Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-28/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının Iddiaçı (qarşılıqlı cavabdeh) iddiaçı2 Istehsal-Kommersiya Firmasının cavabdeh (qarşılıqlı iddiaçı) “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş vəsaitin qaytarılması, müqaviləyə xitam; kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı iddiaçı2 Istehsal-Kommersiya Firmasının cavabdeh “xxxx” ASC-yə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması və müqaviləyə xitam verilməsi tələbinə dair” ilkin, “xxxx” ASC-nin cavabdeh iddiaçı2 Istehsal-Kommersiya Firmasına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. iddiaçı2 Istehsal-Kommersiya Firması ilə “xxxx” ASC arasında bağlanmış 2015ci il ## ##### tarixli *************** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % ödənilməsi şərtilə 19.110.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə borcun təminatı olaraq X3 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, 1,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X4 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi; X6 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, 1,75 ha torpaq sahəsi; Qurbanova (Babayeva) Yeganə Əliqulu qızı arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi; X13 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi; X5 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı 1,74 ha torpaq sahəsi, X1 məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllə, 35 H ünvanında istifadədə olan 0,14337 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1 225.8 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 885.1 kv.m təşkil edən hissəsi; iddiaçı2 IKF-yə məxsus Bakı şəhəri, Binəqədi rayonuBinəqədi şossesi, 59 ünvanında icarədə olan 0.31586 ha torpaq sahəsində yerləşən 3605,7 kv.m ümumi, 1 882,8 kv.m əsas, 1 722,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə, X1 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, 5,0 ha torpaq sahəsi; X2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3,44 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Sonradan bankla ipoteka qoyanlar arasında bağlanmış 2020-ci il ## ###### tarixli sazişlərinə əsasən müvafiq ipoteka predmetlərinin məhkəmədən kənar qaydada hərracda satışı həyata keçirilmiş və həmin hərraclarda ipoteka predmeti olan əmlaklar bank tərəfindən əldə edilmişdir.
3. Kredit müqaviləsinə 2015-ci il ## ###### tarixli ** nömrəli, 2015-ci il # ###### tarixli ** nömrəli, 2016-cı il # ####### tarixli ** nömrəli, 2016-cı il # ###### tarixli ** nömrəli, 2017-ci il ## ### tarixli ** nömrəli, 2017-ci il # ###### tarixli ** nömrəli və 2017ci il ## ###### tarixli ** nömrəli Əlavə sazişlər bağlanmışdır.
4. ** nömrəli sonuncu Əlavə sazişin 1.1-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borc alana verilmiş kredit məbləğinin 415.000 ABŞ dolları artırılaraq 20.544.519,19 ABŞ dolları məbləğində müəyyən edilməsi ilə bağlı dəyişiklik edilmişdir. Əlavənin 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu əlavə sazişin imzalanması tarixinə borc alanın kredit müqaviləsi üzrə əsas borcunun qalığı 14.465.000 ABŞ dolları məbləğini təşkil edir. Kreditin müddəti 2019-cu il ## ##### tarixədək uzadılmışdır.
5. Ipoteka saxlayan “xxxx” ASC ilə ipoteka qoyan şəxslər arasında, eyni zamanda “xxxx” ASC ilə iddiaçı2 X9 arasında imzalanmış 2020-ci il ## ###### tarixli məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişin 4.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması anına ipoteka predmetinin satılması hesabına ipoteka saxlayanın ödənilməli olan tələblərinin həcminə 1) kredit müqaviləsi üzrə borc alanın ipoteka saxlayan qarşısında 14.780.000 ABŞ dolları məbləğində əsas borcu, 2) kredit müqaviləsi üzrə borc alanın ipoteka saxlayan qarşısında 1.909.811,11 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu olmaqla, cəmi 16.689.811,11 ABŞ dolları təşkil edir. Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. iddiaçı2 Istehsal-Kommersiya Firması (bundan sonra – “iddiaçı”) “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”xxxx“ASC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 2.000.000 manat pul vəsaitinin geri qaytarılması və 2015-ci il ## ##### tarixli kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin qüvvədə olduğu müddətdə təsərrüfat fəaliyyətində yaranmış çətinliklərlə bağlı olaraq iddiaçının öhdəliklərinin icrasında ləngimələr olmuşdur. Bununla əlaqədar olaraq, 2020-ci il ## ###### tarixində iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakların məhkəmədənkənar qaydada satılmaqla borcun ödənilməsinə dair qərar qəbul edilmiş, 2020-ci il ## ####### tarixində “xxxx” MMC tərəfindən hərrac təşkil edilmiş və ipoteka ilə yüklü edilmiş əmlaklar cavabdeh tərəfindən alınmışdır. Bununla da, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmişdir. Bir müddət əvvəl, qeyd edilən kredit müqaviləsi üzrə guya iddiaçının bank qarşısında öhdəliklərinin mövcud olmasına, guya öhdəliklərin tam icra olunmamasına dair cavabdeh tərəfindən firmaya 2023-cü il ## ###### tarixli xəbərdarlıq məktubu ünvanlanmış, bununla əlaqədar, arxiv sənədləri ailə üzvləri tərəfindən araşdırılarkən məlum olmuşdur ki, öhdəliklər yerinə yetirilmiş, cavabdehə müqavilə üzrə nəzərdə tutulan vəsaitdən 2000000 manatdan artıq vəsait ödənilmişdir. Hal-hazırda, cavabdeh bununla bağlı üzləşmələr aparılmasından, müvafiq hesablaşmaların razılıqla bağlanmasından imtina edir, bunun danışıqlar yolu ilə həllindən yayınır.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 5.106.597,86 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditin qaytarılması müddətinin bitdiyi 2019-cu il ## ##### tarixinə kimi kreditdən istifadəyə görə hesablanmış 934.741,66 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi 2019-cu il ## ##### tarixdən 2024-cü il ## ######## tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2.118.356,14 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 8.159.695,66 ABŞ dolları məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 7.725,74 manat məbləğində çəkilmiş xərclərin tutulmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə tərəflərin razılaşması ilə müvafiq ipoteka predmetlərinin məhkəmədən kənar qaydada satışı həyata keçirilmiş və müvafiq hərraclarda həmin əmlaklar Bank tərəfindən əldə edilmişdir. Ipoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq ödənilməmiş borc qalmışdır. Belə ki, 2023-cü il ## ###### tarixə kredit müqaviləsi üzrə borc alanın Bank qarşısında gecikdirilmiş ümumi borcu 6041339,52 ABŞ dolları məbləğindən ibarət olmuşdur ki, bunun da 5.106.597 ABŞ dollarını vaxtı keçmiş əsas borc məbləği, 934.741,66 ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir.
10. Iddiaçı qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiqi barədə ərizə verərək, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmiş və göstərmişdir ki, müqavilə üzrə öhdəliklərin son icra tarixi 2019-cu il ## ##### tarixi müəyyən olunmuşdur və 2022-ci il ## ##### tarixində 3 illik iddia müddəti bitmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il ## #### tarixli rəyinin 3-cü sual üzrə nəticəsinə əsasən 2015-ci il ## ##### tarixli Kredit müqaviləsi üzrə “xxxx” ASC-nin müəyyən etdiyi iddiaçı2 X9 2020-ci il ## ###### tarixə banka olan 14.780.000 ABŞ dolları məbləğində əsas borc və 1.909.811,11 ABŞ dolları faiz borcdan 2020-ci il ## ###### tarixli məhkəmədən kənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişlərə və 2020-ci il ## ####### tarixli hərracın yekunları üzrə alqı-satqı müqavilələrinə əsasən iddiaçı2 Istehsal-Kommersiya Firmasının əmlaklarının satışından əldə edilmiş vəsaitdən hərrac xərci və sadələşdirilmiş vergi borcu çıxıldıqdan sonra müəyyən edilmiş 11.221.258,58 ABŞ dolları 14.780.000 ABŞ dolları əsas borcdan çıxıldıqda iddiaçı2 Istehsal-Kommersiya Firmasının banka olan əsas borcu 3.558.741,42 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 975.069,45 ABŞ dolları təşkil edir.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ####### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2015-ci il ## ##### tarixli kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.106,597,86 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları, cəmi 6.041.339,52 ABŞ dolları və əsas borca illik 5% hesablanmaqla 1.361,759,43 ABŞ dolları məbləğində məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla iddiaçıdan tutularaq ASC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
13. Məhkəmə göstərmişdir ki, 2020-ci il ## ###### tarixli sazişi imza və möhürü ilə təsdiq etməklə iddiaçının cavabdehə ümumilikdə, 16.689.811,11 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etməsi işin digər mübahisələndirilməyən halıdır. Ekspert rəyinə əsasən müəyyən edilmiş 3.558.741,42 ABŞ dolları əsas borc məbləği ilə, iş materiallarına əlavə olunmuş 2020-ci il ## ####### tarixli ödəniş sənədinə əsasən dövlət büdcəsinə ƏDV üçün ödənilmiş 2.631.355,93 manat (1.547.856,43 ABŞ dolları) toplandıqda əsas borc 5.106.597,85 ABŞ dolları təşkil edir. Ona görə də əsas borc üzrə 5.106.597,85 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları məbləğində pul iddiaçıdan tutulmalıdır.
14. Iddia müddəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti, ** nömrəli Əlavə Saziş ilə 2019-cu il ## ##### tarixinədək uzadılmışdır, yəni, zahirən iddia müddətinin axımı 2019-cu il ## ##### tarixdən başlamışdır. Ancaq yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış 2020-ci il ## ###### tarixli məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişdə, borclu tərəf (sazişdə ipotekaqoyan kimi göstərilsə də) əsas və faiz borcunun olduğunu etiraf etmişdir. Bu isə, o nəticəyə gəlmək üçün əsasdır ki, 2020-ci il ## ######v tarixdə iddia müddətinin axımı kəsilmişdir. Qarşılıqlı iddiaçı isə məhkəməyə iddia müddəti keçmədən 2023-cü il ## ###### tarixdə müraciət etmişdir.
15. Əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış borc tələbinə aid hissədə məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 2019-cu il ## ##### tarixədək uzadılmış, qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə isə məhkəməyə 2024-cü il ## ######## tarixində, yəni təxmini 64 ay sonra müraciət edilmişdir. Cavabdeh tərəfin əsas borca illik 5 faiz hesablanmaqla 1.361.759,43 (5.106.597,85x5/100=255.329,892 (1 il üçün), 255.329,892/12=21.277,491 (1 ay üçün), 21.277,491x64=1.361.759,43 ABŞ dolları məbləğində borcu vardır.
16. Beləliklə, iddiaçının ASC-yə borcu olduğundan, artıq ödənilmiş pulun geri qaytarılması tələbi təmin edilə bilməz.
17. Məhkəmə qeyd etmişdir ki, hazırda Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi iddiaçı tərəfindən pozulduğundan müqavilə ləğv edilmiş hesab edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin ( bundan sonra – “MM”) 372.1, 372.2, 373.2, 375.2, 421.2, 739.1, 741, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir.
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli rəyinə görə, iddiaçının 2020-ci il ## ###### tarixdən (sualda göstərilən tarix) 2020-ci il ## ####### tarixədək (sualda göstərilən tarix) illik 5% hesablanmaqla banka olan faiz borcu 102.638,89 ABŞ dolları, 2020-ci il ## ####### tarixdən (sualda göstərilən tarix) 2024-cü il ## ######## tarixədək (sualda göstərilən tarix) 1.040.647,81 ABŞ dolları məbləğində, 2020-ci il ## ###### tarixdən (sualda göstərilən tarix) 2024-cü il ## ######## tarixədək (sualda göstərilən tarix) 987.275,58 məbləğində məbləğində müəyyən edilir.
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 oktyabr tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qismən –2015ci il ## ##### tarixli kredit müqaviləsi üzrə əsas borca illik 5%-lə hesablanmış faizlərin tutulması barədə qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsində - dəyişdirilməklə, əsas borca illik 5 %-lə hesablanmış ödənişin günündə Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq, manatla iddiaçıdan tutulmalı olan faizlərin məbləğinin 1040647,81 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməklə, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddiaçıdan ASC-nin xeyrinə tutulacaq məbləğin 6720 manat müəyyən edilməsi, ASC-dən artıq ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən ona qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, qət edilmişdir (hakimlər: L.Əliyeva– sədrlik edən və məruzəçi, T.Mahumudova və Z.Şirinov).
23. Məhkəmə kollegiyası ekspert rəylərində müəyyən edilmiş əsas və faiz borc məbləğlərinin fərqlənməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyləri arasında uyğunsuzluqlar həmin ekspertizalar keçirilərkən məhkəmə tərəfindən ekspert qarşısında fərqli suallar qoyulması və birinci ekspert rəyinin 2020-ci il ## ###### tarixli sazişlə tərəflərin həmin tarixə razılaşdırdıqları əsas və faiz borcunun məbləği nəzərə alınmadan verilməsi ilə bağlı olmuşdur. Belə olan halda isə istinad edilən hallar ekspert rəylərinin əsaslılığını şübhə altına almır, məhkəmənin tərəflər arasında bağlanmış sazişlərdə müəyyən edilmiş borc məbləğləri əsas götürülməklə kredit müqaviləsi üzrə borc məbləğlərini müəyyən etmiş 2024-cü il ## #### tarixli ekspert rəyi ilə razılaşmaması üçün əsas yoxdur. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə borc həmin rəy nəzərə alınmaqla müəyyən edilməlidir.
24. Digər tərəfdən ASC tərəfindən ipoteka predmeti olan əmlakların satılması ilə bağlı iddiaçının ƏDV subhesabına 2.631.355,93 manat (1.547.856,43 ABŞ dolları) ƏDV ödənilmişdir. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, ipoteka predmetlərinin satışından əldə edilmiş məbləğdən tutulması nəzərdə tuutlan ƏDV-nin bank tərəfindən iddiaçıya ödənilməsi nəzərə alınmalı və ipoteka predmetlərindən satılmasından bank tərəfindən əldə edilmiş və borcun ödənilməsinə yönəldilmiş məbləğ müəyyən edilərkən bank tərəfindən ödənilmiş ƏDV məbləği ipoteka predmetlərinin satış qiymətindən çıxılmalıdır (hərrac xərci və sadələşdirilmiş vergi borcu ekspert tərəfindən artıq çıxılmışdır).
25. Banka nağd şəkildə ödənişlərin edilməsi barədə iddiaçının dəlillərinə və bunu təsdiq etmək üçün apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə münasibətdə kollegiya göstərmişdir ki, iddiaçı məhkəmə təqdim etdiyi sənədlərin birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmamasını sübutların Rusiya Federasiyasında olması və onların Azərbaycan Respublikasına gətirilməsinin və tərcüməsinin vaxt tələb etməsi ilə əsaslandırmışdır. Məhkəmə birincin instansiya məhkəməsində icraatın 1 il 2 ay davam etdiyini nəzərə alaraq hesab etmişdir ki, tərəfin müvafiq sənədlərin gətirilməsi və tərcüməsi üçün kifayət qədər vaxtı mövcud olmuşdur. Odur ki, həmin sübutların apellyasiya instansiya məhkəməsi tərəfindən sübut qismində qəbul edilməsi Mülki Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən istisna edilir.
26. Iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, kredit müqaviləsi üzrə kreditin verilmə müddəti 2019-cu il ## ##### tarixdə bitsə, yəni həmin kredit müqaviləsi üzrə əsas və faiz borcu tələbi üzrə iddia müddətinin axımı ##.##.2020-ci il tarixdən başlasa da, iddiaçının bankla bağladığı 2020-ci il ## ###### tarixli sazişdə mübahisəli kredit müqaviləsi üzrə borcun mövcudluğunu qəbul etməklə və həmin borcun məhkəmədəkənar qaydada ipoteka predmetinin satılması hesabına ödənilməsinə razılıq verməklə borcu etiraf edən hərəkətlər etmiş, eyni zamanda 2020-ci il ## ###### tarixdə kredit müqaviləsi üzrə borcdan ipoteka predmetlərinin satışdan əldə edilmiş məbləğ hesabına ödəniş edilmiş, bununla iddia müddətinin axımı kəsilmiş və iddia müddəti yenidən başlamışdır.
27. Illik 5 faiz borc tələbinə aid hissədə məhkəmə göstərmişdir ki, hazırkı halda 2020ci il ## ###### - 2020-ci i 15 oktyabr tarixləri arası dövrdə tərəflərin razılaşmasına uyğun olaraq kredit müqaviləsi üzrə öhdəliyinin icrası üçün ipoteka predmeti olan əmlakların satılmasının həyata keçirildiyini, həmin əmlaklar satılanadək borclunun əmlaklarının satışından əldə ediləcək və kreditin bağlanmasına yönəldiləcək pul vəsaitinin həcmi, belə olan halda həmin vəsaitin kredit borcunun ödənilməsinə yönəldildikdən sonra kredit müqaviləsi üzrə borcun qalıb-qalmayacağı məlum olmadığından kollegiya hesab etmişdir ki, sözügedən müddət ərzində iddiaçı kredit borcunun ödənilməsinin gecikdirilməsində təqsirli olmamışdır. Odur ki, hazırkı halda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlər 2020-ci il ## ####### tarixdən, yəni ipoteka predmetləri hərracda satıldığı tarixdən sonrakı dövr üçün hesablanmalıdır.
28. Həmçinin məhkəmə göstərmişdir ki, qarşılıqlı iddiaçının 5 faiz tələbinin məhkəmə tərəfindən əsaslı hesab edilmiş hissəsi hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəlki 2 il 10 aylıq dövrü, yəni 3 ildən az dövrü əhatə etdiyindən tələbin həmin hissəsi üzrə də iddia müddətinin buraxılması öz təsdiqini tapmır.
29. Məhkəmə kollegiyası mövqeyini MM-in 372.1, 372.2, 373.2, 377.2, 375.1, 375.2, 445.7, 739, 743, MPM-in 77.1, 119.1, 119.5, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianın təmin edilməyən hissələrində ləğv edilməsini və həmin hissələrdə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
31.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.xxxxmüəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulmasıxxxxlazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarlaxxxxöhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkətxxxxhərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzəxxxxkobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə) ... 445.7. Borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. ...”
“Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəYə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulaxxxxdigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pulxxxxeyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “
“Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.”
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).
38. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
40. Apellyasiya məhkəməsi göstərmişdir ki, hazırkı halda 2020-ci il ## ###### -2020ci il ## ####### tarixləri dövründə tərəflərin razılaşmasına uyğun olaraq kredit müqaviləsi üzrə öhdəliyinin icrası üçün ipoteka predmeti olan əmlakların satılmasının həyata keçirildiyini, həmin əmlaklar satılanadək borclunun əmlaklarının satışından əldə ediləcək və kreditin bağlanmasına yönəldiləcək pul vəsaitinin həcmi, belə olan halda həmin vəsaitin kredit borcunun ödənilməsinə yönəldildikdən sonra kredit müqaviləsi üzrə borcun qalıb-qalmayacağı məlum olmadığından sözügedən müddət ərzində iddiaçı kredit borcunun ödənilməsinin gecikdirilməsində təqsirli olmamışdır. Ona görə də Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlər 2020-ci il ## ####### tarixdən, yəni ipoteka predmetləri hərracda satıldığı tarixdən sonrakı dövr üçün hesablanmalıdır.
41. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir. 42.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsixxxxdəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.