Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-174/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.“X1 Azərbaycan” QSC cavabdeh1 MMC, X6, cavabdeh3, cavabdeh2, cavabdeh4, X3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il ## #### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə ləğv olunmaqla iddia tələbi qismən təmin edilərək: - cavabdeh1 MMC-dən və cavabdeh4 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsinin 2014-cü il ## ######## tarixli ** nömrəli kredit sazişi müqaviləsi üzrə əsas borc üzrə 116.018,15 ABŞ dolları, faiz borcu üzrə 2.568,73 ABŞ dolları, cərimə borcu üzrə 66,99 ABŞ dolları olmaqla, ümumilikdə 118.653,87 ABŞ dolları, 2014-cü il # ###### tarixli ** nömrəli kredit sazişi müqaviləsi üzrə 65.580 manat əsas, 3.333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69.292,59 ABŞ dolları, 2014-cü il ## ###### tarixli ** nömrəli kredit sazişi müqaviləsi üzrə 168.200 ABŞ dolları əsas, 10.512,50 ABŞ dolları faiz, 1.576,87 ABŞ dolları cərimə olmaqla, 180 289,37 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı ifadəsində) habelə cavabdeh1 MMC, cavabdeh4, X2 və cavabdeh3 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə 508.834,73 manat əsas, 165.508,43 manat faiz, 14824,92 manat cərimə olmaqla, cəmi 689.168,08 manat pulun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün sonuncu tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin cavabdeh1 MMC, cavabdeh4, X2 və cavabdeh3 “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması; - tutmanın ipoteka (girov) qoyulmuş X3 məxsus olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240.95 kv.m ümumi, 193.15 kv.m yaşayış, 47.8 kv.m yardımçı sahədən ibarət olan ünvan 2 ünvanında yerləşən bağ evinə, ilkin satış (likvid) qiyməti 450.000 manat müəyyən edilməklə, X4 məxsus olan 0.02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245.3 kv.m ümumi sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi, ilkin satış (likvid) qiyməti 530 000 manat müəyyən edilməklə, X6 məxsus olan 0.0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272.76 kv.m ümumi, 141.66 kv.m yaşayış sahədən ibarət olan ünvan 3 ünvanında yerləşən mənzil, ilkin satış (likvid) qiyməti 400.000 manat müəyyən olunmaqla əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borclarının ödənilməsi, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd olunan yaşayış və bağ evi satıldıqdan sonra bir ay müddətində X6, X3 və X4 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması qət edilmiş, iddia tələbinin qalan hissədə təmin olunmamış, qarşılıqlı iddiaçı X6 “X1 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. 2.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il ## ### tarixli 2(102)- ****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən-kredit müqavilələri üzrə borcun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. 3.Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli qətnaməsi 2021-ci il ## #### tarixində verilmiş icra vərəqəsi əsasında icra olunması üçün icra şöbəsinə göndərilmiş, “X1 Azərbaycan” QSC 2021-ci il ## ###### tarixli ərizə ilə adıçəkilən icra qurumlarına müraciət edərək borclularla müqavilə öhdəlikləri yenidən bərpa edildiyi üçün “Icra haqqında” Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmiş, icra sənədi icra qurumları tərəfindən icra olunmadan geri qaytarılmışdır. 4.Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra sənədi yenidən icra olunması üçün 2022-ci il # ####### tarixində Bakı şəhəri Xətai rayon icra şöbəsinə və Sumqayıt şəhəri üzrə Icra idarəsinə, 2023-cü il ## ###### tarixində Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş, Sumqayıt şəhəri üzrə Icra idarəsi 2022-ci il ## ####### tarixində, Bakı şəhəri Yasamal rayon icra şöbəsi 2023cü il ## #### tarixində icraata başlamaq haqqında qərar qəbul etmiş, icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında Sumqayıt şəhəri üzrə Icra idarəsinin 2022-ci il # ###### tarixli və Füzuli rayon icra və probasiya şöbəsinin 2024-cü il ## ###### tarixli qərarlarına əsasən icra sənədi ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 2023cü il # ###### tarixli qərarla icra sənədi icraata qəbul olunmuşdur. 5.Bakı şəhəri Xətai rayon icra şöbəsinin 2023-cü il ## ##### tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11ç ünvanında yerləşən 28 mənzilin açıq hərracdan satılması üçün hərracın keçirilməsinə başlanılmış, iddiaçı 2023-cü il # #### tarixli razılıq məktubuna əsasən əmlakı 2023-cü il # #### tarixində 255.000 manat alış qiyməti ilə əldə etmişdir. 6.Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 2023-cü il # #### tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən bağ evi və ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin açıq hərracdan satılması üçün hərracın keçirilməsinə başlanılmış, iddiaçı razılıq məktubuna əsasən əmlakları 2023-cü il ## ### tarixində müvafiq olaraq 286875 və 337875 manat alış qiymətləri ilə əldə etmişdir. 7.2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsinin təminatı qismində çıxış edən ipoteka predmetinin alış qiymətini təşkil edən 286.875 manat pul Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə həmin kredit xətti müqaviləsi üzrə tutulması qət olunan 349.798,15 ABŞ dolları əsas borc məbləğindən dollar ekvivalenti ilə (286.875 manat/1.70=168.750 ABŞ dolları) çıxılmış, qalıq 181.048,15 ABŞ dolları (349.798,15-168.750) əsas borc məbləğindən 35.294,11 ABŞ dolları məbləğində isə ödəniş edilmişdir.
8. 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən ipoteka predmetlərinin alış qiymətini təşkil edən 255.000 və 337.875 manat pulun 378847,95 manat hissəsi Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə tutulması qət olunan 508.834,73 manat əsas məbləğdən, 165.508,43 manat hissəsi faiz məbləğindən, 14.824,92 manat hissəsi cərimə məbləğindən çıxılmış, 2021-ci il ## ###- 2023-cü il ## ###### tarixlərdə 121.109,78 manat məbləğində ödəniş edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
9. Iddiaçı “X1 Azərbaycan” QSC (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh1 MMC, cavabdeh4, cavabdeh3 və cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə 349.798,15 ABŞ dolları pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 51.843,55 ABŞ dolları pulun cavabdeh1 MMC və cavabdeh4, 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə 508.834,73 manat pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 64.179,66 manat pul, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,31 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvədə olan məhkəmə aktı ilə cavabdehin *****/* nömrəli kredit müqaviləsi üzrə 349.798,15 ABŞ dolları, *****/* nömrəli kredit müqaviləsi üzrə 508.834,73 manat ödənilməmiş əsas borcu müəyyən edilmişdir. Cavabdeh öhdəlikləri icra etmədiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% tələb etmək hüququna malikdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ##### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim N.Əhmədova).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilib-törədilməməsi barədə yekun qənaətə gəlmək üçün icra işinin materiallarını sorğulanaraq iş materiallarına əlavə olunmuş və hazırkı iş üzrə aparılmış məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən məhkəmə qətnaməsinin icrasını gecikdirəcək və ya ona maneə yaradacaq hər hansı pozuntunun törədildiyi müəyyən edilməmişdir.
13. Belə ki, iddiaçı əsas borca illik 5% ilə hesablanan məbləği iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli qətnaməsinin çıxarıldığı 2020-ci il ## ######## tarixindən hesablasa da, nəzərə almamışdır ki, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il ## ### tarixli *(***)- ****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmaqla 2021-ci il ## ### tarixindən qüvvəyə minmişdir.
14. Qeyd olunan qətnamə üzrə 2021-ci il ## #### tarixində icra vərəqəsi verilərək icra olunması üçün müvafiq icra şöbələrinə göndərildikdən qısa müddət sonra-2021-ci il ## ###### tarixində iddiaçı ərizə ilə adıçəkilən icra qurumlarına müraciət edərək borclularla müqavilə öhdəlikləri yenidən bərpa edildiyi üçün icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmiş, icra sənədi icra qurumları tərəfindən icra olunmadan geri qaytarılmışdır. Halbuki, qeyd olunan müddət ərzində artıq ipoteka predmeti olan əmlakların açıq hərracda satılması üçün müvafiq hərəkətlər edilmişdir. Iddiaçının nümayəndəsi məhkəmə iclasında da təsdiq etmişdir ki, cavabdehlər ödəniş etdiyi və tərəflər arasında razılıq olduğu üçün həmin ərizə ilə müraciət etmişlər. Bundan 1 il müddət sonra iddiaçının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra sənədi yenidən icra olunması üçün 2022-ci il # ####### tarixində Bakı şəhəri Xətai rayon icra şöbəsinə və Sumqayıt şəhəri üzrə Icra idarəsinə, 2023-cü il ## ###### tarixində Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmişdir.
15. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ######## tarixli *(***)- ***/**** nömrəli icra vərəqəsi 1 ildən çox müddətdə-2021-ci ilin avqust ayından 2022-ci ilin sonlarınadək tələbkarın ərizəsi əsasında icrasız qalmışdır.
16. Ipoteka predmetləri açıq hərracdan satılması üçün təqdim olunmuş, icra sənədinin icrası üçün cavabdehlər hər hansı maneəçilik törətməmişlər. Əksində işin müəyyən olunan halları ilə təsdiq olunmuşdur ki, məcburi icra tədbirləri həyata keçirilmədən cavabdehlər 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti çərçivəsində verilmiş kreditlər üzrə 35.294,11 ABŞ dolları məbləğində, 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə isə 121109,78 manat məbləğində ödənişlər etmişdir. Qeyd olunan ödənişlərin bir hissəsi hələ icra vərəqəsi verilmədən edilmişdir.
17. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi təsdiq etmişdir ki, ipoteka predmeti əldə olunduqdan və iddia ərizəsi ilə məhkəmə müraciət edildikdən sonra da tərəflər arasında müəyyən razılıq olduğundan məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün icra qurumlarına müraciət etməmişlər. Məhkəmə icraatının gedişi zamanı şifahi qaydada müraciət etmişlər.
18. Məhkəmə qeyd etmişdir ki, ipoteka qoyulmuş əmlakın sahibi zərərin yaranmasına və artmasına rəvac verməmiş, cavabdehlər qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə maneçilik törətməmiş, əksinə tələbkarın ərizəsinə əsasən icra vərəqəsi 1 il icrasız qalmış, bu müddətdə cavabdehlər əsaslı ödənişlər etmiş, icra hərəkətləri başlayanda ipoteka predmeti olan əmlaklar vaxtında təhvil verilmiş, əmlaklar ilkin satış qiymətindən 25% aşağı qiymətlə iddiaçı tərəfindən əldə edilmiş, 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə ödənilməsi qət olunan 689.168,08 manat borc məbləğinin 680291,08 manat hissəsi ödənilərək həmin hissədə öhdəliklərə xitam verilmiş, digər müqavilə üzrə isə ipoteka predmetinin alış qiyməti və cavabdehlərin ödənişi əsasında bir hissədə öhdəliklərə xitam verilmiş, qalan hissədə tərəflər arasında razılaşma olmuş, iddiaçı cavabdehlərə möhlət vermişdir. Hazırda isə şifahi qaydada icra şöbəsinə müraciət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.2, 21.3, 399.3, 399.4, 425.1, 425.2, 443.1, 443.2, 445.7, 448.2 və 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli və 2023-cü il ## #### tarixli Qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
20. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ######## tarixli */**** nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - iddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə cavabdeh4, cavabdeh3 və cavabdeh2 əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5%-lə faiz (bütün ödənişlər nəzərə alınmaqla) 2019-cu il ## #### tarixindən 2023-cü il ## ###### tarixədək 24.944,85 ABŞ dolları (11.791,03 + 10.487,50 + 814,71 + 711,02+370,32 + 770,27) müəyyən edilmişdir; - iddiaçı ilə cavabdeh1 MMC və cavabdeh4 ilə bağlanmış 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5%-lə faiz borcu 2019-cu il ## #### tarixindən 2023-cü il ## ###### tarixədək (bütün ödənişlər nəzərə alınmaqla) 118.625,02 manat (58.379,19 + 294,84 + 6.412,87 + 9.066,46 + 2.211,33 + 4.422,67 + 368,56 + 958,24 + 1.179,38 + 1990, 20 + 8.181,93 + 884,53 + 2211,33 + 6118,02 + 8255,64 + 4127,82 + 2583,13 + 978,88) təşkil edir; - bu hesablama 2021-ci il ## ### tarixindən (Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın qərarı qəbul edildiyi tarix) həyata keçirilərsə 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə faiz 13.153,82 ABŞ dolları (10.487,50+814,71+711,02+370,32+770,27) təşkil edir; - bu hesablama 2021-ci il ## ### tarixindən (Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın qərarı qəbul edildiyi tarix) həyata keçirilərsə 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə faiz 59.950,99 manat (6.412,87 + 9.066,46 + 2.211,33 + 4.422,67 + 368,56 + 958,24 + 1179,38 + 1.990,20 + 8.181,93 + 884,53 + 2.211,33 + 6.118,02 + 8.255,64 + 4.127,82 + 2.583,13 + 978,88) təşkil edir; - bu hesablama 2023-cü il ## ### tarixindən (hərracın yekunları barədə protokolun tərtib edildiyi tarixdən) həyata keçirilərsə 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə faiz 2.666,32 ABŞ dolları (814,71+711,02+370,32+770,27) təşkil edir; - bu hesablama 2023-cü il ## ### tarixindən (hərracın yekunları barədə protokolun tərtib edildiyi tarixdən) həyata keçirilərsə 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə faiz 7.689,83 manat (4.127,82+2.583,13+978,88) təşkil edir; - bu hesablama 2023-cü il ## ###### tarixindən (sonuncu ipoteka predmetinin satışından əldə edilən vəsaitinin borcdan silindiyi tarix) həyata keçirilərsə 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə faiz 1140,59 ABŞ dolları (370,32+770,27) təşkil edir; - bu hesablama 2023-cü il ## ###### tarixindən (sonuncu ipoteka predmetinin satışından əldə edilən vəsaitinin borcdan silindiyi tarix) həyata keçirilərsə 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə faiz 978,88 manat təşkil edir.
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək: - birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsi üzrə 40.851,36 ABŞ dolları və 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə 56.330,1 manat məbləğində faizlərin tutulmasına dair iddianın rədd edilməsi hissəsində” ləğv olunmaqla, həmin hissədə iddia təmin edilərək, 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsi üzrə 40.851,36 ABŞ dolları məbləğində faizlərin cavabdeh1 MMC və cavabdeh4, 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə 56.330,1 manat məbləğində faizlərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmış; - qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia qismən təmin olunaraq, iddia verilərkən ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi kimi 370 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 245 məbləğin 45 manat hissəsinin iddiaçıdan 200 manat hissəsinin cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması, işə baxılarkən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 80 manat hissəsinin cavabdehlərdən, 20 manat hissəsinin isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, apellyasiya şikayəti verilərkən ödənilmiş 221,16 manat dövlət rüsumunun əvəzi kimi 185 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin istinad edilən qətnaməsi qanuni qüvvəyə mindikdən, yəni 2021-ci il ## ### tarixindən sonra borclular “Icra haqqında” Qanuna əsasən məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamış, qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə maneçilik törətməmiş, əksinə ipoteka predmetləri olan əmlakları könüllü olaraq təhvil vermiş, eləcə də öhdəliyin bir hissəsini icra vərəqəsi verilmədən icra etmişlər. Bu baxımından 2021-ci il ## ### tarixindən ipoteka predmetinin satış dəyəri kredit borclarına silindiyi tarixədək olan müddət ərzində qətnamənin icra edilməsinin gecikdirilməsində cavabdehlərin təqsiri mövcud olmamışdır. Belə olan halda isə sözügedən müddət üçün cavabdehlərə münasibətdə MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş mülki hüquqi məsuliyyət tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.
24. Digər tərəfdən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixdən yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, yəni 2021-ci il ## ### tarixədək olan müddət üçün faizlərin tutulmalı olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir. Belə ki, iddiaçının cavabdehlərdən mübahisəli borcun ödənilməsini tələb etmək hüququ tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə yaranmışdır. Tərəflər arasında həmin müqavilələr üzrə borcun tutulması ilə bağlı məhkəmə mübahisəsinin davam etməsi kredit müqavilələri üzrə yaranmış pul öhdəliyinin icrasına obyektiv maneə yaradan, onun icrasını qeyri-mümkün edən hal olmadığından öhdəliyin icrasına möhlət verilməsi və ya borclunun gecikdirilməyə görə məsuliyyətdən azad edilməsi üçün əsas vermir, eləcə də həmin öhdəliyin xitamına səbəb olmur.
25. Bundan əlavə, tutma ipoteka predmetlərinə yönəldikdən və həmin əmlaklar hərracların baş tutması nəticəsində ipoteka saxlayan tərəfindən əldə edildikdən sonra əmlakların dəyəri 2023-cü il ## #### və 2023-cü il ## ###### tarixlərində kredit müqavilələri üzrə borca silinmişdir. Lakin cavabdehlər məhz həmin tarixdən etibarən kredit müqavilələri üzrə qalıq borcunun məbləğini bildikləri və ya bilməli olduqları halda 2023-cü il ## ###### tarixindən 2023-cü il ## ###### tarixinədək olan müddət ərzində kredit müqaviləsi üzrə borcun qalıq hissəsini tam şəkildə ödəməmişlər.
26. Hazırkı halda isə işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, cavabdehlər pul öhdəliklərin icra edilməsinin 2019-cu il ## #### tarixindən 2021-ci il ## ### tarixədək və 2024-cü il # ######## tarixindən 2024-cü il ## ###### tarixədək olan müddət ərzində gecikdirilməsində təqsirli olmamasını sübuta yetirə bilməmişlər. Belə olan halda, iddiaçı kredit müqavilələri üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə yuxarıda göstərilən müddətlər üçün illik 5 %-lə qanuni faizlərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
27. Apellyasiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan faizlərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. Həmin ekspert rəyi ilə 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsi üzrə faiz borcu hesablayarkən həmin müqavilə çərçivəsində bağlanmış yalnız bir kredit sazişi üzrə əsas borc məbləği nəzərə alınmamış, eyni zamanda faizlər hesablanarkən mübahisəli kredit müqavilələri üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 2020-ci il ## ######## tarixə olan əsas borc məbləğləri əsas götürülməmişdir. Odur ki, məhkəmə kollegiyası ekspert rəyinə MM-in 206.1-ci maddəsinə əsasən digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək cavabdehlərdən tutulmalı olan faiz borc məbləğlərinin həmin rəy əsasında müəyyən edilməsini mümkün hesab etməmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il ## ######## tarixli *(***)-***/**** nömrəli qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, “2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun həmin müqavilə çərçivəsində bağlanmış 2014-cü il ## ######## tarixli ** nömrəli kredit sazişi müqaviləsi üzrə 116.018,15 ABŞ dolları, 2014-cü il # ###### tarixli ** nömrəli kredit sazişi müqaviləsi üzrə 65.580 ABŞ dolları və 2014-cü il ## ###### tarixli ** nömrəli kredit sazişi müqaviləsi üzrə 168.200 ABŞ dolları olmaqla cəmi 349.798,15 ABŞ dolları; 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu 508.834,73 manat təşkil etmişdir”.
29. Digər tərəfdən iş materiallarında olan 2025-ci il # ###### tarixli maliyyə arayışına əsasən müəyyən olunmuşdur ki, 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsi üzrə 2019-cu il ## #### - 2021-ci il ## ### tarixləri arası dövrdə borclular tərəfindən hər hansı bir ödəniş edilməmişdir. 2021-ci il # #### - 2023-cü il ## ###### tarixləri arası dövrdə isə cavabdehlər tərəfindən edilmiş ödənişlər, eləcə də bank tərəfindən əldə olunmuş ipoteka predmetlərinin dəyərinin borcdan çıxılması (2023-cü il ## #### tarixində 168.200 ABŞ dolları ipoteka predmetinin dəyərinin çıxılması və 17.145,56 ABŞ dolları ödəniş) nəticəsində həmin müqavilə üzrə əsas borcun məbləği azalaraq 2023-cü il ## ###### tarixinə 164.452,59 ABŞ dolları (349.798,15-168.200- 17.145.56) təşkil etmişdir. Həmin məbləğdən də 2023-cü il ## ######## tarixində 18.698,56 manat məbləğində ödəniş edilməklə həmin tarixə 145.754,03 ABŞ dolları məbləğində əsas borc ödənilməmiş qalmışdır.
30. Odur ki, 2013-cü il ## ###### tarixli *****/* nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan qanuni faiz aşağıdakı qaydada hesablanmalıdır: 2019cu il ## #### - 2021-ci il ## ### tarixləri arası 796 günlük müddət üçün 349.658,15 ABŞ dolları x 5%/360 gün x 796 gün = 38.656,65 ABŞ dolları; 2023-cü il # ######## tarixindən - 2023-cü il ## ######## tarixədək olan müddət üçün 164.452,59 ABŞ dolları əsas borc məbləğinə 571,02 ABŞ dolları (164.452,59 x 5%/360 x 25 gün); 2023-cü il ## ######## tarixindən 2023-cü il ## ###### tarixədək olan 52 günlük müddət üçün isə 145.754,03 ABŞ dolları əsas borc məbləğinə hesablanmaqla 1.052,65 ABŞ dolları (145.754,03 ABŞ dolları x5%/360x52), cəmi 1.623,69 ABŞ dolları; cəmi 40.851,36 ABŞ dolları (38.656,65+571,02+1.623,69).
31. 2025-ci il # ###### tarixli maliyyə arayışına əsasən o da müəyyən edilmişdir ki, 2019-cu il ## #### - 2021-ci il ## ### tarixləri arası dövrdə 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə yalnız 2023-cü il ## ### tarixində 34.800 manat məbləğində ödəniş edilmiş və nəticədə həmin tarixə əsas borc 474.034,73 (508.834,73- 34.800) manat təşkil etmişdir. 2021-ci il ## ### tarixindən 2023-cü il ## ###### tarixədək olan müddət ərzində 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi üzrə 86.309,78 manat məbləğində ödəniş edilmiş, eləcə də ipoteka predmetlərinin dəyərindən 2023-cü il ## #### tarixində 255.000 və 123.847,95 manat pul vəsaitləri əsas borca çıxılmışdır. Nəticədə 2023-cü il # ######## tarixinə həmin müqavilə üzrə əsas borc 8.877 manat (2021-ci il ## ### tarixə əsas borc 474.034,73 manat - 86.309,78 - 255000- 123.847,95) təşkil etmişdir.
32. Göstərilən məlumatlar nəzərə alınmaqla 2014-cü il ## ###### tarixli *****/* nömrəli kredit müqaviləsi iddiaçının xeyrinə tutulmalı olan qanuni faiz aşağıdakı qaydada müəyyən edilməlidir: 2019-cu il ## #### - 2021-ci il ## ### tarixləri arası müddət üçün 55.971,82 manat (508.834,73x5%/360 günx792 gün) və 2021-ci il ## ### - 2021-ci il ## ### tarixləri arası müddət üçün 263,35 manat (474.034,73x5%/360 gün x 4 gün=263,35 manat), cəmi 2019-cu il ## #### - 2021-ci il ## ### tarixləri arası müddət üçün 56.235,17 manat. 43.2. 2023-cü il # ######## - 2023-cü il ## ###### tarixləri üçün 77 günlük müddət üçün 8.877 manat əsas borc məbləğinə 94,93 manat (8.877 manatx5%/360x77); Beləliklə cəmi 56.330,1 manat (56.235,17+94,93).
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 442, 443.1, 445.2.1, 445.5, 445.7 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il # #### tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
34. Cavabdeh cavabdeh4 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
35. Məhkəmə iddiaçının tələblərini təmin edərkən MM-in 1096-cı maddəsinin tələblərini nəzərə almamışdır. Həmin normaya əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün hüquqazidd hərəkət (və ya hərəkətsizlik), zərər, səbəbli əlaqə və təqsirin mövcudluğu məcmu şəkildə sübuta yetirilməlidir. Lakin işin materiallarından göründüyü kimi, iddiaçı bu hüquqi şərtlərin heç birini yetərli və inandırıcı sübutlarla təsdiq etməmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin məsuliyyətini əsassız olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə MM-in 1097-ci maddəsində nəzərdə tutulmuş təqsir prinsipi ilə bağlı normaları düzgün tətbiq etməmişdir. Cavabdehin hərəkətlərində təqsirin mövcudluğu müəyyən edilmədiyi halda, onun üzərinə hüquqi məsuliyyət qoyulması maddi hüquq normalarının pozulmasıdır.
36. Məhkəmə MM-in 385-ci və 390-cı maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Həmin normalar müqavilə öhdəliklərinin mahiyyətini, həmçinin tərəflərin hüquq və vəzifələrinin həcmini müəyyən edir. Halbuki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri yanlış qiymətləndirilmiş, müqavilə şərtləri cavabdehin xeyrinə şərh edilməli olduğu halda, iddiaçının mövqeyi əsassız olaraq üstün tutulmuşdur.
37. Eyni zamanda MM-in 6-cı maddəsində təsbit olunmuş ədalətlilik, vicdanlılıq və ağlabatanlıq prinsipləri məhkəmə tərəfindən nəzərə alınmamış, tərəflər arasında hüquq və vəzifələrin balansı pozulmuşdur.
38. Beləliklə, apellyasiya məhkəməsinin qərarı MM-in 6, 385, 390, 422, 1096 və 1097-ci maddələrinin düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuş, bu isə cavabdeh cavabdeh4 hüquq və qanuni mənafelərinin əsassız şəkildə pozulmasına səbəb olmuşdur. Bu baxımdan, kassasiya instansiyası tərəfindən həmin qərarın ləğv edilməsi və maddi hüquq normalarının düzgün tətbiq olunması zəruridir.
39. MPM-in 9.1, 14.1 və 88-ci maddələri üzrə - iş üzrə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmiş, MPM-in 9.1-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur. Məhkəmə sübutları düzgün təhlil etməmiş, bununla da MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
41. Cavabdeh kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnaməni onun iddiasının təmin olunması hissəsində mübahisələndirmişdir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin olunduğu hissədə yoxlanılacaqdır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir). ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il # #### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. ...”
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. ...”
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. ...”
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-in 445.7-ci maddəsi təşkil edir. Həmin maddəyə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
50. Iddiaçı məhz bu normaya istinadla cavabdehin ödəməli olduğu məbləğin öhdəliyin icra edilmədiyi müddət üçün illik 5%-ni tələb edir.
51. Cavabdehin iddia olunan dövr üzrə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyinin mövcud olması işin mübahisəsiz halıdır. MM-in 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
52. Məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəmənin iş üzrə nəticəsi MM-in 445.7ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarlarındakı (§ 45-46) hüquqi mövqeyə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
53. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.