Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-244/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh4, cavabdeh1 və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 MMC-yə, cavabdeh4, cavabdeh1 və cavabdeh3 MMC-yə qarşı “kredit və lizinq müqavilələri üzrə borcun ödənilməsi və.s” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.“xxxx” IKB ASC ilə “xxxx” Istehsalat Məmulatları MMC arasında bağlanmış 2016-cı il ## ### tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 14 %-lə 60 ay müddətinə 1 052 322 manat məbləğində Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WIELE, ANMAK) və Yardımçı ləvazimatları lizinqə verilmişdir. Bundan sonra Bankla 2017-ci il ## ###### tarixində öhdəliyin ötürülməsi barədə müqavilə bağlanmış və lizinq müqaviləsi üzrə öhdəliklər “xxxx” Istehsalat Məmulatları MMC-dən cavabdeh2 MMCyə ötürülmüşdür (2017-ci il ## #### tarixində imzalanmış * nömrəli Əlavədə lizinq obyekti təsvir edilmişdir). 2.“xxxx” IKB ASC ilə “xxxx” Istehsalat Məmulatları MMC arasında bağlanmış 2016-cı il # ######## tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən ona illik 12 %-lə 144 ay müddətinə 1 130 779 manat məbləğində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1 267,1 m2 əmlak kompleksi lizinqə verilmişdir. Bankla 2017-ci il ## ###### tarixində öhdəliyin ötürülməsi barədə müqavilə bağlanmış və lizinq müqaviləsi üzrə öhdəliklər “xxxx” Istehsalat Məmulatları MMC-dən cavabdeh2 MMCyə ötürülmüşdür. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 3.Iddiaçı İddiaçı ASC (bundan sonra-“iddiaçı”) iddia və daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək “xxxx“xxxx“MMC”), cavabdeh4 və cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə 2019-ci il ## #### tarixli kredit müqaviləsi üzrə 709 085,46 ABŞ dolları əsas, 392 766,23 ABŞ dolları faiz, 367 399,38 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 1 469 251,07 ABŞ dolları məbləğində borcun, 2 101,22 manat ödənilmiş dövlət rüsumunun və digər xərclərin tutulması, tutmanın cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,46154 ha torpaq sahəsi və onun üzərində yerləşən 567,0 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına (bundan sonra-“xxxx”) yönəldilməsi, MMCdən iddiaçının xeyrinə 2016-cı il ## ### tarixli daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra- “birinci lizinq müqaviləsi”) üzrə 109 390,46 manat faiz, 78 249,79 manat cərimə borcu və 1 760,20 manat əldən çıxmış fayda olmaqla ümumlikdə 189 400,45 manat məbləğində borcun tutulması, MMC-dən və cavabdeh4 iddiaçının xeyrinə 2016-ci il # ######## tarixli daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra - “ikinci lizinq müqaviləsi”) üzrə 322 929,41 manat məbləğində əsas, 453 125,07 manat faiz borcu və 114 868,87 manat cərimə borcu olmaqla ümumlikdə 890 923,35 manat məbləğində borcun tutulması, MMC-nin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Belçika və Türkiyə istehsalı olan Xalça toxuma avadanlıqları (VAN DE WIELE, ANMAK) və Yardımçı ləvazimatlarının (bundan sonra-“xxxx”) iddiaçıya qaytarılması, MMC-nin müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267,1 m2 əmlak kompleksinin (“ikinci lizinq obyekti”) boşaldılaraq iddiaçıya qaytarılması, 2019-ci il ## #### tarixli baş kredit müqaviləsinin, birinci və ikinci lizinq müqavilələrinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Iddia tələbi işin faktiki hallarına və lizinq müqaviləsinin 1.4 və 6.3-cü bəndlərinə istinadla belə əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən lizinq müqavilələrinin şərtləri vaxtında yerinə yetirilmədiyi üçün lizinq obyektləri iddiaçıya qaytarılmalıdır. 5.Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 2024-cü il ## #### tarixli ekspert rəyinə əsasən birinci lizinq müqaviləsi üzrə MMC-nin banka hazırda borcu “0” manat, müqavilənin bitdiyi tarixdə mükafat borcu isə 54 982,86 manat, ikinci lizinq müqaviləsi üzrə isə əsas borcu 322 926,57 manat, mükafat borcu 379 597,61 manat təşkil edir. 6.Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, kredit və lizinq müqavilələrinin ləğv olunması, kredit müqaviləsi üzrə ümumilikdə 1.136.851,69 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla cavabdehlərdən müştərək qaydada tutulması, xxxxnin ilkin satış qiymətinin 3 300 000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, MMC-dən birinci lizinq müqaviləsinə əsasən mükafat borcu üzrə 54 982,86 manat, cərimə borcu üzrə 2 700 manat olmaqla cəmi 57 682,86 manat məbləğində pulun tutulması, ikinci lizinq müqaviləsinə əsasən əsas borc üzrə 322 929,41 manat, mükafat borcu üzrə 379 597,61 manat, cərimə borcu üzrə 16 000 manat olmaqla cəmi 718 527,02 manat məbləğində pulun tutulması, eləcə də digər məhkəmə xərclərinin müvafiq məbləğdə cavabdehlərdən tutulması qət edilmişdir (hakim K.Hüseynov). 7.Məhkəmə hesab etmişdir ki, birinci lizinq müqaviləsinə əsasən mükafat borcu üzrə ekspert rəyində müəyyənləşdirilmiş 54 982,86 manat məbləğində pul MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin həmin məbləğlə iddiaçı da razılaşmışdır. Bundan başqa həmin müqavilə üzrə 2 700 manat məbləğində dəbbə pulu daha ağlabatandır. 8.Iddiaçı MMC-dən həmin müqavilə üzrə 1 760,20 manat əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, əldən çıxmış faydanın nədən ibarət olduğunu sübut edə bilmədiyi üçün iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə iclasında iddiaçı tərəfdən adı çəkilən lizinq müqaviləsi üzrə tam məbləğin tələb edilib-edilməməsi soruşulmuş və iddiaçı da müqavilə üzrə tam məbləğin tələb olunduğunu bildirmişdir. Ona görə də bu lizinq müqaviləsi üzrə lizinq obyektinin iddiaçıya qaytarılması hissəsində iddia təmin edilə bilməz. 9.Iş üzrə verilmiş ekspert rəyinə əsasən ikinci lizinq müqaviləsi üzrə borclunun banka əsas borcu 322 926,57 manat, mükafat borcu 379 597,61 manatdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı tərəf ekspert rəyinin həmin hissəsi ilə razı olduğunu bildirmişdir. Ona görə də MMC-dən həmin rəydə müəyyənləşdirilmiş məbləğlər tutulmalıdır. Həmçinin həmin müqavilə üzrə 16 000 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatandır. Məhkəmə ikinci lizinq müqaviləsi üzrə lizinq obyektinin qaytarılması ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçıdan lizinq müqaviləsi üzrə tam məbləğin tələb edilibedilməməsi
10. soruşulmuş, iddiaçı da tam məbləğin tələb olunmadığını bildirmişdir. Bu müqavilə üzrə lizinq obyektinin dəyəri 1 130 779 manatdır. Ekspert rəyinin təsviri əsaslandırıcı hissəsindən görünür ki, həmin lizinq müqaviləsi üzrə ödənilməli əsas məbləğ 496 304,48 manat, ödənilməli mükafat məbləği isə 810 657,04 manat, ümumilikdə isə 1 306 961,52 manat təşkil edir. Həmin ekspert rəyinə əsasən ödənilmiş əsas məbləğ 173 377,91 manat, ödənilmiş mükafat məbləği 431 059,43 manat, cəmi, 604 437,34 manat təşkil etmişdir.
11. Məhkəmə tərəfindən isə hazırda əsas borc üzrə 322 929,41 manat, mükafat borcu üzrə 379 597,61 manat məbləğində pul olmaqla cəmi, 702 527,02 manat məbləğində pul tutulmuşdur.
12. Ikinci lizinq müqaviləsi üzrə MMC tərəfindən edilmiş olan cəmi 604 437,34 manat və məhkəmə tərəfindən tutulan 702 527,02 manat əsas və mükafat məbləği toplandıqda görünür ki, 1 306 964,36 alınır. Yəni qeyd edilmiş məbləğ lizinq müqaviləsi üzrə nəzərdə tutulan əsas və mükafat məbləğlərinin tam cəmini əhatə edir.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ikinci lizinq obyektinin iddiaçıya qaytarılması barədə tələb təmin oluna bilməz. Həmçinin lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda iddiaçının həm lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməsi, eyni zamanda verilmiş lizinq obyektinin geri qaytarılmasını tələb etməsi nə qanunun mahiyyəti uyğundur, nə də yuxarıda qeyd olunmuş məqsədlərə nail olmağa yönəlmişdir. Həmçinin qeyd edilmişdir ki, müqavilələr üzrə öhdəliklərin icra edilməsi cavabdeh tərəfindən pozulduğundan kredit müqaviləsi və lizinq müqavilələri ləğv olunmuş hesab edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 5.3, 269.5, 317.1, 425, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, 747.1, 748- 1.12, 748-1.12.4 və 748-2.5-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır
15. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## #### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il # #### tarixli qərardadının 48-ci bəndinə istinadı ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Ali Məhkəmənin qeyd edilən qərardadı ödənişlər müqabilində lizinq alanın lizinq obyektinə mülkiyyət hüququnun tanınması məsələsinə aydınlıq gətirmiş və hazırkı mübahisəyə aidiyyəti yoxdur. Iddiaçının həm müqaviləyə xitam verilməsini, həm də müqavilədə nəzərdə tutulan ödənişlərin tam olaraq tələb etməsi onun lizinq obyektlərinin sahiblikdən geri istəməsini istisna edir.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 269.5, 317.1, 427.3, 442, 443.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5 və 748-7.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
c) Kasssasiya instansiyası məhkəməsindəki ilk icraat
20. Ali Məhkəmənin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən-2016-cı il # ######## tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər E.Şamayev və B.Məmmədli).
21. Məhkəmə aktının ləğv edilən hissəsində kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ikinci lizinq müqaviləsi üzrə əmlakın iddiaçıya qaytarılmaması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
22. MM-in 747.1 747.3 748-2.5 748-10.1-ci maddələrinin və müqavilənin 1.5.1-ci bəndinin əlaqəli təhlilindən aydın olur ki, lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi üçün lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş ödənişlərin hamısı lizinq alan tərəfindən ödənilməlidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il # #### tarixli qərardadının 43-cü bəndində də göstərilmişdir ki, həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır.
24. Hazırkı iş üzrə də ikinci lizinq müqaviləsi üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün həmin müqavilə üzrə tərəflərin razılaşdırdığı Əlavə 1-də (bax: iş materialları, İ cild, səhifə 149-151) mövcud olan ödəniş qrafiki üzrə bütün lizinq ödənişləri cavabdeh tərəfindən ödənilməlidir. Həmin ödəniş qrafikinə görə sonuncu ödəniş tarixi 2028-ci il # ######## olmaqla bu müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 2 138 669 manat təşkil edir. Lakin iddia tələbindən və kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı həmin müqavilə üzrə 2024-cü il ## ###### tarixinə olan borcun tutulmasını tələb etmiş, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim olunmuş 2024-cü il ## #### tarixli ekspert rəyində ikinci lizinq müqaviləsi üzrə 2024-cü il ## ###### və 1 mart tarixinə olan borclar hesablanmışdır.
25. Hazırkı halda apellyasiya instansiyası məhkəməsinin ikinci lizinq müqaviləsi üzrə cavabdehdən tutduğu məbləğ ümumilikdə 718 527,02 manat olmaqla həmin müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulmuş ümumi lizinq ödənişinin məbləğinə uyğun gəlmir və bu lizinq müqaviləsi üzrə obyektin cavabdehin mülkiyyətinə ötürülməsinə zəmin yaradan hüquqi fakt kimi dəyərləndirməni istisna edir.
26. Kollegiya belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən adı çəkilən prosessual hüquq normalarının tələbləri pozulmuş, ikinci lizinq müqaviləsi üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün həmin müqavilə üzrə tərəflərin razılaşdırdığı Əlavə 1-də mövcud olan ödəniş qrafiki nəzərə alınmamış və nəticədə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulmuşdur. 27.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməsi, MMC-nin (“xxxx” Istehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksinin boşaldılaraq İddiaçı ASC-yə qaytarılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim S.Cəfərov, hakimlər E.Həsənov və T.Qocayev).
29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, MMC-yə (“xxxx” Istehsalat məmulatları MMC) müvəqqəti sahiblik və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən 1267.1 kv.m əmlak kompleksi boşaldılaraq iddiaçıya qaytarılmalıdır.
30. Belə ki, tərəflər arasında bağlanmış 2016-cı il # ######## tarixli daxili maliyyə lizinqi müqaviləsinin 1.5.1-ci maddəsindən görünür ki, lizinqalan yalnız hazırkı müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra əmlaka olan mülkiyyət və sərəncam hüququnu əldə edə bilər.
31. Baxılan işdə, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır.
32. Tərəflər arasında bağlanmış ikinci lizinq müqaviləsi üzrə müqavilənin qüvvədə olma müddəti 2028-ci il # ######## tarixədək müəyyənləşdirilmişdir. Həmin müqavilə üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün tərəflərin razılaşdırdığı Əlavə 1-də mövcud olan ödəniş qrafiki üzrə bütün lizinq ödənişləri cavabdeh tərəfindən ödənilməlidir. Həmin ödəniş qrafikinə görə sonuncu ödəniş tarixi 2028-ci il # ######## olmaqla bu müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 2.138.669 manat təşkil edir. Lakin iddiaçı həmin müqavilə üzrə 2024-cü il ## ###### tarixinə olan borcun tutulmasını tələb etmiş, həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq təqdim olunmuş 2024-cü il ## #### tarixli ekspert rəyində ikinci lizinq müqaviləsi üzrə 19 yanvar və # #### 2024-cü il tarixinə olan borclar hesablanmışdır.
33. Birinci instansiya məhkəməsi cavabdehdən ödənilməsi tələb olunan əsas borcun 2024-cü il ## ###### tarixinə hesablanmasına əhəmiyyət verməmiş, ikinci lizinq müqaviləsi üzrə cavabdehdən ümumilikdə 718.527,02 manat tutulması qənaətinə gəlmişdir.
34. Tutulan məbləğ müqavilə üzrə nəzərdə tutulmuş tam məbləğ olmadığı üçün, bu məbləğin ödənilməsi cavabdehə lizinq obyekti üzərində mülkiyyət hüququnun yaranmasına əsas vermir. Müqavilə üzrə lizinq obyekti üzərində mülkiyyət hüququnun yaranması yalnız ## ######## 2028-ci ilə qədər olan bütün öhdəliklər icra edildikdə mümkün ola bilər.
35. Birinci instansiya məhkəməsi ikinci lizinq müqaviləsi üzrə obyektin lizinq alanın mülkiyyətinə keçməsi üçün həmin müqavilə üzrə tərəflərin razılaşdırdığı Əlavə 1-də mövcud olan ödəniş qrafikini nəzərə almamış, mülkiyyət hüququnun ötürülməsi üçün əsas şərt olan ümumi müqavilə məbləğinin (2.138.669 manat) tam ödənilməsi zərurətini və hazırda tələb olunan iddia məbləğinin bu məbləğlə fərqləndiyini diqqətdən kənarda saxlamışdır. Bununla da, birinci instansiya məhkəməsi müvafiq iddia tələbini rədd edərkən maddi və prosessual normalarının tələblərini pozmuşdur.
36. Məhkəmə gəldiyi nəticəni MM-in 442, 443.1, 747.1, 747.3, 748-1.12, 748-1.12.4, 748-2.5 və 748-10.1-ci maddələrinə və MPM-in 14.1, 14.2 və 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il # #### tarixli qərardadına istinadla əsaslandırmışdır.
37. Cavabdeh cavabdeh2 MMC tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 747-2, 748.2-ci və 748.2.2-ci maddələri üzrə-cavabdeh MMC-nin müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesi, 1 “C” ünvanında yerləşən ikinci lizinq obyektini təşkil edən əmlak kompleksi 1267.1 kv.m. sahədən ibarətdir. Lakin MMC tərəfindən həmin ünvanda “xxxx” IKB ASC-nin birbaşa razılığı və icazəsi əsasında 3.700 kv.m. ölçüdə əlavə tikinti işləri aparılmış və bu işlərin yerinə yetirilməsinə külli miqdarda pul xərclənmişdir. Bununla bağlı “xxxx” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şosesi, *C saylı əmlak kompleksi kimi müəssisədə “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilmədi”nə dair layihə-smeta sənədləri tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı “xxxx” IKB ASC-nin ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi Idarəsinə ünvanlandığı 2019-cu il # #### tarixli **/**** nömrəli məktubunda bildirilir ki, “xxxx” IKB ASC-nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesində yerləşən *C saylı əmlak kompleksi kimi müəssisə **/**** saylı 2016-cı il # ######## tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, lizinq yolu ilə “xxxx” Istehsalat Məmulatları MMCnə satılmışdır. Hal-hazırda “xxxx” Istehsalat Məmulatları MMC-yə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesində yerləşən *C saylı əmlak kompleksində yerləşən əlavə tikililərə çıxarışın və texniki pasportun alınmasına “xxxx” IKB ASC etiraz etmir. Təəssüf ki, işin bu halı ümumiyyətlə, nəzərə alınmamış, həmin əmlak kompleksində “xxxx” IKB ASC-nin razılığı və icazəsi əsasında aparılmış əlavə tikililər üzrə ekspertiza keçirilməmiş və bununla bağlı qiymətləndirilmə işləri aparılmamışdır. Halbuki, göstərilən ünvanda aparılmış 3700 kv.m. ölçüdə əlavə tikililər üzərində cavabdeh MMC-nin mülkiyyət hüquqları gözləniləndir. Göründüyü kimi, lizinq verənin razılığı və icazəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Şamaxı şossesində yerləşən *C saylı əmlak kompleksində cavabdeh MMC tərəfindən 3700 kv.m. ölçüdə əlavə tikililərin aparılması nəzərə alınmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
40. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ... 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır”. “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: ... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. ...” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri ... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. ...”
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Işə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
46. Cavabdehin kassasiya şikayətində istinad olunan əlavə tikililərlə bağlı məsələ hazırki iddianın predmetini təşkil etmədiyindən, məhkəmə kollegiyası həmin dəlillər üzrə qiymətləndirmə aparılmasını zəruri hesab etmir.
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.