Məhkəmə qərarları › İş №2-2(1-8)-190/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-190/2026

22.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-190/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) ilk, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmtəə nişanından istifadənin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Mahmudov Murad İlqar oğlunun katibliyi, cavabdeh Cavabdeh MMC-nin direktoru qanuni nümayəndə1 və vəkili nümayəndə1 iştirakları ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi) “əmtəə nişanından istifadənin qadağan edilməsi, maddi zərərin ödənilməsi və s.” barədə ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 2026-cı il 2026-cı il ## #### tarixində şifahi icraat qaydasında baxılmışdır. İşin halları

1. Türkiyə Respublikası Türk Patent İnstitutu tərəfindən verilmiş ticarət nişanının yenilənməsi sertifikatına əsasən 2006 *****-Ticarət nömrəli “xxxx” ticarət nişanının sahibi ##.##.2026-cı il tarixədək Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Şirkətidir.

2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N **** **** nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “xxxx” əmtəə nişanının sahibi Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Şirkətidir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: ##.##.2020-ci il. ƏXTB üzrə siniflər: 03 – ağartma üçün preparatlar və yuma üçün digər maddələr; təmizləmə, cilalama, yağsızlaşdırma və abraziv emal üçün preparatlar; sabunlar; ətriyyat məmulatları, efir yağları, kosmetika, saç üçün losyonlar; diş tozları və pastaları; yuyucu vasitələr (sənaye və tibbi məqsədli olanlar istisna olmaqla), ağardıcı, yuyucu mayelər; dəyişəklər üçün kraxmal; maye sabun, yumşaldıcılar, ərpdən qoruyucu vasitələr; dənəvər sabun, şüşə üçün yuyucu vasitələr; ağardıcı və parıldadıcı maddələr; ətirlər; efir yağları, odekolonlar, losyonlar. dezodrantlar, gülab, təraş losyonları, tər əleyhinə dezodrantlar; kosmetik maddələr hopdurulmuş kağız dəsmallar; qulaq təmizləmə çubuqları; kosmetika üçün pambıqlar; nəm dəsmallar; sabunlar; tibbi məqsədlər və qoxunu aradan qaldıranlar daxil olmaqla şəxsi sitifadə üçün olan sabunlar; dişə qulluq məhsulları; diş məcunları, diş pastaları, tibbi diş təmizləmə maddələri, diş təmizləmə tozları, diş suları, diş protezlər. 17 və 21 – ev və ya mətbəx əşyaları və qab-qacaq (nəcib metallardan və onlarla örtülməklə hazırlananlar istisna edilməklə); daraqlar və süngərlər; şotkalar (fırçalar istisna edilməklə); şotka məmulatları üçün materiallar, təmizlik və yır-yığış üçün tərtibatlar; metal liflər; emal olunmamış və ya qismən emal olunmuş şüşə (tikinti şüşəsi istisna olmaqla); şüşə, çini və saxsıdan digər siniflərə aid edilməyən məmulatlar. Ev və ya mətbəx üçün əl ilə işləyən qeyri-elektrik kiçik alətlər: mikserlər, blenderlər, qəhvə və ədviyyat üyüdənlər, meyvə və tərəvəz presləri, üyüdücü və qırıcılar, sürgəçlər; təmizlik alətləri vasitələri (qeyri-elektrik); şotka hazırlamaq üçün materiallar, polad liflər, süngərlər, kəpitkələr, toxuculuq məmulatı olan təmizlik və silmə bezləri, qab yumaq üçün əlcəklər, qeyri-elektrik cilalayıcı maşınlar, xalça çırpanlar, xalça süpürgələri, təmizlik üçün araqatlar; diş fırçaları, elektrik diş fırçaları, diş sapları.

3. X1 Ticaret Anonim Şirkəti ilə “xxxx” MMC arasında ##.##.2024-cü il tarixdə türk şirkətinin istehsal etdiyi malların Azərbaycanda satışı ilə bağlı razılaşma imzalanmışdır.

4. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N **** **** nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “xxxx” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: ##.##.2033-cü il. ƏXTB üzrə siniflər: 03 - Makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər. 35 - 03-cü sinifdəki məhsulların satışı və reklamı. 39 - 03-cü sinifdəki məhsulların qablaşdırılması.

5. Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası MərkəziniN ****-cü il ## ##### tarixli ** nömrəli protokolla təsdiq edilmiş əmtəə nişanının qeydiyyata alınması haqqında qərarına əsasən yaşıl, ağ, mavi, qırmızı rəngli “xxxx” əmtəə nişanın sahibi İddiaçı MMC-dir. Əmtəə və/və ya xidmətlərin sinifləri: kosmetik kremlər, yuyucu vasitələr, paltar yumaq üçün ağartma preparatları, şampunlar, makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər daxildir.

6. Malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə 2025-ci il ## #### tarixli uyğunluq sertifikatından görünür ki, İddiaçı MMC tərəfindən istehsal edilən “xxxx” əmtəə nişanlı silmək üçün bezlər müvafiq standartlara cavab verir və keyfiyyət göstəricilərinə görə sertifikatlaşdırılmışdır.

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “malların buraxılışının dayandırılması haqqında” 2025-ci il ## ### tarixli qərarı ilə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına 2025-ci il # ### tarixli invoys sənədi ilə Türkiyə Respublikasından “xxxx” əmtəə nişanlı 5616 ədəd 5-li süngər, 15000 ədəd 20-li rulon təmizlik bezi, 17400 ədəd 3-cü təmizlik bezinin buraxılışı kontrafakt olması əlamətləri aşkar olunduğundan 10 iş günü müddətinə dayandırılmışdır.

8. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N **** **** qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “xxxx” əmtəə nişanının sahibi Cavabdeh MMC-dir. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti: ##.##.2035-ci il. ƏXTB üzrə siniflər: 05, 17, 21, 35,39.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı 2025-i il 17 iyun tarixində iddia ərizəsi və iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus olan “xxxx” əmtəə nişanının istifadəsinin və həmin brendlə olan məhsulların cavabdehə məxsus ticarət obyektlərində, satış məntəqələrində istifadəsinə və satışına tam şəkildə qadağan qoyulması; qeyriqanuni istifadə nəticəsində iddiaçıya vurulmuş maddi zərərin kompensasiyası olaraq 6450 manat məbləğində ödənişin həyata keçirilməsi, N **** **** nömrəli qeydiyyatla qorunan “xxxx” əmtəə nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03, 35 və 39 sinif əmtəələri üzrə Azərbaycan Respublikasının ərazisində qorunan N **** **** nömrəli “xxxx” əmtəə nişanının sahibidir. 2025-ci il # ### tarixində cavabdeh tərəfindən Türkiyədən Azərbaycana idxal edilmiş mallar üzərində gömrük nəzarəti həyata keçirilmiş, bu zaman ************** saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş malların tərkibində “xxxx” əmtəə nişanlı süngər və təmizlik bezlərinin olduğu müəyyən edilmişdir. Gömrük orqanları tərəfindən aparılan baxış zamanı bu məhsulların kontrafakt xarakteri daşıması və qeyriqanuni idxal edilməsi müəyyən olunmuşdur. Cavabdeh qanunun tələblərini aşkar formada pozaraq iddiaçıya məxsus əmtəə nişanından istifadə edərək, insanlarda yanlış təəssürat yaratmaqla, əmtəə nişanın sahibinin hüquqlarını pozmaqla, onun iqtisadi maraqlarına ciddi maddi zərər vermişdir. Odur ki, cavabdehin iddiaçıya məxsus olan əmtəə nişanından istifadə etməsi, həmçinin əmtəə nişan sahibinə məxsus və üzərində həmin əmtəə nişanları əks etdirilmiş malların satışını təşkil etməsi əmtəə nişanından qeyriqanuni istifadə hesab edilir.

11. Cavabdeh də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi verərək, cavabdehə dəymiş ziyan olaraq gömrük buraxılış məntəqəsində saxlanılmış mallara görə saxlanc və digər gömrük, inzibati, texniki xərclər olaraq 5500 manatın iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdehin saziş əsasında mal idxal etdiyi Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Şirketi Türkiyə Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. Şirkətin qeydiyyatdan keçirdiyi əmtəə nişanlarından biri də “xxxx” brendidir. Bu şirket “xxxx” əmtəə nişanını 2006-cı ildə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WIPO) 2026-cı ilin noyabr ayınadək Əmtəə və xidmətlərin beynəlxalq Təsnifatının (ƏXBT) 03, 05, 16, 17, 21-ci təsnifatı üzrə qeydiyyatdan keçirmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin reyestrindən (https://reyestr.copat.az/trademarks/patent/N%202010%201221) görünür ki, N **** 1221 şəhadətnamə üzrə həmin şirkət “xxxx” brendini ##.##.2010-cu il tarixindən ##.##.2020-ci il tarixinədək patenləşdirmişdir. İddiaçı öz iddiasında malın kontrafakt olmasına əsaslanmışdır. Halbuki “Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları” haqqında Nazirlər Kabinetinin qərarında göstərilir ki, kontrafakt mallar - hüquq sahibinin milli qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmaqla yaradılmış və/və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallardır (müəlliflik hüququ və qarışıq hüquqlar obyektləri, əmtəə nişanları, coğrafi göstəricilər). Normanın açıqlamasından göründüyü kimi, hər hansı malın kontrafakt olması üçün şərt həmin malın qanunsuz olaraq yaradılması və ya qeydiyyatdan keçirilməsidir. İndiki halda isə cavabdehin idxal etdiyi təmizləmə üçün əsgilər və süngərlərin qanunsuz olaraq yaradıldığı sübut olunmayıb. Həmin malların qeydiyyatı beynəlxalq səviyyədə açıq-aşkar qüvvədədir. Bundan başqa iddiaçının qeydiyyat şəhadətnaməsinin əhatə dairəsi Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) Nitsa Təsnifatının 3-cü sinfini əhatə edir. Amma cavabdehin idxal etdiyi malların əhatə dairəsi 21-ci təsnifatı, yəni (210168 təmizləyici süngərlər, təsərrüfat məqsədləri üçün süngərlər, 210417 qab yumaq üçün süngərlər 210087 kosmetika ləvazimatı, 210282 tozyığan əskilər, 210077 təmizləmə işləri üçün əskilər) əhatə edir. İddiaçı heç bir əsas olmadan başqa sinfə aid olan malları ölkəyə girişini qadağan etdirmiş, haqsız rəqabətə səbəb olmuşdur. Halbuki dövlət haqsız rəqabətlə daim mübarizə aparır, bazar iqtisadiyyatını tənzimləyir. Beləliklə, iddiaçının bu addımları haqsız rəqabəti yaradan amil hesab edilməlidir. Dövlət Gömrük Komitəsinin (https://customs.gov.az/az/sahibkarlar-ucun/eqli mulkiyyet) rəsmi saytında Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan reyestrə daxil edilmiş malların Siyahısında (https://customs.gov.az/uploads/pdfcontent/siyahiaz.pdf) nə iddiaçının, nə də “xxxx” əmtəə nişanının adı yoxdur. Halbuki qarşı tərəfin iddiasının əsasını cavabdehin Türkiyədən idxal etdiyi malların Dövlət Gömrük Komitəsi tərəfindən buraxılışının dayandırılması təşkil edir. Dövlət Gömrük Komitəsi “xxxx” əmtəə nişanını Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan reyestrdən ##.##.2025-ci il tarixdə çıxarmışdır. Cavabdehə məxsus idxal olunan mallar gömrük nəzarət buraxılış məntəqəsindədir və hər ay 1700 manat vəsait ödənilir.

13. Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsiniN ****-ci il ## ######## tarixli eskpert rəyinə əsasən Cavabdeh MMC-nin ünvanna 08.-5.2025-ci il tarixli invoysun 1.3-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr Gömrük Məcəlləsinin 319.2-ci maddəsinə, X5 və X3 dövlətlərinin XİF MN 5602 və 3924 mal mövqeyinin izahnaməsinə, 56 və 39-cu qrupun qeydlərinə və X4 1-ci və 6-ci, 3(B) Qaydalarına sasən aşağıdakı kimi sinifləşdirilir: “Renksan Group” nişanlı, “xxxx” 20 paper perforated cleaning cloth” adlı, rulonlarda 33smx27sm ölçülərdə, bir-birindən ayrılması üçün perforasiya olunmuş, hopduralmamış, sırınmamış, təkrarlanmamış, örtüksüz, polietilentereftalat (CAS 25038-59-9) və viskoz tərkibli liflərdən ibarət sarı rəngli fetr; “Renksan Group” nişanlı, “xxxx 5 pcs cleaning cloth” adlı, ölçüləri 35smx38sm olan düzbucaqlı şəklində, hopduralmamış, sırınmamış, təkrarlanmamış, örtüksüz, polietilentereftalat (CAS 25038-59-9) və viskoz tərkibli liflərdən ibarət sarı rəngli fetr; “Renksan Group” nişanlı, “xxxx 5 pcs grooved sponge” adlı, yaşıl rəngli sərt fetr ilə təkrarlanmış, poliutretan (CAS 9009-54-5) əsaslı elastik, məsaməli, qab yumaq üçün istifadə olunan, dördbucaq şəklində, qıraqları kəsilərək xüsusi formaya salınmış süngər.

14. Bakı Kommersiya MəhkəməsiniN ****-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus 2023-cü il 2 oktyabr tarixində dövlət reyestrində qeydə alınmış “xxxx” əmtəə nişanından istifadə edilməsinin cavabdehə qadağan edilməsi, cavabdeh tərəfindəN ****-ci il # ### tarixli invoys sənədi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsiniN ****-ci il ## ### tarixli qərarı ilə buraxılışı dayandırılmış “xxxx” əmtəə nişanlı malların kompensasiya ödənilmədən məhv edilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın tam rədd olunması qət edilmişdir (hakim Ü.Həsənova).

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ağ, qara, yaşıl, göy, sarı, qırmızı rənglərdən ibarət olan “xxxx” əmtəə nişanı iddiaçıya məxsusdur, 03,35,** saylı siniflər üzrə 2023-cü il # ####### tarixdə qeydiyyata alınmaqla 2033-cü il # ###### tarixədək qüvvədə olma müddəti vardır. Cavabdeh tərəfindən həmin əmtəə nişanının təsviri olan 5616 ədəd 5-li süngər, 15000 ədəd 20-li rulon təmizlik bezi, 17400 ədəd 3-cü təmizlik bezi 2025-ci il # ### tarixli invoys sənədi üzrə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilən zaman buraxılışı Bakı Baş Gömrük İdarəsi tərəfindəN ****-ci il ## ### tarixdə dayandırılmış, Azərbaycan Respublikasına buraxılışı iddiaçının vəsatəti əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbiri kimi qadağan edilmişdir.

16. Məhkəmə cavabdehin həmin məhsulların 21-ci sinfə aid olması, həmin sinfə dair isə iddiaçının hər hansı hüququnun olmaması barədə dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası MərkəziniN ****-cü il ## ##### tarixli ** nömrəli protokolla təsdiq edilmiş Əmtəə nişanının qeydiyyata alınması haqqında qərarına əsasən yaşıl, ağ, mavi, qırmızı rəngli “xxxx” əmtəə nişanın sahibi İddiaçı MMC-dir. Əmtəə və/və ya xidmətlərin sinifləri: kosmetik kremlər, yuyucu vasitələr, paltar yumaq üçün ağartma preparatları, şampunlar, makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər daxildir. Həmçnin iddiaçıya məxsus uyğunluq sertifikatından görünür ki, iddiaçı tərəfindən istehsal edilən “xxxx” əmtəə nişanlı silmək üçün bezlər müvafiq standartlara cavab verir və keyfiyyət göstəricilərinə görə sertifikatlaşdırılmışdır.

17. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş video yazıdan, habelə iddiaçı tərəfindən məhkəməyə nümunə olaraq təqdim edilmiş rulon təmizlik bezi, 3-lü təmizlik bezindən həmin vasitələrin iddiaçı tərəfindən istehsal edilərək Azərbaycan Respublikasında satışının həyata keçirildiyi müəyyən edilmişdir.

18. Məhkəmə cavabdehin hazırda gömrükdə saxlanılan malların Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Sirketi ilə olan müqaviləsi əsasında qanuni şəkildə idxal edilməsi, “xxxx” əmtəə nişanının göstərilən xarici şirkətin adına 2006-cı ildə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WIPO) qeydiyyatdan keçməsi, qeydiyyat müddətinin 2026-cı ilin noyabr ayınadək etibarlı olması barədə dəlillərinə cavab olaraq bildirmişdir ki, “xxxx” əmtəə nişanı Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WIPO) Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Sirketinin adına qeydiyyatdan keçsə də, Əqli Mülkiyyət Hüquqlarına dair Madrid Protokolundan görünür ki, həmin əmtəə nişanının qorunduğu ölkələr sırasında Azərbaycan Respublikası mövcud deyildir.

19. Digər tərəfdən, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin reyestrindən görünür ki, Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Sirketinin adına qeydiyyatdan keçmiş həmin əmtəə nişanı Azərbaycan Respublikası ərazisində 030.09.2010-cu il tarixindən ##.##.2020-ci il tarixədək mühafizə edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda ona məxsus olan “xxxx” əmtəə nişanından cavabdehin istifadəsinə qadağa qoyulmasını və N **** **** nömrəli qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsini tələb etməklə haqlı olmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni ## #### 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il ######ın ##-də, 1911-ci il ####un #-də, 1925-ci il ######ın # da, 1934-cü il ####un #-də, 1958-ci il #######ın ##də, 1967-ci il ####un ##-də, 1990-cı il #######ın #-də edilmiş dəyişikliklərlə) 9-cu maddəsinin 1-ci bəndi, 10, 10bis, 10ter maddələrinə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 25, 26, 32, 34, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.11, 3, 7-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim S.Cəfərov, hakimlər T.Mahmudova və E.Həsənov).

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nişan sahibi olaraq “xxxx” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə tam şəkildə sübuta yetirilmişdir.

24. Belə ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N **** **** nömrəli əmtəə nişanına dair şəhadətnamədən görünür ki, əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 03-cü sinif - Makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər; silmək üçün vasitələr; yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər. 35-ci sinif- 03-cü sinifdəki məhsulların satışı və reklamı. 39-cu sinif- 03-cü sinifdəki məhsulların qablaşdırılması. Eyni zamanda iddiaçıya məxsus uyğunluq sertifikatından görünür ki, iddiaçı tərəfindən istehsal edilən “xxxx” əmtəə nişanlı silmək üçün bezlər müvafiq standartlara cavab verir və keyfiyyət göstəricilərinə görə sertifikatlaşdırılmışdır.

25. Cavabdeh apellyasiya şikayətində Türkiyə şirkəti X1 Ticaret Anonim Şirkətindən idxal etdiyi malların və xidmətlərin beynəlxalq təsnifatının 21-ci sinfinə aid olmasını və bu barədə ekspert rəyi mövcud olmasını bildirsə də, cavabdeh tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş mallar üzərində gömrük nəzarəti həyata keçirilən zaman ************** saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş malların tərkibində “xxxx” əmtəə nişanlı süngər və təmizlik bezlərinin olduğu müəyyən edilmişdir. Gömrük orqanları tərəfindən aparılan baxış zamanı bu malların kontrafakt xarakteri daşıması və qeyri-qanuni idxal edilməsi müəyyən olunmuşdur.

26. İddiaçıya məxsus N **** **** nömrəli əmtəə nişanına dair şəhadətnamə də sübut edir ki, “xxxx” əmtəə nişanı 03-cü sinif üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan sinif çərçivəsində təmizləyici və silmək üçün nəzərdə tutulan vasitələr ayrıca olaraq göstərilmişdir ki, bu da əmtəə nişanının əhatə dairəsinin konkret və aydın şəkildə müəyyən edildiyini təsdiq edir. Məlum olduğu kimi, İddiaçı MMC-nin əsas fəaliyyət sahəsi məhz qeyd edilən məhsulların istehsalı və dövriyyəsi ilə bağlıdır. Bu fakt əmtəə nişanının seçilmiş sinif üzrə qeydiyyatının real kommersiya fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu göstərir.

27. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlmişdir ki, təqdim edilmiş şəhadətnamə və faktiki hallar bir daha təsdiq edir ki, “xxxx” əmtəə nişanının 03-cü sinif üzrə qeydiyyatı hüquqi və əsaslıdır, Cavabdeh MMC tərəfindən irəli sürülmüş iddialar hüquqi və faktiki əsaslardan məhrumdur və əsassız xarakter daşıyır.

28. Cavabdeh apellyasiya şikayətində həm də “xxxx” əmtəə nişanının Türkiyə Respublikasında və Azərbaycan Respublikasında Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Şirketinə məxsus olması barədə iddia irəli sürmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, sözügedən əmtəə nişanı Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Şirketi tərəfindən Türkiyə Respublikasında, habelə bir sıra digər xarici dövlətlərdə müvafiq qaydada qeydiyyata alınmış olsa da, Azərbaycan Respublikasında həmin əmtəə nişanı üzrə qeydiyyat müddəti 2020-ci ildə başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin reyestrindən də görünür ki, həmin şirkətin adına qeydiyyatdan keçmiş həmin əmtəə nişanı Azərbaycan Respublikası ərazisində ##.##.2010-cu il tarixdən ##.##.2020ci il tarixədək mühafizə edilmişdir.

29. Hal-hazırda “xxxx” əmtəə nişanı Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında (WIPO) Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Şirketinin adına qeydiyyatdan keçsə də, Əqli Mülkiyyət Hüquqlarına dair Madrid Protokolundan görünür ki, həmin əmtəə nişanının qorunduğu ölkələr sırasında Azərbaycan Respublikası mövcud deyildir. Belə ki, Madrid Sistemi çərçivəsində beynəlxalq qeydiyyat mülkiyyətçiyə avtomatik olaraq bütün dünyada qorunma hüququ vermir. Nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilir və ya nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınır. Beynəlxalq qeydiyyat nəticəsində yaranan mühafizə, yalnız beynəlxalq iddia sənədini verən şəxsin və ya beynəlxalq qeydiyyatın sahibinin bəyannaməsi əsasında Razılığa gələn Tərəflərə aid edilir.

30. Kollegiya bildirmişdir ki, qeydiyyat müddətinin bitməsindən sonra əmtəə nişanının uzadılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilməmiş, eləcə də yenidən qeydiyyatın həyata keçirilməsi üçün hər hansı tədbir görülməmişdir. Nəticə etibarilə, Azərbaycan Respublikasında “xxxx” əmtəə nişanı üzərində hüquqi qoruma faktiki olaraq xitam tapmış, həmin əmtəə nişanı açıq hüquqi rejimə keçmişdir. Bu şəraitdə 2023-cü ildə “xxxx” əmtəə nişanı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə iddiaçı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən hallar bir daha təsdiq edir ki, hazırda Azərbaycan Respublikasının ərazisində “xxxx” əmtəə nişanı üzərində müstəsna (eksklüziv) hüquqlar iddiaçıya məxsusdur, cavabdehin əksinə yönəlmiş iddiaları isə hüquqi və faktiki əsaslardan məhrum olmaqla, əsassızdır. Bu səbəbdən, cavabdeh tərəfindən həmin əmtəə nişanı altında malların idxalı kontrafakt malların idxalı kimi qiymətləndirilir, çünki yerli qeydiyyat sahibi olan iddiaçının razılığı alınmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin haqlı olaraq hesab etmişdir ki, iddiaçı hazırda ona məxsus olan “xxxx” əmtəə nişanından cavabdehin istifadəsinə qadağa qoyulmasını və N *** **** nömrəli qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsini tələb etməklə haqlıdır.

31. Cavabdeh tərəfindən həmçinin bildirilmişdir ki, onun Türkiyə Respublikasında fəaliyyət göstərən X1 Ticaret Anonim Şirketindən idxal etdiyi mallarla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindəN ****-ci il ## ######## tarixli, XM************ saylı ekspert rəyi mövcuddur. Həmin ekspert rəyinə əsasən idxal olunan və gömrük orqanları tərəfindən buraxılmayan mallar yuyucu vasitələrlə hopdurulmamışdır, Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 21-ci sinfinə aid edilmişdir. Lakin birinci instansiya məhkəməsi bu sübuta lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəyində göstərilən 21-ci sinif faktiki və hüquqi baxımdan 03-cü siniflə birbaşa əlaqəli olan məhsul qruplarını istisna etmir və əmtəə nişanı hüququnun tətbiqi baxımından həlledici xarakter daşımır. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş uyğunluq sertifikatı və əmtəə nişanına dair şəhadətnamə idxal və dövriyyə prosesində qanunvericiliyin tələblərinin pozulmadığını, habelə “xxxx” əmtəə nişanının 03-cü sinif üzrə hüquqi qoruma altında olduğunu açıq şəkildə təsdiq edir.

32. Kollegiya Əqli Mülkiyyət Agentliyi tərəfindəN ****-ci il # ####### tarixdə verilmiş, N **** **** qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “xxxx” əmtəə nişanının sahibinin cavabdeh olması ilə bağlı dəlilə münasibətdə isə qeyd etmişdir ki, göstərilən şəhadətnamə mübahisə predmeti olan hüquq münasibətləri yarandıqdan və iş üzrə məhkəmə icraatı başlandıqdan sonra dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, sonradan əldə edilmiş hüquqlar əvvəl yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz və həmin hüquqlar geriyə qüvvəyə malik deyil. Bu baxımdan, 2025-ci il # ####### tarixli N **** **** nömrəli əmtəə nişanına dair şəhadətnamə hazırkı mübahisə üzrə hüquqi əhəmiyyət kəsb etmir, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və qiymətləndirilmiş əvvəlki faktiki və hüquqi halları təkzib edə bilməz.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 25, 26, 32, 34-cü maddələrinə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 2003-cü il ## ### tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları”na, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin ## #### 1989-cu il tarixli Protokolunun 1, 4-cü və MPM-in 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

34. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar qəbul edilməsi və ya işin yeni apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

35. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 1.0.11ci maddələri üzrə - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş N **** **** qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnaməyə əsasən “xxxx” əmtəə nişanının sahibi cavabdehdir. Məhkəmələr isə cavabdehin şəhadətnaməsini görməzdən gəlmiş, onun “xxxx” adından istifadəsini qadağan etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsinin 51-ci abzasında “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 1-ci, 7-ci maddəsinə istinad etməklə sadəcə kifayətlənilməklə, cavabdehin kontrafakt mal idxal etdiyinə dair heç bir sübuta istinad ediməyib.

36. DGK-nin ##.##.2025-ci il tarixli qərarı ilə mallar 10 iş günü müddətində dayandırılıb. Yəni bu aktın hüquqi qüvvəsi bitib. Daha sonra malların dayandırılması kommersiya məhkəməsinin MTT qərardadı ilə uzadılıb. Cavabdehin Əqli Mülkiyyət Agentliyindən 21-ci sinfə aid olan mallar üzrə “xxxx” adlı rəsmi şəhadətnaməsi, malın mənşə şəhadətnaməsi, distribütorluq sənədi və Azərbaycan Respublikasından alınmış reyestr şəhadətnaməsi, Dövlət Gömrük Komitəsinin ekspert rəyi, CMR sənədi, türk patent sənədi mövcuddur və məhkəməyə təqdim edilib. Məhkəmə isə bütün bunları görməzdən gəlib.

37. MPM-in 14.2, 78.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il ## #### tarixli qərarı üzrə - kommersiya məhkəməsi öz qətnaməsinin 58-ci maddəsində əsaslandığı uyğunluq sertifikatı adlı yazılı sübutu hansı səbəbdən hazırlıq iclasında deyil, baxış iclasında tərəfin təqdim etdiyini əsaslandırmamış, apellyasiya məhkəməsinin isə diqqətindən yayınmışdır. İddiaçının nümayəndəsi həmin sübutu 2025-ci il # ####### tarixdə təqdim edib. Bundan başqa, 2025-ci il ## ####### tarixli iclasda cavabdehin vəkili N **** **** qeydiyyat nömrəli əmtəə nişanına dair şəhadətnamə təqdim etdiyi zaman qarşı tərəfin nümayəndəsi həmin şəhadətnamənin saxta olduğunu bildirmişdir. Halbuki məhkəməyə sənədin əsli də təqdim edilmişdir. Hakim də sanki qarşı tərəfin bu sözü deməsini gözləyirmiş kimi heç bir şifahi vəsatət olmadan öz təşəbbüsü ilə Əqli Mülkiyyət Agentliyinə sorğu göndərmiş və işi təxir etmiş, baxılma müddətini qeyri-qanuni uzatmışdır.

38. MPM-in 385.1.1, 385.1.2-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli * saylı qərarının 6.2 və 6.3-cü bəndləri üzrə - cavabdeh tərəfindən idxal olunan malın mənşə şəhadətnaməsi, distribütorluq sənədi və Azərbaycan Respublikasından alınmış reyestr şəhadətnaməsi, Dövlət Gömrük Komitəsinin ekspert rəyi mövcuddur. Onda qeyriqanuni təchiz olunmanın necə sübut olunduğu sual doğurur. Kommersiya məhkəməsi Paris Konvensiyasının 10bis maddəsinə istinad etməklə cavabdehin rəqabət qaydalarını pozduğuna işarə etmişdir. Bu faktiki hal da düzgün aydınlaşdırılmayıb. Halbuki təqdim edilmiş və iş materialında olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət AgentliyiniN ****-ci il ## ###### tarixli cavab məktubunun 4-cü abzasında göstərilib ki, cavabdeh idxal zamanı heç bir rəqabət qanunvericiliyini pozmayıb. Məhkəmə bu sübuta da heç bir münasibət bildirməyib. Apellyasiya məhkəməsi də işə baxarkən öz həddində kommersiya məhkəməsinin təqdim olunmuş sübutları hansı səbəbdən qiymətləndirməməsini görməzdən gəlib.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətində çoxsaylı maddi və prosessual hüquq normalarına istinad olunsa da, həmin normaların apellyasiya məhkəməsi tərəfindən konkret olaraq hansı şəkildə pozulduğu və bunun qətnamənin qanuniliyinə necə təsir etdiyi əsaslandırılmamışdır. Kassatorun arqumentlərinin əsas hissəsi iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmsinə yönəlmişdir ki, bu da kassasiya baxışının predmetinə ad deyil. Apellyasiya məhkəməsi iş üzrə təqdim olunmuş bütün sübutları qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirərək, tərəflərin arqumentlərinə hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

40. Şikayətçinin arqumentlərindən görünür ki, əmtəə nişanının dövlət qeydiyyatı ilə həmin nişandan istifadənin bütün hallarda qanuni olması və digər şəxslərin hüquqlarını istisna etməsi eyniləşdirilir. Halbuki hüquqi baxımdan bunlar fərqli məsələlərdir. Əmtəə nişanının dövlət qeydiyyatı konkret mübahisə üzrə məhkəmənin digər əhəmiyyətli hüquqi halları və sübutları araşdırmaq, habelə tərəflərin hüquqlarını kompleks şəkildə qiymətləndirmək səlahiyyətini aradan qaldırmır. Qeyd olunmalıdır ki, cavabdehin malları gömrükdə sentyabr ayında saxlanılmış, cavabdeh qeydiyyat üçün isə oktyabr ayında müraciət etmişdir. Bundan başqa, cavabdehin əmtəə nişanının iddiaçı tərəfindən ləğv edilməsi barədə hazırda Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında iş vardır.

41. Renksan Group tərəfindən iddiaçının şəhadətnaməsinin Apellyasiya Şurasında ləğvi isə hələ o demək deyildir ki, cavabdeh tərəfindən hüquq pozuntusuna yol verilməmişdir. Bu qərar ##.##.2026-cı il tarixdə təqdim edilmiş, hələ qüvvəyə minməmişdir və məhkəmə qaydasında mübahisələndiriləcəkdir.

Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları

42. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişlər.

43. İddiaçının əvvəlki məhkəmə iclasında iştirak etmiş nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Kassasiya baxışının hədləri

44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən - ilkin iddianın təmin edilmiş (iddiaçıya məxsus 2023-cü il # ####### tarixdə dövlət reyestrində qeydə alınmış “xxxx” əmtəə nişanından istifadə edilməsinin cavabdehə qadağan edilməsi, cavabdeh tərəfindəN ****-ci il # ### tarixli invoys sənədi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsiniN ****-ci il ## ### tarixli qərarı ilə buraxılışı dayandırılmış “xxxx” əmtəə nişanlı malların kompensasiya ödənilmədən məhv edilməsi) hissəsində yoxlanılacaqdır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

46. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Əsas anlayışlar ... əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); ...”

“Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. ... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. . ..”

“Maddə 32. Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. ...”

“Maddə 34. Hüquqların pozulmasına görə sanksiyalar Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. ...”

47. “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin ## #### 1989-cu il tarixli Protokolunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 1. (1) əgər nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilibsə və ya əgər nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınıbsa, bu iddia sənədinin iddiaçısı olan şəxs (bundan sonra “baza qeydiyyatı” adlandırılacaq), bu Protokolun müddəalarını nəzərə almaqla, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunun reyestrində həmin nişanın qeydiyyatını aparmaq yolu ilə nişanın mühafizəsini Razılığa gələn Tərəflərin ərazisində təmin edə bilər, bu şərtlə ki: (i) baza iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi Razılığa gələn həmin dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn dövlətdə həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (ii) baza iddia sənədi Razılığa gələn Təşkilatın İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi, Razılığa gələn bu təşkilata üzv dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn təşkilatın ərazisində həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (2) beynəlxalq qeydiyyat üçün iddia sənədi (bundan sonra “beynəlxalq iddia sənədi”), baza iddia sənədi verilən və ya baza qeydiyyatı aparılan (bundan sonra “mənşə İdarəsi”) İdarə vasitəsilə Beynəlxalq büroya verilməlidir. Maddə 4. (1)(a) Qeydiyyat tarixindən və ya 3 və 3ter maddələrinin müddəalarına müvafiq qeydlərin daxil edildiyi tarixdən, Razılığa gələn hər maraqlı Tərəfdə nişanın mühafizəsi, həmin nişanın Razılığa gələn bu Tərəfin bilavasitə İdarəsində saxlanıldığı kimi olacaqdır. Əgər Beynəlxalq büroya 5 (1) və (2) maddələrinə müvafiq hər hansı imtina ilə bağlı bildiriş verilməyibsə və ya əgər bu maddəyə uyğun imtina barədə bildiriş verilib və sonradan geri götürülübsə, onda göstərilən tarixdən Razılığa gələn maraqlı Tərəfdə nişanın mühafizəsi Razılığa gələn bu Tərəfin İdarəsində həmin nişanın qeydiyyatı ilə yaranan mühafizə ilə eyni olacaqdır.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Baxılan işdə, iddiaçı Azərbaycan Respublikasında qeydiyyata alınmış “xxxx” əmtəə nişanının sahibi kimi cavabdehin ölkəyə həmin nişan altında mallar idxal etməklə onun müstəsna hüquqlarını pozduğunu bildirərək əmtəə nişanından istifadənin qadağan olunmasını və gömrükdə saxlanılmış malların məhv edilməsini tələb edir. Cavabdeh isə idxal etdiyi malların iddiaçının qeydiyyatının əhatə etdiyi əmtəələrə deyil, başqa əmtəə sinfinə aid olduğunu, həmin malların əmtəə nişanının xarici hüquq sahibi tərəfindən qanuni istehsal edildiyini və onunla bağlanmış distribütorluq müqaviləsi əsasında ölkəyə gətirildiyini göstərərək iddiaya etiraz edir.

50. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı təmin edərkən belə nəticəyə gəlmişlər ki, iddiaçı “xxxx” əmtəə nişanının Azərbaycan Respublikasında 03, 35 və 39-cu siniflər üzrə qüvvədə olan qeydiyyatının sahibidir, cavabdeh isə həmin nişandan iddiaçının razılığı olmadan istifadə etməklə eyni nişan altında malları ölkəyə idxal etmişdir. Məhkəmələr cavabdehin idxal etdiyi malların 21-ci sinfə aid olması, türk şirkətinin əvvəlki yerli və qüvvədə olan beynəlxalq qeydiyyatı, habelə cavabdehin sonradan əldə etdiyi qeydiyyat şəhadətnaməsi barədə dəlillərini qəbul etməmişlər.

51. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün hallar tam və hərtərəfli araşdırılmamışdır.

52. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanı sahibinin müstəsna hüququ qeydiyyata alınmış əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərə, habelə onlarla eyni və ya oxşar əmtəə və xidmətlərə münasibətdə yaranır. Həmin Qanunun 32-ci maddəsinə görə isə hüquq pozuntusu nişan sahibinin razılığı olmadan onun hüquqlarının şamil olunduğu əmtəələrə münasibətdə əmtəə nişanından istifadə edildikdə baş vermiş hesab olunur.

53. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hazırkı iş üzrə ilk növbədə müəyyən edilməli olan hal, cavabdehin idxal etdiyi malların iddiaçının qeydiyyata alınmış əmtəə nişanının hüquqi mühafizəsinin əhatə etdiyi əmtəələrə aid olubolmamasıdır. Məhz bu hal müəyyən edilmədən iddiaçının hüquqlarının pozulduğu və nəticə etibarilə onun əmtəə nişanından istifadənin qadağan olunmasını və malların məhv edilməsini tələb etmək hüququnun yaranması barədə nəticəyə gəlmək mümkün deyildir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin dəlilləri üzrə də hərtərəfli qiymətləndirmə aparılmadan nəticəyə gəlinməklə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun istinad olunan normalarının tələbləri pozulmuşdur.

55. İşin materiallarından görünür ki, iddiaçının adına əmtəə nişanı 03-cü sinif üzrə, o cümlədən makiyaj təmizləyici preparatlarla hopdurulmuş salfetlər, silmək üçün vasitələr və yuyucu vasitələrlə hopdurulmuş təmizləyici əskilər üçün qeydiyyata alınmışdır. Cavabdeh isə bildirmişdir ki, idxal etdiyi mallar Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 21-ci sinfinə aid olan təmizlik süngərləri və təmizlik bezləridir və bu mallar iddiaçının qeydiyyatının əhatə dairəsinə daxil deyildir.

56. İşdə olan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsinin ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, idxal olunmuş mallardan nümunələr götürülərək onların texniki xüsusiyyətləri müəyyən edilmiş, təqdim edilmiş təmizlik bezlərinin hopdurulmamış, sırınmamış, təkrarlanmamış və örtüksüz materiallardan ibarət olduğu, süngərlərin isə poliuretan əsaslı məişət təyinatlı süngərlər olduğu göstərilmişdir.

57. Bununla belə, apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyində təsvir olunan malların hansı səbəbdən iddiaçının qeydiyyatının əhatə etdiyi mallarla eyni və ya oxşar hesab edilməli olduğu ilə bağlı zəruri əsaslandırma aparmamış, MPM-nin 88 və 103-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə yalnız 21-ci sinfin faktiki və hüquqi baxımdan 03-cü siniflə birbaşa əlaqəli olan məhsul qruplarını istisna etmədiyini qeyd etməklə kifayətlənmiş, lakin bu nəticəyə hansı sübutlar və ya hansı xüsusi biliklər əsasında gəldiyini göstərməmişdir.

58. Halbuki, hər iki tərəfin istinad etdiyi, müvafiq malın sinif üzrə təsnifatı ilə bağlı məsələlər hüquqi olmaqla yanaşı, həm də xüsusi bilik tələb edən texniki məsələlərdir. Belə ki, idxal edilmiş malların fiziki xüsusiyyətlərinin, onların hopdurulmuş və ya hopdurulmamış olması, funksional təyinatı, habelə əmtəə nişanının müvafiq sinif üzrə qeydiyyatının əhatə etdiyi mallarla eyniliyi və ya oxşarlığı barədə nəticəyə gəlmək yalnız təqdim edilmiş sənədlərin formal müqayisəsi ilə deyil, zərurət yarandığı halda xüsusi biliklərdən istifadə edilməklə mümkündür.

59. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualların izah edilməsi üçün məhkəmə işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

60. Mülki prosessual qanunvericiliyə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülsə də, bu, məhkəmənin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsində passiv mövqe tutmasını nəzərdə tutmur. Təqdim edilmiş sübutlar arasında ziddiyyət mövcud olduqda və həmin ziddiyyətin aradan qaldırılması xüsusi bilik tələb etdikdə, məhkəmə qanunla ona verilmiş prosessual imkanlardan istifadə etməklə həmin halları aydınlaşdırmalıdır. Məhz bu səbəbdən də, prosessual qanunvericilik zəruri hallarda məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etmək hüququnu müəyyən etmişdir (MPM-nin 97.1-ci maddəsi) .

61. Bundan əlavə, baxılan iş üzrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunsa da, əqli mülkiyyət hüquqları sahəsində tənzimləməni həyata keçirən həmin qurumun iddianın hazırda yoxlanılan hissəsi üzrə mövqeyi dəqiqləşdirilməmişdir.

62. Kassasiya şikayətinin digər dəlili iddiaçının istinad etdiyi əmtəə nişanı üzərində hüquqların hazırkı hüquqi vəziyyətinin məhkəmələr tərəfindən nəzərə alınmaması ilə bağlıdır. Cavabdehin istinadı ondan ibarətdir ki, Renksan Plastik Sünger Sanayi ve Ticaret Limited Şirkətitürk şirkətinin müraciəti əsasında Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçıya məxsus “xxxx” əmtəə nişanının qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul etmişdir.

63. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının əmtəə nişanının hüquqi statusu ilə bağlı aparılan inzibati və məhkəmə icraatlarının nəticələrinin hazırkı mübahisəyə təsiri də qiymətləndirməklə, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinə yekun hüquqi qiymət verilməlidir.

64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o halda əsaslı hesab edilir ki, iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam araşdırılmış, sübutlar məcmu halında qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticələr müəyyən edilmiş faktlardan irəli gəlmiş olsun.

65. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).

66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- ilk iddianın təmin edildiyi hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı ilk növbədə, cavabdehin idxal etdiyi malların iddiaçının qeydiyyata alınmış əmtəə nişanının hüquqi mühafizəsinin şamil olunduğu əmtəələrə aid olub-olmaması, zərurət yarandığı halda xüsusi biliklərdən istifadə etməklə müəyyən edilməli, Dövlət Gömrük Komitəsinin ekspert rəyinə və digər sübutlara məcmu halında hüquqi qiymət verilməlidir. Həmçinin əmtəə nişanı üzərində hüquqların mövcudluğu ilə bağlı əlaqəli inzibati və məhkəmə icraatlarının nəticələri nəzərə alınmaqla tərəflərin subyektiv hüquqları müəyyən edildikdən sonra mübahisəyə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun yekun hüquqi qiymət verilməlidir.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi qismən - ilk iddianın təmin edildiyi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar