Məhkəmə qərarları › İş №2-2(1-8)-227/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-227/2026

08.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-227/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti) iş üzrə QƏRARİ Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçıxxxx“xxxx MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1.Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “iddiaçı”) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən Rusiya Federasiyasının “X4” (“xxxx”) Şirkətinə məxsus olan “Matç TV” (“Match TV”), “Matç Boeü” (“Match Boyets”), “Matç Arena” (“Match Arena”), “Matç Iqra” (“Match Igra”), “Matç Strana” (“Match Strana”), “Matç Premğer” (“Match Prem'yer”), “Matç Futbol 1” (“Match Futbol 1”), “Matç Futbol 2” (“Match Futbol 2”), “Matç Futbol 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları iddiaçıya məxsus (aid) olan futbol üzrə Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X2” idman yarışlarının (oyunlarının) 2025-ci ilin mart - aprel aylarında 2 ay müddətinə qanunsuz yayımlanması nəticəsində iddiaçıya vurulmuş əldən çıxmış fayda qismində 30 000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli qərardadı ilə “xxxx” MMC hüquq varisi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (bundan sonra-“cavabdeh”) əvəz edilmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ######## 2025-ci il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 4.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir ( hakim N.Əhmədova) 5.Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla ləğv edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər E.Həsənov və T.Qocayev).

7. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Işə kassasiya qaydasında baxılarkən tərəflər arasında mübahisə üzrə 2026-cı il # ### tarixli barışıq sazişi tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 5. Məhkəmədə mülki işə başlama … 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. ...”

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri … 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. ...”

“Maddə 52. Iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi

52.1. Iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. ... 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.”

“Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi

191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. ... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”

“Maddə 261. Icraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; ...”

“Maddə 262. Icraata xitam verilmə qaydası və nəticələri

262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. Iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.”

“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: ... 417.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Işə kassasiya qaydasında baxılarkən, məhkəməyə təqdim edilmiş, hazırki iş üzrə tərəflər arasında 2026-cı il # ### tarixli barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır:

“ Biz, aşağıda imza edənlər (bundan sonra birlikdə "Tərəflər" adlanacaq), iddiaçı İddiaçı MMC adından direktor nümayəndə5 şəxsində, cavabdeh Cavabdeh MMC adından baş direktor vəzifəsini müvəqqəti icra edən qanuni nümayəndə2 şəxsində, Tərəflər arasında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək məqsədi ilə Ali Məhkəmənin Kommersiya kollegiyasında baxılan *-*(*-*)-***/**** saylı iş üzrə aşağıdakılar barədə razılığa gəldik:

1. Sazişin predmeti Tərəflər Ali Məhkəmənin Kommersiya kollegiyasının icraatında olan iddiaçı İddiaçıxxxx"xxxx" MMC-yə (Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin ##.##.2025-ci il tarixli *- **-*-*-*/*-*****/**** nömrəli çıxarışına əsasən, "xxxx" MMC Cavabdeh MMC-yəqoşulmuş və Cavabdeh MMC onun hüquqi varisidir) qarşı Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus olan futbol üzrə Ingiltərə "Premyer Liqası-nın, Italiyada "Seria A"-nın, Fransada "Liqa 1"-in, Almaniyada "Bundesliqa"-nın, habelə "NHL", “UFC", "Bellator, "NBA", "Avropa Liqası", "Formula 1", "X2"idman yarışlarının (oyunlarının) 2025-ci ilin mart-aprel aylarında 2 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı MMCyə vurulmuş əldən çıxmış fayda qismində 30.000 manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi və Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və Ingiltərə "Premyer Liqası"-nın, Italiyada "Seria A"-nın, Fransada "Liqa 1"-in, Almaniyada "Bundesliqa"-nın, "X3 Liqası", "X1", Ispaniya "La Liqası", Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan "Pro Liqası"” habelə "NHL", "UFC", "Bellator", "NBA", "Avropa Liqası", "Formula 1", "X2" idman oyunlarının Azərbaycan Respublikası ərazisində qanuni əsaslar olmadan yayımlanmasına dair hərəkətlərin cavabdeh Cavabdeh MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsi tələbinə (bundan sonra iddia) dair sözügedən mübahisənin məhkəmədənkənar həll edilməsindən irəli gələn məsələlərin hüquqi tənzimlənməsi.

2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri 2.1. İddiaçı MMC-nin hüquq və vəzifələri 2.1.1. İddiaçı MMC reklam materiallarının yayımlanması ilə əlaqədar “xxxx" MMC ilə arasında müqavilə bağlanmasını nəzərə alaraq, bu Sazişin 1-ci bəndində göstərilən iddiasından imtina etməyi və Cavabdeh MMC-yə sazişin predmetində göstərilən iddialarla bağlı gələcəkdə hər hansı iddia tələbi irəli sürməyəcəyini öhdəsinə götürür. 2.1.2. İddiaçı MMC bu sazişin imzalandığı gündən 5 (beş) təqvim günü ərzində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına sazişin predmetində göstərilən iddia tələblərindən imtina edilməsinə və hazırkı sazişin məhkəmə Kollegiyası tərəfindən təsdiq olunmasına və bununla da kassasiya icraatına xitam verilməsinə dair ərizə ilə müraciət etməyi öhdəsinə götürür. 2.1.3. İddiaçı MMC-nin bu sazişlə yaranan hüquq və vəzifələri Azərbaycan Respublikasının mövcud prosessual və digər qanunvericilik aktlarına uyğun tənzimlənir. 2.2. Cavabdeh MMC-nin hüquq və vəzifələri 2.2.1. Cavabdeh MMC İddiaçı MMC-nin bu sazişin predmetində göstərilən iddia tələblərindən onunla İddiaçı MMC arasında reklam materiallarının yayımlanması ilə əlaqədar imtina etməsi şəbəbindən Bakı Apelyasiya Məhkəməsinin 2026-cı il # ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etməyi və bu barədə hazırkı sazişin imzalandığı gündən 5 təqvim günündən gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kollegiyasına yazılı imtina ərizəsi verməyi öhdəsinə götürür. 2.2.2. Cavabdeh MMC-nin bu sazişlə yaranan hüquq və vəzifələri Azərbaycan Respublikasının mövcud prosessual və digər qanunvericilik aktlarına uyğun tənzimlənir.

3. Xüsusi şərtlər 3.1. Tərəflər bəyan edirlər ki, bu sazişin bağlanmasının hüquqi nəticələrini ehtiva edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam aydındır və onlar bu nəticələri bəyənirlər. 3.2. Tərəflər bəyan edirlər ki, öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq yolu ilə aralarında yaranmış mübahisəni hazırkı sazişin şərtlərinə uyğun həll edirlər. 3.3. Sazişin heç bir şərti, o cümlədən sazişdəki söz və ifadələrin hərfi mənası tərəflərin bu saziş ilə müəyyən edilən iradə ifadəsinin həqiqi mənasına, bütövlükdə sazişin mahiyyətinə zidd təfsir edilə bilməz. Sazişin şərtlərindən sübut kimi istifadə edilə bilməz. 3.4. Saziş imzalandıqdan sonra məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Saziş tərəflər öhdəliklərini icra etdiyi vaxtadək qüvvədədir. 3.5. Sazişin şərtlərinə əməl edilməməsi məhkəməyə icra vərəqəsinin verilməsi üçün müraciət edilməsinə əsas yaradır.

11. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi (məzmunu üçün bax §9) prosesin istənilən mərhələsində tərəfləri iddia və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməyi vəzifə kimi məhkəmənin üzərinə qoyur. Barışıq sazişi, əsasən mövcud mübahisənin məhkəmədən kənar qaydada həll olunması barədə tərəflərin razılaşmasıdır. Məhkəmədə tərəflər arasında belə bir razılaşmanın əldə edilməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir və ona görə də prosessual qanunvericilik tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsini iş üzrə icraatın xitam olunmasının əsası kimi nəzərdə tutur.

12. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud olmadığından, təsdiq edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 417.1.5-ci maddəsində (məzmunu üçün bax §9) nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməli, tərəflərə MPM-nin 262.4-cü maddəsinin tələbləri izah edilməlidir.

13. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 261.0.5, 262.4, 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı MMC ilə cavabdeh “xxxx ” MMC arasında bağlanmış barışıq sazişi (bax §10) təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli 2- 2(103)-1282/2025 nömrəli qətnaməsi ləğv edilsin. Hazırki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar