Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-530/2025 10.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********52, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 4,5 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,56 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar ), 2,015 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,02 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və 2,0199 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) münasibətdə qanunsuz istifadənin dayandırılmasını, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılmasına və həmin torpaq sahələrinin keçən müddət ərzində qanunsuz istifadəsinin əvəzi olaraq 70 000 manat məbləğində pul vəsaitinin və 300 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışlara əsasən Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsi (reyestr nömrəsi: **********52, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 4,5 ha torpaq sahəsi (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,015 ha torpaq sahəsi (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və 2,0199 ha torpaq sahəsi (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. İddiaçı ASC-nin mülkiyyətində olan daşınmaz əmlaklara münasibətdə aparılmış monitorinqlərin nəticəsi zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Qəbələ rayonu, Mamayıl kəndində yerləşən və yuxarıda təsviri göstərilmiş torpaq sahələri qanunvericiliyə zidd şəkildə və İddiaçı ASC-i ilə hər hansı müqavilə münasibətləri olmadan zəbt edilmiş, həmin torpaq sahələrindən hər hansı müqavilə münasibətləri olmadan, habelə mülkiyyətçi kimi İddiaçı ASC-dən razılıq alınmadan istifadə edilmiş, keçən 5 ilə yaxın müddətdə Cavabdeh tərəfindən xüsusi meyvə bağları salınmış, həmin meyvə bağlarının əldə edilmiş məhsulların satışından Cavabdeh külli miqdarda gəlir əldə etmişdir. İddiaçı ASC-i tərəfindən Cavabdeh qanunsuz istifadənin dayandırılmasını, həmin torpaq sahələrinin keçən müddət ərzində qanunsuz istifadəsinin əvəzi olaraq 70000 (yetmiş min) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-yə ödənilməsini təmin edilməsini xahiş edir və buna uyğun olaraq həmin torpaq sahələrinin İddiaçı ASC-yə geri qaytarılması barədə bildiriş göndərilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC qiymətləndirici şirkəti tərəfindən xx.xx.2025-ci il tarixli MB 18/0874 saylı rəydə qeyd olunmuşdur ki, 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,015 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) üzərində salınmış meyvə bağlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə nəticəsində əldə olunmuş gəlirin məbləği 50977 manat təşkil edir. Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********52, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsindən (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) üzərində salınmış meyvə bağlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə nəticəsində əldə olunmuş gəlirin məbləği 62330 manat təşkil edir. Ümumilikdə əldə edilən gəlirin məbləği 113307,60 manat təşkil edir. xx.xx.2025-ci il tarixli **********59 nömrəli asanpay ödəniş qəbzindən bəlli olur ki, qiymətləndirilən iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli **********17 nömrəli asanpay ödəniş qəbzindən bəlli olur ki, qiymətləndirilməyən iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli 11508037 nömrəli ödəmə tapşırığından bəlli olur ki, Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirici şirkətinə 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2025-ci il tarixli 13215040 nömrəli ödəmə tapşırığından bəlli olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə 95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlar əsasən İddiaçı ASC-nin mülkiyyətində olan və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,56 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar ), 2,015 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,02 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və 2,0199 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) münasibətdə qanunsuz istifadənin dayandırılmasını, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması və qeyd olunan torpaq sahələrindən qanunsuz istifadəyə görə cəmi 113307,60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və çəkilmiş məhkəmə xərclərinin əvəzi olaraq 404,92 manat qiymətləndirilən iddia üzrə ödənilmiş dövlət rüsumunun, 100 manat qiymətləndirilməyən iddia üzrə ödənilmiş dövlət rüsmunun, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün "xxxx" MMC qiymətləndirici şirkətinə ödənilən 1500 manat məbləğində xidmət haqqının, habelə mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 95 manat məbləğində dövlət rüsmun olmaqla cəmi 2099,02 manat pulun Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İİ. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, ilkin mərhələdə iddia tələbi ilə müraciət edərək torpaq sahələrinin qanunsuz sahibliyindən qaytarılması və həmin torpaq sahələrinin keçən müddət ərzində qanunsuz istifadəsinin əvəzi olaraq 70 000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edilib. Sonra iş üzrə məhkəmə tərəfindən həm əmtəəşünaslıq ekspertizası keçirildi, həm də həmin torpaq sahəsinin Cavabdehun istifadəsində olubolmaması ilə bağlı mütəxəssis rəyi alınmışdır. Faktiki olaraq öz təsdiqini tapdı ki həmin torpaq sahəsi hal-hazırda Cavabdeh qanunsuz sahibliyindədir və mütəmadi olaraq son 5 il ərzində ordan istifadə nəticəsində həmin torpaq sahələrindən gəlir əldə etmişdir. Həmin torpaq sahələrindən istifadə nəticəsində əldə olunmuş gəlirin miqdarı "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən verilən rəydə həmin məbləğlər 50977 manat və 62330 manat məbləğində təşkil edir. Hazırki mərhələdə iddia tələbini dəyişdiriblər. Məhkəmənin bir daha diqqətinə çatdırmaq istəyir ki, ilkin iddia tələbində İddiaçı ASC-nin mülkiyyətində olan və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsinə reyestr nömrəsi **********52 torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən qaytarılmasını tələb ediblər. Məkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin torpaq sahəsi iki ay olar başqa bir şəxsə alqı-satqı yolu ilə rəsmi notariat qaydada həmin şəxsin istifadəsinə verilmişdir. Sonuncu dəfə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərkən həmin hissəni çıxarıblar. İddiaçı ASC-nin mülkiyyətində olan və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2.02 ha torpaq sahəsinin, 2.56 ha torpaq sahəsinin, 2.0150 ha torpaq sahəsinin, 4.50 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması tələb edib, iddia tələbinin ikinci və üçüncü hissəsində isə həmin torpaq sahələrinin habelə sonradan mülkiyyətindən çıxmış 6.001 ha torpaq sahəsindən qanunsuz sahiblik nəticəsində əldə edilmiş gəlirin tutulmasını xahiş ediblər. Bundan əlavə çəkilmiş məhkəmə xərclərinin əvəzi olaraq 404 manat 92 qəpik məbləğində qiymətləndirilən iddia üzrə ödənilmiş dövlət rüsumunun, 100 manat qiymətləndirilməyən iddia üzrə ödənilmiş dövlət rüsumunun, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün "xxxx" MMC-yə ödənilmiş 1500 manat məbləğində xidmət haqqının, habelə mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 95 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən xx.xx.2020-ci il tarixli çıxarışlardan görünür ki, Qəbələ rayonu Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) Qəbələ rayonu Mamayıl kəndi ərazisində yerləşən 2,015 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və Qəbələ rayonu Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsinə (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir.
8. Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirici şirkəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli MB 18/0877 nömrəli rəydən görünür ki, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,015 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) üzərində salınmış meyvə bağlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə nəticəsində əldə olunmuş gəlirin məbləği 50977 manat, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********52, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) üzərində salınmış meyvə bağlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə nəticəsində əldə olunmuş gəlirin məbləği 62330 manat təşkil edir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-5774/2025 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsi (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar ), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsi (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) Cavabdeh istifadəsindədir. Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsi (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsi (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,015 ha torpaq sahəsi (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) faktiki naturada uqodasiya əkin kimi cavabdeh tərəfindən istifadə olunur. Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsi (reyestr nömrəsi: **********52, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) faktiki naturada uqodasiyası bağ kimi cavabdeh tərəfindən istifadə olunur.
V. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 2 9 . Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. Azərbaycan Republikası Torpaq Məcəlləsi: 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Vl. Məhkəmənin mövqeyi:
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
14. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışlara əsasən Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsi (reyestr nömrəsi: **********52, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 4,5 ha torpaq sahəsi (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,015 ha torpaq sahəsi (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və 2,0199 ha torpaq sahəsi (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsi, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsi, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsi və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsi Cavabdeh qanuni əsas olmadan istifadəsindədir. Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsi, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsi, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsi və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsi, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,015 ha torpaq sahəsi faktiki naturada uqodasiya əkin kimi qanuni əsas olmadan cavabdeh tərəfindən istifadə olunur. Həmçinin Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsi faktiki naturada uqodasiyası bağ kimi qanuni əsas olmadan cavabdeh tərəfindən istifadə olunur. Göstərilən hallar iş materiallarında olan sübutlar əsasında öz təsdiqini tapmış və işin mübahisəsiz hallarıdır. Nəticədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaya heç bir etiraz etmir. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
18. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
19. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu səbəbdən iddiaçının mülkiyyətində olan torpaq sahələri cavabdehin qanunsuz istifadəsindən iddiaçıya geri qaytarılmalıdır.
20. Məhkəmə iddia tələbinin torpaq sahələrinin Cavabdeh tərəfindən qanunsuz istifadəsi nəticəsində dəymiş zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bankın mülkiyyətində olan daşınmaz əmlaklardan cavabdehin qanunsuz istifadə faktı mövcud olduğundan, iddia tələbi bu hissədə də təmin edilməlidir.
21. Belə ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli Qərarında göstərilmişdir ki, əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir.
23. "xxxx" MMC qiymətləndirici şirkətinin elspert rəyinə əsasən Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********74, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,015 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********48, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) üzərində salınmış meyvə bağlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə nəticəsində əldə olunmuş gəlirin məbləği 50977 manat, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 6,0001 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********52, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********62, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar), Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********58, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,0199 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********36, təyinatı: kənd təsərrüfatı təyinatlı torpaqlar) üzərində salınmış meyvə bağlarından xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə nəticəsində əldə olunmuş gəlirin məbləği 62330 manat təşkil edir.
24. Məhkəmə "xxxx" MMC qiymətləndirici şirkəti tərəfindən təqdim edilən mütəxəssis rəyini əsaslı və mötəbər sübut hesab edərək qeyd edir ki, iddia tələbi həmin hissədə mütəxəssis rəyində göstərilən məbləğdə təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır.
27. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini tətbiq etməklə və iş materiallarında olan sübutları araşdırıb onlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC-nin mülkiyyətində olan və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsi (reyestr nömrəsi: **********62, təyinatı:), 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74), 2,015 ha torpaq sahəsi (reyestr nömrəsi: **********48), 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58) və 2,0199 ha torpaq sahəsi (reyestr nömrəsi: **********36) Cavabdeh qanunsuz sahibliyindən İddiaçı ASC-yə geri qaytarılmalı, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74), 2,015 ha torpaq sahəsi (reyestr nömrəsi: **********48), 2,02 ha torpaq sahəsindən (reyestr nömrəsi: **********58) qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda olaraq 50977 manat məbləğində, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58), 2,0199 ha torpaq sahəsindən (reyestr nömrəsi: **********36), 4,5 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********62) qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda olaraq 62330 manat məbləğində olmaqla cəmi 113307 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
28. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 503,31 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
29. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərə əsasən İddiaçı ASC məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün "xxxx" MMC-yə 1500 manat məbləğində xidmət haqqı, mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə 95 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, aparılmış tədqiqatın dəyəri olan 1595 (1500+95) manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
Vİl. Nəticə:
30. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan və Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 4,5 ha torpaq sahəsi (reyestr nömrəsi: **********62, təyinatı:), 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74), 2,015 ha torpaq sahəsi (reyestr nömrəsi: **********48), 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58) və 2,0199 ha torpaq sahəsi (reyestr nömrəsi: **********36) Cavabdeh qanunsuz sahibliyindən İddiaçı ASC-yə geri qaytarılsın. Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,56 ha torpaq sahəsi (reyestr nömrəsi: **********74), 2,015 ha torpaq sahəsi (reyestr nömrəsi: **********48), 2,02 ha torpaq sahəsindən (reyestr nömrəsi: **********58) qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda olaraq 50977 manat məbləğində, Qəbələ rayonu, Mamayıl kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsi (reyestr nömrəsi: **********58), 2,0199 ha torpaq sahəsindən (reyestr nömrəsi: **********36), 4,5 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********62) qanunsuz istifadəsi nəticəsində əldən çıxmış fayda olaraq 62330 manat məbləğində olmaqla cəmi 113307 manat məbləğində pul vəsaiti və ödənilmiş 503,31 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 1595 (1500+95) manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova