Məhkəmə qərarları › İş №2-2(1-8)-286/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-286/2026

10.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-286/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı Veli Kulievin cavabdehlər “X2” Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla) mübahisə üzrə QƏRARİ Açar sözlər: kredit və ipoteka müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı Veli Kulievin cavabdehlər “X2” ASC-yə və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla) “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı Kuliev Veli (borc alan) ilə cavabdeh “xxxx” ASC (borc verən) ilə arasında 2021-ci il ## ######## tarixli əsas kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən iddiaçıya 240.000 manat məbləğində illik maksimum faizlə, minimum 1 ay maksimum 120 ay müddətinə əlavə kredit müqavilələri bağlanılmaqda kredit verməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilə çərçivəsində eyni tərəflər arasında bağlanmış 2023-cü il ## ####### tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 24 ay müddətinə aylıq 16 faizlə 150.000 manat məbləğində kredit verilmişdir.

3. Əsas kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış əlavə kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin təminatı olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə 2021-ci il ## ######## tarixli **UGI/** saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətində olan ünvan 2 ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Iddiaçı Kuliev Veli kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməməsi səbəbindən cavabdeh “X2” ASC tərəfindən iddiaçı Veli Kulievə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 2024-cü il ## ######## tarixli hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra cavabdeh “xxxx KB” ASC icra qeydinin qoyulması barədə notariusa müraciət etmiş və 2024-cü il # ###### tarixdə Bakı şəhəri * saylı notariat ofisinin notariusu tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi aparılmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. (Birinci iş)

6. Iddiaçı Veli Kuliev (bundan sonra – “iddiaçı”xxxx“X2”xxxx“xxxx”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx ilə bağlanmış ünvan 1 ünvanında yerləşən * nömrəli mənzilə dair 2021-ci il ## ######## tarixli, **UGI/** nömrəli ipoteka müqaviləsinin (bundan sonra – “ipoteka müqaviləsi”) etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı banka etibar edərək müqavilələrin bağlanmasına razılıq vermişdir. Lakin Bank iddiaçının etibarından sui-istifadə edərək əmlakı ipoteka ilə yüklü edən zaman qiymətini dəyərindən qat-qat aşağı müəyyən etmişdir. Belə ki, iddiaçının mənzili tam təmirli olmaqla ümumi sahəsi 77,17 kv.m təşkil edir. Buna baxmayaraq mənzil 92.000 manat qiymətləndirilmiş və girova götürülmüşdür. 2021-ci il tarixində götürülən kredit bağlandıqdan sonra 2023-cü il tarixində təkrarən iddiaçıya kredit verilmiş və 2023-cü il ## ####### tarixli, ***G/** nömrəli kredit müqaviləsi bağlanmışdır. Bu kredit müqaviləsi bağlanan zaman iddiaçı mənzilini girov qoymamışdır. Bu halda da xxxx iddiaçını aldadaraq əmlakını ikinci dəfə girov götürmüş lakin bu barədə iddiaçıya heç bir sənəd təqdim etməmişdir. Iddiaçı yalnız 2021-ci il tarixli kredit müqaviləsi üzrə əmlakını girov qoymuşdur. Bank tərəfindən iddiaçıya 2023-cü il ## ####### tarixli, ***G/** nömrəli əlavə kredit müqaviləsi üzrə əmlakımın girova götürülməsinə dair heç bir sənəd verilməmişdir. Iddiaçı Rusya Federasiyasının vətəndaşıdır və latın qrafikalı əlifba ilə nə yaza bilir nə də oxuya bilir. Bank da bundan istifadə etməklə iddiaçını aldatmış və mənzili 92.000 manat məbləğində qiymətləndirmişdir. Hazırda isə öz hüquqlarından suiistifadə edərək əmlak barədə icra qeydi verdirərək əmlakı 92.000 manata əldə etməyə çalışmışdır. 2023-cü il ## ####### tarixli Əlavə kredit müqaviləsi də latın qrafiki ilə və kiçik həriflərlə yazılmış, iddiaçı da onu oxuya bilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

9. (Ikinci iş)

10. Iddiaçı cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı “*İ-**** nömrəli, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı Notariat Ofisi tərəfindən verilmiş iş üzrə xxxx-nin xeyrinə ondan 124.235,71 manat tutulması və tələbin X1 mülkiyyətində olan iş üzrə ipoteka predmetinə yönəldilməsinə dair *İ-**** nömrəli, 2024-cü il # ###### tarixli Icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia onunla əsaslandırılmışdır ki, 2023-cü il ## ####### tarixində iddiaçı ilə xxxx arasında (Qara Qarayev filialı) ***G/** nömrəli əlavə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya verilən kredit məbləği 150.000 manat təşkil etmişdir. Kredit 24 ay müddətinə, 2025-ci il ## ####### tarixinədək illik 16 faizlə ödəmək şərti ilə verilmişdir. Kredit məbləği (8.200 manat) bank qarşısındakı 2023-cü il ## #### tarixli, **G/** saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə, qalan 141.800 manat hissəsi isə dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmişdir. Göründüyü kimi müəyyən fazlə bağlanmış və aylıq əsas borcla yanaşı faiz borcu da ödənilmişdir. Faizlərin ödənilməsinə ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi mövcuddur. Qeyd olunan kredit müqaviləsinin təmini kimi X1 mülkiyyətində olan ipoteka predmeti ipoteka ilə yüklü edilmişdir. Icra qeydindən bu barədə iddiaçı Sabunçu rayonu Icra şöbəsi tərəfindən qəbul edilmiş 2024-cü il # ###### tarixli icraata başlamaq haqqında qərar 2024-cü il # ###### tarixində poçt vasitəsi ilə verildiyi zaman iddiaçı xəbər tutmuşdur. Bundan sonra iddiaçı Sabunçu rayon Icra şöbəsinə gedərək məsələnin nədən ibarət olması ilə maraqlanmışdır. Orada məlum olmuşdur ki, cavabdeh iddiaçıya xəbər vermədən bu üsula əl atmışdır. Halbuki hazırda Bakı Kommersiya Məhkəməsində iddiaçı ilə bu müqaviləyə dair mübahisə gedir.

12. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, 2025-ci il ## ###### tarixli qərardadı ilə iddiaçının cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı “*İ-**** nömrəli, 2024-cü il # ###### tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan hazırkı işlə bir icraatda birləşdirilmişdir.

13. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq xxxx-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Iddiaçının 2024-cü il ## ######## tarixli maliyyə arayışına əsasən ***G/** saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 116.116,77 manat, faiz borcu üzrə 6.607,57 manat, cərimə borcu üzrə 1.511,37 manat, cəmi 124.235,71 manat borcu yaranmışdır. Odur ki, 2024-cü il ## ######## tarixində ipoteka qoyanın qeydiyyat ünvanına ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildirişlər göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra bildiriş təqdim olunmuş sayılmışdır. 2024-cü il # ####### tarixində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. 2024-cü il # ####### tarixində borc alanın qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. Borcalan və ipoteka qoyana göndərilmiş bildirişlər imzalanaraq qəbul edilmişdir. Bundan əlavə, ipoteka müqaviləsinin 1.5-ci bəndində göstərilən elektron ünvan 1 elektron poçt ünvanına bildiriş göndərilmişdir. Iddiaçı Bakı Kommersiya Məhkəməsində (Hakim Kənan Hüseynov) kredit üzrə faizlərin dayandırılması, müqavilənin restruktizasiya edilərək müdətinin uzadılması tələbinə dair xxxx-yə qarşı iddia qaldırmışdır. Məhkəmə proseslərində də bank məhkəməyə bildirişləri təqdim etmişdir. “Ipoteka haqqında” Qanununda tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində nə şikayət edilib, nə də həmin bildiriş məhkəmə tərəfindən etibarsız hesab edilməyib.

14. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Ü.Həsənova).

15. Məhkəmə müəyyən etmişdir ki, iddia tələbi 2021-ci il ## ######## tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır. Belə ki, iddiaçı etibarsızlığını tələb etdiyi müqaviləni 2021-ci il ## ######## tarixində şəxsən imzalamış, müqavilənin bir nüsxəsi ona verilmişdir.

16. Iddiaçının həmin müqaviləni oradakı yazıların kiçik şriftlərlə yazılması səbəbindən oxumaqda çətinlik çəkməsi, habelə latın qrafikası ilə oxumaya bilməməsi səbəbindən ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə 92.000 manat qeyd olunmasını yalnız hazırkı icra qeydi üzrə icra icraatına başlanılanda icra məmuru tərəfindən məlumatlandırılması barədə dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının göstərdiyi xüsusatlar müqavilənin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, ipoteka müqaviləsi 2021-ci il ## ######## tarixində imzalanmış, iddiaçı hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin iyun ayında, yəni müqavilənin bağlanmasından 4 il sonra məhkəməyə müraciət etmiş, keçən bu müddət ərzində həmin müqavilə nə iddiaçı, nə də ipoteka qoyan tərəfindən mübahisələndirilməmişdir.

17. Iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab etmişdir ki, qanunvericilikdə müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

18. Məhkəmə iddianı ikinci, icra qeydinin ləğv edilməsi hissəsində də əsassız hesab etmişdir. Belə ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozmuş, banka ödəməli olduğu məbləğləri vaxtında ödəməmiş, bu səbəbdən xxxx kredit müqaviləsini birtərəfli qaydada ləğv etməsi, ipoteka predmetinə dair tutma yönəldilməsi ilə bağlı icra qeydinin verilməsi ilə bağlı müraciət edəcəyi barədə iddiaçıya və ipoteka qoyana 2024-cü il ## ######## tarixdə bildiriş göndərmiş, həmin bildiriş iddiaçıya 2024cü il # ####### tarixdə, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə 2024-cü il ## ######## tarixdə rəsmi qaydada çatdırılmışdır. Göstərilən bildiriş 2024-cü il ## ######## tarixində ipoteka qoyana məxsus elektron ünvan 2 elektron poçt ünvanına da göndərilmişdir (elektron poçt ünvanı ipoteka müqaviləsinin 1.5-ci bəndində qeyd edilmişdir).

19. Iddiaçı məhkəmə iclasında həmin bildirişin tərəfindən alınmadığını, cavabdeh bankın məhkəməyə təqdim etdiyi poçt qəbzində olan imzanın ona məxsus olmadığını bildirsə də, məhkəmə iclasına gətirdiyi qovluqdan həmin bildirişi çıxararaq məhkəməyə təqdim etmiş, latın qrafikası ilə oxuya bilmədiyini, poçtun gətirdiyi məktubların çox olması səbəbindən həmin sənədə vaxtında əhəmiyyət vermədiyini bildirmişdir. Cavabdeh bank bildiriş göndərildikdən sonra 2024-cü il # ####### tarixində, yəni ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ipoteka qoyana və borcluya göndərildiyi tarixdən sonra 3 iş günü müddətində tutmanın DƏDRX-də qeydə alınması barədə müraciət etmiş, bildiriş DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, 1 iş günü müddətində, yəni 2025-ci il # ####### tarixində qeydə alınmışdır. Ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər nə iddiaçı, nə də ipoteka qoyan tərəfindən mübahisələndirilməmiş, Bakı şəhəri * saylı notariat ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 2024-cü il # ###### tarixində icra qeydi verilərək müvafiq icra şöbəsinə göndərilmişdir.

20. Iddiaçı tərəf bankın notariat ofisinə təqdim etdiyi maliyyə arayışında göstərilən borclarla razı olmadığını, bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda ödədiyi vəsaitlərin hamısının nəzərə alınmadığını bildirsə də, həmin hesabdan çıxarışda əks olunmayan hər hansı ödənişi təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş, sonuncu ödənişi 2024-cü il ## ###### intarixdə etdiyini (200 manat olmaqla) məhkəmə iclasında təsdiq etmişdir. Iddiaçı icra qeydinin verildiyi tarixə faktiki borcun ümumiyyətlə hansı həcmdə olması barədə məlumatı (hesablamalar barədə hər hansı sübutu) məhkəməyə təqdim etməmişdir.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən icra qeydi qanunvericiliyə müvafiq formada tərtib edildiyindən onun ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, icra qeydində göstərilən borcların mövcudluğu və borcun ipoteka predmetinə yönəldilməsi imkanları iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur. Tələbkar tərəfindən borcluya və ipoteka qoyana bildirişlər ünvanlanması ilə bağlı adıçəkilən Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Buna görə də icra qeydinin aparılması ilə bağlı bildirişlərin göndərilməməsi ilə bağlı iddiaçının dəlilləri əsassızdır.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 337.1, 337.2, 337.3, 337.4 və 354.2-cü maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7, 36.1, 36.2, 36.2.1, 36.2.2, 36.2.3, 36.2.4, 36.3, 36.3-1, 36.4, 36.4.1, 36.4.2, 36.5, 36.6, 37.1 və 38.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

25. Məhkəmə ilk növbədə iddiaçı tərəfindən irəli sürülmüş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsinə əsas kimi müqavilənin məzmunu barədə aldadılmasına istinad etsə də, həmin halı sübuta yetirə bilməmişdir. Bununla bağlı məhkəmə birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmışdır ki, iddiaçının istinad etdiyi digər hallar - yazıların kiçik şriftlərlə yazılması səbəbindən oxumaqda çətinlik çəkməsi, latın əlifbasını bilməməsi kimi hallar müqavilə bağlanarkən aldadılmasına dəlalət etmir və belə olan halda müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir. Bundan əlavə, ipoteka müqaviləsi 2021-ci il ## ######## tarixində imzalanmış, iddiaçı hazırkı iddia tələbi ilə yalnız 2025-ci ilin iyun ayında, yəni müqavilənin bağlanmasından 4 il sonra məhkəməyə müraciət etmiş, keçən bu müddət ərzində həmin müqavilə nə iddiaçı, nə də ipoteka qoyan tərəfindən mübahisələndirilməmişdir. Odur ki, iddiaçının hazırkı iddianı qaldırarkən iradə zədələnməsi ilə bağlanmış əqdlərin mübahisələndirlməsi üçün MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddəti ötürməsi də açıq-aşkar olmuşdur.

26. Icra qeydinin ləğv edilməsi barədə iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən icra qeydi ipoteka predmetinə tutma yönəldilməsi barədə aparılmışdır. Pul məbləğlərinin tutulması və əmlakın alınması barədə verilmiş icra qeydlərindən fərqli olaraq qanunverici ipoteka predmetlərinə tutma yönəldilməsi barədə icra qeydlərinin aparılmasının xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, “Ipoteka haqqında” Qanunu ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərildikdən sonra borclu tərəfin 21 gün ərzində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququnu təsbit etmiş (belə bir hüquq icra qeydlərinin əsasında duran digər tələblər üçün nəzərdə tutulmamışdır) və məhkəmə tərəfindən həmin şikayətə baxılarkən ipoteka predmetinin hesabına tutulmalı olan borc məbləğinin (faiz və dəbbə pulu da daxil olmaqla) yenidən hesablanmalı olmasını xüsusi olaraq vurğulamışdır. Hazırkı halda isə ipotekaya tutma yönəldilməsi barədə bildiriş ipoteka qoyan və borc alana göndərildikdən 21 təqvim günü ərzində həmin ipotekaya tutma yöndəldilməsi barədə məhkəməyə şikayət edilməmiş, yəni icra qeydinin verilməsi üçün əsas olmuş tələbin əsaslılığı qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmişdir. Bundan əlavə borclu və ipoteka qoyan müvafiq bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilmiş borc məbləği ilə razılaşmadığını ipoteka saxlayana və ya notariusa hər hansı bir formada bildirməmiş, həmin məbləğə etiraz etməmişlər.

27. Eyni zamanda ipotekaya tutma yönəldilməsi barədə tələbdə göstərilmiş məbləğ mübahisəli olduğundan notarius tərəfindən icra qeydini aparılmasının qanunsuz olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hər hansı tələbin mübahisəli olması iki meyarla, birincisi, həmin tələbin əsasını təşkil edən sənədlərin mübahisəli olması və ya natam oması ilə, ikincisi, borclu tərəfin öz öhdəliyinə münasibəti ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iş materiallarında olan notariat işinə əlavə edilmiş sənədlərə görə, ipotekaya tutma yönəldilməsi barədə icra qeydi aparılarkən təqdim edilməsi zəruri olan bütün sənədlər notariusa təqdim edilmişdir. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi qanunverici ipotekaya tutma yönəldilməsi barədə icra qeydinin aparılması imkanını ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərildiyi tarixdən 21 təqvim günü müddətində “Ipoteka haqqında” qanunun 37.3-cü maddəsində göstərilən qaydada şikayətin məhkəməyə təqdim edilmədiyi hallarla məhdudlaşdırmaqla faktiki olaraq müvafiq şikayətin verilib-verilməməsini ipotekaya tutma yönəldilməsi barədə tələbin mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün meyar olaraq göstərmişdir. Odur ki, məhkəmə notariusun ipotekaya tutma yönəldilməsi barədə bildirişin göndərildiyi tarixdən 21 təqvim günü ərzində məhkəməyə şikayət verilməməsini və ya borclunun borc məbləği ilə razılaşmadığını hansı bir digər formada bildirməməsini, eləcə də ipoteka tutma yönəldilməsi barədə icra qeydinin verilməsi üçün zəruri olan sənədlərin tələbkar tərəfindən təqdim edildiyini nəzərə alaraq ipoteka tutma yönəldilməsi barədə tələbin mübahisəsiz kimi qiymətləndirməkdə haqlı olmuşdur.

28. Həmçinin, bank tərəfindən göndərilmiş ipoteka predmetinə dair tutma yönəldilməsi ilə bağlı icra qeydinin verilməsi ilə bağlı müraciət edəcəyi barədə 2024-cü il ## ######## tarixli bildiriş iddiaçıya 2024-cü il # ####### tarixində, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə 2024-cü il ## ######## tarixində rəsmi qaydada çatdırılmışdır. Göstərilən bildiriş 2024-cü il ## ######## tarixində saat 15:52-də ipoteka qoyana məxsus elektron ünvan 2 elektron poçt ünvanına da göndərilmişdir (elektron poçt ünvanı ipoteka müqaviləsinin 1.5-ci bəndində qeyd edilmişdir). Odur ki, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlığı əks etdirən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin iddiaçıya göndərilməməsi barədə dəlillər də əsassızdır.

29. Məhkəmə həmçinin yalnız əsas kredit müqaviləsi üzrə öhdəliklərinin ipoteka ilə təmin edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, birincisi, işin yuxarıda istinad edilən hallarından da göründüyü kimi tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsas olmuş kredit borcu əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 2023-cü il ## ####### tarixli əlavə kredit müqaviləsindən irəli gəlir. Ipoteka müqaviləsinin 1.2-cü bəndində isə ipoteka predmetinin əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq bütün əlavə kredit müqavilələri üzrə borcalanın öhdəlikləriin icrasının təmini üsulu olması və ipoteka hüququnun əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqaviləsi bağlanılmaqla alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunduğu açıq şəkildə ifadə edilmişdir.

30. Beləliklə, məhkəmə araşdırması zamanı mübahisəli icra qeydi aparılarkən notarius tərəfindən qanunvericiliyin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, icra qeydinin ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsinə dair birinci intansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 339.2 və 354.2-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7, 36.2.3, 37.1, 37.3 və 38.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

32. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar və ya işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 337-ci maddəsi üzrə - cavabdehlə iddiaçının arasında bağlanmış kredit və ipoteka müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış müqavilədir və qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Odur ki, etibarsız hesab edilməlidir. Bu dəfələrlə Bakı Apellyasiya Məhkməsində də bildirilmiş, lakin heç bir fikir və iddia tam olaraq araşdırılmamışdır.

34. MM-in 324-cü maddəsi üzrə - tərəflər arasında bağlanan ipoteka müqaviləsi iddiaçının və ailəsinin iradə ifadəsi olmamışdır. Iddiaçı latın dilində oxuya bilmir və eyni zamanda müqavilə o qədər balaca hərflərlə yazılmışdır ki, oxumaq mükün deyildir. xxxx bunu qəsdən etmişdir ki, insanlar oxuya bilməsinlər və müqaviləni məcburiyyətdən bağlasınlar.

35. Notariat haqqında Azərbaycan Respublikası Qanuunun 41-ci maddəsi üzrə - Notariat Ofisi tərəfindən aparılan icra qeydi verilərkən qanunvericilikdə qeyd olunan təlimatın tələbləri pozulmuşdur. Təlimatın tələbinə uyğun olaraq göstərilməsi məcburi olan məlumatlar icra qeydində tam olaraq göstərilməmişdir. Icra qeydi ləğv edilməsə iddiaçı əsas borc, faiz borcu və cərimə borcu məbləğinin mübahisələndirilməsi imkanından məhrum olur.

36. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsi və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat üzrə - tərəflər arasında olan müqavilə üzrə faiz borcunun və cərimə borcunun hesablanmasının dayandırılmasına dair uzun müddətdir məhkəmə çəkişməsi gedir. Notarius isə təqdim olunan sənəddə borcun mübahisəsiz olması məsələsini müəyən etməmişdir. Borc məbləği və girov əmlakın dəyərləndirilməsi ilə bağlı tərəflər arasında ciddi mübahisə olması səbəbindən bu icra qeydi qanunvericiliyin tələbinə zidd olaraq verilmişdir.

37. MPM-in 9.1-ci maddəsi üzrə - apelyasiya instansiya məhkəməsi iddia tələbini tam olaraq araşdırmadan, vəsatətləri təmin etmədən rədd etmişdir. Belə ki, iş üzrə əmlakın qiymətinin müəyyən edilməsinə dair ekspertiza təyin edilməmiş, borcun düz hesablanması barədə mühasibatlq ekspertizası təyin edilməmiş, bununla da iş üçün əhəmiyəti olan hallar aydınlaşdırılmamışdır.

38. MPM 8.1-ci maddəsi üzrə - təqdim edilən sübutların əsassızlığı sübut edilmədiyi halda iddia rədd edilmişdir. Məhkəmə iddia tələbinin əsaslarını araşdırmamış, əsas kimi qoyulan əsasların araşdırılmasını təmin etməmişdir. Iddiaçının mülkiyyətində olan əmlaka 6 il bundan əvvəl qoyulmuş qiymət qoyularaq hərraca çıxarılmışdır.

39. MPM-in 76.1-ci maddəsi üzrə - iddiaçı iddia tələbinin əsaslığını sübutlarla təsdiq etmiş, cabvabdeh isə iddia tələbinə qarşı etirazını əsaslandıra bilməmişdir. Bu halar araşdırılmadığı üçün qətnamə qanunsuz və əsassızdır. Məhkəmə əmlakın qiymətini müəyyən etməmiş və borc məbləğinin düzgün müəyyən edilməsini təmin etməmişdir.

40. MPM-in 77.1-ci maddəsi üzrə - iddiaçı öz tələbini təsdiq edən halları sübut etsə də məhkəmə təqdim edilən sübutları qanunsuz olaraq nəzər almamışdır. Eyni zamanda vəsatətlərə də münasibət bildirilməmiş, bir məhkəmə prosesi ilə iş yekunlaşdırılmışdır.

41. MPM-in 218.1-ci maddəsi üzrə - məhkəmə təqdim edilən sübutlara nəzər yetirməmiş, iddianı “prosesin uzadılmasına yönələn iddia” adlandırmış, iddianın əsasını təşkil edən faktların heç birini araşdırmamışdır.

42. MPM-in 14.1, 14.2, 81, 88, 217.4, 386 və 387.1-ci maddələri üzrə -məhkəmə heç bir sübutu araşdırmamışdır. Məhkəmədə iddia tələbi tam sübuta yetirilsə də, məhkəmə subyektiv fikirlərə və arqumentlərə əsasən qətnamə çıxarmışdır. Məhkəmə iş üzrə təqdim edilən sübutları tədqiq etmədiyi üçün düzgün olmayan qətnamə çıxarmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər

337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.”

“Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.”

“Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.”

46. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur

“Maddə 26. Ipoteka saxlayanın hüquq və vəzifələri 26.1. Ipoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək.”

“Maddə 36. Ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;”

“Maddə 37. Ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. Ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Ipotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 ay müddətində baxılır. 37.3. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.”

“Maddə 38. Icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi

38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.”

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 49.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 50.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 51.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

52. Əlavə olaraq kassasiya şikayətində istinad edilən MM-in 324, 337 və 339-cu maddələrinin pozulmasına dair dəlilləri də kollegiya əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsi müqavilənin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş əsasların müəyyən edilmədiyini, iddiaçının istinad etdiyi halların aldatma institutunun tətbiqi üçün kifayət etmədiyini, habelə müqavilənin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş kəsici müddətin ötürüldüyünü müəyyən etmiş və həmin nəticəsini müvafiq maddi hüquq normaları əsasında əsaslandırmışdır.

53. Eyni qaydada, "Notariat haqqında" Qanunun, "Ipoteka haqqında" Qanunun və "Icra haqqında" Qanunun tətbiqi ilə bağlı dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi hallara görə, notarius tərəfindən icra qeydinin aparılması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər qanunla müəyyən olunmuş qaydada göndərilmiş, "Ipoteka haqqında" Qanunun 37.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə həmin bildirişlərdən məhkəməyə şikayət verilməmişdir. Məhkəmə iddianın bu hissəsinə dair nəticəyə gələrkən də maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

54. Kassasiya şikayətində ekspertizanın təyin edilməməsi, borcun yenidən hesablanmaması, əmlakın bazar dəyərinin müəyyən edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı irəli sürülən dəlillər isə işin faktiki hallarının müəyyən edilməsinə və sübutların qiymətləndirilməsinə yönəlmişdir. 55.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 56.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 57.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 58.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 59.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 60.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar