Məhkəmə qərarları › İş №2-2(1-8)-359/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-359/2026

07.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-359/2026 07.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx ASC) qarşı ilkin və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh2 ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx ASC) qarşı ümumi yığıncağın qərarının barışıq razılaşmasının ləğv edilməsi hissəsində etibarsızlığın təsbit edilməsi, barışıq razılaşmasının ləğv edilməsinin qanunsuz hesab olunması və bu müqavilə üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh2 ASC-nin üzərinə qoyulması, tullantıların “xxxx” MMC tərəfindən toplanmasına, daşınmasına, satılmasına və hər hansı formada istifadə edilməsinə hər hansı maneələrin törədilməsinin qadağan edilməsi” barədə ilkin, cavabdeh2 ASC-nin “xxxx” MMCyə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “xxxx” MMC (bundan sonra-“iddiaçı”) cavabdeh cavabdeh2 ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin səhmdarlarının 2025-ci il ## #### tarixli ümumi yığıncağının qərarının iddiaçı ilə bağlanmış 2025-ci il ## ##### tarixli barışıq razılaşmasının ləğv edilməsi hissəsində etibarsızlığın təsbit edilməsi, barışıq razılaşmasının Mülki Məcəllənin 99.3-cü maddəsinə istinad edilməklə ləğv edilməsinin qanunsuz hesab edilməsi və bu müqavilə üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Qaradağ rayonu ərazisində İ və II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların cavabdeh tərəfindən toplanması, daşınması, satılması və hər hansı formada istifadə edilməsinə hər hansı maneələrin törədilməsinin cavabdehə, cavabdeh1 Müəssəsinə və digər şəxslərə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İ və II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların toplanması, daşınması, satılması və sair hər hansı formada istifadə edilməsi cavabdehə, cavabdeh1 Müəssəsinə və digər şəxslərə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İ və II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların hər hansı 3-cü şəxslər tərəfindən toplanması, daşınması, satılması və sair formada istifadə edilməsinə şərait yaradılmasına yönələn hərəkətlər cavabdehə və cavabdeh1 Müəssəsinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Həmçinin cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın rədd olunması, qarşılıqlı iddiasının təmin olunaraq, 2025-ci il ## ###### tarixdən 2025-ci il ## ######## tarixədək olan dövr üçün vurulmuş zərərin əvəzi olaraq iddiaçıdan 51800 manatın tutularaq, cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli qərardadı ilə icraat iddianın cavabdeh1 Müəssisəsinə münasibətdə ayrılmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə ilkin iddia Qaradağ rayonu ərazisində İ və II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların iddiaçı tərəfindən toplanması, daşınması, satılması və hər hansı formada istifadə edilməsinə maneələrin törədilməsinin digər şəxslərə qadağan edilməsi, Qaradağ rayonu ərazisində İ və II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların toplanması, daşınması, satılması və sair hər hansı formada istifadə edilməsinin digər şəxslərə qadağan edilməsi hissələrində baxılmamış saxlanılmışdır.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehin səhmdarlarının 2025-ci il ## #### tarixli ümumi yığıncağının qərarı iddiaçı ilə bağlanmış 2025-ci il ## ##### tarixli barışıq razılaşmasının ləğv edilməsi hissəsində etibarsız hesab edilməsi, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2025-ci il ## ##### tarixli barışıq razılaşmasının cavabdeh tərəfindən ləğv edilməsinin qanunsuz hesab edilməsi, 2025-ci il ## ##### tarixli barışıq razılaşması üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Qaradağ rayonu ərazisində II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların iddiaçı tərəfindən toplanması, daşınması, satılması və hər hansı formada istifadə edilməsinə maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi, Qaradağ rayonu ərazisində II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların toplanması, daşınması, satılması və sair hər hansı formada istifadə edilməsinin cavabdehə qadağan edilməsi, Qaradağ rayonu ərazisində II geoloji sahədə hazırda mövcud olan və gələcəkdə yaranacaq tullantıların hər hansı 3-cü şəxslər tərəfindən toplanması, daşınması, satılması və sair formada istifadə edilməsinə şərait yaradılmasına yönələn hərəkətlərin qadağan edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli əlavə qətnaməsi ilə qarşılıqlı iddia tələbi rədd edilmişdir.

7. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin əsas qətnaməsi mübahisələndirilən hissədə, həmçinin 2025-ci il ## ###### tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər S.Cəfərov və T.Qocayev).

9. Üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ

403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. ...”

Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri ... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. ...” Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

13. İlk olaraq nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür məhdudiyyətlərdən biri də MPM-in 403.1-ci maddəsində təsbit olunmuşdur. Belə ki, həmin maddədə kassasiya şikayətinin yalnız tələbləri təmin olunmayan şəxslər tərəfindən verilməsinin mümkünlüyü təsbit edilmişdir (bax § 11).

14. Hazırki işin materiallarından məlum olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, əlavə qətnaməsi ilə isə qarşılıqlı iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları üçüncü şəxsə (kassatora) rəsmi qaydada təqdim edilmiş, lakin sonuncu tərəfindən məhkəmənin gəldiyi nəticə mübahisələndirilməmiş, apellyasiya şikayəti verilməmişdir.

15. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, üçüncü şəxsin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmadığından, onun tərəfindən verilmiş hazırki kassasiya şikayətinin mümkünlüyü üçün MPMnin 403.1-ci maddəsi ilə müəyyən edilmiş dispozisiya şərtləri mövcud deyildir.

17. Bundan başqa, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilkin iddiaçı ilə müqavilə münasibətlərinin olmasına əsaslanaraq (1-ci cild, səh.160) baxılan işdə iştiraka cəlb edilməsini xahiş etmişdir. İş üzrə mübahisə ilkin iddiaçının tələbinin qismən təmin olunması ilə nəticələnmiş, tərəflər məhkəmə aktını mübahisələndirməmişlər.

18. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, həmin şikayətin icraata qəbul edilməsinə dair məhkəmənin 2026-cı il ## ### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

19. Azərbaycan Respublikası MPM-in 403.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *- *(*-*)-***/**** nömrəli qətnaməsindən üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2026cı il ## ### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar