Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-317/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC, cavabdeh5 Həsən qızı, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminlik müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC, cavabdeh5, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 2022-ci il ## ### tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən “xxxx” MMC-yə illik 29%-lə 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmış, bunun əsasında 2022-ci il ## ### tarixli *-SME-*-***-**/* saylı overdraft limitinin ayrılması barədə müqaviləyə əsasən “xxxx” MMC-yə illik 16% olmaqla 36 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədi ilə bankla cavabdehlər cavabdeh3, cavabdeh4 və cavabdeh2 arasında 2022-ci il ## ### tarixli zaminlik müqavilələri imzalanmış, əlavə olaraq bank və cavabdeh cavabdeh5 arasında bağlanan 2022-ci il ## #### tarixli ipoteka müqaviləsi əsasında cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən ** nömrəli evin ** nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir.
3. “xxxx” MMC (Prinsipial) və İddiaçı ASC (qarant) arasında bağlanmış 2022-ci il # #### tarixli, **/**** saylı bank qarantiyası müqaviləsinə əsasən, tərəflər 2022-ci il ## ### tarixli müqavilənin icrası ilə əlaqədar olaraq prinsipialın müraciəti əsasında qaranat tərəfindən 100.000 manat məbləği əlavə heç bir əsaslandırıcı sənəd və yaxud sübut tələb etmədən 5 iş günü ərzində ödəniləcəyi barədə razılığa gəlmişlər. Qarantiya müqaviləsində onun hüquqi qüvvəsi 2023-cü il ## ### tarixə qədər müəyyən edilmiş, həmçinin qarantiyanın illik faiz dərəcəsi 16 % olmaqla kreditə çevriləcəyi nəzərdə tutulmuşdur.
4. Azərbaycan Sənaye Bankı tərəfindən İddiaçı ASC-yə ünvanlanan 2023-cü il # ### tarixli, ****/*** saylı məktub əsasında “xxxx” MMC (benefisiar) tərəfindən 2022-ci il # #### tarixli **/**** nömrəli müqavilə üzrə 100.000 manat məbləğin benefisiarın hesabına köçürülməsi xahiş edilmiş, 2023-cü il ## ### tarixli ödəniş tapşırığı əsasında İddiaçı ASC tərəfindən “xxxx” MMC-nin hesabına 100.000 manat məbləğində pul vəsaiti köçürmüşdür. Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər “xxxx” MMC, cavabdeh3, cavabdeh4, cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”xxxx“MMC”, “cavabdeh3”, “cavabdeh4”, “cavabdeh2”, cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2022-ci il ## ### tarixli kredit müqaviləsi üzrə banka 94.470,07 manat əsas, 16.753,14 manat faiz borcu olmaqla ümumilikdə 111.223,21 manat məbləğində borcun, 2023-cü il ## #### tarixli kredit müqaviləsi üzrə banka 92.826,54 manat əsas, 8.658,87 manat faiz, 130,31 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 101.615,72 manat məbləğində borcun və ödənilmiş 502,84 manat dövlət rüsumunun ödənilməsi, tutmanın cavabdeh5 (bundan sonra – “cavabdeh5”) mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən, ümumi sahəsi 60.2 kv.m olan ** nömrəli evin ** nömrəli mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya yönəldilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı 2022-ci il ## ### və 2023-cü il ## #### tarixli kredit müqavilələri üzrə borcun digər cavabdehlərlə yanaşı cavabdeh1 da tutulması tələbini irəli sürmüşdür.
7. cavabdeh1 ona aid hissədə iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı ilə cavabdeh1 arasında 2022-ci il ## #### tarixində zaminlik müqaviləsi bağlanmışdır. Lakin DSX-ya ünvanlanmış vəkil sorğusuna cavabdan müəyyən olunur ki, müqavilə imzalanan tarixdə cavabdeh1 ölkə hüdudlarından kənarda olmuşdur. 2022-ci il ## #### tarixində ölkəni tərk etmiş, 2022-ci il ## #### tarixində ölkəyə geri dönmüşdür. O cümlədən, MMCnin digər banklardan kredit götürməsi ilə bağlı oxşar işlər olmuş, onlarla bağlı da müəyyən edilmişdir ki, cavabdeh1la həmin banklar arasındakı müqavilələr cavabdeh ölkə hüdudlarından kənarda olarkən bağlanmış, həmin imzalar ona məxsus olmamışdır. Bununla bağlı həm məhkəmə qərarları və ekspert rəyləri işə əlavə edilmişdir. Həm məhkəmə işlərindən, həm də MMC-nin öz tarixçəsindən də göründüyü kimi keçmiş rəhbərlərin fəaliyyəti dövründə ciddi pozuntulara yol verilmişdir və bu imzalar saxtalaşdırılmışdır. Bununla bərabər MMC-nin keçmiş rəhbərliyi CM-in 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Keçmiş direktorlardan biri hazırda həbsdədir və iş Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Digər rəhbər şəxsləri isə ölkə xaricində olduqları üçün barələrində axtarış elan edilib və cinayət işi üzrə icraat dayandırılıb. Zaminlik müqavilələri də məhz MMC-yə həmin şəxslərin rəhbərliyi dövründə imzalanıb. Həm əvvəlki işlər üzrə ekspertizaların nəticələri, həm də şəxsin ölkə hüdudlarından kənarda olması, həmçinin digər zaminlərlə olan zaminlik müqavilələrinin kredit müqaviləsi ilə eyni tarixdə, cavabdeh1la olan müqavilənin fərqli tarixdə olması qeyd edilənləri bir daha təsdiq edir. Qeyd edilənlərə əsasən, iddia ona münasibətdə rədd edilməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, cavabdehlər MMC, cavabdeh3 İ. Xəlilov, cavabdeh2dən müştərək qaydada iddiaçının xeyrinə 2022-ci il ## ### tarixli kredit müqaviləsi üzrə 94.470,07 manat əsas, 8.776,92 manat faiz borcu, 2023-cü il ## ### tarixli kredit müqaviləsi üzrə 92.826,54 manat əsas, 8.399,56 manat faiz borcu, 130,31 manat dəbbə pulu olmaqla, cəmi 204.603,4 manatın tutulması, tələbin cavabdeh cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına iddiaçının tələbinin ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi təqdirdə qalan məbləğ cavabdehlər MMC, cavabdeh3, cavabdeh4, cavabdeh2dən müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – İ.Əhmədov).
9. Məhkəmə müəyyən etmişdir ki, 2022-ci il ## ### tarixli overdraft və 2023-cü il ## ### tarixli qarantiya müqavilələrinin müddəti başa çatmasa da, iddiaçı 2024-cü il ## ###### tarixdə borcalana və zaminlərə pretenziya göndərərək bütün borcun ödənilməsini tələb etmişdir. Bu tələb müqavilədən imtina kimi qiymətləndirilmiş və müqavilələrin həmin tarixdən xitam olunduğu, iddiaçının isə yalnız həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etmək hüququna malik olduğu qeyd edilmişdir.
10. Məhkəmə cavabdehin bank qarantiyasının kreditə çevrilməsinin qanunsuzluğu barədə etirazını əsassız hesab etmiş, qarantiya müqaviləsinin şərtlərinin pozulması nəticəsində qarantiyanın müqaviləyə uyğun olaraq kreditə çevrildiyini və iddiaçının əsas borca faiz hesablamasının qanuni olduğunu göstərmişdir. Benefisiarın yazılı tələbi qanunvericiliyin tələblərinə uyğun hesab edilmiş, 100.000 manat məbləğin ödənilməsi və sonradan kredit öhdəliyinin yaranması təsdiq edilmişdir. Əsas və faiz borclarının məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq
11. ekspertizası təyin edilmiş, ekspert rəyi nəzərə alınmaqla iddia tələbindən kənara çıxılmadan əsas borc iddiada göstərilən, faiz borcu isə ekspert rəyində müəyyən edilən məbləğdə qəbul edilmişdir.
12. Məhkəmə 2023-cü il ## ### tarixli müqavilə üzrə tələb edilən 130,31 manat dəbbə pulunu da əsaslı hesab edərək cavabdehlərdən tutulmasına qərar vermişdir.
13. Eyni zamanda məhkəmə cavabdeh3, cavabdeh4 və cavabdeh2 ilə bağlanmış zaminlik müqavilələrini nəzərə alaraq onların borca görə borcalanla birgə məsuliyyət daşıdıqlarını və borcun cavabdehlərdən müştərək qaydada tutulmalı olduğunu qeyd etmişdir.
14. Bununla yanaşı məhkəmə cavabdeh cavabdeh1 münasibətdə qeyd etmişdir ki, cavabdeh1 ilə zaminlik müqaviləsi 2022-ci il ## #### tarixində bağlanmışdır, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş həmin şəxsin dövlət sərhəddindən hərəkəti barədə IAMAS bazasındakı məlumatların təhlili göstərir ki, cavabdeh1 2022-ci il ## #### tarixdə ölkədən çıxmış, 2022-ci il ## #### tarixdə ölkəyə giriş etmişdir. Beləliklə, mübahisəli zaminlik müqaviləsi bağlanan tarixdə (2022-ci il ## ####) cavabdeh ölkə hüdudlarından kənarda olmuşdur. Əlavə olaraq analoji tələb üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı 2024-cü il ## #### tarixli qətnaməsi ilə məhkəmə zaminlik müqaviləsinin cavabdeh1 tərəfindən imzalanmaması qənaətinə gəlmiş və iddiaçı “xxxx” ASC-nin “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia cavabdeh1 dair hissədə rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı 2024-cü il ## #### tarixli qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-**/**** saylı 2025-ci il ## ###### tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bundan əlavə digər məhkəmə mübahisəsi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2025-ci il ## ##### tarixli e-*(***)- ***/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh1 “zaminlik müqaviləsinin və təsis qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia qismən təmin edilərək 2022-ci il ## ####### tarixli zaminlik müqaviləsi etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı 2025-ci il ## ######## tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Göstərilənlər bu qənaətə gəlməyə əsas vermişdir ki, cavabdeh1la bağlanan zaminlik müqaviləsi onun iştirakı olmadan bağlandığından hər hansı hüquqi nəticə doğurmamışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, bu fakt iş materiallarına əlavə edilmiş qətnamələr və ekspert (mütəxəssis) rəyləri ilə təsdiq olunduğundan və cavabdehin nümayəndəsi və vəkili məhkəmənin sualına cavab olaraq ekspertizanın keçirilməsinə ehtiyac olmadığını bildirdiyindən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün zərurət mövcud olmamışdır, bundan əlavə keçirilmiş ekspertizanın mötəbərliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
16. Qeyd edilən zaminlik müqaviləsi cavabdeh1 tərəfindən imzalanmadığından, sonuncunun iddiaçı qarşısında zaminlik müqaviləsindən irəli gələn hər hansı bir öhdəliyi yaranmamışdır. Odur ki, iddia tələbi cavabdeh1 dair hissədə təmin edilməməlidir.
17. Ipoteka predmeti olan cavabdeh5 məxsus Sumqayıt şəhərində yerləşən mənzilin bazar və likvid dəyəri ekspertiza ilə müəyyən edilmiş, cavabdehin etirazı olmadığından tutmanın həmin əmlaka yönəldilməsi, mənzilin 40.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 319.1, 319.5, 385.1, 386.1, 399.1, 407.2, 421.2, 421.3, 425.1, 442, 443.1, 445.2.1, 447.1, 448.1, 460.1, 462.3, 470.1, 471, 472.1, 472.2, 478, 479.1, 485.2, 487.1 və 739.2-ci, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2, 47.4 və 47.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 77.1, 107, 115 və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
19. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun cavabdeh cavabdeh1 dair hissədə ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
21. Məhkəmə müəyyən etmişdir ki, hazırkı halda apellyasiya baxışının predmeti iddiaçı ilə cavabdeh1 arasında bağlanmış 2022-ci il ## #### tarixli zaminlik müqaviləsinin etibarlılığının müəyyən olunması təşkil edir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin üzərindəki tarixlə imza tarixinin fərqli olması avtomatik olaraq müqaviləni etibarsız etməsə də, bu hal müqavilənin bağlanma anının və tərəfin iradəsinin real şəkildə ifadə olunub-olunmadığının araşdırılmasını zəruri etmişdir. Zamin kimi göstərilən şəxs cavabdeh1 müqavilə bağlanan tarixdə ölkə ərazisində olmaması faktı mövcuddur və bu fakt müqavilənin həqiqətən onun tərəfindən imzalanıb-imzalanmadığı barədə əsaslı şübhə yaradır. Belə halda sübutetmə yükü zaminlik münasibətinə istinad edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “Fortiori” Vəkil Bürosuna ünvanlanan 2023-cü il ## ######## tarixli məktubunda cavabdeh1 2022-ci il # ###### tarixdən 2022-ci il ## ###### tarixədək dövlət sərhəddindən hərəkəti barədə IAMAS bazasındakı təqdim edilmiş məlumatlara əsasən, o, 2022-ci il ## #### tarixdə ölkə ərzasindən çıxmış 2022-ci il ## #### tarixdə isə ölkə ərazisinə daxil olmuşdur. Göründüyü kimi zaminlik müqaviləsinin imzalandığı 2022-ci il ## #### tarixdə zamin cavabdeh1 ölkə ərazisində olmamışdır. 2022-ci il ## #### tarixli zaminlik müqaviləsinin zamin cavabdeh1 tərəfindən o, ölkəyə gəldikdən (2022-ci il ## #### tarixdən) sonra imzalanmasına dair sübut etmə yükü iddiaçının üzərinə düşsə də iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin müqavilə MM-in 407.2-ci maddəsində qeyd edilən “sadə yazılı müqavilə” şərtini ödəmədiyi üçün etibarlı müqavilə hesab oluna bilməz.
23. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin digər məhkəmə işləri üzrə qəbul edilmiş qərarlara istinad edilməsi barədə dəlilə münasibətdə qeyd edilmişdir ki, bu halın mövcudluğu prosessual pozuntu kimi qiymətləndirilməyə əsas vermir. Məhkəmə sübutları qiymətləndirərkən onların qarşılıqlı əlaqəsini nəzərə almaq və iş üzrə əhəmiyyət kəsb edən bütün məlumatları araşdırmaq səlahiyyətinə malikdir. Bu baxımdan digər məhkəmə qərarlarında müəyyən edilmiş halların sübutların qiymətləndirilməsi zamanı nəzərə alınması qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.
24. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilməməsi barədə dəlillərə münasibətdə bildirmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən ekspertiza təyin edilməsi məhkəmənin hüququdur və yalnız işin düzgün həlli üçün zəruri hesab edildiyi hallarda tətbiq edilir. Əgər məhkəmə iş materiallarında olan sübutların məcmusu əsasında nəticəyə gəlmək imkanına malikdirsə, ekspertiza təyin etməməsi prosessual pozuntu kimi qiymətləndirilə bilməz.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385, 386.1, 407.2, 425, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2-ci, MPM-in 14.2, 77.1, 80, 81, 88, 97.1, 103.1, 217.3, 385, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
26. Iddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin iddianın cavabdeh cavabdeh1 qarşı tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a)Kassasiya şikayətinin dəlilləri
27. MM-in 331-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi MM-in yazılı əqdlərə dair normalarına həddindən artıq formal yanaşmışdır. Yazılı əqd onu bağlayan şəxs tərəfindən imzalanmalıdır. Məhkəmə müqavilənin üzərində çap olunmuş tarixə mütləq əhəmiyyət verərək, zamin cavabdeh1 həmin tarixdə ölkədə olmamasını əqdin etibarsızlığı üçün yeganə əsas kimi qəbul etmişdir. Halbuki, maddi hüquqa görə əqdin etibarlılığını şərtləndirən əsas amil sənədin üzərindəki texniki tarix deyil, tərəfin həmin əqdi öz iradəsi ilə faktiki olaraq imzalamasıdır.
28. MM-in 470.1-ci maddəsi üzrə - zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə bankın zaminlik müqaviləsindən irəli gələn qanuni gözləntilərini və hüquqlarını müdafiə etmək əvəzinə, formal yanaşma sərgiləyərək MM-in təminat öhdəliklərinin mahiyyəti və məqsədinə dair imperativ normalarını iddiaçının ziyanına olaraq pozmuşdur. Iddiaçının mülki hüquqları və qanuni mənafeləri zəruri maddi hüquq normaları tətbiq edilmədən məhdudlaşdırılmışdır.
29. MM-in 5.3-cü maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi iş materiallarında adı keçən və digər məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə lazımi hüquqi qiymət verməmişdir. Həmin işlərdən açıq-aşkar görünür ki, bu mübahisə cavabdeh1 həyatında yeganə hal deyil. Cavabdeh analoji ssenarilər üzrə digər banklar və maliyyə institutları qarşısında da eyni xarakterli problemlər yaratmış və oxşar bəhanələrlə (imzanın ona aid olmaması, ölkədə olmaması və s.) öhdəliklərdən yayınmağa çalışmışdır. Eyni məzmunlu halların təkrar-təkrar baş verməsi bunun sadəcə bir təsadüf və ya başqalarının qanunsuz hərəkəti deyil, məhz cavabdeh1 sistemli və məqsədyönlü şəkildə hüquqdan sui-istifadə etməsinin və kreditorlara münasibətdə vicdansız davranışının təkzibedilməz sübutudur.
30. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə mübahisəni həll edərkən yalnız xətşünaslıq ekspertizasının rəyinə və cavabdeh1 zaminlik müqaviləsi bağlanan tarixdə ölkədə olmamasını təsdiq edən arayışa istinad etməklə kifayətlənmişdir.
31. MPM-in 327.1 və 372.7-ci maddəsi üzrə - apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin gəldiyi nəticələri sadəcə təkrarlamaqla kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi işə tam həcmdə baxmalı, şikayətdə göstərilən dəlillərlə yanaşı, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini yoxlamalıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.”
“Maddə 77. Sübut etmə vəzifəsi
77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.”
“Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi
97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları
418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
36. Belə ki, apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh1 zaminlik müqaviləsini ölkəyə qayıtdıqdan sonra imzalamasına dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən həmin müqavilə MM-in 407.2-ci maddəsinin tələblərinə cavab vermir və etibarlı hesab edilə bilməz.
37. Kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
38. Belə ki, hazırkı mübahisədə cavabdeh1 zaminlik müqaviləsini imzalamadığını bildirdiyindən, həmin müqavilənin onun tərəfindən imzalandığını sübut etmək vəzifəsi həqiqətən MPM-in 77.1-ci maddəsi baxımından iddiaçının üzərinə düşür. Lakin sübutetmə yükünün tərəfin üzərinə qoyulması həmin yükün həyata keçirilməsi üçün prosessual imkanların da təmin edilməsini tələb edir. Məhkəmə tərəfin sübut təqdim etmək imkanını məhdudlaşdırdığı halda sonradan həmin sübutun təqdim edilməməsinə istinad etməklə əleyhinə nəticə çıxara bilməz.
39. Hazırkı işdə də iddiaçı məhz müqavilədəki imzanın cavabdeh1 məxsus olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Nəzərə alınmalıdır ki, mübahisə müqavilədəki imzanın həqiqiliyi ilə bağlı olduğundan, iddiaçı həmin halın xüsusi bilik tələb edən məsələ hesab etmiş və onun müəyyən olunmasını ekspert tədqiqatının predmeti hesab etmişdir.
40. Apellyasiya məhkəməsi isə ekspertiza təyin edilməsindən imtina edərək bunu iş materiallarında olan sübutların məcmusunun mübahisəni həll etmək üçün kifayət etməsi ilə əsaslandırmışdır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin sonradan imzalandığını sübut edə bilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma daxili ziddiyyət təşkil edir. Çünki məhkəmə bir tərəfdən sübutun əldə edilməsinə yönəlmiş prosessual vasitədən istifadə etməyə imkan verməmiş, digər tərəfdən isə həmin sübutun təqdim edilməməsini iddiaçının əleyhinə qiymətləndirmişdir. Halbuki iddiaçının bu halı başqa sübutetmə vasitələri ilə təsdiq etməsi faktiki olaraq mümkün olmamışdır. Belə olan halda məhkəmənin ekspertiza keçirilməsinə şərait yaratmadan iddiaçının sübutetmə yükünü yerinə yetirmədiyi qənaətinə gəlməsi çəkişmə və bərabərlik prinsipləri ilə uzlaşmır.
42. Bundan başqa, hazırkı işdə sübutların aidliyi ilə bağlı prosessual qanunvericiliyin tələbləri də pozulmuşdur.
43. Belə ki, aşağı instansiya məhkəmələri öz nəticələrini əsaslandırarkən cavabdeh1 iştirak etdiyi digər mülki işlər üzrə qəbul olunmuş məhkəmə aktlarına və həmin işlərdə aparılmış ekspert tədqiqatlarına da istinad etmişlər. Halbuki həmin işlərdə araşdırılan zaminlik müqavilələri, onların bağlanma şəraiti, tərəfləri və sübutetmə predmetləri hazırkı işdən tamamilə fərqlidir. Buna görə də həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı mübahisə üzrə sübut əhəmiyyətinə malik olan məlumatlar hesab oluna bilməz.
44. MPM-in sübutların aidliyini tənzimləyən normasına görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər bir sübut yalnız konkret mübahisə üzrə müəyyən edilməli olan hallarla əlaqəli olduğu təqdirdə hüquqi qiymətləndirilə bilər. Mübahisənin predmetini başqa müqavilələr təşkil edən digər işlər üzrə qəbul edilmiş məhkəmə aktları hazırkı işdə mübahisə predmeti olan zaminlik müqaviləsinin cavabdeh tərəfindən imzalanıb-imzalanmaması faktını əvəz edə bilməz və həmin halın müəyyən edilməsi üçün sübut kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi isə digər işlər üzrə müəyyən edilmiş halları hazırkı mübahisəyə aid sübut kimi qiymətləndirməklə sübutların aidliyi və qiymətləndirilməsi qaydalarını pozmuşdur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yol verdiyi prosessual hüquq normalarının pozulması düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilər.
46. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırki qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.