Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-313/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD Iddiaçı iddiaçı1 ASC-nin cavabdehlər “X2 ve Inşaat” MMC və cavabdeh2 MMC-yə qarşı iddiaya və iddiaçı iddiaçı2 MMC-nin cavabdehlər cavabdeh2 MMC, cavabdeh3 və LPO iddiaçı1 ASC-yə qarşı iddiaya dair iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən “X2 ve Inşaat” MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDI: Iddiaçı LPO iddiaçı1 ASC cavabdehlər “X2 ve Inşaat” MMC-yə və cavabdeh2 MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı1 ASC ilə “X2 ve Inşaat” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən 12.900.000 manat məbləğində əsas borc, 3.601.966,40 manat məbləğində faiz borcu, 1.424.732,33 manat məbləğində cərimə borcu, 1.630.419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, ümumilikdə 19.557.118,43 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10.183,56 manat dövlət rüsumunun cavabdeh “X2 ve Inşaat” MMC-dən tutularaq iddiaçıya ödənilməsi, kredit müqaviləsi üzrə tutmanın ünvan 1 ünvanında 0.1747 ha 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m hissəsinə yönəldilməsi, həmin əmlakların boşaldılması, onların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Iddiaçı iddiaçı2 MMC cavabdehlər cavabdeh2 MMC və cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh2 MMC ilə iddiaçı1 ASC arasında bağlanmış ünvan 2 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m sahəsinə dair 2016-cı il # #### tarixli 3 M/244 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka Qurban Abbasov küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.m. qeyri-yaşayış binasının 1157,9 kv.m. hissəsinə dair 2016-cı il # #### tarixli 3 M/*** reyestr nömrəli ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRXnin Bakı şəhər Ərazi Idarəsində aparılmış qeydin ləğv edilməsi, cavabdeh2 MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasından iddiaçının istifadəsinə cavabdeh2 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı1 ASC-nin cavabdeh “X3 Ve Inşaat” MMC-yə və cavabdeh2 MMC-yə qarşı kredit müqaviləsinə əsasən pulun tutulması və s. tələbinə dair e-2-2(113)- ****/**** nömrəli kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan iddiaçı iddiaçı2 MMC-nin cavabdehlər cavabdeh2 MMC və cavabdeh3 qarşı (LPO iddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, “X4 ve Inşaat” MMC-dən kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu, 645.000 manat məbləğində dəbbə pulu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində faiz borcu, ümumilikdə 18.777.386,1 manat, mediasiya xərclərinin əvəzi olaraq 10.100 manat məbləğində pul vəsaitinin tutularaq LPO iddiaçı1 ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh2 MMC-yə məxsus ünvan 3 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 3.140.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı1 ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh2 MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin “X4 ve Inşaat” MMC-dən tutulması, qalan hissədə ilkin iddianın rədd edilməsi və ikinci iddianın rədd edilməsi qət olunmuşdur (hakim – L.Əliyeva). iddiaçı2 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv, ikinci iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə ikinci iddia üzrə iddiaçı iddiaçı2 MMCnin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – F.Abdıyev və Z.Şirinov). iddiaçı2 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, ikinci iddia tələbinin tam təmin, birinci iddia tələbinin “kredit üzrə borc məbləğinin ipoteka predmetinə yönəldilməsi” hissəsində rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il ## ### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – B.Qəribov, hakimlər – E.Şamayev və B.Məmmədli). 2025-ci il ## ####### tarixində “X2 ve Inşaat” MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. “X2 ve Inşaat” MMC sonuncu qətnamədən 2026-cı il ## ##### tarixində kassasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırki iş üzrə ilk iddianın qiyməti 19.557.118,43 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6cı maddələrinin tələblərinə əsasən, hazırkı halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 5284,28 manat təşkil edir. Lakin “X2 ve Inşaat” MMC tərəfindən kassasiya şikayəti verilərkən cəmi 50 manat dövlət rüsumu ödənilmişdir. Bu hal isə kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Belə ki, MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsində isə təsbit edilmişdir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli və iş həmin şikayətin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 407-408-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən “X2 ve Inşaat” MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(1-8)-313/2026
Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-313/2026
15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver