Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-268/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsi, zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. Iddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda - “cavabdeh2” və “cavabdeh1” ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20.092 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.200 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 150,28 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş direktoru cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhviltəslim aktı və digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə iddiaçının (VÖEN: **********) hesabından cavabdeh2 ödənişlər edilmişdir. Belə ki, 2021-ci il ## ###### tarixli, EBNN ****** nömrəli elektron qaimə üzrə 2022-ci il ## ###### tarixində 300 manat, 2021-ci il # ###### tarixli, EBNN ****** nömrəli elektron qaimə üzrə 2021-ci il # ###### tarixində 790 manat, 2021-ci il ## ###### tarixli, EBBO ****** nömrəli elektron qaimə üzrə 2021ci il ## ###### tarixində 1.590 manat, 2022-ci il ## ###### tarixli, EBBQ ****** nömrəli elektron qaimə üzrə 2022-ci il # ###### tarixində 788 manat, 2022-ci il ## ###### tarixli, EBBS ****** nömrəli elektron qaimə üzrə 2022-ci il ## ###### tarixində 3.160 manat, 2022-ci il ## ##### tarixli, EBBU ****** nömrəli elektron qaimə üzrə 2022-ci il 20 aprel tarixdə 689 manat, 2022-ci il 27 may tarixli, EBBX ****** nömrəli elektron qaimə üzrə 2022-ci il ## ### tarixində 2.200 manat, 2022-ci il ## #### tarixli, EBBZ ****** nömrəli elektron qaimə üzrə 2022-ci il ## #### tarixində 780 manat, 2022-ci il # ###### tarixli, EBCB ****** nömrəli elektron qaimə üzrə 2022-ci il ## ###### tarixində 810 manat, 2022-ci il # ######## tarixli, EBCD ****** nömrəli elektron qaimə üzrə 2022-ci il # ######## tarixində 920 manat, 2022-ci il # ####### tarixli, EBCG ****** nömrəli elektron qaimə üzrə 2022-ci il # ####### tarixində 810 manat, 2022-ci il # ###### tarixli, EBCI ****** nömrəli elektron qaimə üzrə 2022-ci il # ###### tarixində 790 manat, 2022-ci il 1 dekabr tarixli, EBCK ****** nömrəli elektron qaimə üzrə 2022-ci il # ###### tarixində 790 manat, 2022-ci il ## ###### tarixli, EBCL ****** nömrəli elektron qaimə üzrə 2022-ci il ## ###### tarixində 2.310 manat, 2023-cü il 30 yanvar tarixli, EBCN ****** nömrəli elektron qaimə üzrə 2023-cü il ## ###### tarixində 715 manat, 2023-cü il # ###### tarixli, EBCO ****** nömrəli elektron qaimə üzrə 2023-cü il # ###### tarixində 1.200 manat, 2023-cü il ## ###### tarixli, EBDA ****** nömrəli elektron qaimə üzrə 2023-cü il ## ###### tarixində 650 manat, 2023cü il ## ### tarixli, EBDG ****** nömrəli elektron qaimə üzrə 2023-cü il 23 may tarixində 1.600 manat, 2024-cü il 23 yanvar tarixli, EBDX ****** nömrəli elektron qaimə üzrə 2024-ci il 24 yanvar tarixində 1.880 manat olmaqla, ümumilikdə 20.092 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan iddiaçının hesabından cavabdeh2 ödənilmişdir. cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək iddiaçının direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə iddiaçı ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan iddiaçıya aid olan sənədlərin, iddiaçının mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhviltəslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə, iddiaçıya 20.092 manat ziyan dəymişdir. Buna görə də, 20.092 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
4. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Ü.Həsənova).
6. Məhkəmə iddianı cavabdeh2 aid hissədə əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı sənədlərə əsasən, iddiaçı və cavabdeh2 arasında 2021-ci ildən alğı-satqı münasibətləri yaranmış, cavabdeh cavabdeh2 tərəfindən iddiaçıya 2021-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına qədər ümumi dəyəri ƏDV daxil olmaqla 22.772 manat olan mal (dizel və benzin) satılmış, satılmış malların dəyəri cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən ödənilmişdir.
7. Tərəflər arasında hər hansı yazılı müqavilənin olmamasına dair iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qaimələrdə göstərilmiş malların (müxtəlif yanacaq məhsulu) satılması ilə bağlı yazılı alğı-satqı müqaviləsinin olması tələb edilmir. Iddiaçı hazırda ödənilmiş 20.092 manat vəsaitin geri qaytarılmasını tələb etsə də, satılmış malların dəyərinin geri qaytarılması üçün hər hansı əsas mövcud deyildir. Belə ki, cavabdeh2 tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrə 2021-ci il ## ###### tarixindən 2023-cü il 28 fevral tarixinə qədər (16 ay) hər hansı irad bildirilməmiş, elektron qaimələr üzrə satılmış malların dəyəri ödənilmişdir. Buna görə də, satılmış malların dəyərinin geri qaytarılması barədə iddia tələbi təmin edilə bilməz.
8. Məhkəmə iddianı cavabdeh1 aid hissədə də əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə cavabdeh1 tərəfindən 20.092 manat pulun mənimsənilməsi və ya israf edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 49.4.5, 329.2, 329.3, 386.1, 567, 598.1, 598.2, 598.2, 600.1, 600.4, 1096.1 və 1096.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallara görə cavabdeh2 qarşı yönəldilmiş iddia tələbinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi, cavabdeh1 qarşı yönəldilmiş iddia tələbinin qanuni əsasını isə həmin MM-in 49.4.5-ci maddəsi təşkil etmişdir.
13. Məhkəmə ilk növbədə cavabdeh2 ilə alğı-satqı münasibətlərinin yazılı formada rəsmiləşdirilməməsi ilə bağlı dəlillərə münasibətdə MM-in 329.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydiyyata alınan əşyalar istisna olmaqla) alğı-satqı müqavilələrinin yazılı formada bağlanmalı olması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, tərəflər arasında müqavilənin mütləq yazılı formada bağlanmasına dair razılaşma da mövcud olmamışdır. Bu səbəbdən hazırkı halda yazılı müqavilənin bağlanmaması tərəflər arasında malların alğı-satqısı ilə bağlı etibarlı müqavilə münasibətlərinin mövcud olmasını istisna etmir.
14. Alğı-satqı münasibətlərinə dair alt sənədlərin olmaması məsələsinə münasibətdə məhkəmə bildirmişdir ki, kommersiya subyektləri arasında alğı-satqı əməliyyatlarının elektron qaimələrin göndərilməsi yolu ilə rəsmiləşdirilməsi sahibkarlıq sahəsində uzun müddətdir istifadə edilən işgüzar praktikadır. Digər tərəfdən, hazırkı halda iddiaçı tərəfindən mübahisəli elektron qaimələrə etiraz edilməməklə yanaşı həmin qaimələr üzrə ödənişlər edilmişdir. Buna görə də məhkəmə hazırkı halı təhvil-təslim aktlarının və ya qaimə-fakturaların mövcud olmamasını elektron qaimələrin formal xarakter daşımasına dair şübhə yaradan hal kimi qiymətləndirməmişdir.
15. Iddiaçının həmin dövrdəki direktoru cavabdeh1 cavabdeh2 ilə sövdələşərək iddiaçıya mallar təqdim edilmədiyi halda cavabdeh2 ödənişlər etməsi ilə bağlı dəlillərə gəldikdə iddiaçı həmin dəlillərin əsaslılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, MM-nin 49.3-cü maddəsi hüquqi şəxsin rəhbərindən hüquqi şəxsin mənafeləri naminə vicdanlı, qərəzsiz, sadiq və ehtiyatlı davranmağı tələb etsə də, bu o demək deyil ki, hər hansı mübahisəli əməliyyat avtomatik olaraq rəhbərin öz maraqları üçün edilmiş hesab olunur; əksinə, rəhbərin şəxsi maraq güddüyü, vəzifəsini qəsdən pozduğu və ya hüquqi şəxsin maraqlarına zidd hərəkət etdiyi konkret sübutlarla təsdiqlənməlidir, lakin iş üzrə cavabdeh1 kontragentlə razılığa gəlməklə formal alğı-satqı əməliyyatları aparmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
16. Iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsində təqdim edilmiş 2024cü il # #### tarixindən - 2025-ci il ## ###### tarixindən “xxxx” QSC-dən aldığı dizelin həcmini və həmin dizelin generatorun çəninə doldurulmaqla generator üçün istifadə edilməsini təsdiq edən müxtəlif tarixli aktlar və arayışa münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən sözügedən sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olmaması əsaslandırmamışdır. Odur ki, MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından sübut qismində qəbul edilə bilməz. Digər tərəfdən həmin sübutlar qəbul edilsə belə, yalnız müvafiq dövrdə iddiaçı tərəfindən bir şirkətdən alınmış dizelin həcmini təsdiq etməklə əvvəlki dövrdə cavabdeh2 daha artıq həcmdə dizelin alınması ehtimalını istisna etmir.
17. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı halda cavabdeh tərəfindən göndərilmiş elektron qaimələrin iddiaçı tərəfindən qeyd-şərtsiz qəbul edilməsi və ödənilməsi ona dəlalət edir ki, iddiaçı cavabdeh2 arasında şifahi alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh2 tərəfindən iddiaçıya mallar təqdim edilmiş və həmin malların dəyəri ödənilmişdir. Odur ki, iddiaçının 20.092 manat məbləğində pulun əsas varlanma obyekti kimi cavabdeh2 geri tələb etməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Eləcə də cavabdeh1 tərəfindən mübahisəli alğı-satqı əməliyyatları ilə bağlı direktor vəzifəsini hüquqi şəxsin maraqlarına uyğun şəkildə icra etməməsi və nəticədə iddiaçıya maddi ziyan vurulması da iş materialları ilə öz təsdiqini tapmadığından həmin pul vəsaitinin cavabdeh1 tələb edilməsi hissəsində də iddia əsassızdır.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 49.3, 49.4.5, 329.1, 329.2, 329.3, 567, 598.1, 598.2, 1091, və 1092.1-ci maddələrinə, MPM-in 77.1, 119.1, 119.5, 372.2, 372.6, və 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsi, MM-in 21, 49.3, 49.4.5, 567, 570-ci maddələri üzrə - apellyasiya instansiya məhkəməsi işi düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, işə olduqca qərəzli yanaşaraq iddianı təmin etməmişdir. cavabdeh1 2021-ci ilin noyabr ayından 2024cü ilin iyul ayınadək iddiaçının direktoru vəzifəsində çalışmışdır. Şirkətə yeni direktor təyin olunan zaman cavabdeh1 tərəfindən heç bir təhvil-təslim edilməmiş və nəticədə iddiaçı tərəfindən təftiş həyata keçirilmişdir. Təftiş nəticəsində cavabdehin iddiaçıdakı fəaliyyəti dövründə hüquqi şəxsə aid maliyyə və digər sənədlərində bir çox uyğunsuzluqlar aşkar edilmişdir. Həmin uyğunsuzluqlardan biri də, işin materiallarında qeyd olunan elektron qaimələr üzrə edilmiş ödənişlərdir. Belə ki, aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə iddiaçıya 20.092 manat ziyan dəymişdir. Lakin məhkəmə öz qətnaməsində cavabdeh1 qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş məsuliyyətinə, ümumiyyətlə, hüquqi qiymət verməmiş, onun fəaliyyət göstərdiyi dövrdə şirkətə dəymiş zərərlə bağlı hər hansı əsaslandırılmış mövqe ortaya qoymamışdır. Halbuki, yuxarıda qeyd edilən elektron qaimələr üzrə ödənişlər məhz cavabdeh1 vəzifədə olduğu dövr ərzində həyata keçirilmişdir. Beləliklə, məhkəmənin qətnaməsi obyektivlik və ədalətlilik prinsiplərinə cavab verməmişdir. Iş üzrə materiallardan da göründüyü kimi, cavabdehlər arasında həyata keçirilmiş ödənişlərin hansı müqaviləyə əsaslandığı, eləcə də ümumiyyətlə tərəflər arasında hər hansı müqavilə münasibətlərinin mövcud olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Iddiaçı tərəfindən 2024-cü il # #### tarixindən 2025-ci il ## ###### tarixinədək iddiaçı tərəfindən, işıq generatorunun istifadəsi üçün “xxxx” QSC-dən (VÖEN**********) müvafiq qaimələr üzrə 1.000 manat müqabilində 1.000 litr dizel alınması ilə bağlı “xxxx” QSC saytından 2025-ci il ## ###### tarixinə olan çıxarış məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, MM-in 329-cu maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə bu rəftarı cavabdeh2 tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrə 2021-ci il ## ###### tarixindən 2023-cü il ## ###### tarixinə qədər (16 ay) hər hansı irad bildirilmədiyində, elektron qaimələr üzrə satılmış malların dəyərinin ödənildiyində ifadə etmişdir. Aşağı instansiya məhkəmələrinin mövqeləri bu formada olsa da, 20.092 manat məbləğindəki yüksək miqdarın köçürülməsi üçün yalnız şifahi razılığın olması kifayət etməməlidir. Göründüyü kimi, məhkəmə bu nüansları araşdırmadan və qeyd edilən qanunvericiliyin bütün normalarında nəzərdə tutulan tələblərə səthi və formal yanaşaraq iddia tələbini rədd etmişdir.
21. MPM-in 9.1, 77.1, və 217-ci maddələri üzrə - apellyasiya məhkəməsi işin faktiki hallarına heç bir əhəmiyyət verməmişdir. Iddia tələbinin əsasını heç bir təhviltəslim aktı, müqavilə və ya hər hansı bir sənəd olmadan qeyd olunan qaimələr üzrə ödənişlərin edilməsi təşkil etsə də, məhkəmə bu nüansa çox səthi yanaşaraq heç bir araşdırma etmədən iddia tələbini rədd etmişdir. Bundan əlavə, məhkəmə qətnamədə iddiaçı və cavabdeh2 arasında 2021-ci ildən alğı-satqı münasibətlərinin yarandığını, cavabdeh cavabdeh2 tərəfindən iddiaçıya 2021-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına qədər ümumi dəyəri ƏDV daxil olmaqla 22.772 manat olan mal (dizel və benzin) satıldığını və satılmış malların dəyərinin cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən ödənildiyini qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən, iddia tələbinində məhz bu alğı-satqı müqaviləsinin həqiqətən də olub-olmadığının və bu ödənişlərin nəyin əsasında ödənildiyinin müəyyən edilməsini nəzərdən qaçırtmışdır. Eyni zamanda məhməmə qətnaməsində yalnız cavabdeh2 iddiaçı ilə arasında guya bağlanmış alğı-satqı müqaviləsini vurğulamış, digər cavabdeh1 həmin dövrdə iddiaçının rəhbəri olması nüansına toxunmamışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni cavabdehlərin mövqeyindən yanaşmış, iddiaçının təqdim edtiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”
“Maddə 49. Hüquqi şəxsin orqanları 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;”
“Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.”
“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”
“Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmala, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 27.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 28.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 29.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 30.Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 31.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 32.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 33.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 34.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 35.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 36.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 37.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.