Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-245/2026 25.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh oğluna qarşı ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilən və bankın depozitində saxlanılan pulun müqavilə üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə alınıb ona verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Gəncə Inzibati-Iqtisad Məhkəməsinin 2012-ci il # #### tarixli *-**(**)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı ASC-nin Tovuz filialı ilə “xxxx” MMC arasında bağlanmış 2010-cu il # ###### tarixli ***/h-ş saylı müqavilənin vaxtından əvvəl ləğv edilməsi, “xxxx” MMC-dən 261.539,37 manatın tutularaq İddiaçı ASC-yə verilməsi, cavabdehlərin maliyyə vəsaiti olmadığından qətnamənin icrasının ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən ** saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir.
2. Hərracın yekunları barədə 2017-ci il # #### tarixli protokola əsasən, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən ** saylı qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 665.000 manat məbləğində, təkrar satış qiyməti isə 565.250 manat, 25% aşağı olan satış qiyməti 423.937,50 məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır.
3. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən ** saylı qeyri-yaşayış binasının satın alınması barədə “xxxx” MMC ilə İddiaçı ASC arasında 2017-ci il # #### tarixdə hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə müqavilə bağlanmış və qeyriyaşayış sahəsi 2017-ci il # ######## tarixdə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır.
4. Bundan sonra İddiaçı ASC ilə Cavabdeh arasında 2023-cü il ## ### tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istifadəsində olan ümumi sahəsi 0,0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının dəyəri, yəni 250.000 manatın bir hissəsi, yəni 125.000 manat Cavabdeh tərəfindən ödənildikdən sonra qeyri-yaşayış binası Cavabdeh təhvil verilmiş, əmlakın dəyərinin qalan hissəsi, yəni 125.000 manat 6 ay ərzində ödənildikdən sonra isə həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnun dövlət qeydiyyatına dair Çıxarış əldə etdikdən sonra onu Cavabdeh xeyrinə özgəninkiləşdirilməsi (həmçinin təhvil verilməsi) və təhvil verilməsi üçün bu müqavilənin müddəaları nəzərə alınmaqla notariat qaydasında təsdiqlənəcək alqı-satqı müqaviləsini bağlayacaqlar (1.1). Alıcı bu müqavilənin 1.1-ci bəndində, göstərilmiş 250.000 manat pul vəsaitinin bir qismini, yəni 125.000 manatı satıcıya notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə ödəmiş, qalan hissəsini isə, yəni 125.000 manatı 6 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında istifadəsində olan ümumi sahəsi 0.0903 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 713.8 kv.m ibarət qeyri-yaşayış binasının (201011000646-06301) boşaldılması və qeyd olunan əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, ilkin-alqı satqı müqaviləsinin şərtlərinə əsasən, əmlakın dəyərinin qalan hissəsi, yəni 125.000 manat 6 ay ərzində satıcı iddiaçıya ödənilməli idi. Lakin alqı-satqı müqaviləsinin üzərindən 2 ilə yaxın müddətin keçməsinə baxmayaraq hələ də qalıq məbləğ satıcı iddiaçıya ödənilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən qaydada və məbləğdə daşınmaz əmlakın dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri pozmuşdur.
7. Həmçinin cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, iddiaçıya artıq ödənilən və onların depozitində saxlanılan 114.500 manat pulun 2023-cü il ## ### tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməsi, bu mümkün olmadıqda isə bankdan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, ilkin-alqı satqı müqaviləsi üzrə müəyyən olunan məbləğin 125.000 manatı onun tərəfindən dərhal iddiaçıya ödənilmişdir. Qalan 125000 manatı isə onunla bank rəhbərliyi arasında olan razılığa əsasən onun tərəfindən banka artıq ödənilmiş və bankın depozitində saxlanılan 114.000 manatın hesabına ödənilməli idi. Belə ki, Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin 2012-ci il # #### tarixli qətnaməsi ilə ondan bankın xeyrinə 261.539 manat tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra o, müxtəlif vaxtlarda banka 114.500 manat pul ödəmişdir. Bundan sonra bank ipoteka predmeti olan əmlakı hərracdan 423.000 manata əldə ediib 261.539 manat borcu silmişdir. Onun tərəfindən isə banka ödənilən 114.500 manat bankda qalmışdır. Onların arasında belə qeyri-rəsmi razılıq olsa da, müqavilə bağlanandan sonra bank həmin pulu ona qaytarmamış, nə də ki, razılıqlarına uyğun olaraq borcundan silməmişdir. Belə olan halda həmin məbləğ pulun 2023-cü il ## ### tarixində bağlanan ilkin alqı-satqı müqaviləsi üzrə olan borca silinməli və ya ona qaytarılmalıdır ki, o, müqavilə üzrə borcu ödəsin.
9. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddianın tam təmin, qarşılıqlı iddianın qismən təmin olunması, iddiaçıdan 60.910 manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Əbülfəz Məmmədli). 10.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 600.4-cü maddəsi təşkil edir. Iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir. 11.Beləliklə, məhkəmə hesab etmişdir ki, alğı-satqı müqaviləsi üzrə əşyanı təhvil almış cavabdeh onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, iddiaçı ödənilməmiş malın qaytarılmasını tələb etməkdə haqlıdır və buna görə də alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə istifadəsinə götürdüyü qeyri-yaşayış sahəsini boşaltmalı və iddiaçıya təhvil verməlidir.
12. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən mədaxil qəbzlərindən və cavabdehə məxsus AZ**TURA******************** №li hesabdan çıxarışdan görünür ki, 2014-cü il ## ###### tarixdə 30.000 manat, 2015-ci il ## #### tarixdə 4000 manat, 2015-ci il ## ###### tarixdə 1000 manat, 2015-ci il ## ######## tarixdə 2000 manat, 2015-ci il # ####### tarixdə 2000 manat, 2016-cı il ## ###### tarixdə 1500 manat, 2016-cı il ## ### tarixdə 1000 manat, 2016-cı il ## #### tarixdə 1200 manat, 2016-cı il ## #### tarixdə 3000 manat, 2016-cı il ## ###### tarixdə 1500 manat, 2016-cı il ## ######## tarixdə 2000 manat, 2016-cı il ## ####### tarixdə 1500 manat, 2016-cı il ## ####### tarixdə 1000 manat, 2016-cı il ## ###### tarixdə 1000 manat, 2016-cı il ## ###### tarixdə 1000 manat, 2017-ci il ## ###### tarixdə 1000 manat, 2017-ci il ## ###### tarixdə 1000 manat, 2017-ci il ## #### tarixdə 1000 manat, 2017-ci il ## ### tarixdə 1500 manat, 2017-ci il ## #### tarixdə 1500 manat, 2017-ci il ## ###### tarixdə 1200 manat, 2017-ci il ## ######## tarixdə 1000 manat, 2017-ci il ## ###### tarixdə 1000 manat, 2017-ci il ## ###### tarixdə 1000 manat, 2018-ci il # ###### tarixdə 1000 manat, 2018-ci il # ### tarixdə 1200 manat, 2018-ci il ## ### tarixdə 1500 manat, 2018-ci il ## #### tarixdə 1200 manat, 2019-cu il ## ##### tarixdə 2000 manat, 2019-cu il ## ######## tarixdə 2000 manat, 2019cu il ## ####### tarixdə 1500 manat, 2020-ci il ## #### tarixdə 15.000 manat və 2020-ci il ## #### tarixdə 18.000 manat olmaqla, ümumilikdə 107.300 manat məbləğində pul cavabdeh tərəfindən kredit ödənişi məqsədilə iddiaçının hesabına köçürülmüşdür. 13.Həmçinin, cavabdehə məxsus AZ**TURA******************** №-li hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən ** saylı qeyri-yaşayış binasının satışından 181.071,60 manat pul qalmışdır. 14.Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində qeyri-yaşayış binasının satışından 181.071,60 manat pulu bank ilə aralarında olan razılığa əsasən banka qaytardığını bildirmiş və həmin hal hesabdan çıxarışda da öz təsdiqini tapmışdır. Belə ki, hesabdan çıxarışdan görünür ki, 181.071,60 manat pul 2020-ci il ## ###### tarixdə Gəncə şəhəri üzrə Icra idarəsinin saxlancına verilmiş və cavabdeh tərəfindən təhvil alınmadığı üçün 2023-cü il ## ### tarixdə yenidən banka qaytarılmışdır. 15.Iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il ## ### tarixli ödəniş qəbzlərindən görünür ki, 24.847 manat və 46.390 manat məbləğində pul “xxxx” MMC-nin mühafizə və elektrik xərclərinə sərf edilmişdir. Həmçinin, hesabdan çıxarışdan da görünür ki, 24.847 manat mühafizə və elektrik xərcləri 181.071,60 manat puldan silinmiş, geri qalan 156.224,60 manat məbləğində pul isə razılıq əsasında alğı-satqı əməliyyatı aparmaq üçün məxaric edilmişdir. 16.Məhkəmə cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmiş kredit ödənişi ilə bağlı qeyd etmişdir ki, cavabdeh 114.500 manat kredit ödənişi etdiyini qeyd etsə də, təqdim etdiyi mədaxil qəbzlərinə əsasən 87.300 manat ödəniş etdiyi, hesabdan çıxarışa əsasən ümumilikdə 107.300 manat məbləğində ödəniş etdiyi (Gəncə Inzibati-Iqtisad Məhkəməsinin 2012-ci il # #### tarixli *-**(**)-***/**** saylı qətnaməsi qəbul edildikdən sonra) müəyyən edilmişdir. Cavabdeh ödənişinin 114.500 manat təşkil etməsinə dair hər hansı başqa sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə həmin ödənişlərin 107.300 manat olmasını əsas götürmüşdür. Çünki tərəfin izahatı yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. 17.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halı ondan ibarət olmuşdur ki, Gəncə Inzibati-Iqtisad Məhkəməsinin 2012-ci il # #### tarixli *-**(**)-***/**** saylı qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən ümumilikdə 107.300 manat məbləğində ödəniş edilmişdir. Həmin ödənilmiş məbləğ kredit üzrə artıq ödənilən məbləğdir. Belə ki, Gəncə Inzibati-Iqtisad Məhkəməsinin 2012-ci il # #### tarixli *-**(**)-***/**** saylı qətnaməsi ilə “xxxx” MMC-dən 261.539,37 manatın tutularaq iddiaçıya verilməsi və qətnamənin icrasının ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən ** saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmiş, hərracın yekunları barədə 2017-ci il # #### tarixli protokola əsasən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən ** saylı qeyriyaşayış sahəsi 423.937,50 manata iddiaçıya satılmışdır. Göründüyü kimi qətnamə üzrə borc məbləği 261.539,37 manat müəyyən edilmiş və qeyri-yaşayış sahəsinin satıldığı 423.937,50 manat qətnamə üzrə müəyyən edilmiş borc məbləğini ödəməyə kifayət etmiş və hətta həmin məbləğdən artıq pul da qalmış və saxlanca verilmişdir. Belə olan halda, yəni borc məbləği ödənildiyi halda cavabdehin ödədiyi pullar onun özünə qaytarılmalı idi. 18.Həmin hal Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2022-ci il ## ###### tarixli, *(***)-****/**** saylı Qərarında da göstərilmişdir. Belə ki, həmin Qərarın 55 və 56-cı bəndlərində qeyd olunmuşdur ki, iddiaçı qətnamədən sonra tərəfindən banka kredit borcundan 107.000 manat ödənilməsi, hətta, hərraclardan xeyli müddət sonra 2020ci il ## #### tarixdə 15.000 manat, 2020-ci il ## #### tarixdə 18.000 manat ödənişlər etməsinə dair sübutlar təqdim etmişdir. Məhkəmə kollegiyası bir daha qeyd etmişdir ki, həmin ödənişlər keçirilmiş hərracların etibarsızlığı əsası kimi çıxış edə bilməz. Lakin, iddiaçı ona qaytarılmalı olan vəsaitin vaxtında qaytarılmaması, uzun müddət bankın həmin vəsaiti özündə saxlayaraq faydalanması, sonradan edilmiş ödənişlərin qəbul edilməsinə şərait yaradılması və həmin vəsaitlərdən də faydalanması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. 19.Göründüyü kimi cavabdeh tərəfindən ödənilmiş pulların artıq ödəniş olması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2022-ci il ## ###### tarixli, *(***)-****/**** saylı Qərarı ilə də öz təsdiqini bir daha tapmışdır. 20.Iddiaçının nümayəndəsi həmin pulların bankla vətəndaş arasında olan şifahi razılığa əsasən alğı-satqı müqaviləsinə hesablanması və banka aid olmasını bildirsə də, həmin faktı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmiş, o cümlədən cavabdeh həmin faktı inkar etmişdir. Belə ki, cavabdeh bankla aralarında olan şifahi razılığa əsasən yalnız icra idarəsinin depozitində saxlanılan 181.071,60 manat pulun banka qaytarılmasına razılıq verdiyini bildirmişdir. 21.Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ödənilmiş 107.300 manat puldan “xxxx” MMC-nin mühafizə və elektrik xərclərinə görə ödənilən 46.390 manat məbləğində pul çıxılmalı və qalıq qalan 60.910 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə qaytarılmalıdır. 22.Məhkəmə ödənilmiş olan pulun ilkin alğı-satqı müqaviləsi üzrə borca silinməsi ilə bağlı qeyd etmişdir ki, nə tərəflər arasındakı müqavilədə, nə də ki, qanunvericilikdə kredit müqaviləsi üzrə ödənilmiş pulun alğı-satqı müqaviləsi üzrə borca silinməsi və ya əvəzləşdirilməsi ilə bağlı hər hansı norma olmadığı üçün qalıq qalan 60.910 manat məbləğində pulun ilkin alğı-satqı müqaviləsi üzrə borca silinməsi mümkün deyildir. 23.Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 402, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 567, 598.1, 598.4, 599.1, 600.1, 600.2, 600.4, 601.1, 601.2, 646.1, 646.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 24.Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim - Əli Toğrul, hakimlər, Ş.Rzaquliyev və R.Məcidov).
26. Apellyasiya şikayətinin 2023-cü il ## ### tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi qüvvə olması və həmin müqavilə ləğv edilmədən ilkin iddia tələbi üzrə iddiaçının mövcud iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
27. Iş materiallarında olan 2025-ci il ## ##### tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə 3 gün ərzində 125.000 manatın ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Beləliklə, alğı-satqı müqaviləsi üzrə əşyanı təhvil almış cavabdeh onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən və cavabdehə bu barədə xəbərdarlıq edildiyindən müqavilə ləğv edilmiş sayılmalıdır.
28. Apellyasiya şikayətinin ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən 125.000 manatın müqəddəratının həll olunmaması dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, nə ilk, nə də qarşılıqlı iddia ərizəsində bu barədə hər hansı tələb qeyd edilməmişdir. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, bu hal cavabdehin həmin məbləğin ona qaytarılması tələbi ilə bağlı sonradan məhkəmədə iddia qaldırmasına maneə deyildir.
29. Apellyasiya şikayətinin ilk iddia üzrə cavabdehin iddiaçı banka borcunun olmadığı barədə dəlillərinə dair məhkəmə qeyd etmişdir ki, cavabdeh banka 114.500 manat artıq ödəniş etdiyini bildirsə də, iş materiallarında olan onun tərəfindən təqdim edilən mədaxil qəbzlərindən, eləcə də ona məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh ümumilikdə 107.300 manat məbləğində pulu kredit ödənişi məqsədilə iddiaçının hesabına köçürmüşdür.
30. Həmçinin apellyasiya şikayətinin mühafizə və elektrik xərclərinin cavabdehdən tutulmasının müqavilənin və qanunvericliyin tələblərinə uyğun olub-olmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin dəlil də əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş 2023-cü il ## ### tarixli hesabdan çıxarışdan görünür ki, 24.847 manat məbləğində pul “xxxx” MMC-nin mühafizə və elektrik xərclərinə sərf edilmişdir. Həmçinin, həmin çıxarışdan müəyyən olur ki, 24.847 manat mühafizə və elektrik xərcləri satışdan əldə edilən vəsaitdən qalan 181.071,60 manat puldan silinmiş, geri qalan 156,224.60 manat məbləğində pul isə cavabdehin razılığı əsasında alğı-satqı əməliyyatı aparmaq üçün məxaric edilmişdir. Həmçinin 2010-cu il # #### tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, “xxxx” MMC-nin mühafizə və elektrik xərclərinə görə ödənilən 46.390 manat məbləğində pul cavabdeh razılığı ilə onun tərəfindən ödənilmiş 107.300 manat puldan çıxılmışdır.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 447.1, 600.4-cü maddələrinə və MPM-in 218.3-cü maddələsinə istinadla əsaslanmışdır.
32. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddələri və MM-in 439.4, 540, 540.1, 1091-ci maddələri üzrə - cavabdeh əlverişsiz şərtlərlə əlindən alınmış əmlakı yenidən əldə etmək məqsədilə bankla ilkin alqı-satqı müqaviləsi bağlamış, əmlakın dəyərinin yarısını 125.000 manatını ödəmiş, qalan hissəsinin isə bir qisminin hərrac nəticəsində yaranmış artıq vəsait hesabına əvəzləşdirilməsi barədə tərəflər arasında şifahi razılaşma olmuşdur. Buna baxmayaraq iddiaçı həmin vəsaiti əvəzləşdirməmiş və məhkəməyə müraciət edərək, qeyri-yaşayış binasının boşaldılması və qeyd olunan əmlakın təhvil verilməsi tələbi ilə iddia qaldırılmışdır. Halbuki ipoteka predmetinin hərracdan satılması nəticəsində 181.071,60 manat artıq vəsait yaranmışdır. Həmin vəsait qanunvericiliyin tələbinə görə cavabdehə qaytarılmalı olduğu halda, təxminən 3 il müddətində iddiaçı tərəfindən əsassız olaraq saxlanılmışdır. Bu müddət ərzində iddiaçı vəsaiti qaytarmamış, vəsaitin saxlanılmasının hüquqi əsasını göstərməmişdir. Bu hal MMin əsassız varlanma institunun klassik nümunəsidir. Mülki hüququn fundamental prinsipinə görə şəxs hüquqi əsas olmadan başqasına məxsus əmlakı əldə etdikdə və ya saxladıqda həmin əmlakı geri qaytarmalıdır. Beləliklə iddiaçının davranışı mülki hüququn vicdanlılıq prinsipinə, mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə və əsassız varlanmanın yolverilməzliyi prinsipinə ziddir. Apellyasiya məhkəməsi isə hərrac nəticəsində yaranmış 181.071,60 manat artıq vəsaitin hüquqi taleyi, həmin vəsaitin icraçı tərəfindən banka geri qaytarılmasının qanuniliyi, tərəflər arasında əvəzləşdirmə barədə razılaşmanın mövcudluğu, cavabdeh tərəfindən ödənilmiş əmlak dəyərinin yarısının hüquqi nəticələri üzrə araşdırma aparmamışdır. Apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, cavabdeh qarşılıqlı iddiasında artıq vəsait barədə ayrıca tələb irəli sürmədiyi üçün həmin məsələyə qiymət verilməsi mümkün deyil. Bu mövqe prossesual hüququn yalnış tətbiqidir. Artıq vəsait məsələsi mübahisənin əsas elementidir, çünki həmin vəsait cavabdehin əmlak hüququ ilə birbaşa bağlıdır, tərəflər arasında bağlanmış müqavilə münasibətlərinə təsir göstərir və iddia tələbinin əsaslı olub-olmamasını müəyyən edir. Hərracın nəticələrinə əsasən əmlakın satışından artıq qalan vəsaitin hüquqi statusunun müəyyən edilməməsi hüquqi münasibətin düzgün müəyyən edilmədiyini göstərir və qərarın ləğvini zəruri edir. Hazırkı işdə həlledici hüquqi məsələ - artıq qalan vəsaitin cavabdehə məxsus olması qəbul edilsə də iş üzrə bütün mühüm halların araşdırılması və onlara hüquqi qiymət verilməsi əsasında qətnamə qəbul edilməmişdir. Iş materiallarından aydın görünür ki, 156.224,60 manat üzrə kassa məxaric orderi ilkin alqı-satqı müqaviləsi bağlanmazdan bir gün əvvəl, yəni 2023-cü il ## ### tarixdə imzalatdırılmışdır. Bu fakt xüsusi hüquqi əhəmiyyət kəsb edir. Çünki həmin tarixədək iddiaçı tərəfindən üç il müddətində pul vəsaiti əsassız olaraq saxlanılmış, vəsait qaytarılmamış və tərəflər arasında yeni müqavilə bağlanmamışdır. Bankın təqdim etdiyi sənəd faktiki olaraq pulun verilməsi görüntüsü yaratmağa xidmət edən, lakin pulun real hərəkətlərini təsdiq etməyən uçot sənədidir. Ümumiləşmiş məhkəmə praktikasına görə maliyyə sənədinin mövcudluğu əməliyyatın faktiki icrasını avtomatik sübut etmir. Apellyasiya şikayətinin dəlillərindən də görünür ki, cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul edilməsi tələbi irəli sürməsinə baxmayaraq, işə baxan məhkəmə buna ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh 114.500 manat ödədiyini iddia edir və iddiaçının nümayəndəsi 111.469 manat ödədiyini etiraf edir. Apellyasiya instansiyası məhkəməsi isə ümumilikdə 107.300 manat məbləğində pulu kredit ödənişi məqsədilə iddiaçının hesabına ödənilməsini müəyyən edir. Belə vəziyyətdə məntiqi hüquqi nəticə belə olmalı idi ki, artıq ödənilmiş vəsait düzgün müəyyən edilməli, tərəflər arasında qarşılıqlı hesablaşma aprılmalı və mülkiyyətçinin hüquqları bərpa edilməli idi. Işə baxan məhkəmələr bu halları sistemli şəkildə araşdırmamış və maliyyə münasibətlərinin ümumi balansını müəyyən etməmişlər. MM-in qarşılıqlı tələblərin əvəzləşdirilməsi ilə bağlı müddəalarına əsasən tərəflərin qarşılıqlı pul tələbləri olduqda həmin tələblər əvəzləşdirilə bilər və bu halda öhdəlik müvafiq hissədə xitam olunur. Hazırkı halda tərəflər eyni hüquqi münasibətlərin iştirakçılarıdır və onların qarşılıqlı pul tələbləri mövcud olmuşdur. Lakin bank özünə münasibətdə əsassız olaraq cavadehin mülkiyyəti olan pul vəsaitlərindən mühafizə və elektrik xərclərini əvəzləşdirmişdir. Bank tərəfindən artıq ödənilmiş pul vəsaitinin nəzərə alınmaması və digər borcla əvəzləşdirilməməsi bankın əsassız olaraq əlavə maliyyə üstünlüyü əldə etməsinə səbəb olur ki, bu da mülki hüququn ədalətlilik və vicdanlılıq prinsipinə ziddir. Iş materiallarında olan ziddiyyətli məqamlarından ən maraqlı olan hissəsi isə ondan ibarətdir ki, 24.847 manat məbləğində pul “xxxx” MMCnin mühafizə və elektrik xərclərinə sərf edildiyinə görə satışdan əldə edilən vəsaitdən qalan 181.071,60 manat puldan silinmiş, eyni maddə üzrə “mühafizə və elektrik xərclərinə görə” ödənilən 46.390 manat məbləğində pulun isə guya ki, cavabdehin razılığı ilə onun tərəfindən ödənilmiş 107.300 manat puldan çıxılmasıdır. Lakin məhkəmələr tərəfindən bu silinməni əsaslandıran müqavilənin olub-olmaması, belə xərclərin tutulmasına dair razılaşmanın olması və ən əsası məhkəmə bu xərclərin hüquqi əsasını araşdırmamışdır. Hazırkı işdəki məhkəmə qərarı nəticəsində cavabdeh ödədiyi vəsaitdən, hərracdan yaranmış artıq vəsaitdən və əmlakdan faktiki olaraq məhrum edilmişdir.
34. MPM-in 9, 77, 88, 218.3-cü maddələri üzrə - iddiaçı tərəfindən cavabdehin pul vəsaitlərinin qanunsuz və əsassız olaraq illərlə saxlamasını və sonda həmin vəsaitlərdən əsassız olaraq mühafizə və elektrik xərclərinin qanunauyğuluğuna dair heç bir sübut təqdim etməmişdir. Həmçinin işə baxan məhkəmələr bu silinməni əsaslandıran müqavilənin olubolmaması, belə xərclərin tutulmasına dair razılaşmanın olması və ən əsası bu xərclərin hüquqi əsasını araşdırmamışdır. Məhkəmə tərəflər arasında mövcud olmuş razılaşmanı, cavabdeh tərəfindən edilmiş ödənişləri, hərracdan yaranmış artıq vəsait faktını araşdırmamış və sübutlara hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”
“Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
“Maddə 954. Bank hesabı müqaviləsi 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.”
38. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 36. Banklarla onların müştəriləri arasında münasibətlər
36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.”
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları
418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
41. Belə ki, aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi hallara görə tərəflər arasında bağlanmış 2023-cü il ## ### tarixli müqavilə "ilkin alqı-satqı müqaviləsi" adlandırılsa da, nisyə alqı-satqı müqaviləsi olub və iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını MM-in 600.4-cü maddəsi təşkil edir.
42. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəflər arasında bağlanmış müqavilənin növünü və ilk iddianın maddi hüquqi əsasını düzgün müəyyən etsələr də, MM-in 600.4-cü maddəsini düzgün tətbiq etməmişlər.
43. Belə ki, həmin maddə satıcıya alıcının ödəniş öhdəliyini pozduğu halda alternativ xarakter daşıyan iki müstəqil tələb hüququ verir. Həmin normaya əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə satıcı ya verilmiş əşyanın dəyərinin ödənilməsini, ya da ödənilməmiş əşyanın geri qaytarılmasını tələb edə bilər. Bu hüquqlar bir-birini istisna edən alternativ müdafiə vasitələri olmaqla, satıcı tərəfindən onlardan yalnız biri seçilərək həyata keçirilə bilər.
44. Məhkəmə kollegiyası qeyd edir ki, satıcının MM-in 600.4-cü maddəsində nəzərdə tutulmuş “ödənilməmiş malın qaytarılması”nı tələb etmək hüququ yalnız müqavilə üzrə alıcının heç bir ödəniş etmədiyi və bununla da “malın ödənilməmiş olması” şərtinin tam mövcud olduğu halda və ya ödənişin əhəmiyyətli dərəcədə olmadığı hallarda yaranır. Alıcı əmlakın dəyərinin əhəmiyyətli hissəsini ödədiyi hallarda isə satıcının həmin hüququ yaranmır. Əks yanaşma nə MM-in 600.4-cü maddəsinin məqsədinə, nə də vicdanlıq prinsipinə uyğun hesab edilə bilməz. Belə ki, vicdanlıq prinsipi MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MM-in 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Ona görə də, alıcı əmlakın dəyərinin əhəmiyyətli hissəsini ödədiyi hallarda satıcının MM-in 600.4-cü maddəsində nəzərdə tutulmuş “verilmiş əşyanın dəyərinin ödənilməsini” tələb etmək hüququndan deyil, “ödənilməmiş malın qaytarılması”nı tələb etmək hüququndan istifadə etməsi MM-in 425-ci maddəsində müəyyən edilmiş davranış qaydalarına zidd hesab edilməlidir.
45. Hazırkı işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları da ondan ibarətdir ki, cavabdeh əmlakın satış qiymətinin 250.000 manat məbləğində olan dəyərinin 125.000 manatını, yəni ümumi qiymətin yarısını ödəmişdir. Deməli, alıcı müqavilə üzrə öhdəliyini tam yerinə yetirməsə də, onun əhəmiyyətli hissəsi yerinə yetirilmişdir. Eyni zamanda, cavabdehin banka artıq ödənilmiş kifayət qədər vəsait var və o, qarşılıqlı iddia üzrə həmin tələblərin əvəzləşdirilməsini xahiş edir.
46. Belə olan halda isə hazırkı iş üzrə iddiaçı (satıcı) MM-in 600.4-cü maddəsində nəzərdə tutulan "ödənilməmiş malın qaytarılması" hüququndan istifadə etməkdə haqlı hesab edilə bilməz.
47. Aşağı instansiya məhkəmələri isə maddi hüquq normasını işin qeyd olunan hallarına uyğun düzgün təfsir etməmiş və alıcının müqavilə üzrə öhdəliyinin əhəmiyyətli hissəsini yerinə yetirməsini nəzərə almadan ilk iddianı təmin etmişlər.
48. Bundan əlavə, kassasiya şikayətinin digər dəlilləri cavabdehin qarşılıqlı iddiasında irəli sürdüyü əvəzləşdirmə ilə bağlıdır.
49. Qarşılıqlı iddiadan görünür ki, cavabdeh ona məxsus olan və bank tərəfindən əsassız saxlanılmış pul vəsaitinin sonradan bağlanmış alqı-satqı müqaviləsi üzrə qalan borca hesablanmasını tələb etmiş və həmin tələbini qarşılıqlı pul tələblərinin mövcudluğu ilə əsaslandırmışdır.
50. Aşağı instansiya məhkəmələri isə belə nəticəyə gəlmişlər ki, müqavilədə və qanunvericilikdə kredit öhdəliyi üzrə artıq ödənilmiş məbləğin alqı-satqı müqaviləsi üzrə borca silinməsini nəzərdə tutan norma olmadığından həmin tələb təmin edilə bilməz.
51. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə hüquqi cəhətdən əsassızdır.
52. Belə ki, MM-in 540-cı maddəsi öhdəliklərə qarşılıqlı tələblərin əvəzləşdirilməsi yolu ilə xitam verilməsini tənzimləyir və bu institut yalnız eyni müqavilədən irəli gələn öhdəliklərlə məhdudlaşmır.
53. Həmin normanın tətbiqi zamanı tərəflər arasında qarşılıqlı və icra müddəti çatmış tələblərin mövcud olub-olmaması, habelə qarşılıqlı əvəzləşdirilmənin mümkünlüyü üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
54. Hazırkı işdə də aşağı instansiya məhkəmələri cavabdehin iddiaçıya müəyyən məbləğdə artıq pul vəsaiti ödədiyini və ona görə də, iddiaçının cavabdeh qarşısında pul öhdəliyinin mövcud olduğunu müəyyən etmişlər. Bununla yanaşı, MM-in 540-cı maddəsinin tətbiqi üzrə səhv hüquqi dəyərləndirmə aparmışlar.
55. Kassasiya şikayətində irəli sürülən digər dəlillərdən biri artıq ödənilmiş pul vəsaitindən mühafizə və elektrik xərclərinin tutulmasının qanuniliyi ilə bağlıdır. Aşağı instansiya məhkəmələri həmin məbləğin cavabdehin artıq ödədiyi pul vəsaitindən çıxılmasını qanuni hesab etmişlər.
56. Məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə də hüquqi baxımdan kifayət qədər əsaslandırılmamışdır.
57. Belə ki, bank hesabındakı pul vəsaiti üzərində sərəncam hüququ yalnız hesab sahibinə məxsusdur. Bank isə qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda həmin vəsait üzərində sərəncam verə bilər. Belə ki, MM-in 954.3-cü maddəsinə və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə istiqamətlərini müəyyən edə bilməz, habelə qanunda və ya müqavilədə nəzərdə tutulmayan əsaslarla həmin vəsait üzərində sərəncam verə bilməz.
58. Aşağı instansiya məhkəmələri isə mühafizə və elektrik xərclərinin cavabdehin vəsaitindən tutulmasının hansı hüquqi əsasdan irəli gəldiyi, həmin tutulmanın müqaviləyə, qanuna və ya cavabdehin sərəncamına əsasən aparıldığı üzrə hüquqi dəyərləndirmə aparmamışlar.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.