Məhkəmə qərarları › İş №2-2(1-8)-238/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-238/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-238/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1xxxxcavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), ipoteka qoyulmuş əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğluxxxxQarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1xxxxcavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” ASC ilə cavabdeh4 MMC arasında 2019-cu il ## #### tarixli *** nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən borcalana illik 6 faiz olmaqla 48 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədilə bərpa olunmayan kredit xətti açılmışdır.

2. Həmin müqavilə çərçivəsində bank tərəfindən borcalana hər biri illik 6 faiz olmaqla 36 ay müddətinə 3 tranşda kredit verilmişdir: - 2019-cu il ## #### tarixli * nömrəli əlavəyə əsasən 400.000 ABŞ dolları (1-ci tranş). - 2019-cu il ## #### tarixli * nömrəli əlavəyə əsasən 400.000 ABŞ dolları (2-ci tranş). - 2019-cu il # ###### tarixli * nömrəli əlavəyə əsasən 200.000 ABŞ dolları (3-cü tranş).

3. 2019-cu il ## #### tarixli *** nömrəli kredit xətti müqaviləsinə əlavəxxxxdəyişikliklərin edilməsi haqqında 2020-ci il ## #### tarixli * saylı əlavə sazişə əsasən cavabdeh4 MMC kredit xətti üzrə 956.567,33 ABŞ dolları məbləğində pulu istifadə etmiş, kredit xətti çərçivəsində verilmiş hər tranş üzrə əsas borcun qaytarılmasıxxxxhesablanmış faizlərin ödənilməsi müqavilənin əlavələri hesab edilən hər tranş üzrə tərtib edilən ödəniş cədvəllərinə müvafiq həyata keçirməyi öhdəsinə götürmüşdür.

4. 2019-cu il ## #### tarixli *** nömrəli kredit xətti müqaviləsinə 2020-ci il ## #### tarixli əlavə saziş üzrə kreditlər restrukturizasiya edilmişxxxxtərtib olunmuş ödəniş cədvəllərinə əsasən 1-ci tranş üzrə ilk ödəniş tarixi 2020-ci il ## ######, sonuncu ödəniş tarixi 2022-ci il ## #### olmaqla ümumilikdə 375.154,9 ABŞ dolları əsas borc, 34.876,49 ABŞ dolları faiz borcunun, 2-ci tranş üzrə ilk ödəniş tarixi 2020-ci il ## ###### sonuncu ödəniş tarixi 2022-ci il ## #### olmaqla, ümumilikdə 387.608,43 ABŞ dolları əsas borc, 36.778,39 ABŞ dolları faiz borcununxxxx3-cü tranş üzrə ilk ödəniş tarixi 2020-ci il ## ###### sonuncu ödəniş tarixi 2022-ci il # ###### olmaqla, ümumilikdə 193.804 ABŞ dolları əsas borc, 18.530,06 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır.

5. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” ASC ilə zaminlər cavabdeh3, cavabdeh1xxxxcavabdeh2 arasında 2019-cu il ## #### tarixli 759/3, 759/4xxxx***/* nömrəli zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.

6. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə cavabdeh2xxxxcavabdeh3 arasında 2019-cu il # #### tarixli ipoteka müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən X1 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 197.2 kv.m olan qeyri-yaşayış sahəsixxxxcavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1338.7 kv.m olan qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

7. “xxxx” ASC (bundan sonra – “iddiaçı”) cavabdeh3, cavabdeh2, cavabdeh1xxxxcavabdeh4 MMC-yə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq – “cavabdeh3”, “cavabdeh2”, “cavabdeh1”xxxx“MMC”) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək: - cavabdehlərdən iddiaçının xeyrinə 2019-cu il ## #### tarixli *** nömrəli kredit xətti müqaviləsinəxxxx*** nömrəli kredit xətti müqaviləsinə əlavəxxxxdəyişikliklərin edilməsi haqqında 2020-ci il ## #### tarixli * nömrəli əlavə sazişə əsasən 1-ci tranş üzrə 180.783,09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9.861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19.986,57 ABŞ dolları, cərimə borcu 24.173,41 ABŞ dolları olmaqla, cəmi 234.804,56 ABŞ dolları; - 2-ci tranş üzrə 349.218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8.226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları, cərimə borcu 49.378,65 ABŞ dolları olmaqla cəmi 446 644,14 ABŞ dolları; - 3-cü tranş üzrə 369.926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18.805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41.462,63 ABŞ dolları, cərimə borcu 55.533, 71 ABŞ dolları olmaqla cəmi 485.728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə 1.167.177,5 ABŞ dolları məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1.702,10 manat dövlət rüsumuxxxx3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması; - tələbin 2019-cu il # #### tarixli ipoteka müqaviləsixxxxona əlavəxxxxdəyişiklərin edilməsi haqqında 2020-ci il ## #### tarixli * nömrəli əlavə saziş müqaviləsinə əsasən cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyriyaşayış sahəsinəxxxx2019-cu il # #### tarixli ipoteka müqaviləsixxxxona əlavəxxxxdəyişiklərin edilməsi haqqında 2020-ci il ## #### tarixli * nömrəli əlavə saziş müqaviləsinə əsasən cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.338,7 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi; - həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılmasıxxxxonların satışından əldə olunmuş vəsaitin 2019-cu il ## #### tarixli *** nömrəli kredit xətti müqaviləsinə əlavəxxxxdəyişikliklərin edilməsi haqqında 2020-ci il ## #### tarixli * nömrəli əlavə saziş üzrə cəmi borcunun 1.167.177,50 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1.782,10 manat dövlət rüsumununxxxx3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi; - ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinəxxxxünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.338,7 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin sahələrin cavabdehlər cavabdeh2xxxxcavabdeh3 tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu il ## #### tarixli *** saylı kredit xətti müqaviləsinə əlavəxxxxdəyişikliklərin edilməsi haqqında 2020-ci il ## #### tarixli * saylı əlavə sazişə əsasən cavabdehlərin borcu aşağıdakı kimidir: 1-ci tranş (193.804 ABŞ dolları) üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (2022-ci il # ###### tarixinə) 9861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19.986,57 ABŞ dolları (180.783,09 x 5% / 360 = 25,108; 25,108 x 796 (müqavilə müddəti bitdikdən sonrakı dövr) = 19.986,57), cərimə borcu 24.173,41 ABŞ dolları olmaqla, cəmi 234 804,56 ABŞ dolları, 2-ci tranş (375.154,90 ABŞ dolları) üzrə 349.218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (2022-ci il ## #### tarixinə) 8226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39.820,58 ABŞ dolları (349 218.28 x 5% / 360 = 48.502; 48,502 x 821 = 39 820,58), cərimə borcu 49 378,65 ABŞ dolları olmaqla cəmi 446.644,14 ABŞ dolları, 3-cü tranş (387.608,43 ABŞ dolları) üzrə 369.926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (2022-ci il ## #### tarixinə) 18 805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41 462,63 ABŞ dolları (369 926,80 x 5% / 360 = 51,378; 51,378 x 807 (müqavilə müddəti bitdikdən sonrakı dövr) = 41 462,63), cərimə borcu 55 533,71 ABŞ dolları olmaqla, cəmi 485 728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə cəmi borc 1.167.177,50 ABŞ dolları təşkil edir. MMC kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcuxxxxhesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır.

9. Cavabdehlər cavabdeh1, cavabdeh3xxxxMMC pandemiya ilə əlaqədar maddi çətinliklər yarandığınıxxxxbu səbəbdən borcları ödəyə bilmədiyini bildirmişlər.

10. Əlavə olaraq cavabdeh1 2024-cü il # ##### tarixli komission məhkəmə tikintitexniki ekspertizasıxxxx2024-cü il ## ######## tarixli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olduğunu bildirmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - iddiaçı ilə MMC arasında 2019-cu il ## #### tarixində bağlanmış *** nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180.783,09 ABŞ dolları əsas borc, 5.047,87 ABŞ dolları faiz borcu, 5.430 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 19.986,57 ABŞ dolları, 2-ci tranş üzrə 345.470,28 ABŞ dolları əsas borc, 5.207,86 ABŞ dolları faiz borcu, 10.400 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 39.393,14 ABŞ dolları; - 3-cü tranş üzrə 369.724,23 ABŞ dolları əsas borc, 17.111,28 ABŞ dolları faiz borcu, 11.000 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 41.439,9 ABŞ dolları olmaqla ümumilikdə 1.050.994,22 ABŞ dolları pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - tutmanın cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 416.000 manat müəyyən edilməklə ünvan 4ys ünvanında yerləşən 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 4.182.000 manat müəyyən edilməklə Bakı şəhəri, ünvan 6 Qeyri-yaşayış binası Müalicə mərkəzi ünvanında yerləşən 1.338,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əmlaklar açıq hərracda satılması; - əmlakların satışından əldə olunan vəsait iddiaçı ilə MMC arasında 2019-cu il ## #### tarixində bağlanmış *** nömrəli kredit xətti üzrə 1.050.994,22 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulxxxx400 manat mediasiya xərcinin ödənilməsinə yönəldilməsi; - ipoteka predmetlərinin satışından əldə olunan vəsait iddiaçı ilə MMC arasında 2019-cu il ## #### tarixində bağlanmış *** nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; ekspertiza xərci olaraq cavabdehlərdən müştərək qaydada 405 manat, iddiaçıdan 45 manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – N.Əhmədova).

12. Məhkəmə bildirmişdir ki, cavabdeh kredit məbləğini təşkil edən pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Kreditlərin müddəti 1-ci tranş üzrə 2022-ci il # ###### tarixədək, 2xxxx3-cü tranş üzrə müvafiq olaraq 2022-ci il ## ####xxxx2022-ci il ## #### tarixədək olmuşdur. Iş materiallarından görünür ki, 2022-ci il ## #### tarixli ilkin mediasiya sessiyasında iddiaçıxxxxcavabdehlər MMCxxxxcavabdeh1 iştirak etmiş, qeyd olunan tarixdə 2xxxx3cü tranş üzrə kreditlərin müddəti başa çatmış, 1-ci tranş üzrə isə başa çatmamışdır. Beləcə, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun tələb olunması ilə 1-ci tranş üzrə də müqavilənin ləğvi ilə bağlı iradəsini ifadə etmişdir.

13. Belə olan halda, iddiaçının 2022-ci il ## #### tarixdə MMC-yə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdirxxxx1-ci tranş üzrə 2022-ci il ## #### tarixdən müqavilə xitam olunmuş hesab edilməlidir. Odur ki, 2-ci tranş üzrə kreditin müddəti 2022-ci il ## ####xxxx3-cü tranş üzrə kreditin müddəti 2022-ci il ## #### tarixdə bitdiyindən, iddiaçı 2xxxx3-cü tranş üzrə müvafiq olaraq 2022-ci il ## ####xxxx2022-ci il ## #### tarixədək, 1-ci tranş üzrə isə 2022ci il ## #### tarixədək gecikdirilmiş annuitet (əsas məbləğxxxxhesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

14. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsasxxxxmüqavilə müddətinə faiz) məbləği ilə bağlı bildirmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanınınxxxxya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələrxxxxproseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdırxxxxhəmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki, mötəbərdir) kredit müqaviləsi üzrə əsasxxxxfaiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.

15. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər, iddiaçı isə 2024-cü il ## ######## tarixli ekspert rəyindən ekspertin silinmələri düzgün aparmadığına istinadən ekspert rəyi ilə razılaşmamışdır. Halbuki, iddiaçının nümayəndəsi (2024-cü il ## ####### tarixli məhkəmə iclası) məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iddia tələblərini ekspert rəyi ilə sistemlərində uyğunlaşdırma aparmaqla dəqiqləşdirmişlər.

16. Belə olan halda, məhkəmə bildirmişdir ki, iddiaçının bir tərəfdən ekspert rəyinə uyğunlaşdırma aparmaqla tələbini dəqiqləşdirdiyi halda, digər tərəfdən ekspertin rəyini mübahisələndirməsi ilə bağlı mövqeyi ziddiyyətli olmaqla əsassızdır. MMC-yə məxsus ******************** nömrəli bank hesabından 2020-ci il 23 iyul - 2024-cü il ## ####### tarixlərini əhatə edən çıxarışdan 2024-cü il ## ######## tarixli */**** nömrəli ekspert rəyinin verilmə tarixindən sonra hər hansı ödəniş olmadığı görünür.

17. Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il ## ######## tarixli */**** nömrəli ekspert rəyinə əsasən, 2020-ci il ## #### tarixli * saylı əlavə sazişə əsasən 1-ci tranş üzrə 2022-ci il # ###### tarixə əsas borc 181.359,38 ABŞ dolları, faiz borcu 5319,9 ABŞ dolları, 2-ci tranş üzrə əsas borc 345 470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü tranş üzrə əsas borc 369 724,23 ABŞ dolları, faiz borcu 17111,28 ABŞ dolları təşkil edir.

18. Iddiaçının 1-ci tranş üzrə 2022-ci il ## #### tarixədək gecikdirilmiş annuitet (əsas məbləğxxxxhesablanmış faizlər) ödənişlərini tələb edə biləcəyini nəzərə alan məhkəmə qeyd etmişdir ki, ekspert tərəfindən faiz borcu üzrə hesablamaya (rəyin təsviri hissəsində 1-ci tranş üzrə hesablama cədvəli) əsasən, 2022-ci il ## #### tarixə faiz borcu 4987,41 ABŞ dolları təşkil edir, iyulxxxxavqust ayı üçün hər günə düşən faiz borcu isə 30,23 ABŞ dollarıdır. Belə olan halda aydın olur ki, 2 günün (26 iyulxxxx2022-ci il ## ####) faiz məbləği 60,46 ABŞ (2*30,23) dolları təşkil edir. Beləliklə, müəyyən olunur ki, 1-ci kredit tranşı üzrə müqavilədən imtina edilən 2024-cü il ## #### tarixə faiz borcu 5047,87 (2022-ci il ## #### tarixə 4987,41 ABŞ dolları + 2 gün üçün faiz borcu 2*30,23) ABŞ dollarıdır. Yuxarıda göstərilənlərə əsasənxxxxiddia tələbindən kənara çıxmamaq şərtilə (iddiaçının bəzi borcları ekspertin müəyyən etdiyi məbləğdən az tələb etdiyi nəzərə alınaraq) məhkəmə bu qənaətə gəlmişdir ki, 2019-cu il ## #### tarixli *** saylı kredit xətti müqaviləsixxxx*** nömrəli kredit xətti müqaviləsinə əlavəxxxxdəyişikliklərin edilməsi haqqında 2020-ci il ## #### tarixli * saylı əlavə sazişə əsasən 1-ci kredit tranşı (193.804 ABŞ dolları) üzrə əsas borc 180.783,09 ABŞ dolları, faiz borcu 5047,87 ABŞ dolları, 2-ci kredit tranşı üzrə (375.154,90 ABŞ dolları) əsas borc 345.470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü kredit tranşı üzrə (387.608,43 ABŞ dolları) əsas borc 369.724,23 ABŞ dolları, faiz borcu 17.111,28 ABŞ dolları təşkil edir.

19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, 2019-cu il ## #### tarixdə bağlanmış *** nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180.783,09 ABŞ dolları əsas borc, 5047,87 ABŞ dolları faiz borcu, 2-ci tranş üzrə 345.470,28 ABŞ dolları əsas borc, 5.207,86 ABŞ dolları faiz borcu, 3-cü tranş üzrə 369.724,23 ABŞ dolları əsas borc, 17.111,28 ABŞ dolları faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

20. Tələb olunan cərimə borcuna münasibətdə məhkəmə nəzərə almışdır ki, borcalan müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 2019-cu il ## #### tarixli *** saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə sonuncu ödəniş 2022ci il ## ####, 2-ci tranşı üzrə sonuncu ödəniş 2022-ci il # ####, 3-cü tranşı üzrə sonuncu ödəniş 2021-ci il ## ####### tarixdə edildiyi halda, uzun müddət sonra, yəni 2022-ci il ## ####### tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

21. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd olunan halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, müvafiq olaraq cavabdehlərdən tutulmalı cərimə məbləğinin 2019-cu il ## #### tarixli *** saylı kredit xətti müqaviləsinə əsasən 1ci kredit tranşı üzrə 5.430 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 10.400 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 11.000 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatanxxxxədalətlidir.

22. Həmçinin məhkəmə hesab etmişdir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət 2019-cu il ## #### tarixli *** saylı kredit xətti müqaviləsinin 2-ci tranşı üzrə 2022-ci il ## ####, 3-cü tranş üzrə 2022-ci il ## #### tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ iddiaçı tərəfindən hesablamanın aparıldığı 2024-cü il ## ####### tarixədək tutulmalıdır.

23. 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ üzrə hesablama ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı 1-ci tranşı üzrə kreditdən istifadəyə görə faiz borcunu 2022-ci il # ###### tarixə, əsas borca illik beş faizlə ilə hesablanmış məbləği 2022-ci il # ###### tarixdən hesablanmaqla tələb edir. Lakin məhkəmə müəyyən etmişdir ki, 1-ci tranş üzrə kredit 2022-ci il ## #### tarixdən xitam edilmişdir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, 2022-ci il ## #### tarixdən 2022-ci il # ###### tarixə olan 10 gün üçün faiz borcu tələb edildiyindən, lakin həmin müddət üçün kreditdən istifadəyə görə faiz hesablana bilmədiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən həmin müddət üzrə də əsas borca illik beş faizlə məbləğ hesablanmalıdır.

24. Ona görə də məhkəmə hesab etmişdir ki, 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ 2022-ci il ## #### tarixdən iddiaçı tərəfindən hesablamanın aparıldığı 2024-cü il ## ####### tarixədək tutulmalıdır. 2024-cü il ## ######## tarixli */**** nömrəli ekspert rəyinə əsasən, 1-ci tranş üzrə 2022-ci il # ###### tarixdən 2024-cü il ## ######## tarixə illik 5 faizlə hesablanan məbləğ 19219,06 ABŞ dolları, 1 günə düşən məbləğ isə 25,19 ABŞ dolları, 2-ci tranş üzrə 2022-ci il ## #### tarixdən 2024-cü il ## ######## tarixə illik 5 faizlə hesablanan məbləğ 37809,80 ABŞ dolları, 1 günə düşən məbləğ isə 47,98 ABŞ dolları, 3-cü tranş üzrə 2022-ci il ## #### tarixdən 2024-cü il ## ######## tarixə illik 5 faizlə hesablanan məbləğ 39745,35 ABŞ dolları, 1 günə düşən məbləğ isə 51,35 ABŞ dolları təşkil edir. Belə olan halda, 2024-cü il ## ####### tarixə illik 5 faizlə hesablanan məbləğ 1-ci tranş üzrə 20303,14 (1 günə düşən məbləğ 25,19*806 gün (2022-ci il ## #### tarixdən 2022-ci il # ###### tarixə olan 10 gün + 2022ci il # ###### tarixdən 2024-cü il ## ####### tarixə olan 796 gün) ABŞ dolları, 2-ci tranş üzrə 39393,14 (2024-cü il ## ######## tarixə 37809,8 + 2024-cü il ## ####### tarixədək 33 gün üçün 33*47,98) ABŞ dolları, 3-cü tranş üzrə 41439,9 (2024-cü il ## ######## tarixə 39745,35 + 2024-cü il ## ####### tarixədək 33 gün üçün 33*51,35) ABŞ dolları təşkil edir. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.

25. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 2019-cu il ## #### tarixli *** saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 19986,57 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 39393,14 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 41.439,9 ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə ipoteka müqavilələrin bağlanmasının üzərindən xeyli müddət keçdiyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin etmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı 2 əmlakın likvidxxxxreal bazar dəyərinin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Sonuncu tərəfindən aparılmış qiymətləndirmələrlə məhkəmə əsassızlığına görə razılaşmamışxxxxBakı Kommersiya Məhkəməsinin 2023-cü il # ###### tarixli e-*- *(***)-***/**** nömrəli komission məhkəmə tikinti-texniki ekspertizası haqqında qərardadı əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 2024-cü il ## ###### tarixli *-**-**/*-**/***-*/*** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki: cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 4647000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 4182000.0 manat; ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 462000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 416000.0 manat məbləğində təşkil edir. Məhkəmə 2024-cü il ## ###### tarixli *-**-**/*-**/***-*/*** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının komission qaydada aparıldığınıxxxxtədqiqatın aparılmasında 4 ekspertin iştirak etdiyini nəzərə alaraq hesab etmişdir ki, adıçəkilən ipoteka predmetlərinin 2024-cü il ## ###### tarixli *-**-**/*-**/***-*/*** nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilən likvid qiyməti həmin əmlakların ilkin satış qiyməti kimi müəyyən olunmalıdır.

27. Məhkəmə ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd olunan tələbinin qanuni əsasını iddia ərizəsində göstərməmişdir.

28. Bundan əlavə “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – ““Ipoteka haqqında” Qanun”) ipoteka predmetinə tutmanın yönəldilməsi halında əmlakın boşaldılması ilə bağlı tənzimləmə 59-cu maddədə yalnız yaşayış evinəxxxxmənzilə münasibətdə həyata keçirilmişdir. Hazırkı halda isə boşaldılaraq təhvil verilməsixxxxipoteka qoyanların ipoteka predmetindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülən ipoteka müqavilələrinin predmeti qeyri-yaşayış sahələri olmaqla yaşayış evixxxxya mənzil kateqoriyasına aid əmlaklar deyildir.

29. “X2 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 13.5-ci maddəsinə əsasən ... hüquqların məhdudlaşdırılmasıxxxxvəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasındanxxxxya qanunun analogiyasından istifadə oluna bilməz. Təsadüfi deyildir ki, “Ipoteka haqqında” Qanunun 56.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mehmanxanalar, istirahət evləri, bağ evlərixxxxbu kimi başqa tikililərxxxxbinalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir.

30. Məhz bu səbəbdən “Ipoteka haqqında” Qanunun yaşayış evinəxxxxya mənzilə tutmanın yönəldilməsi nəticəsində həyata keçirilməli olan hərəkətlər ilə bağlı tənzimləməsi həmin kateqoriyaya aid olmayan əmlaklara münasibətdə analogiya qaydasında tətbiq oluna bilməz. Həmçinin qeyri-yaşayış sahəsinə münasibətdə ipoteka predmetinə tutma yönəldikdə əmlakın boşaldılaraq təhvil verilməsi birbaşa ipoteka predmetinə tutma yönəlməsinin tərkib elementidir, həmin boşaldılmanın müddəti isə alınmış əmlakın keçdiyi şəxslə əldə ediləcək razılıqdan asılıdır.

31. Beləliklə, qeyd olunan hissədə tələbin qanuni əsası müəyyən olunmadığındanxxxxgöstərilən səbəblərdən məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir.

32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 270.1, 309.1, 317, 445.7, 447.1, 447.2, 462, 467, 470, 471, 472, 739.1, 739.2, 741-ci maddələrini, “Ipoteka haqqında” Qanunun 1.0.9, 9.3.3, 34, 39.3.3, 41, 47.5, 59-cu maddələrinəxxxxAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 14.1, 14.2, 77.1, 107, 115.0, 115.0.4, 115.0.9, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

33. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

34. Cavabdeh cavabdeh1 da apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişxxxxbirinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.ƏliyevaxxxxZ.Şirinov).

36. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmışxxxxəlavə olaraq iddiaçının apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd etmişdir ki, əsas borcxxxxfaiz məbləği ekspert rəyi əsasında müəyyən edilib, ekspert rəyinin mötəbərliyini şübhə altına alan dəlillərxxxxsübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin ipoteka predmetinin dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilmişxxxxməhkəməyə rəy təqdim edilmişdir. Iddiaçı ipoteka predmetinin yüksək dəyərləndirilməsini əsas gətirərək ekspert rəyi ilə razılaşmadığını bildirir. Kollegiya qeyd etmişdir ki, ipoteka predmetinin yüksək məbləğdə dəyərləndirilməsi kreditorxxxxipoteka saxlayanın mənafeyi üçün hər hansı riskxxxxtəhlükə doğurmur, əksinə kreditorun maraqlarının təmin edilməsinəxxxxborc məbləğinin tam ödənilməsinə yönəldilir. Yekun olaraq ipoteka predmetinin dəyərinin yüksək məbləğdə müəyyən edilməsi kreditorun hər hansı hüququnu pozmur. Digər tərəfdən, iddiaçı ipoteka predmetinin dəyərinin reallığı əks etdirmədiyini bildirsə də, bununla bağlı məhkəməyə ekspert rəyini təkzib edənxxxxya ipoteka predmetinin real dəyərinin müəyyənləşdirilməsinə yönəlmiş hər hansı sübut təqdim etməmişdir.

37. Ipoteka predmetlərinin boşaldılması tələbi ilə bağlı kollegiya qeyd etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyil. Belə ki, MM-nin 157.2ci maddəsinin tələbindən də göründüyü kimi bu hüquqa mülkiyyətçi sahibdir, iddiaçı isə mülkiyyətçi deyil, sadəcə ipoteka saxlayandır, gələcəkdə qətnamənin icra edilməsi mərhələsində hərracın qalibinin şəxsiyyəti müəyyən deyil, xülasə olaraq mövcud hazırkı vəziyyət iddianın həmin hissədə təmin edilməsinə rəvac vermir.

38. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətlixxxxqanuni nəticəyə gəlmişdir. Bundan əlavə, dəbbə pulu öhdəliyin icra edilməsinin təmini üsullarından biridirxxxxborclunu öhdəliyi vaxtında icra etməsi üçün intizamlandırmaq xarakteri daşıyır, kreditorun haqlı maraqlarının təmin edilməsinə yönəlib. Iş materiallarından da müəyyən edilir ki, borclular kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmişlər, nəticədə kreditorun mənafeyini təhlükəyə məruz qoymuşlar. Tərəflər arasında imzalanmış müqavilələrdə dəbbə pulunun ödənilməsi öhdəliyi birbaşa göstərilmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülənxxxxformal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdırxxxxmahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.2, 385.1, 425.1, 425.2, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741-ci, “Ipoteka haqqında” Qanunun 1.0.9, 4, 39.3.3-cü, MPM-in 107, 119.1, 372.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

41. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın tam təmin edilməsi, kassasiya şikayəti üçün ödənilmiş 891.50 manat dövlət rüsumuxxxx1.34 manat xidmət haqqının banka qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətininxxxxona qarşı etirazın dəlilləri

Kassasiya şikayətinin dəlilləri

42. Kassasiya şikayətində MM-in 432.4, 445.1, 445.2, 445.3, 445.8-ci, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4, 7, 8, 18-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinad olunmuşxxxxşikayətin digər məsələlər hissəsində qeyd edilmişdir ki, qətnamənin əsas, faizxxxx5 faiz borcu, əmlakların qiymətləndirilməsixxxxəmlakların boşadılması hissələrində ləğv edilməlidir. Birinci hal ondan ibarətdir ki, ekspertin tərtib etdiyi qiymətləndirmə rəyləri arasında müddət az olmağına baxmayaraq, hər iki rəy arasında kəskin fərq vardır. 2023-cü il ## #### tarixli məhkəmə qiymətləndirmə ekspertizasının rəyi ilə razı olduqlarını qeyd etsələr də, yenidən qiymətləndirmə təyin edilmiş, 2023-cü il # ###### tarixli ekspertiza rəyində Binəqədi rayonunda yerləşən əmlak üzrə qiymət şişirdilmiş halda müəyyən edilmişdir. Hər iki ekspert rəyi arasında 5 ay fərq olmasına baxmayaraq, həmin əmlakın dəyəri 2.710.000 manatdan 4.118.000 manata qalxması qiymətləndirmə zamanı obyektivliyin qorunmamasını şübhə altına alır. Qiymət artımı 1 əmlak üzrə müşahidə edilir. Daha sonra 2024-cü il # ##### tarixli ekspert rəyinə əsasən Binəqədi rayonunda yerləşən əmlakın likvid dəyəri 4.182.000 manat müəyyən edildiyi halda, digər əmlakın (Nəsimi rayonunda yerləşən) qiyməti 416.000 manat göstərilmişdir. Buradan belə bir sual ortaya çıxır: 10 ay müddət fərqi ilə əmlakın dəyəri (4.182.000 – 2.710.000) 1.472.000 manat arta bilər? Yaranan fərqi 10 aya böldükdə (1.472.000 : 10) hər ay üzrə artım 147.200 manat müəyyən edilmiş olur. Sözsüz ki, Binəqədi rayonunda yerləşən heç bir əmlakın dəyəri hər ay 147.200 manat artım müşahidə edilmir. Belə bir nəticəyə gəlmək olar ki, ekspertin göstərilən rəqəmləri necə əldə etməsi müəmma yaradır. Qeyd edilən hal məhkəmə tərəfindən araşdırılmamışdır.

43. Ikinci hal ondan ibarətdir ki, məhkəmə mühasibatlıq ekspertizası nəticəsi düzgün aparılmamışdır. Belə ki, hər 3 tranş üzrə hesablamalar düzgün aparılmamışdır. 1ci tranş üzrə (193.804 ABŞ dolları) faiz borcu azaldılmışdır. Kredit müqaviləsinin 6.2-ci bəndini nəzərə almamışdır. Qeyd edilən bəndə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğininxxxxya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş illik faiz dərəcəsinin 2 misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Müqavilənin 1.1-ci bəndində illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir. 2 misli dedikdə illik 12 faiz olmaqla cərimə hesablanacaqdır. Ekspert müqavilənin bu bəndini nəzərə almadan rəyi tərtib etmişdir. Belə ki, 2741,95 ABŞ dolları cərimə borcunu faiz borcundan silinmə kimi qəbul etmişxxxxfaiz borcunu azaltmışdır. 2-ci tranş üzrə ekspert rəyinə əsasən əsas borc, faiz borcuxxxxillik 5 faiz borcu azaldılmışdır. Eyni ilə 1-ci tranş kimi bu tranş üzrə də cərimə borcuna ödənilmiş 3472,95 ABŞ dolları məbləği ekspert əsas borca ödəniş kimi qəbul etmiş, nəticədə əsas borcu azaltmışxxxxona nisbətdə faizxxxxillik 5 faiz borcunu az qeyd etmişdir. 3-cü tranş üzrə borca gəldikdə isə, ekspert əsas, faizxxxxillik 5 faiz borcunu azaltmışdır. Belə ki, faiz borcuna silinmə maliyyə arayışında 28.311,48 ABŞ dolları qeyd edildiyi halda ekspert rəyində isə 28.108,91 ABŞ dolları qeyd edilmişdir. Nəticədə 202.57 ABŞ dolları əsas borca ödəniş kimi qəbul edilmişxxxxəsas borc azaldılaraq 369.724,23 ABŞ dolları müəyyən edilmişdir. Rəydə göstərilən əsas borca nisbətdə faizxxxxillik 5 faiz borcu da azaldılmışdır. Halbuki, ekspert müqavilənin 3.6-cı bəndində qeyd edilən silinmə ardıcıllıqlarını nəzərə almamışdır. Bənddə qeyd edilmişdir ki, borc alanın xeyrinə həyata keçirilən ödəniş onun borc verən qarşısında cari tarixə bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri borc alanın borc verən qarşısında bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə növbəlilik qaydasında aparılır. 1-ci növbədə məhkəməxxxxya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsixxxxbu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün borc verənin xərcləri, cərimə, penya hesablanmış faiz, əsas borc sonuncu silinir. Lakin ekspert müqavilənin 3.6-cı bəndini nəzərə almadan rəy tərtib etmişdir. Nəticədə əsas borcun azaldılması faizxxxxillik 5 faiz borcunun azalmasına səbəb olmuşdur. Apellyasiya məhkəməsi müqavilə şərtlərinixxxxqanunvericiliyin tələblərini nəzərə almamış, yalnız ekspert rəyini əsas götürmüşdür. Halbuki, ekspert rəyi qanunvericiliyin tələbindən üstün deyildir.

44. Üçüncü hal ondan ibarətdir ki, əmlakın boşaldılması əsassız qaydada təmin edilməmişdir. Belə ki, “Ipoteka haqqında” Qanunun 59.3-cü maddəsi üzrə ipoteka predmeti olaraq yaşayış evixxxxmənzil göstərilmişdir. Lakin qeyri-yaşayış sahələri üçün əmlakın boşaldılması mexanizmini tənzimləyən norma olmadığı üçün göstərilən normanın tətbiq edilməsi zəruridir. Belə ki, əmlakın boşaldılaraq təhvil verilməsi qətnamədə də qeyd edildiyi kimi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsinin ayrılmaz tərkibidir. Məhkəmə qərarında da belə bir normanın olmadığını qeyd edir. Belə olduğu təqdirdə qanunun analogiyası tətbiq edilməlidir. X2 haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 16-cı maddəsinə əsasən hüququnxxxxqanunun analogiyasından istifadə olunmasını istisna edən hallar bunlardır: qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda. Göstərilən hal üzrə qanunun analogiyasını istisna edən hallar mövcud deyildir. Sözsüz ki, əmlakın boşaldılması prosesi tutma mərhələsi yekunlaşdıqdan sonra həyata keçirilir. Tələbdə əmlakın boşaldılması tutma yönəldikdən sonrakı mərhələni nəzərdə tutur. Yəni əmlakın yeni mülkiyyətçisi olduqda boşaldılıb təhvil verilməsi yeni mülkiyyətçiyə olacaqdır. Apellyasiya məhkəməsi tərəfindən qətnamədə boşaldılma tələbinin mülkiyyətçiyə aid edildiyini qeyd edilir. Apellyasiya şikayətində boşaldılma tələbinin tutma yönəldikdən sonra qeyd olunmasına baxmayaraq, məhkəmə bu tələbi mülkiyyətçi kimi qəbul etmişdir. Halbuki, “Ipoteka haqqında” Qanunun tələblərində də boşaldılma tutma yönəldildikdəxxxxo satıldıqda nəzərdə tutulur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyixxxxəsaslılığı MPM-in 403xxxx416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddixxxxprosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınmasıxxxxonlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılmasıxxxxaraşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (## ###### 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyixxxxya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulaxxxxya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pulxxxxya eyni keyfiyyətdəxxxxmiqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.”

“Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

49. “Ipoteka haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 39. Ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...”

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıxxxxonlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərininxxxxetirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxırxxxxkassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddixxxxprosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindənxxxxdəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, yəni əsas, faizxxxxcərimə borcunun tutulması hissələrində ləğv olunmaqla iş həmin hissələrdə təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

52. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərixxxxmülki məhkəmə icraatında baxılan mübahisələrin həlli metodikası baxımından məhkəmə ilk olaraq işin mübahisəsizxxxxmübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanmaxxxxs.) olmalarıxxxxhəmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərininxxxxiddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmetixxxxtərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müəyyən edilməlidir.

53. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə iddianın hüquqi əsası, sübutetmə predmetixxxxtərəflərin üzərlərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquqxxxxöhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı).

55. Işə baxan aşağı instansiya məhkəmələri isə qeyd olunan tələblərə riayət etməmişdir.

56. Belə ki, birinci instansiya məhkəməsi zamanı borc məbləğinin müəyyən edilməsi üçün keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində verilmiş ekspert rəyi ilə razılaşmayan iddiaçı təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verərək göstərmişdir ki, silinmələr düzgün aparılmamışdır, birinci instansiya məhkəməsi isə vəsatəti əsassız olması səbəbi ilə təmin etməmiş, ekspert rəyinə uyğun borc məbləğlərini müəyyən etmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

57. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinixxxxödənişlərin silinmə ardıcıllığını tənzimləyən müqavilə müddəalarını nəzərə almamış, bununla da işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verməmişdir.

58. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il ## #### tarixli *** nömrəli kredit xətti kredit müqaviləsinin 3.6-cı bəndinə əsasən borc alanın xeyrinə həyata keçirilən ödəniş onun borc verən qarşısında cari tarixə bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri borc alanın borc verən qarşısında bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə növbəlilik qaydasında aparılır. 1-ci növbədə məhkəməxxxxya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsixxxxbu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün borc verənin xərcləri; cərimə, penya; hesablanmış faizxxxxdördüncü növbədə - əsas borc sonuncu silinir.

59. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinsipindən irəli gələrək ödənişlərin silinməsi qaydasını əvvəlcədən müəyyən etmişlər. MM-in 390.1-ci maddəsinə əsasən, fizikixxxxhüquqi şəxslər öz iradələri ilə müqavilələr bağlamaqdaxxxxonların məzmununu müəyyən etməkdə sərbəstdirlər.

60. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdur ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizlərixxxxxərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabınaxxxxnəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır (MM-in 432.4-cü maddəsi). Apellyasiya instansiyası məhkəməsi isə ekspert rəyini qəbul edərkən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin müqavilədə müəyyən edilmiş ardıcıllıqla silinibsilinmədiyixxxxekspert

61. hesablamalarının tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olub-olmadığı üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Halbuki iddiaçının apellyasiya şikayətinin dəlillərindən biri məhz ekspertin müqavilənin 3.6-cı bəndində qeyd edilən silinmə ardıcıllıqlarını nəzərə almaması ilə bağlı olmuşdur.

62. Bununla bağlı məhkəmə onu da qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildirxxxxhəmin rəy MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydada digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan ekspert rəyi məhkəməni iş üzrə hüquqi nəticə çıxarmaq vəzifəsindən azad etmir. Məhkəmə ekspert tərəfindən aparılmış hesablamaların işin müəyyən edilmiş hallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinəxxxxtətbiq edilməli maddi hüquq normalarına uyğun olub-olmadığını yoxlamalıdır.

63. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi hesablamaların müqavilənin 3.6-cı bəndində nəzərdə tutulmuş ödənişlərin silinmə ardıcıllığına ətraflı hüquqi qiymət verməməklə borc məbləğini müəyyən etmişdir. Halbuki, kredit münasibətlərindən irəli gələn borcun məbləğinin müəyyənləşdirilməsi zamanı yalnız mühasibat hesablamalarının aparılması kifayət etmir. Həmin hesablamaların müqavilənin şərtlərinəxxxxtətbiq edilməli maddi hüquq normalarına uyğunluğu da məhkəmə tərəfindən yoxlanılaraq hüquqi dəyərləndirmə aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə dəyərləndirmə aparmadan ekspert rəyini əsas götürmüş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından onun gəldiyi qənaət hüquqi cəhətdən yetərincə əsaslandırılmış hesab edilə bilməz.

64. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddixxxxprosessual hüquq normalarının tətbiqində yol verilmiş nöqsanlar iş üzrə borc məbləğinin düzgün müəyyən edilməsinə təsir göstərmişdir. Həmin pozuntular MPM-in 217.1xxxx217.3-cü maddələrinin tələblərinə cavab verməyən qətnamənin qəbul olunması ilə nəticələndiyindən qətnamə əsas, faizxxxxcərimə borcuna aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

65. Işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilədə ödənişlərin silinməsi qaydasını müəyyən edən müddəalarını, aparılmış ödənişlərin həmin qaydalara uyğun silinib-silinmədiyinəxxxxtətbiq edilməli maddi hüquq normalarına uyğunluğu üzrə hüquqi dəyərləndimə aparmalı, bundan sonra müəyyən edilmiş hallara uyğun əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

66. Kassasiya şikayətinin bu Qərarın § 42xxxx44-də göstərilən dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya bu hissələrdə həmin hüquqi qiymətləndirməxxxxapellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

67. Göstərilənlərə əsasənxxxxMPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi qismən - əsas borc, faiz borclarıxxxxcərimə borcunun tutulması hissələrində ləğv edilərək, iş həmin hissələrdə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar