Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-226/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı ilk, iddiaçı Cavabdeh Istehsalat Birliyinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh Istehsalat Birliyinin cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ilə Cavabdeh IB arasında 2020-ci il ## ###### tarixdə AMX-****/** saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Idiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Istehsalat Birliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 21.263,40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində iddiaçıya məxsus 0,24 ha torpaq sahəsində tərəvəz məhsulları istehsal etmək üçün 1020 kv.m ölçüdə istixana vardır. Cavabdehlə iddiaçı arasında 2020-ci il ## ###### tarixdə AMX- ****/** saylı müqavilə bağlanaraq *************** nömrəli abonent kodu ilə istixanaya qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan gündən sonra qaz sərfiyyatı üçün ödənişlər etmişdir. Sonradan qaz sayğacını guya laborator yoxlama adı ilə aparmışlar. Sayğac yenidən quraşdırıldıqdan sonra sayğacın aylıq göstəriciləri birdən-birə bir neçə dəfə artmışdır. Bu, onu göstərir ki, sayğacı ekspertizadan keçirən zaman ona müdaxilə olunmuşdur və sayğac düzgün işləmir. Bununla bağlı dəfələrlə cavabdehin X1 Idarəsinə sayğacın dəyişdirilməsi ilə bağlı müraciət etsə də, sayğac dəyişdirilməmişdir. X2 Birliyinin sayğaca etdiyi əsassız müdaxilə nəticəsində hazırda 21.263,40 manat borc yaranmışdır.
4. Eyni zamanda cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində yerləşən istixanada təbii qazdan istifadə etdiyinə görə yaranmış 21.263,40 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 153,79 manat məbləğində dövlət rüsumunun alınaraq cavabdehin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq iddiaçı həmin müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 2023-cü il # ### tarixə cavabdehə 21.263,40 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına iddiaçı tərəfindən istixanada istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Belə ki, iddiaçı istixanada 2020-ci il # ###### tarixdən 2021-ci il # ###### tarixədək 8.541,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 6.250 manat məbləğində ödəniş etmiş, 2.291,80 manat borcu qalmışdır. 2021-ci ilin yanvar ayından 2022-ci il # ###### tarixədək 3614,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 4.295 manat məbləğində ödəniş etmiş, 2022-ci il # ###### tarixə 1.611,60 manat borcu qalmışdır. 2022-ci il # ###### tarixdən 2023-cü il # ###### tarixədək 19.249,78 manat məbləğində təbii qazdan istifadə etmiş, 7.000 manat məbləğində ödəniş etmiş, 2023-cü il # ###### tarixə 13.861,38 manat borcu qalmışdır. 2023cü il # ###### tarixdən 2023-cü il # ### tarixədək 13.902,02 manat məbləğində təbii qazdan istifadə etmiş, 6.500 manat məbləğində ödəniş etmiş, 2023-cü il # ### tarixə 21.263,40 manat borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı borcunu ödəməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir (hakim – Z.Axundova).
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Iddiaçıya məxsus, Salyan rayonu, Aşağı Kürkənd kəndində 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən istixana təbii qazla təchiz edilmişdir. Illər üzrə istifadə olunan qaz sərfiyyatında olan fərqlər istifadə olunan qaz sərfinin həcmi ilə əlaqədar olmuşdur. Bunu abonent saldosuna nəzər saldıqda da müəyyən etmək mümkündür. 21.263,40 manat borc iddiaçı tərəfindən istifadə edilən və sayğac göstəricisinə görə hesablanmış təbii qazın dəyəridir. Borc məbləği sayğac göstəricisinə, yəni aylıq qaz sərfiyyatına uyğun hesablanmışdır. Belə olan halda iddiaçının həmin borcun silinməsini tələb etməsi əsassızdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi təmin olunmamalıdır.
8. Həmçinin cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edərək, iddiaçını qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 21.263,40 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 448.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1, 5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 82.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
12. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə, iş üzrə 2024-cü il ## ###### tarixli qərardadına əsasən məhkəmə mühəndistexniki eskpertizası təyin olunmuşdur.
13. Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il # ##### tarixli 3-16-16/2-**/**** №-li ekspert rəyinə əsasən iddiaçıya məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində 0.24 ha həyətyanı torpaq sahəsində yerləşən istixanada borc kimi hesablanmış 21.263.4 manat, sayğac göstəricilərinə əsasən istifadə olunmuş 211.473 m3 qazın hesablanmış dəyərinin ödənilməmiş hissəsidir. Iddiaçıya məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndi ərazisində yerləşən istixanada qaz tənzimləyicisinin qaz sayğacından əvvəl yaxud sonra quraşdırılmasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün bu sual üzrə tədqiqat aparılmadı. Cavabdeh tərəfindən iddiaçıya məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən istixanaya qaz xəttinin şəkilişinə dair verilmiş 2019-cu il ## #### tarixli 11282 Ns-li texniki şərtdə qaz xəttinin 57 mm-lik alçaq təzyiqli qaz xəttinə G-6 tipli qaz sayğacı vasitəsi ilə qoşulacağı göstərilmişdir, istixanada qaz tənzimləyicisinin qaz sayğacından əvvəl yaxud sonra quraşdırılmasına dair şərt yoxdur. Istehlakçıların tələblərinə uyğun təzyiqlə qazın verilişini qaz xətləri üzərində quraşdırılan ümumi qaztənzimləyici və paylayıcı qurğular təmin edir. Sayğacdan sonra konkret abonentin xətti üzərində quraşdırılan klapanlar qaz işlədicilərinin təhlükəsiz istismarını təmin etmək məqsədi Ilə quraşdırılır və sayğacın sərfiyyat göstəricilərinə təsir göstərmir. Abonent saldosunda aylıq sərfiyyatla bağlı göstəricilərə əsasən, iddiaçıya məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində 0.24 ha həyətyanı torpaq sahəsində yerləşən istixanada quraşdırılmış sayğac işlək vəziyyətdə olmuşdur. Cavabdeh tərəfindən quraşdırılmış G-40 sayğacının nominal qaz sərfiyyatı 40 m3 /saatdır (maksimal 65 m3 /saat), standarlara uyğun olaraq sutka ərzində isə 960 kubmetr qaz istehlak edə bilər.
14. Bakı Apellyasiya məhkəməsinin 2025-ci il ## ###### tarixli qərardadına əsasən, iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xitmətinin Vəzifəli şəxs həvalə edilməsi qərara alınmışdır.
15. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xitmətinin Vəzifəli şəxsin 2025-ci il ## ####### tarixli ekspert rəyinin təqdim edilməsi barədə məktubuna əsasən, iddiaçıya məxsus G40 markalı ******* nömrəli sayğaca MM-də yoxlanılmadan keçirilmiş və bu barədə 2025-ci il ## ####### tarixli **** nömrəli protokol tərtib olunmuşdur.
16. Qaz sayğacının yoxlanılması haqqında №Y**** protokola əsasən, sayğacın daxili çirklidir, sayğaca hava vuruldu, hesablama mexanizmi işləkdir. Rotorlar kiplənib. Hava keçmir. Elektron korrektor kranşteynə bağlanan hissədən qırılıb. Göstəricilər arasında fərq var. Mexaniki hissədə, sayğac yuyuldu rotorlar fırlanır, Elektron hissədə 2025-ci il ## ###### - 2025-ci il ## ####### tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiq P= 0.9934- 1.0437 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcmi 26 m3, korreksiya olunmamış maksimal qaz həcmi isə 25 m3 qeydə alınmışdır. Son sərfiyyat 2025-ci il # ####### tarixində qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vmt mexaniki göstəricisindən 185 m3 çoxdur. Yoxlama zamanı elektron korrektor və impuls çevirici verilən impulsları qeyd edir. Korrektorun aşağı kronşteyn yuvaları qırıqdır, kronşteyn uzadılsın. Yoxlamanın nəticəsi olaraq protokolun tərtib olunma tarixinə (2025-ci il ## #######) istismara yararsız olduğu qeyd olunmuşdur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində 2022-ci ilin yay aylarında sayğac sökülüb yenidən quraşdırıldıqdan sonra göstəricilərində fərq olduğunu bildirmiş, sayğacın dəyişdirilməsi ilə bağlı müraciət etdiyini bildirsə də hər hansı sübut təqdim etməmişdir. 2023-cü ildən isə sayğacdan istifadə etmədiyini qeyd etmişdir. Həmçinin ekspert rəyinə əsasən, abonent saldosuna əsasən sayğac işlək vəziyyətdə olmuşdur. Apellyatorun mübahisələndirdiyi dövr üzrə sayğacən işlək olmadığına, göstəriciləri arasında kəskin fərq olduğuna dair hər hansı sübut təqdim olunmamışdır.
18. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xitmətinin Vəzifəli şəxsin 2025-ci il ## ####### tarixli ekspert rəyinə münasibətdə qeyd edilmişdir ki, Y**** saylı protokolda göstərilənlər yalnız 2025-ci ili əhatə edən dövr üçün və iki ilə yaxın müddət ərzində istismar edilməyən sayğacla bağlı olmuşdur. Bu müddət ərzində abonent tərəfindən isə həmin sayğaca hər hansı xidmətin göstərilməsi və ya bununla bağlı müvafiq quruma müraciəti olmasına dair, həmçinin sayğacın sökülərək yoxlamaya aparılmasına dair sübutlar təqdim edilməmişdir. Abonent saldosundan görünür ki, sayğac 2023-cü ilin aprel ayından istifadəsiz qalmışdır. Belə olan halda məhkəmə kollegiyası Məhkəmə Ekspertiası Mərkəzinin 2024-cü il # ##### tarixli 3- 16-16/2- **/**** №-li ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddiaçının sayğacın aylıq göstəricilərinin birdən-birə bir neçə dəfə artmasına dair dəlilləri əsassızdır.
19. Iddiaçı apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görməmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.7, 2.11, 4.1, 4.3-4.5, 5.1, 5.2, 5.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
21. Iddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin II hissəsi üzrə işə baxan məhkəmələr iddiaçının pozulmuş hüquqlarını müdafiə etməkdən imtina edərək, sahibkarlıq və əmlak hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda, cavabdeh tərəfindən iddiaçının istillikxanasına istismara yararsız qaz sayğacı quraşdırılması artıq sərfiyyatın əmələ gəlməsinə səbəb olmuşdur ki, bu da iddiaçını gəlir əldə etmək hüququndan məhrum etmiş, nəticədə iddiaçı sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur.
23. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi üzrə - işə baxan aşağı instansiya məhkəməsi qanunvericiliyin göstərilən normalarını tətbiq etməməklə qanunun tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xitmətinin Vəzifəli şəxs tərəfindən məhkəməyə təqdim olunmuş qaz sayğacının yoxlanılması haqqında №Y**** protokoldan göründüyü kimi iddiaçının istilikxanasına quraşdırılmış G40 markalı ******* nömrəli sayğac istismara yararsızdır. Apellyasiya instansiya məhkəməsi qazpaylayıcı sayğacın istismara yararsız olduğu halda, Ədliyyə Nazirliyi MEM-in təqdim etdiyi ekspert rəyinə əsaslanaraq sayğacın istismara yararlı olması nəticəsinə gələrək həqiqətin müəyyən olunmasını təmin etməmişdir.
24. MPM-in 77.1-ci maddəsi üzrə - cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları, yəni cavabdeh tərəfindən iddiaçının istilikxanasına quraşdırılmış sayğacın müvafiq qaydada istismara yararlı olduğunu sübut etməyə borcludur. Lakin işdə olan sübutlardan müəyyən olunur ki, qaz paylayıcı sayğac istismara yararsızdır.
25. Kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd olunmuşdur ki, işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinin tələbini pozmaqla, istismara yararsız olan qaz sayğacının göstəriciləri əsasında yaranmı borcun iddiaçıdan tutulması nəticəsinə gəlmişdir. Iddiaçının istismarında olmuş istilikxananın sahəsi əvvəlki illərlə müqayisədə azaldılmasına baxmayaraq həmin dövrlərdə istehlak olunmuş mavi qazın həcmi ilə hazırda mübahisələndirilən müddət ərzində istehlak olunmuş mavi qazın həcmi arasında kəskin fərq yaranmasının sayğacın istismara yararsız olması ilə əlaqədar olduğuna məhkəmə hüquqi qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“2. Qaz Qurğularının istismarı 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir. 2.11. Qaz paylayıcısının işçiləri müayinənin nəticəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Istehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.”
“4. Qaz Sayğaclarının quraşdırılması və istismarı 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.3. Qaz sayğacları Agentlik tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”
“5. Qazın dəyərinin ödəmə şərtləri 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
32. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.
33. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
34. Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
35. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.