Məhkəmə qərarları › İş №2-2(1-8)-165/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-165/2026

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-165/2026 06.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Gədəbəy Rayon Məhkəməsi 1.İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.350 manat məbləğində borcun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Gədəbəy Rayon Məhkəməsinin 2026-cı il 21 yanvar tarixli 2(042)-1444/2025 nömrəli qərardadı ilə işin aidiyyət üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Rəsulov). 3.Məhkəmə müəyyən etmişdir ki, tərəflər vergi ödəyicisi kimi qeydiyyata alınmış və mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması öz təsdiqini tapmışdır. 4.Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə şərikli iş görmək, yəni əkin işləri aparması məqsədi ilə pul verdiyini iddia etmişdir. Odur ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. 5.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24.2, 25.1, 26.1 və 32-ci maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 11-ci bəndinə istinadla əsaslandırmışdır. b) Gəncə Kommersiya Məhkəməsi 6.Gəncə Kommersiya Məhkəməsinin 2026-cı il 18 fevral tarixli 2-2(4-12)-402/2026 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Al i Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Qələndərzadə). 7.Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan iddiaçının ərizədə tələb etdiyi 2.350 manat məbləğində pulun cavabdehə məhz sahibkarlıq məqsədi ilə verildiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Gədəbəy Rayon Məhkəməsi öz qərardadında qeyd etmişdir ki, iddiaçı cavabdehə şərikli iş görmək, yəni əkin işləri aparması məqsədi ilə pul verdiyini iddia edir. Lakin iş materiallarında olan 2025-ci il 19 noyabr tarixli hazırlıq iclası və 2026-cı il 21 yanvar tarixli məhkəmə baxış iclasının protokollarında iddiaçının belə bir məzmunda izahat verməyi görünmür. Belə olan halda tərəflər arasında olan mübahisə hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olma dığından işin kommersiya məhkəməsində baxılması istisna edilir. 8.Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər hər ikisi VÖEN-ə malik olsa da aralarında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. 9.Məhkəmə gəldiyi nəticəni MPM-in 24.2, 25.1, 26.1, 31.1 və 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11, 12 və 26-cı bəndlərinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydası nda kommersiya məhkəmələri baxır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Ali Məhkəmənin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarix li Plenum Qərarında da qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).

14. Məhkəmə tərkibi qeyd edir ki, yalnız tərəflərin fərdi sahibkar statusunda olması onlar arasında olan bütün mübahisələrin kommersiya mübahisəsi olması anlamına gəl mir. Bunun üçün mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

15. Hazırkı iş üzrə iddianın əsasını tərəflər arasında bağlanması iddia edilən borc müqaviləsi, iddianın predmetini isə həmin müqavilə üzrə borcun tutulması təşkil edir.

16. Eyni zamanda, tərəflərin hər ikisi fərdi sahibkar kimi qeydiyyata alınmışlar. Lakin hazırkı mübahisə yalnız o vaxt kommersiya mübahisəsi kimi qiymətləndirilə bilərdi ki, iddianın əsasını təşkil edən borc müqaviləsinin bağlanması məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsun.

17. İddiaçı isə borc müqaviləsinin onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlı hallara istinad etməmişdir. Məhkəmə iclas protokollarından da iddiaçının bu hala ist inad edilməsi müəyyən edilmir. 18.Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsində baxılmalıdır. 19.Şərh olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar