Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-193/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair ilk iddia və cavabdeh3 İddiaçı QSC-yə qarşı kredit razılaşmasına əlavələrin etibarsız hesab edilməsi, faizlərin və cərimələrin ləğv edilməsi və s. tələblərinə dair qarşılıqlı iddiadan ibarət iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsindən irəli gələn borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında iddiası, habelə cavabdeh cavabdeh3 iddiaçı İddiaçı QSC-yə qarşı kredit razılaşmasına əlavələrin etibarsız hesab edilməsi, faizlərin və cərimələrin ləğv edilməsi, ödənilmiş məbləğin borca silinməsi barədə qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı QSC ilə borcalan cavabdeh3 arasında 2019-cu il ## #### tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana illik 28% olmaqla 120 ay müddətinə 250.000 manat məbləğində kredit xətti açılmışdır.
2. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi eyni tərəflər arasında 2019cu il ## #### tarixli ***M************ nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 37.600 manat müəyyən edilmişdir.
3. Uzunmüddətli kredit müqaviləsi çərçivəsində eyni tərəflər arasında 2019-cu il ## #### tarixli krеdit razılaşması bağlanmışdır. Razılaşmaya əsasən bank tərəfindən borcalana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla 35.000 manat məbləğində krеdit verilmişdir.
4. Tərəflərin imzaladıqları 2020-ci il ## ######, 2020-ci il ## ###### və 2022-ci il ## ###### tarixli sazişlərlə restrukturizasiya məbləği və faiz məbləği razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və tərəflər arasında müqavilə münasibətlərinin son tarixi olaraq ödənişin sonuncu tarixi olan 2023-cü il ## ###### müəyyən edilmişdir.
5. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi “xxxx" QSC ilə cavabdeh1 və cavabdeh2 arasında 2022-ci il ## ######## tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. Iddiaçı İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 (bundan sonra – birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda “cavabdeh3”, “cavabdeh1” və “cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlərdan müştərək qaydada iddiaçının хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 10.999,95 manat krеdit bоrcu, 3.040,45 manat faiz bоrcu və 768,46 manat cərimə borcu olmaqla ümumilikdə 14.908,87 manat borcun, 134,73 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının tutulması, tələbin cavabdeh3 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən borcun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 2023-cü il ## ###### tarixindən banka qaytarmamışdır. cavabdeh3 götürdüyü krеdit borcundan 24.000,05 manat ödəmiş, onun 10.999,95 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2024-cü il ## ###### tarixə 396 gün üçün hesablanmış faiz borcu 3.040,45 manat, hеsablanmış cərimə borcu 768,46 manat təşkil edir.
8. Eyni zamanda cavabdeh3 ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, iddiaçı ilə arasında bağlanmış 2019-cu il ## #### tarixli ***R********** saylı kredit razılaşmasına edilmiş 2020-ci il ## ###### tarixli ***R***********S saylı, 2019-cu il ## ###### tarixli ***R**********SA saylı və 2022-ci il ## ###### tarixli ***R**********SB saylı əlavələrin etibarsız hesab edilməsi, fors-major baş verdiyi 2019-cu il ## ###### tarixdən sonra hesablanmış (müqavilənin müddəti bitənədək və eləcə də bitdikdən sonra) bütün faizlərin və cərimələrin ləğv edilməsi, ödənilmiş pul məbləğlərinin 2019-cu il ## #### tarixli ***R********** saylı razılaşması üzrə əsas borca və fors-majorun baş verdiyi 2019-cu il ## ###### tarixədək hesablanmış faizlərə aid edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi halların heç bir hüquqi və faktiki əsası yoxdur. Çünki bank ədalətsiz yanaşma sərgiləməklə yanaşı, ondan şişirdilmiş borc məbləği tələb etmiş, fors-majorla (qarşısıalınmaz qüvvə) bağlı hallara heç bir əhəmiyyət verməmiş, faizlərin hesablanmasını dayandırmamış, əksinə mövcud krediti restrukturizasiya etməklə ondan daha da artıq faizlər tələb etmiş, bununla da qanunvericiliyin və müqavilənin müvafiq şərtlərini pozmuşdur. Belə ki, kredit 2019-cu il ## #### tarixli uzunmüddətli kredit müqaviləsinin əsasında verilmişdir. 2019-cu il ## #### tarixli müqavilə, eləcə də onun əlavələri isə həmin müqavilənin tərkib hissəsi hesab olunur. Çünki bütün zaminlik və girov müqavilələri onu aldatmaqla məhz 120 ay müddətinə bağlanmış 2019-cu il ## #### tarixli müqaviləyə şamil edilir. Həmin uzunmüddətli kredit müqaviləsi bağlanarkən eyni zamanda kredit razılaşması da bağlamış, həmin razılaşmaya əsasən 15.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit tam şəkildə ödənildiyi üçün iddiaçı iddiada heç bir məlumat qeyd etməmişdir. 2019-cu il ## #### tarixli kredit razılaşmasına əsasən götürdüyü 35.000 manat kredit üzrə tərəfindən ümumilikdə 39.763,94 manat ödəniş olunduğuna baxmayaraq bank ərizəsinə əsasən hələ də 10.999,95 manat əsas, 3.040,45 manat faiz borcu qalmaqdadır. Tələb olunan məbləğləri də ödəyərsə o zaman 35.000 manat kreditə görə banka 53.804,34 manat ödəməli olacaqdır ki, bu nə ədalətli, nə də qanunidir. Qarşılıqlı iddia üzrə cavabdehin qeyd etdiyi kimi ödədiyi 39.763,94 manat puldan 24.000,05 manat əsas borca silinsə də qalan 15.763,89 manat isə faiz borcuna silinmişdir. Bu yetmədiyi kimi cavabdeh ondan yenə də 3.040,05 manat tələb edir. Qeyd edilənlərdən əlavə olaraq iddia tələbinin qanunsuz və əsassız olmasının başqa bir dəlili 2019-cu il ## #### tarixdə kredit götürdükdən cəmi 4 ay sonra 2019-cu il ## ###### tarixdə fors major baş verməsinə baxmayaraq, bank tərəfindən həmin dövrlər üzrə faiz hesablanmasının dayandırılmaması və krediti ödəmək öhdəliyindən azad edilməməyindən ibarətdir. Əksinə iddia ərizəsində də qeyd edildiyi kimi 3 dəfə ödəniş qrafikinə dəyişiklik edilməklə əsas borcun ödənişinə möhlət verilmişdir ki, bununla da əsas borcun ödənişi təxirə salındığı üçün əsas borca görə daha çox faiz hesablanmışdır. Belə ki, iddiaçının da bildirdiyi kimi sahibkarlıq fəaliyyəti göstərmişdir və fəaliyyəti əsasən elektrik malları satışından ibarət olmuşdur. Bir neçə il əvvəl baş vermiş yanğın olaylarında adı hallanan “Euro Home” ticarət mərkəzində yerləşən ** saylı ticarət obyekti ona məxsus olmuş və həmin mağazada “Uğur Elektrik” adı ilə yanğın baş verənədək fəaliyyət göstərmişdir. “Euro Home” ticarət mərkəzində 2019cu il ## ###### tarixdə baş vermiş dəhşətli yanğın bir çox sahibkar kimi onu da həm mənəvi, həm maddi cəhətdən sarsıtmış, bütün maddi aktivlərini, qazancını illərlə işləyib topladığı və mal-materiallara verdiyi pulunu kül eləməklə yanaşı, ümidlərini də puç etmişdir. Hadisə baş verdikdən sonra FHN-nin Əməliyyat Istintaq idarəsi tərəfindən xeyli müddət istintaq aparılmış, “Euro Home” mərkəzinin bir neçə əməkdaşı həbs olunaraq barələrində cinayət hökmü çıxarılmışdır. Bunlar bütün sahibkarların və eləcə də onun zərərinin ödənilməsinə heç bir xeyri olmamışdır. Hadisə baş verdikdən sonra xeyli müddət bu hadisənin şokunu yaşamış və bunun ağır nəticələrini sonradan hiss etmişdir. FHN-nin Əməliyyat Istintaq Idarəsi tərəfindən 2019-cu il ## ###### tarixdə ona arayış təqdim edilmişdir və arayışda qeyd edilmişdir ki, “...arayış cavabdeh3 ona görə verilir ki, həqiqətən də 2019-cu il ## ###### tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi İ ünvanında yerləşən “Euro Home” ticarət mərkəzində vermiş yanğın nəticəsində ona məxsus olan ** nömrəli "Uğur Elektrik” adlı mağaza içərisindəki mallarla birlikdə yanaraq məhv olmuşdur. Arayış “Access Bank”-ın Binəqədi rayon filialına təqdim edilmək üçün verilir...” Iş materiallarına əlavə etdiyi arayışdan görünür ki, həqiqətən yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə və həmin hadisədə onun mağazasındakı malların yanması barədə səlahiyyətli dövlət orqanının rəsmi mövqeyi var. Belə ağır məşəqqətli bir ərəfədə isə Bank bütün məsələləri, hadisələri, hadisə barədə onlara verdiyi arayışı görməzdən gələrək, fors majorla bağlı nə qanunvericiliyin, nə də işgüzar praktikanın tələblərinə əməl etməmiş, 2020-ci il ## ###### tarixli əlavədə (***R**********S saylı dəyişiklik) əsas borcun ödənişinə 5 ay möhlət verməklə, həmin ərəfədə yalnız faizlərin ödənişini nəzərdə tutan ödəniş planı təsdiq edilmişdir. Bununla da 5 ay ərzində əsas borc dəyişməz olaraq qalmaqla daha çox faiz hesablanmışdır. Yəni əgər əsas borcun ödənişi aybay azalsa idi o zaman azalan əsas borca görə daha az faiz ödəməli olacaqdır. Bank əməkdaşları isə guya özünü humanist kimi göstərərək ona yardım etmiş və əslində isə onu maddi cəhətdən daha ağır və daha əlverişsiz vəziyyətə salmışdır. Bundan əlavə bank onun gecikən faizlərini əsas borcunun qalığı ilə toplamaqla 32.224,33 manat restrukturizasiya məbləği müəyyən etmiş və həmin məbləğə 2020-ci il ## ###### tarixədək aylıq 0,8333 faiz hesablamışdır. Sonrakı iki dəyişikliklər də (2020-ci il ## ###### tarixli ***R**********SA saylı və 2022-ci il ## ###### tarixli ***R**********SB saylı əlavələr) yalnız bankın mənafeyinə xidmət etmişdir. Belə ki, 2020-ci il ## ###### tarixli dəyişiklikdə həmin tarixdə gecikmədə olan faizlər əsas borcun qalığı ilə toplanmaqla 30.700,67 manat məbləğində restrukturizasiya məbləği müəyyən edilmiş və həmin məbləğə aylıq 1,75 faiz dərrəcəsi (illik 21 faiz) ilə 2022-ci il ## ###### tarixədək faiz hesablamışdır. Daha sonra 2022-ci il ## ###### dəyişikliyə əsasən həmin kredit üzrə faizləri əsas borcun qalığı ilə toplamaqla krediti restrukturizasiya etmiş, 16.017,81 manat məbləğ müəyyən edərək aylıq 1,75 faiz (illik 21 faiz) ilə məhkəməyə müraciət edildiyi tarixədək faiz hesablanmışdır. Belə ki, bank ilk restrukturizasiyada əsas borcun ödənişinə 5 ay möhlət verməklə və gecikən faizləri əsas borcun qalığı ilə toplamaqla, sonrakı restrukturizasiyalarda isə gecikən faizi əsas borcun qalığı ilə toplayaraq həmin məbləğdə faizlər hesablamaqla, onu əlverişsiz ağır vəziyyətə salmışdır. Cavabdehin hüquqi və iqtisadi savadının olmamasından, həmin ərəfədə krediti götürdüyü tarixdən (2019-cu il ## #### ) təxminən dörd ay sonra baş vermiş yanğın (2019-cu il ## ######) səbəbindən bütün idarəetməni itirməyindən istifadə edərək onu açıq-açığına soymuş və bu əməli hələ də davam etdirmək niyyətindədir. Baş vermiş yanğın hadisəsi qarşısı alınmaz qüvvənin nəticəsində baş vermiş hadisə hesab edilməklə, onun nəticələrini aradan qaldırılmasınadək borclunu öhdəliklərin icrasından azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – “MM”) konkret olaraq fors-majorla bağlı tənzimləmə olmasa da ayrıayrı normativ aktlarda bununla bağlı analoji hesab edilən normalar vardır.
10. Cavabdehlər cavabdeh1 və cavabdeh2 zaminliyə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının 2019-cu il ## #### tarixli ***R********** saylı kredit razılaşması üzrə 10.999,95 manat kredit borcu, 3.040,45 manat faiz borcu və 768,46 manat cərimə borcu omaqla, cəmi 14.908,87 manat borcun, 134,73 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilmsəi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının onlardan tutulması hissəsində iddiaya müddət tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
11. Ərizə belə əsaslandırılmışdır ki, hazırda iş məhkəmənin icraatında olduğu dövrdə onlara məlum olmuşdur ki, borcalanla bank kredit razılaşmasına 2020-ci il ## ###### tarixdə (***R**********S saylı dəyişiklik) edərək əsas borcun 5 ay möhlət verməklə, həmin ərəfədə yalnız faizlərin ödənişini nəzərdə tutan ödəniş planı təsdiq etmişdir. Bununla da 5 ay ərzində əsas borc dəyişməz olaraq qalmaqla yanaşı daha çox faiz hesablamış, onları əlverişsiz vəziyyətə salaraq, vəziyyətlərini ağırlaşdırmışdır. Başqa sözlə əsas borca möhlət verilməsə, ödənilən ödənişlər əsas borcdan silinər və həmin ödənilmiş əsas borcun hissəsi faiz hesablamazdı. Bank tərəfindən isə ədalətsiz şəkildə addım atılmaqla onsuz da ödənişdə çətinliyin olduğu kreditin əsas borcuna möhlət verməklə bağlı qrafik təsdiq etmiş, bununla da onlardan artıq faiz almışdır. Bundan sonra bank 2020-ci il ## ###### tarixdə (***R**********SA saylı dəyişiklik) həmçinin 2022-ci il ## ###### tarixdə etdiyi dəyişikliyə əsasən gecikmədə olan faizləri əsas borcun qalığı ilə toplamış, 30700,67 manat məbləğində restrukturizasiya məbləği müəyyən edilmiş, bu məbləği əsas məbləğ kimi göstərməklə, həmin məbləğə görə növbəti dəyişikliyin edildiyi tarixədək aylıq 1,75 faiz dərəcəsi ilə faiz hesablamışdır. Növbəti dəyişikliyin edildiyi, 2022-ci il ## ###### tarixdə yenə də kredit üzrə faizləri əsas borcun qalığı ilə toplamaqla, onu restrukturizasiya etmiş, borcun qalığını süni şəkildə şişirtməklə 16.017,81 manat məbləğ müəyyən etmiş, bu məbləğə aylıq 1,75 faiz ilə məhkəməyə müraciət edildiyi tarixədək faiz hesablamışdır. Buna görə də iddiaçı birinci dəyişiklik zamanı əsas borcun ödənişinə 5 ay möhlət verməklə, eləcə də əsas borcun qalığı ilə gecikən faizləri toplamaqla, sonrakı restrukturizasiya isə gecikən, faizi əsas borcun qalığı ilə toplayaraq həmin məbləğdə faizlər hesablamaqla, onları ağır və əlverişsiz vəziyyətə salmışdır. Bütün bunlar borcalanın hüquqi və iqtisadi savadının olmamasından, həmin ərəfədə baş vermiş yanğın səbəbindən borcalanın psixoloji vəziyyətinin pis olması ilə əlaqədar bankın sui-istifadə etməsi ilə bağlı olmuşdur. Zamin olaraq bu dəyişikliklər onun üçün əlverişsiz vəziyyət yaratdığına, vəziyyətlərini ağırlaşdırdığına görə hər ikisinin 2022-ci il ## ######## tarixli zaminlik müqaviləsinə xitam verilməlidir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2019-cu il ## #### tarixli ***R********** saylı krеdit razılaşması üzrə 10.999,95 manat krеdit bоrcu, 1.006,25 manat faiz bоrcu və 400 manat cərimə borcu olmaqla ümumilikdə 12.406,20 manat qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127,22 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının cavabdеhlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutma ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən cavabdeh cavabdeh3 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evin açıq hərracdan satılması və fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdеhlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh3a qaytarılması, qarşılıqlı iddia tələbin isə təmin olunmaması qət edilmişdir (hakim – G.Quliyeva).
13. Məhkəmə ilk iddia ilə bağlı qeyd etmişdir ki, iddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin 2019cu il ## #### tarixli krеdit razılaşması üzrə 10.999,95 manat krеdit borcu vardır. Iddiaçı verdiyi kredit məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etmişdir.
14. Mötəbərliyi şübhə doğurmayan məhkəmə-mühasibatlıq ekspertizasının 2025ci il ## ### tarixli */**** nömrəli rəyinə əsasən kredit razılaşması üzrə 2023-cü il ## ###### tarixə faiz borcu üzrə 1006,25 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir.
15. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 2019-cu il ## #### tarixli krеdit razılaşması üzrə cərimə azaldılaraq 400 manat müəyyən edilməlidir.
16. Məhkəmə eyni zamanda digər cavabdehlər cavabdeh1a və cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, cavabdeh3 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. cavabdeh3 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən cavabdeh1 və cavabdeh2 iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi üçün isə işdə hər hansı əsas yoxdur. Belə ki, zaminlər bankla uzunmüddətli kredit müqaviləsi çərçivəsində, məbləğ, faiz dərəcəsi və müddətlə bağlı razılaşmış və borclunun həmin uzunmüddətli kredit müqaviləsi üzrə götürəcəyi kreditlərin ödənilməsinə görə kredit alanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit razılaşması və ona əlavələr də həmin uzunmüddətli kredit müqaviləsi əsasında və həmin çərçivədə bağlanmışdır.
17. Iş materiallarında olan bildiriş məktubuna görə, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ona görə də, tələb üzrə tutma ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən cavabdeh cavabdeh3 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdеhlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh cavabdeh3a qaytarılmalıdır.
18. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə bildirmişdir ki, iş materiallarına görə, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması və kredit razılaşmalarına bağlanmış əlavələr qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və həmin əqdlərin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü arqumentlər müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır. Qarşılıqlı iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir. Bundan başqa tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsində və ya kredit razılaşmasında fors-major halları ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Qarşılıqlı iddiaçı əmlakının yanğın nəticəsində məhv olduğunu, bu halın bank tərəfindən fors-major halı kimi qiymətləndirilməli olması, ona güzəşt olunmasını qeyd etsə də cavabdehin əmlakında yanğının baş verməsi nəticəsində əmlakın məhv olması götürülmüş kreditin və ya faizlərin ödənilməməsi üçün əsas ola bilməz.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 319.1, 324.1, 337.1, 337.2, 385.1, 386.1, 389.1, 390.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 467-ci və 2023-cü il # ####### tarixədək qüvvədə olan 739.1 və 739.2-ci maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
22. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin 2019-cu il ## #### tarixli krеdit razılaşması üzrə müqavilə müddətinin bitdiyi 2023-cü il ## ###### tarixə ekspert rəyinə əsasən əsas borc üzrə 11.423,86 manat, faiz borcu üzrə 1.006,25 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
23. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin kökündə tələb etmənin əsası kredit, zaminlik və ipoteka müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan və zaminlərdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir.
24. Iddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan 2019-cu il ## #### tarixli ***L************ nömrəli uzunmüddətli “kredit” müqaviləsi MM-in 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlanmış və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh cavabdeh3 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Bundan sonra həmin uzunmüddətli “kredit” müqaviləsi üzrə kredit razılaşması və müqavilənin müddəti və ödəniş qaydasına dəyişikliklər edilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
25. Borc məbləğinin düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 2025-ci il ## ### tarixli */**** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2019-cu il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə kredit müqaviləsinin müddətinin bitdiyi 2023-cü il ## ###### tarixə əsas borc üzrə 11.423,86 manat, faiz borcu üzrə 1.006,25 manat təşkil edir.
26. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə olan faiz borcunu ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.
27. Eyni zamanda məhkəmə ekspert rəyində əsas borc məbləğləğinin tələb olunan həddən çox göstərilməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği iddia tələbində qeyd olunan həcmdə müəyyən edilməlməklə düzgün nəticəyə gəlinmişdir. Çünki, MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də, birinci instansiyası məhkəməsinin ekspert rəyində göstərilən 11.423,86 manat əsas borcun deyil, iddia həddində 10.999,95 manat məbləğində olan əsas borcun tutulmasında haqlı olmuşdur.
28. Məhkəmə cavabdehlərdən faiz borcunun tutulması barədə iddia tələbini əsaslı hesab edərək bildirmişdir ki, kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 2023-cü il ## ###### tarixində bitmiş və həmin tarixə ekspert rəyinə əsasən borcalanın 1.006,25 manat faiz borcu olmuşdur. Müqavilə müddəti bitdikdən sonra isə müqaviləyə istinadən faiz borcunun hesablanmasının qanuni əsası olmadığından birinci instansiyası məhkəməsinin faiz borcunu rəydə göstərilən məbləğdə tutulmasında olan mövqeyi qanuni olmuşdur.
29. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də əsaslı hesab edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndində dəbbə pulu barədə şərt mövcuddur. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
30. Kollegiya, borcun zamin olan cavabdehlər cavabdeh1 və cavabdeh2 tutulmasını əsaslı hesab edərək bildirmişdir ki, zaminlər birinci instansiyası məhkəməsinə zaminliyə xitam verilməsi ilə bağlı ərizələr vermişlər. Lakin, zaminlik müddəti iddia müddəti deyil kəsiçi müddətdir ki, kəsiçi müddətin tətbiq edilməsi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur. Iddiaçı ilə borcalan arasında 2019-cu il ## #### tarixində illik faiz dərəcəsi 28% olmaqla 120 ay müddətinə, 2029-cu il ## #### tarixədək 250.000 manat məbləğinə dair ***L************ nömrəli uzunmüddətli krеdit хətti müqaviləsi bağlanmış və sonrakı kredit razılaşması məhz uzunmüddətli kredit xətti müqaviləsi əsasında bağlanmışdır. Zaminlər uzunmüddətli kredit xətti müqaviləsi üzrə zaminliyi üzərlərinə götürmüş və hazırda həmin müqavilənin müddəti bitməmişdir. Zaminliyə xitam verilməsinin əsasları isə MM-in 477-ci madddəsində nəzərdə tutulmuş və hazırki vəziyyətdə 477-ci maddədə sadalanan əsaslar mövcud olmamaqla zaminə qarşı tələbin irəli sürülməsi üçün müəyyən edilmiş müddətlər də ötürülməmişdir.
31. Məhkəmə qeyd olunanları nəzərə alaraq bildirmisdir ki, işin bu halları tutmanın borcalana məxsus ipoteka predmetinə yönəldilməsi üçün də əsasdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş rəyə əsasən, ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən cavabdeh cavabdeh3 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 80.000 manat, likvid qiyməti 70.000 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini 70.000 manat məbləğində müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini 70.000 manat məbləğində müəyyən etmişdir.
32. Cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən – kredit razılaşmasına edilmiş əlavələrdə müddətin uzadılmasının açıq şəkildə göstərilməməsi, lakin ödəniş qrafikində ödənişlərin 2023-cü ilədək davam etməsinin nəzərdə tutulması; – bank tərəfindən kreditin restrukturizasiya edilməsi zamanı borcalanın psixoloji vəziyyətindən və fors-major şəraitindən sui-istifadə edilməsi; – baş vermiş yanğın hadisəsinin fors-major halı kimi qiymətləndirilməməsi; – müqavilə müddəti bitdikdən sonra faizlərin hesablanmasının Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd olması; – birinci instansiya məhkəməsinin sübutlara lazımi hüquqi qiymət verməməsi dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin dəlillər qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il ## #### tarixli kredit razılaşmasına sonradan 2020-ci il ## ######, 2020-ci il ## ###### və 2022-ci il ## ###### tarixli yazılı əlavələr edilmiş, həmin əlavələr borcalan tərəfindən imzalanmış və icra olunmuşdur. Apellyasiya şikayətində göstərilən “müddətin gizli şəkildə uzadılması” iddiası isə iş materialları ilə təsdiqini tapmamışdır. Belə ki, kredit razılaşmalarına edilmiş əlavələrə qoşulmuş ödəniş qrafikləri borcalana təqdim edilmiş, borcalan həmin qrafiklər üzrə ödənişlər həyata keçirmişdir. Bu isə onun müqavilə şərtləri ilə tanış olduğunu və razılaşdığını təsdiq etmişdir. Göründüyü kimi, tərəflər müqaviləyə yazılı sənədin tərtib edilməsi yolu dəyişikliklər etmiş və bu hal qanuna zidd olmamışdır. Qarşılıqlı iddiaçı, bank tərəfindən aldatmaya məruz qalmasını iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Subyektiv psixoloji vəziyyətin mövcudluğu özüözlüyündə müqavilənin etibarsızlığı üçün hüquqi əsas təşkil etmir. Yanğın hadisəsinin baş verməsi faktı özü-özlüyündə kredit öhdəliyinin icrasından azadolma və ya faizlərin avtomatik ləğvi üçün əsas deyildir. Tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsində və ya kredit razılaşmasında fors-major halları ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Qarşılıqlı iddiaçı əmlakının yanğın nəticəsində məhv olduğunu, bu halın bank tərəfindən fors-major halı kimi qiymətləndirilməli olması, ona güzəşt olunmasını qeyd etsə də cavabdehin əmlakında yanğının baş verməsi nəticəsində əmlakın məhv olması götürülmüş kreditin və ya faizlərin ödənilməməsi üçün əsas deyildir və hər bir hüquqi və ya fiziki şəxs bu hallarla bağlı əmlakını sığorta etdirməkdə sərbəstdir.
33. Apellyasiya şikayətində Konstitusiya Məhkəməsinin faizlərin yalnız müqavilənin qüvvədə olduğu müddətdə tələb oluna bilməsinə dair hüquqi mövqeyinə istinad edilmişdir. Lakin iş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında kredit münasibətləri sonradan bağlanmış əlavələrlə davam etmiş, kredit müqaviləsinin müddəti razılaşdırılmış qaydada uzadılmış və müqavilə qüvvədə olmuşdur. Bu səbəbdən faizlərin hesablanması müqavilənin qüvvədə olduğu dövrə aid olmuşdur və birinci instansiyası məhkəməsi tərəfindən borcun məbləğinə dair araşdırması məhz müqavilənin bitdiyi 2023-cü il ## ###### tarixədək olan dövrü əhatə etmişdir. Eyni zamanda iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl xitamına dair tərəflərin iradə ifadəsini əks etdirən yazışmalar da mövcud deyildir.
34. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilələrin etibarsızlığını, aldatma faktını, bankın sui-istifadəsini və faizlərin qanunsuz hesablanmasını təsdiq edən yetərli və mötəbər sübutlar təqdim edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
35. Məhkəmə cavabdehin iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının rəyi ilə razı olmaması dəlilinə münasibətdə qeyd etmişdir ki, Baxılan işdə ekspert və qiymətləndirmə rəyləri kifayət qədər aydın və tamdır. Rəylərin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələbi formal və əsassızdır. Odur ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 270.1, 279, 295, 317, 319.1, 385.1, 386.1, 390.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 447.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 470.1, 471, 472.1, 472.2, 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4, (739.1, 739.2 müqavilə bağlanan zaman qüvvədə olan redaksiya) və 743-cü maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.6, 33, 34.1.1, 34.1.2, 39.3.2, 39.3.3-cü maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1, 36.1 və 36.6-cı maddələrinə, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 103.1 və 218.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 462.1, 467, 372.1, 373.2, 377.2, 384.0.4, 745.4-cü maddələri və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddələri üzrə kredit razılaşmasına edilmiş əlavələrdə müddətin uzadılmasının nəzərdə tutulmamasını, həmin əlavələrə qoşulmuş ödəniş qrafikində isə ödənişlərin 2023-cü ilədək uzandığının nəzərdə tutulduğunu, bununla da iddiaçı bankın cavabdehi aldadaraq, faiz və əsas borcu toplayaraq restrukturizasiya etməklə yanaşı eyni zamanda kreditin müddətini də onun məlumatı olmadan uzatdığını qarşılıqlı iddia ərizəsində qeyd etmişdir. Dəlilini bu cür əsaslandırmışdır ki, iddiaçı bank kredit müqaviləsinə edilmiş əlavədə müddətin uzadılmasını göstərməməklə, onun diqqətini yayındırmış, onsuz da yanğın səbəbindən çox ağır psixoloji vəziyyətdə olmağından sui-istifadə edərək qrafiki öz istədiyi formada düzəldərək müqavilənin müddətini uzatmışdır. Bununla da əsassız olaraq, daha çox faiz tələb etməsinə hüquqi zəmin yaratmağa çalışmışdır. Çünki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə borc verən yalnız müqavilənin qüvvədə olduğu dövrdə hesablanmış faizləri tələb edə bilər, müqavilə müddəti bitdikdən sonra isə faizlər tələb edilə bilməzdi. Bank da bunu bildiyi üçün baş vermiş yanğın səbəbindən onsuz da ödəniş edə bilməyəcəyimi bildiyi üçün bu addımı atmışdır. Birinci instansiya məhkəməsi isə bu dəlilə əhəmiyyət verməmiş və heç bir araşdırma aparmamışdır. Bu cür böyük faciəvi və respublikaya səs salmış bir yanğın hadisəsi baş verib, digər sahibkarlarla yanaşı onun da mağazası yanaraq kül olub, o psixoloji olaraq necə sağlam qala bilər. “EuroHome” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində mağazasının yanaraq tamamilə məhv olması onun ödəniş qabiliyyətini tamamilə sıradan çıxartmışdır. Çünki onun başqa gəlir yeri, qazancı yoxdur. Həm fors-major faktoru, həm yanğınla bağlı həminki andakı pxisoloji gərginliyinin olması, bankın isə bundan istifadə edərəkən əlverişsiz şərtlərlə (müddəti uzatmaqla daha çox faiz hesablaması) müqavilə bağlamasına dair dəlillər tələbi əsaslandırmaq üçün yetərli olduğu halda, məhkəmənin əks qənaətə gəlməsinə dair təhlili demək olar ki yoxdur. Məhkəmə qanunun maddələrinə və KM-nin qərarlarına istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da həmin normaların onun dəlillərini təkzib etməsi ilə nə kimi əlaqəsinin olmasını qətnamədə tövsif edə bilməmişdir. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Iddiaçı təşkilatın 768,46 manat məbləğində cərimə tələb etməsi və məhkəməsinin isə cavabdehlərdən 400 manat cərimə tutması tənasübsüz surətdə yüksəkdir. Ona görə də apellyasiya instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehlərdən 20 manat cərimənin tutulmasını ədalətli hesab edilir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehlərin maddi və əmlak vəziyyətinə uyğun hesab edilir. ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilmişdir. Halbuki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin QR-**M saylı 2018-ci il ## ### tarixli qiymətləndirmə rəyindən görünür ki, fərdi yaşayış evinin bazar dəyəri 90.000-100.000 manat təşkil edir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmiş, ekspert rəyini əsas götürərək ipoteka predmetinin ilkin satış qiymətini aşağı məbləğdə müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 2023-cü il ## ###### tarixdə bitmişdir. Iddiaçı isə 1 il müddətində məhkəməyə müraciət etməmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası qeyd edilən halı araşdırmamışdır.
39. MPM-in 88 və 418.1-ci maddələri üzrə - məhkəmə kollegiyası iş materiallarına əlavə olunmuş sübutlara düzgün qiymət verməmiş, yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
41. Kassasiya şikayətinin dəlilləri nəzərə alınaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qismən (zaminlərə aid hissə istisna olmaqla) MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 317. Ipoteka ilə yüklü olan əşyanı satmaq tələbi
317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri
319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.”
“Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 445. Borclunun icranı gecikdirməsi
445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.”
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
“Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya).
Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
“Maddə 743. Kredit müqaviləsinin anlayışı (zamana görə qüvvədə olan redaksiya).
Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.”
43. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 34. Ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması
34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi.” “Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması
39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir;”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
47. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
48. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
49. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
50. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
52. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
53. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.