Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-383/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası Iddiaçı Iddiaçı ASC-nin cavabdehlər cavabdeh7, cavabdeh6 MMC, cavabdeh5 MMC, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslər kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı Iddiaçı ASC-nin cavabdehlər cavabdeh7, cavabdeh6 MMC, cavabdeh5 MMC, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh7, cavabdeh1, cavabdeh3 və cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılarkən müəyyən etdi: Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh7, cavabdeh6 MMC, cavabdeh5 MMC, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda – “cavabdeh7”, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh5 MMC arasında bağlanmış 2023-cü il ## ###### tarixli ******/** saylı kredit müqaviləsinə əsasən 2.144.177,2 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 24.070,36 manat olmaqla, ümumilikdə 2.168.247,56 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2.466,59 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 210 manat dövlət rüsumunun və 1.344 manat xidmət haqqının cavabdehlər cavabdeh5 MMC, cavabdeh2, cavabdeh4, cavabdeh3 və cavabdeh6 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və ünvan 1 yerləşən ümumi sahəsi 133,4 kv.m olan *** nömrəli mənzilə ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 198.000 manat müəyyən edilməklə, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 98.500 manat müəyyən edilməklə, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48,40 kv.m qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 66.000 manat müəyyən edilməklə, ünvan 2 ünvanında yerləşən 142,21 kv.m ümumi sahədən ibarət ev 11, ** saylı mənzilə ilkin satış qiyməti 415.000 manat müəyyən edilməklə yönəldilməsi, daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh5 MMC arasında 2023-cü il ## ###### tarixdə bağlanmış 2021-ci il # ###### tarixli, ******-*-***** saylı, 2021ci il # #### tarixli, ******-*-***** saylı, 2021-ci il ## #### tarixli, ******-*-***** saylı kredit müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında ** saylı əlavə razılaşma üzrə 2.144.177,2 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 24.070,36 manat olmaqla, ümumilikdə 2.168.247,56 manat cavabdeh6 MMC, cavabdeh5 MMC, cavabdeh4, cavabdeh3, cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.466,59 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 1.554 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 1.350 manat məbləğində pul cavabdehlər cavabdeh7, cavabdeh6 MMC, cavabdeh5 MMC, cavabdeh4, cavabdeh3 , cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tutmanın cavabdeh7 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 142,21 kv.m ümumi sahədən ibarət ** saylı evin ** saylı mənzilə ilkin satış qiyməti 467.000 manat müəyyən edilməklə, cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,4 kv.m olan *** nömrəli mənzilə ilkin satış qiyməti 286.000 manat müəyyən edilməklə, cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyri yaşayış sahəsinə ilkin satış qiyməti 273.000 manat müəyyən edilməklə, cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 136.000 manat müəyyən edilməklə, cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48,40 kv.m qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 85.000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlaklar açıq hərracda satılsın. Əmlakların satışdan əldə olunmuş vəsait 2023-cü il ## ###### tarixində bağlanmış 2021-ci il # ###### tarixli, ******-*-***** saylı, 2021-ci il # #### tarixli, ******-*-***** saylı, 2021-ci il ## #### tarixli, ******-*-***** saylı kredit müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında ** saylı əlavə razılaşma üzrə ümumilikdə 2.168.247,56 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.466,59 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 1.554 manat pulun ödənilməsinə yönəldilməsi qət edilmişdir (hakim – N.Əhmədova). 3.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Cəfərov, hakimlər – T.Qocayev və E.Həsənov).
5. Cavabdehlər cavabdeh7, cavabdeh1, cavabdeh2 və cavabdeh4 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsindfən daxil olmuş məktubda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh5 MMC tərəfindən kassasiya şikayətinin verilməsini bildirmiş və bu səbəbdən işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh5 MMC-nin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, MPM-in 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
10. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh7, cavabdeh1, cavabdeh2 və cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh cavabdeh5 MMC tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.