Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-161/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Imişli rayon Icra Hakimiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Imişli Rayon Icra Hakimiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmaqla pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaq almaq üçün ödənilmiş 60.000 ABŞ dolları pulun, həmin torpağı sənədləşdirmək üçün ödənilmiş 32.000 manat xərcin və 425 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, 2010-cu ildə cavabdeh iddiaçıya onun icarəsində olan 171 ha dövlət torpağını satdığını bildirmişdir. Iddiaçı ona həmin torpaq sahəsini almaq istədiyini bildirmiş, o isə həmin torpaq sahəsini 60.000 ABŞ dollarına satmağa razılaşmışdır. Bundan sonra iddiaçı sözügedən pul vəsaitini hissə-hissə cavabdehə ödəyib qurtarandan sonra cavabdeh ona notariusda etibarnəmə vermişdir ki, həmin torpaq sahəsinə aid sənədləşmə işini görə bilsin. Cavabdeh iddiaçıya etibarnamə verdikdən sonra, iddiaçı 32.000 manat xərc çəkərək həmin torpaq sahəsinə cavabdehin adına çıxarış almışdır. Aralarındakı razılaşmaya əsasən iddiaçı çıxarışı cavabdehin adına aldıqdan sonra cavabdeh torpaq sahəsini iddiaçıya notariat qaydada satmalı idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də iddiaçı məcbur olub cavabdehə verdiyi pulu geri tələb etmək qararına gəlmişdir. Iddiaçı dəfələrlə cavabdehdən ona verilmiş pulu tələb etsə də, o hər dəfə bir bəhanə gətirərək pulu qaytarmamışdır. Hazırda cavabdeh iddiaçıya torpağı almaq üçün ödənilmiş 60.000 ABŞ dolları pul vəsaiti və sözü gedən torpağı sənədləşdirmək üçün ödənilmiş 32.000 manat pul borcludur.
3. Cavabdeh iddiaya qarşı etiraz etmiş və bildirmişdir ki, ünvan 1əyinatlı 159.60 və 11.40 ha torpaq sahəsi uzun müddətdir, 1997-ci il tarixindən onun istifadəsindədir. Sonuncu dəfə Imişli rayon Icra Hakimiyyəti Başçısının 2023-cü il ## ###### tarixli *** saylı sərəncamına əsasən bağlanmış 2023-cü il ## ###### tarixli ** saylı icra müqaviləsi əsasında 1723027105 və ********** nömrəli çıxarışla ünvan 1əyinatlı 159.60 və 11.40 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Sözügedən torpaq sahəsi onun istifadəsində olan zaman iddiaçı X12 Idarəsinin rəisi vəzifəsində çalışırdı. Belə ki, iddiaçı cavabdehə verilmiş torpaq sahəsini ona verməyini istəyən zaman cavabdeh torpaq sahəsini ona verməkdən imtina etmişdir. O isə buna görə öz vəzifəsindən və rayondakı əlaqələrindən istifadə edərək cavabdehə qarşı təzyiqlər etməyə başlamışdır. Belə ki, iddiaçı işlədiyi vəzifəyə görə gücü və imkanı çatdığından su axımına yön verərək böyük miqdarda suyun cavabdehə məxsus olan icarə sahəsinə buraxılmasına nail olmuş, bununla da əkilmiş əkin sahələrində cavabdehə külli miqdarda ziyan dəymiş, əkin sahəsinin yarısından çoxu sıradan çıxmış və torpaq sahəsində inşa edilmiş tikililər dağıntıya məruz qalmışdır. Eyni zamanda icarəyə verilmiş torpaq sahəsindən böyük bir arx çəkdirərək suyu ona məxsus torpaq sahəsindən keçirtmişdir. Bununla da cavabdehə məxsus torpaq sahəsinin bir hissəsi yararsız vəziyyətə düşərək itkiyə getmişdir. Əslində cavabdehə verilmiş torpaq sahəsi 200 ha-dır. Lakin iddiaçı tərəfindən torpaq sahəsindən çəkdirilmiş arxla torpaq sahəsinin 29 ha itkiyə getmişdir. Iddiaçı rayon ərazisində yüksək vəzifədə işlədiyindən, eyni zamanda keçmiş icra başçısı ilə çox yaxın münasibəti olduğundan onun bu təsirlərinin, təzyiqlərinin, qanunsuzluqlarının qarşısında tab gətirə bilməmiş, məcburi şəkildə, istəməyərək toprağından çıxarılmışdır. O, icarəyə verilmiş torpaq sahəsini iddiaçıya verməmişdir. Cavabdeh həmin torpaq sahəsini qeyri-qanuni şəkildə ondan almışdır. Bu məsələlərdən bir müddət sonra iddiaçıdan torpağı geri istəmiş, verməyəcəyi təqdirdə isə şikayət edəcəyini bildirmişdir. O isə bu torpaqların hər birinin nazirin olduğunu, şikayət edilsə də, heç bir faydası olmayacağını, səs etməməyini, nazirin qəzəbinə tuş gələ biləcəyini, səbirli olmağını və ona köməklik göstərəcəyini bildirmişdir. Cavabdeh də sadə bir çoban olduğu üçün onun sözlərinə inanmışdır. Müəyyən bir müddət sonra iddiaçı ona torpağın sənədləşdirilməsi işlərində köməklik edəcəyini, bunun üçün müəyyən müraciətlər etmək lazım olduğunu bildirərək, birlikdə Imişli Asan Xidmət Mərkəzinə getmiş, eyni zamanda Imişli RIH-nin başçısına ərizə yazmağa köməklik göstərmişdir. Bundan sonra iddiaçı sənədləşdirmə işləri üçün cavabdehin bir neçə dəfə iştirakının lazım olacağını, bunun isə həm əlavə maddi xərcə, həm də vaxt itkisinə səbəb olacağını bildirmiş, sonda onun adından iştirak etmək üçün iddiaçıya etibarnamə verməyi bildirmişdir. Cavabdeh də ona inanıb, iddiaçıya etibarnamə vermişdir. Lakin etibarnamə verdikdən bir neçə gün sonra iddiaçının onu aldatdığından xəbər tutmuş və dərhal ona verilmiş etibarnaməni ləğv etdirmişdir. Torpağın sənədləşdirilməsi ilə bağlı işlər 2023-cü ilin noyabr ayında baş vermişdir. Imişli rayon inzibati ərazisində yerləşən kənd təsərrüfat təyinatlı 159.60 və 11.40 ha torpaq sahəsinin cavabdehə icarəyə verilməsi ilə bağlı 1723027105 və ********** nömrəli çıxarışlar hazır olduqdan sonra cavabdeh özü gedib qanunvericliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəmiş və çıxarışları əldə etmişdir. Iddiaçı bundan xəbər tutduqdan sonra cavabdehə hədə-qorxular gəlməyə başlamış, onu ailəsinin həyatı ilə hədələmişdir. Daha sonra isə o, cavabdeh barəsində Azərbaycan Respublikası DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinə şikayət ünvanlayaraq, guya cavabdehin ünvan 1əyinatlı 159.60 və 11.40 ha torpaq sahəsini ona 500.000 manata satdığını, daha sonra həmin torpaq sahəsini başqa şəxslərə satdığını bildirmişdir. Həmin şikayət əsasında 2024-cü il ## #### tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsindən cavabdeh ilə əlaqə saxlanılmış və idarəyə çağırılmışdır. Cavabdeh də heç nədən çəkinməyərək torpaq sahəsinə aid olan bütün sənədlərin əsllərini özü ilə apararaq, 2024-cü il # ##### tarixdə DIN BMCMI-yə getmiş və orada hazırkı məsələ ilə bağlı ona fiziki və psixi təzyiqlər edilmişdir. DIN BMCMI-də özü ilə birlikdə apardığı bütün sənədlərin əslləri ondan alınaraq, cavabdehə verilmiş və ona dərhal etibarnamə verilməsi üçün cavabdehə ciddi təhdidlər edilmiş, o, iddiaçıya etibarnamə verdikdən, həyat yoldaşı isə müvafiq razılıq ərizəsini verdikdən sonra bu barədə onlara məruzə etməsi ona tapşırılmışdır. Məhz həmin təhdidlərə görə DIN BMCMI-dən çıxdıqdan sonra 2024-cü il # ##### tarixdə iddiaçıya etibarnamə vermişdir. Daha sonra etibarnaməni ləğv etdirərək məruz qaldığı bu hüquqazidd hərəkətlərlə bağlı vəkil vəkil3 müraciət etmişdir. O, cavabdehin müdafiəçisi kimi DIN-in BMCMI-də barəsində edilmiş şikayət üzrə aparılan araşdırılmaya qoşulduqdan sonra, həmin idarə tərəfindən bugünkü günədək idarəyə dəvət olunmamış, ümumiyyətlə ona heç bir zəng gəlməmişdir. Iddiaçı öz əlaqələrindən istifadə edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin vasitəsilə ona heç bir təzyiq edə bilmədiyini gördükdən sonra, cavabdehə qarşı pul tələbinə dair əsassız iddia ərizəsi ilə Imişli Rayon Məhkəməsinə müraciət etmiş, işləmiş olduğu vəzifəyə görə yaranmış əlaqələrindən istifadə edərək məhkəməyə də təsirlər etmişdir. Nəticədə öz xeyrinə qanunsuz, əsassız və sifarişli bir qətnamə qəbul etdirmişdir. Imişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və 11.40 ha torpaq sahəsinin alqı-satqısına dair iddiaçı iddiaçı ilə aralarında hər hansı bir razılıq olmamış, ümumiyyətlə bu barədə danışıq belə olmamışdır. Belə ki, iddiaçı öz iddia ərizəsində guya cavabdehin 2010-cu il tarixdə torpaq sahəsini ona satdığını, torpaq sahəsinin pulunu hissə-hissə ödədiyini, daha sonra ona verilmiş etibarnamə əsasında çıxarış alsa da, lakin çıxarış aldıqdan sonra alqı-satqını etmədiyini, bununla da öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirmişdir. Halbuki, iddiaçı cavabdeh ilə bu barədə aralarında hər hansı bir danışıq olmasını, bu barədə üzərinə hər hansı bir öhdəlik götürməyini heç bir mötəbər sübutla əsaslaıdırmamışdır. Həmçinin iddiaçı ilə hər hansı bir müqavilə bağlanılmamasını təsdiq edən xüsusatlardan biri də onun öz keçmiş vəzifəsi ilə əlaqədar yaranmış əlaqələrindən istifadə edərək cavabdehə etdiyi təsir və təzyiqlər nəticəsində ona verilmiş etibarnamə əsasında onun qanuni nümayəndəsi kimi Imişli rayon Icra Hakimiyyətinə müraciət edərək, Imişli rayon Icra Hakimiyyəti Başçısının 2023-cü il ## ###### tarixli *** saylı sərancamına əsasən bağlanmış 2023-cü il ## ###### tarixli ** saylı icra müqaviləsi əsasında Imişli rayon inzibati ərazi dairəsində yerləşən 159.60 və 11.40 ha torpaq sahəsinə 1723027105 və ********** nömrəli çıxarışlar aldığını, cəmi 171 ha torpaq sahəsinin icarə hüquqlarını notarial qaydada ünvan 2 ünvanında yaşayan X4 istədiyini bildirməsi və icarə hüququnun satılmasına razılıq verilməsi xahişinin edilməsidir. Əgər iddiaçı ilə sözügedən torpaq sahəsinin alqısatqısına dair hər hansı bir razılaşma olmuşdursa, nəyə görə iddiaçı cavabdehin adından Imişli rayon Icra Hakimiyyətimə müraciət edərək torpaq sahəsinə icarə hüququnu X5 istədiyini bildirmiş və icarə hüququnun satılmasına razılıq verilməsini xahiş etmişdir. Bu müraciət əsasında Imişli rayon Icra Hakimiyyəti tərəfindən X1 Xidmət Mərkəzinin Notariat Ofisinə ünvanlanmış *-**-*/*-***/**** saylı, 2024-cü il # ##### tarixli məktubla Imişli Rayon Icra Hakimiyyətinin başçısı cənab Elçin Rzayev onun qanuni nümayəndəsi iddiaçının müraciətini nəzərə alaraq onun icarəsində olan ümumilikdə 171 ha kənd təsərrüfat təyinatlı dövlət fondu torpaq sahəsinin icarə hüququnun qanunvericiliklə nəzərdə tutulmuş qaydada ünvan 3 ünvanı yaşayan X5 etiraz edilmədiyi bildirilmişdir. Iddiaçı tərəfindən torpaq sahəsinin alınması üçün ona 60.000 ABŞ dolları məbləğində pul ödənilməsi və torpaq sahəsinin sənədləşdirilməsi üçün xərclər çəkilməsini barədə Imişli Rayon Məhkəməsində olan icraat zamanı verilmiş şahid ifadələri tamamilə yalandır. Həmin şahid ifadələri sübut kimi qəbul edilə bilməz. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X2 və X3 öz ifadələrində cavabdehin torpaq sahəsinin 60000 ABŞ dollarına cavabdehdən alınmasına, iddiaçı tərəfindən torpaq sahəsinə sənədləşdirilməsinə xərc çəkildiyinin şahidi olduqlarını bildirmişdirlər. Iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, torpaq sahəsinin pulunu hissə-hissə ödəmişdir. Necə ola bilər ki, həmin şəxslər 60000 ABŞ dolları məbləğində pulun cavabdehə hissə-hissə ödənilərək torpağın satın alınmasına şahid ola bilərlər. Həmin şəxslərin iddiaçı tərəfindən torpaq sahəsinin sənədləşdirilməsinə hər hansı bir xərc ödəməyinə şahid olmaları da ağlabatan deyildir. Eyni zamanda, hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslər iddiaçının təsərrüfatında çoban kimi işləmişdirlər.
4. Şirvan Kommersiya Məhkəməsinin # ######## 2025-ci il tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 60.000 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – N.Misirzadə).
5. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh 2010-cu ildə icarəsində olan 171 ha torpaq sahə(lər)sini satdığını, iddiaçı isə həmin torpaq sahə(lər)sini almaq istədiyini bildirmiş və tərəflər arasında torpaq sahəsinin icarə hüququnun 60.000 ABŞ dolları məbləğində pul vəsaitinə alqı-satqısı barədə razılığa gəlmişlər. Bundan sonra iddiaçı həmin pul vəsaitini hissə-hissə olmaqla cavabdehə ödəmişdir. Iddiaçı pul vəsaitini ödəyib qurtardıqdan sonra cavabdeh ona etibarnamə(lər) vermişdir ki, həmin torpaq sahəsinə dair sənədləşmə işini görə bilsin. Hətta, cavabdehin arvadı torpaq sahə(lər)sinin icarə hüquqları ilə birlikdə satılmasına etiraz etməməsinə dair razılıq ərizələri də vermişdir. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh torpa(qlar)ğa dair çıxarışı öz adına aldıqdan sonra həmin torpaq sahə(lər)sinin icarə hüququnu alqı-satqı yolu ilə iddiaçının adına rəsmiləşdirəcəkdir. Lakin, cavabdeh üzərinə götüdüyü öhdəliyi yerinə yetirməmiş və torpaq sahə(lər)sinə dair icarə hüququnu notariat ofisində iddiaçının adına keçirtməmişdir.
6. Məhkəmə bildirmişdir ki, torpaq sahə(lər)sinin icarə hüququnun alqı-satqısına dair tərəflər arasında şifahi razılaşma əldə edilmişdir. Halbuki, bu cür müqavilələr notariat qaydasında təsdiq edilməlidir. Göründüyü kimi, torpaq sahə(lər)sinin icarə hüququnun alqı-satqısına dair tərəflər arasında razılaşma (müqavilə) notariat qaydasında bağlanmamışdır. Belə ki, torpaq sahə(lər)sinin icarə hüququnun alqısatqısına dair tərəflər arasında olan ilkin razılaşma (müqavilə) notariat qaydasında bağlanmadığından, qanunvericiliyin müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Odur ki, cavabdehin 60.000 ABŞ dolları məbləğində pul vəsaitinə dair nə qanuni, nə də müqavilə əsası olmamışdır. Cavabdeh hissə-hissə olmaqla 60.000 ABŞ dolları məbləğində pulu iddiaçıdan hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı həmin pulu tələb etməkdə haqlı olmuşdur. Torpağın sənədləşdirilməsi üçün 32.000 manat məbləğində xərcin çəkilməsi isə ağılabatan mühakimə deyildir. Çünki, həmin məbləğdə dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, iddia qeyd edilən hissədə əsassızdır. Buna görə də, 60.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə həmçinin cavabdehin iddia tələbinə qarşı etirazın dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının qeyd edilən torpaq sahələrinin icarə hüququnu alıb öz adına rəsmiləşdirmək üçün cavabdehə hissə-hissə olmaqla ümumilikdə 60.000 ABŞ dolları pul verməsi, lakin sonrakı müddətdə cavabdehin həmin torpaq sahə(lər)sinin icarə hüququnu satmaqdan imtina etməsi Azərbaycan Respublikasının DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin məhkəməyə ünvanladığı 2025-ci il # #### tarixli məktubunda da öz əksini tapmışdır. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçıya AR-III ****** nömrəli 2023-cü il # ###### tarixli və ****** nömrəli 2024-cü il # ##### tarixli müvafiq etibarnamələrin verilməsi, həmçinin cavabdehin arvadının qeyd edilən torpaq sahələri ilə bağlı notariat qaydasında təsdiq edilmiş ərizələrlə torpaq sahələrinin icarə hüquqları ilə birlikdə satılmasına etiraz etmədiyini bildirməsi cavabdehin iddiaya etirazının dəlillərinin qeyd edilən hissədə əsassız olmasını təsdiq etmişdir. Həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2024-cu il ## #### tarixli, 2025-ci il ## ### tarixli məktubuna və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokurorunun 2024-cü il # #### tarixli qərarına görə, cavabdehin müraciətində DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmağı ilə bağlı göstərdiyi xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar Idarəsi tərəfindən araşdırma aparılaraq toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, tərəflər arasında debitor-
9. hüquq münasibətləri xarici valyuta ilə yaranmış olsa da, Azərbaycan kreditor Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 144.1, 337.1, 337.3, 337.4, 386.1, 402.1, 402.2, 402.4, 402.6, 439.2, 567, 646.1, 651, 1091 və 1092.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iddia tələbi rədd edilmişdir (sədrlik edən – Q.Əliyev, hakimlər – T.Kərimov və C.Imanov).
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlə mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısından irəli gələn münasibətlərinin yaranmasına, bu məqsədlə cavabdehə pul verməsinə dair məhkəməyə mötəbər, inandırıcı və həqiqiliyi şübhə doğurmayan sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı yeganə sübutunun şahid ifadələri olduğunu bildirsə də, 60.000 ABŞ dolları məbləğində pulun hansı dövriliklə və hansı hissələrdə olmaqla ödənilməsini, şahidlərinin hansı məbləğlərdə pulların verilməsində bilavasitə iştirak etmələrini bildirməmiş, böyük məbləğdə pul verməsinin qarşılığında cavabdehdən yazılı qəbz almamasının tutarlı izahını verməmişdir. Ümumiyyətlə tərəflər arasında mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının alqı satqısından irəli gələn münasibətlərin yaranmasını təsdiq edə biləcək hər hansı tutarlı sübut (akt, qəbz, səs yazısı, vatsap yazışmaları və sair) iş materiallarında mövcud deyil. Iddiaçı torpaq sahəsi üzərində hüquqların alqı-satqısına dair razılaşmanın 2010-cu ildə əldə edildiyini, izahatlarında tələb etdiyi pulu bir il ərzində ödədiyini bildirməsinə rəğmən, cavabdeh tərəfindən torpaqla bağlı adına ilk dəfə etibarnamənin 2023-cü il # ###### tarixində verilməsinin səbəbini izah edə bilməmiş, cavabdeh isə etibarnaməni torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasındə yardımçı olmasından ötrü verdiyini bildirmişdir. Tərəflər arasında mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair şifahi razılaşma əldə edilmiş olsa belə, iddiaçının həmin razılaşma üzrə cavabdehə hər hansı bir məbləğdə pul verməsi iş materialları ilə təsdiqini tapmamışdır. Cavabdeh iddiaçının hesabına əsassız varlanan şəxs deyildir, iş materiallarından cavabdehin hüquqi əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak əldə etməsi müəyyən olunmamışdır.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 və 125-ci maddələrinə, MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 442, 560.1, 567, 568.1, 568.2, 575.1 və 575.2-ci maddələrinə, MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
16. MM-in 386.1, 1091 və 1092.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmişdir. Iş materiallarına görə, cavabdeh torpaq sahələrinə dair çıxarışları aldıqdan sonra iddiaçıya qarşı müxtəlif şikayətlər etməyə başlamış, öhdəliyini icra etməmişdir. Bu isə onun niyyətinin səmimi olmadığını və qanunsuz varlanmanı təsdiqləyir. Birinci instansiya məhkəməsi tərəflər arasında mövcud razılaşmanı və sübutları düzgün qiymətləndirərək iddianı qismən təmin etmişdir. Apellyasiya məhkəməsi isə real faktları, həmçinin mülki normaları nəzərə almayaraq qətnaməsini qanunsuz olaraq qəbul etmişdir.
17. MPM-in 77 və 214-cü maddələri üzrə - qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”
“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”
“Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.”
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
24. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
25. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
26. Bundan əlavə, kassasiya şikayətində həmin pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.
27. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
28. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
29. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
31. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.