Məhkəmə qərarları › İş №2-2(1-8)-216/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-216/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-216/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı Iddiaçı QSC-nin cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” QSC-nin cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclası qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” QSC ilə cavabdeh1 MMC (əvvəlki adı “xxxx” MMC) arasında 2009-cu il ## ### tarixli **L********* saylı uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə 1.500.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır.

2. Tərəflər arasında bağlanmış 2017-ci il ## #### tarixli **L*******S saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 218 ay, kredit xəttinin məbləği artırılaraq 10.000.000 ABŞ dolları müəyyən edilmişdir.

3. Kredit xətti müqaviləsinin təminatı kimi Iddiaçı QSC ilə cavabdeh2 arasında 2009cu il # #### tarixli **M********* nömrəli və 2018-ci il # ######## tarixli *M-*** nömrəli ipoteka müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh2 məxsus müvafiq olaraq Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** nömrəli binanın ** saylı mənzil və ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 153.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

4. Kredit xətti müqaviləsinin təminatı kimi Iddiaçı QSC ilə cavabdeh5 arasında 2012ci il # ### tarixli **M********* nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi, ** saylı evin, ** saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

5. Kredit xətti müqaviləsinin təminatı kimi Iddiaçı QSC ilə X2 arasında 2012-ci il ## ##### tarixli **M********* nömrəli, 2009-cu il ## ###### tarixli **M********* nömrəli ipoteka müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən X2 məxsus müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ** saylı evin * saylı mənzili və Mingəçevir şəhəri, X1 küçəsi, *** nömrəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

6. Ipoteka qoyan X2 2016-cı il ## ####### tarixdə vəfat etmişdir. 2017-ci il ## ###### tarixli mirasın bağışlanması barədə müqaviləyə əsasən cavabdeh2 mərhum X2 ona miras qalmış Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı evin * saylı mənzilinin onun payına düşən ½ hissəsini cavabdeh8 bağışlamış və cavabdeh8 ilə “xxxx” QSC arasında bağlanmış 2017-ci il ## #### tarixli **M*********S saylı sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Həmçinin 2017-ci il ## ###### tarixli mirasın bağışlanması barədə müqaviləyə əsasən cavabdeh8 mərhum X2 ona miras qalmış Mingəçevir şəhəri X1 küçəsi *** nömrəli qeyri-yaşayış binasının onun payına düşən ½ hissəsini cavabdeh2 bağışlamışdır.

7. Uzunmüddətli kredit müqaviləsi üzrə üzrə borcun təminatı olaraq, bankla cavabdeh2 ilə ***S*********S saylı, cavabdeh6 ilə ***S*********S saylı, cavabdeh5 ilə ***S*********S saylı, cavabdeh3 ilə ***S************ saylı, cavabdeh8 ilə ***S************ saylı zaminlik müqavilələri və müqavilələrə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.

8. Kredit xətti müqaviləsi çərçivəsində “xxxx” QSC ilə cavabdeh1 MMC arasında aşağıdakı kredit müqavilələri bağlanmış və müqavilələr əsasında bank tərəfindən borcalana: - 2012-ci il # #### tarixli **R********* saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, 500.000 ABŞ dolları; - 2012-ci il ## ####### tarixli **R********* saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, 200.000 ABŞ dolları; - 2012-ci il ## ###### tarixli **R********* saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, 200.000 ABŞ dolları; - 2013-cü il ## #### tarixli **R********* saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, 200.000 ABŞ dolları; - 2015-ci il ## ##### tarixli ***R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2333% оlmaqla, 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

9. Tərəflərin imzaladıqları 2015-ci il ## #### tarixli **R*********S saylı sazişə əsasən 2012-ci il # #### tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri 10 mart tarixli ödəniş planına uyğun dəyişdirilir və 2012-ci il # #### tarixli kredit razılaşması üzrə götürdüyü kreditin qalan hissəsinin və hesablanmış faizləri 10 mart tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ###### tarixli **R*********SA saylı sazişə əsasən kreditin qalıq məbləğinə 2016-cı il ## ###### tarixdən aylıq 1,25% dərəcəsi ilə hesablanır, kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari kredit üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1,3333% faiz dərəcəsi ilə faizlər hesablanır. 2016-cı il # #### tarixli **R*********SB saylı sazişə əsasən **R********* saylı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi 2016-cı il # #### tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ##### tarixli **R*********SC saylı sazişə əsasən **R********* saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 2016-cı il ## ##### tarixdən 1,0833% dərəcəsi hesablanacaq, 2016-cı il ## ###### tarixli **R*********SD saylı sazişə əsasən kredit razılaşmasına əsasən bu günə olan kredit qalığın faizlər 6 ay ərzində aylıq 1,8333 faiz olmaqla hesablanacaq, 2020-ci il ## ##### tarixli **R*********SG saylı sazişə əsasən **R********* saylı kredit razılaşması üzrə bu sazişin imzalandığı tarixə 139503,50 ABŞ dolları məbləğində kredit qalığının 106.969,50 ABŞ dolları məbləğində hissəsini banka qaytarmağı öhdəsinə götürür, 2020-ci il ## ###### tarixli **R*********SH saylı sazişə əsasən **R********* saylı kredit razılaşması üzrə bu sazişin imzalandığı tarixə 139.503,50 ABŞ dolları məbləğində kredit qalığının 106.969,50 ABŞ dolları məbləğində hissəsini banka qaytarmağı öhdəsinə götürür, kredit alan nəzərdə tutulan öhdəliyin vaxtında və lazımi qaydada icra etməsi müqabilində 139.503,50 ABŞ dolları məbləğində kredit qalığının 32534 ABŞ dolları məbləği hissəsindən imtina etməyi öhdəsinə götürür və 2021-ci il ## ######## tarixli **R*********SI saylı sazişə əsasən kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri 28 sentyabr tarixli ödəniş planına uyğun həyata keçirəcəkdir. 10.Tərəflərin imzaladıqları 2015-ci il ## ###### tarixli **R*********S saylı sazişə əsasən kredit razılaşması üzrə müəyyən edilmiş ödənişləri 2015-ci il ## ###### tarixli ödəniş planına uyğun dəyişdirilir, 2016-cı il ## ###### tarixli **R*********SA saylı sazişə əsasən kredit razılaşmasına 2016-cı il ## ###### tarixdən aylıq 1,25% dərəcəsi hesablanacaq, kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari kredit üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1,3333% faiz dərəcəsi ilə faizlər hesablanır, 2016-cı il ## ##### tarixli **R*********SC saylı sazişə əsasən kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi 2016-cı il ## ##### tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ###### tarixli **R*********SD saylı sazişə əsasən kredit razılaşmasına əsasən bu günə olan kredit qalığın faizlər 6 ay ərzində aylıq 1,8333 faiz olmaqla hesablanacaq, 2020-ci il ## ##### tarixli **R*********SG saylı sazişə əsasən kredit razılaşması üzrə bu sazişin imzalandığı tarixə 70.335,66 ABŞ dolları məbləğində kredit qalığının 53.594,66 ABŞ dolları məbləğində hissəsini banka qaytarmağı öhdəsinə götürür, kredit alan nəzərdə tutulan öhdəliyin vaxtında və lazımi qaydada icra etməsi müqabilində 70.335,66 ABŞ dolları məbləğində kredit qalığının 16.741 ABŞ dolları məbləği hissəsindən imtina etməyi öhdəsinə götürür, 2020-ci il ## ###### tarixli **R*********SH saylı sazişə əsasən kredit razılaşması üzrə bu sazişin imzalandığı tarixə 70.335,66 ABŞ dolları məbləğində kredit qalığının 53.594,66 ABŞ dolları məbləğində hissəsini banka qaytarmağı öhdəsinə götürür, kredit alan nəzərdə tutulan öhdəliyin vaxtında və lazımi qaydada icra etməsi müqabilində 70.335,66 ABŞ dolları məbləğində kredit qalığının 16.741 ABŞ dolları məbləği hissəsindən imtina etməyi öhdəsinə götürür və 2021-ci il ## ######## tarixli **R*********SI saylı sazişə əsasən kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri 28 sentyabr tarixli ödəniş planına uyğun həyata keçiriləcəkdir. 11.Tərəflərin imzaladıqları 2015-ci il ## #### tarixli **R*********S saylı sazişə əsasən 10 mart tarixli ödəniş planına uyğun dəyişdirilir və kredit razılaşması üzrə götürdüyü kreditin qalan hissəsinin və hesablanmış faizləri 2015-ci il ## #### tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ###### tarixli **R*********SA saylı sazişə əsasən kredit razılaşmasına 2016-cı il ## ###### tarixdən aylıq 1,25% dərəcəsi hesablanacaq, kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari kredit üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1,3333% faiz dərəcəsi ilə faizlər hesablanır, 2016-cı il # #### tarixli **R*********SB saylı sazişə əsasən kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi 2016-cı il # #### tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ##### tarixli **R*********SC saylı sazişə əsasən kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 2016-cı il ## ##### tarixdən 1,0833% dərəcəsi hesablanacaq, 2016-cı il ## ###### tarixli **R*********SD saylı sazişə əsasən kredit razılaşmasına əsasən bu günə olan kredit qalığın faizlər 6 ay ərzində aylıq 1,8333 faiz olmaqla hesablanacaq, 2020-ci il ## ##### tarixli **R*********SG saylı sazişə əsasən kredit razılaşması üzrə bu sazişin imzalandığı tarixə 72.303,83 ABŞ dolları məbləğində kredit qalığının 55.562,83 ABŞ dolları məbləğində hissəsini banka qaytarmağı öhdəsinə götürür, kredit alan nəzərdə tutulan öhdəliyin vaxtında və lazımi qaydada icra etməsi müqabilində 723.303,83 ABŞ dolları məbləğində kredit qalığının 16.741 ABŞ dolları məbləği hissəsindən imtina etməyi öhdəsinə götürür, 2020-ci il ## ###### tarixli **R*********SH saylı, 2021-ci il ## ######## tarixli **R*********SHI saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 12.Tərəflərin imzaladıqları 2015-ci il ## ###### tarixli **R*********S saylı sazişə əsasən 2015-ci il ## ###### tarixli ödəniş planına uyğun dəyişdirilir və kredit razılaşması üzrə götürdüyü kreditin qalan hissəsinin və hesablanmış faizləri 2015-ci il ## ###### tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ###### tarixli **R*********SA saylı sazişə əsasən kredit razılaşmasına 2016-cı il ## ###### tarixdən aylıq 1,25% dərəcəsi hesablanacaq, kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari kredit üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1,3333% faiz dərəcəsi ilə faizlər hesablanır, 2016-cı il # #### tarixli **R*********SB saylı sazişə əsasən kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi 2016-cı il # #### tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ##### tarixli **R*********SC saylı sazişə əsasən kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 2016-cı il ## ##### tarixdən 1,0833% dərəcəsi hesablanacaq, 2016-cı il ## ###### tarixli **R*********SD saylı sazişə əsasən kredit razılaşmasına əsasən bu günə olan kredit qalığın faizlər 6 ay ərzində aylıq 1,8333 faiz olmaqla hesablanacaq, 2020-ci il ## ##### tarixli **R*********SG saylı sazişə əsasən kredit razılaşması üzrə bu sazişin imzalandığı tarixə 90.163 ABŞ dolları məbləğində kredit qalığının 69.496 ABŞ dolları məbləğində hissəsini banka qaytarmağı öhdəsinə götürür, kredit alan nəzərdə tutulan öhdəliyin vaxtında və lazımi qaydada icra etməsi müqabilində 90.163 ABŞ dolları məbləğində kredit qalığının 20.667 ABŞ dolları məbləği hissəsindən imtina etməyi öhdəsinə götürür, 2020-ci il ## ###### tarixli **R*********SH saylı, 2021-ci il ## ######## tarixli **R*********SI saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 13.Tərəflərin imzaladıqları 2016-cı il ## ###### tarixli ***R**********S saylı sazişə əsasən kredit razılaşmasına 2016-cı il ## ###### tarixdən aylıq 1,25% dərəcəsi hesablanacaq, kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari kredit üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1,3333% faiz dərəcəsi ilə faizlər hesablanır, 2016-cı il # #### tarixli ***R**********SA saylı sazişə əsasən kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi 2016-cı il # #### tarixli ödəniş planına uyğun banka ödəməlidir, 2016-cı il ## ##### tarixli ***R**********SB saylı sazişə əsasən kredit alan üzərinə götürdüyü öhdəliyi 2016-cı il ## ##### tarixli ödəniş planına uyğun həyata keçirməlidir, 2016-cı il ## ###### tarixli ***R**********SC saylı sazişə əsasən kredit razılaşmasına əsasən bu günə olan kredit qalığın faizlər 6 ay ərzində aylıq 1,8333 faiz olmaqla hesablanacaq, 2020-ci il ## ##### tarixli ***R**********SF saylı sazişə əsasən kredit razılaşması üzrə bu sazişin imzalandığı tarixə 60.800,26 ABŞ dolları məbləğində kredit qalığının 46.716 ABŞ dolları məbləğində hissəsini banka qaytarmağı öhdəsinə götürür, kredit alan nəzərdə tutulan öhdəliyin vaxtında və lazımi qaydada icra etməsi müqabilində 60.800,26 ABŞ dolları məbləğində kredit qalığının 14.084 ABŞ dolları məbləği hissəsindən imtina etməyi öhdəsinə götürür, 2020-ci il ## ###### tarixli ***R**********SG saylı və 2021-ci il ## ######## tarixli ***R**********SH saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

14.Iddiaçı “xxxx” QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh1 MMC, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”xxxx“MMC”, “cavabdeh8”, “cavabdeh7”, “cavabdeh6”, “cavabdeh5”, “cavabdeh4”, “cavabdeh3”, “cavabdeh2”) qarşı iddia ərizəsi və iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, **R********* saylı kredit razılaşması üzrə 58377.45 ABŞ Dolları kredit borcu, 109630.08 ABŞ Dolları faiz borcu və 12484.84 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 180492.37 ABŞ Dolları; **R********* saylı kredit razılaşması üzrə 27497.84 ABŞ Dolları kredit borcu, 54875.39 ABŞ Dolları faiz borcu və 7500 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 89873.23 ABŞ Dolları; İ*R********* saylı kredit razılaşması üzrə 48824.89 ABŞ Dolları kredit borcu, 57456.78 ABŞ Dolları faiz borcu və 9765 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 116046.67 ABŞ Dolları; İ*R********* saylı kredit razılaşması üzrə 32534.17 ABŞ Dolları kredit borcu, 71550.36 ABŞ Dolları faiz borcu və 8025 ABŞ Dolları cərimə borcu olmaqla, cəmi 112109.53 ABŞ Dolları; ***R********** saylı kredit razılaşması üzrə 14525.27 ABŞ Dolları kredit borcu, 50825.38 ABŞ Dolları faiz borcu və 4641.83 ABŞ Dolları cərimə olmaqla, cəmi 69992.48 ABŞ Dolları məbləğində borcun; 5 kredit razılaşması üzrə ümumilikdə cəmi 568.514,28 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1312 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 75 manat rüsum və 180 manat xidmət haqqının tutulması; tutmanın cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı binanın ** saylı mənzilinə, cavabdeh2 məxsus ünvan * saylı fərdi yaşayış evinə, cavabdeh2 məxsus Mingəçevir şəhəri X1 küçəsi *** nömrəli qeyri-yaşayış binasına (Yeni qaydalarla Mingəçevir şəhəri Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası), cavabdeh5 məxsus Bakı şəhəri Yasamal rayonu Kamal Rəhimov küçəsi ** saylı evin ** saylı mənzilinə, cavabdeh8 məxsus Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı evin * saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 568.514,28 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1.312 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 75 manat rüsum və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin MMC, cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh3, cavabdeh8 müştərək qaydada iddiaçının xeyrinə tutulması; Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** nömrəli binanın ** saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması, ünvan * saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, Mingəçevir şəhəri X1 küçəsi *** nömrəli qeyri yaşayış binası (Yeni qaydalarla Mingəçevir şəhəri Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binası tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması, Bakı şəhəri Yasamal rayonu Kamal Rəhimov küçəsi ** saylı evin ** saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan İ ay sonra cavabdeh5, cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması; Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı evin * saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh8 və cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Iddiaçı MMC-nin mübahisəli kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilələr üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcu və dəbbə pulunun tutulmasını, tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etmişdir. 16.MMC iddiaya etiraz etmiş və bildirmişdir ki, onun tərəfindən 2017-ci il # ###### tarixli müqavilələri üzrə (15R000003186SF, 15R000003547SF, I5R000003615SF, 15R000004287SF, 015R1511942131SF) cədvəlin yandan çox hissəsi ödənilmişdir. MMC iradəsindən asılı olmayaraq dövlət tərəfindən pandemiya elan edilmişdir ki, bu hal fors-major halıdır və müqavilənin MMC tərəfindən pozulması kimi qəbul edilə bilməzdi. 2017-ci il # ###### tarixli müqavilələrinin davam etdirilməsi üçün əlavə müqavilələr bağlanmaq əvəzinə 2017-ci il # ###### tarixli müqavilələrindən fərqli şərtlərlə (əlavə əsas vəsait və faiz tələbi ilə) yeni müqavilələrin bağlanması ilə əlaqədar MMC məcbur edilmişdir. Bank tərəfindən pandemiya dövrü ilə əlaqədar olaraq fors-major vəziyyətdə hər hansı bir faiz və əldən çıxmış fayda tələb edilə bilməzdi. Lakin iddiaçı fors-major dövründə əldən çıxmış faydanı yeni müqavilədə öhdəlik olaraq cavabdehin üzərinə qoymuşdur. Eyni zamanda 2017-ci il # ###### tarixli müqavilələrinin şərtlərini pozaraq pandemiya dövrü də nəzərə alınmaqla faiz tələbi irəli sürmüşdür. MMC tərəfindən 2020ci ilin mart ayınadək müqavilə üzrə öhdəlikləri pozulmamışdır. Lakin pandemiya tələbi ilə müqavilənin icrası dayandırılmışdır. Bank bunu bildiyi halda, cavabdehi aldadaraq və hədə-qorxu gələrək 2017-ci il # ###### tarixli müqavilələri gizlədərək (15R000003186SF, 15R000003547SF, 15R000003615SF, 15R000004287SF, 015R1511942131SF) hal-hazırda etibarsızlığını tələb etdikləri (2020-ci il ## ##### tarixli 15R000003186SG, 2020-ci il ## ###### tarixli **R*********SH saylı, 2021-ci il ## ######## tarixli 15R000003I86SI, 2020-ci il ## ##### tarixli 15R000003547SG, 2020ci il ## ###### tarixli **R*********SH saylı, 2021-ci il ## ######## tarixli 15R000003547S1 2020-ci il ## ##### tarixli 15ROOOOQ3615SG, 2020-ci il ## ###### tarixli **R***Ü*****SH saylı, 2021-ci il ## ######## tarixli I5R000003615S1 2020-ci il ## ##### tarixli 15R000004287SG, 2020-ci il ## ###### tarixli **R*********SH saylı, 2021ci il ## ######## tarixli 15R000004287SI 2020-ci il ## ##### tarixli 1015U1511942131SF 2020-ci il ## ###### tarixli ***R**********SG saylı, 2021-ci il ## ######## tarixli 1015R1511942131SH) müqavilələri imzalatmışdırlar və həmin müqavilələrdə nəzərdə tutulmuş əsas vəsaitlər şişirdilərək (##.##.2017-ci il tarixli müqavilələr üzrə faizlər, dəbbə pulu daxil etməklə) və əlavə faiz tələb edərək ##.##.2017- ci il müqaviləsinə zidd olaraq əlavə faiz tələb etməklə cavabdehin üzərinə öhdəlik qoymuşlar. 17.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-2-2(113)-193./**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеhlər MMC, cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh3 və cavabdeh8 müştərək qaydada **R********* saylı krеdit razılaşması üzrə 58.377,45 ABŞ Dolları əsas bоrc, 11.328,90 ABŞ Dolları faiz bоrcu və 2919 ABŞ Dolları dəbbə pulu, **R********* saylı krеdit razılaşması üzrə 27497,84 ABŞ Dolları əsas bоrc, 7239,29 ABŞ Dolları faiz bоrcu və 1375 ABŞ Dolları dəbbə pulu, **R********* saylı krеdit razılaşması üzrə 48824,89 ABŞ Dolları əsas bоrc, 7819,96 ABŞ Dolları faiz bоrcu və 2441 ABŞ Dolları dəbbə pulu, **R********* saylı krеdit razılaşması üzrə 32534,17 ABŞ Dolları əsas bоrc, 9317,38 ABŞ Dolları faiz bоrcu və 1627 ABŞ Dolları dəbbə pulu, ***R********** saylı krеdit razılaşması üzrə 14525,27 ABŞ Dolları əsas bоrc, 6246,19 ABŞ Dolları faiz bоrcu və 726 ABŞ Dolları dəbbə pulu, ümumilikdə cəmi 232.799,34 ABŞ Dolları məbləğində bоrc, dövlət rüsumunun əvəzi olaraq 686 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınması üçün xərclərin əvəzi olaraq 255 manat tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın aşağıdakı əmlaklara yönəldilməsi və həmin əmlakların açıq hərracda satılması: 1. cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ** saylı binanın ** saylı mənzilinə (əmlakın ilkin satış qiyməti 270.000 manat məbləğində müəyyən edilməsi), 2. cavabdeh2 məxsus ünvan * saylı fərdi yaşayış evinə (əmlakın ilkin satış qiyməti 58.000 manat məbləğində müəyyən edilməsi), 3. cavabdeh2 məxsus Mingəçevir şəhəri X1 küçəsi *** nömrəli qeyri-yaşayış binasına (Yeni qaydalarla Mingəçevir şəhəri Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m ümumi sahədən ibarət qeyriyaşayış binasına) (əmlakın ilkin satış qiymətinin 750.000 manat məbləğində müəyyən edilməsi), 4. cavabdeh5 məxsus Bakı şəhəri Yasamal rayonu Kamal Rəhimov küçəsi ** saylı evin ** saylı mənzilinə (əmlakın ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməsi), 5. cavabdeh8 məxsus Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı evin * saylı mənzilinə (əmlakın ilkin satış qiymətinin 115.000 manat məbləğində müəyyən edilməsi), əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ satılan əmlakın müvafiq mülkiyyətçisinə qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər MMC, cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh3 və cavabdeh8 müştərək qaydada tutulması, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** nömrəli binanın ** saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan * saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Mingəçevir şəhəri X1 küçəsi *** nömrəli qeyri-yaşayış binası (Yeni qaydalarla Mingəçevir şəhəri Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi ** saylı evin ** saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh5, cavabdeh4 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı evin * saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdeh8 və cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qalan hissədə iddianın rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin müştərək qaydada MMC, cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh3 və cavabdeh8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – G.Namazova). 18.Birinci instansiya məhkəməsi kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə 2024-cü il ## ### tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq və əmlakın (ipoteka predmetlərinin) giymətləndirilməsi və 2025-ci il ## ####### tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. 19.Iş üzrə Ədliyyə Nazirliyinin MEM-in 2025-ci il ## ###### tarixli */**** saylı ekspert rəyi və “xxxx” MMC-nin 2024-cü il ## ###### tarixli LP-123/2024, LP-124/2024, LP- 125/2024, LP-126/2024, LP-***/**** nömrəli mütəxəssis rəyləri verilmişdir. 20.Məhkəmə hesab etmişdir ki, **R********* saylı, **R********* saylı, **R********* saylı, **R********* saylı, **R********** saylı kredit razılaşması üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc iddia tələbində (dəqiqləşdirillib) daha az müəyyən edildiyi üçün iddia tələbinə uyğun, faiz borcu isə ekspert rəyində müəyyən edilən məbləğlərdən daha çox olduğu üçün, faiz borcu rəydə göstərilən məbləğlərdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 21.Məhkəmə tələb olunan dəbbə pulu məbləğlərini əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz surətdə yüksək olduğundan cavabdehlərdən **R********* saylı kredit razılaşması üzrə hesablanmış 2919 ABŞ dolları, **R********* saylı kredit razılaşması üzrə hesablanmış 1375 ABŞ dolları, **R********* saylı kredit razılaşması üzrə hesablanmış 2441 ABŞ dolları, **R********* saylı kredit razılaşması üzrə hesablanmış 1627 ABŞ dolları, **R********** saylı kredit razılaşması üzrə hesablanmış 726 ABŞ dollar məbləğində dəbbə pulu tutulmalıdır. 22.Məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmiş və nəticədə “Ipoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Ona görə də, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ipoteka predmetlərinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, mənzilin satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh2, cavabdeh5 və cavabdeh8 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər MMC, cavabdeh2, cavabdeh6, cavabdeh5, cavabdeh3 və cavabdeh8 müştərək qaydada tutulmalıdır. 23.Eyni zamanda, məhkəmə “xxxx” MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi ** saylı binanın ** saylı mənzilinin ilkin satış qiymətini 270.000 manat, ünvan * saylı fərdi yaşayış evinin ilkin satış qiymətini 58.000 manat, Mingəçevir şəhəri X1 küçəsi *** nömrəli qeyri-yaşayış binasının (Yeni qaydalarla Mingəçevir şəhəri Heydər Əliyev prospekti 110 ünvanında 0.0912 ha torpaq sahəsi və üzərində yerləşən 135.20 m ümumi sahədən ibarət qeyri-yaşayış binasının) ilkin satış qiymətini 750.000 manat, cavabdeh5 məxsus Bakı şəhəri Yasamal rayonu Kamal Rəhimov küçəsi ** saylı evin ** saylı mənzilinin ilkin satış qiymətini 200.000 manat, cavabdeh8 məxsus Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi ** saylı evin * saylı mənzilinin ilkin satış qiymətini 115.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmçinin, ipoteka predmeti olan əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. 24.Məhkəmə hesab etmişdir ki, MMC kredit müqavilələrinin (sonradan bağlanan restrukturizasiya sazişlərinin) hədə qorxu edilməklə bağlandığı üçün etibarsızlığını mübahisələndirsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsaslarından heç biri (hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanması) hazırkı iş üzrə müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Kredit müqavilələri üzrə bağlanmış əlavə sazişlərdən görünür ki, borc məbləğləri vaxtında ödənildiyi halda bank müəyyən məbləğlərdə güzəştlərin edilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin məhkəmə araşdırılması zamanı cavabdeh tərəf həmin ödənişlərin vaxtında edib yekunlaşdırılmasını təsdiq edən hər hansı əlavə sübutları məhkəməyə təqdim edə bilməmiş və iş üzrə ekspert rəyi verilən zaman Əlavə sazişlər (o cümlədən sonuncu restrukturizasiya sazişləri) nəzərə alınmaqla verilmişdir. Beləliklə, cavabdehin nümayəndəsi tərəfindən göstərilən dəlillər müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. 25.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 269, 270.1, 329.1, 339, 340, 341, 342, 343, 344, 345, 346, 347, 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələri, “Ipoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4, 41.1, 47.5, 59.3.1, 59.3.2, 59.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 26.Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

27.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova). 28.Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq kredit müqavilələrinin müddətlərinin başa çatdığı tarixlərə yarandığı müəyyənləşdirilən borc məbləğlərinin cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. Ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi borc məbləğlərini rəyə istinadən hesablamaqda haqlı olmuşdur. Qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir. Hazırkı iş üzrə verilmiş mühasibatlıq ekspertizası üzrə ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən mühasibatlıq ekspertizası təyin edilməsinin prosessual əsasları mövcud deyildir. 29.Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd etmişdir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir. 30.Apellyasiya şikayətinin müqavilə bağlamağa məcbur edilərək borc məbləğinin artırılması dəlillərinə dair qeyd edilmişdir ki, MM-in 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsaslarından heç biri (xüsusən də hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanması) hazırkı iş üzrə müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Kredit müqavilələri üzrə bağlanmış əlavə sazişlərdən görünür ki, borc məbləğləri vaxtında ödənildiyi halda bank müəyyən məbləğlərdə güzəştlərin edilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin məhkəmə araşdırılması zamanı cavabdeh tərəf həmin ödənişlərin vaxtında edib yekunlaşdırılmasını təsdiq edən hər hansı əlavə sübutları məhkəməyə təqdim edə bilməmiş və ekspert rəyi verilən zaman Əlavə sazişlər (o cümlədən sonuncu restrukturizasiya sazişləri) nəzərə alınmaqla verilmişdir. 31.Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və restrukturizasiya sazişləri qanunvericiliyin tələblərinə uyğun müqavilə şərtini ödədikləri üçün etibarlı müqavilələrdir. 32.Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385, 386.1, 425, 442, 448.1, 467, 472, 500.1, 739.1-ci maddələri, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 17, 18-ci maddələri, MPM-in 14.2, 77.1, 80, 81, 88, 97.1, 103.1, 217.3 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. 33.Cavabdeh MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

34.MM-in 329.1, 339, 340, 341, 347, 385.1, 399.1, 442, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələri üzrə - MMC vaxtı-vaxtında kredit ödənişlərini yerinə yetirmişdir. Hətta ayrı-ayrı vaxtlarda restrukturizasiya adı altında əlavə öhdəliklərlə qeyd edilən kreditdən 3 dəfə artıq vəsait ödətdirmişlər. 2017-ci il tarixində iddiaçıdan borc qalığı barədə məlumatlar əldə edildikdə məlum olmuşdur ki, ödənişlərin çoxu borca yönəldilməmiş, borc məbləği süni şəkildə şişirdilmişdir. MMC iddia ərizəsi ilə * saylı Inzibati-Iqtisad məhkəməsinə müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etmişdir. Məhkəmədə ödənişlərlə bağlı məlumatların məhkəməyə təqdim edilməsini tələb etsələr də, bank məlumatları verməkdən imtina etmiş və növbəti məhkəmə proseslərində iştirak etmədən cəmiyyətin rəhbəri ilə görüş təşkil edərək yeni müqavilə bağlamağı təklif etmişlər. Cəmiyyətin rəhbəri bu təkliflə razılaşaraq tərəflər arasında 2015-ci il ## #### tarixli **R*********S saylı, 2016-cı il ## ###### tarixli **R*********SA saylı, 2016-cı il # #### tarixli **R*********SB saylı, 2016-cı il ## ##### tarixli **R*********SC saylı, 2016-cı il ## ###### tarixli **R*********SD saylı müqavilələrdən sonra 2017-ci il # ###### tarixli **R*********SF nömrəli saziş bağlanmışdır. Bankın təkidli şərti ilə həmin sazişlər imzalandıqdan sonra cəmiyyət bankdan seyf icarəyə götürməli, sazişlər 2 ayrı kilidi olan seyfə qoyulmalı, seyfin kilidlərindən birinin açarı cəmiyyətdə, digəri isə bankda saxlanmalıdır. Yəni tərəflər müstəqil şəkildə sənədləri seyfdən götürə bilməsinlər. Eyni zamanda, müqavilə şərtləri barədə üçüncü şəxslərə məlumat verilməməsi, məxfi saxlanılması şifahi qaydada cəmiyyətdən tələb edilmişdir. Bu Sazişdə eyni şərtlərlə qeyd edilən seyfə yerləşdirilmişdir. Lakin bank tərəflər arasında bağlanmış müqavilələri seyfdən çıxarmadan, uçotun kompüterdə aparıldığını, borc qalığı olduğuna cavabdehi inandırmağa çalışmaqla və əks halda əmlakları hərracda satacağı hədə-qorxusu ilə yeni müqavilə bağlanmasına məcbur etmişdir. Cəmiyyətin rəhbəri ona yaxın olan insanların evlərinin girovda olduğunu, həmin evlərin hərraca çıxarıldığı təqdirdə çarəsiz qala biləcəyini düşünərək yeni müqavilələri bağlamışdır. Tərəfindən iddianın əsasını təşkil edən sazişlərin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)- ***/**** nömrəli qərardadı ilə qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilmiş və Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı 2025-ci il ## #### tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsindən görünür ki, cavabdeh məhz ilkin iddia üzrə borclar tələb olunan sazişlərin etibarsız hesab edilməsini xahiş edir, lakin müqavilələrin etibarsızlıq məsələsi ilə bağlı ayrıca iddia qaldırılmasına ehtiyac yoxdur və həmin məsələyə məhkəmə araşdırılması gedişində qiymət veriləcəkdir. Lakin məhkəmə tərəfindən qeyd edilən müqavilələrə etibarsızlıq baxımından hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsində qeyd edilən seyfdə yerləşdirilən müqavilələr tələb edilməsinə baxmayaraq bank həmin müqavilələri məhkəməyə belə təqdim etməmişdir. Yalnız vəsatəti əsasında məhkəmənin bir neçə prosesdə təkidli tələbi ilə həmin müqavilələr məhkəməyə təqdim edilmişdir. Kilidin bir açarı cəmiyyətdə olduğu halda seyfin bank tərəfindən açılması və müqavilələrin məhkəməyə təqdim edilməsinin necə baş verməsi aydın deyildir. Apellyasiya instansiyası bu fakta hüquqi qiymət verməmişdir. Bankın tərəflər arasında bağlanmış müqavilə şərtlərini heçə sayması açıq-aydın bəlli olsa da apellyasiya instansiyası apellyatoru dinləmədən (prosesə 20 dəqiqə yubanması nəticəsində), bankın tərəfi asılı vəziyyətindən sui-istifadə etdiyinə, ikili kilidi olan seyfi kilid cəmiyyətdə olduğu halda necə açmalarına qiymət verməmişdir. 2017-ci ildə bağlanılmış və ikili kilidlə bağlanan seyfə yerləşdirilmiş müqavilədən irəli gələn öhdəliklər cavabdeh tərəfindən icra edildiyi təqdirdə sonrakı bağlanan müqavilələr hüquqi əhəmiyyətini itirmiş olacaqdır. Qeyd edilən müqavilələr məhkəməyə təqdim edildikdən sonra tərəfindən vəsatət verilmiş və həmin müqavilə şərtləri üzrə mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. Lakin iddiaçının hüquqa zidd gizlətdiyi, cavabdehə vermək istəmədiyi müqavilələr üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir. Kredit götürülən tarixdən manatın 2 dəfə devalvasiyaya uğramasına, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən verilən kreditlərin faiz dərəcələrinin illik 10%-dən, aylıq 0,83333 ABŞ dollarından artıq olmayaraq verilməsinə baxmayaraq, iddiaçı cavabdehdən aylıq 1.3333%, illik 15.9996% (ABŞ dolları) olmaqla tələb etməkdədir. Respublikada, hətta iddiaçının bankında cavabdehə tətbiq edilən faiz dərəcəsini özündə əks etdirən 2-ci müqavilə müəyyən edilə bilməz. Hal-hazırda Respublikada cavabdehdən başqa belə bir faiz dərəcəsi olan başqa şəxs yoxdur. Iddiaçı digər müştəriləri ilə yəni müqavilələr bağlayaraq aylıq və illik faiz dərəcələrini 10%-in altına salsa da, cavabdehdən artıq aldığı vəsaitləri gizlətmək məqsədilə müqavilələri məxfi hesab edərək seyfdə yerləşdirmiş və cavabdehə vermək, cavabdehlə hesablaşmaq istəməmişdir. 35.MPM-in 87.2, 88, 97.1-ci maddələri üzrə - cavabdehin təkidli tələbi üzrə 3 iclasda iddiaçıdan seyfdə saxlanılan müqavilələr məhkəməyə təqdim edilməsi barədə məhkəmənin tələbindən sonra 4-cü iclasda müqavilələr seyfdən çıxarılaraq məhkəməyə təqdim edilmişdir. Müqavilələr məhkəməyə təqdim edildikdən sonra məlum olmuşdur ki, 2017-ci ildə bağlanan və ikili kilidi olan seyfə qoyulan müqavilə şərtlərində cavabdehə bir sıra güzəştlər tətbiq edilmişdir. Iddiaçı həmin güzəştlərə uyğun olaraq bütün öhdəliklərini icra etmişdir. Lakin cavabdeh bilərəkdən həmin müqaviləni cavabdehə təqdim etmədən, cavabdehin xeyrinə əmlaklarını ipoteka ilə yüklü edən tərəfləri qorxutmaqla onların təzyiqi altında cavabdehi yeni müqavilə bağlamağa məcbur etmişlər. Yeni müqavilələrlə cavabdehi artıq vəsait ödəməyə məcbur etmişlər. Qeyd edilən halların müəyyən edilməsi üçün vəsatət verib 2017-ci il müqavilələri üzrə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsələr də vəsatətləri təmin edilməmişdir. Apellyasiya instansiyası apelyatorun şikayətini belə dinləmədən ilk iclasda yekun akt qəbul etməsi apellyatoru, xüsusilə də cavabdehlə müqavilə bağlayıb onun hüquqlarını müdafiə edən vəkili (20 dəqiqə yubanması) çıxılmaz vəziyyətə salmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36.Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayətində qeyd etdiklərinin heç bir hüquqi əsası yoxdur. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmundadır. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Kassasiya şikayətində bu hallara istinad etməyə yol verilmir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Apellyasiya məhkəməsi cavabdehin şikayətinin dəlillərinə ətraflı şəkildə hüquqi qiymət vermişdir. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh borc məbləğinin düzgün hesablanmaması ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına heç bir mötəbər sübut təqdim etməmişdir. Bank tərəfindən həm müqavilə bağlanarkən, həm də müqavilə şərtlərinə dəyişikliklər edilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Digər sazişlərlə yanaşı 2017-ci il # ###### tarixli restrukturizasiya sazişləri də cavabdehin banka müraciəti əsasında imzalanmışdır. Saziş imzalandıqdan sonra cavabdeh sazişləri bir müddət özündə saxlamış, daha sonra tərəflər arasında bağlanmış bank seyfinin kirayəsi müqaviləsinə əsasən həmin sazişləri bankda kirayələdiyi seyfdə saxlamışdır. Bu da bank seyfinin kirayəsi müqaviləsinin tərəfi olan cavabdehin müqavilə münasibətlərindən irəli gələn hüququdur. Bank seyfinin kirayəsi müqaviləsindən görünür ki, həmin müqavilənin başlama tarixi 2017-ci il ## ######## tarixidir. Yəni cavabdeh daha əvvəl bankda seyf kirayələmiş, bir müddət sonra isə sənədlərini həmin seyfə yerləşdirmişdir. Cavabdeh sərbəst şəkildə müqavilə bağlamaqla iradəsini bəyan etmişdir. Burada hər hansı hədə və ya təzyiqdən söhbət belə gedə bilməz. Həmin sazişlər və ödəniş planları da məhkəməyə təqdim edilmişdir. Cavabdeh 2017-ci il tarixli restrukturizasiya sazişləri üzrə öhdəliklərinin böyük hissəsini icra etdiyini bildirsə də bu həqiqətə uyğun deyildir. Belə ki, 2017-ci ildən sonra yenə də cavabdehin müraciət əsasında hər müqavilə üzrə 3 dəfə, 2020-ci il ## #####, 2020-ci il ## ###### və 2021-ci il ## ######## tarixlərində restrukturizasiyalar həyata keçirilmişdir. Əgər cavabdeh 2017-ci il tarixli restrukturizasiya sazişləri üzrə öhdəliklərinin böyük hissəsini icra etmiş olsaydı, 2020-ci ildə yenidən restrukturizasiya üçün banka müraciət etməzdi, 2020-ci il ## #####, 2020-ci il ## ###### və 2021-ci il ## ######## tarixli restrukturizasiya sazişlərinin imzalanmasına ümumiyyətlə ehtiyac olmazdı. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh hər dəfə kredit borcunun ödənilməsində çətinlik çəkdikdə banka müraciət etmiş, onun xahişləri təmin edilmiş, kreditin geri ödənilməsi üçün tərəflərin qarşılıqlı razılığına əsasən restrukturizasiya həyata keçirilmiş və yeni ödəniş cədvəli hazırlanmışdır. Bundan başqa cavabdeh kassasiya şikayətində bankın onları aldatması, ailə üzvlərinin mənzillərin hərracda satılacağı barədə hədə qorxu gəlməsi barədə əsassız fikirlər qeyd etmişdir. Burada heç bir hədə qorxu, təzyiq və təhdiddən söhbət gedə bilməz. Kredit borcları geri qaytarılmadığına görə bank tərəfindən cavabdehlərə rəsmi xəbərdarlıq məktubları, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsinə başlanması barədə bildirişlər göndərilmişdir. Cavabdeh bu hərəkətləri sanki bank tərəfindən onlara edilən hədə qorxu və təhdid kimi qələmə verməyə çalışır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyri-qanuni olduğunu, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etsə də, pozuntuların mövcud olması iş materialları ilə təsdiqini tapmır. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır.

Kassasiya baxışının hədləri

37.Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

38.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”

“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.”

39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 41.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 42.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 43.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 44.Cavabdehin apellyasiya məhkəməsinin onun bütün arqumentlərinə hüquqi qiymət vermədiyi barədə dəlilləri də təsdiq olunmur. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə irəli sürülmüş hüquqi əhəmiyyət kəsb edən arqumentləri araşdırmış, qəbul etdiyi nəticəni əsaslandırmış və hansı səbəbdən həmin dəlilləri qəbul etmədiyini qətnamədə göstərmişdir. Məhkəmənin tərəfin hər bir arqumenti ilə razılaşmaması və ya onun istədiyi nəticəyə gəlməməsi öz-özlüyündə MPM-in 217.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz. 45.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillərin işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirməsi isə əsassızdır. 46.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 47.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 48.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 49.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, MMC-nin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 50.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 51.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar