlik edən – A.Isgəndərova, hakimlər – İ.Həsənov və M.Məmmədov).
14. Məhkəmə qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin hadisə ilə bağlı vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməli olması işin mübahisəsiz halıdır. Araşdırılmanın predmeti vurulmuş ziyanın məbləğidir.
15. Məhkəmə iddiaçının apellyasiya şikayətinin elektrovoza dəymiş ziyanla bağlı dəlilinə münasibətdə bildirmişdir ki, iş materiallarına görə, 2022-ci il ## #### tarixli X4 əməkdaşları tərəfindən akt tərtib edilərək ziyan vurulmuş hissələr qeyd olunmuşdur. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş qiymət cədvəlinə əsasən, iddiaçının mütəxəssisləri tərəfindən ilkin baxış keçirilərək tərtib olunmuş akt üzrə elektrovozun bərpa olunub istismara qaytarılması üçün 52.300 manat xərcin çəkilməli olduğu qənaətinə gəlinmişdir. Iddiaçı qeyd edilən məbləği onunla əsaslandırmışdır ki, aktda elektrovoza vurulmuş ziyan nəticəsində detallar yenisi ilə əvəz edilmişdir. Lakin iddiaçı həmin detalların yenisi ilə əvəz olunması barədə heç bir sübut (ödəmə qəbzi, mütəxəssis rəyi) təqdim etməmişdir. Belə ki, tədqiqat obyekti olan VL-**M*-*** nömrəli elektrovoza müxtəlif vaxtlarda ekspertlər tərəfindən baxış keçirilsə də, həmin ərazi iddiaçı tərəfə məxsus xidməti sahə olmasına baxmayaraq sonuncu ekspert baxışında nümayəndələrinin iştirakını təmin etməmişdir. Halbuki iddiaçı tərəf üçün ekspert baxışının keçirildiyi əraziyə nümayəndələrinin cəlb edilməsinə maneə olacaq hər hansı bir hal mövcud olmamışdır. Odur ki, iddiaçı tərəfindən detalların dəyişdirilməsi və yenisi ilə əvəz olunmasını təsdiq edən sənəd təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbi üzrə qeyd edilən hissədə düzgün nəticəyə gəlmişdir. Iddiaçı yalnız bağlanmış müqavilələri təqdim etmiş, həmin müqavilədə qeyd edilən malların alınması mübahisə olunmasa da, əsas təsdiq edilməli olan hal yolnəqliyyat
16. hadisəsi nəticəsində elektrovozun ziyan vurulmuş detalların yeni ilə əvəz olunmasıdır. Buna dair isə dəfələrlə sübut təqdim edilməsi barədə tərəfə məlumat verilmiş, hətta birinci instansiya məhkəməsi tərəfindən məktub da göndərilmiş, lakin hər hansı bir sübut təqdim edilməmişdir.
17. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, elektrovozun bir arabacığın relsdən çıxması ilə vurulmuş ziyanın bərpası, ümumiyyətlə həmin arabacığın relsdən çıxıb hər hansı ziyan vurmasına dair heç bir sübut təqdim edilməmişdir. Təqdim olunmuş foto şəkillərdə də həmin arabacığın relsdən çıxması görünmür. Bundan başqa hadisədən dərhal sonra cavabdehin iştirakı ilə tərtib edilmiş ziyan aktında həmin ziyanla bağlı heç bir qeyd aparılmamış, bir gün sonra iddiaçının öz struktur bölməsi tərəfindən arayış tərtib edilmişdir. Halbuki bu cür ziyanın dərhal müəyyən edilməsi mümkündür və vurulduğu təqdirdə 2022-ci il ## #### tarixli X4 əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilməməsi inandırıcı deyildir.
18. Bundan başqa iddiaçı tərəf baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində elektrovozun bir arabacığı ilə relsdən çıxmasını iddia etsə də, bu halı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Lakin VL**M*-***B saylı elektrovozla yük avtomobili toqquşması hadisəsi zamanı * nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsinə 1.850 manat maddi ziyan dəyməsi ilə bağlı gəlinən nəticə ilə razılaşan məhkəmə bildirmişdir ki, elektrik xəttinə ziyan dəyməsinin sonradan müəyyən olunması və 2022-ci il ## #### tarixli aktda qeyd edilməməsi mümkündür. Digər tərəfdən təqdim olunmuş foto şəkillərdə relsə ziyan dəyməsi məlum olmuşdur ki, bu da elektrik xətlərinə ziyan vurulmasını istisna etməmişdir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1099.2 və 1114.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun elektrik təchizatı sahəsinə vurulmuş ziyana görə 1.850 manat vəsaitin tutulması hissəsi istisna olmaqla qalan hissələrdə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Həmçinin cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Iddiaçının kassasiya şikayətinin dəlilləri
22. MPM-in 88, 101.7 və 103-cü maddələri üzrə - X4 əməkdaşları tərəfindən tərtib edilmiş 2022-ci il ## #### tarixli akta görə, iş üzrə hadisəyə ilkin baxış keçirilən zaman elektrovozun aktda adları qeyd olunan sahələrinə ziyan dəydiyi aşkar olunmuşdur. Həmin aktın əsasında qiymət cədvəli tərtib edilmiş və elektrovozun bərpası üçün 52.300 manat ziyan hesablanmışdır. Dəymiş zərər müəyyən edilərkən cavabdehin nümayəndəsi də orada iştirak etmiş və heç bir etiraz etməmişdir. Bundan başqa, iddiaçının Infrastruktur Departamentinin “X3” Idarəsinin 2022-ci il ## #### tarixli ***/* nömrəli arayışına əsasən 2022-ci il ## #### tarixində VL11M6 ***B nömrəli elektrovozun “Howo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində elektrovozun bir arabacığının (iki təkər cütü) relsdən çıxması hadisəsinin bərpası ilə əlaqədar H.Z.Tağıyev çeşidləmə bölməsinin texniki avadanlıq və işçi qüvvəsinin görülən işlər üzrə cəmi xərci 11.335,87 manat təşkil etmişdir. Məhkəməyə təqdim olunan müqavilələrə və gömrük bəyannamələrinə görə, iddiaçı tərəfindən VL** saylı elektrovozların ehtiyat hissələri xarici ölkələrdən sifariş edilərək satın alınır. Satın alınmış ehtiyat hissələri ehtiyat anbarında saxlanılır və zərurət olduqda istifadə olunur. Yəni müvafiq elektrovoz təmir edilən zaman ehtiyat hissələri anbardan götürülüb istifadə edildiyi və ayrı-ayrı ehtiyat hissələrinin alqı-satqısı həyata keçirilmədiyi üçün onların ödəmə qəbzini təqdim olunması mümkün deyildir. Lakin ümumi olaraq həmin hissələrin iddiaçı tərəfindən sifarişi və alınması müqavilələrə, bəyannamələrə əsasən öz təsdiqini tapmışdır. Eyni zamanda, məhkəməyə təqdim edilən akt mütəxəssislər tərəfindən tərtib edilmişdir. Lakin həmin hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmənin elektrovoza sonuncu ekspert baxışında iddiaçının nümayəndəsinin iştirakı təmin edilmədiyi barədə mövqeyi aydın olmamışdır. Çünki iddiaçıya məxsus xidməti sahəyə iddiaçının nümayəndəsinin iştirakı olmadan ekspertin daxil olması və baxış keçirməsi mümkün deyildir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin əsas götürdüyü “xxxx” MMC-nin ekspert rəyinə əsaslı olaraq şübhə ilə yanaşılmış, real ziyan məbləği ilə ekspert rəyində göstərilən məbləğ arasında böyük fərq yaranmasının mümkün olmaması anlaşılmışdır. Lakin ekspertizanın aparılmasından imtina edildiyi üçün məhkəmə kollegiyası tərəfindən ziyan aktında qeyd olunan hissələrin təmir və ya yenisi ilə əvəz edilməsinin müəyyənləşdirilməsi mümkün olmadığından məhkəmə birinci instansiya məhkəməsinin bu hissədə düzgün nəticəyə gəldiyi qənaətinə gəlmişdir. Əks halda sual yaranır, əgər rəy dəqiq və mötəbər sübut idisə, hansı səbəbdən iş üzrə iki dəfə yenidən ekspertizanın keçirilməsi ilə bağlı qərardad qəbul olunmuşdur. Ona görə də, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qeyri-dəqiq ekspert rəyinə istinad edilməməli idi. Indiki halda yenidən ekspertizanın keçirilməsi və iş üzrə real zərərin müəyyən olunduğu rəyin əldə edilməsi zərurəti vardır. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa görə, 2022-ci il ## #### tarixində hadisənin nəticələrinin aradan qaldırılması üçün avadanlıqlarla bərabər 14 nəfərdən ibarət işçi heyəti cəlb edilmiş və 9 saat 15 dəqiqə vaxt sərf edilmişdir. Həmin işçilərə isə sərf edilən iş saatına uyğun ödəniş edilmişdir. Hadisənin nəticələrinin aradan qaldırılması üçün hansı texniki avadanlıqlar, neçə nəfər işçi və nə qədər zaman lazım olduğunu əvvəldən müəyyən etmək mümkün olmadığı üçün həmin ziyan məbləği 2022ci il ## #### tarixli X4 əməkdaşları tərəfindən tərtib edilmiş akta əlavə edilməmişdir. 2022-ci il ## #### tarixində hadisənin nəticələri aradan qaldırılmış, ziyan məbləği 11.335,87 manat təşkil etmiş və buna uyğun arayış tərtib edilmişdir. Lakin məhkəmə tərəfindən bunlar nəzərə alınmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
23. MM-in 21.1-21.3-cü maddələri üzrə - iddiaçı çəkilmiş xərclərlə bağlı mövcud sübutları məhkəməyə təqdim edə bilməmişdir. X2, həm də Gəncə Apellyasiya Məhkəməsində Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə çəkilmiş xərclərin təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməsi dəfələrlə təklif olunmuş, eyni zamanda çəkilmiş xərclərlə bağlı müvafiq sübutların təqdim olunması üçün iddiaçıya sorğular ünvanlanmışdır. Lakin iddiaçı çəkilmiş xərclərlə bağlı mövcud sübutları məhkəməyə təqdim edə bilməmişdir. Faktiki olaraq iddiaçı tərəfindən pozulmuş hüququnun bərpa edilməsi üçün çəkilmiş xərclə və real zərər ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. VL**M*-***B saylı elektrovozla yük avtomobili toqquşması hadisəsi zamanı * nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsinə 1850 manat maddi ziyan dəyməsi ilə bağlı gəlinən nəticə ilə razılaşan məhkəmə qeyd etmişdir ki, elektrik xəttinə ziyan dəyməsinin sonradan müəyyən olunması və 2022-ci il ## #### tarixli aktda qeyd edilməməsi mümkündür. Digər tərəfdən təqdim olunmuş foto şəkillərdə relsə ziyan dəyməsi məlum olur ki, bu da elektrik xətlərinə ziyan vurulmasını istisna etmir. Məhkəmə bu mövqeyi ilə ən azından 1850 manat hissəni təmin edilməməli idi. Çəkilmiş xərci və ya real zərəri təsdiq edən sübut olmadığı üçün məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi göstərilən normanın pozulmasıdır.
24. MM-in 1096-cı maddəsi üzrə - cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməlinə görə məhkəməyə cəlb olunması halı istinad olunan maddi normanın tələbi məhkəmə tərəfindən pozulmuşdur.
25. MM-in 1099-cu maddəsi üzrə - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sürücü işləyən zaman cavabdeh tərəfindən onun vəzifə borcları ilə bağlı işlərin təhlükəsiz aparılması ilə əlaqədar xüsusi nəzarət həyata keçirilməmişdir. Bu baxımdan onun vurduğu zərərin əvəzi cavabdeh tərəfindən ödənilməməlidir.
26. MM-in 1108.1 və 1108.3-cü maddələri üzrə - toqquşma hadisəsi 2022-ci il ## #### tarixdə saat 11:25 radələrində Gilgilçay stansiyasının 110-cu km-də qorunmayan dəmiryolu keçidində baş vermişdir. Həmçinin, hadisənin baş verməməsi üçün ADY tərəfindən ərazidə heç bir xüsusi xəbərdaredici nişanlar quraşdırılmamışdır. Elektrovozun iddiaçının balansında, Infrastruktur departamentinin istifadəsində olduğunu nəzərə alaraq dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənilməlidir.
27. MPM-in 77, 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələri üzrə - məhkəmə iş üzrə mövcud olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmayaraq işə düzgün qiymət verməmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”
“Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı
1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.”
“Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları
1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.”
“Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti
1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.”
“Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ
1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər
218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu
392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 33.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 34.Kassasiya şikayətlərinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 35.Belə ki, iddiaçının iş üzrə yenidən ekspertiza keçirilməli olması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, ekspertizanın təyin edilməsi və ya edilməməsi məsələsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətlərinə aid olub, kassasiya baxışının predmeti həmin məsələnin məqsədəuyğunluğu deyil, prosessual hüquq normalarına riayət olunub-olunmamasıdır. Kassator isə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələnin həlli zamanı hər hansı prosessual hüquq normasının pozulduğunu əsaslandıra bilməmişdir. 36.Cavabdehin kassasiya şikayətinin dəlilləri də əsasən zərərin mövcudluğu, məbləği, səbəbli əlaqə və məsuliyyətin subyekti ilə bağlı iş üzrə müəyyən edilmiş faktiki halların yenidən qiymətləndirilməsinə yönəlmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi işçinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərə görə hüquqi şəxsin məsuliyyət daşımasına dair MM-in 1099.1-ci maddəsinin tələblərini tətbiq etmiş, iş üzrə müəyyən edilmiş faktiki hallara həmin normanın tətbiq edilməsinin səbəblərini qətnamədə ətraflı göstərmişdir. 37.Cavabdehin MM-in 1096, 1099 və 1108-ci maddələrinin pozulması barədə dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara uyğun olaraq tətbiq edilməli maddi hüquq normalarını müəyyən etmiş və onların məzmununa uyğun hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətində isə həmin normaların yanlış təfsir və ya tətbiq edilməsini təsdiq edən hüquqi arqumentlər göstərilməmiş, faktiki halların fərqli qiymətləndirilməsi tələb olunmuşdur ki, bu da kassasiya baxışının predmetinə aid deyildir. 38.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 39.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 40.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 41.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir. 42.Kassasiya şikayətlərində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, tərəflərin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən iddiaçının şikayətinin təmin edilmədini və cavabdehin şikayətinin qismən təmin edildiyini qətnamədə göstərmişdir. 43.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 44.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.