Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-162/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı verilmiş “borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC ilə cavabdeh3 MMC arasında 2022-ci il ## ###### tarixli ***-MF- *** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən banka 12 ay müddətinə, illik 15 faizlə 150000 manat kredit vermək öhdəliyi götürmüş, kreditin qaytarılması isə müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən olunmuşdur.
2. Həmin kredit öhdəliyinin təminatı kimi 2022-ci il ## ###### tarixli ***-MFI-*** nömrəli ipoteka müqaviləsi ilə cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, mənzil 17 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən 270.4 kvadrat metr sahəsi olan mənzil ipoteka ilə yüklənmiş, onun bazar dəyəri 297000 manat müəyyən edilmiş, öhdəliyin əsası kimi ## ###### 2022-ci il tarixli ***- MF-*** nömrəli kredit müqaviləsi göstərilmişdir.
3. Eyni kredit öhdəliyinin təminatı olaraq 2022-ci il ## ###### tarixli ***-MFI-***/* nömrəli ipoteka müqaviləsi ilə cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərindəki 150.3 kvadrat metr olan bağ evi ipoteka ilə yüklənmiş, həmin əmlakın bazar dəyəri 210000 manat müəyyən edilmişdir.
4. İddiaçı ASC ilə cavabdeh3 MMC arasında 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə bank tərəfindən illik 15 faizlə 250000 manat kredit verilməsi razılaşdırılmış, ödənişlərin qaytarılması qaydası müqaviləyə əlavə edilmiş cədvəllə müəyyən edilmiş və ödəniş planına əsasən son ödəniş tarixi 2025-ci il ## #### göstərilmişdir.
5. Bu kreditin təminatı kimi 2022-ci il ## #### tarixli ***-MFI-***/* nömrəli sonrakı ipoteka müqaviləsi ilə cavabdeh4 məxsus həmin mənzil, eləcə də 2022-ci il ## #### tarixli ***-MFI-***/* nömrəli sonrakı ipoteka müqaviləsi ilə cavabdeh1 məxsus həmin torpaq sahəsi və bağ evi ipoteka ilə yüklənmiş, bu əmlakların bazar dəyərləri müvafiq olaraq 297000 manat və 210000 manat müəyyən edilmiş, öhdəliklərin əsası kimi ## #### 2022-ci il tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi göstərilmişdir.
6. Tərəflər arasında 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi də bağlanmış, həmin müqaviləyə əsasən banka 24 ay müddətinə, illik 15 faizlə 250000 manat kredit vermək öhdəliyi yaranmış, ödəniş planında son ödəniş tarixi 2024-cü il ## #### müəyyən edilmişdir.
7. Həmin kredit öhdəliyinin təminatı olaraq 2022-ci il ## #### tarixli ***-MFZ-*** nömrəli zaminlik müqaviləsi ilə cavabdeh2 borcalan öhdəliyi icra etmədiyi halda borcalanla birgə məsuliyyət daşımağı, əsas borcu, faizləri və cəriməni bankın ilk yazılı tələbi ilə ödəməyi öhdəsinə götürmüşdür.
8. 2022-ci il ## #### tarixli ***-MFG-*** nömrəli girov müqaviləsinə əsasən cavabdeh3 MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığı, həmçinin 1 ədəd “Ford Transit” avtomobili girov qoyulmuş, avadanlıq və mal qalığının bazar dəyəri 1072980 manat, avtomobilin bazar dəyəri 17000 manat, likvid dəyəri isə 15000 manat müəyyən edilmişdir.
9. Tərəflər arasında 2022-ci il ## ######## tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən banka 2 ay müddətinə, illik 15 faizlə 234000 manat kredit vermək öhdəliyi götürülmüş, ödəniş planında son ödəniş tarixi 2022-ci il ## ###### müəyyən edilmişdir.
10. Həmin öhdəliyin təminatı kimi 2022-ci il ## ######## tarixli ***-MFG-*** nömrəli girov müqaviləsi ilə cavabdeh3 MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqları girov qoyulmuş və əmlakın bazar dəyəri 1072980 manat göstərilmişdir.
11. Işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən mənzil cavabdeh4, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi və bağ evi isə cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmçinin reyestr çıxarışları ilə həmin daşınmaz əmlakların İddiaçı ASC-nin xeyrinə müvafiq kredit öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edildiyi təsdiq olunur.
12. Iş materiallarında olan notariat sənədlərinə əsasən, 2023-cü ildə müxtəlif icra qeydləri ilə həm ipoteka, həm də girov predmetlərinə tutma yönəldilmiş, o cümlədən ***-MF-***, ***-MF-***, ***-MF-*** və ***-MF-*** nömrəli müqavilələr üzrə borcların təminatı üçün mənzilə, torpaq sahəsi və bağ evinə, istehsal avadanlıqlarına, 3254 ədəd avadanlıq və mal qalığına, habelə “Ford Transit” avtomobilinə tutma yönəldilmişdir.
13. Abşeron Rayon Məhkəməsinin 2024-cü il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə həmin notariat icra qeydləri ləğv edilmişdir.
14. 2024-cü il ## ###### tarixli məktublara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinə, habelə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən mənzilə tutmanın yönəldilməsi barədə bildirişlər qeydə alınmışdır. X1 daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən çıxarışı ilə ## #### 2022-ci il tarixli ***-MFG-*** nömrəli girov müqaviləsi əsasında 3254 ədəd avadanlıq, mal qalığı və “Ford Transit” avtomobilinin yüklü edildiyi təsdiqlənir.
15. 2024-cü il # ####### tarixli arayışlara əsasən, cavabdeh3 MMC-nin ## ###### 2022-ci il tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 149999,46 manat əsas borc, 5749,98 manat faiz və MM-in 445.7-ci maddəsinə əsasən 12374,96 manat zərər əvəzi olmaqla, cəmi 168124,40 manat borcu yaranmışdır. Həmin tarixli digər arayışa görə, 2022-ci il # #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 manat əsas borc, 53652,54 manat faiz və 18919,69 manat cərimə olmaqla, cəmi 277622,02 manat borc hesablanmışdır.
16. 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 194309,99 manat əsas borc, 43929,76 manat faiz, 19938,40 manat cərimə və MM-in 445.7-ci maddəsinə əsasən 2752,72 manat zərər əvəzi olmaqla, cəmi 260930,87 manat borc müəyyən edilmişdir.
17. 2022-ci il ## ######## tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 70355,04 manat əsas borc, 19404,46 manat cərimə və MM-in 445.7-ci maddəsinə əsasən 6713,04 manat zərər əvəzi olmaqla, cəmi 96472,54 manat borc göstərilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
18. Iddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh3 MMC, cavabdeh2, cavabdeh4 və cavabdeh1 (bundan sonra – “MMC”, “cavabdeh2”, “V.Həmziyev”, “cavabdeh1”) qarşı kredit müqavilələri üzrə yaranmış borcların tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı 2022-ci il # #### tarixli ***-MF-*** və ## ###### 2022-ci il tarixli ***-MF-*** nömrəli kredit müqavilələri üzrə ümumilikdə 445746,42 manat, ## #### 2022-ci il tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 260930,87 manat, ## ######## 2022-ci il tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə isə 96472,54 manat məbləğində borcun tutulmasını tələb etmiş, həmin borcların ödənilməsi üçün ipoteka ilə yüklü daşınmaz əmlaklara və girov qoyulmuş daşınar əmlaklara tutmanın yönəldilməsini, onların açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsini xahiş etmişdir.
19. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış kredit müqavilələrinə əsasən borcalana müxtəlif məbləğlərdə kreditlər verilmiş, lakin həmin öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, 2022-ci il # #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 manat əsas borc, 53652,54 manat faiz borcu, 18919,69 manat cərimə olmaqla, cəmi 277622,02 manat borc yaranmışdır. 2022-ci il ## ###### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 2023-cü il ## ###### tarixə 149999,46 manat əsas borc, 5749,98 manat faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən hesablanmış 12374,96 manat olmaqla, cəmi 168124,40 manat borc mövcuddur. Hər iki müqavilə üzrə borcun ümumi məbləği 445746,42 manat təşkil edir. Bundan əlavə, 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 2024-cü il ## #### tarixə 194309,99 manat əsas borc, 43929,76 manat faiz borcu, 19938,40 manat cərimə və MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 2752,72 manat olmaqla, cəmi 260930,87 manat borc yaranmışdır. 2022-ci il ## ######## tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə isə müqavilə müddətinin bitdiyi tarixə 70355,04 manat əsas borc, 19404,46 manat cərimə və MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 6713,04 manat olmaqla, cəmi 96472,54 manat borc mövcuddur. Beləliklə, bütün kredit müqavilələri üzrə cavabdehin iddiaçıya olan ümumi borcu 803149,83 manat təşkil edir. Göstərilən öhdəliklərin təminatı kimi bir sıra ipoteka və girov müqavilələri bağlanmışdır. Belə ki, 2022-ci il ## ###### tarixli 113-MFI-212 və 2022-ci il # #### tarixli ***-MFI-***/* nömrəli ipoteka müqavilələrinə əsasən cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, mənzil 17 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 270,4 kvadrat metr olan mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin, 2022-ci il ## ###### tarixli 113-MFI-212/2 və 2022-ci il # #### tarixli ***-MFI-***/* nömrəli ipoteka müqavilələrinə əsasən cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0,0615 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 150,3 kvadrat metr olan bağ evi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, 2022-ci il ## #### tarixli 113-MFG-316 və 2022-ci il ## ######## tarixli ***-MFG-*** nömrəli girov müqavilələrinə əsasən MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığı, habelə istehsal avadanlıqları girov qoyulmuşdur. Bundan başqa, 2022-ci il ## #### tarixli ***-MFZ-*** nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh2 bank qarşısında bütün əmlakı ilə zamin kimi məsuliyyət daşıyır. Cavabdeh MMC kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş, aylıq ödəniş qrafikini pozmuş, nəticədə göstərilən məbləğlərdə borc yaranmışdır. Bank tərəfindən borcun könüllü ödənilməsi üçün xəbərdarlıq edilsə də, bu, nəticə verməmiş, son ödəniş 2023-cü il ## ###### tarixində həyata keçirilmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tutulmasını və öhdəliyin təminatı olan ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsini qanuni və əsaslı hesab edir.
20. Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il ## ###### tarixli */** nömrəli ekspert rəyinə (bundan sonra – “ekspert rəyi”) əsasən, 2022-ci il ## ###### tarixli ***- MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanma nəzərə alınmaqla 2024-cü il # ####### tarixə illik 5%lə hesablanmaqla faiz borcu 12209,05 manat, 2022-ci il ## #### tarixli, ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-nin iddiaçıya müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanma nəzərə alınmaqla 2024-cü il # ####### tarixə faiz borcu 2721,11 manat, 2022-ci il ## ######## tarixli, ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-nin iddiaçıya müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanma nəzərə alınmaqla 2024-cü il # ####### tarixə faiz borcu 6768,90 manat müəyyən edilir.
21. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh MMC-dən 2022-ci il ## ###### tarixli ***-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə 149999,46 manat məbləğində əsas borc, 5749,98 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 12209,05 manat məbləğində pul, 2022-ci il # #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 manat məbləğində əsas borc, 12862,66 manat məbləğində faiz borcu, 10.000 manat məbləğində cərimə olmaqla, cəmi 395870,94 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdeh MMC-dən tutulmalı olan 395870,94 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, mənzil 17 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilə və cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinə yönəldilməsi və həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçıya olan 395870,94 manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, mənzil 17 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilin ilkin satış qiymətinin 297000 manat, ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinin ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, cavabdehlər MMC-dən və cavabdeh2 müştərək qaydada 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 194309,99 manat məbləğində əsas borc, 12979,70 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2752,72 manat məbləğində pul və 9000 manat məbləğində cərimə olmaqla, cəmi 219042,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehlər MMC-dən və cavabdeh2 müştərək qaydada tutulmalı olan 219042,41 manat məbləğində pul vəsaiti 2022-ci il ## #### tarixli ***-MFG-*** nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş ünvan 3 ünvanında yerləşən cavabdeh MMC-yə məxsus 3254 ədəd avadanlığa və mal qalığına (mal qalığı 40 ədəd, avadanlıq 1 ədəd, avadanlıq 1 ədəd, avadanlıq 6 ədəd, mal qalığı 3206 ədəd), 1 ədəd “Ford Transit” avtomobilə yönəldilməsi və həmin girov predmetləri açıq hərracda satılaraq iddiaçıya olan 219042,41 manat məbləğində borcun ödənilməsi, ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlığın və mal qalığının (mal qalığı 40 ədəd 780000 manat, avadanlıq 1 ədəd 30000 manat, avadanlıq 1 ədəd 500 manat, avadanlıq 6 ədəd 6000 manat, mal qalığı 3206 ədəd 256480 manat) ilkin satış qiymətinin 1072980 manat və 1 ədəd “Ford Transit” avtomobilin ilkin satış qiymətinin 15000 manat müəyyən edilməsi, cavabdeh MMC-dən 2022-ci il ## ######## tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 70355,04 manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 6713,04 manat məbləğində pul, 3500 manat məbləğində cərimə və 985,48 dövlət rüsumu olmaqla, cəmi 81553,56 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdeh MMC-dən tutulmalı olan 81553,56 manat məbləğində pul vəsaiti 2022-ci il ## ######## tarixli ***-MFG-*** nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş ünvan 3 ünvanında yerləşən cavabdeh MMC-yə məxsus istehsal avadanlıqlarına yönəldilməsi və həmin girov predmetinin açıq hərracda satılaraq iddiaçıya olan 81553,56 manat məbləğində borcun ödənilməsi, ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqlarının ilkin satış qiymətinin 1072980 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – H.Aliyeva).
22. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2022-ci il ## ###### tarixli 113-MF *** nömrəli kredit xətti müqaviləsi üzrə 149999,46 manat, 2022-ci il # #### tarixli 113 MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 manat, 2022-ci il ## #### tarixli 113-MF *** nömrəli kredit müqaviləsi üzrə 194309,99 manat və 2022-ci il ## ######## tarixli 113 MF-*** nömrəli kredit müqaviləsi üzrə 70355,04 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır.
23. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, kreditorun borcludan bütün borcu qaytarmasını tələb etməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, həmin vaxtdan sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər.
24. 2022-ci il # #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 53652,54 manat məbləğində faiz borcunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının Abşeron rayonu * nömrəli notariat ofisi tərəfindən verilmiş 2023-cü il ## #### tarixli 8I-**** reyestr nömrəli icra qeydində kredit müqaviləsi üzrə ödənilməmiş borcun tam şəkildə ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və bu səbəbdən həmin tarixdən müqavilə birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir.
25. Buna görə məhkəmə hesab etmişdir ki, həmin kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən Abşeron rayonu * nömrəli notariat ofisi tərəfindən verilmiş 2023-cü il ## #### tarixli icra qeydinin tarixinə ekspert rəyində ekspert tərəfindən hesablanmış 12862,66 manat iddiaçının xeyrinə tutulmalıdır.
26. 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 43929,76 manat faiz manat məbləğində faiz borcunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının Abşeron rayonu * nömrəli notariat ofisi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli 8I-**** reyestr nömrəli icra qeydində kredit müqaviləsi üzrə ödənilməmiş borcun tam şəkildə ödənilməsi üçün girov predmetinə tutuma yönəldilməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və bu səbəbdən həmin tarixdən müqavilə birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir.
27. Buna görə məhkəmə hesab etmişdir ki, həmin kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən Abşeron rayonu * nömrəli notariat ofisi tərəfindən verilmiş 2023-cü il ## #### tarixli icra qeydinin tarixinə ekspert rəyində ekspert tərəfindən hesablanmış 12979,70 manat iddiaçının xeyrinə tutulmalıdır.
28. ## ###### 2022-ci il tarixli ***-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə 5749,98 manat məbləğində faiz borcunun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə müqavilənin müddətinin bitdiyi 2023-cü il ## ###### tarixə faiz borcu üzrə 5813,65 manat hesablansa da, iddiaçı tələbində 5749,98 manatın tutulmasını xahiş etdiyindən, iddia tələbindən kənara çıxmayaraq mülki prosessual qanunvericiliyə uyğun olaraq 5749,98 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
29. 2022-ci il ## ###### tarixli ***-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixdən ## ####### 2024-cü il tarixə illik 5%-lə hesablanmış 12374,96 manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin məbləğ ekspert rəyi ilə təsdiqini tapmadığından ekspert rəyi mötəbər sübut kimi götürülərək ekspert rəyində həmin kredit xətti müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 12209,05 manat iddiaçının xeyrinə tutulmalıdır.
30. 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2752,72 manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Abşeron rayonu * nömrəli notariat ofisi tərəfindən 8I-**** reyestr nömrəli 2023-cü il ## #### tarixli icra qeydinin verildiyi tarixdən həmin müqavilə birtərəfli qaydada ləğv olunduğundan əsas borca illik 5 % 2023-cü il ## #### tarixdən hesablanmalıdır. 2023-cü il ## #### tarixdən 2024-cü il # ####### tarixə faiz borcu 12516,60 manat (gecikmə günlərinin sayı 460 gün x günlük faiz dərəcəsi 27,21 manat =12516,60 manat) təşkil etsə də, iddiaçı tələbində 2752,72 manatın tutulmasını xahiş etdiyindən, iddia tələbindən kənara çıxmayaraq müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2752,72 manat iddiaçının xeyrinə tutulmalıdır.
31. 2022-ci il ## ######## tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 2024-cü il # ####### tarixə illik 5%-lə hesablanmış 6713,04 manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanma nəzərə alınmaqla 2024-cü il # ####### tarixə faiz borcu 6768,90 manat hesablansa da, iddiaçı tələbində 6713,04 manatın tutulmasını xahiş etdiyindən, iddia tələbindən kənara çıxmayaraq müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 6713,04 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
32. Işin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək məbləğ olduğundan və tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınmaqla, 2022-ci il # #### tarixli ***-MF- *** nömrəli kredit müqaviləsi üzrə 18919,69 manat məbləğində cərimənin, 2022-ci il ## #### tarixli 113-MF *** nömrəli kredit müqaviləsi üzrə 19938,4 manat cərimənin, 2022-ci il ## ######## tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 19404,46 manat cərimə tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, 2022-ci il # #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 10000 manat məbləğində, 2022ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 9000 manat məbləğində, 2022-ci il ## ######## tarixli ***-MF-*** nömrəli kredit müqaviləsi üzrə 3500 manat məbləğində müəyyən edilməlidir.
33. Məhkəmə hesab etmişdir ki, 2022-ci il ## #### tarixli 113 MFZ-*** nömrəli zaminlik müqaviləsinə əsasən zamin cavabdeh2 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.
34. Məhkəmə qeyd etmişdir ki, borc alan cavabdeh MMC 2022-ci il ## ###### tarixli ***-MF-*** nömrəli, 2022-ci il # #### tarixli ***-MF-*** nömrəli, 2022-ci il ## #### tarixli ***-MF-*** nömrəli, 2022-ci il ## ######## tarixli 113-MF *** nömrəli kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirdiyindən ipoteka və girov saxlayan iddiaçının ipoteka və girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
35. Məhkəmə bildirmişdir ki, ipoteka və girov predmetlərinin ilkin satış qiymətinin və ümumi bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmənin 2024-cü il ## ###### tarixli və 2025-ci il ## ##### tarixli qərardadları ilə müvafiq olaraq məhkəməəmtəəşünaslıq ekspertizası rəyinin və mütəxəssis rəyinin alınması qərara alınsa da, həmin ipoteka və girov predmetləri cavabdehlər tərəfindən baxışa təqdim edilmədiyi üçün ekspert və mütəxəssislər tərəfindən ekspertizanın aparılmasından və mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə ipoteka qoyan cavabdeh4 və borcalan cavabdeh MMC arasında bağlanmış 2022-ci il ## ###### tarixli, ***-MFI-*** nömrəli ipoteka müqaviləsinə, 2022-ci il # #### tarixli, ***-MFI-***/* nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A mənzil 17 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilin ilkin satış qiyməti 297000 manat, - iddiaçı ilə ipoteka qoyan cavabdeh1 arasında bağlanmış 2022-ci il ## ###### tarixli, ***-MFI-***/* nömrəli ipoteka müqaviləsinə, 2022-ci il # #### tarixli ***-MFI-***/* nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinin ilkin satış qiyməti 210000 manat, - iddiaçı ilə girov qoyan cavabdeh MMC arasında bağlanmış 2022-ci il ## #### tarixli ***-MFG-*** nömrəli girov müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığının ilkin satış qiyməti 1072980 manat, 1 ədəd “Ford Transit” avtomobilin ilkin satış qiyməti 15000 manat və - 2022-ci il ## ######## tarixli ***-MFG-*** nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş cavabdeh MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqlarının ilkin satış qiyməti 1072980 manat müəyyən edilməlidir.
37. Məhkəmə iddia tələbinin “2022-ci il ## #### tarixli ***-MFG-*** nömrəli girov müqaviləsinə və 2022-ci il ## ######## tarixli ***-MFG-*** nömrəli girov müqaviləsinə əsasən yüklülük predmetinin iddiaçının sahibliyinə verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, sahiblik hüquqi mülkiyyət hüququnu tərkib hissəsidir. Sözügedən girov predmetlərinə dair hazırda iddiaçının mülkiyyət hüququ yoxdur. Digər tərəfdən girov predmetlərinin mülkiyyətçisi cavabdeh MMC-nin sahiblik hüququ əmlak satılıb, mülkiyyətçisi dəyişənə qədər qüvvəsində qalır və həmin girov predmetləri açıq hərracda satıldıqdan sonra onların mülkiyyətçiləri bəlli olacaqdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
38. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399, 427.3, 442, 445.1, 445.2, 448.1, 449.1, 462, 465.2, 467, 740, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “xxxx”) 14, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.
39. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbin rədd olunmasını xahiş etmişdir.
b)Apellyasiya instansiya məhkəməsindəki icraat
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən hakim – M.Hüseynov, hakimlər – İ.Dəmirov, R.Xəlilov).
41. Məhkəmə bildirmişdir ki, cavabdeh MMC apellyasiya şikayətində ipoteka və girov predmetlərinin ilkin satış qiymətləri ilə razılaşmayaraq, həmin qiymətlərin 3 il əvvəl müəyyən edildiyini və hazırkı bazar dəyərinə uyğun olmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən əmlakların qiymətləndirilməsi məqsədilə məhkəmə ekspertizası təyin edilmiş və ekspertiza Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan mütəxəssis1 MMC-yə həvalə edilmişdir. Ekspertiza mərkəzinin 2025-ci il # ###### tarixli vəsatətinə əsasən xidmət haqqının əvvəlcədən ödənilməsi və obyektlərə baxış keçirilməsi tələb olunmuş, məhkəmə tərəfindən baxış vaxtı 2025ci il # ###### saat 11:00-a təyin edilərək cavabdehə xidmət haqqını ödəmək və tərəflərin iştirakı ilə əmlakları ekspertə təqdim etmək öhdəliyi barədə müvafiq bildiriş göndərilmişdir.
42. Lakin cavabdeh tərəfindən qeyd olunan tarixə ödəniş icra edilməmiş (bununla bağlı məhkəmə tərəfindən cavabdehin nümayəndəsi ilə əlaqə saxlanılmasına cəhd edilsə də, telefon zənglərinə cavab verilməmiş), ona görə də mütəxəssis1 MMC-nin 2025-ci il # ###### tarixli, *** nömrəli məktubu ilə ekspertizanın keçirilməsindən imtina edilmiş və məhkəmənin qərardadı icrasız qaytarılmışdır.
43. Məhkəmə bildirmişdir ki, iş üzrə ipoteka və girov predmeti olan əmlakların qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət cavabdeh MMC tərəfindən verildiyinə görə məhkəmə kollegiyası da mütəxəssis1 MMCnin tələb etdiyi tədqiqat dəyərinin (xidmət haqqının) ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuş, eyni zamanda ekspertizanın təyin edilməsi haqqında qərardadda cavabdehə xəbərdarlıq edilmişdir ki, ödənişdən boyun qaçırılması xxxx-in 97.5-ci maddəsində nəzərdə tutulmuş nəticəyə səbəb olacaq.
44. Məhkəmə qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya icraatı zamanı iş üzrə ipoteka və girov predmeti olan əmlakların qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının təyin edilməsinə baxmayaraq, həmin ekspertizaların keçirilməsi məhz cavabdehin təqsiri üzündən baş tutmamışdır. Bu da deməyə əsas verir ki, cavabdeh(lər) ipoteka və girov predmetlərinin qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsində maraqlı deyil(lər) və verilmiş vəsatətlərin məqsədi məhkəmə icraatını mümkün qədər yubandırmaqdan ibarətdir.
45. Həmçinin məhkəmə vurğulamışdır ki, cavabdeh tərəf ipoteka və girov predmetlərinin hazırkı bazar qiymətlərinin daha yüksək məbləğlərdə olmasını iddia etsə də, lakin öz dəlillərini təsdiqləyən hər hansı sübuta istinad etməmişdir.
46. Məhkəmə kollegiyası həmçinin “Ipoteka haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, qanunvericilik ipoteka qoyan borcluya şərait yaradır ki, ipoteka predmetinə məcburi tutma yönəldilənə qədər həmin əmlakı notarial qaydada özü satıb notarius vasitəsilə satış pulundan borcunu ipoteka saxlayana (kreditora) ödəsin. Borc tam ödəniləndən sonra satış pulunun qalan hissəsi ipoteka qoyanın (borclunun) öz sərəncamında qalır. Bu baxımdan hazırkı iş üzrə cavabdehlər ipoteka və girov predmetlərini müəyyən olunmuş ilkin satış qiymətlərindən baha almaq istəyən alıcı tapdıqları təqdirdə qeyd edilən imkandan istifadə edə bilərlər.
47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka və girov predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması barədə dəlillərini də əsassız və qəbul olunmaz hesab etmişdir.
48. Məhkəmə gəldiyi nəticəni MM-in 269.1, 269.4, 295, 297, 319.1, 385.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 467, 743.1 maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3, 39.3.3 və 41.1-ci maddələrinə, “Ipoteka haqqında “ Azərbaycan Respublikası Qanununun 25.1.3, 30 , 34.1, 39.3, 41.1, xxxx-in 14.2, 77.1, 88, 117.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
49. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
50. “Ipoteka haqqında” Qanunun 47.3-cü maddəsi üzrə - Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin satışından əldə olunmuş pul vəsaitinin borcların ödənilməsinə yönəldilməsindən sonra qalan vəsaitin kimə ödənilməsini öz qətnaməsində göstərməmişdir. Birinci instansiya məhkəməsinin yol verdiyi bu pozuntu apellyasiya şikayətinin dəlillərində göstərilsə də, apellyasiya instansiya məhkəməsi həmin dəlilə hüquqi qiymət verməmişdir.
51. Cavabdeh MMC kassasiya şikayətində Ali Məhkəmənin ## #### 2020-ci il tarixli Plenum qərarına istinad edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərini (297.000 manat və 210.000 manat) müqavilələrdə göstərilən bazar qiymətləri əsasında müəyyən etmiş, halbuki “Ipoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə bu qiymətlər likvid dəyər əsasında müəyyən edilməli idi. Bu pozuntu apellyasiya instansiyasında da aradan qaldırılmamış, baxmayaraq ki, həmin halın müəyyən edilməsi üçün ekspertiza təyin olunmuşdur. Lakin məhkəmə ekspertiza xərclərinin yalnız cavabdeh tərəfindən ödənilməsini tələb etmiş, halbuki xxxx-in 117.1-ci maddəsinə əsasən bu xərclər məhkəmənin təşəbbüsü ilə təyin edildikdə tərəflər arasında bölüşdürülməli idi. Nəticədə məhkəmə özünün müəyyən etməli olduğu likvid qiymət məsələsini araşdırmamış, ekspertiza keçirilməməsini cavabdehin üzərinə qoyaraq prosessual pozuntuya yol vermiş və bu da iş üzrə əhəmiyyətli halın araşdırılmaması ilə qanunsuz və əsassız qətnamənin qəbuluna səbəb olmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
52. Iddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin həm apellyasiya, həm də kassasiya şikayətlərinin məqsədi məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini süni şəkildə uzatmaqdan ibarətdir.
53. Cavabdeh kassasiya şikayətində əsassız olaraq girov qoyulmuş əmlakların düzgün qiymətləndirilmədiyini və əmlakın ilkin satış qiymətinin bazar dəyəri ilə deyil, likvid qiymətlə müəyyən edildiyini bildirmişdir. Belə ki, “Ipoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin bazar dəyəri tərəflərin razılaşması ilə, belə razılaşma olmadıqda isə məhkəmə tərəfindən cəlb olunmuş müstəqil qiymətləndirici və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir.
54. Eyni zamanda, likvid qiymət mahiyyət etibarilə bazar dəyərindən aşağı olur. Bu səbəbdən cavabdehin likvid qiymətin tətbiq edilməsi ilə bağlı dəlili məntiqi və hüquqi əsasdan məhrumdur.
55. Bundan əlavə, cavabdehin əmlakın qiymətləndirilməsi ilə bağlı irəli sürdüyü arqumentlər də əsassızdır. Belə ki, hər iki instansiya məhkəməsində əmlakın qiymətləndirilməsi məsələsi müzakirə olunduğu halda, məhz cavabdeh tərəf bu prosesə maneçilik törətmişdir. Halbuki, qiymətləndirmənin aparılması təşəbbüsü də məhz cavabdeh tərəfindən irəli sürülmüşdür. Göründüyü kimi, cavabdehin belə ziddiyyətli davranışı onun prosessual hüquqlardan sui-istifadə etməklə məhkəmə baxışını əsassız olaraq uzatmaq niyyətində olduğunu bir daha təsdiq edir.
Kassasiya baxışının hədləri
56. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (xxxx-in 403 və 416-cı maddələri).
57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ... 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. ...”
“Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.”
“Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.”
“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. ...”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 462. Dəbbə pulu anlayışı
462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir ...”
“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. ...”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması
Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 743. Kredit müqaviləsinin anlayışı
743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. ...”
59. “Ipoteka haqqında“ Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 34. Ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması
34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; ...”
“Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir; ...”
“Maddə 41. Ipoteka predmetinin satış üsulları 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər ...”
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
62. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası aşağı instansiya məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
64. Cavabdeh MMC-nin şikayətinin dəlillərini təşkil edən arqumentlərinə münasibətdə apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya icraatı zamanı iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair məhkəmə ekspertizasının təyin edilməsinə baxmayaraq, həmin ekspertizaların keçirilməsi məhz cavabdehin təqsirinə görə baş tutmamışdır (bax yuxarıda §§ 41-44). Bu da onu deməyə əsas vermişdir ki, cavabdeh(lər) ipoteka və girov predmetlərinin qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsində maraqlı olmamış(lar) və verilmiş vəsatətlərin məqsədi məhkəmə icraatını mümkün qədər yubandırmaqdan ibarət olmuşdur.
65. Kassatorun dəlillərində bildirdiyi digər xüsusatlar da formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
66. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
67. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə və xxxx-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh cavabdeh3 MMC-nin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.