Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-213/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması, icra mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Şamayev Elşad Yaquboviç və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) “torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2*25-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Şəmkir rayon Zəyəm Bələdiyyəsi, üçüncü şəxslər “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. cavabdeh2 2**4-cü il ## #### tarixli ** nömrəli qərarı ilə İddiaçı 13 ha torpaq sahəsinin verilməsi və icarə yolu ilə götürülmüş torpaq sahəsindən hər il 1 hektardan 5*.*** manat olmaqla icarə haqqı alınması qərara alınmışdır.
2. Daha sonra cavabdeh2 ilə İddiaçı arasında 2**4-cü il # #### tarixdə icarə müqaviləsi bağlanılmış, 2**4-cü il ## #### tarixli qərara əsasən 13 hektar torpaq sahəsi 5* il müddətinə İddiaçı icarəyə verilmişdir. Bundan sonra İddiaçı adına “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-**** saylı (KOD 5*4***98) 2**4-cü il ## ###### tarixli şəhadətnamə verilmişdir.
3. cavabdeh2 2*14-cü il # ####### tarixli ** nömrəli qərarına əsasən İddiaçı ilə bağlanmış 2**4-cü il # #### tarixli * saylı icarə müqaviləsi ləğv edilmişdir.
4. Bundan sonra müqavilə əsasında icarəyə verilmiş torpaq sahəsi icarəçinin istifadəsindən alınmışdır. Tərəflər arasındakı icarə münasibətlərinə 2*14-cü ildən faktiki olaraq xitam verilmiş, torpaq sahəsi digər şəxslərin istifadəsinə verilmişdir.
5. İddiaçı 2*18-ci il ## ####### tarixində cavabdeh2 qarşı (“xxxx” MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2*14-cü il # ####### tarixli ** nömrəli qərarın ləğv edilməsi, torpaq sahəsinin onun istifadəsinə qaytarılması və vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmış, Gəncə Inzibati Məhkəməsinin 2*21-ci il ## ###### tarixli *-*(***)-*/**** nömrəli qərardadı ilə qərarın ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması hissəsində iddia tələbi inzibati aktın mübahisələndirilmə müddətinin ötürülmə əsası ilə mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının 2*21-ci il # #### tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu qərardaddan İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Inzibati kollegiyasının 2*21-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə mümkün sayılmamışdır.
6. cavabdeh2 tərəfindən qəbul edilmiş 2*21-ci il ## #### tarixli * nömrəli qərarla İddiaçı icarəsinə torpaq ayrılması barədə 2**4-cü il ## #### tarixli ** nömrəli qərar ləğv edilmişdir.
7. İddiaçı cavabdeh2 qarşı (“xxxx” MMC üçüncü şəxs qismində cəlb edilməklə) 2*21-ci il ## #### tarixli * nömrəli qərarın ləğv edilməsi barədə iddia qaldırmış, Gəncə Inzibati Məhkəməsinin 2*22-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının 2*23 cü il 17 may tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Ali Məhkəmənin Inzibati Kollegiyasının 2*23-cü il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
8. cavabdeh2 də öz növbəsində İddiaçı qarşı aralarında bağlanmış 2**4-cü il # #### tarixli * saylı icarə müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış, Gəncə Kommersiya Məhkəməsinin 2*24-cü il # #### tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
9. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh cavabdeh2 (bundan sonra - “cavabdeh” və ya “bələdiyyə”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyənin 2**4-cü il # #### tarixli ** nömrəli qərarı əsasında aralarında bağlanmış torpaq icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, 2**4-cü il # #### tarixli ** saylı icarə müqaviləsi əsasında istifadəsinə verilmiş həmin sahədə 575* ədəd xurma ağacı əkilmiş, illər üzrə məhsul götürülmüşdür. Lakin 2*14-cü ilin oktyabr ayında bələdiyyə tərəfindən icarə müddəti başa çatmadan torpaq sahəsi qanunsuz olaraq geri alınmış, bağ isə məhv edilmişdir. Icarə müqaviləsinin birtərəfli qaydada ləğvi üçün hər hansı hüquqi əsas olmamışdır. Iddiaçı müqavilə şərtlərinə əməl etmiş, torpaq icarə haqlarını vaxtında ödəmiş və müqavilənin pozulmasına səbəb olan hallar baş verməmişdir. Buna baxmayaraq, cavabdeh icarə müqaviləsini qanunsuz olaraq ləğv edərək, hazırda həmin ərazini bələdiyyə sədri olmuş şəxsin yaxın qohumunun rəhbərlik etdiyi “xxxx” MMC-yə vermişdir ki, bu da onun mülki hüquqlarının pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçının hazırkı tələbinə artıq məhkəmə qaydasında baxıldığından, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bu səbəbdən hazırkı iddia tələbi üzrə kommersiya işinin icraatına xitam verilməlidir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2*24-cü il ## #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, bələdiyyənin 2**4-cü il # #### tarixli ** saylı qərarı əsasında cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 2**4-cü il # #### tarixli ** nömrəli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının istifadəsinə geri qaytarılması qət edilmişdir (hakim G.Quliyeva).
13. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə 2*14-cü il # ####### tarixində tərəflər arasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini qərara almış və müqavilə əsasında icarəyə verilmiş torpaq sahəsi icarəçinin istifadəsindən alınmışdır. Icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı bələdiyyənin qərarı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Həmçinin bələdiyyə icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş qətnamə ilə iddia təmin edilməmişdir. Göründüyü kimi, tərəflər arasında 2**4cü il # #### tarixində 13 ha torpaq sahəsinin 5* il müddətinə icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsi qüvvədədir. Torpaq sahəsi icarəçinin istifadəsindən geri alınmışdır. Halbuki icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyə verənin vəzifələridir. Ona görə də tərəflər arasında bağlanmış 2**4-cü il # #### tarixli * nömrəli torpaq icarəsi müqaviləsinə əsasən icarəçinin istifadəsinə verilmiş 13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəçinin istifadəsinə geri qaytarılmalıdır.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 7**.1, 7**.2 və 7*6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2* və 22-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
16. Işə apellyasiya qaydasında baxılarkən “xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2*24-cü il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və İ.Həsənov).
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərərflər arasında bağlanmış icarə müqaviləsi müxtəlif məhkəmə instansiyalarında mübahisələndirilsə də, məhkəmə qətnamələri ilə qüvvədə qaldığından və qeyd edilən torpaq sahəsini iddiaçının istifadəsinə vermək cavabdehin vəzifəsi olduğundan, məhkəmə iddianı təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual normaları ilə eynilik təşkil etmişdir.
20. Cavabdeh və üçüncü şəxs “xxxx” MMC ayrı-ayrılıqda kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, üçüncü şəxslərin cəlb edilməsi üçün işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.
c) Kassasiya instansiya məhkəməsindəki ilk icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2*25ci il ## ### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayətləri təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim – K.Abiyeva, hakimlər – B.Qəribov və A.Abbasov).
22. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən inzibati icraat qaydasında baxılmış işlər üzrə yalnız bələdiyyə tərəfindən qəbul edilmiş inzibati aktların (qərarların) “Inzibati icraat” haqqında Qanunun tələblərinə uyğunluğu yoxlanılmaqla, iddiaçı ilə bələdiyyə arasında bağlanmış mülki hüquqi müqavilənin-icarə müqaviləsinin hüquqi qüvvəsinə qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, hər hansı şəxsin icarəsinə torpaq ayrılması barədə bələdiyyə qərarının ləğv olunmaması, sonradan həmin şəxslə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin digər bir mülki hüquqi əsasa (tərəflərin qarşılıqlı razılığı, müqavilə müddətinin bitməsi, icarə haqqının vaxtında ödənilməməsi, müqavilə üzrə öhdəliklərin icrasının mümkünsüz olması və s.) görə ləğvini istisna etmir. Baxılan işdə tərəflər arasındakı icarə münasibətlərinə 2*14-cü ildən faktiki olaraq xitam verilmiş, torpaq sahəsi digər şəxslərin istifadəsinə verilmiş və iddiaçı tərəfindən də həmin vaxtdan icarə haqqı ödənişləri dayandırılmışdır.
23. Bələdiyyə tərəfindən qaldırılmış, icarə müqaviləsinin ləğvi barədə iddianın təmin edilməməsi barədə Gəncə Kommersiya Məhkəməsinin 2*24-cü il # #### tarixli 2 2(115)- */**** nömrəli qətnaməsinin baxılan hazırkı iş üzrə preyudisial hesab edilməsi üçün həmin aktın qanuni qüvvəsini aldığı müəyyən edilməlidir. Işin materiallarına bunu təsdiq hər hansı sənəd (həmin məhkəmədən alınmış arayış və s.) əlavə edilməmiş, hətta cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin 2*24-cü il ## ######## tarixində keçirilmiş iclasında bu qətnaməni gec əldə etdiklərini, yaxın müddətdə ondan apellyasiya şikayəti verəcəklərini bildirmişdir. Buna baxmayaraq, işə mahiyyəti üzrə baxmış məhkəmələr qətnamənin qanuni qüvvəyə minib-minməməsi ilə bağlı hər hansı hüquqi qiymətləndirmə aparmadan həmin qətnaməni preyudisial akt kimi qiymətləndirmiş, bununla da MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşlar.
24. Işin materiallarından həmçinin görünür ki, cavabdeh və üçüncü şəxs “xxxx” MMC kassasiya şikayətinin dəlillərində qeyd etdikləri məsələləri apellyasiya baxışında verdikləri izahatlarında da vurğulamış və bununla bağlı yazılı sübutları apellyasiya məhkəməsinə təqdim etmişlər. Belə ki, cavabdehin və üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri izahatlarında mübahisəli torpaq sahəsi də daxil olmaqla 19 ha torpaq sahəsinin bələdiyyə tərəfindən yaradılmış “xxxx” MMC-nin icarəsinə verildiyini, orada müvafiq icra hakimiyyətinin sərəncamına əsasən böyük ticarət mərkəzi inşa edildiyini, tikintinin aparıldığı müddətdən keçən 1* il ərzində iddiaçı tərəfindən heç bir etirazın bildirilmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxsaylı şəxslərin “xxxx” MMC ilə icarə müqaviləsi bağlamaqla 1* ildən artıq müddətdir ki, həmin ticarət mərkəzində fəaliyyət göstərdiklərini, hazırkı iddia tələbinin təmin olunmasının həmin sahibkarların fəaliyyətinin dayandırılmasına səbəb olmaqla hüquqlarını pozacağını bildirmiş və sübut qismində Şəmkir rayon Icra Hakimiyyəti Başçısının 2*15-ci il ## #### tarixli ** nömrəli Sərəncamını təqdim etmişlər.
25. Məhkəmə mövqeyini MM-in 442, 448.1, 7**.1, 7**.2, 7*6.1, 7*6.2, 7*6.3 və 7*6.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2* və 22ci maddələrinə istinadla əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2*25-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Əli, hakimlər – R.Mamedov və R.Məcidov).
27. Məhkəmə qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rustəm Rüstəmovla cinayət əlaqəsinə girdiyini, onların qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırladıqlarını, Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfındən iddiaçıya verilmiş 2**4-cü il ## ###### tarixli JN-5279 (Kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin saxta sənəd olduğunu, bundan başqa kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri Idris Əbdürəhimovun imzasının saxtalaşdırıldığını, onun yerinə başqa şəxsin imza etdiyini qeyd etsə də, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmiş, ümumiyyətlə həmin sənədləri nə məhkəmə, nə də inzibati qaydada mübahisələndirməmişdir. Tərəflər arasında olan mübahisə ilə bağlı çoxsaylı məhkəmə araşdırılması aparılmaqla belə halın müəyyən edilmədiyi nəzərə alınaraq məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dəlil əsassızdır.
28. Məhkəmə cavabdeh tərəfin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə hazırda sözügedən torpaq sahəsinin eyni olmamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, bunun təsdiqi olaraq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, bu səbəbdən də həmin məsələ ilə bağlı hər hansı ekspertizanın təyin edilməsi zərurətinin olmadığı müəyyən edilmişdir. Halbuki, iddia, məhz 2*14-cü ilədək iddiaçının müqavilə əsasında qanuni sahibliyində olan sahə ilə əlaqəlidir. Əvvəlki məhkəmə instansiyalarında mübahisəyə baxılarkən məhkəmələr tərəfindən bununla bağlı şübhə olmamışdır.
29. Hazırkı işin hallarına görə, cavabdeh ilə iddiaçı arasında 2**4-cü il # #### tarixdə 13 hektar torpaq sahəsinin 5* il müddətinə iddiaçıya icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri icra etmişlər, lakin sonradan torpaq sahəsi icarəçinin istifadəsindən geri alınmışdır. Halbuki icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələridir. Iddiaçı tərəfindən 2*14-cü ildən sonra icarə haqlarının ödənilməməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, işin hallarından müəyyən olunur ki, icarəyə verilmiş torpaq sahəsi 2*14-cü ilin oktyabr ayından iddiaçının istifadəsindən geri alınaraq başqa şəxsə verilmişdir. Belə olan halda istifadə etmədiyi torpağa görə icarə haqlarının ödənilməməsi iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilə bilməz.
30. Cavabdeh ilə iddiaçı arasında 2**4-cü il # #### tarixdə 13 hektar torpaq sahəsinin 5* il müddətinə iddiaçıya icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsi mübahisələndirilsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə icarə müqaviləsinin ləğvinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2*24-cü il # #### tarixli *-*(***)-*/**** nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin iş üzrə iddiaçı, habelə icarə müqaviləsi üzrə tərəf olan Bələdiyyə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırkı iş üzrə üçüncü şəxslər həmin qətnamədən apellyasiya şikayəti versə də, məhkəmələr tərəfindən qətnamənin onların maraqlarına toxunması müəyyən edilməmiş və apellyasiya şikayətləri geri qaytarılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Mübahisələndirilən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir.
31. MPM-in 82.3-cü maddəsinə əsasən, həmin məhkəmə qətnaməsi preyudisial akt kimi nəzərə alınmalı və hazırkı mübahisəyə tətbiq olunmalıdır. Beləliklə, həmin qətnamə ilə, habelə, Bələdiyyə ilə iddiaçı arasında icarə müqaviləsinin bağlanmasına dair Bələdiyyənin 2**4-cü il ## #### tarixli ** nömrəli qərarının ləğv edilməsi barədə Bələdiyyənin 2*21-ci il ## #### tarixli * nömrəli qərarın ləğv edilməsinə dair, qanuni qüvvədə olan, Gəncə Inzibati Məhkəməsinin 2*22-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə tərəflər arasında 5* il müddətinə bağlanmış 2**4-cü il # #### tarixli * saylı icarə müqaviləsinin qüvvədə olması təsbit edilmişdir.
32. Cavabdeh və üçüncü şəxslərin dəlilləri ilə bağlı kollegiya qeyd etmişdir ki, MMin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu MM-in 699-cu maddəsi tətbiq edilir. Bundan əlavə, hazırkı iddianın təmin edilməsi, yəni icarə müqaviləsinin obyekti olan torpaq sahəsinin yenidən hazırkı iş üzrə iddiaçının qanuni sahibliyinə qaytarılması “xxxx” MMC ilə bağlanmış subicarə müqavilələrinin ləğvi üçün birbaşa əsas deyil. Tərəflərin sərbəst iradələri ilə mübahisəli torpaq sahəsinə dair icarə münasibətlərini davam etdirmək hüquqları vardır. Həmçinin, həmin şəxslər hüquqlarını pozan MMCyə, qurumlara qarşı bunun nəticəsində vurulmuş hesab etdikləri ziyanın aradan qaldırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə ki, tərəflər arasında icarə müqaviləsinin bağlandığı, torpağın icarəyə verilməsinə dair bağlanmış icarə müqaviləsinin qüvvədə olduğu, torpaq sahəsinin icarəçinin istifadəsindən geri alındığı iş materialları və tərəflərin izahatları ilə təsdiq olunduğundan, birinci instansiya məhkəməsi əsaslı olaraq qənaətə gəlmişdir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəçinin istifadəsinə verilmiş 13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəçinin istifadəsinə geri qaytarılmalıdır.
33. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 442, 448.1, 699.1, 7**.1, 7**.2, 7*6 və 718-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2* və 22-ci, MPM-in 14.2, 77.1 və 88ci maddələrinə istinadla əsaslandırmışdır.
34. Cavabdeh Şəmkir rayon Zəyəm Bələdiyyəsi, üçüncü şəxslər “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 həmin qətnamədən kassasiya şikayətləri verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərara qəbul edilməsini xahiş etmişdilər.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Cavabdeh Şəmkir rayon Zəyəm Bələdiyyəsinin kassasiya şikayətinin dəlilləri
35. MM-in 139, 144, 152, 385 və 386-cı maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29 və 6*-cı maddələri üzrə - Şəmkir Rayon Icra Hakimiyyəti başçısının “Şəmkir rayonu ərazisində avtomobil yollarının, dövlət dəmir yolunun və dövlət meşə fondu torpaqlarının mühafizə zonalarında və zəbt torpaq sahələrində pərakəndə şəkildə, antisanitariya vəziyyətində fəaliyyət göstərən tikinti materialları satışı (daş, aqlay, tamet) sexlərinin köçürülməsi barədə” 2*15-ci il # ###### tarixli ** №-li Sərəncamına əsasən Azərbaycan Respublikasında “Regionların Sosial-iqtisadi inkişafına kömək məqsədilə Bakı-Qazax avtomobil yolunun 419-cu kilometrliyində xxxx kəndinin ərazisində “xxxx” MMC-yə məxsus 19.* ha torpaq sahəsində “Inşaat” bazarı yaradılmışdır. Şəmkir rayonu ərazisində pərakəndə şəkildə magistral avtomobil yollarının mühafizə zonasında, dövlət dəmir yolunun və dövlət meşə fondunun torpaqlarında fəaliyyət göstərən tikinti materialları satışı obyektlərinin yeni yaradılmış “Inşaat” bazarına köçürülməsi məqsədə müvafiq sayılmışdır. Sözügedən sərancamının icrasını təmin etmək məqsədilə 2*15-ci il ## #### tarixli ** №-li Sərancamına əsasən isə Şəmkir rayonunun xxxx kəndi ərazisində “xxxx” MMC tərəfindən fiziki şəxslərə yeni yaradılmış “Inşaat” bazarında uzun müddətli icarəyə verilmiş torpaq sahələrində sahibkarlıq xidməti məqsədi ilə tikinti materialları satışı üçün müəyyən olunmuş norma daxilində talvar quraşdırılmasına və ofis tikintisinə icazə verilmişdir. Mübahisəli torpaq sahəsi də daxil olmaqla 19 ha torpaq sahəsinin bələdiyyə tərəfindən yaradılmış “xxxx” MMC-nin icarəsinə verilmiş, orada 2*15-ci il ## #### tarixli ** nömrəli Sərancama əsasən Şəmkir rayonunun xxxx kəndi ərazisində “xxxx” MMC yaradılmış və icra hakimiyyətinin sərəncamına əsasən böyük ticarət mərkəzi inşa edilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxsaylı şəxslərin MMC ilə icarə müqaviləsi bağlamaqla 1* ildən artıq müddətdir ki, həmin ticarət mərkəzində fəaliyyət göstərirlər. Buna görə də belə bir qətnamə mövcudluğu subicarəçiləri narahat edir və onların fəaliyyətinə kölgə salır. Gələcək də isə həmin sahibkarların fəaliyyətinin dayandırılmasına səbəb olmaqla hüquqlarını pozacaqdır. Məhkəməyə təqdim edilmiş torpaq icarə müqaviləsindən məlum olur ki, müqavilə notarial qaydada təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi bilərəkdən maraqlarına toxunan şəxslərin əmlak hüquqlarının kobudcasına pozulmasına göz yumaraq, iddiaçının mülkiyyət hüquqlarını tanımaqda səhv nəticəyə gəlmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi qətnaməsini qanuni və əsaslı olsa da, məhkəmələrin tərəfsiz olma prinsipi pozulmuş, birbaşa iddiaçının xeyrinə qərar çıxarmaqla qanunvericiliyin tələblərinə riayət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən qanunları deyil, daxili inamina istinad etməklə səhvə yol vermişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi işin tam və obyektiv və hərtəfli araşdırılmasının təmin edilməsi məqsədilə mübahisə predmeti olan torpağın əmlakın kimin sahibliyə və istifadəyə qəbul edilməsini, iddiaçının hansı əsaslara görə hüququnun tanınması kimi hallar natamam qalmış və bu amillər nəzərə alınmamışdır. Bu da öz növbəsində cavabdehin mülkiyyət hüquqlarının kobudcasına pozulması ilə yanaşı əldə edənin belə hüququnu əlindən almışdır. Bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Belə ki, Gəncə Inzibati Məhkəməsinin 2*21-ci il ## ###### tarixli *-*(***)- */**** saylı qərarı ilə iddiaçının cavabdehə qarşı bələdiyyə qərarının ləğv edilməsi və torpaq sahəsinin istifadəyə qaytarılması tələbi mümkün sayılmamışdır. Iddiaçının hazırkı tələbinə məhkəmə qaydasında yenidən baxılması yolverilməzdir. Hazırkı iş üzrə iddia tələbinə məhkəmə qaydasında baxılmışdır. Hazırkı iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iddia tələbi üzrə kommersiya işinin icraatına xitam verilməlidir. Apellyasiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamış və bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir.
36. MPM-in 86, 217, 387.2 və 387-ci maddələri üzrə - məhkəmənin mövqeyinə görə, cavabdeh2 “xxxx” MMC-nin əldə etdiyi Şəmkir rayonunun xxxx kəndində yerləşən ərazini icarəyə vermək hüququ olmamışdır. Bu halda isə subicarəçilər kimi Gəncə Kommersiya Məhkəməsinin 2*24-cü il # #### tarixli *-*(***)-*/**** saylı qətnaməsinin hüquq və vəzifələrinə toxunması istisna edilir. Lakin, bu qanunla nəzərdə tutulmuş hüququn (torpağın icarəyə verilməsi) subyektiv qaydada məhdudlaşdırılmasıdır ki, bu da qanunçuluq prinsipinə ziddir. Bələdiyyə, qanunla qadağan edilməmiş bir fəaliyyəti (məsələn, torpağın icarəyə verilməsi) özbaşına ümumi qaydada qadağan edə bilməz. Bu, qanunla qadağan olunmayanı qadağan etmək olmaz prinsipinə ziddir.
b) Üçüncü şəxslər “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 kassasiya şikayətinin dəlilləri
Üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olduğu qeyd edilmişdir. Sonradan aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsi bələdiyyənin inkişaf perspektivli torpaq sahəsidir. Iddiaçının iddia etdiyi torpaq sahəsi ilə hazırda sözügedən torpaq sahəsi eyni deyildir. Əgər iş üzrə tikinti-
37. ekspertizası təyin olunsa, həmin mübahisə aradan qalxmış olar. Lakin texniki məhkəmə vəsatətlərini təmin etməmiş və bu hal isə natamam qalmışdır. Bununla yanaşı iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş rəydən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı deyil, bələdiyyənin inkişaf perspektivli torpaq sahəsidir ki, məhkəmə bu halı nəzərdən qaçırmışdır. Bundan əlavə cavabdeh artıq “xxxx” MMC ilə icarə müqaviləsi bağlamış və həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirir. Başqa şəxslə müqavilə bağlamaq, onunla icarə münasibətlərinə daxil olmaq istəmirlər.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 435. Kreditorun başqa icranı qəbul etmək hüququ
Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi
443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti
448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”
“Maddə 699. Kirayəyə verilmiş əşyaların özgəninkiləşdirilməsi
699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur.”
“Maddə 7**. Icarə müqaviləsi
7**.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 7**.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.”
“Maddə 718. Icarəyə götürülmüş torpağın özgəninkiləşdirilməsi və yüklü edilməsi
Icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.
41. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 2*. Icarəyəverənin vəzifələri
Icarəyəverənin vəzifələri aşağıdakılardır: icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək; icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirilərkən, bu sahənin satın alınmasını ilk növbədə icarəçiyə təklif etmək; icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
“Maddə 22. Icarəçinin hüquqları
Icarəçinin hüquqları aşağıdakılardır: torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək; icarə obyekti özəlləşdirildiyi, başqasına istifadəyə və ya icarəyə verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı icarəyəverəndən tələb etmək; icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək; icarəyəverənin razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq; icarəyə götürülmüş torpağın keyfiyyətinin təbii proseslər nəticəsində pisləşdiyi halda icarə haqqının azaldılmasını icarəyəverəndən tələb etmək; dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək; qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş servitut qoyulmasını tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları
418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir.
44. Belə ki, aşağı instansiya məhkəmələri iş üzrə müəyyən etmişlər ki, tərəflər arasında 2**4-cü il # #### tarixli torpaq icarəsi müqaviləsi bağlanmış, sonradan həmin müqavilənin ləğvi barədə qəbul edilmiş bələdiyyə qərarları müxtəlif məhkəmə icraatlarının predmetinə çevrilmiş, nəticədə isə müqavilənin öz hüquqi qüvvəsini itirmədiyi müəyyən olunmuşdur.
45. Bununla belə, kollegiya hesab edir ki, hazırkı mübahisənin düzgün həlli yalnız icarə müqaviləsinin qüvvədə olması ilə məhdudlaşmır. Belə ki, müqavilənin qüvvədə qalması öz-özlüyündə hər bir halda naturada icranın mümkün olması nəticəsinə gətirib çıxarmır. Belə tələb yalnız onun obyektiv və hüquqi baxımdan icra edilməsinin mümkün olduğu hallarda müdafiə oluna bilər. Əks yanaşma məhkəmə qərarının faktiki icrası mümkün olmayan hüquqi nəticə yaratmasına səbəb olar ki, bu da məhkəmə müdafiəsinin məqsədi ilə uzlaşmır.
46. Işin müəyyən edilmiş hallarına görə, tərəflər arasındakı icarə münasibətləri 2*14-cü ildə faktiki olaraq dayandırılmış, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsindən çıxarılmış və bundan sonra həmin ərazi tamamilə fərqli hüquqi və faktiki vəziyyətə keçmişdir.
47. Belə ki, Şəmkir Rayon Icra Hakimiyyətinin 2*15-ci il # ###### tarixli ** nömrəli Sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - “Azərbaycan Respublikası regionlarının 2*14-2*18-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə verilmiş tapşırıqların icrası, Bakı-Qazax avtomobil yolunun Şəmkir şəhəri və bir çox qəsəbə və kəndlərinin ərazisindən keçən hissəsinin abadlaşdırılması, həmçinin dövlət əhəmiyyətli avtomobil və dəmir yolunun mühafizə zonasının qorunması, nəqliyyat vasitələrinin intensiv hərəkətinin tənzimlənməsi, əhalinin həyat və sağlamlığı üçün təhlükə törədən halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi məqsədə müvafiq hesab edilsin. - Bakı-Qazax avtomobil yolunun Şəmkir şəhəri, bir çox qəsəbə və kəndlərin ərazisindən keçən hissəsində primitiv qaydada quraşdırılmış talvar və tikililərdə pərakəndə şəkildə, antisanitariya vəziyyətində tikinti materialları satışı üzrə ayrı-ayrı fiziki şəxslər tərəfindən fəaliyyət göstərən obyektlərin fəaliyyətləri dayandırılsın. - Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dair Dövlət Proqramının icrasına kömək məqsədi ilə rayonun xxxx kəndi ərazisində "Inşaat" bazarı yaradılsın. - Bakı-Qazax avtomobil yolunun 419-cu kilometrində, xxxx kəndinə gedən avtomobil yolunun sağ tərəfində yerləşən və bələdiyyə mülkiyyətinə aid olan istifadəsiz ərazidən tərtib olunmuş layihəyə uyğun olaraq "Inşaat" bazarının yaradılması üçün 19 (on doqquz) ha torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilsin. - Rayonun xxxx və Düyərli bələdiyyələrinə tövsiyə edilsin ki, yeni yaradılacaq “Inşaat” bazarının səmərəli fəaliyyətini təşkil etmək məqsədi ilə xxxx bələdiyyəsi tərəfindən təsis edilmiş “xxxx” MMC-yə 19 (on doqquz) ha torpaq sahəsinin uzun müddətli icarəyə verilməsini təmin etsinlər. - “xxxx” MMC-nin rəhbərliyinə tapşırılsın ki, müvafiq bələdiyyələrlə birlikdə yeni yaradılacaq “Inşaat” bazarında ayrı-ayrı sahibkarlara (fiziki şəxslərə) onların hüquqi sənədlərinə uyğun miqdarda torpaq sahələrinin uzun müddətli subicarəyə verilməsini yerinə yetirsinlər. - Şəmkir Rayon Icra Hakimiyyəti Başçısı Aparatında Memarlıq və Tikinti şöbəsinə tapşırılsın ki, “Inşaat” bazarında sahibkarlara icarəyə verilmiş torpaq sahələrində tikintiquraşdırma işlərinin aparılmasına nəzarəti gücləndirsin və onların fərdi qaydada sənədləşdirilməsinə müvafiq köməklik göstərsin. - Şəmkir Rayon Icra Hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə, Memarlıq və Tikinti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, sərəncamın 2-ci bəndinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən tikinti materialları satışı (daş, ağac, tamet) sexlərinin yeni yaradılmış xxxx “Inşaat” bazarına qısa müddət ərzində köçürülməsini təmin etsinlər.
48. Bundan sonra cavabdeh ilə “xxxx” MMC arasında 2*15-ci il ## ###### tarixli * nömrəli Torpaq icarəsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mübahisəli 13 ha torpaq sahəsi 2*75-ci il ## ###### tarixədək “xxxx” MMC-nin icarəsinə verilmişdir.
49. Daha sonra “xxxx” MMC ilə həmin torpaq sahəsində fəaliyyət göstərmələri üçün hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və digər şəxslərlə ayrı-ayrılıqda subicarə müqavilələri bağlanmışdır.
50. Həmçinin, Şəmkir Rayon Icra Hakimiyyətinin 2*15-ci il ## #### tarixli ** nömrəli Sərəncamı ilə “xxxx” MMC tərəfindən adları Sərəncamda göstərilən fiziki şəxslərə yeni yaradılmış “Inşaat” bazarında uzunmüddətli icarəyə verilmiş torpaq sahələrində sahibkarlıq xidməti məqsədi ilə tikinti materialları satışı üçün müəyyən olunmuş norma daxilində talvar quraşdırılmasına və ofis tikintisinə icazə verilmişdir.
51. Göründüyü kimi Şəmkir Rayon Icra Hakimiyyəti başçısının # ###### 2*15-ci il tarixli ** nömrəli sərəncamı ilə dövlət proqramının icrası məqsədilə həmin ərazidə “Inşaat” bazarının yaradılması qərara alınmış, sonradan həmin sərəncamın icrası məqsədilə xxxx bələdiyyəsi tərəfindən “xxxx” MMC-yə uzunmüddətli torpaq icarəsi verilmiş, daha sonra isə çoxsaylı sahibkarlarla subicarə münasibətləri yaradılmışdır. Həmin sərəncam və müqavilələr mübahisələndirilməmiş və hazıra kimi qüvvədədir.
52. Nəticədə mübahisəli torpaq sahəsi artıq əvvəlki vəziyyətini itirmiş, qanuni əsaslarla üzərində çoxsaylı tikililər inşa edilmiş, sahibkarlıq fəaliyyəti təşkil olunmuş və həmin ərazi uzun illərdir fəaliyyət göstərən ticarət kompleksinə çevrilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə baxılarkən məhkəmə yalnız iddiaçının müqavilədən irəli gələn hüquqlarını deyil, həm də həmin torpaq sahəsi ilə bağlı sonradan yaranmış hüquqi münasibətlərin mövcudluğunu və bu münasibətlərin doğurduğu nəticələri nəzərə almalıdır. Belə ki, məhkəmə qərarı hüquqi cəhətdən mövcud olsa da, obyektiv olaraq icrası mümkün olmayan nəticə yarada bilməz. Naturada icra institutunun məqsədi pozulmuş hüququ əvvəlki vəziyyətə qaytarmaqdır. Lakin əvvəlki vəziyyət artıq obyektiv olaraq mövcud deyilsə, naturada icra hüquqi müdafiənin münasib vasitəsi hesab edilə bilməz.
54. Iş üzrə müəyyən olunmuş hallar göstərir ki, mübahisəli torpaq sahəsinin naturada iddiaçıya qaytarılması hazırkı iş üzrə iştirak edən və etməyən çoxsaylı şəxslərin hüquq və qanuni mənafelərinə birbaşa müdaxilə ilə nəticələnər. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi isə digər şəxslərin formalaşmış hüquqlarını qeyri-mütənasib şəkildə aradan qaldıran nəticəyə səbəb olmamalıdır. Hüquqların müdafiəsi zamanı tətbiq olunan vasitə qanuni məqsədəuyğun olmaqla yanaşı, həm də mütənasib olmalıdır. Hazırkı halda isə naturada icra tələbinin təmin edilməsi həmin məqsədə uyğun və proporsional müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, hazırkı iddianın təmin olunması ilə həmin torpaq sahəsində qanuni əsaslarla fəaliyyət göstərən sahibkarların fəaliyyətinin dayandırılmasına səbəb olacaqdır. Bu isə qeyri-mütənasiblik yaratmaqla iddiaçının hüquqlarının qorunması məqsədi ilə çoxsaylı sahibkarların hüquqlarının pozulması ilə nəticələnə bilər.
55. Bundan başqa işin mübahisəsiz halıdır ki, iddiaçı ilə bağlanan icarə müqaviləsində torpaq sahəsinin məhz kənd təsərrüfatı fəaliyyəti üçün verildiyi qeyd olunmuşdur. Halbuki, cavabdehin 2**4-cü il ## #### tarixli ** saylı qərarı ilə həmin torpaq sahəsinin təyinatı dəyişdirilərək, bələdiyyənin perspektivli inkişaf fondu torpaq sahəsinə çevrilmişdir.
56. Göründüyü kimi torpaq sahəsinin təyinatı da iddiaçı ilə razılaşdırılmış təyinata uyğun deyildir və faktiki olaraq iddiaçı həmin torpaq sahəsindən icarə müqaviləsində göstərilən məqsədlər üçün istifadə edə bilməz.
57. Beləliklə, kollegiya hesab edir ki, hazırda iddiaçıya ayrılmış torpaq sahəsinin ona geri qaytarılması icra baxımından qeyri-mümkündür.
58. Öhdəliyin icrasının mümkünsüzlüyü ilə bağlı ölkədə vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin “üç ulduz” nişanı ilə indeksləşdirilmiş 2*25-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarında bu məsələyə aydınlıq gətirilmişdir.
59. Belə ki, həmin işdə kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: Öhdəliyin yerinə yetirilməsinin mümkün olmaması icranın imkansızlığı (mümkünsüzlüyü) ilə bağlı bir məsələdir. Icra imkansızlığı, öhdəliyin yerinə yetirilməsinin daimi və qəti şəkildə mümkün olmamasıdır. Başqa sözlə, öhdəliyi icra etmək obyektiv səbəblərdən və hər kəs üçün imkan xaricində olur. Icra mümkünsüzlüyü iki növdə olur: 1) başlanğıcdakı icra mümkünsüzlüyü; 2) sonrakı icra mümkünsüzlüyü. Bu növ imkansızlıqlar meydana gəlmə vaxtı və hüquqi nəticələri baxımından bir-birindən əhəmiyyətli şəkildə fərqlənirlər. Başlanğıcdakı icra mümkünsüzlüyü əqdin bağlanmasından əvvəl meydana gələn səbəblərlə bağlıdır. Yəni öhdəliyin yerinə yetirilməsini mümkünsüz edən hallar əqd (müqavilə) bağlananadək mövcud olur. Bu halda öhdəlik ümumiyyətlə yaranmır. Çünki, başlanğıcdakı icra imkansızlığı, bağlandığı andan əqdin etibarsız (əhəmiyyətsiz) olmasına dəlalət edir. Sonrakı icra mümkünsüzlüyü isə əqd etibarlı şəkildə bağlanandan sonra öhdəliyin icrası əsnasında ortaya çıxan imkansızlıqdır. Bu cür mümkünsüzlüyün özü də iki növdə olur: 1) sonrakı təqsirli icra mümkünsüzlüyü; 2) sonrakı təqsirsiz icra mümkünsüzlüyü. Əgər öhdəliyin yerinə yetirilməsi müqavilə qurulduqdan sonra borclunun cavabdehlik daşıdığı hallara görə daimi və qəti şəkildə imkansız olmuşsa, burada sonrakı təqsirli icra mümkünsüzlüyündən söhbət gedir. Bu hal öhdəliyin borclu tərəfindən pozulmasına dəlalət edir. O cümlədən, əgər borclu müqavilənin bağlandığı məqamda öhdəliyin icrasının sonradan mümkünsüz olacağını bilirsə və ya təxmin edirsə, yenə də təqsirli sayılır və kreditor qarşısında məsuliyyətdən azad olmur. Öhdəliyin icrasının borcludan qaynaqlanan səbəblərə görə mümkün olmadığı belə hallarda onun öhdəliyinə nəinki xitam verilmir, əksinə o, bundan irəli gələn mənfi hüquqi nəticələr üçün kreditor qarşısında tam şəkildə məsul tutulur. Müqavilə bağlandıqdan sonra öhdəliyin icrasını özünün təqsirli hərəkətləri ilə imkansız vəziyyətə gətirən borclunu mülki hüquqi məsuliyyətdən azad etmək olmaz. Başqa sözlə, borclunun müqavilə öhdəliyi xətm olmur, kreditorun da müqavilədən irəli gələn tələb hüquqları aradan qalxmır. Kreditorun borclunun ona təklif edə biləcəyi (müqavilədə nəzərdə tutulandan) ayrı icranı qəbul etmək hüququ (Mülki Məcəllə, maddə 435) ilə yanaşı, öhdəliyin icrası əvəzinə düşdüyü bütün zərərlərin ödənilməsini tələb etmək ixtiyarı var.
60. Hazırkı işdə də mübahisəli torpaq sahəsində artıq çoxsaylı sahibkarların qanuni əsaslarla fəaliyyəti, tikililər və uzunmüddətli subicarə münasibətləri formalaşdığından həmin torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədə qətnamənin qəbul edilməsi faktiki icrası mümkün olmayan, eyni zamanda çoxsaylı şəxslərin hüquq və qanuni mənafelərinə müdaxilə edən hüquqi nəticə yaradacaqdır. Bu səbəbdən kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinin qaytarılması barədə tələbi təmin oluna bilməz.
61. Bununla belə kollegiya qeyd edir ki, öhdəliyin icrası cavabdehdən qaynaqlanan səbəblərə görə mümkün olmadığına görə onun öhdəliklərinə xitam verilmir və o, bundan irəli gələn mənfi hüquqi nəticələr üçün iddiaçı qarşısında məsuliyyət daşıyır.
62. Bu baxımdan izah edilir ki, iddiaçı cavabdehdən öhdəliyin digər şəkildə icrasını və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
63. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və MPM-in 417.1.4, 417.2-ci maddələrinə əsasən iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir.
64. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Şəmkir rayon Zəyəm Bələdiyyəsi, üçüncü şəxslər “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2*25-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.