Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-231/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı Iddiaçı MMC-nin cavabdehlər cavabdeh3, cavabdeh 1 , “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 QSC və “xxxx” ASC olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı Iddiaçı MMC-nin cavabdehlər cavabdeh3, cavabdeh1, “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 QSC və “xxxx” ASC olmaqla) pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Iddiaçı MMC (satıcı) ilə “xxxx” MMC (alıcı) arasında 2023-cü il # #### tarixli **/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı qeyd olunmuş elektron hesablayıcı maşınlar üçün müəllif hüquqları ilə qorunan, lisenziyalaşdırılmış və üçüncü şəxslərin iddialardan azad olan proqramları və ya həmin proqramlardan istifadə hüquqlarını alıcıya satmağı, alıcı isə bunun müqabilində müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan hesab-fakturalarda göstərilən məbləği satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı Iddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh3, cavabdeh1, “xxxx” MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh3”, “cavabdeh1” və “xxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 114.170 ABŞ dolları əsas borcun, 47.380.55 ABŞ dolları cərimə borcunun, 8.083 ABŞ dolları əldən çıxmış faydanın (dəymiş zərər) ödəniş gününə olan məzənnə ilə və 580 manat dövlət rüsumunun, 320 manat vəkil xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh3, “xxxx” MMC-nin rəhbəri cavabdeh1, “xxxx” MMC-nin rəhbərliyinin iddiaçıya qarşı olan cinayətkar əməlləri ilə bağlı Nərimanov rayon Polis Idarəsinə müraciətləri olmuşdur. cavabdeh3 əvvəllər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-də IT xidmətləri üzrə məsul şəxs olmuşdur. 2021-ci ilin axırı 2022-ci ilin əvvəlləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC SQL Lisenziyalarının sifarişi üzrə tender elan edir. Tenderin qalibi cavabdeh1 rəhbərlik etdiyi “xxxx” MMC olur. cavabdeh3 sonradan iddiaçıya yazdığı izahatda da bildirdiyi kimi “xxxx” MMC-nin rəhbəri cavabdeh1la yaxşı münasibətləri olub. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC tərəfindən Lisenziyaların dəyəri tam şəkildə ödənilir. Lakin “xxxx” MMC lisenziyaları təhvil verə bilmir. Çünki cavabdeh3la cavabdeh1 niyyəti başqa idi. Yalannan sənəd saxtalaşdırmaqla cavabdeh3 “xxxx” MMC tərəfindən lisenziyaların guya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə təhvil verilməsinə dair sənədə imza atır. Ancaq əslində ortada lisenziya yoxdur. Bu barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC daxili araşdırma başladır. Ciddi təzyiqlərdən sonra cavabdeh3 lisenziyaları onlara verəcəyini və problemi aradan qaldıracağını vəd edir. Lakin cavabdeh3 və cavabdeh1 cinayətkar əməlləri ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə vurduğu ziyanı iddiaçıya qarşı cinayətkar əməllər törətməklə qarşılamağı qərara alır. Bu cinayətkar əməlləri üçün özlərinə başqa bir şirkəti də qoşurlar. Bu şirkətin adı “xxxx” MMC-dir. Belə ki, cavabdeh3 “xxxx” MMC ilə əlbir olaraq (cavabdeh1la qabaqcadan əlbirlik öz yerində qalmaqla) iddiaçıya müraciət edir. Bir neçə ucuz qiymətə lisenziya alır və dəyərini də vaxtlı vaxtında tam ödəməklə etibarlarını qazanır. Daha sonra isə (2023-cü ilin əvvəllərində) iddiaçıya müraciət edərək “xxxx” MMC vasitəsilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə SQL Lisenziyaları alınmalı olduğunu bildirir və qiyməti iddiaçı ilə razılaşdırır. Qiymət 129.170,16 ABŞ dolları təşkil edir. Bununla bağlı “xxxx” MMC ilə arasında 2023-cü il # #### tarixində cavabdeh3 təşkilatçılığı ilə alqı-satqı müqaviləsi bağlanır. Lisenziyalar təhvil verilir və iddiaçı tərəfindən “xxxx” MMC-yə elektron qaimə vurulur. Lakin aydın məsələdir ki, “xxxx” MMC həmin məbləği iddiaçıya ödəmir. Sonradan cavabdeh3 izahatında da göstərdiyi kimi “xxxx” MMC bu münasibətdə formal rol oynayır, bütün ödənişləri cavabdeh1la cavabdeh3 ödəməlidir. Beləliklə cavabdeh3 və əlbir olduğu şəxslər bu müqavilə ilə cinayətkar əməllərini pərdələməyə çalışırlar. 4) Onu da qeyd edir ki, cavabdeh3 oxşar problemləri “xxxx” ASC-də yaratdığı üçün “xxxx” MMC vasitəsilə (2023-cü il # #### tarixli müqavilə) “xxxx” ASC üçün də lisenziyalar almışdır. Beləliklə cavabdeh3 və cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC və “xxxx” ASC-yə qarşı törətmiş olduqları cinayətkar əməlləri ilə vurmuş olduqları ziyanı iddiaçının etibarından sui-istifadə etməklə dələduzluq və sənəd saxtalaşdırmaq yolu ilə iddiaçı şirkətdən qarşılayaraq öz cinayətkar əməllərini başa çatdırmışlar. Bununla bağlı cavabdeh3 2023-cü il # ###### tarixli, 2023-cü il ## ####### tarixli iddiaçı şirkətə verdiyi izahatları var. Vurulmuş ziyandan cavabdeh3la cavabdeh1 birlikdə iddiaçının ofisinə yaxınlaşaraq 2023-cü il # ######## tarixdə 10.000 ABŞ dolları, 2023-cü il # ###### tarixdə 5000 ABŞ dolları ödəmişlər. Dəymiş zərərin miqdarı 114.170 ABŞ dolları təşkil edir. Lakin bütün bunlara baxmayaraq Nərimanov rayon Polis Idarəsinin baş müstəntiqi X3 2024-cü il # ##### tarixli Qərarı ilə cinayət işinə xitam verilmişdir. Aparılmış istintaqla da müəyyən edilmişdir ki, cavabdeh3 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları cavabdeh1 və Qanuni nümayəndə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən qurulmuş cinayətkar plana əsasən iddiaçının direktoru X4 etibarından suiistifadə edib aldatmaqla 40 gün müddətində dəyərini ödəyəcəyinə dair vəd verib Microsoft şirkətindən 24 ədəd SQL Server 2019 Standard Core-2 X1DG7GMGF0FLR2 markalı elektron açar lisenziyanı əvvəllər cavabdeh1 ilə əlbir şəkildə borclu olduqları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin hesabına cinayətkar qrupun üzvü Qanuni nümayəndə direktoru olduğu “xxxx” MMC vasitəsi ilə köçürtmüş, bundan sonra 8 ədəd SQL Server 2019 Standard Core-2 X1- DG7GMGF0FLR2 markalı elektron açar lisenziyanı əvvəllər özünün borclu olduğu Qala Insurance şirkətinin hesabına köçürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə iddiaçıya 186.092 manat ziyan vurmaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Beləliklə müstəntiq tərəfindən 2023-cü il ## ###### tarixdə CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, 2024-cü il # ###### tarixdə cavabdeh3 təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Istintaq zamanı təqsirləndirilən şəxs qismində cavabdeh3, şahid qismində cavabdeh1 dindirilmişlər və onların arasında üzləşmə istintaq hərəkəti aparılmışdır. Onlar həm ifadələrində həm də üzləşmədə cinayəti bir-birinin üstünə atmaqla cinayət əməlindən yayınmağa çalışmışlar. Belə ki, cavabdeh3 öz ifadəsində bildirir ki, onda cavabdeh1 qarşı inam yarandığından təhvil-təslim aktına yalandan qol çəkərək guya sözügedən lisenziyaların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə verildiyini onun rəhbərliyinə bildirmişdir. Daha sonra iddiaçıda inam yaratmaq üçün ödənişini nağd qaydada etməklə bir neçə kiçik lisenziya almış, inam yarandıqdan sonra isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə olan borcunu ödəməkdən ötrü həmin lisenziyaları iddiaçıdan alıb və iddiaçıya ödəyəcəyinə dair vəd vermiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMCyə olan borcunu bağladığını ifadəsində açıq-aşkar bildirir. cavabdeh1 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-dən aldığı sifariş əsasında onun şirkəti olan “xxxx” MMC vasitəsilə lisenziyaları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə təhvil verdiyini bildirmişdir. Həmin lisenziyaları haradan sifariş etdiyini, həmin pulu hara xərclədiyini cavabdeh1 nədənsə xatırlamır. Halbuki mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin işçisi Xəyyamın verdiyi ifadədən görünür ki, cavabdeh1 dediyi kimi lisenziyalar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə təhvil verilməmişdir. Elə bunun nəticəsi olaraq MMCdə daxili araşdırma aparılmış və cavabdeh3 sıxışdırılanda o bu işdə əlbir olduğu cavabdeh1la planlı şəkildə iddiaçıdan həmin lisenziyaları alıb mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə vermişdir. Nərimanov rayon Polis Idarəsinin müstəntiqi X3 cinayət işində yuxarıda qeyd etdiyi faktlara müəyyən etsə də, işin mülki xarakterli olduğunu, mülki münasibət olduğunu əsas gətirərək cinayət işinə xitam vermişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov Məhkəməsinə və daha sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət versələr də heç bir nəticəsi olmamışdır. 2023-cü il # #### tarixli “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən gecikdirilən borca görə hər gün üçün 0.1 faiz dəbbə pulu ödənilməlidir. Dəbbə pulunun məbləği 47.380.55 ABŞ dolları təşkil edir. Eyni zamanda cavabdehlərin bu cür əməlləri nəticəsində iddiaçı ciddi maliyyə itkisinə məruz qalmışdır. Buna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanı da tələb edirlər. Əldən çıxmış fayda 8083 ABŞ dolları təşkil edir (17 ay).
4. Cavabdeh cavabdeh3 iddiaya etiraz etmiş və bildirmişdir ki, o, iş materiallarında mövcud olan və kommersiya mübahisəsinin əsasını təşkil edən 2023-cü il # #### tarixli alqı-satqı müqaviləsinin tərəfi deyildir, MM-in 14, 386-cı maddələrinə əsasən müqavilənin tərəfi olmayan şəxsin üzərinə mülki öhdəliklər qoyula bilməz.
5. Cavabdeh cavabdeh1 da iddiaya etiraz etmiş və bildirmişdir ki, iş materiallarından da anlaşıldığı kimi 2023-cü il # #### tarixli **/** nömrəli alqı-satqı müqaviləsi ilə satıcı iddiaçı, alıcı “xxxx” MMC-yə elektron hesablayıcı maşınlar üçün müəllif hüquqları ilə qorunan, lisenziyalaşdırılmış və üçüncü şəxslərin iddialarından azad olan proqramları və ya həmin proqramlardan istifadə hüquqlarını satır. Alıcı, yəni “xxxx” MMC bunun müqabilində hazırkı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan hesabfakturalarda göstərilən məbləği satıcıya, yəni iddiaçıya ödəyir. Iş materiallarına əlavə edilmiş 2023-cü il ## ##### tarixli *****/**G nömrəli təhvil-təslim aktı ilə yekun məbləği 164.691,96 manat olan müqavilə predmeti mal icraçı, yəni iddiaçı tərəfindən sifarişçi, yəni “xxxx” MMC-yə təhvil verildiyi görünür yazmaq istəsə də sifarişçi hissəsi imzasız və möhürsüzdür. Amma bunun tərəf olaraq ona aidiyyəti yoxdur. Bu hal müqavilə tərəflərinin biləcəyi məsələdir. Tərəf olaraq onun üçün anlaşılan deyil ki, cavabdeh1, satıcı iddiaçı, alıcı “xxxx” MMC olan müqavilənin tərəfi olmadığı halda hansı səbəbdən iş üzrə cavabdeh kimi cəlb edilmişdir. 2024-cü il # ##### tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda şahid qismində dindirilmiş iddiaçının direktoru X4 ifadəsində bir dəfə də olsa, epizodik olsa da cavabdeh1 adını çəkmir. Günel xanım ifadəsində cavabdeh3 MMC-nin ofisinə gəldiyini, elektron açar lisenziyası lazım olduğunu, qiymətin müəyyən edildiyini, bir ədəd lisenziya alınaraq pulunun ödənildiyini, sağlam şəxs təəssüratı yaratdığını, onları “xxxx” MMC ilə tanış etdiyini, “xxxx” MMC ilə müqavilə bağlandığını, lisenziyaların cavabdeh3 istəyi ilə “xxxx” MMC-nin balansına göndərildiyini, ödəmə vaxtı cavabdeh3 ödənişləri etmədiyini gördüyünü, araşdırma apararaq lisenziyaların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə verildiyini, orada audit yoxlaması zamanı cavabdeh3 bəzi lisenziyaları şirkətə vermədiyi, borcu ödəmək məqsədi ilə lisenziyaları şirkətə verdiyini müəyyən edildiyini qeyd etmişdir. Yəni cavabdeh1, satıcı iddiaçı, alıcı “xxxx” MMC olan müqavilənin tərəfi olmadığı kimi, müqavilənin bağlanmasında vasitəçi olmamış, iddiaçı ilə görüşməmiş, mal almamış, vəd verməmiş, satıcı iddiaçı, alıcı “xxxx” MMC olan müqavilənin nə içində, nə kənarında rol almamışdır. ********* saylı cinayət işində şahid kimi keçmiş, “xxxx” MMC-nin direktoru olmuş, direktoru olduğu MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-yə müqavilə şərtlərinə uyğun elektron açar lisenziyaları satmış, müqavilə dəyərini almış, lisenziyaları təhviltəslim aktı ilə şirkətə təhvil vermişdir. Daha sonra lisenziyaların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-də aşkarlanmaması və şirkətin IT departament müdiri olmuş cavabdeh3 həmin lisenziyaları təmin edərək şirkətə təhvil vermişdir. Belə olan halda cavabdeh1 icraatında olan kommersiya mübahisəsində cavabdeh qismində cəlb edilməsi anlaşılan deyil. cavabdeh1 tərəfi olmadığı bir müqavilə üzrə, vəd vermədiyi, görüşmədiyi, təhvil almadığı, öhdəlik götürmədiyi, vasitəçisi olmadığı bir kommersiya mübahisəsi üzrə cavabdehlik daşıması nə ədalətlidir nə də ki qanuni.
6. Cavabdeh cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə verərək, iş üzrə mübahisə predmetini təşkil edən 2023-cü il # #### tarixli, **/** saylı alqı-satqı müqaviləsi üzrə iddia müddətini tətbiq edərək, 1 illik iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı və “xxxx” MMC arasında bağlanılmış, kommersiya mübahisəsinin əsasını təşkil edən, 2023-cü il # #### tarixli, **/** saylı alqısatqı müqaviləsinin formal bağlanılma faktı iddiaçının nümayəndəsi tərəfindən dəfələrlə məhkəmə iclas zalında səsləndirilmişdir və iddia ərizəsində qeyd edilmişdir. 2023-cü il # #### tarixli, **/** saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqdir və bu fakt Konstitusiya Məhkəməsinin 2021-ci il # ##### tarixli qərarına uyğun olaraq Məhkəmə tərəfindən təsdiq edilməlidir və bu barədə ərizə ilə məhkəməyə tərəfindən müraciət edilmişdir. 2023-cü il # #### tarixli, **/** saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqd hesab edilməsi barədə ərizə məhkəməyə təqdim edilmişdir, tərəflərin müqavilə bağlanıldığı gündən həmin əqdin uydurma, əhəmiyyətsiz əqd olduğunu bilmələri faktını nəzərə alaraq 1 illik iddia müddəti keçmişdir.
8. Cavabdeh cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia əsasız varlanma təşkil etdiyi üçün MM-in 1095-ci maddəsinin əsasən iki illik müddət keçdiyi üçün məhkəmədən iddia müddətini tətbiq etməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
9. Cavabdeh “xxxx” MMC də iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiada qeyd edilən mal alış əməliyyatlarına dair heç bir razılaşma və müqavilə onun tərəfindən imzalanmamışdır və bu məhsulların sifarişi ilə bağlı heç bir əlaqəsi və hüquqi öhdəliyi yoxdur. Iddiada göstərilən “2023-cü il # #### tarixli **/** nömrəli alqı-satqı müqaviləsi” sadəcə ümumi çərçivə müqavilədir və konkret iddia edilən malların və ya xidmətlərin alışına istinad etmir. Bu çərçivə müqaviləsi əsasında konkret mal sifarişi, qiymət razılaşması, təhvil-təslim aktı, yaxud borcun ödənilməsinə dair hər hansı sənəd imzalanmamışdır. Qeyd edilən sənədlər tərəfindən təsdiqlənmədiyi və təsdiq edilmədiyi üçün “xxxx” MMC-nin bu əməliyyatlar üzrə hüquqi öhdəliyi yoxdur. Əməliyyatlar faktiki olaraq üçüncü tərəf – cavabdeh3 tərəfindən icra olunmuşdur. “xxxx” MMC iddiaçıya qarşı hər hansı mal və ya xidmətə görə ödəniş etməmiş, bu mal və xidmətləri qəbul etməmiş və heç bir təhvil-təslim aktını imzalamamışdır. Bununla bağlı müvafiq bank çıxarışları və müqavilə sənədləri sübut kimi təqdim oluna bilər. MM-ə əsasən, müqavilə münasibətləri qarşılıqlı razılaşma, icra, sənədlərlə təsdiq və öhdəlik əsasında formalaşır. “xxxx” MMC ilə iddiaçı arasında bu cür borc münasibətini təsdiqləyən hüquqi sənədlər mövcud deyil. Odur ki, cavabdeh kimi göstərilmələri hüquqi əsasdan məhrumdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 QSC və “xxxx” ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh3 114.170 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 484,09 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 95,91 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı çəkilmiş 320 manat xərcin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
12. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi 3 hissədən ibarətdir: 114.170 ABŞ dolların məbləğində pulun tutulması; 47.380,55 ABŞ dolların məbləğində dəbbə pulunun tutulması; 8.083 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi.
13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh3 arasında 2023-cü ilin yanvar ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin bağlanması barədə cavabdeh3 ofertası iddiaçı tərəfindən aksept edilmiş, satılmalı olan mallar barədə razılıq əldə edilmiş, iddiaçı tərəfindən cavabdeh3 istəyi ilə həmin mallar - 8 ədəd lisenziya açarı 2023-cü il # ###### tarixdə “xxxx” ASC-yə, 24 ədəd lisenziya açarı isə 2023-cü il ## ###### tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 QSC-yə təhvil verilmişdir. Göstərilən hal iddiaçının nümayəndələrinin, habelə cavabdeh3 məhkəmə iclaslarındakı izahatları, iddiaçı MMC-nin şikayət ərizəsi əsasında başlanmış cinayət işinin istintaqı zamanı verilmiş ifadələr (cavabdeh3 ibtidai istintaq zamanı verdiyi ifadəsində də 2023-cü ilin əvvəllərində iddiaçının ofisində direktor G.Səfərəliyeva ilə görüşdüyünü, 24 ədəd elektron açar lisenziyasının nağd qaydada alışı barədə razılıq əldə edildiyini, həmin ilin mart ayına qədər pulunun ödəniləcəyini göstərmiş, qalan 8 ədəd elektron açar lisenziyasının da həmin MMC-dən nağd qaydada aldığını, ümumilikdə 32 ədəd elektron açar lisenziyasının almasını təsdiq etmişdir; iddiaçının qanuni təmsilçisi ifadəsində lisenziyaları alması üçün cavabdeh3 şəxsən MMCnin ofisinə gəldiyini, razılıq əldə edildiyini, malların dəyərinin cavabdeh3 tərəfindən 1 ay sonra ödənilməli olduğunu göstərmişdir), habelə iddiaçı və cavabdeh3 arasında olan email yazışmaları və sairə ilə müəyyən edilir. Həmin malların cavabdeh3 istəyi ilə üçüncü şəxslərə təhvil verilməsi barədə 2023-cü il ## ###### tarixdə və 2023-cü il # ###### tarixdə e-mail vasitəsilə (elektron ünvan 1) məlumat verilmiş, sonuncu tərəfindən malların təhvil verilməsi faktı təsdiq edilmişdir. Alınan malların dəyərinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən yuxarıda göstərilən e-mail ünvanına 2 ədəd hesab faktura təqdim edilmişdir (8 ədəd lisenziya paketi ilə bağlı - ƏDV daxil olmaqla 32.292,50 ABŞ dolları, 24 ədəd lisenziya paketi ilə bağlı – ƏDV-siz 82.099,58 ABŞ dolları).
14. cavabdeh3 göstərilən müqavilə üzrə 2023-cü il # ###### tarixdə 10.000 ABŞ dolları, 2023-cü il # ###### tarixdə isə 5.000 ABŞ dolları nağd qaydada ödəniş etməsi bu barədə müvafiq yazılı sübut olmasa da, onun özünün materiallarda olan (i.v.48-49) yazılı izahatı, habelə cavabdeh3 və iddiaçının nümayəndələrinin məhkəmə iclaslarındakı izahatları ilə müəyyən edilmişdir. Belə ki, cavabdeh3 satılmış malların əvəzi qismində ümumilikdə ƏDV daxil olmaqla 129.170 ABŞ dolları (32.292,50 ABŞ dolları və 96.877,50 ABŞ dolları) ödəməli olduğu halda, cəmi 15.000 ABŞ dolları vəsait ödəmiş, qalıq 114.170 ABŞ dolları pul ödənilməmiş qalmışdır.
15. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda satılmış malların qalıq dəyərinin alıcıdan, yəni cavabdeh3 ödənilməsini tələb etməklə haqlıdır. Məhkəmə cavabdeh3 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmiş, cavabdeh3 yazılı izahatında (i.v.48- 49) qalıq 114.170 ABŞ dolları borcunun 2023-cü ilin sentyabr ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də, hazırkı tələb üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir.
16. Məhkəmə 114.170 ABŞ dolları pulun həmçinin “xxxx” MMC, habelə cavabdeh1 tutulması olması barədə iddiaçının iddia tələbini əsassız hesab etmiş, həmin hissədə iddianın rədd edilməli olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 2023-cü il # #### tarixli, **/** saylı alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, “xxxx” MMC tərəfindən həmin müqavilə üzrə iddiaçıya hər hansı mal sifariş verilməmiş, iddiaçı tərəfindən həmin müqavilə üzrə hər hansı mal “xxxx” MMC-yə təhvil verilməmişdir. Malların sifariş verilməsi, təhvil verilməsi 2023-cü ilin yanvar və fevral aylarında, hazırkı müqavilənin tarixindən bir ay əvvəl olmuşdur. Iddiaçı ilə “xxxx” MMC arasında hər hansı öhdəlik münasibəti olmadığından sonuncu iddiaçı qarşısında satılmış malların dəyərini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır. Iddia tələbi cavabdeh1 aid hissədə də əsassızdır. Belə ki, iddiaçının qanuni təmsilçisi G.Səfərəliyeva məhkəmə iclasındakı izahatında alıcı cavabdeh3la onu məhz cavabdeh1 tanış etdiyini, bu səbəbdən cavabdeh cavabdeh3 öhdəliklərini icra etmədiyi təqdirdə onunla birgə məsuliyyət daşımalı olduğunu bildirmişdir.
17. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı ilə alqı-satqı müqaviləsi məhz cavabdeh3la bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində cavabdeh1la hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Hazırda cavabdeh1 iddiaçının iddia tələbinə cavab verməli olan şəxs deyildir. Materiallarda olan iddiaçının qanuni təmsilçisi ilə cavabdeh1 arasında olan vatsap yazışmalarından da bu hal müəyyən edilir, belə ki, yazışmalardan da görünür ki, iddiaçı tərəf cavabdeh1 aşağıdakı məzmunda mesaj göndərmişdir: “... Siz Bakusteel-dən bizə Farizi göndərmişdiz. ... Iki mal alıb. Birinin pulunu ödədi. O birisinin isə deyəsən fikri yoxdur ödəmək. Guya onun dostu pul verməli idi, vermədi, trubkanı götürmür, atıb və s. Sadəcə çox narahatam”.
18. Iddiaçı ilə cavabdeh1 arasında hər hansı öhdəlik münasibəti olmadığından cavabdeh1 iddiaçı qarşısında satılmış malların dəyərini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır. Bu baxımdan, adı çəkilən cavabdehlərin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyektlər kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
19. Məhkəmə iddia ərizəsinin ikinci, 47.380,55 ABŞ dolları pulun tələb edilməsi hissəsində əsassız hesab etmişdir. Belə ki, cavabdeh3la iddiaçı arasında dəbbə pulunun ödənilməsi ilə bağlı hər hansı yazılı razılaşma olmadığı üçün cavabdeh3 dəbbə pulunun ödənilməsinin tələb edilməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Iddia tələbinin əsas borcun tutulması hissəsində “xxxx” MMC və cavabdeh1 aid hissədə əsassız olması müəyyən edildiyi üçün onlardan dəbbə pulunun tələb edilməsi ilə bağlı iddia da əsassızdır, təmin edilə bilməz.
20. Məhkəmə iddianı üçüncü, 17 aylıq müddət üçün 8.083 ABŞ dolları əldən çıxmış faydanın tələb edilməsi hissəsində də əsassız hesab etmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Işin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
21. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 337.4, 340.1, 372.1, 373.2, 377.3, 405.1, 405.2, 460.1, 462.1, 463.1, 463.2, 567, 598.1, 598.2, 600.1, 600.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 121.1, 119.1-ci maddələrinə istinad etmişdir.
22. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmışdır.
25. Məhkəmə kollegiyasının istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla eynilik təşkil edir.
26. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin cavabdeh3 qarşı olan hissəsində təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 14, 21, 337, 375, 386, 1091-1095-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il # ##### tarixli qərarı, Avropa Konvensiyasına dair 1-ci əlavə protokolun 6-cı maddəsi üzrə - cavabdeh3 “xxxx” MMC ilə iddiaçı arasında bağlanılan 2023-cü il # #### tarixli alqı-satqı müqaviləsinin tərəfi deyil, həmin müqaviləyə imza atmamış, həmin şirkətlərdə işləməmiş və sözügedən şirkətlərin təsisçisi olmamışdır. Bununla da tərəfi olmadığı müqavilə üzrə mülki öhdəliklər cavabdeh3 üzərinə qoyula bilməz. Müqavilə olmadan iddiaçı tərəfindən 2023-cü il ## ###### tarixdə “xxxx” ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 QSC-yə microsoft programları satılmış, tərəflər arasında (cavabdeh3 daxil olmaqla) müqavilə mövcud olmadığından həmin hüquq münasibətləri əsassız varlanma hüquqi münasibətlərini təşkil edir. Əsassız varlanma üzrə iddia tələbi MM-in 1095-ci maddəsinə əsasən 2 il təşkil edir, iddiaçı həmin müddət ötəndən sonra məhkəməyə müraciət etmişdir və cavabdeh3 vəkili tərəfindən hazırlıq iclası zamanı iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə əsassız varlanma faktını nəzərə almayaraq, hüququ münasibətlərinə düzgün qiymət vermədən qətnamə qəbul etmişdir. Iddiaçı həmin iddia ərizələrində həm də məhkəmə iclası zamanı dəfələrlə 2023-cü il # #### tarixli müqavilənin formal olaraq bağlanıldığını qeyd etmişdir. Iddiaçı və "xxxx" MMC tərəfindən bağlanılmış, kommersiya mübahisəsinin əsasını təşkil edən, 2023-cü 2 mart tarixli, **/** saylı alqı-satqı müqaviləsinin formal bağlanılma faktı iddiaçının nümayəndəsi tərəfindən dəfələrlə məhkəmə iclas zalında səsləndirilmiş və iddia ərizəsində qeyd edilmişdir. Kommersiya mübahisəsinin əsasını təşkil edən 2023cü il # #### tarixli, **/** saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqdir və bu fakt Konstitusiya Məhkəməsinin 2021-ci il # ##### tarixli qərarına uyğun olaraq məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2008-ci il ## #### tarixli qərarına əsasən tərəf yalnız aşağıda qeyd edilən üç məqam mövcud olduqda iş üzrə subyektiv hüquq və ya öhdəlik/məsuliyyət götürə bilər. 1) öz hərəkətlərinə hüquqi ixtiyar – cavabdeh3 kommersiya mübahisəsini təşkil edən müqaviləni imzalamaq səlahiyyəti mövcud deyil və imzalamamışdır; 2) başqa (borclu) şəxslərdən tələb etmək hüququ - cavabdeh3 müqavilənin tərəfi olmadığı üçün tələb etmək hüququ mövcud deyildir; 3) müdafiə hüququ - cavabdeh3 müqavilənin tərəfi olmadığından müqavilə tərəflərinin hərəkət və ya hərəkətsizliyindən özünə müdafiə edə bilməz. Bakı Kommersiya Məhkəməsi 2025-ci il ## ######## tarixli qətnamədə yalnız bir normaya - MM-in 21-ci maddəsinə istinad etmişdir. Həmin maddə delikt hüququna aid olan bir maddi normadır, müqavilə öhdəlikləri və ya əsassız varlanma predmeti olan hüququ normalarını ehtiva edən bir maddə deyildir və cavabdeh3 iddiaçının mülkiyyətinə heç bir maddi ziyan törətməmişdir.
28. MPM-in 14.2, 78.2, 217, 218-ci maddələri üzrə - iddiaçı tərəfindən məhkəmənin istinad etdiyi sübutların 60 faizi baxış iclası zamanı hakimin göstərişi ilə (iclas zamanı hakim iddia tələbinin qiymətini ehtiva edən sübutların işə əlavə edilməsini tələb etdi, həmin məqamlar video çəkilişi ilə rahat şəkildə sübut edilə bilər) əlavə edilmişdir. MPMin 78-ci maddəsinə əsasən həmin sübutlar yalnız hazırlıq iclası zamanı iş materiallarına əlavə edilə bilərdi və həmin sübutlar iddiaçıda iddia ərizəsi verilərkən mövcud idi.
29. MPM-in 25, 26, 387.2.9-cu maddələri üzrə - cavabdeh3 mübahisə predmetini təşkil edən kommersiya müqaviləsinin (“xxxx” MMC ilə iddiaçı arasında bağlanılan 2023cü il # #### tarixli alqı-satqı müqaviləsi) tərəfi olmadığı üçün ona qarşı iddia (əsassız varlanma) Xətai Rayon Məhkəməsində, yəni cavabdehin rəsmi qeydiyyatda olduğu rayonda məhkəməsində baxılmalı idi. MPM-in 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması sözügedən qətnamənin ləğvi üçün əsasdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.”
“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.”
“Maddə 373. Iddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.”
“Maddə 377. Iddia müddətinin başlanması 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 35. Iddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.”
“Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
36. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.
37. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
38. Kassasiya şikayətində qeyd edilən əsassız varlanma ilə bağlı dəlillər də qəbul edilə bilməz. Çünki hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarına əsasən tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
39. Sübutların təqdim edilməsi və ərazi aidiyyəti qaydalarının pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən MPM-in 35 və 78.1-ci maddəsinin tələblərinin pozulması halları müəyyən edilmir.
40. Kassasiya şikayətinin dəlillərinin işin hallarına düzgün qiymət verilməməsi əsaslandırılması isə əsassızdır.
41. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
42. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
43. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.