Məhkəmə qərarları › İş №2-2(1-8)-279/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-279/2026

28.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№2-2(1-8)-279/2026 28.08.2026 ALIMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və QarayevSənanMəmmədoğlundanibarəttərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-**/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasındabaxılmışdır. Işin halları

1. Dövlət Əmlak Komitəsinin 1997-ci il ## ### tarixli, *** nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 1995-1998-ci illərdə “Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”xxxx“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinitəminetməkməqsədiiləqəraraalınmışdır: 1.Əli-Bayramlıxxxxkombinatınınbalansında“xxxx”X1Cəmiyyətitəsisedilsin.

2. “xxxx” Səhmdar Cəmiyyətinin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti)təsdiqedilsin.

3. Hüquq idarəsi açıq tipli “xxxx” Səhmdar Cəmiyyətinin təsis sənədlərini dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etsin.

2. Əli-Bayramlı şəhər xxxx kombinatının “Özəlləşdirmə planı”ndan (Emissiya prospekti), Çek Auksiyonlarında səhmlərı satılacaq Əli-Bayramlı “xxxx” Səhmdar Cəmiyyətləri haqqında məlumatdan və Əli-Bayramlı “xxxx” Səhmdar Cəmiyyətinin torpaq sahəsinin planından görünür ki, özəlləşdirməyə çıxarılan Əli-Bayramlı xxxx kombinatının balansındaolantorpaqsahəsininölçüsü21ha-dır.

3. “Registrdən Çıxarış”dan görünür ki, ünvan 2 ünvanında Cavabdeh QSC-yə məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 180913,8 kv.metr ölçüdə torpaq sahəsi Şirvan şəhər Icra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı kimi qeydiyyata alınmışdır.

4. Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ölçüsü 31660,1 kv.metr olan “Əmlak kompleksi kimi müəssisə” üzərində mülkiyyət hüququ 2019-cu il ## ###### tarixdə 1319007972 qeydiyyat nömrəsi ilə Cavabdeh QSC-nin adına qeydiyyata alınmışdır. Çıxarışa əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüsü 18,09138ha,mülkiyyətnövüdövlət,torpaqsahəsiüzərindəhüququnnövüistifadədir.

5. 2025-ci il # ### tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh QSC-nə 2024-cü il ## ### tarixə dövlət büdcəsinə 429058,38 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi, borcun 10 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciətolunacağıbarədəxəbərdarlıqedilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanındakı əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 180913.8 kv.m torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2008-ci ilin mart ayından 2016-cı il # ####### tarixinə qədər 58050,71 manat və 2016-cı il # ####### tarixdən 2025-ci ilin aprel ayına kimi 371007,66 manat, ümumilikdə 429058,38 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasınadairqətnaməqəbuledilməsinixahişetmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə verilmiş çıxarışa əsasən ünvan 4 ünvanındakı ümumi sahəsi 31660.1 kv.m təşkil edən əmlak kompleksi kimi müəsissə onun xüsusi mülkiyyətində, həmin əmlak kompleksinin yerləşdiyi 180913.8 kv.m torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla onun istifadəsindədir. Çıxarışda torpaq sahəsinin cavabdehin istifadəsində olmasının qeyd edilməsi torpağın onun hüquqi əsasla deyil, faktiki istifadəsində olmasını nəzərdə tutur. Qeyd edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dair qərar və müqavilə mövcud deyildir. Cavabdeh dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Cavabdeh onun mülkiyyətində olan qeyriyaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malikdir. Lakin o, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla icarə müqaviləsi əsasında həyata keçirə bilər. Cavabdeh hüquqi şəxsə məlumdur ki, qeyd edilən tikilinin altında yerləşən torpaq sahəsini birinci halda alqı-satqı yolu ilə mülkiyyətinə almalı, həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, ikinci halda onda bu sahə qanunvericiliklə müəyyən edilmiş qaydada onun satınalma hüququ ilə icarəsinə verilməli və sonuncu halda obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxsə satıla bilər. Sonuncu halın hazırkı iş üzrə baş verməsi mümkün olmur, çünki bu halda obyektin mülkiyyətçisinin hüquqları pozula bilər. Cavabdehin bu məhdudiyyətlərə əməl etmək vəzifəsi qanundan irəli gələn öhdəlikdir. Cavabdehlə satınalma hüququ ilə müqavilə bağlanılması onun mülkiyyət hüququna hər hansı müdaxilə təşkil etmir və ya onun müqavilə azadlığı hüququnu pozmur. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edilir ki, tikilinin mülkiyyətçisinin (cavabdehin) dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi olmadanistifadəetməsihüquqdansui-istifadədirvəbuəsassızvarlanmayasəbəbolur.

8. Iddiaçının sifarişinə əsasən “xxxx” MMC tərəfindən tərtib olunmuş 2024-cü il ## ### tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə Rəy”dən görünür ki, ünvan 1 ünvanında yerləşən 180913,8 kv m torpaq sahəsinin 2024-cü il ## ### tarixinə icarə məqsədi ilə bazar dəyəri2182398manattəşkiledir.

9. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəliqətnaməsiiləiddiatəminedilməmişdir(hakim–Z.Abbasov).

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi tamamilə qanuni əsaslarla cavabdehin istifadəsindədir və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən istifadədə olan torpaq sahəsinin satılmasının cavabdehə təklif edilməsinə, cavabdehin torpaq sahəsinin satın alınmasından imtina etdiyi halda həmin sahəninsatınalma hüququ iləonun icarəsinəverilməsinə cəhd edilməsinə dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehin qanuni əsaslarla istifadəsində olan torpaq sahəsindən qanunsuz istifadə etməsini iddia edərək ondan əsassız varlanma nəticəsində vurulmuş ziyanın tələb edilməsi heç bir hüquqi və faktiki əsasa söykənmir. Məhkəmə tərəfindən də cavabdehin hərəkətlərində əsassız varlanmaya səbəb ola biləcək hər hansı bir hal aşkar edilməmişdir. Belə ki, əvvəla cavabdeh mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnu yuxarıda şərh olunduğu kimi tamamilə qanuni əsaslarla əldə etmişdir, həmçinin mübahisəli torpaq sahəsindən istifadə nəticəsində cavabdehin varlanmasına dair sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin başqasının (iddiaçının) hesabına əmlak əldə etməsi və həmin əmlak hesabına varlanmasına dair heç bir fakt aşkar edilməmişdir. Buna görə də həmin hissədəiddiaəsassızdır.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, onun üzərində hüquqların həyata keçirilməsi üzrə səlahiyyətli orqan iddiaçıdır. Belə ki, özəlləşdirilmiş dövlət müəssisə və obyektinin yerləşdiyi torpaq sahələrinin mühafizəsini, monitorinqini, satışını, istifadəyə və ya icarəyə verilməsini həyata keçirmək səlahiyyətləri iddiaçıya məxsusdur Bu baxımdan Mülki Məcəllənin 157.2-ci maddəsinin, tələb edənin mülkiyyətçi (və ya digər əşya hüququ sahibi) olmasına dair dispozisiya şərti baxılan işdə mövcuddur. Lakin, adı çəkilən maddi hüquq normasının digər dispozisiya şərtini təşkil edən, özgənin sahibliyinin qanunsuz olması şərti hazırki işdə mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin cavabdehin qanuni sahibliyində olması tam sübuta yetirilmiş fakt olaraq müəyyən edilmişdir. Bu səbəbdən Mülki Məcəllənin 157.2ci maddəsinin dispozisiya şərtləri tam şəkildə ödənilmədiyinə görə, iddiaçının əmlakın geri alınmasınadairtələbidətəminediləbilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 241.2, 241.3, 241.4, 243.1, 157.2, 1091.1, 1091.2, Torpaq Məcəlləsinin 50.1, 60.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.6-cı maddələrinə, Azərbaycan RespublikasıPrezidentinin 1997-ci il## ###### tarixli, *** nömrəliFərmanıilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2, 4, 11-ci, Azərbaycan Respublikasının 1996-cı il## ###### tarixli, ***-*Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinəçevrilməsinin qaydalarıhaqqında Əsasnamə”nin1,7.2,7.3,7.5-cibəndlərinəistinadlaəsaslandırmışdır.

13. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın təmin edilməsibarədəyeniqətnaməqəbulolunmasınıxahişetmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Q.Əliyev,hakimlərT.Kərimov–vəC.Imanov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçilərinin istifadələrinə verilmiş torpaq sahələrini satın almaları və ya satınalma hüququ ilə icarəyə götürmələri onların vəzifələri kimi deyil, hüquqları kimi nəzərdə tutulmuşdur. Mübahisəli torpaq sahəsi tamamilə qanuni əsaslarla cavabdehin istifadəsindədir və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. Iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin cavabdehə təklif edilməsinə, cavabdehin torpaq sahəsinin satın alınmasından imtina etdiyi halda həmin sahənin satınalma hüququ ilə onun icarəsinə verilməsinə cəhd edilməsinə dair sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Cavabdehin qanuni əsaslarla istifadəsində olan torpaq sahəsindən qanunsuz istifadə etməsini iddia edərək ondan əsassız varlanma nəticəsində vurulmuş ziyanın tələb edilməsiheçbirhüquqivəfaktikiəsasasöykənmir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 241.2, 241.3, 241.4, 243.1, 157.2, 1091.1, 1091.2, Torpaq Məcəlləsinin 50.1, 60.1, MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1, 106.3, 217-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.6-cı maddələrinə, Azərbaycan RespublikasıPrezidentinin 1997-ci il## ###### tarixli, *** nömrəliFərmanıilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2, 4, 11-ci, Azərbaycan Respublikasının 1996-cı il## ###### tarixli, ***-*Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinəçevrilməsinin qaydalarıhaqqında Əsasnamə”nin1,7.2,7.3,7.5-cibəndlərinəistinadlaəsaslandırmışdır.

17. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərarqəbulolunmasınıxahişetmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Torpaq Məcəlləsinin 48, 50, 51, 55, 88, 97, MM-in 21, 139, 139-1, 152, 241, 1091, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.1-ci maddələri üzrə - hazırkı iddia qaldırılmazdan əvvəl Xidmətin 2025-ci il # ### tarixli, *-**-*/*-****/**** nömrəli məktubu ilə cavabdehə müraciət olunaraq, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi barədə *- **-*/*-****/**** nömrəli, 2024-cü il # ##### tarixli bildiriş göndərilsə də, qeyd edilən torpaq sahəsinin onun tərəfindən özəlləşdirilməsi və ya icarəyə götürülməsi həyata keçirilməmişdir. Məhkəmə öz qərarında cavabdehin formal mülahizələrinə əsaslanmaqla, Torpaq Məcəlləsinin50-cimaddəsinin2-cihissəsinintələblərinəəhəmiyyətverməmişdir.

19. MPM-in 217.3, 218.1-ci maddələri üzrə - məhkəmə öz qətnaməsini lazımi qaydada əsaslandırmamış, iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, nəticədə əsassızqərarqəbuletmişdir.

20. Həmçinin kassasiya şikayətində göstərilmişdir ki, iddia predmeti olan torpaq sahəsində yerləşən tikili kommersiya obyektidir. Belə olan halda həmin torpaq sahəsindən əvəzsiz olaraq istifadə olunması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yolverilməzdir. Apellyasiya Məhkəməsi tərəfindən iddia ərizəsində qeyd olunanlara uyğun olaraq, cavabdehin mübahisəli torpaq sahəsindən istifadə hüququnun yaranması üçün hər hansı hüquqi əsasın, yəni müvafiq torpaqayırma barədə sənədin mövcud olubolması məsələsi araşdırılmamış və buna münasibətdə iddia tələbinin əsaslı olub-olmaması məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsindən heç bir vəsait ödəmədən istifadə edir – hansı ki, o, buna görə pul ödəməlidir və belə olan halda cavabdehin varlanması əmlak aktivinin artmasında ifadə olunur. Cavabdehin iddiaçıya (dövlətə) məxsus torpaq sahəsindən istifadə etməsinə haqq qazandıranmüqaviləəsası,yaxudqanuniəsasyoxdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə etiraz ünvanlayaraq, göstərmişdir ki, dövlət müəssisəsinin özəlləşdirilməsi anından onların yerləşdiyi torpaq sahələri üzərində özəlləşdirilmiş obyektlərin mülkiyyətçilərinin istifadə hüquqları mövcud olub və sonradan mülkiyyətçilər həmin torpaq sahələrini satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilərlər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehin istifadəsinə olan torpaq sahəsinin satın alınması ilə bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi təklif verilmədiyi üçün, torpaq sahəsindən əsassız istifadəsinə görə zərərin əvəzi olaraq 429058,38 manat məbləğində vəsaitin və sözügedən torpaq sahəsinin boşaldılmasının tələb edilməsi əsassızdır. Kassasiya şikayətini əsassız hesab edərək, təmin olunmamasını xahiş etmişdir.

Kassasiya baxışının hədləri

22. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır(MPM-in403və416-cımaddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılmasıvəaraşdırılmasıkimiqiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə2.AzərbaycanRespublikasınınmülkiqanunvericiliyi ... 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa,mülkiqanunvericilikvəbaşqahüquqiaktlarilətənzimlənir. ...”

“Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasınıbildiyihallaristisnaolmaqla,həqiqihesabedilir.”

“Maddə157.Mülkiyyətinmüdafiəsi ... 157.2.Mülkiyyətçiözgəsininqanunsuzsahibliyindənözəmlakınıgeritələbedəbilər. ...”

“Maddə203.Mülkiyyəthüquqununitirilməsinövləri ... 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuşqaydadafizikivəhüquqişəxslərinmülkiyyətinəözgəninkiləşdirilir. ...”

“Maddə241.Torpaqsahəsindənistifadəhüquqununəldəedilməsiəsasları ... 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququonunhüquqvarisinəkeçir.”

“Maddə243.Daşınmazəmlakmülkiyyətçisinintorpaqsahəsindənistifadəhüququ 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həminəmlakınyerləşdiyitorpaqsahəsihissəsindənistifadəhüququnamalikdir. ...”

25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılarnəzərdətutulur:

“Maddə50.Torpaqsahəsiüzərindəistifadəhüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindənbaşqahaqqalınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadəhesabolunur.

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılaraverilir: dövləthakimiyyətvəyerliözünüidarəorqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlarittifaqlarıxxxxdinitəşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinəvəidarələrinə; dövlətvəbələdiyyəmülkiyyətindəolandigərmüəssisələrə,idarələrəvətəşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinədəveriləbilər.

3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətindəolantorpaqlarüçünisə-onbeşildən49ilədəkmüəyyənolunabilər. ...”

“Maddə51.Torpaqsahəsiüzərindəicarəhüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətliistifadəetməkdir. ...”

Maddə55.Torpaqsahəsiüzərindəhüquqlarınyaranmasınınəsasları Hüquqivəfizikişəxslərintorpaqsahəsiüzərindəhüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlikhüququəsasındavəqanunvericilikləmüəyyənedilmişdigəryollarlayaranır.

Maddə 60.Özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin verilməsinin xüsusiyyətləri 60.1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satınalavəyasatınalmahüququiləicarəyəgötürəbilər. ...”

26. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunununmüvafiqmüddəalarındaaşağıdakılarnəzərdətutulur:

“Maddə29. Dövlətəmlakınınözəlləşdirilməsinədairəqdlərinrəsmiləşdirilməsi ... 29.6.Özəlləşdirilmişobyektlərinmülkiyyətçilərihəminobyektlərinyerləşdiyitorpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsinisatınalmahüququolmadanicarəyəgötürəbilər. ...”

27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılarnəzərdətutulur:

“2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.” “4-cü bəndinə əsasən, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələriniilknövbədəsatınalmaqhüququvardır.” “11-ci bəndinə əsasən, İddiaçı (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılabilər.”

28. Azərbaycan Respublikasının 1996-cı il ## ###### tarixli, ***-*Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“1-ci bəndinə əsasən, bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrininsəhmdarcəmiyyətlərinəçevrilməsininqaydalarınımüəyyənedir.” “7.2-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatınaalınmasınıtəminedir.” “7.3-cü bəndinə əsasən, dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.5ci bəndinə əsasən, dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.”

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarındaaşağıdakılarnəzərdətutulur:

“Maddə77.Sübutetməvəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. ...”

“Maddə416.Kassasiyainstansiyasındaişəbaxmanınhədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddivəprosessualhüquqnormalarınındüzgüntətbiqedilməsiniyoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsişikayətinhədlərindənvədəlillərindənasılıolmayaraqyoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarınındüzgüntətbiqolunmasınıyoxlayır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı iş üzrə iddiaçı həmin müəssisəsinin yerləşdiyi torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dair qərar və müqavilənin mövcud olmadığını, həmçinin cavabdehin dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verdiyini nəzərə almaqla, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini və torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzininödənilməsinitələbedir.

33. Işin materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiləğvedilməlivəiştəkrarbaxılmasıüçünhəminməhkəməyəqaytarılmalıdır.

34. Baxılan iş üzrə cavabdehə məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla onun istifadəsində olması işin mübahisəsizhalınıtəşkiledir.

35. Apellyasiya instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə ilə razılaşmayan Kollegiyaaşağıdakılarıqeydedir.

36. Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbinə görə ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqahüquqiaktlarilətənzimlənir.

37. Göründüyü kimi Mülki Məcəllənin bilavasitə özündə nisbət baxımından xüsusi münasibətlərin tənzimlənməsini müəyyənləşdirən qanunvericilik aktlarının üstünlüyü əsasgötürülmüşdür.

38. Belə yanaşma Mülki Məcəllənin mülkiyyət hüququnun itirilməsi ilə bağlı qaydaları nizamlayan 203-cü maddəsində də əks olunmuşdur. Belə ki, dövlət mülkiyyətində olan əmlak özəlləşdirilmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir (Mülki Məcəllənin 203.4-cümaddəsi).

39. Iş materiallarında olan sənədlərdən görünür ki, hazırki işdə cavabdehlə əlaqədar özəlləşdirmə münasibətləri faktiki olaraq Dövlət Əmlak Komitəsinin 1997-ci il ## ### tarixli *** nömrəli sərəncamının çıxarıldığı vaxtdan başlanmışdır. Belə olan təqdirdə həmin dövrdə qüvvədə olmuş “Azərbaycan Respublikasında Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Bu Qanun “Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi ##.##.2000-ci il tarixdən qüvvədən düşmüşdür) özəlləşdirilən dövlət müəssisəsi və obyektinin yerləşdiyi torpaq sahəsinin özgəninkiləşdirilməsi xüsusiyyətlərini tənzimləyən qaydaları nəzərdən keçirilməlidir. Adı çəkilən Qanunun “özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi ilə bağlı” qaydaları nizamlayan 16-cı maddəsinə görə özəlləşdiriləcək dövlət müəssisə və obyektinin yerləşdiyi torpaq sahəsinin onunla birlikdə satılması və ya uzunmüddətli icarəyə verilməsi məsələsi həmin torpaq sahəsinin yerləşdiyi ərazidən, onun qiymətindən, sahənin altında kommunikasiya şəbəkəsinin yerləşməsindən, elektrik, rabitə kabellərinin keçməsindən, müəssisənin, obyektin fəaliyyət növündən və təyinatından, özəlləşdirmə subyektinin kimliyindən və digər amillərdən asılı olaraq qüvvədə olan qanunvericilik nəzərə alınmaqla dövlət əmlakını idarə edən orqan tərəfindən müəyyən edilmiş qaydada müvafiq orqanların razılaşdırılmışbirgəqərarlarıiləfərdihəllolunur(BuQanunun16.2-cimaddəsi).

40. Göründüyü kimi adı çəkilən normada özəlləşdiriləcək dövlət müəssisəsi və obyektinin yerləşdiyi torpaq sahəsinin hüquqi müqəddəratı ya onun müəssisə və ya obyektləbirlikdəsatılmasıyaxuddaicarəyəverilməsiiləhəlledilməliidi.

41. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin” 4-cü bəndində də birbaşa göstərilmişdir ki, özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Azərbaycan RespublikasınınIqtisadiyyat Nazirliyi yanındaƏmlak Məsələləri Dövlət Xidməti (bundan sonra–Dövlət Xidməti)əvvəl torpaq sahəsinin satın alınmasınıhəmin sahəninüstündəyerləşənözəlləşdirilmişmüəssisəvəobyektin mülkiyyətçisinətəklif etməlidir.Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahəqanunvericilikdəmüəyyən olunmuşqaydada onun satınalma hüququ iləicarəsinəverilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər (buƏsasnamənin11-cibəndi).

42. Göründüyü kimi Əsasnamədə də eyni qayda nəzərdə tutulmuşdur, yəni Qanunda da göstərildiyi kimi, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrini satın ala bilər və ya satınalma hüququ ilə icarəyə götürəbilər.

43. Bundan başqa Torpaq Məcəlləsinin 60.1-ci maddəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalmahüququiləicarəyəgötürəbilər.

44. O da vurğulanmalıdır ki, Torpaq Məcəlləsi ilə torpaq sahəsindən istifadə hüququnadairqaydalardanizamlanır.

45. Belə ki, Torpaq Məcəlləsinin torpaq sahəsi üzərində istifadə hüququ qaydalarını tənzimləyən 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyənolunabilər.

46. Həmin normada həmçinin göstərilmişdir ki, müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyətorpaqlarıdaimiistifadəyə,bir qayda olaraq,aşağıdakılaraverilir:  dövləthakimiyyətvəyerliözünüidarəorqanlarına;  dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlaravəbirliklərə;  həmkarlarittifaqlarıxxxxdinitəşkilatlara;  dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədrisobyektlərinə,müəssisələrinəvəidarələrinə;  dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara;  dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismartəşkilatlarına.

47. Göründüyü kimi müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqlarının bir qayda olaraq daimi istifadəyə verildiyi subyektlər sadalanmışdır, lakin özəlləşdirilən müəssisələrbusubyektlərsırasındanəzərdətutulmamışdır.

48. Məcəllənin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları göstərilmişdir. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr;hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyənedilmişdigəryollarlayaranır.

49. Beləliklə, müəyyən edilir ki, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar(müqavilə)əsasındayaranır.

50. Hazırki iş üzrə 2019-cu il ## ###### tarixli Çıxarışa əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərindəhüququnnövüistifadədir.

51. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

52. Kollegiya qeyd edir ki, özəlləşdirilən obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinə obyektin mülkiyyətçisinin istifadə hüququnun olması istisna edilmir, lakin yuxarıda da göstərildiyi kimi bunun üçün müvafiq qərar, torpaq sahələrindən istifadə edilməsinə əsas verən məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanınınqərarı(sərancamı)mövcudolmalıdır.

53. Bununla belə Məhkəmə kollegiyası onu da qeyd edir ki, 2000-ci il ## ###### tarixdən qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun dövlət əmlakının özəlləşdirilməsinə dair əqdlərin rəsmiləşdirilməsi ilə bağlı ümumi qaydaları müəyyənləşdirən 29-cu maddəsinə görə özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər (bu Qanunun 29.6-cımaddəsi).

54. Göründüyü kimi bu maddədə özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri barəsində belə obyektlərin yerləşdiyi torpaq sahələrinin həmçinin də müvafiq qərar (müqavilə) əsasında daimi və ya müvəqqəti istifadəyə verilməsi də nəzərdə tutulmuşdur.

55. Bununla belə Məhkəmə kollegiyası onu da vurğulayır ki, çıxarış 2019-cu il ## ###### tarixdə verilsə də hazırki iş üzrə cavabdehlə bağlı olan özəlləşdirmə prosesi 1997-ci ildə başlamışdır. Hazırda qüvvədə olan Qanunun 29.6-cı maddəsi də (bax § 26) daxil olmaqla digər müddəaların əvvəlki münasibətlərə şamil olunması ilə bağlı hər hansıqaydamüəyyənləşdirilməmişdir.

56. Mülki Məcəllənin 7.2-ci maddəsində müəyyənləşdirilən qaydaya görə də yalnız qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Hazırki halda çıxarışda torpaq sahəsi üzərində cavabdehin istifadə hüququ göstərildiyindən, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən həmin istifadə hüququnun hansı hüquqi əsasla yarandığı, istifadə hüququnun yaranması üçün qanunvericilikdə göstərilən qaydada müvafiq qərarın (müqavilənin) mövcud olubolmadığı

57. araşdırılmalı və bunun əsasında mübahisəyə yuxarıda sadalanan normalara uyğun hüquqi qiymət verilməli idi. Bu halın müəyyənləşdirilməsinin zəruriliyi həmçinin ondan irəli gəlir ki, Torpaq Məcəlləsinin tələblərinə əsasən torpağın istifadəyə verilməsinə görə torpaq vergisi istisna olunmaqla hər hansı haqq alınmır. Bundan fərqli olaraq, Torpaq Məcəlləsinin 51-ci maddəsinə görə icarə hüququ torpaqdan əvəzi ödənilməkləmüddətliistifadədir.

58. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, bu halları araşdırmadan mübahisəli torpaq sahəsinin tamamilə qanuni əsaslarla cavabdehin istifadəsində olması barədəapellyasiyaməhkəməsiningəldiyinəticəməqbulhesabediləbilməz.

59. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvəonlardanistifadəetməlidir(MPM-in 14.1, 14.2-cimaddəsi).

60. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuxxxxya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 80, 81, 88-ci maddələri).

61. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindənonlarınəlavəqiymətləndirilməsinəzərurətyoxdur.

62. Beləliklə, apellyasiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə riayət etməmiş, bu isə düzgün olmayanqətnaməqəbuledilməsiilənəticələnmişdir.

63. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhəqiqihallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır(MPM-in 217.1, 217.3, 217.4-cümaddələri). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla istifadə hüququnun hansı hüquqi əsasla yarandığı, istifadə hüququnun yaranması üçün qanunvericilikdə göstərilən qaydada müvafiq qərarın (müqavilənin) mövcud olubolmadığı

64. araşdırılmalı və bundan irəli gəlməklə zərər vurulub-vurulmaması, vurulmuş zərərin əsassız varlanma qaydasında təmin olunması məsələsi həll edilməklə qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

65. Göstərilənləri və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiyaşikayətiqisməntəminedilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-**/**** nömrəli 2026-cıil########tarixliqətnaməsiləğvedilsin. Iştəkrarbaxılmasıüçünhəminməhkəməyəqaytarılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar