Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-265/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, pulun qaytarılması, maddi və mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi edilməsi, ödənilmiş pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Icarəçi İddiaçı ilə icarəyə verən Cavabdeh MMC arasında 2019-cu il ## ###### tarixli, **** nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi, Bakı-Salyan- Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən ticarət mərkəzində sıra 7a 5-ci korpusda yerləşən * saylı 34 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsini İddiaçı icarəyə verməyi, sonuncu isə müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2019-cu il ## ###### tarixli, **** nömrəli icarə müqaviləsinin (bundan sonra – “icarə müqaviləsi”) ləğv edilməsi, müqavilə üzrə cavabdehə ödədiyi 32.000 ABŞ dolları məbləğində pulun və vurulmuş maddi ziyana görə 45.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehlə icarə müqaviləsi imzalanarkən, iddaçı tərəfindən firmanın direktoru D.C.Əmirovaya şəxsən 28.000 ABŞ dolları və onun tələbinə əsasən təmirə görə 4.000 ABŞ dolları - cəmi 32.000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Iddiaçı icarə müqaviləsi ilə nəzərdə tutulan və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh tərəfin icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliyinə riayət etməməsi və müqavilənin şərtlərini ciddi surətdə pozması səbəbindən iddaçıya ödənilən pul məbləğindən əlavə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, iddiaçı obyektə gedərkən görmuşdür ki, ticarət obyektinə gedən yol tamamilə bağlanıb və həmin obyektə daxil olmaq üçün başqa yol yoxdur. O, bu faktla bağlı cavabdehə müraciət etmiş və sonradan dəfələrlə cavabdehə müraciət etmiş, ancaq heç bir nəticə olmamışdır. Icarə müqaviləsinə görə, icarəyə verən öhdəlikləri icra etmədikdə icarəyə götürən bu müqavilə ilə müəyyən edilən cəriməni alır. Iddiaçı isə nəinki əlavə pul almamış, cavabdehin əməli nəticəsində ciddi maliyyə böhranına məruz qalmışdır. Eyni zamanda qeyd edilən müqaviləyə əsasən, bu müqavilə imzalandıqdan sonra öz öhdəliklərini icra etməkdən imtina edən tərəf bunun nəticəsində qarşı tərəfə dəymiş ziyanın əvəzini tam ödəməyə borcludur. Bu səbəbdən icarə müqaviləsi ləğv edilməlidir. Cavabdeh iddiaçı tərəfindən ona ödənilən 32.000 ABŞ dolları məbləğində pulu 6 il müddətində əssasız olaraq saxladığına, ona külli miqdarda ziyan vurduğuna və əldən çıxmış faydaya görə əlavə olaraq 45.000 manat ziyanı da ödəməlidir.
4. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı bu günə kimi həmin obyektin icarəsinə görə iddiaçıya icarə haqqı və yaxud digər vəsait ödəməmişdir. Müqavilənin bağlanmasından iki ay sonra pandemiya dövrü başlandığından və bu səbəbdən icarəçinin obyektdən isitfadəsinin mümkünsüz olması nəzərə alınaraq ondan icarə haqqı tələb olunmamışdır. Bundan sonra iddiaçı ilə əlaqələri kəsilmişdir. Daha sonra, iddiaçı 2024-cü il ## ###### tarixli ərizə ilə müraciət edərək cavabdehlə onun arasında bağlanmış 2019-cu il 24 yanvar tarixli müqaviləyə əsasən onun “Binə” Ticarət Mərkəzində də icraəyə götürdüyü 7a sırasının 5-ci korpusunda yerləşən * saylı ticarət obyektinin yanında digər icarəçi tərəfindən quraşdırılmış qapının onun müştərilərinin gediş-gəlişinə, beləliklə ticarətlə məşğuluna maneçilik törətdiyini bildirmişdir. Həmin ərizə müəssisəyə daxil olduqdan sonra telefon nömrəsi ilə əlaqə yaradılmış, özünü iddiaçının həyat yoldaşı kimi təqdim edən Qoçu adlanan şəxs qeyd olunan icarə obyektinə dair məsələlərlə yalnız özünün məşğul olduğunu və ərizənin müəllifi özü olduğunu bildirmişdir. Qoçu məsələnin yerində aydınlaşdırılması məqsədi ilə “Binə” Ticarət Mərkəzinə dəvət olunmuşdur. Bundan sonra cari ilin oktyabr ayının sonunda “Binə” Ticarət Mərkəzinə gəlmiş Qoçunun iştirakı ilə “Binə” Ticarət Mərkəzinin nümayəndələri onun icarə obyekti yerləşən sahəyə birgə baxış keçirmiş və onun ərizəsində qeyd edilənlər tam təsdiqini tapmasa da, (müvəqqəti təmir işi ilə bağlı qoyulmuş örtükdəki qapı daim açıq olmuşdur), ərizəsi nəzərə alınaraq, ticarat fəaliyyətinə maneə kimi qeyd edilmiş halın aradan qaldırılması üçün yaxın günlərdə tədbir görüləcəyi və nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Həmin vaxt Qoçu onun icarəyə götürdüyü obyekti özü işlətmək imkanında olmadığı üçün başqasına icarəyə vermək niyyətində olduğunu və ona belə bir icarəçi tapmağı cəmiyyətin nümayəndəsinə təklif etmiş, lakin nümayəndə onların belə bir öhdəliyə məsul olmadığını ona bildirmişdir. Həmin görüşdən az müddət sonra müdiriyyət tərəfindən ərizəçinin qeyd etdiyi maneə, qapı tamamilə sökülüb ərazidən kənarlaşdırılmaqla, aradan qaldırılmış, bu barədə Qoçuya məlumat verilmişdir. Əlavə olaraq, ona ticraət mərkəzində yaradılmış şəraitlə tanış olması təklif olunmuşdur. Telefon danışıqları zamanı Qoçuya bir neçə dəfə gəlməsi təklif olunsa da, işdə olması ilə bağlı təxirə salmış, sonuncu dəfə 2024-cu il # ###### tarixində gələcəyini vəd etsə də, “Binə” Ticarət Mərkəzinə gəlməmiş, sonradan da onun cəmiyyətə qarşı iddia ilə məhkəməyə müraciət etməsi məlum olmuşdur. 2019-cu il ## ###### tarixli müqaviləsinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddətdə Icarə obyektinin istifadəsinə görə yaranmış istənilən problemlər Icarəyə verənə aid deyilsə, Icarəyə verən bununla bağlı məsuliyyət daşımır. Müqavilə şərtləri pozulmamış, əksinə cavabdeh üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin ləğv olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – P.Zamanlı).
6. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh öhdəliyini icra edərək qeyd edilən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə versə də, iddiaçı həmin sahəni qəbul etməkdən və icarə haqqını ödəməkdən imtina etmişdir. Iddiaçı qeyri-yaşayış sahəsini qəbul edərək icarə haqqını ödəməməsini həmin qeyri-yaşayış sahəsinə gələn yolun bağlanması ilə izah etmişdir. Lakin iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi maneə əvvəllər mövcud olsa da, sonradan aradan qaldırılmışdır. Belə ki, cavabdehin direktoru tərəfindən iddiaçıya ünvanlanmış 2024-cü il ## ###### tarixli məktubda qeyd edilmişdir ki, onlara ünvanlanmış ərizələr araşdırılmış, iddiaçının həyat yoldaşı Qoçu bəylə birlikdə iddiaçıya məxsus ticarət obyektinə baxış keçirilmiş və bununla bağlı bildirilmişdir ki, qeyd olunan məsələ müsbət olaraq öz həllini tapmışdır. Icarə müqaviləsinə əsasən ayrılmış qeyri-yaşayış obyektinin qarşısında müvəqqəti quraşdırılmış qapı sökülərək əvvəlki vəziyyətinə qaytarılmış və ərizədə qeyd edilən məsələ aradan qaldırılmışdır. Hal-hazırda obyektin fəaliyyət göstərməsi üçün heç bir maneə yoxdur.
7. Məhkəmə qeyd etmişdir ki, iş daha əvvəl Qaradağ Rayon Məhkəməsinin icraatında olarkən mübahisəli qeyri-yaşayış sahəsinə dair yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, icarə oyektinə gedən yol əsas korpusdan girişdən yolun sağ tərəfində yerləşir. Mübahisəli icarə obyektinə qədər ticarət mərkəzinin sağ və sol hissəsində obyektlər fəaliyyət göstərir. Mübahisəli obyektdə suvax və malyar işləri tamamlanmış, şüşə qapı qoyulmuşdur. Icarə obyektinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, artıq iddiaçının müraciətindən sonra qapı sökülüb. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, əksinə iddiaçı öhdəliyini yerinə yetirməmiş, qeyri-yaşayış sahəsini istifadəyə qəbul etməmişdir. Həmçinin iddiaçının gətirdiyi arqumentlər səbəbindən qeyri-yaşayış sahəsinin rəsmi qaydada təhvil-təslimi də həyata keçirilməmişdir.
8. Məhkəmə hazırda iddiaçının birinci tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsini ləğvi barədə olduğunu bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421-ci maddəsinin ikinci şərtinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Yəni, iddiaçı tərəfindən icarə ödənişinin vaxtında icra edilməməsi ilə cavabdeh müqavilə bağlayarkən aylıq əldə edəcəyinə ümud etdiyi gəlirdən məhrum olmuşdur. Bundan başqa, iddiaçı da həmin icarə obyektinə artıq marağının itdiyini qeyd etmiş, cavabdeh isə icarə müqaviləsinin ləğvinə etiraz etmədiyini bildirmişdir.
9. Iddia tələbi 32.000 ABŞ dolları pulun və 45.000 manat maddi zərərin tutulması hissəsində isə əsassızdır. Belə ki, iddiaçı cəmi 32.000 ABŞ dolları məbləğində pulu cavabdehin direktoruna şəxsən verdiyini iddia etsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin iddiaçı ona 45.000 manat məbləğində maddi zərərin nədən ibarət olmasını, onun hansı əsasla hesablanmasını, habelə dəymiş zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
10. Məhkəmə mövqeyini MM-in 21.1, 21.2, 385.1, 386.1, 421.1, 421.2, 448.1, 700.1, 700.2 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
13. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsi imzalanmış, cavabdeh öhdəliyini icra edərək qeyd edilən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə versə də, iddiaçı həmin sahəni qəbul etməkdən və icarə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, əksinə iddiaçı öhdəliyini yerinə yetirməmiş, qeyri-yaşayış sahəsini istifadəyə qəbul etməmişdir. Iddiaçının gətirdiyi arqumentlər səbəbindən qeyri-yaşayış sahəsinin rəsmi qaydada təhvil-təslimi də həyata keçirilməmişdir.
14. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsini icarəyə götürməkdən imtina etmiş və qeyri-yaşayış sahəsinə görə 28.000 ABŞ dolları, onun təmirinə görə 4.000 ABŞ dolları, cəmi 32.000 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etmişdir. Iddiaçı cəmi 32.000 ABŞ dolları məbləğində pulu cavabdehin direktoruna şəxsən verdiyini iddia etsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
15. Iddiaçı apellyasiya şikayətinin dəlillərində 45.000 manat maddi zərərlə bağlı qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən o heç bir fəaliyyət göstərə bilməmiş, bu səbəbdən mənfəət əldə edə bilməmiş faydadna məhrum olmuşdur. Lakin, işin müəyyən olunmuş hallarına əsasən, iddiaçı qeyri-yaşayış sahəsinə gələn yolun bağlanmasını bildirmiş, cavabdehin direktoru tərəfindən iddiaçıya ünvanlanmış 2024cü il ## ###### tarixli məktuba əsasən, cavabdehə ünvanlanmış ərizələri araşdırılmış, onun həyat yoldaşı Qoçu bəylə birlikdə iddiaçıya məxsus ticarət obyektinə baxış keçirilmiş qeyri-yaşayış obyektinin qarşısında müvəqqəti quraşdırılmış qapı sökülərək əvvəlki vəziyyətinə qaytarılmış, obyektin fəaliyyət göstərməsi üçün heç bir maneə qalmamışdır. Iş Qaradağ Rayon Məhkəməsinin icraatında olarkən mübahisəli qeyriyaşayış sahəsinə dair yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, icarə oyektinə gedən yol əsas korpusdan girişdən yolun sağ tərəfində yerləşir. Mübahisəli icarə obyektinə qədər ticarət mərkəzinin sağ və sol hissəsində obyektlər fəaliyyət göstərir. Mübahisəli obyektdə suvax və malyar işləri tamamlanmış, şüşə qapı qoyulmuşdur. Icarə obyektinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, artıq iddiaçının müraciətindən sonra qapı sökülüb.
16. Iddiaçı 32.000 ABŞ dolları məbləğində pulun verilməsinə dair hər hansı sübut təqdim etməmiş, maddi zərərlə bağlı isə cavabdehin təqsiri səbəbindən olduğunu qeyd etəsdə, sübut təqdim etməmiş, əksinə iş materiallaırna əsasən icarə obyektinin fəaliyyət göstərməməsinə səbəb iddiaçının hərəkətsizliyi müəyyən olunmuşdur.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.1, 421.2, 448.1, 700.1, 700.2 və 700.3-cü maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
18. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 21.1, 21.2-ci maddələri üzrə - məhkəmə iş üzrə qeyri-qanuni qətnamə çıxarmaqla iddiaçını zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum etmişdir. Iddiaçı cavabdehin təqsiri üzündən əmlakdan istifadə edə bilmədiyinə görə külli miqdarda maddi ziyana düşmüşdür.
20. MM-in 385.1, 385.2, 399.1-ci maddələri üzrə - cavabdeh iddiaçını həm əmlakdan, həm də ödənilən puldan məhrum etmiş, bununla da istinad edilən maddənin tələblərini pozmuşdur. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Iddiaçı müqavilə şərtlərinə tam əməl etmiş, lakin cavabdeh müqavilənin şərtlərini ciddi surətdə pozmuşdur. Bu fakt həm iddia tələbində, həm də apelyasiya şikayətində aydın göstərilmişdir.
21. MM-in 421.1-ci maddəsi üzrə - cavabdeh iddiaçının müqavilənin ləğv edilməsi və pul məbləğinin qaytarılması tələbi ilə razı olmamışdır. Məhkəmə isə qətnamə qəbul edərkən bu fakta hüquqi qiymət verməmişdir.
22. MM-in 424.5, 425.1, 442, 448.1, 448.2-ci maddələri üzrə - cavabdeh müqavilə əsasında üzərinə düşən öhdəliyin şərtlərini tamamilə pozmuşdur. Cavabdeh son dərəcə yüksək səviyyədə maddi imkanlara malikdir. O, qanunların tələblərini bilərəkdən pozmaqla iddiaçının hüququnu pozur. Məhkəmə çıxardığı qətnamə ilə bu qeyd edilən maddələrin tələblərini kobud surətdə pozaraq işi birtərəfli cavabdehin xeyrinə araşdırmışdır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 25.5, 29.1, 29.2, 60.2, 125.7, 127.2 və 127.4 maddələri üzrə - məhkəmə qətnamə çıxararkən Konstitusiyasının qeyd edilən maddələrində nəzərdə tutulan qanun və məhkəmə qarşısında bərabərlik prinsipini nəzərə almamış, iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən ciddi surətdə pozulmasına diqqət yetirməmiş, bu hüququn qanunla qorunmasına laqeyd yanaşmış, iddiaçının iddia tələbinin təmin edilməsinə tam əsas olmasını nəzərə almamış, iş üzrə təqdim edilən faktlara istinad etməklə həqiqətin müəyyən edilməsini təmin etməmiş, yalnız cavabdeh tərəfin mənafeyinə uyğun qətnamə çıxarmaqla kifayətlənmişdir.
24. MPM-nin 8.1, 14.1, 76.1, 77.1, 81, 217, 372.1-ci maddələri üzrə - bərabərlik prinsipi iddiaçıya münasibətdə tamamilə pozulmuşdur. Məhkəmə cavabdehin maraqlarını nəzərə almaqla iddiaçının mülkiyyət hüququnun pozulması faktına diqqət yetirməmişdir. Iddiaçının qeyd etdiyi faktlara istinad edilmədən qətnamə çıxarılmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları ətraflı araşdırmayıb və təqdim edilən sübutların hansının həqiqi və hansının saxta olmasını müəyyən etməmişdir. Bu məsələdə cavabdehin mövqeyi üstün tutulmuşdur. Məhkəmə cavabdehin məhkəməyə sübut təqdim etməməsini nəzərə almamış, işi səthi araşdırmaqla əsassız qətnamə çıxarmışdır. Qətnamə yalnız cavabdehin əsası olmayan mülahizələrini nəzərə almaqla çıxarılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”
“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları
421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.”
“Maddə 700. Icarə müqaviləsi
700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər
218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu
392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 30.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 31.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 32.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 33.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 34.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 35.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 36.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 37.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 38.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 39.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 40.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.