Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-348/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı və iddiaçı cavabdeh1 cavabdeh iddiaçı2 qarşı birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: Əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə və iddiaçı cavabdeh1 cavabdeh iddiaçı2 qarşı “qeyriyaşayış sahəsinin boşaldılması və pulun tutulması” tələbinə dair birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 627,4 m² olan qeyri-yaşayış sahəsi cavabdeh1 mülkiyyətindədir.
2. cavabdeh1 (icarəyə verən) ilə iddiaçı2 (icarəçi) arasında 2018-ci il ## #### tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə aylıq 5.000 manat icarə haqqı müqabilində icarəyə vermişdir. Icarə müddəti 2019-cu il # #### tarixədək müəyyən edilmiş və tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə bildiriş vermədiyi halda həmin müddətin avtomatik uzadılması nəzərdə tutulmuşdur.
3. Eyni tərəflər arasında 2023-cü il ## ####### tarixli yeni icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mübahisəli obyekt 2024-cü il ## ####### tarixədək müddətə icarəyə verilmiş, icarə münasibətlərinin 2023-cü il # ###### tarixdən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Müqaviləyə görə icarə haqqı sentyabr-aprel ayları üçün aylıq 18.000 manat, may-avqust ayları üçün isə aylıq 15.000 manat müəyyən edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Birinci iş
5. Iddiaçı iddiaçı2 (bundan sonra – “iddiaçı2”) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda - “cavabdeh2” və “cavabdeh1”) qarşı iddia və onun həcminin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək sonda, ünvan 1 ünvanında yerləşən (xxxx kimi tanınan restoran) qeyri-yaşayış obyektinin əsaslı bərpası ilə bağlı tərəfindən çəkilmiş 2.500.000 manat məbləğində xərc, həmçinin ödənilmiş 2040 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı2 2023-cü il ## ####### tarixli icarə müqaviləsinə əsasən icarəyə verilən ünvan 4 ünvanında yerləşən icarə obyekti üzərində (xxxx kimi tanınan restoran) icarə müqaviləsinin qüvvədə olması səbəbindan sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırmışdır ki, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı2 2017-ci ildə cavabdehlərdən biri olan öz qohumu cavabdeh2 faktiki olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 1000 kv.metrə yaxın olan, boş, istismara yararsız qeyri-yaşayış sahəsinə sərmayə buraxılması təklifi almışdır. Bunun müqabilində cavabdeh2 və indiki iş üzrə digər cavabdeh obyektin sənəd üzrə sahibi eyni zamanda cavabdeh2 dayısı olan cavabdeh1 iddiaçıya sözügedən obyekti uzun müddətli (ən azı 10 il olmaq şərti ilə) və sərfəli qiymətlə icarəyə verməyi söz vermişdirlər. Cavabdehlər ilə iddiaçı2 aralarında olan razılaşma zamanı cavabdehlər iddiaçıya şəriki kimi yanaşdıqlarını bildirmişlər və tərəflər arasında bağlanan müqavilənin formal olduğunu qeyd etmişlər. Tərəflər şifahi (centlemen) razılaşmanı əldə etdikdən sonra 2017-ci ilin yanvar ayında aralarında heç bir rəsmi müqavilə olmadan, cavabdeh2 səmimiyyətinə inanaraq iddiaçı çıxarış üzrə 627,8 kv/m-lik, faktiki olaraq isə 1.000 kv.m-dən çox olan obyektdə öz şəxsi vəsaiti hesabına əsaslı təmir-tikinti, yaxşılaşdırma, bərpa işləri aparmış, obyektin dizayn və daxili interyerini yeniləmiş, obyekt üçün müxtəlif ölkələrdən gətizdirdiyi dekor və avadanlıqları quraşdırmış obyektin qaz boruları, su və kanalizasiya xətlərini yeniləmiş, obyektdəki böyük zibil tullantılarını öz vəsaiti hesabına təmizləmişdir. Tərəflər arasında müqavilədən kənar şifahi razılaşma olması səbəbindən iddiaçı2 1 il 2 ay çəkən təmir müddəti ərzində şəxsi vəsaiti hesabına icarə obyektinə təxminən 2.500.000 manatdən çox məbləğdə investisiya qoymuşdur. Beləliklə, 1 il 2 ay çəkən təmir işlərindən sonra tərəflər arasında 2018-ci il ## #### tarixində icarə müqaviləsi bağlanmışdır. Iddiaçı tərəflərə icarə müqaviləsini sözləşdikləri kimi, 10 illik müddətində bağlanılmasını təklif etsə də cavabdehlər yenidən müqavilənin formal olduğuna istinad edərək müqaviləni 1 il müddətində uzadılma şərti ilə bağlamışlar. 2023-cü il ## ####### tarixdə cavabdehlər icarə haqqının artırılmasını əsas gətirərək icarə müqaviəsinin yenidən bağlanılmasını tələb etmişlər. iddiaçı2 icarə haqqının artırılmasına etiraz etməyərək icarə müqaviləsini yenidən imzalamış və cavabdehlərin sözlərinə inanaraq bundan sonra da ən azı 5 il bu şərtlərlə işləyəcəyinə güman etmişdir. Lakin hazırdda cavabdehlər öz vədlərinə əməl etməyərək, heç bir səbəb olmadan icarəçini icarə obyektindən çıxartmaq və onun obyektin əsaslı bərpası üçün xərclədiyi 2.500.000 manatdən çox sərmayəni faktiki olaraq mənimsəmək istəyirlər. Belə ki, cavabdehlər telefon vasitəsi ilə iddiaçı2 zəng edərək ondan əsassız olaraq icarə obyektininin boşaldılmasını tələb edir, əks təqdirdə isə obyektin fəaliyyət göstərilməsinə maneələr yaradacaqlarını bildirirlər. Cavabdehlərin etdikləri hərəkətlərin yeganə məqsədi öz vədlərinə əməl etməyərək iddiaçı2 hesabına əsassız varlanmaqdır. Əsassız varlanmağın müddəti isə tərəflər arasında bağlanılmış icarə müqaviləsinin bitmə müddətinə təsadüf edir, belə ki, buna qədər tərəflər iddiaçıya icarə müqaviləsinin uzadılmayacağını bildirməmişlər. Cavabdehlərin razılaşdığı müddətdən əvvəl müqaviləyə xitam vermək niyyətləri iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunmasına səbəb olur. Belə olan halda isə iddiaçının da obyektin yaxşılaşdırılmasına sərf etdiyi 2.500.000 manat məbləğində pulun cavabdehlərdən tələb edilməsi tamamilə əsaslıdır.
7. cavabdeh1 iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı2 iddiası əsassız və qanunsuzdur və orada göstərilən xüsusatlarla hesablaşmır. Aralarında həqiqətən icarə münasibətləri olmuş, lakin həmin münasibətlərin qüvvədə olduğu dövrdə iddiaçı2 dəfələrlə və kobud surətdə üzərinə düşən öhdəliklər kobud surətdə pozulmuşdur. Belə ki, icarə müqaviləsinin əsasını icarə haqqı təşkil edir və onun ödənilməsi öhdəliyi iddiaçı2 üzərinə düşmüşdür. Lakin bütün bunlara baxmayaraq iddiaçı2 müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada və həcmdə yerinə yetirilməmişdir. Digər tərəfdən iddiaçı2 bildirir ki, guya tərəflər arasında (“centlmen” sazişi) icarə münasibətlərinin uzunmüddətli olacağına dair şifahi razılıq olmuşdur. Lakin bu yalandır və bu barədə nə yazılı, nə də ki, şifahi razılıq tərəflər arasında şərtləşdirilməmişdir. Tərəflər arasında bağlanılmış icarə müqaviləsində də bu barədə heç bir müddəa yoxdur. Bundan başqa qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilənə qədər fəaliyyətsiz qalmamışdır. Həmin sahə daima başqa icarəçilərə verilmişdir. Lakin 2016-2017-ci ildə iddiaçı2 sahəni icarəyə götürmək istədiyini bildirmişdir. Bunun üçün orada bəzi təmir işlərinin aparılmasını istəmiş və bunun müqabilində 18 ay müddətində icarə haqqının ödənilməsindən azad olunduğunu təklif etmişdir. cavabdeh1 da bu təkliflə razılaşmışdır. Nəticədə, ilk icarə haqqı yalnız 18 aydan sonra ödənilməyə başlanılmışdır. Icarə müqaviləsinin 8-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsasən müqaviləyə tərəflərdən təşəbbüsü ilə xitam verildikdə icarə obyektində istifadə olunan daşına bilən mebel avadanlıqları icarəçi tərəfindən onun arzusu ilə götürülə bilər, digər avadanlıqlar və yaxşılaşdırılmalar icarəyə verənin mülkiyyətində saxlanır. Hazırda həmin icarə müqaviləsi ləğv olunub. Çünki, müqavilə uzadılmamış və müqavilənin uzadılması ilə bağlı əmlak sahibi cavabdeh1 müqavilənin uzadılmasına dair razılıq verməmişdir. Əksinə buna baxmayaraq cavabdeh1 iddiaçıya müqaviləyə əsasən yazılı xəbərdarlıq poçt xidməti vasitəsilə göndərsə də, iddiaçı2 onları qəbul etməkdən qərəzli olaraq planlı şəkildə boyun qaçırmışdır. Beləliklə, iddiaçı2 süni şəkildə müqavilənin uzadılmasına nail olmaq istəmiş. Nəhayət bu imkanı əldə edə bilmədiyinə görə, iddiaçı2 ilk növbədə MTT haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbləri də tamamilə əsassızdır və heç nəyə əsaslanmır. Sadəcə qanunsuz şəkildə cavabdehə məxsus olan əmlaka sahiblik etmək və oradan maksimal olaraq qazanc götürmək məqsədi daşıyır. Hamıya bəllidir ki, icarə münasibətləri müvəqqəti xarakter daşıyır və onlar yalnız müqavilə ilə tənzimlənir. Tərəflər arasında isə iddiaçı2 iddiada göstərdiyi bir hal belə orada əks olunmur. Müqavilə azadlığı hüququ anlayışı var və heç kəs (qanunda nəzərdə tutulan hallardan başqa) müqavilə bağlamağa məcbur edilə bilməz. Lakin bütün bunlara baxmayaraq iddiaçı2 prosessual hüquqlardan sui-istifadə edərək qanunsuz olaraq əmlakın geri qaytarılması əvəzinə ondan qanunsuz istifadəyə yol verir və ondan hələ bəhər (gəlir) götürür.
8. Ikinci iş
9. cavabdeh1 iddiaçı2 qarşı iddia və onun həcminin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək sonda, iddiaçı2 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m. olan qeyri-yaşayış sahəsindən (“xxxx” adı ilə tanınan restoran) çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq ona təhvil verilməsi, sahənin qanunsuz vaxtında təhvil verilmədiyinə görə istifadədən və sərəncamvermə hüququnun faktiki olaraq məhdudlaşdırıldığına görə (hər ay üçün 18.000 manat olmaqla) 10 ay*18000=180.000 manat, əvvəlki dövr üzrə ödənilməmiş 67.800 manat icarə haqqı, 14.000 mənəvi ziyana görə, ödənilmiş bütün dövlət rüsumlarına görə (hazırki əlavə ödənilmiş 394 manat dövlət rüsumu nəzərə almaqla) – 1.084 manat, vəkillə bağlanılan “hüquqi yardımın göstərilməsi haqqında” müqavilələrə ödənilmiş – 660 manat, cəmi 263.544 manatın iddiaçı2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli qərardadı ilə göstərilən iddialar üzrə işlər bir icraatda birləşdirilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)- ***/**** saylı qətnaməsi ilə iddiaçı2 iddiası təmin edilməmiş, cavabdeh1 iddiası qismən təmin edilərək, iddiaçı2 mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması və ondan 67.800 manat icarə haqqı, 293,40 manat dövlət rüsumu və 660 manat hüquqi yardım xərci olmaqla ümumilikdə 68.753,40 manat məbləğində pulun tutulması qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunub-olunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır. Hazırkı kommersiya mübahisəsinin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur: icarə obyektinin qarşılıqlı iddiaçının xüsusi mülkiyyətində olması və cavabdeh1 ilə iddiaçı2 arasında həmin sahə ilə bağlı 2018-ci il ## #### tarixli və 2023cü il ## ####### tarixli icarə müqavilələrinin bağlanması; icarə obyektindən iddiaçının 2024-cü il ## ###### tarixdən istifadəsinə qadağa qoyulması.
13. Məhkəmə qarşılıqlı iddia ərizəsini 67.800 manat icarə haqqı borcunun tutulması hissəsində əsaslı hesab etmişdir. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışlara əsasən icarəçi tərəfindən icarəyə verənə 2023-cü il ## ####### tarixli icarə müqaviləsi üzrə ümumilikdə 166.400 manat vəsait ödənilmişdir. Belə ki, materiallarda olan 2023-cü il ## ####### tarixli icarə müqaviləsinin tərəflər arasında razılaşdırılmış 5-ci bəndi rəhbər tutulmaqla icarəçi tərəfindən icarəyə verənə tələb edilən dövr üzrə (2023-cü il ## ####### 2024-cü il ## #######) ümumilikdə 243.139 manat icarə haqqı ödənilməli olduğu halda, 166.400 manat ödənilmiş, qalıq 76.739 manat ödənilməmişdir.
14. cavabdeh1 həmin dövr üzrə isə hazırda 67.800 manat icarə haqqının ödənilməsini tələb edir, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. iddiaçı2 məhkəməyə verdiyi izahatında tələb edilən 67.800 manat icarə haqqının nağd qaydada ödənildiyini bildirmiş, bunu təsdiq edən ödəniş sənədlərinin, hər hansı yazılı sübutunun olmadığını göstərmişdir. Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili izahatlarında tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə ümumiyyətlə nağd ödənişin olmadığını bildirmişdir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsi ilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni 67.800 manat icarə haqqının ödənildiyini ilk iddiaçı sübut etməlidir. iddiaçı2 bunu təsdiq edən hər hansı yazılı sübut təqdim edə bilməmiş, əvəzində məhkəməyə şahid ifadələri təqdim etmişdir.
15. iddiaçı2 tərəfindən məhkəməyə təqdim edilmiş şahid X3 icarə haqqı ilə bağlı bir neçə dəfə cavabdeh1 obyektə gəldiyini gördüyünü, şahid X5 icarə haqqının məbləğini bilmədiyini, lakin pulun zərfin içərisində icarəyə verənə verildiyini, bəzən pulu şəxsən Yasamal rayonu ərazisində yerləşən cavabdeh cavabdeh1 ofisinə apardığını, aparılmış pulun zərfin içərisində olduğunu, bu səbəbdən pulun məbləğlərini bilmədiyini, şahid X4 isə icarə haqqını bir iki dəfə olmaqla icarəyə verənə şəxsən verdiyini, hər dəfə 18.000 manat olmaqla əlbəəl pul ödədiyini, lakin sonrakı ayların ödənişləri barədə məlumatının olmadığını göstərmişlər.
16. iddiaçı2 təqdim etdiyi həmin şahidlər icarə haqlarının hansı qaydada, kimə və nə vaxt, hansı həcmdə ödənilməsi barədə konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (iddiaçı2 ilə əmək müqaviləsi əsasında çalışmış işçilər olmaqla) maraqlı olan şəxslərdir. Beləliklə də, iddiaçı2 təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr 67.800 manat icarə haqqının ödənilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. iddiaçı2 bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
17. Məhkəmə qanunvericilik normalarını, eləcə də qarşılıqlı iddia üzrə cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə qarşılıqlı iddiaçıya 67.800 manat icarə haqqı borcunun yarandığını, belə olan halda isə qarşılıqlı iddiaçının həmin borcun ödənilməsini qarşılıqlı iddia üzrə cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, qarşılıqlı iddia 67.800 manat icarə haqqının tələb edilməsi hissəsində təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdehdən 67.800 manat məbləğində pul tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
18. Məhkəmə qarşılıqlı iddianın ikinci, 180.000 manat kompensasiyanın ödənilməsi hissəsində isə əsassız hesab etmişdir. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində icarə sahəsinin qanunsuz vaxtında təhvil verilmədiyinə görə istifadə və sərəncamvermə hüququnun faktiki olaraq məhdudlaşdırıldığına görə hər ay üçün 18.000 manat olmaqla 10 ay üçün ümumilikdə 180.000 manat zərərin ödənilməsini tələb edir.
19. Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı 2024-cü il ## ###### tarixli qərardadı ilə cavabdeh cavabdeh1 müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilərək, qeyri-yaşayış obyektindən istifadə olunması, orada hər hansı fəaliyyət göstərməsi ilk iddiaçıya və digər şəxslərə 2025-ci il ## ###### tarixinədək qadağan olunmuş, həmin qərardad 2024-cü il ## ###### tarixdə Bakı şəhəri Səbail Rayon Icra Şöbəsinə göndərilmiş, sonuncu tərəfindən 2024-cü il ## ###### tarixli icraata başlanılma haqqında qərar qəbul edilərək icra edilmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin e-**(***)-**/**** saylı 2025-ci il ## ###### tarixli qərardadı ilə hazırkı mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyyə minənədək ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 627,4 kv.m sahəsi olan qeyriyaşayış obyektindən (“xxxx” adı ilə tanınan restoran) istifadə olunması, orada hər hansı bir fəaliyyət göstərməsi iddiaçı2 və digər şəxslərə qadağan edilmişdir. Həmin müvəqqəti təminat tədbiri hazırda qüvvədədir. Məhkəmə müvəqqəti təminat tədbiri barədə adıçəkilən qərardadların qüvvədə olduğu müddətdə iddiaçı2 icarəyə verilmiş sahədən istifadə etmək imkanından ümumiyyətlə məhrum olduğunu, habelə həmin sahədən istifadə edilməsinin cavabdeh1 özünün ərizəsi əsasında qadağan edildiyini nəzərə alaraq onun tələbini 180.000 manat kompensasiyanın tutulması hissəsində əsassız hesab etmişdir.
21. Məhkəmə qarşılıqlı iddia ərizəsini icarəçinin icarə obyektindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab etmişdir. Belə ki, cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdeh1 2024-cü il ## ###### tarixdə və 2024-cü il # ####### tarixdə ilk iddiaçıya müqavilənin 5-ci bəndinin tələblərinin dəfələrlə pozulduğunu göstərib sahənin bir aylıq xəbərdarlıq müddəti keçdikdən sonra boşaldılmasını tələb etmiş, müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsini bəyan etmişdir. 2023-cü il ## ####### tarixli icarə müqaviləsinin 5-ci bəndinə görə icarə haqqı hər növbəti ayın 5-nə kimi ödəniləcəkdir. Bu müqavilədə nəzərdə tutulmuş icarə haqqı ardıcıl 20 gün ödənilmədikdə icarə müqaviləsinə icarəyə verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəkdir. iddiaçı2 həmin xəbərdarlıqların ona göndərilmədini bildirsə də, cavabdeh1 tərəfindən təqdim edilmiş 061044 və ***** saylı poçt qəbzlərindən görünür ki, xəbərdarlıqlar “məktubu qəbul etməkdən imtina etdilər” qeydi ilə geri qaytarılmışdır. iddiaçı2 özünün şahid kimi məhkəməyə təqdim etdiyi “xxxx” adlı restoranda administrator kimi çalışmış X5 ifadəsində bildirmişdir ki, o, restoranın bağlanacağını 1–2 gün əvvəl obyektə gələn məktub vasitəsilə öyrənmiş, məktubu gətirən şəxs formada olmuş, ona məktuba qol çəkməli olduğunu bildirmiş, lakin o, imza çəkməkdən imtina etmiş, daha sonra bu barədə Ələkbər müəllimə dərhal zəng edib məlumat vermiş, sonradan isə onları oradan çıxarmaq istədiklərini öyrənmişdir. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi icarəçi tərəfindən icarəyə verənə 67.800 manat icarə haqqı ödənilməmiş, iddiaçı2 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur.
22. Icarəyə verən icarəçiyə ünvanladığı bildirişlərdə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmiş, müqavilənin 5-ci bəndində icarəyə verənin müqavilənin birtərəfli qaydada ləğv edilməsi hüququnu təsbit edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 2023-cü il ## ####### tarixli icarə müqaviləsi icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edildiyindən və icarə sahəsi icarəyə verənə geri təhvil verilmədiyindən cavabdeh1 hazırda iddiaçı2 icarə sahəsindən çıxarılmasını və əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır
23. Məhkəmə qarşılıqlı iddianı 14.000 manat mənəvi zərərin tələb edilməsi hissəsində də əsassız hesab etmişdir. Belə ki, 14.000 manat mənəvi ziyanın tutulması hissəsində qarşılıqlı iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, habelə iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, mənəvi zərər barədə qarşılıqlı iddia tələbi də təmin edilməməlidir.
24. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsassız hesab etmişdir. Belə ki, cavabdeh2 qarşı yönəlmiş tələblərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə həmin şəxs arasında hər hansı öhdəlik münasibəti olmadığından cavabdeh2 icarəçinin çəkdiyini iddia etdiyi təmir xərclərinin və digər xərclərin əvəzini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, adı çəkilən cavabdehin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyekt kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin cavabdehin iddiaya cavab verməli subyekt olduğu fərz edilsə belə, yenə də iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün olmayacaqdı. Belə ki, iddiaçı icarə obyektini əsaslı təmir etdirildiyini, bunlara görə 2.500.000 manat vəsait xərclədiyini iddia edərək qeyd edilən iddia tələbini irəli sürmüş, bununla belə iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələrinə gəldikdə isə, şahidlər vermiş olduqları izahatlarında təmirə görə konkret hansı məbləğdə pul xərcləndiyi göstərə bilməmiş, yuvarlaq məbləğlər bildirməklə kifayətlənmişlər. Bundan başqa, bəzi şahidlərin birdirdikləri bilavasitə gördüklərinə deyil, eşitdiklərinə əsaslanır. Bu mənada qeyd edilən şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Iddiaçı tərəfindən bununla bağlı təqdim edilmiş “xxxx” MMC-nin 2024-cü il # ###### tarixli mütəxəssis rəyləri də hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin qiymətləndirmə hesabatlarında təmir-bərpa işlərinin dəyərinin hansı qaydada hesablanması, həmin təmir və yaxşılaşdırma işlərinin məhz iddiaçı tərəfindən görülməsi qənaətinə əsas olan hallar və s. göstərilməmişdir.
26. “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5ci bəndinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin müqavilədə başqa hal nəzərdə tutulmayıbsa çəkdiyi bütün xərclərin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulsa da, hazırkı halda isə birinci icarə müqaviləsinin 8-ci bəndi, habelə ikinci icarə müqaviləsinin 9-cu bəndində icarəyə götürülmüş sahədə icarəyə verənin razılığı olmadan təmir-tikinti işlərinin aparıla bilməməsi əvvəlcədən razılaşdırıldığından məhkəmə hesab etmişdir ki, təmirə çəkilmiş xərcin cavabdeh1 tutulmasına dair tələb əsassızdır. Obyektdə yerləşdirilmiş avadanlıqlar və ayrıla bilən yaxşılaşdırmaları icarəçinin icarə münasibətlərinə xitam verildikdən sonra götürmək hüququ olduğundan dəyərinin icarəyəverəndən tələb edilməsinin isə qanuni əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
27. Məhkəmə ilk iddia ərizəsini ikinci, 2023-cü il ## ####### tarixli icarə müqaviləsinə əsasən iddiaçının icarə obyektinə sahiblik və istifadə hüququnun bərpa edilməsi, sahədən istifadə ilə bağlı yaradılacaq maneələrin qadağan edilməsi hissəsində də əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı 2023cü il ## ####### tarixli icarə müqaviləsinin icarəyə verən (cavabdeh) tərəfindən həmin müqavilənin 5-ci bəndinin tələblərinə əsasən birtərəfli qaydada ləğv edildiyi, hazırda həmin müqavilənin qüvvədə olmadığı, bu səbəbdən ilk iddiaçının icarə sahəsinə dair hər hansı əmlak hüququnun olmadığı müəyyən edildiyindən, ilk iddia həmin hissədə təmin edilə bilməz.
28. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1, 421.2, 424.3, 442, 433.1, 445.2, 675, 697.1, 700.1, 705-ci, “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5 və 6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 76.2, 77.1, 81, 217.1 və 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. iddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, öz iddiasının təmin və cavabdeh1 iddiasının isə rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - “iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 qarşı “yaxşılaşdırmaya çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair iddiasının təmin edilməməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin çıxarılması, iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 qarşı “yaxşılaşdırmaya çəkilmiş xərclərin əvəzinin tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – T.Qocayev, hakimlər S.Cəfərov və F.Qasımov).
31. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı tərəfindən icarəyə verilmiş obyektə çəkildiyi iddia olunan xərclər tərəflər arasında yazılı icarə müqaviləsi bağlanmazdan əvvəlki dövrə aid olsa da, həmin xərcləri icarə münasibətlərindən ayrı qiymətləndirmək və onları müstəqil hüquq münasibətləri çərçivəsində dəyərləndirmək düzgün olmaz. Iş materiallarından görünür ki, tərəflər obyektin icarəyə verilməsi barədə əvvəlcədən razılığa gəlmiş, bu razılığa uyğun olaraq obyekt faktiki olaraq iddiaçının istifadəsinə verilmiş və iddiaçı tərəfindən həmin obyektin gələcək sahibkarlıq fəaliyyəti üçün uyğunlaşdırılması məqsədilə müəyyən təmir və dəyişiklik işləri aparılmışdır. Bu səbəbdən göstərilən işlər tərəflər arasında formalaşmış faktiki icarə münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməli və mübahisəyə də həmin münasibətlər çərçivəsində hüquqi qiymət verilməlidir.
32. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi “yaxşılaşdırmaya çəkilmiş xərclərin əvəzinin tutulması” tələbinə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və araşdırmanı yanlış hüquqi müstəvidə – icarəyə verənin yaxşılaşdırmaların aparılmasına razılığının olub-olmaması məsələsi ətrafında aparmışdır.
33. Belə ki, birinci instansiya məhkəməsi “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad etməklə hesab etmişdir ki, həmin normaya əsasən yaxşılaşdırmaların əvəzinin ödənilməsi yalnız icarəyə verənin razılığı olduqda mümkündür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilədə təmirtikinti işlərinin aparılmasının qadağan edilməsini nəzərə alaraq iddianı rədd etmişdir.
34. “Icarə haqqında” Qanunun 9-cu maddəsinin 3-7-ci bəndləri icarəçinin tikdiyi bina və qurğuların, habelə apardığı yaxşılaşdırmaların əvəzinin ödənilməsi məsələlərini tənzimləyir. MM-in 680-ci maddəsi isə kirayəçinin çəkdiyi xərclərin kirayəyə verən tərəfindən ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.
35. “Icarə haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaxşılaşdırmaların əvəzinin ödənilməsi üçün həmin yaxşılaşdırmaların icarəyə verənin razılığı ilə aparılması və onların ayrılmasının mümkün olmaması kifayət edir. MM-in 680-ci maddəsinə görə isə istismar, qulluq və təmizləmə xərcləri istisna olmaqla, əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclər kirayəyə verən tərəfindən ödənilə bilər. Kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzinin ödənilməsi məsələsi isə özgə işlərini tapşırıqsız aparma haqqında müddəalara uyğun həll edilir.
36. Birinci instansiya məhkəməsinin istinad etdiyi “Icarə haqqında” Qanun 1992ci il ## ##### tarixdə qəbul edilmiş, MM-in isə 1999-cu il ## ###### tarixdə qəbul edilərək 2000-ci il # ######## tarixdə qüvvəyə minmişdir. Beləliklə, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə hər iki normativ hüquqi akt qüvvədə olmuş, lakin onların tənzimləmə qaydası fərqli olmuşdur ki, bu da normativ kolliziyanın yaranmasına səbəb olmuşdur.
37. Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il # ####### tarixli Qərarında göstərilir ki, 2011-ci il ## ###### tarixinə qədər qüvvədə olan hüquq normaları arasında yaranan istənilən kolliziya əvvəlki “Normativ hüquqi aktlar haqqında” Qanunun 7-ci maddəsinə uyğun, yəni əvvəlcə iyerarxiya, sonra isə zaman prinsipinə uyğun həll olunmalıdır. MM və “Icarə haqqında” Qanun eyni hüquqi qüvvəyə malik olduğundan onların arasındakı kolliziya zaman prinsipi ilə həll edilməli və mübahisə zaman baxımından daha sonra qəbul edilmiş MM-in normaları əsasında həll edilməlidir.
38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, hazırda qüvvədə olan “Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən MM mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə MM tətbiq edilir. Yəni kolliziyanın bu Qanunla aradan qaldırılması halında da MM tətbiq ediləcəkdi.
39. Buna görə də birinci instansiya məhkəməsi mübahisəni “Icarə haqqında” Qanunun normaları əsasında həll etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir ki, bu da MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin həmin hissədə ləğvi üçün əsasdır.
40. Kollegiya hesab etmişdir ki, mübahisə MM-in 680-ci maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır və bu halda da iddiaçı tərəfindən tələb olunan xərclərin cavabdehdən tutulması üçün hüquqi əsaslar yoxdur.
41. Belə ki, mübahisəli obyekt iddiaçı tərəfindən icarəyə götürülməzdən əvvəl də kommersiya məqsədilə istifadə edilmişdir. X2 ifadəsində bildirmişdir ki, mübahisəli obyekt əvvəllər un dəyirmanı kimi fəaliyyət göstərmiş, daha sonra burada “Italdizayn” mebel mağazası fəaliyyət göstərmiş, sonradan isə müəyyən müddət boş qalmışdır. X1 da obyektin əvvəllər “Kapitalbank” tərəfindən icarəyə götürüldüyünü qeyd etmişdir. Bu ifadələrdən görünür ki, obyekt konstruktiv baxımdan istifadəyə yararlı olmuş və kommersiya fəaliyyəti üçün istifadə edilmişdir. Iddiaçı əşyanın saxlanması və ya bərpası üçün zəruri xərclər çəkdiyini sübut edən hər hansı obyektiv sübut təqdim etməmişdir. Həmçinin iddiaçı belə xərclər çəkilmədiyi halda əşyanın məhv olması və ya təyinatını itirməsi təhlükəsinin mövcud olduğunu da iddia etməmişdir.
42. Iş üzrə dindirilmiş bəzi şahidlər iddiaçı tərəfindən aparılmış təmir və tikinti işləri barədə məlumat vermişlər. Belə ki, şahid Bəxtiyar Axundzadə 2017-ci ildə obyekt daxilində metal konstruksiya və pilləkən quraşdırılması işlərinin görüldüyünü, həmçinin müəyyən landşaft və dizayn işlərinin aparıldığını bildirmişdir. Həmin şahid göstərmişdir ki, bu işlərin aparılması ilə bağlı onun iddiaçı ilə razılaşması olmuş və ödənişləri iddiaçı tərəfindən nağd qaydada almışdır. X1 da ifadəsində obyekt daxilində kanalizasiya sistemi, arakəsmələr və digər tikinti işlərinin aparıldığını qeyd etmiş, bu işlərin iddiaçının sifarişi ilə həyata keçirildiyini bildirmişdir.
43. Bununla belə, göstərilən şahidlərin ifadələrindən görünür ki, onların hər biri yalnız müəyyən iş epizodlarında iştirak etmiş və ya həmin işləri müşahidə etmişdir. Onların heç biri aparılmış işlərin ümumi həcmi və ya iddiaçı tərəfindən çəkildiyi iddia olunan xərclərin məbləği barədə dəqiq məlumat verməmişdir. Məsələn, şahid Bəxtiyar Axundzadə konstruksiya işlərinə təxminən 100.000 manat civarında xərc çəkildiyini bildirsə də, bu məbləğin hansı sənədlərə və ya hesablamalara əsaslandığını izah etməmişdir. Digər şahidlər isə ümumiyyətlə görülmüş işlərin dəyəri barədə konkret məlumat verməmişlər. Bundan əlavə, şahidlərdən heç biri iddiaçı tərəfindən çəkildiyi iddia olunan xərclərin ümumi məbləğini təsdiq edən maliyyə sənədlərinin mövcudluğu barədə məlumat verməmişdir.
44. Iddiaçı tərəfindən aparılmış işlər əsasən qeyri-yaşayış sahəsinin restoran fəaliyyəti üçün uyğunlaşdırılmasına yönəlmişdir. Arakəsmələrin qurulması, restoran otaqlarının yaradılması, xüsusi dizayn elementlərinin tətbiqi, mətbəxin qurulması, qaz, su və kanalizasiya borularının restoran təyinatına uyğunlaşdırılması və digər işlər iddiaçının öz sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Başqa sözlə, bu işlər görülmədən də obyekt istifadə üçün yararlı idi və icarə bazarında ona tələbat var idi. Bu cür dəyişikliklərin aparılması icarəçinin sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olub, həmin işlərin mülkiyyətçinin mənafeyinə uyğun olması və ya onun ehtimal olunan istəyinə uyğun aparılması barədə nəticə çıxarmağa əsas vermir.
45. Mülkiyyətçinin icarəçinin obyekt daxilində müəyyən təmir işləri aparmasına etiraz etməməsi həmin işlərin onun sifarişi və ya maraqları çərçivəsində həyata keçirilməsi demək deyildir. Işlərin görülməsinə icazə vermək ayrı, işlərin görülməsində marağı və istəyi olmaq isə ayrı məsələlərdir. Aydındır ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürdüyü əşyada dəyişiklik edə bilməz. Icarəyə verən əşyanı icarəyə verməkdə maraqlı olduğu üçün icarəçinin obyekti öz tələbatına uyğunlaşdırmasına bir qayda olaraq razılıq verir. Lakin bu razılıq icarəyə verənin həmin işlərin aparılmasına marağının və ya istəyinin olması mənasına gəlmir və icarəçiyə həmin yaxşılaşdırmaların əvəzini icarəyə verəndən tələb etmək hüququ vermir. Əks yanaşmanın tətbiqi hər bir icarəçinin öz kommersiya maraqlarına uyğun apardığı dəyişikliklərin sonradan mülkiyyətçidən tələb olunmasına səbəb ola bilər ki, bu da icarə münasibətlərinin mahiyyətinə uyğun gəlmir.
46. MM-in 1090.2 və 1090.3-cü maddələrində iş sahibinin mənafeyinin nəzərə alınmadığı iki hal nəzərdə tutulmuşdur: işlərin aparılması nəticəsində sahibkarın varlanması və ya işlərin onun ictimai vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olması. Hazırkı işdə cavabdehin iddiaçı tərəfindən görülmüş işlər nəticəsində varlandığı sübuta yetirilməmişdir. Iş materiallarında həmin işlərin obyektin ümumi bazar dəyərinin artmasına səbəb olduğunu göstərən hər hansı obyektiv sübut mövcud deyildir. Bu dəyişikliklər konkret sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərinə uyğun funksionallıq, dizayn və planlaşdırma elementlərindən ibarət olmuşdur və onların digər fəaliyyət növləri üçün istifadə edilə biləcəyi və ya obyektin ümumi bazar dəyərinin artmasına səbəb olduğu sübuta yetirilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən aparılmış işlərin cavabdehin ictimai vəzifələrinin və ya qanunla müəyyən edilmiş digər öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olması da nə iddia edilmiş, nə də sübuta yetirilmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, icarəçi tərəfindən icarəyə götürülmüş əmlakın konkret sahibkarlıq fəaliyyəti üçün uyğunlaşdırılması ilə bağlı çəkilən xərclər bir qayda olaraq həmin fəaliyyətin iqtisadi riskinin tərkib hissəsini təşkil edir və belə xərclərin avtomatik olaraq mülkiyyətçinin üzərinə keçirilməsi üçün hüquqi əsas olmur. Bu səbəbdən kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən aparılmış yaxşılaşdırmalar cavabdehin mənafeyinə deyil, iddiaçının öz kommersiya maraqlarına xidmət etmişdir və həmin xərclərin cavabdehdən tutulması üçün əsas yoxdur.
47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilməsinə dair hissədə tam həcmdə mübahisələndirilmişdir. Ona görə də kollegiya cavabdeh2 münasibətdə iddianın rədd edilməsi ilə bağlı məsələdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kollegiya qeyd etmişdir ki, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində cavabdeh2 hazırkı icarə münasibətlərinin iştirakçısı olmaqla hüquq və vəzifələr daşımasını sübuta yetirə bilməmişdir.
48. Məhkəmə kollegiyası birləşdirilən iş üzrə 67.800 manat məbləğində icarə haqqı borcunun iddiaçı2 tutulmasının əsassız olmasına dair apellyasiya şikayətinin dəlilləri ilə də razılaşmamışdır. Belə ki, iş materiallarına tərəflərin bağladığı 2018-ci il tarixli icarə müqaviləsi və həmin müqavilə üzrə ödəniş sənədləri və s. əlavə edilsə də, icarə müqaviləsinin ləğv edilməsi və icarə haqlarının ödənilməsinə dair hissələrdə hazırkı mübahisənin predmeti məhz 2023-cü il ## ####### tarixli icarə müqaviləsi qəbul edilir. Tərəflər bu tarixdə yenilənmiş icarə müqaviləsi bağladıqlarından, əksi sübuta yetirilincəyə qədər əvvəlki icarə müqaviləsi üzrə hesablaşmanın başa çatdığı ehtimal olunur və həmin dövr üzrə araşdırmanın aparılmasına zərurət yoxdur. Qeyd edilən icarə müqaviləsində tərəflər icarə haqqının hər növbəti ayın 5-nə qədər ödənilməsi şərti barədə razılığa gəlmişlər. Icarə haqqı isə ilin 8 ayı üçün 18.000 manat, 4 ayı üçün isə 15.000 manat müəyyən edilmişdir. Icarə dövrü ərzində ödənilməli olan icarə haqqının ümumi məbləği 204.000 manat olmuşdur. Iş materiallarında olan bank hesablarından çıxarışların təhlilindən aydın olur ki, 2023cü il ## ####### tarixli icarə müqaviləsi üzrə iddiaçı tərəfindən ümumilikdə 105.500 manat ödəniş həyata keçirilmişdir. Müqavilə üzrə ödənilməli olan ümumi məbləğin 204.000 manat olduğunu nəzərə alaraq, ödənilməmiş icarə haqqının məbləği 98.500 manat təşkil edir. Eyni zamanda ödənişlərin əksər hallarda müqavilədə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən aylarla gecikdirildiyi və hissə-hissə həyata keçirildiyi müəyyən edilmişdir.
49. iddiaçı2 icarə haqqının bir hissəsinin nağd qaydada cavabdehə ödənildiyini bildirərək bu halı şahid ifadələri ilə əsaslandırmağa çalışmışdır. Bu barədə dindirilmiş şahidlərdən X5 ifadəsində göstərmişdir ki, restoranın administratoru işlədiyi dövrdə bəzi hallarda pul vəsaitlərini zərfdə mülkiyyətçi cavabdeh1 təqdim etmiş, bəzən isə həmin vəsaiti cavabdehin ofisində çalışan şəxslərə vermişdir. Lakin həmin şahid ödənişlərin hansı tarixdə, hansı ayların icarə haqqına görə və hansı dəqiq məbləğdə verildiyini göstərə bilməmiş, yalnız təxminən 4.000–6.000 manat civarında vəsaitlərin çatdırıldığını bildirmişdir.
50. Digər şahid X4 isə ifadəsində bir-iki dəfə cavabdeh1 nağd qaydada hər dəfə 18.000 manat pul ödədiyini, bəzi hallarda isə onun qohumuna və ya sürücüsünə icarə haqqını nağd qaydada verdiyini qeyd etmiş, lakin bu ödənişlərin hansı ayların icarə haqqına aid olduğunu və həmin vəsaitlərin dəqiq məbləğini xatırlamadığını bildirmişdir.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən şahid ifadələri icarə haqqının nağd qaydada ödənilməsi barədə iddianı dəqiqliklə təsdiq edən məlumatları özündə ehtiva etmir. Şahidlər ödənişlərin konkret tarixini, məbləğini və hansı ayların icarə haqqına aid olduğunu göstərməmiş, yalnız ümumi və ehtimala əsaslanan məlumatlar vermişlər.
52. Ödəniş sənədlərinin təhlili ilə müəyyən olunur ki, iddiaçı2 2023-cü il ## ####### tarixli icarə müqaviləsi üzrə ödənişləri tam şəkildə bank hesabına köçürmə etməklə həyata keçirməyə çalışmışdır. Bundan əlavə, iddia edilən nağd ödənişlərin həyata keçirildiyini təsdiq edən hər hansı yazılı maliyyə sənədi (qəbz, köçürmə sənədi, yazılı təsdiq, ödənişin nağd qaydada tələb edilməsinə, yaxud verilməsinə dair yazışma və s.) də iş materiallarına təqdim edilməmişdir. Uzun müddət davam edən icarə münasibətlərində belə ödənişlərə dair heç bir yazılı sübutun olmaması inandırıcı hesab edilmir. Bu səbəbdən göstərilən şahid ifadələri iddia edilən nağd ödəniş faktının sübuta yetirilməsi üçün kifayət edən etibarlı sübut kimi qəbul edilə bilməz.
53. iddiaçı2 icarə obyektindən çıxarılmasının əsassız olmasına dair apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2023-cü il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarə haqqının 20 gün müddətində ödənilmədiyi təqdirdə müqaviləyə icarəyə verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəyi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən demək olar ki, bütün aylar üzrə icarə ödənişləri bir neçə ay gecikmə ilə həyata keçirilmiş, ödənişlərin bir hissəsi isə ümumiyyətlə ödənilməmişdir. Bunun nəticəsində müqavilə şərtləri iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Bu hallarla əlaqədar icarəyə verən tərəfindən icarəçiyə bir neçə dəfə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iddiaçı heç bir münasibət bildirməmişdir. Nəticədə, müqaviləyə icarəyə verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilmişdir. Bu hüquq icarə müqaviləsində nəzərdə tutulmuş hüquqdur və qanuna müvafiq qaydada həyata keçirilmişdir.
54. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, apellyasiya şikayətinin iddiaçı iddiaçı2 icarə obyektindən çıxarılmasının əsassız olmasına dair dəlillərini və iddiaçı2 icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair tələbini də əsassız hesab etmişdir.
55. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 442, 675, 680.1, 680.2, 684.1, 697.1, 700.1, 700.3, 1090.1-1090.3-cü, MPM-in 77.1, 88, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
56. iddiaçı2 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, özünün iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
57. MM-in 680.1-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi təsdiq etmişdir ki, icarəyə verən icarəçinin apardığı təmir işlərinə razılıq vermişdir. Lakin, işə baxan apellyasiya məhkəməsi şahid ifadələrindən başqa heç bir sübutla əsaslandırmayıb ki, iddiaçı sözügedən obyekti icarəyə ötürməzdən əvvəl obyektin təmir vəziyyəti necə olub. Yəni, ən azından fotoşəkillər, videogörüntülər və digər mötəbər sübutlarla sübut olunmalı idi ki, obyekt iddiaçı tərəfindən icarəyə götürüləndə həqiqətən də fəaliyyət göstərmək üçün tam yararlı vəziyyətdə olub. Sözügedən obyektin iddiaçı tərəfindən icarəyə götürülməsindən əvvəl un dəyirmanı, “Italdizayn” mebel mağazası kimi fəaliyyət göstərməsi və “Kapitalbank” tərəfindən icarəyə götürülməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, icarə müqavilələri məhkəməyə təqdim edilə bilərdi. Lakin, cavabdeh nə obyektin əvvəlki icarə müqavillərini (əgər olubsa), nə də obyektin iddiaçı tərəfindən icarəyə götürülməsindən əvvəlki təmir vəziyyətinin hansı səviyyədə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə ancaq 1 şahidin ifadəsi ilə obyektin əvvəlki təmir vəziyyəti barədə geniş izahlar vermişdir. Halbuki, məhkəmə iddiaçının iddia tələbinə münasibətdə 3-4 şahidin ifadəsini mötəbər qəbul etməmişdir.
58. MM-in 680.2, 1090.1, 1090.2-ci maddələri üzrə - iddiaçının çəkdiyi xərcləri əşyanın saxlanması və ya bərpası üçün çəkilən xərc kimi qəbul edilməsə belə (lakin, qəbul edilməlidir) həmin xərcləri cavabdeh ödəməlidir. Belə ki, MM-in 1090-cı maddəsinin tələbindən də göründüyü kimi işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Hətta 1090.2-ci maddədə qeyd edilir ki, işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Qətnamədə qeyd edilmişdir ki, hazırkı işdə cavabdehin iddiaçı tərəfindən görülmüş işlər nəticəsində varlandığı sübuta yetirilməmişdir. Iş materiallarında həmin işlərin obyektin ümumi bazar dəyərinin artmasına səbəb olduğunu göstərən hər hansı obyektiv sübut mövcud deyildir. Bu dəyişikliklər konkret sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərinə uyğun funksionallıq, dizayn və planlaşdırma elementlərindən ibarət olmuşdur və onların digər fəaliyyət növləri üçün istifadə edilə biləcəyi və ya obyektin ümumi bazar dəyərinin artmasına səbəb olduğu sübuta yetirilməmişdir. Indiki halda, iddiaçı tərəfindən tam şəkildə sübuta yetirilmişdir ki, obyektin əsaslı təmirinə və yenidənqurma işlərinə 2.500.000 manat pul sərf olunmuşdur. Bu fakt iş materiallarında olan mütəxəssis rəyi və şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, “xxxx” MMC tərəfindən verilmiş 2024-cü il # ###### tarixli, **-***/** nömrəli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən “xxxx” restoranında aparılmış iddiaçı2 tərəfindən aparılmış tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribi ümumi dəyəri 1.831.845 manat məbləğində müəyyən edilmişdir. Iş üzrə şahid Bəxtiyar Axundzadə öz ifadəsində 2017-ci ildə obyekt daxilində metal konstruksiya və pilləkən quraşdırılması işlərinin görüldüyünü, həmçinin müəyyən landşaft və dizayn işlərinin aparıldığını bildirmişdir. Həmin şahid göstərmişdir ki, bu işlərin aparılması ilə bağlı onun iddiaçı ilə razılaşması olmuş və ödənişləri iddiaçı tərəfindən nağd qaydada almışdır, həmçinin, həmin şahid iddiaçı tərəfindən 100.000 manat civarında xərc çəkildiyini bildirmişdir. Iş üzrə X1 da ifadəsində obyekt daxilində kanalizasiya sistemi, arakəsmələr və digər tikinti işlərinin aparıldığını qeyd etmiş, bu işlərin iddiaçının sifarişi ilə həyata keçirildiyini bildirmişdir. Bütün bu sübutlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, cavabdehin iddiaçı tərəfindən görülmüş işlər nəticəsində varlandığı sübuta yetirilməmişdir. Iş materiallarında həmin işlərin obyektin ümumi bazar dəyərinin artmasına səbəb olduğunu göstərən hər hansı obyektiv sübut mövcud deyildir. Göründüyü kimi işə baxan apellyasiya instansiyasıməhkəməsi mütəxəssis rəyi ilə də təsdiq olunan 1.831.845 manat məbləğində təmir və yenidənqurma xərclərini obyektib bazar dəyərini artıran xərc kimi nəzərə almamış və cavabdehin bu formada varlandığını nəzərə almamışdır və tamamilə əsassız qətnamə qəbul etmişdir.
59. MM-in 442-ci maddəsi üzrə - şahid ifadələri ilə, xüsusilə də restoranın kassiri işləmiş X4 ifadəsi ilə sübuta yetirilir ki, iddiaçı2 bütün icarə haqlarını bank hesabına ödəməmiş, bəzi ayların icarə haqlarını nağd şəkildə cavabdeh1 ödəmişdir. Digər şahidlərin məhkəmədə verdiyi ifadələr də bu faktı təsdiq edir. Yəni, ən azından X4 azı hər dəfə 18.000 manat olmaqla 2 dəfə pulun ödənildiyini təsdiq etmişdir. Işə baxan məhkəmə isə bu sübutları düzgün qiymətləndirməmiş, işi araşdırmaq əvəzinə qətnamədə qeyd etmişdir ki, “şahid ifadələri iddia edilən nağd ödəniş faktının sübuta yetirilməsi üçün kifayət edən etibarlı sübut kimi qəbul edilə bilməz”. Göründüyü kimi apellyasiya məhkəməsi 3 şahidin ifadəsini heçə saymış, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir.
60. MM-in 421.2-ci maddəsi üzrə - iddiaçı2 bütün icarə haqlarını bank hesabına ödəməmiş, bəzi ayların icarə haqlarını nağd şəkildə cavabdeh1 ödəmişdir. Bu fakt şahid ifadələri ilə də öz təsdiqini tapır. Belə olan halda işə baxan məhkəmə şahidlərin qeyd etdiyi nağd ödənişlərin məbləği və qarşılıqlı iddia üzrə cavabdehin icarə borcunun olub-olmadığını dəqiq araşdırmalı idi. Yalnız bundan sonra müqaviləyə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birtərəfli xitam verməsi üçün əsasın yaranıbyaranmadığını müəyyən etmək olardı. Bu baxımdan, qarşılıqlı iddianın təmin olunan digər hissəsi də, yəni icarəçinin obyektdən çıxarılması ilə bağlı hissəsi də tamamilə əsassızdır.
61. MPM-in 88-ci maddəsi üzrə - şahid ifadələrindən də göründüyü kimi iddiaçı2 tərəfindən sözügedən obyektdə əsaslı təmir işlərinin görüldüyü sübuta yetirilmiş, təmirə çəkilən xərclərin məbləği tərəfindən məhkəməyə təqdim edilən “xxxx” MMCnin 2024-cü il # ###### tarixli mütəxəssis rəyləri ilə sübuta yetirilir. Işə baxan məhkəmə isə işin bu kimi hallarını nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
63. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 6. Mülki qanunvericiliyin prinsipləri
6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.”
“Maddə 12. Mülki hüquqların siyasi hüquqlardan asılı olmaması
12.2. Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər.”
“Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 675. Əmlak kirayəsi müqaviləsi
Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.”
“Maddə 680. Kirayəçinin zəruri məsrəfləri
680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.”
“Maddə 684. Əmlak kirayəsi üçün ödəniş müddəti
684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir.”
“Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri
697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.” “Maddə 700. Icarə müqaviləsi
700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan stifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər
218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu
392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri
417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
67. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı2 cavabdeh1 qarşı “yaxşılaşdırmaya çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair iddiasının təmin edilməməsi” hissəsi istisna olmaqla kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
69. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
70. Qətnamənin həmin hissəsi ilə bağlı kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndiriməsi isə əsassızdır.
71. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
72. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
73. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
74. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
75. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçı iddiaçı2 istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin qismən təmin edildiyini qətnamədə göstərmişdir.
76. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı mübahisə üzrə MM-in 680-ci maddəsini düzgün tətbiq etmədiyi üçün kassasiya şikayətinin həmin norma ilə bağlı dəlilləri qismən əsaslı hesab edilməlidir.
77. Belə ki, mülki prosessual qanunvericiliyin tələbləri və mülki məhkəmə icraatında baxılan mübahisələrin həlli metodikası baxımından məhkəmə ilk olaraq işin mübahisəsiz və mübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanma və s.) olmaları və həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərinin və iddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müəyyən edilməlidir.
78. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə tərəflərin öhdəlikləri, iddianın hüquqi əsası, sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı).
80. Işə baxan apellyasiya instansiya məhkəməsi isə qeyd olunan tələblərə riayət etməmişdir.
81. Belə ki, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipi tərəflərə qanunun imperativ tələblərinə zidd olmamaq şərti ilə qarşılıqlı hüquq və öhdəliklərini sərbəst müəyyən etmək imkanı verir. MM-in 12.2-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri qanunla qadağan olunmamış hərəkətləri, habelə qanunda birbaşa nəzərdə tutulmamış hüquqi mexanizmləri də seçə bilərlər. Bu prinsipdən irəli gələrək tərəflər qanunun dispozitiv xarakterli normalarından və ən əsası qadağan olunmayan fərqli qayda müəyyən etmək hüququna malikdirlər.
82. MM-in 680-ci maddəsi kirayəçinin çəkdiyi müəyyən xərclərin əvəzinin ödənilməsi ilə bağlı ümumi hüquqi tənzimləməni müəyyən edir. Həmin norma tərəflərin müqavilə ilə başqa qayda müəyyən etmədikləri hallarda tətbiq olunan normadır. Çünki normada başqa qaydanın müəyyən edilməsinin yolverilməzliyinə dair hər hansı göstəriş mövcud deyildir.
83. Buna görə də tərəflər müqavilədə yaxşılaşdırmaların hüquqi taleyi və onların dəyərinin ödənilməsi barədə xüsusi razılığa gəlmişlərsə, mübahisə həmin müqavilə şərtlərinə uyğun həll edilməlidir.
84. Tərəflər arasında bağlanmış 2023-cü il ## ####### tarixli icarə müqaviləsinin 8-ci bəndində müqaviləyə xitam verildiyi halda icarə obyektində istifadə olunan daşına bilən mebel avadanlıqların icarəçi tərəfindən onun arzusu ilə götürülə bilməsi, digər avadanlıqların və yaxşılaşdırmaların isə icarəyə verənin mülkiyyətində saxlanılması açıq şəkildə razılaşdırılmışdır. Bu şərt tərəflərin yaxşılaşdırmaların hüquqi taleyinə dair iradəsini birmənalı ifadə edir.
85. Göründüyü kimi, tərəflər yaxşılaşdırmaların taleyi ilə bağlı münasibətləri əvvəlcədən müqavilə ilə tənzimləmiş, həmin yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra icarəyə verənin mülkiyyətində qalmasını qəbul etmişlər. Müqavilədə yaxşılaşdırmaların dəyərinin sonradan kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik nəzərdə tutulmamışdır.
86. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı hazırda yaxşılaşdırılmaların dəyərini tələb edə bilməz və həmin iddia özü-özlüyündə əsassız olduğuna görə rədd edilməlidir.
87. Apellyasiya instansiyası məhkəməsinin mübahisəni MM-in 680-ci maddəsi və özgə işlərini tapşırıqsız aparma institutunun müddəaları əsasında həll etməsi düzgün hüquqi yanaşma hesab edilə bilməz. Çünki həmin münasibət artıq tərəflərin müqaviləsi ilə tənzimləndiyi üçün qeyd olunan normanın tətbiq edilməsi istisna edilir.
88. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlsə də, həmin nəticəni maddi hüquq normalarını düzgün tətbiq etmədən əsaslandırmışdır.
89. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçı2 cavabdeh1 qarşı “yaxşılaşdırmaya çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair iddiasının təmin edilməməsi” hissəsində ləğv olunmalı və MPM-in 417.1.4, 417.2-ci maddələrinə əsasən həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
90. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 qarşı “yaxşılaşdırmaya çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair iddiasının təmin edilməməsi” hissəsində ləğv olunsun, həmin hissədə yeni qərar qəbul edilərək iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.