Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-16/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. X6 2009-cu il ## #### tarixli “torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçmə qaydasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına və istifadəsinə verilməsi haqqında” *** nömrəli qərarına əsasən, Bakı şəhəri sakini X2 2004-cü il # ####### tarixli ****/* saylı qərarla fərdi ev tikintisi məqsədilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 130 kv.m. torpaq sahəsinin Bakı şəhəri sakini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına verilməsini ərizə ilə X7 xahiş etmiş, X6 ərazi hüdudlarında Bakı şəhər sakinləri X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 130 kv.m. torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının Bakı şəhəri sakini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına keçirilməsi qərara alınmışdır.
2. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Bakı şəhəri ** saylı notariat kontorunda verilmiş, 2017-ci il ## ####### tarixli, 7E-23668 reyestr nömrəsi ilə qeydə alınmış etibarnaməyə əsasən sonuncu harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağışlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsinin təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh 20 il müddətinə, 2037-ci il ## ####### tarixədək etibar etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü il ## ######## tarixli və 2005-ci il ## ##### tarixli ***-IIQD nömrəli Qanunla təsdiq edilmiş Sazişə əsasən iddiaçının istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, * saylı mədənin 5-ci sahəsində inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılmasını, tikilinin onun hesabına sökülməsini, torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmasını və 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində * saylı mədənin 5-ci sahəsində, lazımi icazələr alınmadan və şəhərsalma-tikinti normaları kobud şəkildə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Həmin torpaq sahəsi 2004-cü il ## ######## tarixli və 2005-ci il ## ##### tarixli ***-IIQD nömrəli Qanunla təsdiq edilmiş Sazişə əsasən Şirkətin neft-qaz əməliyyatlarını həyata keçirməsi üçün qanuni istifadəsinə verilmişdir. Cavabdehin inşa etdiyi tikili Şirkətin kontrakt sahəsindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır və dövlət tərəfindən verilmiş təminat və öhdəliklərin həyata keçirilməsinə ciddi maneə yaradır. Cavabdehin torpaq sahəsinin guya bələdiyyə qərarı və ya icra hakimiyyəti sərəncamı əsasında ayrıldığını iddia etməsi, yaxud tikilidə pasport qeydiyyatında olması özbaşına tikilinin hüquqauyğun sayılması üçün əsas deyildir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları mövcuddur və həmin mövqeyə əsasən sənaye təyinatlı torpaqlarda inşa edilmiş tikililər mübahisələndirilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinin 3-cü abzasına, 111.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 180-ci maddəsinə əsasən dövlətin müstəsna mülkiyyətində olan və Saziş əsasında Şirkətin istifadəsinə verilmiş torpaq sahəsinin zəbt edilməsi qanunsuzdur. Bu səbəbdən cavabdeh * saylı mədənin 5-ci sahəsində inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili onun hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Əhmədova).
6. Məhkəmə bildirmişdir ki, Azərbaycan qanunvericiliyinə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında yaradılmış filialı dövlət qeydiyyatına alındığı andan hüquq qabiliyyətinə və vergi uçotuna malik olur və kommersiya mübahisəsinin subyekti kimi çıxış edə bilər. Ali Məhkəmə Plenumunun mövqeyinə uyğun olaraq xarici kommersiya hüquqi şəxslərin filialları məhkəmədə öz qanuni maraqlarını müdafiə etmək hüququna malik tam hüquqlu subyektlər hesab olunurlar.
7. Mübahisə Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakla bağlı olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 444.0.1-ci maddəsinə əsasən iş Azərbaycan məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 20 və 21-ci maddələrinə uyğun olaraq əmlak üzərində hüquqlar əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən edilir. Buna görə mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməlidir.
8. Məhkəmə MM-in 180-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, tikinti məqsədi üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr olmadan inşa edilmiş tikili özbaşına tikili sayılır və onun sökülməsi maraqlı tərəfin müraciəti əsasında mümkündür. Bu cür iddia qaldırmaq hüququ “maraqlı tərəfə” məxsusdur.
9. Məhkəmə müəyyən etmişdir ki, 2004-cü il ## ######## tarixli və 2005-ci il ## ##### tarixli Qanunla təsdiq edilmiş X3 haqqında Sazişə əsasən iddiaçı kontrakt sahəsində neftqaz əməliyyatlarını həyata keçirmək üçün müstəsna hüquqa malikdir və bu baxımdan subyektiv hüquqa sahibdir.
10. Lakin iş materiallarına əsasən mübahisəli torpaq sahəsi X6 2009-cu il ## #### tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 istifadəsinə verilmişdir. Hazırkı cavabdeh isə 2017-ci il ## ####### tarixli etibarnamə əsasında həmin şəxsin nümayəndəsi kimi çıxış etmişdir.
11. Mülki qanunvericiliyin təmsilçiliklə bağlı müddəalarına əsasən nümayəndənin səlahiyyət daxilində etdiyi hərəkətlər bilavasitə təmsil edilənin hüquq və vəzifələrini yaradır. Bu səbəbdən nümayəndə təmsil edilənin öhdəliklərinə görə cavabdeh hesab edilə bilməz.
12. Məhkəmə vurğulamışdır ki, məhkəmə müdafiəsi yalnız pozulmuş subyektiv hüququn bərpasına yönəlməlidir. Bu baxımdan, iddiaçı subyektiv hüquqa malik olsa da, həmin hüququn məhz hazırkı cavabdeh tərəfindən pozulduğu müəyyən edilmədiyindən, iddia əsl olmayan cavabdehə qarşı irəli sürülmüş hesab edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 180-ci maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.7 və 4.1-ci maddələrinə, Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 33.1-ci maddəsinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 20 və 21-ci maddələrinə, Ali Məhkəmə Plenumunun 2020-ci il ## ######## və 2023-cü il ## ###### tarixli qərarlarına, MPM-in 444.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
14. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehin özbaşına tikilidən çıxarılması, tikilinin onun hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, 100 manat dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova, L.Əliyeva).
16. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatlarına əsasən, hazırda mübahisələndirilən torpaq sahəsi hazırkı cavabdeh tərəfindən 2017-ci il ## ####### tarixli, 7E-23668 reyestr nömrəsi ilə qeydə alınmış etibarnaməyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adından çıxış edərək yalnız istifadə etmişdir.
17. Mülki qanunvericiliyin əqdlərdə təmsilçilik ilə bağlı normalarına əsasən məhkəmə qeyd etmişdir ki, təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqdlər, etdiyi hərəkətlər bilavasitə təmsil edilənin mülki hüquq və vəzifələrini yaradır, dəyişdirir və onlara xitam verir. Belə olan halda, qeyd olunan səlahiyyətdən çıxış edərək hərəkət etmiş şəxs təmsil edilənin vəzifələri üçün məhkəmədə cavabdeh ola bilməz.
18. Kollegiya qeyd etmişdir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.
19. Məhkəmə nəzərə almışdır ki, kommerisiya işləri üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.
20. Məhkəmə bildirmişdir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs Cavabdeh deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olmalıdır. Lakin apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyil.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 54.1, 54.2, 180.1, 180.2, 180.4, 239.2 və 241.2ci maddələrinə, “Torpaq Məcəlləsi”nin 20.1, 46, 68 və 111-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
23. Iddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının 2005-ci il ## ##### tarixli *** saylı Qanunun tələblərini nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, 2004-cü il ## ######## tarixli “X3 haqqında” Saziş ## ##### 2005-ci il tarixli *** saylı Qanunla təsdiq edilərək qanun statusu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, Saziş, Hökumət təminatı və Əlavələr qanun qüvvəsinə malikdir və Sazişə zidd olan digər normativ aktlardan üstün tutulur. Qanunun 5ci bəndinə görə isə Sazişin qüvvəyə mindiyi tarixdən kontrakt sahəsi üzrə əvvəllər verilmiş bütün hüquq və vəzifələr ləğv edilir və pay iştirakçılarına həmin sahədə neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Sazişin 8.6-cı maddəsinə əsasən İddiaçı əməliyyatçı kimi fəaliyyət göstərir, Sazişin 3-cü maddəsinə uyğun olaraq isə neftqaz əməliyyatlarını beynəlxalq standartlara uyğun həyata keçirməyə borcludur. Bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən müvafiq təminat və öhdəliklər verilmişdir. Belə olan halda, kontrakt sahəsində üçüncü şəxslər tərəfindən müdaxilə və ya özbaşına tikinti aparılması Sazişlə verilmiş müstəsna hüquqların və dövlət təminatlarının pozulması kimi qiymətləndirilməlidir.
24. Iddiaçı “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə, həmçinin “Torpaq Məcəlləsi”nin 46, 66 və 67-ci maddələrinə istinadən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən sübutlar olmadan, dolayısı ilə onun həmin torpağa hüququnun mövcudluğu qənaətinə gəlmişdir ki, bu da qeyd olunan maddi hüquq normalarının kobud pozuntusudur.
25. MM-in 178.1, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələri üzrə - Hazırkı halda mübahisəli tikili neft quyularının, neft xətlərinin və elektrik kommunikasiya xətlərinin mühafizə zonasında yerləşir. “Texniki təhlükəsizlik haqqında” Qanuna və Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarına əsasən neft hasilatı sənayesi potensial təhlükəli obyektlər kateqoriyasına daxildir. “Torpaq Məcəlləsi”nin 22.2-ci maddəsinə və Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli qərarına əsasən belə obyektlərin ətrafında xüsusi mühafizə zonaları müəyyən edilir və həmin zonalarda şəxsi tikililərin inşası qadağandır, minimum məsafə tələbləri nəzərdə tutulmuşdur. Belə olan halda cavabdehin mübahisəli ərazidə özbaşına tikili inşa etməsi həm maddi hüquq normalarına, həm də təhlükəsizlik tələblərinə zidd olmaqla şirkətin hüquq və qanuni mənafelərini pozur. Lakin apellyasiya instansiyası məhkəməsi MM-in qeyd olunan müddəalarını tətbiq etməyərək tikilini özbaşına tikinti kimi qiymətləndirməmiş və bununla da şirkətin qanuni tələbinin təmin edilməməsi barədə əsassız nəticəyə gəlmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
27. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 54. Idarə
54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. Idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. ...”
“Maddə 180. Özbaşına tikinti və onun nəticələri
180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. ... 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”
“Maddə 239. Torpaq sahəsinə buraxılma ... 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.”
“Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları ... 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. ...”
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə
1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. ...”
“Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; ...”
“Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı
Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.”
“Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.”
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
34. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
35. Apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, kommersiya işləri üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Cavabdeh deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olmalı idi.
36. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
37. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
38. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.