Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-290/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhəmmədhadıyeviçin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı; tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Məhəmmədhadıyeviçin cavabdehlər “xxxx” MMC-yə, cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “xxxx” MMC-nin nizamnaməsinin 4.2.3-cü bəndinin və nizamnaməyə bu bəndlə əlaqədar edilmiş dəyişikliklə bağlı ümumi yığıncağın qərarının həmin hissədə etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, tikintinin sökülməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.Təsisçi cavabdeh1 adından Vamiq Şükürov və təsisçi Pərvin Əliyev tərəfindən 2005-ci il ## ###### tarixində təsdiq edilmiş və 2005-ci il # #### tarixində dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin nizamnaməsinin birinci redaksiyasının 6.3-cü bəndinə əsasən, cavabdeh1 nizamnamə kapitalında 100 % paya malikdir. 2.Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsindən verilmiş 2022-ci il ## ##### tarixli çıxarışdan görünür ki, “xxxx” MMC-nin təsisçiləri: nizamnamə kapitalında 10 faiz paya malik olan İddiaçı Məhəmmədhadıyeviç və 90 faiz paya malik olan cavabdeh1dur. 3.“xxxx” MMC ilə alıcı qismində cavabdeh3 arasında bağlanmış, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu cavabdeh2 tərəfindən təsdiq edilmiş, 2022-ci il ## ###### tarixli AN-İ ******* nömrəli (reyestr nömrəsi: 4Ə-***) daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci və 4-cü bəndlərinə əsasən, satıcı (“xxxx” MMC) Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini alıcıya (cavabdeh3) 5000 manata satmış, alıcı isə həmin torpaq sahəsini qeyd edilən qiymətə almışdır. Iş üzrə məhkəmə icraatı Bu icraatdakı məlumatlar iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax § 27) a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı Məhəmmədhadıyeviç (bundan sonra- “iddiaçı”) “xxxx” MMC-yə, cavabdeh3 və cavabdeh2 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cəmiyyət”, cavabdeh3”, “cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cəmiyyət» ilə cavabdeh3 arasında bağlanmış, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu cavabdeh2 tərəfindən təsdiq edilmiş 2022-ci il ## ###### tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və cavabdeh M.Ceyhun tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan aparılan tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəmiyyətin təsisçilərindən biridir və o, hüquqi şəxsin nizamnamə kapitalında 10 faiz paya malikdir. Cəmiyyətin ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində ara məsafəsi saxlamadan cavabdeh3 tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanılmış və hasarlanma işləri həyata keçirilmişdir. Məlum olmuşdur ki, Cəmiyyət ilə cavabdeh3 arasında 2022-ci il ## ###### tarixdə bağlanmış, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu cavabdeh2 tərəfindən təsdiq edilmiş 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yuxarıda qeyd edilən ərazidən 0,06 ha torpaq sahəsi cavabdeh3 satılmış və sonuncuya həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: ************) verilmişdir. Iddiaçı təsisçi olaraq satılmış torpaq sahəsindən və aparılmış tikintidən məlumatlı olmamışdır. Cavabdehlərə göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir ki, ümumiyyətlə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasına əsas olacaq sənədlər, yəni notariusun əqdi təsdiqləməsi üçün təqdim olunmalı sənədlər-Cəmiyyətdə qəbul edilmiş qərarlar (ümumi yığıncağın qərarı, təsisçilərin (iştirakçıların) məlumatlandırılması barədə məlumat, əmlakın qiymətləndirilməsi, real (bazar) dəyəri, hüquqi şəxsdə olan və həmin hallarla bağlı sənədlər) mövcud deyildir. Cəmiyyət mövcud vəziyyəti şərh edərkən bildirmişdir ki, cavabdeh3 ilə bağlanılmış 0,06 ha torpaq sahəsinin alqı-satqısı cəmiyyətin direktoru nizamnaməsinə əsasən ümumi yığıncağın razılığı olmadan öz mülahizəsinə əsasən müstəqil şəkildə qərar verərək həyata keçirmişdir. Göründüyü kimi, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan şəxs qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş qaydalara əməl etməməklə, hüquqi şəxsin və onun digər iştirakçısı (payçısı) olan İddiaçı maraqlarına zidd olaraq öz vəzifə öhdəliyini pozmuşdur. 2022-ci il tarixli 23 dekabr əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq təsisçi iddiaçının və hüquqi şəxsin hüquqlarını kobud şəkildə pozur, onu təsisçi hüququndan məhrumetmə xarakteri daşıyır. Verilən müvafiq sorğudan aydın olmuşdur ki, cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha torpaq sahəsi, ilkin olaraq Cəmiyyətə məxsusdur və həmin torpağa dair mülki qanunvericiliyin tələblərinə zidd şəkildə cavabdeh3lə müqavilə bağlanılmışdır. Bu müqavilə pərdələnmiş əqddir. Hətta 2023-cü il ## ######## tarixdə keçirilən mediasiya prosesində alıcı cavabdeh3 özü də etiraf etmişdir ki, bu torpağı almaq üçün hər hansı vəsait ödəməmiş, Cəmiyyət bu torpağı ona bağışlamışdır. Qeyd olunan müddəalara əsasən məlum olur ki, mübahisə olunan torpağa dair bağlanmış daşınmaz əmlakın alqı satqı müqaviləsi Cəmiyyətin arasında yaranmış borc münasibətlərini vergi orqanı qarşısında pərdələmək məqsədilə bağlanmış yalan əqddir. Bundan əlavə, Cəmiyyətin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərdə tutulmamışdır. Binanın yerləşdiyi ərazidə, binanın sağ tərəfində olan yol ilə bina arasındakı mühafizə boşluğunda tikinti işlərinin görülməsi üçün hazırlığa başlanılması sakinlər tərəfindən müşahidə edilmişdir. Sakinlər bu barədə öz narazılığını bildirərək aidiyyəti qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ünvanlamışdır. Əldə edilən məlumata əsasən, belə tikintiyə yerli icra hakimiyyəti orqanı tərəfindən icazə verilməmişdir. Yaşayış binası yeddimərtəbəli, yeddiblokludur və 215 mənzildən ibarətdir. Binanın fasad hissəsi yanğına davamsız penoplast örtüklə üzlənmiş və boyanmışdır. Sakinlər tərəfindən binanın ətrafında bu kimi sahibkarlıq obyektinin tikintisi, binanın ətrafında olan yanğın-təhlükəsizlik zolağının bağlanılması, hər hansı bir fövqəladə hal zamanı təxliyə üsullarına maneçilik törədilməsi tikinti normalarının kobud surətdə pozulması hesab edilir. Çünki tikiləcək obyektlərin bina ilə ara məsafəsi çox yaxındır. Bu yanğın zamanı əraziyə yanğınsöndürən maşın və digər köməkçi vasitələrin daxil olmasına maneə olacaqdır. Digər tərəfdən binaların qarşısında bu kimi obyektlərin tikilməsi əlavə səs-küyə səbəb olur və sakinlərin rahatlığını pozan amillərdən biri hesab edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 2012-ci il ## #### tarixli qərarına, həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Tikintidə X1 istinad edərək bu ərazidə aparılan tikinti qanunsuz və bina üçün təhlükəli hesab edilir. 6.Cavabdeh cavabdeh2 iddiaya etirazla məhkəməyə müraciət edərək hazırkı işə cavabdeh qismində yox, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli olduğunu, qanunvericiliyin tələbinə əsasən müqavilə predmetinin, şərtlərinin müəyyən edilməsinin yalnız satıcı və alıcının iradə ifadəsindən asılı olduğunu, notariat ofisinin, notariusun və ya hər hansı digər şəxslərin buna hər hansı bir formada təsir göstərmək imkanının olmadığını bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. 7.Iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cəmiyyət ilə cavabdeh3 arasında bağlanmış, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu cavabdeh2 tərəfindən təsdiq edilmiş 2022-ci il ## ###### tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və cavabdeh cavabdeh3 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan aparılan qanunsuz tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Iddiaçının nümayəndəsi məhkəməyə başqa cavabdehin cəlb edilməsi barədə yazılı vəsatətlə müraciət edərək, Cəmiyyətin digər təsisçisi cavabdeh1 işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. 9.Həmin vəsatət məhkəmə tərəfindən təmin edilərək, cavabdeh1 (bundan sonra cavabdeh1”) işə cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır.
10. Cavabdeh Cəmiyyət məhkəməyə iddiaya etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 49-cu və 87-ci maddələrinə istinad edir. Həmin maddi hüquq normaları iddiaçı tərəfindən düzgün tövsif edilmir. Belə ki, mübahisələndirilən 2022-ci il ## ###### tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi üzrə daşınmaz əmlak bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmamış və payçıya hansısa ziyan vurulmamışdır. Ümumiyyətlə, satış predmeti olan daşınmaz əmlakın likvid və ya bazar dəyəri fərqli anlayışlardır. Hər hansı bir daşınmaz əmlakın dəyərinin bir vahid qiymətdə təsvir edilməsi ağlabatan deyildir. Çünki hamıya məlum olduğu kimi daşınmaz əmlak bazarında qiymət dəyişikliyi ilbəil deyil, daha tez, yəni gündəlik dəyişir. Bu dəyişikliyi 600000 manat məbləğində dəyərləndirməklə “Əhəmiyyətli dərəcədə dəyişiklik” kimi təqdim etmək əsassızdır. Sözügedən daşınmaz əmlak Bakı şəhərinin tanınmış ərazilərində və ya əlverişli zonasında inşa edilmiş fərdi yaşayış evi, qeyri-yaşayış sahəsi və ya hektarlarla olan torpaq sahəsi deyil, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış massivində zibil qutularının yerləşdiyi, istifadə edilməyən 6 sotdan ibarət torpaq sahəsidir. Satış predmeti olan daşınmaz əmlakın həddindən artıq yüksək göstərilməsi də hüquqi şəxsin maraqlarına təhlükə yaradır. Belə ki, satış predmeti olan əmlakın dəyərinin aşağı və ya yüksək göstərilməsi həmin alğı-satqı müqaviləsinin etibarsızlığına əsas deyildir. Bunlardan əlavə, payçı iddiaçı Cəmiyyətin fəaliyyətində maraqlı deyildir. Hazırkı mübahisə isə sadəcə olaraq keçmiş təsisçi Pərvin Əliyevin pərdələnmiş hərəkətlərinin nəticəsidir. Çünki mübahisəli torpaq sahəsinin tam yaxınlığında yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən, keçmiş təsisçi Pərvin Əliyevə məxsus qeyri-yaşayış sahəsinin bir hissəsinin qarşısını kəsdiyinə görə çəkişmə başlamışdır. Bunu məhkəmə iclasında digər cavabdeh cavabdeh3 də bildirmişdir. Eyni zamanda, payçı iddiaçı 200 manat məbləğinə aldığı 2 payı satmaq üçün 5000000 manat məbləğinə təklif etmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş ## #### 2024-cü il tarixli 10/2031 */**** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci və ikinci suallar üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində hasar inşa olunduğu, həmin hasarın hündürlüyünün 2,6 metr təşkil etdiyini nəzərə alaraq həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən cavabdeh3 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmaması üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - dördüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən torpaq sahəsinə yaxınlıqda yerləşən analoji torpaq sahələrinin 1 sotunun 2022-ci ilə olan orta bazar qiyməti təqribən 76000 manat məbləğində müəyyən edilmişdir” qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 2025-ci il # ###### tarixli 10/7170 */**** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci sual üzrə: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə məhkəməyə 2024-cü il ## ######## tarixdə vəsatət verilmişdir. Vəsatətə cavab olaraq, məhkəmə tərəfindən mütəxəssislər tərəfindən tədqiq olunan torpaq sahəsinə baxış keçirilməsi 2024cü il # ###### tarixə təyin edilmişdir. Lakin həmin tarixdə mütəxəssislər baxışda iştirak etmədiyindən və vəsatətin verilməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən sual üzrə tədqiqat aparılmamışdır; - ikinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ** saylı maddəsinin, 69.5.1-ci bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,6 hissəsi qədər olmasına əsasən, yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 6,3 metr olmalı olduğunu, faktiki olaraq isə hasarla bina arasındakı məsafələrin 5 metr, 8,7 metr və 7,4 metr təşkil etdiyini nəzərə alaraq, müəyyən edilmiş 5 metr, 8,7 metr və 7,4 metr məsafələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığı müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən cavabdeh3 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmamsı üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - Dördüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində yerləşən 6 sot torpaq sahəsinin 2022-ci ilə olan orta bazar qiyməti təqribən 456000 manat məbləğində müəyyən edilmişdir” qeyd edilmişdir.
13. xxxx publik hüquqi şəxsinin * saylı Abşeron Ərazi Idarəsi tərəfindən təqdim edilmiş 2025-ci il ## ###### tarixli *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, cavabdeh3 faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışla cavabdeh3 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha təşkil edir (rəyə müvafiq sxem əlavə olunmuşdur). cavabdeh3 faktiki istifadəsində olan daş hasar ilə çoxmərtəbəli yaşayış binası ilə ara məsafəsi 5,7 metrlə 7,56 metr artan məsafədə yerləşir. Həmin məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və bu sahədə qüvvədə olan digər normativ aktların tələblərinə uyğun olub-olmaması sualının cavablandırılması idarənin səlahiyyətləri xaricindədir. 3-cü sualın (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində cavabdeh3 mülkiyyətində olan sözügedən torpaq sahəsində çəkilmiş hasarın həmin binanın sakinlərinin, onlara və ya üçüncü şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqaladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına texniki cəhətdən məhdudiyyət yaradıb-yaratmaması qüvvədə olan normativ aktların tələbləri nəzərə alınmaqla müəyyən edilməsi) cavablandırılması idarənin səlahiyyətləri xaricindədir” qeyd edilmişdir
14. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 2025-ci il # ### tarixli **/**** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: - “birinci sual üzrə: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsinin 2025-ci il ## ###### tarixli *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən cavabdeh3 faktiki istifadəsində olan daş hasarın daxilində yerləşən torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışla cavabdeh3 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.05 ha təşkil edir; - ikinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ** saylı maddəsinin, 69.52-1-ci bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,6 hissəsi qədər olmasına əsasən, yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 6,3 metr olmalı olduğunu, faktiki olaraq isə hasarla bina arasındakı məsafələrin 5 metr, 8,7 metr və 7,4 metr təşkil etdiyini nəzərə alaraq, müəyyən edilmiş 5 metr, 8,7 metr və 7,4 metr məsafələrin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olmadığı müəyyən edilmişdir; - üçüncü sual üzrə: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, giriş hissədə inşa edilmiş yeddimərtəbəli yaşayış binasının yan tərəfində yerləşən cavabdeh3 mülkiyyətində olan sözügedən torpaq sahəsinin hasara alınması və ya orada tikinti işlərinin aparılması həmin binanın sakinlərinin, onlara və ya üçüncü 190 şəxslərə məxsus nəqliyyat vasitələrinin, o cümlədən fövqəladə hallar zamanı digər müvafiq vasitələrin binaya giriş-çıxış imkanlarına, həmçinin sakinlərin istirahət, gəzinti imkanlarına məhdudiyyət yaradıb-yaratmamsı üçün xüsusi bilik tələb olunmadığından üçüncü sualda göstərilən məsələlər üzrə tədqiqat aparılmamışdır; - dördüncü sual üzrə: qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir” qeyd edilmişdir.
15. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 2022-ci il ## ###### tarixli 4Ə-*** reyestr nömrəli alqı satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 2022-ci il ## ###### tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, giriş hissədə 7 mərtəbəli yaşayış binasının yan tərəfində cavabdeh cavabdeh3 tərəfindən inşa edilmiş hasarın sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim F.Həmidli).
16. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli, e-*-*(***)- **/**** nömrəli qərardadı ilə məhkəmənin 2025-ci il ## #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsində yol verilmiş yalnışlıq düzəldilmiş və qətnamənin 24-cü vərəqində 3.17-ci hissəsinin üçüncü abzasında qeyd edilmiş “yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 6,3 metr olmalı olduğunu” sözləri “yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 12,6 metr olmalı olduğunu” sözləri ilə əvəz edilmişdir.
17. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, ara məsafəsi saxlamadan cavabdeh cavabdeh3 tərəfindən aparılan tikintinin sökülməsi tələbinə münasibətdə qeyd etmişdir ki, hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi həmin hüquqi şəxsin 10 faiz paya malik olan təsisçisinə- hazırkı iş üzrə iddiaçıya həmin əqdi mübahisələndirməklə müqaviləni etibarsız hala gətirmək imkanı verir və belə olduğu halda məhkəmənin apardığı qiymətləndirmə hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi halının müəyyən edilib-edilməməsi barədə olmalıdır.
18. Sözügedən əmlakın satıldığı dövr üçün bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 2024-cü il ## #### tarixli **/****-*/**** nömrəli ekspert rəyində sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin imzalandığı tarixə, yəni 2022-ci il üçün 1 sotunun orta bazar qiymətinin təqribən 76000 manat olduğu, 2025ci il # ###### tarixli **/****-*/**** nömrəli ekspert rəyində isə 6 sot torpaq sahəsinin 2022ci ilə olan orta bazar qiymətinin təqribən 456000 manat (1 sot 76000 manat) məbləğində olduğu qeyd edilmişdir.
19. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş müstəqil qiymətləndiricilər tərəfindən təqdim edilmiş yuxarıda göstərilən rəylərdə isə torpaq sahəsinin bazar dəyəri 60000 manat və 10000 manat məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə Cəmiyyət və cavabdeh3 arasında bağlanmış 2022-ci il ## ###### tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində göstərilmiş torpaq sahəsinin ümumi dəyərini (5000 manat) ekspert və mütəxəssis rəylərində göstərilmiş dəyərləri ilə müqayisə edərək belə nəticəyə gəlmişdir ki, alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 0,06 ha torpaq sahəsinin satışı real bazar dəyərindən dəfələrlə aşağı qiymətə həyata keçirilmiş, müqavilədə əmlakın dəyəri onun real bazar dəyərindən kəskin şəkildə aşağı qiymət müəyyən edilməklə bağlanılmışdır. Başqa sözlə, hüquqi şəxsin əmlakı bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilmişdir.
21. Cəmiyyətin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində müəyyən edilmiş torpağın ən aşağı qiyməti belə onun müqavilədə müəyyən edilmiş qiymətindən iki dəfə çoxdur.
22. Məhkəmə Mülki Məcəllənin 49.4.4-cü, 339.1-ci və 339.6-cı maddələrinə əsaslanaraq qeyd etmişdir ki, 2022-ci il ## ###### tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cəmiyyətin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə özgəninkiləşdirilməsi ilə nəticələndiyindən etibarsız hesab edilməli, eyni zamanda onun əsasında verilmiş dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarış, torpaq sahəsinin plan və ölçüsü ləğv edilməli, cavabdeh3 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasar sökülməlidir.
23. Məhkəmə, əlavə olaraq bildirmişdir ki, cavabdeh3 tərəfindən müqavilənin predmeti olan torpaq sahəsində çəkilmiş hasarın sökülməsi barədə gəldiyi nəticə Mülki Məcəllənin 337.5-ci maddəsində təsbit edilən imperativ tələbdən irəli gəlir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair 2024-cü il ## #### tarixli **/****-*/**** nömrəli və 2025-ci il # ###### tarixli **/****-*/**** nömrəli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından isə həmin Məcəllənin 69.5.1ci maddəsinin tələblərinə uyğun olmadığı qeyd edilmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 14.1, 43.1, 47.1, 47.2, 49.3, 49.4.2, 87.1, 89, 91.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.3.1, 139.1.1.1, 144.1, 146.8, 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.6, 385.1, 389.1 və 425.1-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 69.1, 69.4, 69.5.1 və 79.1.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM) 14.2, 64.1, 76.1, 76.2, 77.1, 88, 218.3 və 226.2-ci maddələrinə, istinadla əsaslandırmışdır.
25. Cavabdeh Cəmiyyət tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olduğu hisədə olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
26. Cavabdeh cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olduğu təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətləri ilə mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim İ.Dəmirov, hakimlər A.Hüseynzadə və R.Xəlilov).
28. Məhkəmə kollegiyası ilk növbədə hüquqi şəxs institutuna münasibətdə qeyd etmişdir ki, MM-in 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmçinin, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.
29. MM-in 52.2-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bu norma da özlüyündə təsisçi ilə hüquqi şəxsin öhdəliklərinin və hüquqlarının müstəqil olduğunu açıq şəkildə təsdiq edir.
30. Kollegiya belə qənaətə gəlmişdir ki, hüquqi şəxs institutunun mahiyyəti nəzərə alındıqda, hüquqi şəxs və onun təsisçisi müstəqil subyektlərdir. Hüquqi şəxsin öhdəlikləri üzrə hüquqi nəticələr yalnız onun özünə aid olur və bu öhdəliklər təsisçinin şəxsi məsuliyyətinin yaranmasına səbəb olmur. Buna görə bağlanılmış müqavilə üzrə onun etibarsızlığını tələb etmək hüququ müqavilənin tərəfi kimi hüquqi şəxsin özünə aiddir.
31. Kollegiya hesab etmişdir ki, MM-in 339.1-ci maddəsi və 339.6 cı maddələrinə əsasən müqavilənin etibarsızlığına dair əqdi yalnız zərərçəkən mübahisələndirə bilər. Hazırki kommersiya işi üzrə torpağın alqı-satqısına dair müqavilənin etibarsızlığını tələb edən şəxs hüquqi şəxsin 10% təsis payı olan fiziki şəxsin özüdür. Hüquqi şəxs və təsisçisi bir-birinin öhdəlikləri üzrə cavabdeh olmadıqlarından, təsisçinin də zərərçəkən şəxs kimi hüquqi şəxsin adından iddia qaldırmaq səlahiyyəti yoxdur. Buna görə də iddia apellyasiya şikayəti ilə mübühaisələndirilən digər hissədə də təmin edilməməlidir.
32. Bundan əlavə, MM-in 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, vəzifələri hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilmədiyi hallarda hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə ondan pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 2022-ci il ## ###### tarixli alqısatqı müqaviləsinin etibarsızlığına dair iddia tələbi təmin edilməli olmadığından, iddia tələbi digər hissədə də, yəni müqavilənin etibarsızlığının hüquqi nəticələrinə aid MM-in 337.5-ci maddəsinin tələbləri baxımından da təmin edilməməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 43.1, 44.1, 44.3, 46, 49.1, 49.2, 49.3, 52.1, 52.2, 87.1, 337.5, 339.1 və 339.6-cı maddələrinə, MPM-in 14.2, 47.1, 77.1, 88, 119.1, 217.4 və 372.1-ci maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il # #####tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
35. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozulması onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan şəxs qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş qaydalara əməl etməməklə, hüquqi şəxsin və onun digər iştirakçısı (payçısı) olan iddiaçının maraqlarına zidd olaraq öz vəzifə öhdəliyini pozmuşdur. Bağlanmış əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq təsisçi iddiaçının və hüquqi şəxsin hüquqlarını kobud şəkildə pozmuşdur. Cəmiyyətin təmsilçisi ona təmsil olunan tərəfindən verilmiş səlahiyyətlər həddində bağladığı əqddə sui-istifadə hallarına yol vermiş, öz maraqları naminə müqavilə bağlanmasına şərait yaratmış, ona verilmiş təmsil mənafeyini aşmış, hüquqi şəxsin iradəsi xaricində hərəkət etmişdir. Həmin təmsilçi digər cavabdeh cavabdeh1 olmaqla həm də Cəmiyyətin 90 faiz paya sahib olan təsisçisidir. Sözügedən hüquqi şəxsin nizamnaməsinə əsasən, cəmiyyətin təkbaşçı icra orqanı olan direktor vəzifəsini cavabdeh1 icra etməsi, mübahisələndirilən alqı-satqı müqaviləsində də Cəmiyyəti təmsil etməsini məhkəmə nəzərdən qaçırmışdır. Hazırki vəziyyətdə məhkəmənin qənaətinə əsasən əgər təsisçi hüquqi şəxsin öhdəlikləri üçün cavabdehlik daşımırsa, nədən 90 faiz paya malik olan təsisçi, eyni zamanada direktor olan və əqd üzrə təmsilçi cavabdeh1 hüquqi şəxsin nizamnaməsinin 4.2.3-cü bəndinə əsasən öhdəlik götürüb hüquqi şəxsin əmlakı barəsində sərəncam vermişdir. Mövcud halda, yəni ziyan vuran əqd bağlamaqla məsuliyyət təmsilçinin (eyni zamanda hazırki vəziyyətdə təsisçinin) üzərindədirsə, məhz bu baxımdan da cavabdeh1 cavabdeh qismində prosesə cəlb olunmuşdur.
37. Qətnamənin 60-69-cu bəndlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyində ziddiyyətli məqamlar (fikirlər) mövcuddur. Iddiaçı elə hüquqi şəxsin təsisçisi, həm də zərərçəkən şəxs olaraq müqavilə tərəfi kimi etibarsızlığı tələb etmişdir. Bağlanmış əqd hüquqi şəxsə, həmçinin 10 faiz paya malik payçıya (iddiaçıya) ziyan vuran əqdir, hər bir halda həmin iş üzrə həm hüquqi şəxs, həmdə təsisçi zərərçəkəndir. Məhkəmə də öz qətnaməsinin 65-ci bəndində qeyd etdiyi kimi hazırki kommersiya işi üzrə torpağın alqı-satqısına dair müqavilənin etibarsızlığını tələb edən şəxs müqavilə tərəfi kimi hüquqi şəxsin 10% təsis payı olan fiziki şəxsin özüdür. Nəzərə alsaq ki, hüquqi şəxsin nizamnaməsinə əsasən cəmi 2 təsisçisi vardır. 90 faiz paya malik cavabdeh1 və 10 faiz paya malik iddiaçıdır. Belə olan halda, 90 faiz paya malik olan payçısı, həmdə direktoru olan təmsilçisi cavabdeh1 hüquqi şəxsin adından çıxış edərək satıcı qismində hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi barədə əqd bağlayırsa, bu halda əqdin etibarsızlığını tələb etmək hüququ kimin üzərinə düşür. Yəni, Mülki Məcəllənin 49.4-cü maddəsində hüquqi şəxs adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyacağı halların siyahısı sadalanır. Həmin hallardan biri hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsidir. Digər cavabdeh cavabdeh3 isə bir sahibkar kimi həmin ərazidə yerləşən digər əmlaklara münasibətdə aldığı 0.06 ha torpaq sahəsinin real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılması barədə məlumatlı olub və daşınmaz əmlak bazarında anoloji torpaqlara münasibətdə bilməli olduğu informasiyadır, özü də yaxşı bilir ki, əsassız varlanmaqla əmlak əldə etmişdir. Məhkəmə isə bu kimi hallara diqqət yetirməmiş və düzgun hüquqi nəticəyə gəlməmişdir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizalarına dair 2024-cü il ## #### tarixli və 2025-ci il # ###### tarixli ekspert rəylərində həmin hasarın hündürlük baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3 cü maddəsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il # ### tarixli ekspert rəyinin nəticə hissəsində 2-ci sual üzrə yaşayış binası ilə sözügedən hasar arasında olan məsafənin 12.6 metr olmalı olduğunu nəzərə alsaq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında inşa edilmiş yeddimərtəbəli yaşayış binası ilə ara məsafəsi baxımından da həmin Məcəllənin 69.5.1-ci maddəsinin tələblərinə uyğun olmadığı aşkar edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
40. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. ...”
“Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. ... 44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər. ...” “Maddə 46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti
Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.”
“Maddə 49. Hüquqi şəxsin orqanları
49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Investisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: [47] ….. 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;
…”
“Maddə 52. Hüquqi şəxsin məsuliyyəti
52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.”
“Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət
87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. ...”
“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”
“Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. ... 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər”.
“Maddə 567. Alğı-satqı müqaviləsi
Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
45. Məhkəmə kollegiyası kassasya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və şikayətdə qeyd olunan hüquqi məsələlərlə bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır. Belə ki, iddiaçı hazırki iddiasında, MMC-nin bağladığı alqı-satqı müqaviləsini MM-in 339.1-ci maddəsinin tələblərinə istinadla mübahisələndirir (§ 42).
46. Apellyasiya instansiyası məhkəməsi MM-in 339.1 və 339.6-cı maddələrinin tələblərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, müqavilənin etibarsızlığını yalnız zərərçəkən mübahisələndirə bilər.
47. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il # ##### tarixli Qərarında göstərilmişdir ki, «Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.
48. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi müqavilənin tərəfi olmamasını, cavabdeh MMC-də 10 faiz təsis payına malik təsisçi olmasını, eləcə də MM-in 52.2, 49.3 və 49.4-cü maddələri (§42) ilə müəyyən edilən tənzimləmələri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni MM-in 339-cu maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il # ##### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun hesab edir.
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
51. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.