Məhkəmə qərarları › İş №2-2(1-8)-155/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-155/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-155/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Işin halları 1.

2. Eyni tərəflər arasında bağlanmış 11/2 AK nömrəli sabit girov müqaviləsinə əsasən girov qoyan öz mülkiyyətində olan və bankdan kredit müqaviləsi əsasında götürdüyü kredit hesabına aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: 110907011427, buraxılış ili: 2011, tipi: özüboşaldan, şassi: LZZ5EXSC4BN645148, rəng: Ağ) avtomobili, HOWO ZZ3257N3847A-yük (mühərrik: 130317044987, buraxılış ili: 2013, Tipi: Özüboşaldan, Şassi: LZGJLDT46DX020082, rəngi: Ağ) avtomobili bundan sonra girov predmeti bank qarşısında girov qoymuşdur. 3. 4.

5. Bank ilə cavabdeh6 və cavabdeh5 arasında bağlanmış 2014-cü il ## #### tarixli **kt saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 2014-cü il ## #### tarixli 11 kt saylı kredit müqaviləsinə əsasən 180.000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş, ünvan 1 ünvanında yerləşən 218,7 kv.m ümumi 124 kv.m yaşayış və 94,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin girov qoyulması barədə razılığa gəlmişlər.

6. Bank ilə cavabdeh5 arasında bağlanmış 2014-cü il # ###### tarixli **kt saylı kredit müqaviləsinə əsasən borc verən heyvandarlığın inkişafı məqsədilə borc alana 200.000 manat məbləğində kredit verməsini öhdəsinə götürmüşdür.

7. Bank ilə cavabdeh6 və cavabdeh5 arasında bağlanmış 2014-cü il # ###### tarixli **/kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 2014-cü il 1 tarixli **kt saylı kredit müqaviləsinə əsasən 200.000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ** saylı bağ sahəsinin bir hissəsi yəni, 0,085599 ha torpaq sahəsinin girov qoyulması barədə razılığa gəlmişlər.

8. Bank ilə cavabdeh5 arasında bağlanmış 2014-cü il # ###### tarixli **/*kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 2014-cü il # ###### tarixli 12 kt saylı kredit müqaviləsinə əsasən 200.000 manat məbləğində 5 il müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən 218,7 kv.m ümumi 124 kv.m yaşayış və 94,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin girov qoyulması barədə razılığa gəlmişlər.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı LPO İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh1 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “cavabdeh6”, “cavabdeh5”, “cavabdeh4”, “cavabdeh1”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh6 arasında 2014-cü il ## #### tarixli 11 kt saylı kredit müqaviləsi üzrə tərəfin banka 173 500 manat əsas, 19 660,13 manat məbləğində faiz borcu, 47080,97 cərimə borcu və 24 172,30 illik 5%-lik gecikdirilmiş vaxt üçün hesablanan borc olmaqla ümumilikdə 264 413,40 manat kredit borcunun cavabdeh6 tutulması, tutmanın bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış 2014-cü il # ###### tarixli, 12 kt saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdeh5 məxsus ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə yönəldilməsi; həmçinin kredit müqaviləsinin təminatı olaraq bağlanmış 2014-cü il ## #### tarixli,12/1 kt saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdeh6 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən ** saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi yönəldilməsi; bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyanın (bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: 110907011427, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük (mühərrik: 130317044987, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, 2) eyni zamanda iddiaçı ilə cavabdeh5 arasında 2014-cü il # ###### tarixli 12 kt saylı kredit müqaviləsi üzrə tərəfin banka 193 00 manat əsas, 21 567,92 manat məbləğində faiz borcu, 53 074,69 cərimə borcu və 26 933,76 illik 5% gecikdirilmiş vaxt üçün hesablanan borc olmaqla ümumilikdə 295 076,37 manat ödənilməmiş kredit borcunun cavabdeh5 tutulması, hər iki kredit müqaviləsi borc məbləğinin cəmi üzrə hesablanmış 450 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutmanın 1) Kredit müqaviləsinin təminatı olaraq bağlanmış 2014-cü il # ###### tarixli, 12/1 kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdeh5 məxsus ünvan 2 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə; 2) eyni zamanda bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış 2014-cü il ## #### tarixli,12 kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə cavabdeh6 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən ** saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə; 3) bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyulmuş (bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: 110907011427, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük (mühərrik: 130317044987, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilməsinə baxmayaraq, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, mediasiya sessiyasında iştirakı təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

11. “xxxx” MMC tərəfindən verilmiş 2023-cü il # ### tarixli ekspert rəyinə əsasən cavabdeh5 məxsus ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilin likvid dəyəri 450000 manat, bazar dəyəri 509000 manat, cavabdeh6 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən ** saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinin likvid dəyəri 76000 manat, bazar dəyəri 85000 manat təşkil edir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il ## ####### tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il ## #### tarixli 11 kt saylı kredit müqaviləsi üzrə tərəfin banka 173 500 manat əsas, 19 660,13 manat məbləğində faiz borcu, 24 169,51 manat illik 5%-lik gecikdirilmiş vaxt üçün hesablanan borcu vardır. 2014-cü il # ###### tarixli 12 kt saylı kredit müqaviləsi üzrə tərəfin banka 193 500 manat əsas, 21 567,92 manat məbləğində faiz borcu, 26 933,76 manat illlik 5% gecikdirilmiş vaxt üçün hesablanan borcu vardır.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, -Cavabdeh cavabdeh6 173500 manat əsas borc, 19660,13 manat faiz borcu, 8000 manat dəbbə pulu, 24169,51 manat illik 5 faizlə hesablanmış borc, ümumilikdə 225329,64 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; -tələbin ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə cavabdeh5 məxsus ünvan 2 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, ilkin satış qiyməti 76000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə cavabdeh6 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən ** saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə, 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən HOWO ZZ3317N3567W-yük (mühərrik: 110907011427, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: 130317044987, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərinə yönəldilməsi; həmin ipoteka və girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına ümumilikdə 225329,64 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi; -Cavabdeh cavabdeh5 193500 manat əsas borc, 21567,92 manat faiz borcu, 9000 manat dəbbə pulu, 26933,76 manat illik 5 faizlə hesablanmış borc, ümumilikdə 251001,68 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; -tələbin ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə cavabdeh5 məxsus ünvan 2 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, ilkin satış qiyməti 76000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə cavabdeh6 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən ** saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə, 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən HOWO ZZ3317N3567W-yük, HOWO ZZ3257N3847A-yük və SACHMAN SX3254DT404-yük avtomobillərinə yönəldilməsi, həmin ipoteka və girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına ümumilikdə 251001,68 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməsi; -iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 850 manat dövlət rüsumunun cavabdehlər cavabdeh5 və cavabdeh6 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, aparılmış ekspertiza tədqiqatları ilə bağlı 50 manat ekspertiza xərcinin cavabdehlər cavabdeh5 və cavabdeh6 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 800 manat ekspertiza xərcinin cavabdehlər cavabdeh5 və K,Cəfərovdan birgə qaydada tutularaq “xxxx” MMCnin hesabına ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir. Ona görə də, cavabdehlərdən yaranmış kredit borcu məbləği (cavabdeh cavabdeh6 173.500 manat əsas borc, 19.660,13 manat faiz borcu, cavabdeh cavabdeh5 193.500 manat əsas borc, 21.567,92 manat faiz borcu) tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka və girov predmetlərinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.

15. Dəbbə puluna münasibətdə məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdeh cavabdeh6 tutulacaq cərimə 8000 manat, cavabdeh cavabdeh5 tutulacaq cərimə 9000 manat müəyyən edilməlidir.

16. Borcluların icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər qismində ümumilikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 445.7-ci maddəsinin tələbləri qaydasında-illik 5% olmaqla hesablanmış faiz borcunun ödənilməsi tələbinə münasibətdə borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlərin özləri tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də ekspert rəyinə uyğun müəyyən edilməlidir. Həmin rəy iddiaçı tərəfindən də mübahisələndirilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 276.1, 295, 298.2, 317.1, 319.1, 319.5, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 467, 739.1, 739.2 və 741-ci maddələrinə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3 və 41.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh cavabdeh5 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən * nömrəli mənzilin və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ** saylı ünvandakı torpaq sahəsinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməklə, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən * nömrəli nömrəli mənzilin ilkin satış qiymətinin 501.522,00 manat və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ** saylı ünvandakı torpaq sahəsinin ilkin satış qiymətinin 224.440,0 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

21. Apellyasiya şikayətinin borcun yenidən hesablanması üçün təkrar ekspertiza keçirilməsi dəlilinə münasibətdə qeyd edilmişdir ki, cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yenidən yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Hazırkı iş üzrə verilmiş mühasibatlıq ekspertizası üzrə ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən mühasibatlıq ekspertizası təyin edilməsinin prosessual əsasları mövcud olmamışdır.

22. Ipoteka ilə yüklü edilmiş əmlakın qiyməti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanarkən ipoteka ilə yüklü edilmiş əmlakların tərəflər arasında dəyərləndirilməsindən 11 ilə yaxın müddət keçmişdir.

23. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının 2024-cü il ## #### tarixli qərardadına əsasən, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, əmtəəşünaslıq ekspertizası üzrə ekspertin 2025-ci il # #### tarixli, */**** saylı rəyində Ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən * nömrəli nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 557247,00 manat (218,7 kv.m 2548 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 501522,00 manat (557247,00 manat-10%) məbləğində müəyyən edilir, qərardadda qeyd edilən cavabdeh6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ** saylı bağ sahəsi ekspert baxışına təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmamış, qərardadda qeyd edilən 2011-ci il buraxılışlı “HOWO ZZ3317N356TW” markalı, 99- BD-142 dövlət qeydiyyat nişanlı yük avtomobili, 2013-cü il buraxılışlı “HOWO ZZ3257N3847A” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və 2013-cü il buraxılışlı “SHACMAN SX3254DT404” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin satışına dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadığı qeyd edilmişdir.

24. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ** saylı bağ sahəsi ekspert baxışına təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmadığından təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Ekspertiza Tədqiqatları Mərkəzinə həvalə olunması qərara alınmışdır.

25. Ekspertiza Tədqiqatları Mərkəzinin 2025-ci il # ###### tarixli mütəxəssis rəyinə əsasən, tədqiq olunan- Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ** saylı ünvandakı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə analoji torpaq sahələrinin (çıxarış sənədli, kommunikasiya (su, işıq, kanalizasiya) xətləri mövcud, magistral yola yaxın və ara küçələri asfalth, ərazisi hamar və s.) hazırkı dövrə təqribi bazar dəyəri 1 kv.metri 276,0 manat olmaqla- 236.253,0 manat müəyyən edilir (1 kv.m-276 manat; 0,085599ha (855,99kv.m) x 276 manat=236.253,0 manat). Qeyd olunan torpaq sahəsinin likvid dəyəri hesablanarkən isə yuxarıda qeyd olunanları və hazırda həmin ərazi üzrə əmlak bazarındakı tələb-təklifi nəzərə alaraq 5% azalma əmsalı tətbiq etməklə hazırkı dövrə likvid dəyəri-224.440,0 manat müəyyən edilir (236.253,0 manat-5%=224.440,0 manat).QEYD: HOWO ZZ3317N356TW-yük (mühərrik: 110907011427, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük (mühərrik: 130317044987, buraxılış ili 2013), SHACMANSX3254 DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərin bazar va likvid dəyərlərinin müəyyən edilməsi məqsədilə onlara baxış keçirilməklə texniki vəziyyətlərinin öyrənilməsi zəruridir. Avtomobillər baxışa təqdim edilmədiyindən qiymətləndirici mütəxəssis qarşısında qoyulmuş sualların avtomobillərə dair hissəsi üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur.

26. Məhkəmə kollegiyası, mübahisələdirilən ipoteka predmetlərinin qiyməti ilə bağlı bir-birindən fərqlənən qiymətləndirici rəylərin olmasını və ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyasının hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alaraq hesab etmişdir ki, sonuncu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilməli, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən * nömrəli nömrəli ilkin satış qiyməti 501.522,00 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ** saylı ünvandakı torpaq sahəsinin ilkni satış qiyməti 224.440,0 manat müəyyən edilməlidir.

27. HOWO ZZ3317N356TW-yük, HOWO ZZ3257N3847A-yük, SHACMANSX3254 DT404-yük avtomobillər isə ekspert baxışına təqdim edilmədiyindən onların ilkin satış qiymətlərini müəyyən etmək mümkün olmamışdır.

28. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi eyni maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. 30.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 385.1, 462.1, 739, 741-ci maddələri üzrə- mühasibatlıq ekspertizasının keçirilməsinin zərurəti ondan ibarətdir ki, ödənişlərin müvafiq olaraq əsas və faiz borcuna silinmələri dəqiq göstərilməli idi. Bu səbəbdən də edilmiş ödənişlərin əsas hissəsinin faiz məbləğinə silinməsini araşdırmaq üçün mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.

32. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 39.3-cü maddələri, MPM-in 102.1-ci maddəsi üzrə- cavabdeh6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ** saylı bağ sahəsinə, qərardadda qeyd edilən 2011-ci il buraxılışlı “HOWO ZZ3317N356TW” markalı, 99- BD-142 dövlət qeydiyyat nişanlı yük avtomobili, 2013-cü il buraxılışlı “HOWO ZZ3257N3847A” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və 2013-cü il buraxılışlı “SHACMAN SX3254DT404” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərə aid hissədə əmlakların qiymətləndirilməsi zəruri idi. Belə ki, apellyasiya icraatı zamanı verilmiş ekspert rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79da yerləşən * nömrəli nömrəli mənzilin qiymətləndirilməsindən bəlli olduğu kimi nəzərə çarpacaq dərəcədə fərq etmişdir. Bu səbəbdən də digər əmlakların qiymətləndirilməsi zəruri olduğu halda məhkəmə tərəfindən həmin əmlakların yekun qiymətləndirilməsi keçirilmədən qətnamə qəbul edilmişdir. Göründüyü kimi əmlakların qiymətində dair mübahisə mövcuddursa məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilərək əmlakın real bazar dəyəri və likvid dəyəri müəyyən edilməlidir. Mühasibatlıq ekspertizasının keçirilməsinin zərurəti ondan ibarətdir ki, ödənişlərin müvafiq olaraq əsas və faiz borcuna silinmələri dəqiq göstərilməli idi. Bu səbəbdən də mühasibatlıq ekspertizası edilmiş ödənişlərin əsas hissəsinin faiz məbləğinə silinməsini araşdırmaq üçün mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

34. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit borcunun hesablanması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirildiyindən, onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ...” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...” “Maddə 741. Borc üzrə faizlər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

37. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Əsas anlayışlar ... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.”

“Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; (HYPERLINK "https://e-qanun.az/framework/60296" \o "Azərbaycan Respublikasının 14 iyul 2025-ci il tarixli 250-VIIQD nömrəli Qanunu" 2025-ci il ## #### tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 39.3.3-cü maddə yeni redaksiyada verilmişdir.) ...”

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il ## #### tarixli * nömrəli Qərardadında aşağıdakılar nəzərdə tutulur:

“...

10. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

11. Ilk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. ...

13. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “Ipoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. ...”

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsininiş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırki kassasiya şikayətinin kredit ödənişlərinin əsas və faiz borcu üzrə silinməsinin düzgünlüyünün müəyyən edilməsi məqsədilə təkrar mühasibatlıq ekspertizası keçirilməli olmasına dair dəlili üzrə qeyd edilir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasında hər iki kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və gecikdirilmiş icra ilə bağlı hesablanmış məbləğlər müəyyən edilmişdir. Həmin rəy birinci instansiya məhkəməsi tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Kassator isə ekspert rəyində hansı hesablamaların konkret olaraq yanlış aparıldığını göstərən maliyyə sənədləri və ya alternativ hesablamalar təqdim etməmiş, yalnız rəyin nəticələri ilə razılaşmadığını bildirməklə kifayətlənmişdir.

42. Kassasiya şikayətinin ipoteka və girov predmetlərinin real bazar dəyərinin tam müəyyən edilmədiyi səbəbindən iş üzrə əlavə əmtəəşünaslıq ekspertizası keçirilməli olması ilə bağlı dəlillərinə münasibətdə bildirilməlidir ki, apellyasiya baxışı zamanı məhz bu dəlillər nəzərə alınaraq təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mənzil üzrə yeni ekspert rəyi alınmış, torpaq sahəsinə münasibətdə isə ayrıca mütəxəssis rəyi əldə edilmiş və həmin rəylərin nəticələrinə əsasən birinci instansiya məhkəməsinin müəyyən etdiyi ilkin satış qiymətləri dəyişdirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin ipoteka ilə yüklü edilmiş əmlak üçün müəyyən etdiyi qiymət, hazırda kassasiya qaydasında mübahisələndirilsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, ilkin satış qiyməti ilə bağlı verilən rəydəki qiymətin düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdırmaq və sübutlara qiymət vermək hüququna malik olan məhkəməyə təqdim olunmamışdır.

43. Girov predmeti olan nəqliyyat vasitələrinin ilkin satış qiymətinin müəyyən edilməməsinə dair dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka haqqında qanunvericilikdən fərqli olaraq, qanunda girov predmetinə tutma yönəldildikdə, məhkəmə tərəfindən onun ilkin satış qiymətinin müəyyən edilməsinə dair imperativ tələb müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məsələ üzrə məhkəmə nəticəyə gələrkən hər hansı maddi hüquq normasının tələblərini pozmamışdır.

44. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar