Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-167/2026 04.06.2026 ALI MƏHKƏMƏ Cavabdehan Respublikası adından Cavabdehan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” şirkətinin cavabdeh IB-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icrası, avansın qaytarılması. Cavabdehan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimləri Qurbanov Raqib Əliddin oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” şirkətinin cavabdeh IB-yə qarşı alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması və faiz tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı IB ilə alıcı “xxxx” şirkəti arasında 2013-cü il # ###### tarixli müqavilə bağlanmışdır. Müqaviləyə görə satıcı, alıcının 15,136,400.00 manat dəyərində müxtəlif adlı neft məhsullarını satmağı, alıcı isə dəyərini qabaqcadan ödəməklə həmin məhsulları qəbul etməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2-ci bəndinə əsasən, neft məhsullarının qiyməti dövlət tənzimlənməsinə aid edildiyindən, Respublika daxilində nef məhsullarının qiyməti Tarif (qiymət) Şurasının qərarı əsasında dəyişdirilərsə, bu müqavilə üzrə satılan neft məhsulunun qiyməti də Tarif Şurasının qəbul etdiyi qərara uyğunlaşdırılaraq dəyişdirilir.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, neft məhsulunun dəyəri satıcının təqdim etdiyi hesab əsasında qabaqcadan ödənilir.
4. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə neft məhsulu tədarük müddətinə müvafiq olaraq təchiz edilməlidir.
5. Müqavilənin 6-cı bəndində, onun ##.##.2013-cü il tarixinə qədər qüvvədə olacağı razılaşdırılmış, 7-ci bəndində müqaviləyə digər hallarla yanaşı, tərəflərin maliyyə çətinlikləri ilə əlaqədar, habelə digər əsaslarla bir ay qabaqcadan rəsmi xəbərdarlıq olunmaqla xitam verilməsinin mümkünlüyü təsbit olunmuşdur.
6. Alıcı tərəfindən satıcıya avans olaraq 3.240.504,95 manat vəsait ödənilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı “xxxx” şirkəti (bundan sonra – “iddiaçı”) cavabdeh IB-yə (bundan sonra – “cavabdeh”) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2.599.756,36 manat əsas borcun, 227.478,51 manat faiz məbləğinin, 320 manat vəkilə ödənilən xidmət haqqı, 2203,62 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2 829 758,49 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşmaya əsasən onlar arasında bağlanmış 2013-cü il tarixli HS-***/**** saylı müqaviləsi üzrə 2014-cü ildə ayrıayrı vaxtlarda olmaqla 5.763.691,42 manat vəsait mal alışı üçün cavabdehin bank hesabına ödənilmiş və bir sıra neft məsulları alınmışdır. Lakin 2015-ci ildən neft məsullarının qiymətlərinin dəyişməsi və başqa səbəblərdən cavabdeh tərəfindən malların verilməsində yubanmalar yaranmışdır. Cavabdeh ilə bağladığı müqavilələrdən tərəflərin qarşılıqlı əməkdaşlıq müddətində debitor, kreditor borclarla bağlı məsələlərin tənzimlənməsi üçün müxtəlif vaxtlarda “Qarşılıqlı borcların üzləşdirilməsi” aktları tərtib edilib təsdiq etmişlərdir. Tərəflər arasında “Qarşılıqlı borcların üzləşdirilməsi” aktları ilə, 2021-ci il # ###### tarixli aktla, 3.240.504,95 manat, 2022-ci il ## ###### tarixli aktla, 3.240.504,95 manat borcunun olması təsdiq edilmişdir. 2022-ci il ## ######## tarixli *** nömrəli məktubla cavabdehə müraciət edərək 3.240.504,95 manat borcunun olduğunu diqqətinə çatdırmış və iddiaçıya olan borcun əsas məbləğini 2.746.190,64 manat olmaqla bank hesabına ƏDV məbləğini isə 494.314,31 manat olmaqla ƏDV depozit hesabına geri qaytarılmasını xahiş etmişlər. Həmin məktubla müraciətlərindən sonra 2022-ci il # ###### tarixdə 500.000 manat əsas vəsait, 90.000 manat ƏDV iddiaçıya geri qaytarılmışdır. Tərəflər arasında 2023-cü il ## ###### tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” aktı ilə 2.650.504,95 manat borcun qaldığı təsdiq edilmişdir. ****** nömrəli 2023-cü il ## ### tarixli elektron qaimə-faktura ilə 6.893,02 manat dəyərində Turbin yağı və ****** nömrəli 2023-cü il ## #### tarixli elektron qaimə-faktura ilə 43.855,57 manat dəyərində Avtotraktor yağı təhvil verilmişdir. Tərəflər arasında sonuncu dəfə 2024-cü il ## ###### tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” aktı ilə 2.599.756,36 manat borcu qaldığı təsdiq edilmişdir. Iddiaçı 2024-cü il ## ###### tarixli *** nömrəli məktubla cavabdehin iddiaçıya olan borc vəsaitinin qaytarılmasını xahiş etmişdir. Lakin iddiaçıya ünvanlanan 2024-cü il ## ##### tarixli, **- */*-****/**** saylı cavab məktubunda “tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış borc məsələsi cavabdehin rəhbərliyinin diqqət mərkəzində olduğu” bildirilmişdir. Lakin ödəniş həyata keçirilməmişdir. Cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirlər ki, son 15 ay ərzində ödənişi etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5%-lə dəymiş zərər, vəkilə ödənilən 320 manat xidmət haqqı və dövlət rüsumu ondan tutularaq iddiaçıya ödənilməlidir.
9. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, müqavilə üzrə mütəmadi razılaşdırılmış şəkildə cavabdeh tərəfindən müqavilədə göstərilən mallar iddiaçıya təqdim edilmişdir. Ötən müddət ərzində təxminən 13.000.000 manat dəyərində mallar təqdim edilmişdir. Hazırda isə cəmi 2.599.756,36 manat dəyərində malların verilməsi qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini həmişə lazımi şəkildə yerinə yetirmiş, bu gün də öz öhdəliklərindən yayınmır. Iddiaçı tərəfin iddia ərizəsində qeyd etdiklərindən və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da aydın olur ki, iddiaçı ancaq neft məhsullarının qiymətinin artması ilə bağlı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və müqavilə üzrə öhdəliklərini yerinə yetirmək əvəzinə cavabdehi müqavilə üzrə öhdəliklərini pozmaqda iddia edərək, onu cavabdeh qismində məhkəməyə cəlb etmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə 15.136.400,00 manat məbləğində müxtəlif adlı neft məhsullarının dəyərinin öncədən ödənilməsi razılaşdırılmışdır. Müqavilədə neft məhsullarının qiymətinin dövlət tənzimlənməsinə aid edildiyi, Respublika daxilində Tarif (qiymət) Şurasının qərarı əsasında dəyişdirilərsə, bu müqavilə üzrə sadalanan neft məhsulunun qiymətinin də Tarif Şurasının qəbul etdiyi qərara uyğunlaşdıraraq dəyişdirilməısi razılaşdırılmışdır. Iddiaçı həmin məbləği ödəyərkən, artıq məbləğin hansı istiqamətdə xərclənəcəyini qəbul etmiş və həmin məbləğin bu gün cavabdehədə olması ilə ona hər hansı zərərin dəyməsi kimi fikir irəli sürməsi qəbuledilməzdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin bağlanması özü çox böyük və uzun bir prosesin nəticəsində baş verir. Belə ki, tender keçirilir, iştirakçılar arasından lazımi şərtlərə cavab verən inamlı, güvənli qalib seçilir. Sonra digər prosessual hərəkətlər yerinə yetirilir. Iddiaçı ilə müqavilə bağlanarkən, cavabdeh müqavilədə nəzərdə tutlmuş məbləğdə məhsulların verilməsi istiqamətində bir çox işləmlər həyata keçirir. Qabaqcadan ödənilmiş məbləğə ümid edərək, fəaliyyətini ona görə hesablayır. Əgər cavabdeh iddiaçının heç bir əsas olmadan müqavilə üzrə öhdəliklərini həyata keçirməyəcəyin bilmiş olsaydı, əsla sözügedən müqavilə bağlanmazdı. Bu gün iddiaçı guya müqavilə üzrə borc yarandığını, borc məbləğinin qaytarılmadığını, bunun nəticəsində ona zərər dəydiyini iddia edərək pul tələbi irəli sürür, əldən çıxmış fayda tələb edir. Halbuki, müqavilənin şərtləri iddiaçının özü tərəfindən pozulur və bunun nəticəsində zərər çəkən tərəf məhz cavabdehdir. Iddiaçı özü müqavilə üzrə öhdəliklərindən yayınır, cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər həmişə tam və vaxtında yerinə yetirilmişdir, bu gün də cavabdeh həmin öhdəliklərin yerinə yetirilməsinə hazırdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 2.599.756,36 manat əsas borc, 160.258,50 manat illik beş faizlə hesablanmış faiz borcu, 2170 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.762.184,86 manatın tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).
11. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə avans qaydasında 3.240.504,95 manat ödənilmiş, bunun müqabilində yalnız 50.748,59 manat dəyərində mal təqdim edilmiş, sonradan isə 590.000 manat geri qaytarılmışdır. Cavabdeh uzun müddət müqavilə üzrə öhdəliklərini icra etmədiyindən məhkəmə avansın qaytarılmalı olduğunu və cavabdehdə qalmasının əsassız varlanma təşkil etdiyini qeyd etmişdir.
12. Məhkəmə həmçinin cavabdehin iddiaçının tələbinə baxmayaraq vəsaiti qaytarmadığını nəzərə alaraq iddiaçının gecikdirilmiş müddət üçün illik 5 faiz tələb etməkdə haqlı olduğunu göstərmiş, lakin faiz məbləğini yenidən hesablayaraq 160.258,50 manat müəyyən etmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Cavabdehan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 445, 448.1, 448.2, 567, 598.1, 599.1, 599.3, 599.4-cü, Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 160.258,50 manat illik beş faizlə hesablanmış faiz borcunun, ümumilikdə isə 2.762.184,86 manatın tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə illik 5 faizlə hesablanmış faiz borcu qismində 149.843 manat tutulması, qətnamə mübahisələndirilən qalan hissədə, yəni cavabdehdən 2.599.756,36 manat əsas borcun, 2170 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul məbləği ümumilikdə 2.751.769,36 manat müəyyənləşdirilmişdir (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), T.Mahmudova və L.Əliyeva).
16. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə onun ##.##.2013-cü il tarixinə qədər qüvvədə olacağı, müqaviləyə digər hallarla yanaşı, tərəflərin maliyyə çətinlikləri ilə əlaqədar, habelə digər əsaslarla bir ay qabaqcadan rəsmi xəbərdarlıq olunmaqla xitam verilməsinin mümkünlüyü təsbit olunmuş, ##.##.2022-ci il tarixinə qədər müxtəlif vaxtlarda iddiaçıya müəyyən mallar verilmiş, həmin tarixdə tərtib olunan “Qarşılıqlı borcların üzləşdirilməsi aktı”nda satıcının alıcıya borcunun 3.240.504,95 manat təşkil etdiyi göstərilmiş, alıcı tərəfindən satıcıya ünvanlanmış ## ######## 2022-ci il tarixli məktubda “həmin vəsaitin “Azneft” IB-dən mal almaq üçün köçürüldüyü, lakin sonradan heç bir mal alınmadığı və hal-hazırda fəaliyyətləri ilə bağlı olaraq mal almaq niyyətlərinin olmadığı” bildirilməklə 3.240.504,95 manatın geri qaytarılması xahiş olunmuş, bundan sonra cavabdeh iddiaçıya 590.000 manatı geri qaytarmış (§ 12), daha sonra satıcı tərəfindən alıcıya 50.748,59 manat dəyərində mal verilmiş, ##.##.2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi aktı”nda satıcının alıcıya borcunun 2.599.756,36 manat təşkil etdiyi müəyyənləşdirilmiş, alıcı (iddiaçı) tərəfindən Dövlət Neft Şirkətinin prezidentinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda həmin məbləğin geri qaytarılmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
17. Kollegiya hesab etmişdir ki, işin göstərilən hallarından, cavabdehin malı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyi qənaətinə gəlmək mümkündür və iddiaçının cavabdehə ünvanladığı ## ######## 2022-ci il tarixli məktub faktiki olaraq tərəflər arasında bağlanmış müqavilənin ləğvinə dair bildiriş mahiyyətində olmaqla, cavabdeh də sonrakı davranışları ilə (alqı-satqı müqaviləsi üzrə əvvəlcədən ödənilmiş vəsaitin bir hissəsini qaytarmaqla, “müqavilə üzrə yaranmış borc məsələsinin “Azneft” IB-nin rəhbərliyinin diqqət mərkəzində olduğunu” bildirməklə, malları göndərməməklə və s.) müqavilənin ləğv olunmasına razılığını ifadə etmişdir. Bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən 2.599.756,36 manat vəsaitin onun xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir.
18. Kollegiya, iddiaçının “cavabdehdən 227.478,51 manat əldən çıxmış faydanın (faizin) xeyrinə tutulması” tələbi ilə bağlı üzrə gəlinən nəticə ilə qismən razılaşmışdır. Belə ki, iddiaçı müvafiq tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ## ######## 2022-ci il tarixli bildirişlə (məktubla) müqaviləni ləğv edərək ödədiyi pul vəsaitinin geri qaytarılmasını istəmiş, ##.##.2024-cü il tarixli məktubda da həmin istəyini (tələbini) təkrarlamış, lakin iddia ərizəsini məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixinədək ona ödənilməli olan 2 599 756,36 manat ödənilməmişdir. Buna görə də, 2.599.756,36 manat məbləğində əsas borca ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək olan 13 ay 25 gün müddət üçün hesablanacaq 149.843 manat (2.599.756,36 x 5% = 129.987,8 manat (illik) / 12 ay = 10.832 manat (aylıq) x 13 ay 25 gün = 149.843 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi isə iddiaçının gecikdirmə dövrü olaraq göstərdiyi tarix intervalını müəyyənləşdirərkən səhvə yol vermiş, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 13 ay 25 gün olan dövr periodunu 15 ay kimi hesablamışdır.
19. Apellyasiya məhkəməsi mövqeyini MM-in 5.3, 14.2.1, 385.1, 386.1, 399.1, 404.1, 404.2, 421.1-421.3, 425.1, 442, 445.1-445.3, 445.5, 445.7, 445.8, 567, 598.1, 599.1, 627.1, 632.1, 632.3, 641.1, 641.3-cü MPM-in 14.2, 77.1, 88, 217.3 və 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehan Respublikası Konstitusiyasının 12, 24, 25, 26, 60-cı maddələri, MM-in 6, 21, 24.5, 385.1, 390.4, 442, 443.1, 448.1, 752-ci maddələri, Cavabdehan Respublikası Konstitusiya Məhkəməsinin 2012-ci il ## ###### tarixli qərarında ifadə olunmuş hüquqi mövqe üzrə pozuntu – məhkəmə ilk növbədə münasibətlərin müqavilə öhdəliklərindən irəli gəlməsini əsas gətirərək, cavabdehin həqiqətdə hər hansı hüquq pozuntusuna yol veribvermədiyini araşdırmalı və məhz bundan sonra əgər cavabdeh tərəfindən delikt törədilməsi müəyyən olunardısa cavabdehin üzərinə öhdəliklər qoymalı idi. Bakı Apellyasiya Məhkəməsi iddiaçının cavabdehə ünvanlanmış məktublarını müqavilənin ləğvi iradəsinin ifadəsi kimi, cavabdeh tərəfindən müəyyən məbləğin iddiaçıya verilməsini buna razılıq kimi qiymətləndirmiş, lakin həmin vaxt cavabdehin iddiaçıya 50.748,59 manat dəyərində mal verməsini və iddiaçının bu malı qəbul etməsini əslində müqavilə üzrə hərəkətlərin davamı kimi qiymətləndirməmiş, iddiaçının məktublarında öz şəxsi maraqları naminə müqavilə öhdəliklərindən yayınmasını nəzərə almamışdır. Iddiaçı tərəfindən irəli sürülən iddia formal mülahizələrə əsaslanır, heç bir əsası yoxdur. Iddiaçı özü müqavilə üzrə öhdəliklərindən yayınır, cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər həmişə tam və vaxtında yerinə yetirilmişdir, bu gün də cavabdeh həmin öhdəliklərin yerinə yetirilməsinə hazırdır. Cavabdehin üzərinə hər hansı öhdəlik qoyulması üçün ilk əvvəl ortada delikt – cavabdeh tərəfindən hər hansı pozuntunun edilməsi faktı müəyyən edilməlidi. Hazırkı iş üzrə isə belə bir hal yoxdur. Əksinə iddiaçının cavabdehə ünvanlandığı məktublardan da aşkar görünür ki, iddiaçı şəxsi maraqları, fəaliyyət istiqamətini dəyişmək istəyi, başqa işləri ilə bağlı müqavilə üzrə razılaşdırılmış malların alışından imtina etmişdir. Belə olan halda əslində cavabdehə vurulmuş zərər ödənilməlidir.
22. MPM-in 88, 220, 372.1 və 377-ci maddələrinin pozulması – məhkəmələr tərəfindən sübutların obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılmaması, işin faktiki hallarına və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işi bütün sübutlarla birlikdə mahiyyəti üzrə araşdırmalı olduğu halda bunu etməmiş, sübutları əlaqəli şəkildə qiymətləndirməmiş və MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.
a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
24. Kassasiya şikayətində iddianın təmin olunan hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
25. Cavabdehan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.”
“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”
“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”
“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.”
“Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.”
26. Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
29. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillərə dair isə əsaslı hesab edilə bilməz.
30. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
31. Əlavə olaraq kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində qeyd edilmişdir ki, müqaviləyə aşağıdakı hallarda xitam verilir: 1.1. Müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda və öhdəliklər tamamilə yerinə yetirildikdə; 1.2. Tərəflərin maliyyə çətinlikləri ilə əlaqədar olduqda (15 gün müddətində qabaqcadan məlumat verməklə); 1.3. Emal həcminin azalması və ya qurğuların təmirə dayanması ilə bağlı məhsul istehsalı aşağı düşərsə (qabaqcadan məlumat verilməklə); 1.4 Digər əsaslarla bir ay qabaqcadan rəsmi xəbərdarlıq etməklə (səbəbi göstərmək şərti ilə); 1.5. Işin davam etdirilməsinə zərurət aradan qalxdıqda.
32. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə MM-in 421.3-cü maddəsinə uyğun olaraq müqavilənin icrasından birtərəfli imtina razılaşdırılmış və onun şərtləri müəyyən edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsi də müəyyən etmişdir ki, iddiaçı müqavilə şərtlərinə uyğun cavabdehə yazılı müraciət edərək bu barədə iradə ifadəsini bildirmişdir.
34. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının özünün müqavilə üzrə öhdəliklərindən yayınması ilə bağlı dəlillər əsassızdır.
35. Cavabdehin delikt törətməməsi və bu səbəbə görə onun üzərinə hər hansı öhdəlik qoyulması üçün əsasların olmaması ilə bağlı dəlillər də əsassızdır.
36. Belə ki, deliktdən yaranan öhdəliklər qanundan irəli gələrək müqavilədənkənar öhdəliklərə aiddir. Hazırki işin tərəfləri arasında isə müqavilə münasibətləri mövcuddur və öhdəliklər də həmin münasibətlərdən yaranmışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisəni tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun həll etmişdir.
37. Cavabdehan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı).
38. Kassasiya şikayətinin dəlillərinin işin hallarının və sübutların tam araşdırılmaması və düzgün qiymətləndirirlməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
39. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
40. Cavabdehan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdehan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
41. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulmasına yol verməmişdir.
43. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin qismən təmin edildiyini qətnamədə göstərmişdir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.