Məhkəmə qərarları › İş №2-2(1-8)-196/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-196/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-196/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsinin mühüm şərtləri, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC və cavabdeh1 arasında bağlanmış 2023-cü il ## ###### tarixli **- SME-*-****-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşma ilə bank tərəfindən cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 29% olmaqla 300.000 manat məbləğində kredit limiti açılmışdır.

2. İddiaçı ASC və cavabdeh1 arasında bağlanmış 2023-cü il ## ###### tarixli **- SME-*-****-**/* nömrəli kredit verilməsinə dair razılaşma ilə bank tərəfindən cavabdeh1 dövriyyə vəsaitlərin artırılması məqsədilə 36 ay müddətinə, faktiki illik faiz dərəcəsi 14% olmaqla, 175.000 manat kredit verilmişdir. Həmin müqavilənin 12-ci bəndinə əsasən, müqavilə 2023-cü il ## ###### tarixli **-SME-*-****-** nömrəli kredit limitinin ayrılması üzrə razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur.

3. İddiaçı ASC və cavabdeh1 arasında bağlanmış 2023-cü il ## ###### tarixli **- SME-*-****-**/* nömrəli kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəli (1ci tranş üzrə) ilə ilk ödənişin 2023-cü il ## ######, son ödəniş tarixinin isə 2026-cı il ## ###### olmaqla, 125.000 manat kredit məbləği və 28.799,36 manat faiz məbləğinin İddiaçı ASC-yə hissələrlə ödənilməsi razılaşdırılmışdır.

4. İddiaçı ASC və cavabdeh1 arasında bağlanmış 2023-cü il ## ###### tarixli **- SME-*-****-**/* nömrəli kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəli (2ci tranş üzrə) ilə ilk ödənişin 2023-cü il ## ######, son ödəniş tarixinin isə 2026-cı il ## ###### olmaqla, 50.000 manat kredit məbləği və 11.519,09 manat faiz məbləğinin İddiaçı ASC-yə hissələrlə ödənilməsi razılaşdırılmışdır.

5. İddiaçı ASC və cavabdeh2 arasında bağlanmış 2025-ci il ## ###### tarixli Z/*****/** nömrəli zaminlik müqaviləsi ilə zamin 2023-cü il ## ###### tarixli **-SME-*- ****-**/* nömrəli kredit verilməsinə dair razılaşma üzrə borclu qismində çıxış edən cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə olan öhdəliklərini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsinə görə cavabdeh olacağını və kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürmüşdür.

6. 2023-cü il ## ###### tarixli DA/*****/** nömrəli ipoteka müqaviləsi ilə ipoteka qoyan cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində qeyd edilən əmlakın 2023-cü il ## ###### tarixli **-SME*-****-** nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verməyi öhdəsinə götürmüşdür (ipoteka predmeti haqqında məlumat: ünvan 1 ünvanında yerləşən ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2, yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan və 0.1164 ha torpaq sahəsi). İpoteka qoyanın ipoteka ilə yüklü edilmiş əmlak üzərində mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında 2017-ci il ## #### tarixli 610013056562-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiq edilir. İpoteka saxlayanın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatından çıxarış verilmişdir.

7. 2023-cü il ## ###### tarixli ödəniş tapşırığından görünür ki, 124.000 manat pul bank tərəfindən cavabdeh1 hesabına köçürülmüşdür. 2023-cü il ## ###### tarixli kassa məxaric qəbzindən görünür ki, 15.000 manat pul cavabdeh1 tərəfindən bankın kassasından təhvil alınmışdır.

8. 2023-cü il # ###### tarixli kassa məxaric qəbzindən görünür ki, 15.000 manat pul cavabdeh1 tərəfindən bankın kassasından təhvil alınmışdır.

9. 2025-ci il ## ###### tarixli maliyyə arayışında cavabdeh1 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 2025-ci il ## ###### tarixinə banka 106.662,01 manat əsas, 14.978,24 manat faiz, 1.900,55 manat cərimə borcu olmaqla, cəmi 123.540,80 manat borcunun olduğu göstərilmişdir.

10. 2025-ci il ## ###### tarixli maliyyə arayışında cavabdeh1 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 2025-ci il ## ###### tarixinə banka 38.134,85 manat əsas, 4.920,95 manat faiz, 437,76 manat cərimə borcu olmaqla, cəmi 43.493,56 manat borcunun olduğu göstərilmişdir.

11. 2025-ci il # ######## tarixli maliyyə arayışında cavabdeh1 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 2025-ci il # ######## tarixinə banka illik 5 faizlə hesablanmış 3.481,33 manat və 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 2025-ci il # ######## tarixinə banka illik 5 faizlə hesablanmış 1.244,68 manat faiz borcunun olduğu göstərilmişdir.

12. 2025-ci il ## ###### tarixli xəbərdarlıq məktub ilə borclulara 2023-cü il ## ###### tarixli **-SME-*-****-**/* nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində tam ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh2”, “cavabdeh1”) qarşı iddia ərizəsi, bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2023-ci il ## ###### tarixli kredit müqaviləsi üzrə 106.662,01 manat əsas borc, 14.978,24 manat faiz borcu və 1.900,55 manat cərimə borcu, 2025-ci il ## ###### tarixindən 2025-ci il # ######## tarixinədək əsas borca illik 5 faizlə hesablanmış 3.481,33 manat pul olmaqla, cəmi 127022,13 manat borcun, 2023-cü il ## ###### tarixli kredit müqaviləsi üzrə 38.134,85 manat əsas borc, 4.920,95 manat faiz borcu və 437,76 manat cərimə borcu, 2025-ci il ## ###### tarixindən 2025-ci il # ######## tarixinədək əsas borca illik 5 faizlə hesablanmış 1.244,68 manat pul olmaqla, cəmi 44.738,24 manat borcun və 441,05 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması; - tutulmalı məbləğin iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2 , yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan 0.1164 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il ## ###### tarixli kredit limitinin ayrılmasına dair razılaşma ilə cavabdeh1 120 ay müddətinə 300.000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq, cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ünvanında yerləşən, ümumi sahəsi 208.3 m2, yaşayış sahəsi 116.3 m2, yardımçı sahəsi 92 m2 olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evi, 0.1164 ha torpaq sahəsi ilə birgə 2023-cü il ## ###### tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcun təminatı olaraq, 2023-cü il ## ###### tarixində cavabdeh2 ilə zaminlik müqaviləsi də bağlanmışdır. cavabdeh1 2023-cü il ## ###### tarixli kredit müqaviləsi ilə iddiaçıdan illik 14 % olmaqla 36 ay müddətinə 175.000 manat kredit götürmüşdür. Həmin müqavilənin 3cü bəndində qeyd olunan xüsusi şərtlərə görə - 175.000 manat kredit iki tranşla - birinci tranş 36 ay müddətinə 125.000 manat 2023-cü il ## ###### tarixində, ikinci tranş isə 36 ay müddətinə 50.000 manat 2023-cü il ## ###### tarixində verilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən yayınmışdır.

15. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il # #### tarixli */**** nömrəli rəyində göstərilmişdir ki, cavabdeh1 2023-cü il ## ###### tarixli **-SME-*-****-**/* nömrəli krеdit müqaviləsi üzrə 2025-ci il ## ###### tarixinə (1-ci tranş, 125.000 manat üzrə) əsas borcu 106.662,11 manat, faiz borcu 6.004,45 manat olmaqla, ümumilikdə 112.666,56 manat təşkil etmişdir. Borcalan tərəfindən sonuncu ödəniş 2024-cü il ## ######## tarixində aparılmışdır. 2023-cü il ## ###### tarixli **-SME-*-****-**/* nömrəli krеdit müqaviləsi üzrə 2025-ci il ## ###### tarixinə (2-ci tranş, 50.000 manat üzrə) əsas borc 38.134,85 manat, faiz borcu 1.669,16 manat olmaqla, ümumilikdə 39.804 manat təşkil etmişdir. Borcalan tərəfindən sonuncu ödəniş 2024-cü il ## ######## tarixində aparılmışdır.

16. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Mərkəzi Ekspertiza Bürosunun 2025-ci il ## #### tarixli MEB-***-**** nömrəli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 171.600 manat, likvid dəyəri isə 154.500 manat təşkil etmişdir.

17. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək: - iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış 2023-cü il ## ###### tarixli **-SME-*-****-**/* nömrəli kredit müqaviləsi üzrə (1-ci tranş üzrə) 106.662,01 manat əsas borc, 6.004,45 manat faiz borcu, 1.900,55 manat cərimə borcu və 2025-ci il ## ###### tarixindən 2025-ci il # ######## tarixinədək əsas borca illik 5%-lə hesablanmış 3.481,33 manat faiz borcu olmaqla, cəmi 118.048,34 manat və 2023-cü il ## ###### tarixli **- SME-*-****-**/* nömrəli kredit müqaviləsi üzrə (2-ci tranş üzrə) 38.134,85 manat əsas borc, 1.669,16 manat faiz borcu, 437,76 manat cərimə borcu və 2025-ci il ## ###### tarixindən 2025-ci il # ######## tarixinədək əsas borca illik 5%-lə hesablanmış 1.244,68 manat faiz borcu olmaqla, cəmi 41.486,45 manat, ümumilikdə isə 159.534,79 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - tələbin cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinə 0.1164 ha torpaq sahəsi ilə birgə yönəldilməsi; - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 208.3 kv.m, yaşayış sahəsi 116.3 kv.m, yardımçı sahəsi 92 kv.m olan və yaşayış otaqlarının sayı 5 olan fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 154.500 manat müəyyən edilməsi; - ipotekaya qoyulmuş əmlak açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 159.534,79 manat pulun iddiaçının xeyrinə ödənilməsi, qalan məbləğin cavabdeh cavabdeh2 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd olunmuş; - ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 441,05 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat və 36 manat xidmət haqqı olmaqla, cəmi 492,05 manat pulun, həmçinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, cavabdehlər 8,50 manat pulun müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ə.Məmmədli).

18. Məhkəmə kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

19. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb olunmasını ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub cavabdeh cavabdeh1 2025-ci il ## ###### tarixində göndərilmişdir.

20. İddiaçının 2025-ci il ## ###### tarixində cavabdeh cavabdeh1 pretenziya məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun qəbul olunduğu gündən 5 gün sonra müqavilə xitam edilmiş hesab olunmalıdır. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda iddiaçı 2025-ci il ## ###### tarixinə olan borc məbləğini tələb etmişdir.

21. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı aşağıdakıların qeyd etmişdir ki, 2025-ci il # #### tarixli ekspert rəyindən müəyyən olunanlara görə, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamışdır. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəməyə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.

22. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

23. Məhkəmə 2023-cü il ## ###### tarixli 12-SME-1- ****-**/* nömrəli kredit müqaviləsi üzrə (1-ci tranş üzrə) əsas borcun 106.662,01 manat, faiz borcunun 6.004,45 manat və 2025-ci il ## ###### tarixindən 2025-ci il # ######## tarixinədək əsas borca illik 5%-lə hesablanmış faiz borcunun 3.481,33 manat, 2023-cü il ## ###### tarixli 12- SME-1-1182- **/* nömrəli kredit müqaviləsi üzrə (2-ci tranş üzrə) əsas borcun 38.134,85 manat, faiz borcunun 1669,16 manat və 2025-ci il ## ###### tarixindən 2025-ci il # ######## tarixinədək əsas borca illik 5%-lə hesablanmış faiz borcunun 1.244,68 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.

24. 2025-ci il ## ###### tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh2 borcun ipoteka predmetinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, həmin bildirişlər qeydə alınması üçün 2025-ci il ## ###### tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsinə göndərilmiş, bildirişlər qeydə alınmışdır.

25. Kredit müqaviləsi üzrə cavabdeh cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ünvanında yerləşən, fərdi yaşayış evi və 0.1164 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü olunmuş fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin, həmçinin “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olmuşdur.

26. “İpoteka haqqında” Qanunda birbaşa imperativ tələb kimi nəzərdə tutulduğu üçün iddia tələbində bu barədə tələb olmasa belə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Mərkəzi Ekspertiza Bürosunun 2025-ci il ## #### tarixli MEB/***-****/** nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0.1164 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 171,600 manat, likvid dəyəri isə 154.500 manat təşkil etmişdir.

27. Məhkəmə iddiaçının “satışdan əldə olunacaq vəsaitin tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada cavabdehlərdən tutulması” barədə tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin oluna bilməz.

28. Məhkəmə zaminə münasibətdə qeyd etmişdir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün əsas borclu ilə birlikdə məsuliyyət daşıyır.

29. Məhkəmə kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, 2023-cü il ## ###### tarixli kredit müqaviləsi 1-ci tranş üzrə 1.900,55 manat (əsas borcun 1,78 % həddində), 2-ci tranş üzrə isə 437,76 manat (əsas borcun 1,15 % həddində) dəbbə pulunun cavabdehlərdən müştərək qaydada tutulması qənaətinə gəlmişdir.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 279, 295, 296.1, 319.1, 385.1, 386.1, 442, 445.2.1, 445.7, 447.1, 447.2, 447.2.1, 447.2.2, 447.2.3., 448.1, 462.1, 465.2, 467, 743.1, 743.2, 745.5, 746.1, 746.3, 746-5.2, 742.5, 742.5.1 və 742.5.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1, 1.0.6, 1.0.9, 26.1.1, 26.1.2, 26.1.3, 26.1.4, 26.1.5, 26.1.6, 33, 34.1.1 və 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il ## ### tarixli Qərarına, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il ## #### tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarına maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişlər.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

33. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, kreditor və borcalan arasında olan 2023-cü il ## ###### tarixli **-SME-*-****-**/* nömrəli “kredit razılaşması” MM-in 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi vəziyyət mövcud olmamışdır. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Belə ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuş, nəticədə borcalanın kreditora borcu yaranmışdır. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiqləmişdir. Belə ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir.

34. Əsas borca hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəmə göstərmişdir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur. Belə ki, qanununvericiliyin tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.

35. Bundan əlavə, borcalanın öhdəliyinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki qanunvericiliyə görə, öhdəliklərin icrasının təmin edilməsi üçün zaminlik də daxil olmaqla müxtəlif üsullar nəzərdə tutulmuşdur və bu üsullar əsas öhdəlikdən irəli gələn aksessor xarakter daşıyır. Belə ki, zamin, borclunun öhdəliyinin tam və ya qismən icrasına görə kreditor qarşısında məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsində subsidiar məsuliyyət nəzərdə tutulmadıqda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Zamin müqavilədə başqa hal nəzərdə tutulmadıqda, əsas borc, faizlər, məhkəmə xərcləri və digər zərərlər daxil olmaqla borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda zaminə qarşı iddia irəli sürmək üçün MM-in 477-ci maddəsində müəyyən edilmiş kəsici müddətlər də ötürülməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zamin olan cavabdeh cavabdeh2 tutulması da əsaslı olmuşdur.

36. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən 2025-ci il # #### tarixli */**** nömrəli ekspert rəyi verilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

37. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək, rəyin əsaslı olması qənaətinə gəlmişdir. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə olan borcu ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.

38. Birinci instansiyası məhkəməsi tərəfindən əsas və faiz borcunun 2025-ci il ## ###### tarixinədək olan müddət üzrə araşdırılması da qanuni olmuşdur. Belə ki, iddiaçı 2025-ci il ## ###### tarixində cavabdehlərə müraciət edərək borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə sonunculara xəbərdarlıq etmiş və bununla da tərəflər arasında bağlanmış müqavilələr bir tərəfli qaydada ləğv edilmişdir. İddiaçı borcun qaytarılmasını tələb etdiyi 2025-ci il ## ###### tarixində tərəflər arasında bağlanmış müqavilələrə xitam verilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən həmin tarixə əsas və faiz borclarının tutulmasında olan hüquqi mövqeyi əsaslı olmuşdur.

39. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci tranşı üzrə ekspert rəyi ilə 106.662,11 manat əsas borc müəyyən edilsə də, birinci instansiya məhkəməsi tərəfindən 106.662,01 manat borc tutulmuş, həmin məbləğ də iddia tələbi həcmində olmuşdur.

40. Bunlar başqa, birinci instansiyası məhkəməsi tərəfindən iddia həcmində illik 5 faizin tutulmasına dair mövqeyi də əsaslı olmuşdur. Belə ki, MM-in 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

41. Bundan başqa məhkəmə qeyd etmişdir ki, işin halları tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasdır. Çünki “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə, ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin qanunun 34.1.1 və 34.1.2ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır. Yuxarıda göstərildiyi kimi, borcalan kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir.

42. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsaslanaraq, ipoteka predmetinin ilkin satış qiymətini 154.500 manat müəyyən etmişdir. Cavabdeh cavabdeh2 apellyasiya şikayətində göstərdiyi hallar, həmçinin borcun məbləği, hesablanmış faizlər və ipoteka predmetinin dəyərinin aşağı qiymətləndirilməsi ilə bağlı iradlar öz məzmunu və təqdim edilmiş dəlillər baxımından əsassız olmuş və iş materialları ilə təsdiqini tapmamışdır.

43. Cavabdeh bildirmişdir ki, “onlar banka olan kredit öhdəlikləri üzrə uzun müddət ödənişləri vaxtında etmiş, sonradan maddi vəziyyətin pisləşməsi səbəbindən ödənişlərdə çətinliklərlə qarşılaşmışlar”. Bununla belə, cavabdeh ödəmələri təsdiq edən qəbzlərin təqdim edilməməsini sadəcə qəbzlərin saxlanılmaması ilə izah etmiş, lakin həmin ödənişlərin bank hesabı üzrə çıxarışlarla sübuta yetirilə biləcəyini bildirsə də, məhkəməyə belə çıxarışlar təqdim etməmişdir.Qanunvericiliyin tələblərinə əsasən, iddia və etirazların sübut edilməsi yükü həmin iddia və etirazları irəli sürən tərəfin üzərinə düşür. Lakin cavabdeh ödənişlərin aparılması barədə dəlillərini təsdiqləyən heç bir rəsmi sənəd təqdim etməmişdir.

44. İpoteka predmetinin dəyərinin “orta bazar qiymətlərindən qat-qat aşağı” qiymətləndirilməsi barədə cavabdehin dəlili də əsassız olmuşdur.

45. Mərkəzi Ekspertiza Bürosunun 2025-ci il ## #### tarixli MEB-***-**** nömrəli qiymətləndirmə rəyi “X7” Qanununun tələblərinə uyğun olaraq hazırlanmış, qiymətləndirmə metodologiyası tam göstərilmiş, qiymətləndirmənin şəffaflığı təmin edilmişdir. Cavabdeh bu rəyin nəticələrini təkzib edən heç bir müstəqil qiymətləndirmə sənədi, alternativ ekspert rəyi və ya qiymətləndirmə metodikasının pozulduğunu göstərən digər sübutlar təqdim etməmişdir.

46. Bundan əlavə, apellyatorun maddi imkanının olmamasından krediti vaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas deyil. Çünki, MM-in 448.1-ci maddəsinə görə, əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin göstərdiyi kimi maddi imkanının olmaması və səhhətində problemlərin olması, borclunun risk dairəsinə aid haldır.

47. Apellyatorun iş üzrə ekspertizaların rəyi ilə razı olmaması barədə dəlillərinə gəldikdə kollegiya bildirmişdir ki, mülki prosessual qanunvericilikdə əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər. Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

48. Borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş edildiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.

49. Baxılan işdə ekspert rəyləri kifayət qədər aydın və tam olmuş, rəylərin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas mövcud olmamışdır. Cavabdeh tərəf rəylərin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələb formal və əsassız olmuşdur. Apellyatorun göstərdiyi dəlillər formal olmaqla, borcun ödənilməsini yubatmaq xarakteri daşımışdır.

50. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 16.1, 269.1, 270.1, 279, 295, 317, 319.1, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2, 743.1, 743.2 və 745.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.6, 33, 34.1.1, 34.1.3, 34.1.4, 39.3.2 və 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il ## ### tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarına, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 102 və 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

51. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

52. Kassatorlar şikayətində MM-in 425.1-ci maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3 və 59.3-cü maddələri, “X7” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi üzrə bildirir ki, məhkəmənin ilk iclas günü cavabdeh1 xəstələnmiş və bu barədə məhkəməyə teleqram ünvanlamışdır. Lakin işə baxan məhkəmə bunu nəzərə almamış, cəmi bir iclasla kifayətlənmiş, işin məhkəməyə daxil olduğu gündən 26 gün ərzində yekunlaşdırmış və məhkəmə araşdırmasına zərurət görməmişdir.

53. Ödənilən qəbzlər saxlanılmadığından, məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Lakin bank hesabından çıxarışla bunu müəyyən etmək mümkündür. Cavabdehlər iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və qiymətləndirmə barədə ekspertiza rəyləri razı deyildirlər. Belə ki, əsas və faiz borcu rəydə göstərildiyi kimi deyil, qat-qat aşağı məbləğdədir.

54. Cavabdehlər 2025-ci il ## ###### tarixindən 2025-ci il # ######## tarixinədək əsas borca illik 5%-lə hesablanmış 3.481,33 manat faiz borcu və digər kredit üzrə 1.244,68 manat faiz borcu ilə də razı deyil. Əlavə 5 faiz illik faiz borcunun hesablanması vəziyyətlərini daha da ağırlaşdırır.

55. Bundan başqa, ipoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, ipoteka predmeti orta bazar qiymətlərindən qatqat aşağı qiymətləndirildiyindən, evin qiyməti “X7” Qanunun tələblərinə uyğun olmadığından, həmin əmlakın yenidən qiymətləndirilməsi təmin edilməlidir. Qiymətləndirici hesabatında qiymətləndirilən əmlakın bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisənin baxmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

56. Digər tərəfdən, əmlaklar dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir. İşə baxan məhkəmə işi səthi araşdırmış, ipoteka predmetlərinin hazırkı hüquqi vəziyyətini müəyyən etməmiş, cərimə məbləğini azaltmamış, yanlış nəticəyə gələrək illik 5 faizlə faiz borclarının da tutulması qənaətinə gəlmişdir. Bu səbəbdən, iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Həmçinin, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanunun 59cu maddəsini

57. tətbiq edərkən yanlış təfsir etmişdir.

58. O da qeyd olunmalıdır ki, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər.

59. İpoteka predmetinin qiyməti barədə rəy ziddiyyətli olmuşdur. Məhkəmə 5 il əvvəl bağlanmış müqavilədəki qiyməti, həmçinin iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin etmədən iddiaçının təqdim etdiyi arayış əsasında olan ekspert rəyini əsas götürmüşdür.

60. Kassator MPM-in 416, 417.1.4, 417.2 və 418.1-ci maddələrinin pozulmasına və ya düzgün tətbiq edilməməsinə isə həmin normaların məzmununu sadalamaqla istinad edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

62. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

64. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri ... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”

“Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. ...”

“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. ...”

“Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. ...”

“Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.”

“Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.”

“Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”

“Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”

“Maddə 446. Kreditorun icranı gecikdirməsi ... 446.2. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. ...”

“Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.”

“Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.”

“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. ...”

“Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. ...”

“Maddə 745. Kredit müqaviləsinin xüsusiyyətləri ... 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. ...”

65. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; ... 1.0.6. ipoteka hüququ – bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; ...”

“Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.”

“Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir (2025-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə 39.3.3-cü maddədə “müstəqil qiymətləndiricinin” sözləri “qiymətləndiricinin” sözü ilə əvəz edilmişdir. 2025-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə 39.3.3-cü maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir); ...”

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il ## ### tarixli qərarında aşağıdakılar nəzərdə tutulur:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. ... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. ...”

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:

“Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. ... Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. ... Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. ... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. ...”

68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. ...”

“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

70. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehlərin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

71. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh borcalan müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehlər tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

72. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdeh borcalanın müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

73. Belə ki, apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdeh borcalanın müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın təmin olunan hissədə əsaslı olması qənaətinə gəlmişdir.

74. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehlərin üzərində olmuş, onlar isə şikayətdə göstərdikləri məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişlər.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

76. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehlərin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

77. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

78. Bundan başqa, X3, Qasımova İradə Əyyub qızı və X2 tərəfindən verilən iş üzrə icraatın dayandırılması barədə vəsatətə gəldikdə, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, həmin şəxslərin işdə iştirak edən şəxs olmaları iş materiallarından müəyyən olunmur. Digər tərəfdən, vəsatətdə göstərilənlər hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas təşkil etməmişdir.

79. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar