Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-362/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdeh3, cavabdeh2 və cavabdeh1 (bundan sonra – “cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 16135.17 manat məbləğində krеdit bоrcu, 1134.56 manat məbləğində faiz bоrcu və 401.13 manat məbləğində cərimə borcu olmaqla, - ***R********** saylı krеdit razılaşması üzrə 14414,06 manat məbləğində krеdit bоrcu, 1227.62 manat məbləğində faiz bоrcu və 392.57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 33705,11 manat qəik məbləğində bоrcun, iddia qaldırmaq üçün ödənilmiş 191,12 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеhlərdən müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 16135,17 manat əsas borc, 27,92 manat məbləğində faiz bоrcu və 401,13 manat dəbbə pulu, ***R********** saylı krеdit razılaşması üzrə 14.414,06 manat əsas borc, 1005,19 manat faiz bоrcu və 392,57 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 32376,04 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 187 manat tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin cavabdеhlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim G.Namazova).
3. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və dəbbə pulunun silinməsini, yeni ekspertiza keçirilməklə həmin ekspertizanın rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
4. Cavabdeh cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsini, dəbbə pulunun düzgün hesablanmasına dair müvafiq ekspertiza keçirilərək borcun dəqiq müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayəti qətnamənin ***R********** saylı krеdit razılaşması üzrə 401,13 manat, ***R********** saylı krеdit razılaşması üzrə 392,57 manat məbləğində dəbbə pulunun tutulması hissələrində ləğv edilməsinə yönəldilmişdir. Odur ki, faktiki olaraq mübahisələndirilən hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.
7. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 402.1, 408.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Cavabdeh cavabdeh1 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin baxılması üçün kassasiya instansiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətində göstərmişdir ki, kassasiya şikayətində ekspertiza rəyinin qeyri-dəqiq olması, faiz hesablamalarındakı ziddiyyətlər, əsas borcun düzgün müəyyən edilməməsi və yeni ekspertiza keçirilməsinin zəruriliyi göstərilmişdir. Həmçinin, kassasiya şikayətinin predmeti yalnız 793,70 manat dəbbə pulu deyil, ümumilikdə 32.376,04 manat məbləğində müəyyən edilmiş borcun qanuniliyinin yoxlanılması olmuşdur. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, ekspert rəyində faiz hesablamalarına da düzgün rəy verilməmiş, bu da öz növbəsində əsas borc məbləğinin ekspert tərəfindən dəqiqləşdirilməməsindən irəli gəlmişdir.
10. Mülki Məcəllənin 6-cı maddəsi üzrə - məhkəmə kassasiya şikayətinin məzmununu formal və məhdud şəkildə şərh etmiş, işin faktiki hallarını və şikayətin ümumi məzmununu nəzərə almamışdır.
11. MPM-nin 9.3, 14.1, 402.1, 408.1.1-ci maddələri üzrə - məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə kassasiya şikayətində göstərilən arqumentləri tam və obyektiv araşdırmamışdır. Yalnız mübahisələndirilən hissənin dəbbə pulu ilə əlaqəli olduğunu bildirərək kassasiya şikayətini geri qaytarmışdır. Halbuki kassasiya şikayətinin əsas məğzi əsas borcun dəqiqləşdirilməsi nəticəsində hesablanacaq dəbbə pulunun yenidən hesablanması və bankın əsassız varlanmasının qarşısının alınmasıdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
14. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 402. Kassasiya şikayəti vermə hüququ
402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.; ...”
“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
17. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
18. Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz.
19. Belə ki, birinci instansiya məhkəməsinin 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddia qismən edilmiş, cavabdеhlərdən müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 16135,17 manat əsas borc, 27,92 manat məbləğində faiz bоrcu və 401,13 manat dəbbə pulu, ***R********** saylı krеdit razılaşması üzrə 14.414,06 manat əsas borc, 1005,19 manat faiz bоrcu və 392,57 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 32376,04 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 187 manat tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin cavabdеhlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Cavabdeh tərəfindən qətnamədən verilmiş kassasiya şikayətində onun ləğvi, dəbbə pulunun düzgün hesablanmasına dair müvafiq ekspertiza keçirilərək borcun dəqiq müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur.
22. Kassasiya şikayətinin məzmunundan və cavabdehin kassasiya şikayətində tələbindən aydın olur ki, dəbbə pulunu mübahisələndirməklə məhz dəbbə pulunun düzgün hesablanmasına dair ekspertiza keçirilməsini və borcun dəqiq müəyyən olunmasını istəmişdir.
23. Belə olan halda apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin kassasiya şikayəti qətnamənin ***R********** saylı krеdit razılaşması üzrə 401,13 manat, ***R********** saylı krеdit razılaşması üzrə 392,57 manat məbləğində dəbbə pulunun tutulması hissələrində ləğv edilməsinə yönəldilmişdir. Odur ki, faktiki olaraq mübahisələndirilən hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.
24. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir, kassasiya şikayətinin geri qaytarılması barədə nəticə qanuni və əsaslı, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(*-*)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.