Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-324/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “soyuducu kameraların ərazidən məcburi çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC (lizinq alan) ilə “xxxx” ASC (lizinq verən) arasında 2010-cu il ## ### tarixli **-LA/** saylı lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən qiyməti 1.162.500 manat, tutumu 2.000 ton olan soyuducu kameranı dəyəri lizinq ödəniş qrafkində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətə lizinqə verməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC (lizinq alan) ilə “xxxx” ASC (lizinq verən) arasında 2014-cü il # #### tarixli **-LA/** saylı lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən qiyməti 73.100 manat olan və müqavilənin Əlavəsində göstərilən, tutumu 2.000 ton olan soyuducu kamera üçün əlavə avadanlıqları dəyəri lizinq ödəniş qrafkində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərli ilə 9 il müddətə lizinqə verməyi öhdəsinə götürmüşdür.
3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış, həmin Cəmiyyətin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə keçmişdir.
4. Qazax rayonunun Xanlıqlar kəndində 0,7976 ha torpaq sahəsində yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksi İddiaçı ASC-nin təsisçisi X2 mülkiyyətindədir, onun həmin əmlak kompleksinə dair mülkiyyət hüququ 2019-cu il # ######## tarixində dövlət qeydiyyatına alınmışdır, əmlak komleksinin yerləşdiyi 0,7976 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.
5. X2 ilə İddiaçı ASC arasında bağlanmış 2019-cu il # ####### tarixli ** nömrəli icarə müqaviləsinə əsasən, X1 rayonunun Xanlıqlar kəndi ərazisindəki 0,7976 ha torpaq sahəsində yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikilini (əmlakın texniki pasportunda nəzərdə tutulmuş B literli tikili) 2029-cu il # ####### tarixinədək İddiaçı ASC-nin istifadəsinə vermişdir.
6. Cavabdeh İddiaçı ASC-yə qarşı “borcun ödənilməsi” tələbi Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 2014-cü il # #### tarixli müqaviləyə əsasən əsas borc üzrə 65.790 manat, cərimə borcu üzrə 3.300 manat olmaqıa, cəmi 69.090 manatın, 400 manat mediasiya xərcinin əvəzinin, hüquqi yardıma görə 500 manatın İddiaçı ASC-dən tutulub Cavabdeh ödənilməsi, “2010-cu il ## ### tarixli **-LA/** saylı müqavilə üzrə borcun tutulması” tələbinin isə iddia müddətinin ötürülmüş olması əsas göstərilməklə rədd edilməsi qət olunmuşdur.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə aralarında bağlanmış 2010-cu il ## ### tarixli **-LA/** nömrəli müqaviləyə əsasən “xxxx” ASC tərəfindən ona məxsus ərazidə quraşdırılmış və hazırda həmin ərazidə yerləşən tutumu 2.000 ton olan soyuducu kameraların (anbarın) ərazidən cavabdehin hesabına sökülməsi və məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, “xxxx”xxxx” ASC) ilə onun arasında bağlanmış 2010-cu il ## ### tarixli müqaviləyə əsasən, “xxxx”xxxx” ASC) tərəfindən tutumu 2.000 ton olan soyuducu kamera (anbar) ona məxsus ərazidə quraşdırılmış, bundan sonra dəfələrlə “xxxx” ASC-nin əməkdaşlarının iştirakı ilə həmin soyuducu kameraya baxış keçirilmiş, baxış zamanı soyuducu anbarın və avadanlıqların işləmədiyi (soyutma sisteminin düzgün quraşdırılmaması və s. səbəblər), möhürləndiyi və istismar olunmadığı barədə müvafiq aktlar və protokollar tərtib edilmiş, aktlar və protokollar məsul şəxslər tərəfindən imzalanaraq möhürlənmişdir. “xxxx” ASC-nin Qazax rayonu üzrə lizinqə verilmiş texnoloji avadanlıqların inventarlaşması barədə məlumatlarından da müəyyən olunur ki, iddiaçıya lizinqə verilmiş soyuducu anbarın və avadanlıqların istismarı dayandırılmışdır. Halbuki, “xxxx” ASC ilə onlar arasında bağlanmış 2010-cu il ## ### tarixli **-LA/** nömrəli və 2014-cü il # #### tarixli **-LA/** nömrəli müqavilələrdə nəzərdə tutulmuş şərtlərə əsasən “xxxx” ASC sözügedən soyuducu anbarın və avadanlıqların iddiaçıya işlək vəziyyətdə lizinqə təhvil verməsi barədə öhdəlik götürmüş, “xxxx” ASC həmin müqavilələrə əsasən üzərinə götürmüş öhdəliyin icrasından boyun qaçırmış, iddiaçıya soyuducu anbarı və avadanlıqları işləmədiyi və istismarı dayandırıldığı halda lizinqə vermişdir. Bu halda isə iddiaçı həmin soyuducu anbarı və onun avadanlıqlarından istifadə edə və yararlana bilməmişdir. Bundan əlavə, 2010-cu il ## ### tarixli müqavilənin müddəti də artıq başa çatmışdır. Müqavilə cəmi 9 il müddətinə bağlanmışdır. Hazırda yararsız vəziyyətdəki soyuducu kameranın iddiaçıya məxsus ərazidə qalmaqda davam etməsi Cəmiyyətə zərər vurur. Həmçinin, cavabdeh iddiaçıya qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2010-cu il ## ### tarixli **-LA/** nömrəli və 2014-cü il # #### tarixli **- LA/** nömrəli müqavilələrə əsasən 1.036.400,00 manat gecikdirilmiş borcun və 3.229.750,50 manat cərimə borcunun, 2014-cü il # #### tarixli **-LA/** nömrəli müqavilə üzrə isə 65.790 manat gecikdirilmiş borcun və hesablanmış 93.932,10 manat cərimə borcunun qaytarılmasını xahiş etmiş, Bakı Kommerisya Məhkəməsinin 2024cü il ## #### tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin keçməsi səbəbindən rədd edilmişdir. Bir sözlə, cavabdehin həmin soyuducu kamera ilə bağlı hər hansı iddia irəli sürmək imkanı qalmamışdır. Sözügedən soyuducu kameranın uzun müddətdir yararsız vəziyyətdə qalmaqda davam etməsi Cəmiyyətin mənafeyinə ciddi şəkildə xələl gətirmişdir. Həmin soyuducu kameranın mühafizə olunması və ya qorunub saxlanması xərclərinin Cəmiyyət tərəfindən qarşılanması Cəmiyyətin həm maddi vəziyyəti, həm də fəaliyyətinin olmaması səbəbindən mümkünsüzdür. Eyni zamanda, soyuducu kameranın bundan sonra da Cəmiyyətə məxsus ərazidə uzun müddət ərzində istifadəsiz vəziyyətdə qalması həmin soyuducunun daha lazımsız hala düşməsinə və onun gələcək fəaliyyətinin bərpasının mümkün olmayacağına gətirib çıxaracağına zəmin yaradmışdır.
9. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, “xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus soyuducu kameranı lizinqə verilməsi barədə **-LA/** nömrəli 2010-cu il ## ### tarixli müqavilənin 2.1.10-cu yarımbəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə soyuducu kameranı geri almaq soyuducu kameradan istifadəyə görə ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və soyuducu kameraya dəyən zərərin ödənilməsini tələb edir. Müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan soyuducu kameranın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlama, boşaltma və digər xərclərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin 2.2.18-ci yarımbəndinə görə lizinq alan müqavilənin şərtlərinə əməl edilmədıkdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq bır dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə soyuducu kameranı va onun yerləşdiyi tikilini (binanı) kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verir va bu Müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən şərtlərin yerinə yetirilməsini öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq, lizinq alan soyuducu kameradan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, soyuducu kameranı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ila birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda Lizinq alandan götürülmüş soyuducu kamerada və onun yerləşdidiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə huququ Lizinq verənə keçir. Lizinq verən götürdüyü soyuducu kameranı başqa şəxsə lizinqə verə bilər. Müqavilənin 5.4-cü yarımbəndində qeyd edilmişdir ki. bu müqavilənin 5.1.1-5.1.4-cü bəndlərində göstərilən hallardan biri baş verdikdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir və lizinq alandan soyuducu kameranın dəyərinin 10%-i məbləğində cərimənin ödənilməsini tələb edir. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi lizinq alan müqavilənin şərtlərinə əməl edilmədikdə, o cümlədən qrafik üzrə ardıcıl olaraq bir dəfə ödənişini vaxtında yerinə yetirmədikdə lizinq verənin tələbi ilə soyuducu kameranı va onun yerləşdiyi tikilini (binanı) kommunikasiyalarla birlikdə ona istifadə üçün təhvil verməli, lizinq alan isə soyuducu kamerada və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququna malikdir. Eyni zamanda, əgər soyuducu kamera olan lizinq obyektinin sökülməsi həyata keçirilərsə bu zaman həmin növ avadanlıqların faktiki qeyri-işlək vəziyyətə düşməsinə səbəb olacaq, buna görə də lizinq obyektinin sökülməsi nəticəsində avadanlığa dəymiş ziyanı da müqaviləyə əsasən iddiaçı ödəməli olacaqdır. Həmçinin, Agentlik dövlət büdcəsindən maliyyələşir və iddia təmin olunduğu halda soyuducu kameraların (anbar) Agentlik tərəfindən sökülməsi üçün dövlət büdcəsində nəzərdə tutulmayan vəsaitin büdcədən ayrılmasına və bu dövlət büdcəsinin vəsaitinin əsassız yerə xərclənməsinə səbəb ola bilər.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – P.Zamalı).
11. Məhkəmə qeyd etmişdir ki, mübahisə sahibliyin müdafiəsi, istifadə və sahiblik hüququnun tam həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.10-cu bəndinə görə, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, lizinq verən soyuducu kameranı geri almaq, Soyuducu kameradan isitfadəyə görə ödəniş qrafiki üzrə ödənilməli olan məbləği və Soyuducu kameraya dəyən zərərin ödənilməsini tələb etməyə haqlıdır. Həmçinin, həmin müqavilənin 5.2-ci bəndinə görə, lizinq alan soyuducu kameradan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, soyuducu kameranı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ila birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Lakin cavabdeh tərəflər arasında bağlanmış müqavilədə göstərilən hüquqlarından vaxtında istifadə etməmiş, lizinq ödənişlərinin iddiaçıdan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə əvvəllər müraciət etsə də, iddia müddəti keçməsi səbəbindən onun iddiası təmin edilməmiş, bununla belə müqavilənin qeyd edilən 2.1.10 və 5.2-ci maddələrində müəyyən edilmiş şərtlər daxilində hüququndan da istifadə etməmişdir. Sözügedən müqavilənin müddəti isə bitməsinə baxmayaraq cavabdehin mülkiyyətində olan soyuducu kamera iddiaçının istifadəsində olan torpaq sahəsində istifadəsiz vəziyyətdə qalmaqdadır.
12. Cavabdehin 2010-cu il ## ### tarixli müqavilə üzrə öz hüququndan vaxtında istifadə etməməsi, habelə mülkiyyət hüququnun qayğısına qalmaması ilə bağlı hərəkətsizliyi iddiaçının sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneə yaradılması ilə nəticələnməməlidir. Digər şəxslərin hüquqlarının pozulması ilə nəticələndiyi halda hüquqdan istifadə etməmək də özlüyündə müdaxilə kimi qiymətləndirilməlidir. Bu konteksdə, cavabdehin soyuducu kameralara münasibətdə mülkiyyət hüququndan istifadə etməməsi, yəni onların iddiaçının istifadəsində olan torpaq sahəsindən çıxarılmaması iddiaçının əşya hüququnun qeyri-müəyyən müddətə yüklülük altında qalması və məhdudlaşdırılması ilə nəticələnə bilər. Digər tərəfdən, həmin kameraların torpaq sahəsindən çıxarılmaması, iddiaçını onların mühafizəsinin təşkil edilməsi, habelə onlara qulluq göstərilməsi ilə bağlı əlavə öhdəliklərlə yüklü etmiş olur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.2, 152.3, 152.5, 158.1.2, 159, 164.1 və 165.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir (sədrlik edən – E.Həsənov, hakimlər – S.Cəfərov və T.Qocayev).
16. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı, cavabdehin mülkiyyətində olan əmlakın ona məxsus ərazidə saxlanılması ilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradıldığını irəli sürərək əmlakın cavabdehin hesabına sökülməsini və həmin ərazidən çıxarılmasını tələb etmişdir.
17. Hazırkı işdə “cavabdehin hesabına sökülməsini və məcburi qaydada çıxarılmasını” tələb etdiyi soyuducunun yerləşdiyi ərazi üzərində iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir; belə olan halda isə, iddianın MM-in 157.4-cü və 157.8-ci maddələrinin birgə tətbiqi ilə təmin edilməsi mümkün deyildir.
18. Işin müəyyən edilmiş hallarına görə, iddiaçının tələbi X2 ilə bağladığı icarə müqaviləsinə əsaslanır; həmin müqavilə əsasında Hüseyn Hadıyev, mülkiyyətində olan Qazax rayonunun Xanlıqlar kəndi ərazisindəki 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikilini (əmlakın texniki pasportunda nəzərdə tutulmuş B literli tikili) 2029-cu il # ####### tarixinədək iddiaçının istifadəsinə vermişdir - əmlak kompleksinin yerləşdiyi 0,7976 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir.
19. Beləliklə, iddiaçının sözügedən əmlak kompleksinin 2114,4 kv.m. hissəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur - bu hüquq isə üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər.
20. Hazırkı işdə iddia müqavilənin tərəfinə (icarəyə verənə) qarşı deyil, üçüncü şəxs olan cavabdehə qarşı qaldırılmışdır və bu səbəblə də iddiaçının tələbinin təmin edilməsi üçün əsas olan maddi hüquq norması müəyyənləşdirilməlidir.
21. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir.
22. Hazırkı işin müəyyən olunan halı ondan ibarət olmuşdur ki, iddiaçı, sökülməsini və çıxarılmasını tələb etdiyi soyuducu kameraların yerləşdiyi torpaq sahəsinin sahibi deyildir; belə ki, həmin torpaq sahəsi yox, orada yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikili onun istifadəsinə verilmişdir. Bu isə o deməkdir ki, iddiaçıya münasibətdə sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi mümkün deyildir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 139.1, 140, 152.1, 152.2, 152.4, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 158.3, 158.4, 159, 160, 163.1, 163.2, 164.1, 165.1, 425.1, 560.1, 560.2, 560.3.4, 567, 675, 747.1, 747.3, 748-1.8, 748-2.1, 748-1.12 və 748-7.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə, MPM-in 14.2, 77.1, 80, 81, 88 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qərar və ya iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. MM-in 152.2, 152.3, 157.4, 157.8, 158.1.2, 158.2, 158.4, 159, 164.1, 164.2, 425.1, 747-1.1, 748- 1.8, 748-1.9 və 748-7.1-ci maddələri üzrə - hazırkı iş üzrə tərəflər arasında bağlanmış lizinq müqaviləsindən açıq-aşkar müəyyən olunmuşdur ki, müqavilənin predmeti olan və iddiaçının hazırda mübahisələndirdiyi soyuducu kamera iddiaçının istifadəsində olan ərazidə (tikilinin içərisində) yerləşdirilmişdir (müqavilənin 2.2.8-ci bəndi). Bu da onu göstərmişdir ki, həmin vaxtdan qeyd olunan ərazi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Hətta, soyuducunun hazırda da yerləşdiyi bina müvafiq icarə müqaviləsi əsasında 2029-cu il # ####### tarixinədək iddiaçının istifadəsinə verilmişdir. Belə ki, iddiaçı həmin ərazi ilə bağlı hüquqlarının müdafiəsi üçün məhkəmədə cavabdehə qarşı iddia irəli sürməkdə haqlı olmuşdur. Digər tərəfdən, məhkəmə kollegiyası onu nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin (2010-cu il ## ### tarixli, **-LA/** saylı və 2014-cü il # #### tarixli, *-LA/** saylı) müddəti tam başa çatmışdır. Buna baxmayaraq, sözügedən soyuducu kameranın və ona aid avadanlıqların əsassız olaraq iddiaçının sahibliyində və istifadəsində olan ərazidə qalması davam etmiş və bununla da, iddiaçı tərəfindən həmin ərazidən istifadə edilməsi mümkün olmadığına görə onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Eyni zamanda, məhkəmə qeyd olunan soyuducu kameranın dəyərinin 1.162.500,0 manat məbləğində olmasını, iddiaçı tərəfindən belə yüksək dəyəri olan soyuducuya və onun avadanlıqlarına nəzarət olunmasının və mühafizəsinin təşkil edilməsinin qeyri-mümkün vəziyyətə gətirib çıxarmasını, belə halın davam edəcəyi təqdirdə soyuducu anbarın və onun avadanlıqlarının uzun müddət həmin ərazidə istifadəsiz qalmasının onun yararsız vəziyyətə gətirib çıxaracağı riskinin böyük olmasını, ən əsası isə kənar şəxslər tərəfindən soyuducunun oğurlanması, sökülməsi və ya başqa formada əldən çıxması nəticəsində iddiaçının üzərinə son dərəcə ağır öhdəliyin, cavabdehliyin və məsuliyyətin düşməsinin yüksək olduğunu da nəzərə almamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin bu faktiki hallarına qiymət verməmiş və digər sübutlarla birlikdə tədqiq etməmişdir.
26. MPM-in 4.1, 8.1, 9.1, 9.3, 14.2, 77.1 və 88-ci maddələri üzrə - məhkəmə kollegiyası maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə qətnamə çıxarmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, iş materiallarında olan 2010-cu il ## ### tarixli **-LA/** nömrəli və 2014-cü il ## #### tarixli **-LA/** nömrəli müqavilələrin 2.2.1-ci yarımbəndi daşınma və bununla bağlı bütün xərclərin məhz lizinq alan tərəfindən qarşılanmalı olduğunu birbaşa müəyyən etmişdir. Iddia müddətinin bitməsi yalnız 2010-cu il ## ### tarixli *-LA/** nömrəli lizinq müqaviləsinə münasibətdə mümkün hesab edilə bilər. Eyni zamanda, tərəflər arasında 2014-cü il # #### tarixli **-LA/** nömrəli lizinq müqaviləsi bağlanmışdır və bu müqavilə üzrə iddia müddəti bitməmişdir (iddia müddətinin bitmə tarixi 2026-cı ilin 2-ci rübüdür). Qeyd olunan müqavilə üzrə lizinq predmetinin tərkibinə daxil olan sözügedən soyuducu avadanlıqlar və əlavə texniki vasitələr həmin müqavilədə ayrıca göstərilmiş və faktiki olaraq lizinq münasibətlərinin predmeti olmuşdur. Bakı Kommersiya Məhkəməsinin həmin müqavilə üzrə qüvvədə olan qətnaməsi bu faktı təsdiq etmişdir. Cavabdehin yalnız iddia müddəti bitmiş müqaviləyə istinad etməsi, digər qüvvədə olan və iddia müddəti bitməmiş müqavilədən irəli gələn tələbləri nəzərə almaması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, iddiaçı sökülməsini və çıxarılmasını tələb etdiyi soyuducu kameraların yerləşdiyi torpaq sahəsinin sahibi deyildir, həmin torpaq sahəsi yox, orada yerləşən 7771,8 kv.m. sahədən ibarət əmlak kompleksinin 2114,4 kv.m. hissəsi olan tikili onun istifadəsinə verilmişdir. Belə olan halda iddiaçıya münasibətdə sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi mümkün deyildir və iddiaçının həmin ərazidə yerləşən tutumu 2.000 ton olan soyuducu kameraların (anbarın) ərazidən Agentliyin hesabına sökülməsi və məcburi qaydada çıxarılmasını tələb etmək hüququ yoxdur. Iddiaçı ilə bağlanılan lizinq müqavilələrinin 5.1.5-ci yarımbəndinə əsasən, lizinq alan tərəfindən avadanlıqlardan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləğin ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilməməsi müqavilə şərtlərinin pozulması hallarından biridir. Həmin müqavilələrin 5.2-ci bəndinə müvafiq olaraq, bu hal baş verdikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, soyuducu kameranı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda lizinq alandan götürülmüş avadanlığa və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququ lizinq verənə keçir. Lizinq verən götürdüyü avadanlığı başqa şəxsə lizinqə verə bilər. Göründüyü kimi, müqavilənin qeyd olunan bəndi avadanlığın lizinq verənin hesabına sökülərək fiziki olaraq çıxarılmasını deyil, avadanlıqdan onun yerləşdiyi tikili (bina) və kommunikasiyalarla birlikdə istifadə edilməsi, habelə həmin avadanlığın digər şəxslərə lizinqə verilməsi imkanının təmin olunmasını nəzərdə tutmuşdur.
Kassasiya baxışının hədləri
28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.”
“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həminhərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.”
“Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.”
“Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.”
“Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
Maddə 160. Vasitəsiz və vasitəli sahiblik Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
“Maddə 163. Sahibliyin verilməsi 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.”
“Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.”
“Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 32.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 33.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 34.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 35.Əlavə olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallardan çıxış edərək iddiaçının mübahisə predmeti olan əmlakın yerləşdiyi sahəyə münasibətdə mülkiyyət və ya qanunla müdafiə olunan məhdud əşya hüququnun mövcud olmadığını, onun hüququnun yalnız icarə müqaviləsindən irəli gələn nisbi tələb hüququ olduğunu müəyyən etmiş və həmin müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarını tətbiq etmişdir. Kassasiya şikayətində göstərilən arqumentlər isə apellyasiya məhkəməsinin hüquqi nəticəsinin deyil, həmin nəticənin əsasını təşkil edən faktiki halların və sübutların yenidən qiymətləndirilməsinə yönəlmişdir. 36.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 37.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 38.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 39.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 40.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edildiyini qətnamədə göstərmişdir. 41.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 42.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.