Məhkəmə qərarları › İş №2-2(1-8)-222/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-222/2026

11.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-222/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh3 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh3 MMMC, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı “öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 MMMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.“xxxx” Mənzil Tikinti Kooperativi və cavabdeh1 arasında bağlanmış 2016-cı il # #### tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilə ilə mülkiyyətçi “xxxx” MTK inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. “190”, “190A” ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edən cavabdeh1 verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin müddəti 2016-cı il # #### tarixindən 2030-cu il ## ###### tarixinədək qüvvədədir. 2.“xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs cavabdeh1 və İddiaçı MMC arasında bağlanmış 2021-ci il ## ###### tarixli UM-*** nömrəli qarşılıqlı əməkdaşlıq haqqında müqavilə ilə İddiaçı tərəfindən öz vəsaiti hesabına Bakı şəh, Yasamal rayonu, H.Zərdabi pr. 190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyriyaşayış sahələrinin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə imzalandığı vaxtdan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir; 7.5-ci bəndinə əsasən müqavilənin istənilən səbəbdən ləğv edildiyi və qüvvədə olma müddətinin bitdiyi tarixdən, etibarən İddiaçı bu müqavilə üzrə göstərdiyi xidmətlər üzrə satış (əlavə abunəçilərin qoşulması) hüquqlarını itirir. 3.“xxxx” Mənzil Tikinti Kooperativi və cavabdeh2 arasında bağlanmış 2018-ci il # #### tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilə ilə mülkiyyətçi “xxxx” MTK inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. ”202”, ’’202A” ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edən cavabdeh2 verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin müddəti 2018-ci il # #### tarixindən 2025-ci il ## ###### tarixinədək qüvvədədir. 4.“xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ona verilmiş səlahiyyətlər əsasında çıxış edən cavabdeh2 və İddiaçı MMC arasında 2021-ci il ## ####### tarixində qarşılıqlı əməkdaşlıq haqqında UM-*** nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı tərəfindən öz vəsaiti hesabına Bakı şəh, Yasamal rayonu, H.Zərdabi pr.202 və 202A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin fiberoptik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir; 5.“xxxx” Mənzil Tikinti Kooperativi və cavabdeh4 arasında bağlanmış 2016-ci il # ###### tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqavilə ilə mülkiyyətçi “xxxx” MTK inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. “92A” ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edən cavabdeh4 verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin müddəti 2016-cı il # ###### tarixindən 2030-cu il ## ###### tarixinədək qüvvədədir. 6.“xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən ona verilmiş səlahiyyətlər əsasında çıxış edən cavabdeh4 və İddiaçı MMC arasında 2021-ci il ## ####### tarixində qarşılıqlı əməkdaşlıq haqqında UM-*** nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 16.1.1ci bəndinə əsasən, İddiaçı tərəfindən öz vəsaiti hesabına Bakı şəh, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtlərini müəyyən edir; 7.cavabdeh4 və cavabdeh3 MMMC arasında bağlanmış tələbin güzəşti haqqında 2024-cü il # ###### tarixli müqavilə ilə cavabdeh4 “xxxx” TMK ilə bağladığı 2016-ci il # ###### tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı 2024-cü il # ###### tarixinədək yaranmış tələb və hüquqlarını MMMC-yə güzəşt etmiş, MMMC isə güzəşti qəbul etmişdir. 8.cavabdeh3 MMMC-nin qanuni təmsilçisi cavabdeh2 tərəfindən # ### 2024-cü il tarixli arayışda Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204 a ünvanında yerləşən və cavabdeh3 MMMC-nin idarəsində olan 1 binada 161 mənzil mənzilin mövcud olduğu göstərilmişdir.

9. X2 Kommunikasiya Texnologiyaları Agentliyinə ünvanladıqları müraciətdən görünür ki, vətəndaş “xxxx” MTK ilə “Citynet” provayderi arasında yaranmış anlaşılmazlığa görə internetin kəsildiyini, internet xidməti haqqını ödəməsinə baxmayaraq, internetdən istifadə edə bilmədiyini bildirmişdir.

10. Informasiya Kommunikasiya Texnologiyaları Agentliyinin 2024-cü il # ###### tarixli məktubu ilə X müraciəti İddiaçı MMC-yə göndərilmiş və məsələnin araşdırılaraq nəticəsi barədə vətəndaşa məlumat verilməsi tələb edilmişdir.

11. Iş materiallarına əlavə edilmiş abunə müqavilələrindən görünür ki, İddiaçı MMC ilə kompleksin sakinləri arasında internet xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

12. Iddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh3 MMMC, cavabdeh2, cavabdeh4 və cavabdeh1 (bundan sonra birlikdə-“cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92a, 204A, 202, 202a,190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yaşayan sakinlərlə imzalanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərilməsinə yaradılan istənilən maneənin aradan qaldırılması vəzifəsinin, yuxarıda göstərilən ünvanlarda yerləşən avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin qarşısının alınması, iddiaçının əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən etibarən fəaliyyətə başlamışdır. Fəaliyyətləri əsas etibarilə ölkənin şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, dövlət təşkilatlarına müasir tipli optik və “ADSL” internet, “IP-TV” kimi telekommunikasiya xidmətləri göstərməkdir. Layihələrdən biri iddiaçının (“CityNet” ticarət nişanı) Bakı şəhəri və kəndlərində optik texnologiya (GPON) əsasında qurulmuş evədək optika layihəsidir. Bu layihə çərçivəsində Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti 92 ünvanında yerləşən “Melissa park” yaşayış kompleksindəki binaların müxtəlif idarəediciləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri bağlanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh4 arasında bağlanmış 2021-ci il ## ####### tarixli UM-*** nömrəli qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə iddiaçı tərəfindən öz vəsaiti hesabına H.Zərdabi prospekti 92 a və 204 A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə iddiaçı tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Bundan başqa, iddiaçı ilə cavabdeh2 arasında bağlanmış 2021-ci il ## ###### tarixli UM-*** nömrəli qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə iddiaçı tərəfindən öz vəsaiti hesabına H.Zərdabi prospekti 202 və 202A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə iddiaçı tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən edilmişdir. Daha sonra, iddiaçı ilə cavabdeh1 arasında bağlanmış 2021-ci il ## ####### tarixli UM-*** nömrəli qarşılıqlı əməkdaşlıq müqaviləsi ilə iddiaçı tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 190, 190A, 190B, 190C, 192, 194, 192a, 192b və 192c ünvanlarında yerləşən “Melissa Park” yaşayış kompleksinin fiber optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və abunəçilərə iddiaçı tərəfindən təqdim olunan xidmətlərin göstərilməsi məqsədi ilə tərəflərin birgə əməkdaşlığının şərtləri müəyyən olunmuşdur. Daha sonra “Melissa park” yaşayış kompleksinin rəhbərliyi həmin binaların idarə edilməsi ilə bağlı cavabdeh3 MMMC-nin dövlət qeydiyyatından keçdiyini və yeni müqavilələrin cavabdeh3 MMMC ilə bağlanılacağını bildirmişdir. Bu barədə arayış da verilmiş, lakin sonradan yeni müqavilənin imzalanması ilə bağlı danışıqlar dayandırılmışdır.

14. Cavabdeh cavabdeh2 iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən müqavilələr fiziki şəxslər olan komendantlarla bağlanmış və iddiaçı ilə cavabdeh3 MMMC arasında hər hansı müqavilə mövcud olmamışdır. UM-*** nömrəli qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin mahiyyətindən tam aydındır ki, xidmətin göstərilməsi üçün ayrılan sahə və buna razılıq birbaşa təşkilata aiddir və müqavilə xitamından sonra sahəyə müstəqil sərəncam verən, istifadə edən şəxs də təşkilatdır. Təşkilatın razılığı olmadan bu sahə və ərazilərdən istifadə onun mülkiyyət hüququna birbaşa müdaxilədir. Əgər iddiaçı göstərilən ünvanda xidmətlər göstərmək və sakinlərlə müqavilə bağlamaq istəyirsə, avadanlıqların, digər xətt və qurğuların təşkilata aid olmayan sahə və ərazidən (şaxtadan) aparılması və quraşdırılmasında sərbəst öz hüququnu həyata keçirə bilər. Əks təqdirdə, öz iradəsi əleyhinə fiziki və hüquqi şəxsləri razı salmaq cəhdləri qanunsuzdur.

15. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid olunması qət edilmişdir (hakim G.Həşimova).

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaşayış komplekslərinin, binalarının və qeyri-yaşayış sahələrinin (yaşayış kompleksinin) fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq etməsinə dair müqavilə münasibətləri mövcud olmuş, iddiaçı həmin müqavilə əsasında qeyd edilən yaşayış binalarında sakinlərə internet xidmətləri göstərmişdir. Qarşılıqlı əməkdaşlıq haqqında həmin müqavilənin 7.3.1ci bəndinə əsasən, hər hansı tərəf digər tərəfə 90 təqvim günü əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqavilənin 2.3.3-cü bəndində müqaviləyə xitam verildikdən sonra 30 təqvim günü ərzində sahəni tərk etmək iddiaçının vəzifəsi kimi təsbit edilmişdir.

17. Tərəflərin izahatları ilə müəyyən olunan işin mübahisəsiz hallarından görünür ki, cavabdeh müqavilə üzrə ödənişləri etmədiyi üçün həmin müqavilələrə birtərəfli qaydada xitam verilmişdir.

18. Işin materiallarından da göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd olunan binalarda cavabdehlərlə aralarında olan müqavilələr əsasında fəaliyyətə başlamışdır. Həmin müqavilələrə xitam verildiyindən (müqavilələrin xitam verilməsi işin tərəflər arasında mübahisələndirilməyən halıdır), iddiaçının cavabdehlərin idarəçiliyində olan qeyd edilən binalarda fəaliyyətinin hər hansı bir qanuni və müqavilə əsası olmadığından, məhkəmə iddia təmin olunmaması qənaətinə gəlmişdir.

19. cavabdeh3 MMMC-yə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh3 MMMC-nin hər hansı maneənin yaratması ümumiyyətlə sübuta yetirilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1 və 88ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Həsənov Ramil Vəkil oğlu ifadəsində bildirmişdir ki, iddiaçı şirkətdə mühəndis işləyir, avadanlıqları sözügedən binalarda 2021-ci ildə quraşdırmışlar, layihəyə uyğun olaraq avadanlıqlar quraşdırılmış, bloklarda qutular qoyulmuş, kabellər çəkilmiş, qutular, rabitə, işıq şaxtaya quraşdırılmışdır. Yeni tikili binalarda avadanlıqların hamısı şaxtalarda quraşdırılır, şaxtaların içərisi ilə kabellər keçir. Kabellər şaxtalarda komendantın göstərdiyi yerlərlə çəkilmiş, elektrik sayğacını isə zirzəmidə quraşdırmışlar. Şaxtalardan mənzillərə xətlər gedir, orada bütün provayderlər avadanlıqlarını şaxtalarda quraşdırmışlar. Avadanlıqlar yerindədir, sadəcə elektrik xətləri kəsilərək, icazə verilmir.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunmuş, Bakı şəhəri, H.Zərdabi prospektində yerləşən 92 A, 204 A nömrəli binalara münasibətdə cavabdeh3 MMMC-nin; 202, 202 A nömrəli binalara münasibətdə cavabdeh2 və 190, 190 A, 190B, 190V, 192, 192 A, 192 B, 192 C və *** nömrəli binalara münasibətdə isə cavabdeh1 üzərinə iddiaçının sakinlərlə bağlanmış müqavilələr üzrə internet və kabel xidmətlərinin göstərməsinə tərəflərindən yaradılan maneələrin, o cümlədən həmin ünvanlarda quraşdırılmış iddiaçının avadanlıqlarının fəaliyyətinə və həmin avadanlıqların elektrik enerjisinin təminatına müdaxilənin, iddiaçının əməkdaşlarının yuxarıda göstərilən ünvanlarda quraşdırılmış internet avadanlıqlarına giriş-çıxışına yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulmuş, qalan hissədə iddia təmin olunmamışdır (sədrlik edən-məruzəçi hakim – L.Əliyeva, hakimlər – S.Cəfərov və T.Mahmudova).

24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli yaşayış binalarında internet və televiziya xidmətləri göstərən şirkət qismində fəaliyyətinə cavabdehlərlə bağladığı əməkdaşlıq müqavilələrinə əsasən idarəçilərin razılığı və nəzarəti ilə özünə məxsus avadanlıqları binaların bunun üçün nəzərdə tutulmuş sahələrində yerləşdirməklə və kabelləşdirməni həyata keçirməklə başlasa da, binalarda yaşayan sakinlərə internet və televiziya xidmətlərinin göstərilməsi iddiaçı ilə cavabdehlər arasında bağlanmış birgə əməkdaşlıq müqavilələri əsasında deyil, iddiaçı ilə bina sakinləri arasında bağlanmış fərdi abunə müqavilələrinə əsasən həyata keçirilir.

25. Bu baxımdan iddiaçının binalardakı fəaliyyətinin məhdudlaşdırılması iddiaçının abunə müqavilə üzrə sakinlər qarşısında götürdüyü öhdəliklərinin lazımi qaydada icra edilməsinə maneələr yaratmaqla həm iddiaçının, həm də onunla müqavilə bağlamış sakinlərin hüquqlarının pozulmasına səbəb olur. Bundan əlavə sözügedən maneələr abunəçilərin keyfiyyətli telekommunikasiya xidmətlərindən istifadə etmək, bunun üçün provayderi və operatoru sərbəst şəkildə seçmək hüququnu məhdudlaşdırmaqla “Telekommunikasiya haqqında” Qanunun tələblərinə də ziddir.

26. Cavabdehlərin “Tərəflərindən iddiaçının sakinlərlə bağladığı müqavilələr üzrə öhdəliklərinin icra edilməsinə hər hansı maneənin törədilməməsi barədə” dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, binaların idarəçiliyini həyata keçirən şəxslər tərəfindən iddiaçının fəaliyyətinə maneələrin törədilməsi (giriş-çıxışın məhdudlaşdırılması, elektrik enerji təchizatının kəsilməsi və s.) iş materiallarında olan sübutlarla, o cümlədən şahid ifadələri, bina sakininin Telekommunikasiya Texnologiyaları Agentliyinə müraciəti, iddiaçının Antiinhisar və istehlak bazarına X1 ünvanladığı müraciət, cavabdeh2 iddiaçıya ünvanladığı 2024-cü il # ####### tarixli məktubu (məktubda MMCnin ərazini tərk etməli olması bildirilir) ilə təsdiq olunmaqla yanaşı, cavabdehlərin apellyasiya şikayətinə etirazlarında da aydın şəkildə ifadə edilmişdir. Belə ki, etirazlarda cavabdeh2 və cavabdeh3 MMMC iddiaçının onların razılığı olmadan onlara aid sahə və ərazilərdən istifadə etmək hüququna malik olmaması xüsusi vurğulanmışdır. Odur ki, kollegiya həmin dəlilləri əsaslı hesab etməmişdir.

27. Digər tərəfdən binanı idarə edən şəxslər tərəfindən yaradılan maneələrin əsaslılığına və qanuniliyinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdehlər etirazlarında binalardakı iddiaçının fəaliyyətinin məhdudlaşdırılmasına, yəni MMC-nin və sakinlərin hüquqlarına müdaxiləyə haqq qazandıra biləcək hər hansı bir hala istinad etməmişdir.

28. Bununla bağlı kollegiya cavabdehlərin onların idarəçiliyində olan sahədən istifadə etmək hüququna malik olmamaları barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərin idarəçiliklərinə verilməsini iddia etdiyi sahələr binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətindədir və hər bir sahə mülkiyyətçisi Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, həmin binanın ümumi mülkiyyətdə olan sahələrdən istifadə və sahiblik etmək hüququna malikdir. Sahə mülkiyyətçilərinin belə hüququ yalnız mənzil mülkiyyətçilərinin ümumi yığıncağının və ya MMMC-nin ümumi yığıncağının qərarı ilə sahə mülkiyyətçilərin digər mülkiyyətçilərin hüquqlarının qorunması və ümumi maraqlar naminə məhdudlaşdırıla bilər. Odur ki, iddiaçının xidmət müqavilələrini bağladıqları sahə mülkiyyətçiləri də ümumi mülkiyyətlərində olan sahədən istifadə etmək hüququna malik olduğundan, iddiaçı həmin mülkiyyətçiləri ilə bağladığı müqavilələr üzrə öhdəliklərini icra etmək üçün həmin sahələrdən istifadə edə bilər.

29. Bununla yanaşı iddiaçının avadanlıqlarını cavabdehlərin idarəçiliyinə aid olmayan sahədən (şaxtadan) istifadə etməklə quraşdıra bilməsi barədə cavabdehlərin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, şahid ifadələrinə əsasən hazırkı halda iddiaçı tərəfindən avadanlıqlar və kabellər (elektrik sayğacı istisna olmaqla) məhz xüsusi şaxtalarda quraşdırıldığı müəyyən olunur. Cavabdehlər isə əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

30. “Əməkdaşlıq müqavilələrinə xitam verildiyindən iddiaçı tərəfindən onlara abunəçilərin aylıq xidmət haqlarından faiz ödənilməməsi” barədə cavabdehlərin dəlillərə münasibətdə qeyd edilmişdir ki, birincisi, mülki və mənzil qanunvericiliyində operator və provayderlərin çoxmənzilli yaşayış binalarının sakinlərlə xidmət müqavilələri bağlaması və həmin müqavilələr əsasında xidmət göstərməsi üçün mütləq qaydada idarəedici təşkilatlarla müqavilə bağlamalı olması və həmin təşkilatlarda göstərdiyi xidmətlərə görə haqlardan faiz ödəməli olması nəzərdə tutulmamışdır.

31. Cavabdehlər iddiaya etirazlarını əsaslandırmaq üçün cavabdehlərin birgə əməkdaşlıq müqavilələrinin 7.5-ci bəndlərinə də istinad etmişlər. Həmin bəndlərə əsasən müqavilələrin istənilən səbəbdən ləğv edildiyi və qüvvədə olma müddətinin bitdiyi tarixdən etibarən iddiaçı bu müqavilə üzrə göstərdiyi xidmətlər üzrə satış (əlavə abunəçilərin qoşulması) hüquqlarını itirir.

32. Göründüyü kimi, sözügedən bənddə əməkdaşlıq müqaviləsinə xitam verildikdən sonra iddiaçının müqaviləyə əsasən göstərdiyi xidmətlər üzrə əlavə abunəçilərin qoşulmasına hüquqlarının itirilməsi nəzərdə tutulmuşdur. Həmin bəndin tərsinə şərhi belə qənaətə gəlmək olar ki, müqavilələrin ləğv edilməsi iddiaçının artıq qoşulmuş abunəçilərə xidmət göstərməkdə davam etmək hüququnu məhdudlaşdırmır.

33. Beləliklə, hazırkı halda idarəçilərlə bağlanmış müqavilələrə xitam verilsə də, iddiaçı ilə sakinlər arasında bağlanmış xidmət müqavilələri qüvvədə olduğundan kollegiya hesab etmişdir ki, iddiaçı sakinlərə müvafiq xidmətlər göstərmək məqsədilə mübahisəli binalarda fəaliyyət göstərmək və bu məqsədlə tərəfindən binalarda quraşdırılmış avadanlıqlardan istifadə etmək hüququna malikdir. Binanı idarə edən şəxslər tərəfindən törədilən maneələr isə qanunsuz və əsassız olmaqla öz hüquqlarından yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi, yəni hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

34. Həmçinin, iddiaçı mübahisəli binalarda fəaliyyətinə maneələrin aradan qaldırılması öhdəliyinin bütün cavabdehlərin üzərinə qoyulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli binalardan cavabdeh4 idarəçiliyində olmuş 92 A, 204 A nömrəli binalar hazırda cavabdeh3 MMMC; 202, 202 A nömrəli binalar cavabdeh2, 190, 190 A, 190B, 190V, 192, 192 A, 192 B, 192 C və *** nömrəli binalar isə cavabdeh1 tərəfindən idarə edilir. cavabdeh4 hal-hazırda mübahisəli ünvanlarda binaların idarəçiliyini həyata keçirməsi, yəni onun iddiaçının fəaliyyətinə törədilən maneələrə hər hansı aidiyyətinin olması öz təsdiqini tapmamışdır.

35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 560.1 və 560.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-33.1.3, 33.1.5, 33.2, 34.1.1 və 34.1.2-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

36. Cavabdeh cavabdeh3 MMMC tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

37.

38. Iddiaçı tərəfindən irəli sürülən tələblər mahiyyət etibarilə negator iddia kimi təqdim edilsə də, iddiaçı mülkiyyətçi deyil, ümumi əmlak üzərində qanuni istifadə hüququna malik deyil, müqavilə xitam edildikdən sonra həmin ərazilərdə qalması qanunsuz vəziyyətdir. Belə vəziyyətin isə “maneə” adı ilə qorunması mümkün deyil. Hüquqdan sui-istifadə yol verilməzdir, məhkəmə isə MM-in 560.1 və 560.2-ci maddələrini düzgün tətbiq etməmişdir.

39. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.2, 123.0.8 və 125.2.12-ci maddələri üzrə - məhkəmənin hansı əsasla “bir neçə sahə mülkiyyətçisinin iddiaçı ilə bağladığı xidmət müqavilələrinin iddiaçıya çoxmənzilli binanın ümumi mülkiyyətində olan sahələrdən sərbəst istifadə hüququ verməsi” qənaətinə gəlməsi sual olunur. Bina sakinlərinin binanın ümumi mülkiyyətdə olan sahələrindən istifadə hüququna malik olması hər hansı üçüncü şəxslərə birbaşa olaraq həmin sahələrdən istifadə hüququ vermir. Çoxmənzilli binanın ümumi əmlakı bütün sahə mülkiyyətçilərinin müştərək mülkiyyətindədir, həmin əmlakdan istifadə yalnız bütün mülkiyyətçilərin razılığı və ya qanunla müəyyən edilmiş prosedur çərçivəsində mümkün ola bilər. Ayrı-ayrı mülkiyyətçilərin üçüncü şəxslərlə bağladığı müqavilələr isə yalnız onların şəxsi mülkiyyətinə aid sahələrə münasibətdə öhdəlik və ya hüquq yaradır və ümumi mülkiyyətə aid edilmir. Binanın sahə mülkiyyətçilərin birgə iradəsi olmadan üçüncü şəxslərin ümumi əmlakdan istifadəsi, birbaşa mülkiyyətçilərin hüquqlarına müdaxilədir.

40. Mənzil Məcəlləsinin 35.2-ci maddəsi sahə mülkiyyətçisinə birbaşa və şəxsi istifadə hüququ tanıyır. Lakin üçüncü şəxsin (kommersiya subyekti olan provayderin) ümumi əmlakda avadanlıq yerləşdirməsi, daimi texniki infrastruktur qurması, digər mülkiyyətçilərin istifadəsinə obyektiv təsir göstərməsi tam başqa hüquqi rejimə tabedir. Sahə mülkiyyətçisi ümumi əmlakdan öz ehtiyacları üçün istifadə edə bilər, lakin o bu hüququ ümumi əmlakı kommersiya fəaliyyəti üçün daimi istifadəyə vermək, digər mülkiyyətçilərin razılığı olmadan ümumi əmlakda faktiki yük yaratmaq səlahiyyətinə malik deyil.

41. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini qorumaq və təmin etmək, o cümlədən dövlət və bələdiyyə orqanları, məhkəmələr, fiziki və hüquqi şəxslər, eləcə də digər üçüncü şəxslərlə münasibətlərdə onları təmsil etmək, müqavilələr bağlamaq, danışıqlar aparmaq və bu münasibətlərdən irəli gələn hüquq və vəzifələrin icrasını təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir.

42. Qanunvericilikdə operator və provayderlər ilə xidmət müqavilələri bağlamasına münasibətdə birbaşa göstəriş olmasa da, çoxmənzilli binanın ümumi əmlakının istifadəsinə dair üçüncü şəxslərlə bağlanan bütün növ müqavilələr idarəedici təşkilatların səlahiyyətlərinə aid edilir. Yəni mülkiyyətçilərin ümumi maraqlarının qorunması və hüquqlarının həyata keçirilməsi məqsədilə üçüncü şəxslərlə aparılan bütün müzakirələr, müqavilələrin bağlanması və qərarların qəbulu yalnız idarəedici təşkilatlar vasitəsilə həyata keçirilə bilər.

43. Hazırkı mübahisə predmeti mahiyyət etibarilə telekommunikasiya xidmətlərinin göstərilməsinə müdaxilə ilə deyil, çoxmənzilli binanın ümumi əmlakından üçüncü şəxsin istifadə etməsinə icazənin verilməsi məsələsi ilə bağlıdır. Yəni mübahisənin predmeti iddiaçının abunəçilərlə müqavilələr bağlamaqla xidmət göstərmək hüququnun məhdudlaşdırılması deyil, onun ümumi mülkiyyətə daxil olan sahələrdən istifadə etməsinin hüquqi əsaslarının olub-olmamasıdır. Bu baxımdan, məhkəmə kollegiyasının telekommunikasiya haqqında qanunvericiliyə istinad etməsi mübahisənin predmetinə uyğun gəlmir. Ümumi əmlakdan istifadə hüququ mülki və mənzil qanunvericiliyi ilə tənzimlənir və belə istifadəyə dair icazənin verilməsi yalnız bütün sahə mülkiyyətçilərinin ümumi iradəsini ifadə edən idarəedici orqanın qərarı əsasında mümkündür.

44. Bundan əlavə, abunəçilərin provayder və operatoru seçmək azadlığına müdaxilə mövcud deyil. Çünki idarəedici orqan və ya digər mülkiyyətçilər hər hansı abunəçinin şəxsi mülkiyyətində olan sahədə istədiyi provayderdən xidmət almasına mane olmur və bu hüquqa müdaxilə etmir. Məsələ abunəçinin provayder seçimi ilə deyil, həmin provayderin ümumi əmlakdan istifadə etməsi ilə bağlıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

46. Etiraz onunla əsaslandırılmışdır ki, kassator kassasiya şikayətində tərəflər arasında bağlanmış müqavilələrə xitam verildiyini əsas gətirərək iddiaçının mübahisə predmeti olan binalarda fəaliyyət göstərmək hüququnun aradan qalxdığını iddia edir. Lakin həmin yanaşma hüquqi və faktiki baxımdan əsaslı deyil. Belə ki, iddiaçı ilə bina sakinləri arasında internet və digər telekommunikasiya xidmətlərinin göstərilməsinə dair bağlanmış abunə müqavilələri mövcuddur və həmin müqavilələr qüvvədədir. Idarəedici şəxslərlə münasibətlərin dəyişməsi və ya xitamı istehlakçılar qarşısında mövcud öhdəlikləri aradan qaldırmır. Telekommunikasiya xidmətləri birbaşa istehlakçıya göstərilən xidmətlər olduğundan, bu münasibətlər üçüncü şəxslərin birtərəfli iradəsindən asılı vəziyyətə salına bilməz.

47. Kassator tərəfindən ümumi əmlakdan istifadənin yalnız onun razılığı ilə mümkün olduğu iddia edilir. Halbuki, çoxmənzilli binanın texniki şaxtaları, kabel xətləri üçün nəzərdə tutulmuş sahələri və digər infrastruktur elementləri kommunal və kommunikasiya xidmətlərinin göstərilməsi üçün funksional təyinat daşıyır. Iddiaçının həmin sahələrdənistifadəsi ümumi əmlakın mənimsənilməsi və ya müstəqil istifadəsi deyil, abonentlərə xidmət göstərilməsi məqsədilə texniki istifadədən ibarətdir. Iş materiallarında digər provayderlərin də eyni infrastrukturdan istifadə etməsi göstərilmişdir. Bu halda yalnız iddiaçıya münasibətdə məhdudiyyət tətbiq edilməsi hüquqların bərabərliyi prinsipinə zidd olmaqla yanaşı, rəqabətin əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

48. Kassasiya şikayətində iddiaçının fəaliyyətinə maneə yaradılmadığı göstərilsə də, iş materialları bunun əksini təsdiq edir. Belə ki, avadanlıqların elektrik enerjisi ilə təminatının dayandırılması, avadanlıqlara çıxışın məhdudlaşdırılması və xidmətlərin göstərilməsinin faktiki mümkünsüz hala gətirilməsi hallarına dair sübutlar və şahid ifadələri mövcuddur. Bu hərəkətlər iddiaçının təsərrüfat fəaliyyətinə birbaşa müdaxilə olmaqla yanaşı, ona məxsus avadanlıq üzərində mülkiyyət hüququnun da pozulmasıdır.

49. Bundan başqa, iddiaçı tərəfindən quraşdırılmış kabellər, internet avadanlıqları və digər texniki vasitələr şirkətin mülkiyyətidir. Həmin avadanlıqlara müdaxilə edilməsi, onların fəaliyyətinin dayandırılması və ya istifadəsinin məhdudlaşdırılması mülkiyyət hüququna qanunsuz müdaxilə hesab olunmalıdır. Ümumi əmlak üzərində hüququn mövcudluğu digər şəxslərin qanuni mülkiyyət hüquqlarını pozmaq səlahiyyəti vermir.

50. Kassator müqavilə azadlığı prinsipinə istinad etsə də, bu prinsip digər şəxslərin hüquqlarını məhdudlaşdırmaq və ya artıq formalaşmış mülki-hüquqi münasibətlərə özbaşına müdaxilə etmək hüququ vermir. Mövcud xidmətlərin qarşısının alınması, artıq quraşdırılmış infrastruktura müdaxilə edilməsi və abonentlərin seçdiyi xidmət təminatçısının fəaliyyətinə maneəçilik müqavilə azadlığının deyil, hüquqdan suiistifadənin təzahürüdür.

51. Hazırkı mübahisədə istehlakçı hüquqları da nəzərə alınmalıdır. Telekommunikasiya xidmətləri ictimai əhəmiyyətli xidmətlər sırasına daxildir. Abonentlərin xidmət təminatçısını sərbəst seçmək hüququ mövcuddur. Cavabdehin hərəkətləri nəticəsində sakinlərin seçdikləri provayderdən xidmət almaq imkanının məhdudlaşdırılması həmin hüquqların pozulmasına səbəb olur.

52. Digər tərəfdən çoxmənzilli binanın tikintisi başa çatdıqdan və yaşayış, habelə qeyri-yaşayış sahələrinin mülkiyyət hüquqları ayrı-ayrı şəxslərə keçdikdən sonra bina üzrə ümumi əmlak üzərində hüquqlar artıq Mənzil-Tikinti Kooperativinə deyil, sahə mülkiyyətçilərinə məxsus olur. Mənzil Məcəlləsinə görə, bu halda MTK-nın funksiyası başa çatmalı, bina üzrə ümumi əmlak və idarəetmə məsələləri sahə mülkiyyətçilərinin ümumi yığıncağı və ya yaradılmış mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilməlidir.

53. Lakin hazırkı iş üzrə ilk hüquq pozuntusu ondan ibarətdir ki, bina faktiki olaraq sahə mülkiyyətçilərinə təhvil verilməli olduğu halda, MTK ümumi əmlak üzərində nəzarəti özündə saxlamış və qanunla artıq ona məxsus olmayan idarəetmə səlahiyyətlərini davam etdirmişdir.

54. Ikinci pozuntu isə ondan ibarətdir ki, MTK qanuni əsas olmadan, artıq özünə aid olmayan bu səlahiyyətləri üçüncü şəxslərə (fiziki şəxslərə və ya digər subyektlərə) ötürmüş, həmin şəxslər də özlərini bina idarəçisi kimi təqdim edərək ümumi əmlak üzərində sərəncam verməyə başlamışlar. Halbuki, ümumi əmlak üzərində istifadə, sahiblik və idarəetmə hüququ yalnız sahə mülkiyyətçilərinin kollektiv iradəsi əsasında həyata keçirilə bilər.

55. Beləliklə, cavabdehlərin istinad etdikləri müqavilələr və səlahiyyətlər ilkin mərhələdən etibarən qanunsuz əsasda formalaşmış, bu səbəbdən məhdudiyyətlər və müdaxilələr də hüquqi qüvvəyə malik hesab edilə bilməz.

56. Kassatorun idarəçiliklərinə verildiyini iddia etdiyi sahələr çoxmənzilli binanın ümumi mülkiyyətində olan sahələrdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.2ci maddəsinə əsasən, hər bir sahə mülkiyyətçisi binanın ümumi mülkiyyətində olan sahələrdən istifadə və sahiblik hüququna malikdir. Həmin hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada ümumi yığıncağın qərarı ilə və digər mülkiyyətçilərin hüquqlarının qorunması məqsədilə məhdudlaşdırıla bilər. Hazırkı iş üzrə belə bir qərarın mövcudluğu sübuta yetirilməmişdir.

57. Bu səbəbdən iddiaçı ilə xidmət müqavilələri bağlamış sahə mülkiyyətçiləri ümumi mülkiyyətdə olan sahələrdən istifadə hüququna malik olduqlarından, iddiaçı da həmin şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini icra etmək məqsədilə ümumi mülkiyyət sahələrindən istifadə edə bilər. Cavabdehlərin bu istifadəyə mane olması həm sahə mülkiyyətçilərinin hüquqlarının, həm də iddiaçının qanuni maraqlarının pozulmasıdır.

Kassasiya baxışının hədləri

58. Məhkəmə aktından yalnız cavabdehlərdən cavabdeh3 MMMC kassasiya şikayəti verdiyindən, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən-Bakı şəhəri, H.Zərdabi prospektində yerləşən 92V və 204 A saylı binalara münasibətdə cavabdeh3 MMC-nin üzərinə öhdəliyin qoyulması hissəsində yoxlanılacaqdır.

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. ...”

61. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ ... 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. ...”

62. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 33. Operatorların və provayderlərin vəzifələri 33.1. Operatorlar aşağıdakı vəzifələri daşıyırlar: 33.1.1. telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək; 33.1.2. abunəçi ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək; 33.1.3. istehlakçıların hüquqlarını pozmamaq; 33.1.3-1. abunəçinin müraciəti əsasında uşaqların zərərli informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təmin etmək; 33.1.3-2. rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatları daxil etmək; 33.1.3-3. telefon nömrələrinin (sabit (məftilli), mobil) operatorların şəbəkəsində aktivləşdirilməsini ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək; 33.1.4. qarşılıqlı arabağlantı müqavilələrini bağlamaq; 33.1.5. telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərmək; ... 33.2. Bu Qanunun 33.1-ci maddəsində göstərilmiş vəzifələr, bu Qanunun 33.1.3-2-ci, 33.1.3-3-cü, 33.1.4-cü və 33.1.9-4-cü maddələri istisna olmaqla, provayderlərə də şamil edilir. ...”

“Maddə 34 . Abunəçilərin hüquq və vəzifələri 34.1. Abunəçilər aşağıdakı hüquqlara malikdirlər: 34.1.1. operatoru, provayderi sərbəst seçmək; 34.1.2. keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək; ...”

63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə qətnamənin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətdə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığından, təkrar qiymətləndirmə aparılmasını zəruri hesab etmir.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin həmin dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

67. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

68. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar