Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-41/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı ASC (bank) ilə cavabdeh3 MMC (borc alan) arasında 2019-cu il # ###### tarixində OnGTC-*****LE/**** nömrəli “Bank xidmətlərinin göstərilməsinə dair X1 müqaviləsi”nin şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmışdır.
2. Bankla borc alan arasında 2019-cu il ## ######## tarixində GL**** nömrəli “Kredit limiti müqaviləsi” bağlanmış, kredit limitinin məbləği 10.000.000 manat, illik faiz dərəcəsi 25%-dək, müqavilənin müddəti 2029-cu il ## ######## tarixinədək razılaşdırılmışdır.
3. Bankla borc alan arasında 2020-ci il # ###### tarixində X1 və GL**** nömrəli “Kredit limiti müqaviləsi” çərçivəsində K**** nömrəli “xxxx” imzalanmış, bank tərəfindən borcalana 2022-ci il # ###### tarixinədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 100.000 manat məbləğində birdəfəlik kredit verilmişdir.
4. 2021-ci il ## ######## tarixli K**** nömrəli “xxxx”yə əsasən, bank tərəfindən borcalana 2023-cü il ## ######## tarixinədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 29 % olmaqla, 200.000 manat məbləğində birdəfəlik kredit verilmişdir.
5. Bank ilə borcalan arasında bağlanılmış GL**** nömrəli “Kredit limiti müqaviləsi” üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bankla cavabdeh1 (bundan sonra – “cavabdeh1”) arasında 2019-cu il ## ######## tarixində Z**** nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
6. Bankla borcalan arasında bağlanmış 2019-cu il ## ######## tarixli GL**** nömrəli “Kredit limiti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 2019-cu il ## ######## tarixli İ**** nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmeti 150.000 manat məbləğində qiymətləndirilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınaraq bu haqda (Reyestr nömrəsi: 202011007187-10301, qeydiyyat tarixi: 2020-ci il ## ####, qeydiyyat nömrəsi: 1520012017) dövlət reyestrindən çıxarış verilmişdir.
7. cavabdeh1 məxsus 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0.056 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.
8. Bankla borcalan arasında bağlanmış 2019-cu il ## ######## tarixli GL**** nömrəli “Kredit Limiti Müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh2 (bundan sonra – “cavabdeh2”) mülkiyyətində olan ünvan 2, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80,70 m2 ümumi sahədən ibarət mənzil) İddiaçı ASC-nin xeyrinə 2020-ci il ## ###### tarixli İ**** nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmeti 100.000 manat məbləğində qiymətləndirilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınaraq bu haqda (Reyestr nömrəsi: 010011004932- 05301-093004, qeydiyyat tarixi: 2020-ci il ## ######, qeydiyyat nömrəsi: 1120112256) dövlət reyestrindən çıxarış verilmişdir.
9. 2023-cü il ## ###### tarixli PB/BPŞ-Out-*****-**** nömrəli maliyyə arayışına əsasən borcalanın 2023-cü il ## ###### tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri: - 2020-ci il # ###### tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən 69.025,03 manat əsas borc, 5.610,21 manat faiz borcu, 23.648,27 manat cərimə borcu olmaqla, cəmi 98.283,51 manat təşkil edir, gecikmə günlərinin sayı 643; 2021-ci il ## ######## tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən 200.000 manat əsas borc, 41.666,61 manat faiz borcu, 28.977,92 manat cərimə borcu olmaqla, cəmi 270.644,53 təşkil edir, gecikmə günlərinin sayı 624.
10. “X1”nun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “xxxx” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “xxxx” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
11. “Bank xidmətlərinin göstərilməsinə dair X1”nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən, kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “xxxx” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “xxxx” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il ## ###### tarixində cavabdeh3 MMC-yə, cavabdeh1 və cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”xxxx“MMC”, “cavabdeh1”, “cavabdeh2”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC və cavabdeh1 birgə qaydada: - 2020-ci il # ###### tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən 69.025,03 manat əsas borc, 5.610,21 manat faiz borcu, 23.648,27 manat cərimə borcu olmaqla cəmi 98.283,51 manat məbləğində borcun; - 2021-ci il ## ######## tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən 200.000 manat əsas borc, 41.666,61 manat faiz borcu, 28.977,92 manat cərimə borcu olmaqla cəmi 270.644,53 manat məbləğində borcun xeyrinə tutulması; - tutmanın cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə, cavabdeh2 mülkiyyətində olan ünvan 2, mənzil 15, yeni qaydalarla: AZ 1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət mənzilə) yönəldilməsi; - əmlakların açıq hərracda satılması, qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin cavabdehlərin kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq onun hesabına ödənilməsi, - mediasiya prosesi üzrə 400 manat mediasiya üçün xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə 259 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınması üçün 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddia tələbi iş üzrə müəyyən edilmiş və yuxarıda ətraflı göstərilmiş (§§1-11) faktiki hallara istinad edilməklə əsaslandırılmışdır. Iddiaçı cavabdehlərin üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiklərini bildirmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2024cü il ## ### tarixli rəyinə görə, MMC-nin K**** nömrəli kredit müqaviləsi üzrə 2022-ci il # ###### tarixinə əsas borcu 68.570,79 manat, faiz borcu 5.546,61 manat, 2023-cü il ## ###### tarixinə əsas borcu 68.570,79 manat, faiz borcu 15.253,19 manat; K**** nömrəli kredit müqaviləsi üzrə 2023-cü il ## ######## tarixinə əsas borcu 200.000 manat, faiz borcu 41.588,89 manat, 2023-cü il ## ###### tarixinə əsas borcu 200.000 manat, faiz borcu 47.966,67 manat müəyyən edilmişdir (i/v 196-202, II cild).
15. “xxxx” MMC-nin 2024-cü il # ### tarixli rəyində göstərilmişdir ki, cavabdeh2 mülkiyyətində olan ünvan 2, 15 (yeni qaydalarla: AZ1032, ünvan 1) (xüsusi mülkiyyətdə olan 80,70 m2 ümumi sahədən ibarət) nömrəli mənzilin bazar qiyməti 153.000 manat, likvid qiyməti 138.000 manat; cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin bazar qiyməti 263.000 manat, likvid qiyməti 237.000 manat təşkil edir (i/v 51-89, İ cild).
16. Birinci instansiya məhkəməsinin 2024-cü il ## ######## tarixli qərardadı ilə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il # #### tarixli rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evinin texniki göstəriciləri ilə (təmiri, mərtəbəliliyi, otaq sayı və s) eynilik təşkil edən evlərin satışına və qiymətinə dair məlumat olmadığından, həmin evin orta bazar qiymətini və likvid dəyərini müəyyən etmək mümkün olmamışdır (i/v 34-36, III cild).
17. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, “xxxx” MMC-nin mütəxəssis rəyi ilə razı olmadığını bildirmişdir.
18. MMC-nin və cavabdeh1 nümayəndələri iddia tələbini, borc məbləğini və ipoteka predmetlərinə mütəxəssis rəyi əsasında qoyulan qiymətləri qəbul etmədiklərini bildirmiş, yazılı etirazda göstərmişlər ki, cavabdeh1 səhhətindəki problemlərlə bağlı iclasda iştirak edə bilmir. 2025-ci il ## ##### tarixli iclasda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə şəhərində yerləşən əmlak üzrə ekspertiza aparılmasının mümkün olmaması barədə rəyi və “xxxx” MMC-nin rəyi ilə razı olmadıqlarını qeyd etmişlər. Oxşar əmlakın olmamasına istinad əsassızdır, “unikal”lıq inandırıcı deyil. “xxxx” MMC-nin rəyində “anoloji təhlil metodu” tətbiq edilsə də, “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun 10.2.5-ci maddəsinə uyğun əsaslandırma verilməmiş, müqayisə edilən əmlakların qiymət fərqləri və ünvan uyğunsuzluğu izah edilməmiş, ərazi eyniliyi düzgün müəyyənləşdirilməmişdir. Eyni hallar Bakı şəhərindəki ipoteka predmetinə də aiddir; mənzilin dəyərinin 200-220 min manatdan aşağı olmadığı və qiymətləndirmənin obyektiv olmadığı göstərilmişdir. Həmçinin rəy tərtib edən mütəxəssisin lisenziyaya malik olmadığı bildirilmiş, təkrar ekspertiza və əvvəlki rəylərdəki qüsurların nəzərə alınması xahiş edilsə də, məhkəmə vəsatətləri təmin etməmişdir. Bu əsaslarla iddianın rədd edilməsi xahiş olunmuşdur.
19. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli e-*-*(***)-**/**** nömrəli qərardadı ilə “cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsinə və üzərində yerləşən 290.09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin və cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 15 (yeni qaydalarla: AZ 1032, ünvan 1) (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət mənzilə) nömrəli mənzilin satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbləri üzrə icraata xitam verilmiş; eyni tarixli və nömrəli qətnamə ilə iddia tələbinin qismən təmin olunması, MMC-dən və cavabdeh1 müştərək qaydada: - 2020-ci il # ###### tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə görə 68.570,79 manat əsas borcun, 5.546,61 manat faiz borcunun, 3.429 manat dəbbə pulunun; - 2021-ci il ## ######## tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən 200.000 manat əsas borcun, 41.588,89 manat faiz borcunun, 10.000 manat dəbbə pulunun və dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 620 manatın, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş rüsumun və xidmət haqqının əvəzi olaraq 102 manatın tutularaq iddiaçıya ödənilməsi; - tələb üzrə tutmanın cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 237.000 manat məbləğində müəyyən edilməsi; - tutmanın cavabdeh2 məxsus ünvan 2, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 1) ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 138.000 manat məbləğində müəyyən edilməsi; əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin müvafiq olaraq cavabdeh1, cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müvafiq olaraq MMC-dən və cavabdeh1 tutulması; - qalan hissədə iddia tələbinin rədd olunması, - əmlakın qiymətləndirilməsinə görə 600 manatın, məhkəmə-mühasibatlıq ekspertizalarına görə isə 100 manatın MMC və cavabdeh1 müştərək qaydada tutularaq müvafiq olaraq “xxxx” MMC-nin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – G.Namazova).
20. Məhkəmə qeyd etmişdir ki, MMC mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
21. Iddia tələbini təşkil edən əsas, faiz və cərimə borcunun nə qədər təşkil etdiyini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin 2024-cü il ## ### tarixli rəyində MMC-nin K**** nömrəli kredit müqaviləsi üzrə 2022-ci il # ###### tarixinə əsas borcu 68.570,79 manat, faiz borcu 5.546,61 manat, 2023-cü il ## ###### tarixinə əsas borcu 68.570.79 manat, faiz borcu 15.253,19 manat, K**** nömrəli kredit müqaviləsi üzrə 2023-cü il ## ######## tarixinə əsas borcu 200.000 manat və faiz borcu 41.588,89 manat, 2023-cü il ## ###### tarixinə əsas borcu 200.000 manat və faiz borcu 47.966,67 manat müəyyən edilmişdir.
22. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində K**** nömrəli müqavilə üzrə göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə, K**** nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği ekspert rəyi ilə eyni olsa da, ekspert tərəfindən faiz borcu məbləği iddiada tələb olunan məbləğdən daha aşağı həddə müəyyən edilmişdir. Beləliklə, məhkəmə hər iki kredit razılaşmaları üzrə əsas və faiz borcu məbləğini tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla, ekspert rəyində müəyyən edilən məbləğdə götürülməsini əsaslı hesab etmişdir.
23. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu K**** nömrəli razılaşma üzrə 3.429 manat və K**** nömrəli razılaşma üzrə 10.000 manat məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı əsas, faiz və dəbbə pulu borcunun cavabdeh cavabdeh2 da tutulmasını tələb etsə də, müəyyən edilmişdir ki, cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmamışdır, ona görə də borc məbləğinin ondan da tutulması hissəsində iddia təmin edilə bilməz.
26. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə MMC arasında bağlanmış GL**** nömrəli “Kredit Limiti Müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində 0.573 ha torpaq sahəsi və üzərində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə 2019-cu il ## ######## tarixli İ**** nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmişdir və cavabdeh2 mülkiyyətində olan ünvan 2, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 kv.m ümumi sahədən ibarət mənzil) iddiaçının xeyrinə 2020-ci il ## ###### tarixli İ**** nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda dövlət reyestrindən çıxarış verilmişdir.
27. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “Ipoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
28. Məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, tələb üzrə tutma cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 kv.m ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə (iddiaçı tələb üzrə tutmanı həmin fərdi yaşayış evinin yerləşdiyi 0.573 ha torpaq sahəsinə də yönəldilməsini xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, həmin torpaq dövlət mülkiyyətində olduğu üçün və ipoteka müqaviləsində ipoteka predmeti kimi fərdi yaşayış evi göstərildiyi üçün torpaq sahəsinə yönəldilməsi hissəsində tələb təmin edilə bilməz) və cavabdeh2 məxsus ünvan 2, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh cavabdeh1 və cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər MMC-dən və cavabdeh1 tutulmalıdır.
29. Işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. Belə olan halda məhkəmə “xxxx” MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq ünvan 2, mənzil 15, yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət) mənzilin likvid qiyməti 138.000 manat və Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290.09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin likvid qiyməti 237.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.
30. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739, 741, 743-cü; “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 39.3.3, 41.1, 47.5-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 31.
32. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinin dəlillərinin araşdırılması məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası, habelə qiymətləndirmə təyin olunmuşdur.
34. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 2025-ci il ## ######## tarixli rəydə aşağıdakılar göstərilmişdir: - Iddiaçı ilə MMC arasında 2019-cu il # ###### tarixində imzalanmış OnGTC-*****LE/**** nömrəli “Bank xidmətlərinin göstərilməsinə dair X1 müqaviləsi”nin, 2019-cu il ## ######## tarixli GL**** nömrəli “Kredit limiti müqaviləsi”nin və 2020-ci il # ###### tarixli K**** nömrəli “xxxx”nin şərtləri nəzərə alınmaqla, MMC-nin 2022-ci il # ###### tarixinə əsas borc üzrə - 68.570,79 manat, faiz borcu üzrə - 5.546,61 manat müəyyən olunur; - Təqdim edilmiş hesadan çıxarış məlumatlarından da göründüyü kimi, 2022-ci il # ###### tarixindən sonra 2020-ci il # ###### tarixli K**** nömrəli “xxxx” üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. - Iddiaçı ilə MMC arasında 2019-cu il # ###### tarixində imzalanmış OnGTC-*****LE/**** nömrəli “Bank xidmətlərinin göstərilməsinə dair X1 müqaviləsi”nin, 2019-cu il ## ######## tarixli GL**** nömrəli “Kredit limiti müqaviləsi”nin və 2020-ci il ## ######## tarixli K**** nömrəli “xxxx”nin şərtləri nəzərə alınmaqla, MMC-nin 2023-cü il ## ######## tarixinə əsas borc üzrə - 200.000 manat, faiz borcu üzrə - 41.588,80 manat müəyyən olunur; - Təqdim edilmiş hesadan çıxarış məlumatlarından da göründüyü kimi, 2023-cü il ## ######## tarixindən sonra 2021-ci il ## ######## tarixli K**** nömrəli “xxxx” üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. - 2020-ci il # ###### tarixli K**** nömrəli və 2021-ci il ## ######## tarixli K**** nömrəli “xxxx”lər üzrə MMC-nin 2023-cü il ## ###### tarixinə 2020-ci il # ###### tarixli K**** nömrəli xxxx üzrə: əsas borc üzrə - 68.570,79 manat, faiz borcu üzrə - 15.253,19 manat; 2021-ci il ## ######## tarixli K**** nömrəli xxxx üzrə: əsas borc üzrə - 200.000,00 manat, faiz borcu üzrə - 47.966,58 manat müəyyən olunur.
35. “xxxx” MMC-nin verdiyi 2025-ci il ## ####### tarixli qiymətləndirici rəyində göstərilmişdir ki:
1. Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsindəki 0.573 ha torpaq sahəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin torpaq sahəsinin dəyəri ilə birlikdə bazar qiyməti 209.000 manat, likvid dəyəri 188.000 manat;
2. Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsindəki 0.573 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması nəzərə alınmaqla, həmin sahədə yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin tikilisinin (torpaq sahəsi nəzərə alınmadan) bazar qiyməti 179.000 manat, likvid dəyəri 161.000 manat;
3. ünvan 2, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80.70 m2 ümumi sahədən ibarət) mənzilin bazar qiyməti 163.000 manat, likvid dəyəri 147.000 manat təşkil edir.
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 237.000 manat; cavabdeh2 məxsus ünvan 2, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 1) ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 138.000 manat məbləğində müəyyən edilməsi” hissələrində dəyişdirilməsi; cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Lermontov küçəsində yerləşən 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 161.000 manat; cavabdeh2 məxsus ünvan 2, mənzil 15 (yeni qaydalarla: AZ1032, ünvan 1) ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 147.000 manat məbləğində müəyyən edilməsi; qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən - E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi, 2020-ci il # ###### tarixli K**** nömrəli “xxxx”yə əsasən MMC-yə kredit 2022-ci il # ###### tarixinədək, 2021-ci il ## ######## tarixli K**** nömrəli “xxxx”yə əsasən 2023-cü il ## ######## tarixinədək verilmiş, iddiaçı isə həmin ərizələr (müqavilələr) üzrə borc məbləğlərini 2023-cü il ## ###### tarixinə qədər hesablayıb tələb etmişdir.
38. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçının nümayəndəsinin “əsas və faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd etmişdir ki, cavabdeh MMC-yə müqavilələr əsasında 2023-cü il ## ###### tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir.
39. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq hesab etmişdir ki, sözügedən kredit müqavilələri üzrə məhz həmin müqavilələrin müddətlərinin başa çatdığı tarixlərə hesablanmış faiz borcları cavabdehlərdən tutulmalıdır.
40. Apellyasiya baxışı zamanı alınmış təkrar ekspertiza rəyini də nəzərə alan kollegiya hesab etmişdir ki, müvafiq rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi faiz borclarının məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
41. Kollegiya, iddiaçıya qalan borcun məbləğinin düzgün hesablanmadığı barədə MMC-nin nümayəndəsinin apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Belə ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əldə olunmuş ekspert rəyləri ilə onun bu mülahizəsi təkzib edilmişdir.
42. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borclarının məbləğləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşmışdır. Işin hallarından görünür ki, birinci instansiya məhkəməsi 2020-ci il # ###### tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən tələb olunan 23.648,27 manat cərimə borcunu 3.429 manat, 2021-ci il ## ######## tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizəyə əsasən tələb olunan 28.977,92 manat cərimə borcunu 10.000 manat məbləğində müəyyənləşdirmişdir.
43. Kollegiyanın qənaətinə görə, müəyyənləşdirdiyi həmin məbləğlərin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
44. Bununla belə kollegiya, həm iddiaçının, həm də MMC-nin nümayəndələrinin ipoteka predmetlərinin qiyməti ilə bağlı dəlillərini qismən əsaslı hesab etmişdir. Belə ki, tərəflərin 2019-cu ilin sentyabr ayında 150.000 manat məbləğində qiymətləndirdikləri cavabdeh1 məxsus 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə və eyni tarixdə 100.000 manat məbləğində qiymətləndirdikləri cavabdeh2 mülkiyyətində olan ünvan 2, mənzil 15-ə (yeni qaydalarla: AZ1032, ünvan 1 (xüsusi mülkiyyətdə olan 80,70 m2 ümumi sahədən ibarət mənzil) məhkəmənin təyin etdiyi qiymətləndirici müvafiq olaraq 237.000 manat və 138.000 manat likvid dəyər müəyyənləşdirmiş, məhkəmə də özünün əldə etdiyi rəyi əsas götürmüşdür.
45. Apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirmə əsasında tədqiqat aparan və əmlaklara baxış keçirən qiymətləndirici cavabdeh1 məxsus 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin likvid dəyərini yerləşdiyi torpaq sahəsi ilə birlikdə 188.000 manat, yerləşdiyi torpaq sahəsi nəzərə alınmadan 161.000 manat, cavabdeh2 mülkiyyətində olan mənzilin likvid dəyərini isə 147.000 manat məbləğində qiymətləndirmişdir.
46. Kollegiyanın qənaətinə görə, cavabdeh1 məxsus 290,09 m2 ümumi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinə münasibətdə məhkəmənin istinad etdiyi rəydə göstərilən qiymətlə tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları qiymət arasındakı kəskin fərq, 2019-cu ildən sonrakı dövrdə ölkənin regionlarındakı daşınmaz əmlak bazarında bu qədər kəskin qiymət dəyişikliyinin baş vermədiyinin bilinən hal olması, eləcə də həmin evin dövlət mülkiyyətindəki torpaq sahəsində yerləşməsi, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 161.000 manat qiyməti daha ağlabatan hesab etməyə imkan verir.
47. Kollegiya eyni yanaşmanı cavabdeh2 məxsus mənzilin qiymətinin müəyyənləşdirilməsi baxımından da sərgiləmiş və hesab etmişdir ki, həmin əmlakın likvid qiyməti 147.000 manat məbləğində müəyyənləşdirilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir. Kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında, xüsusilə tərəflərin özlərinin 2019cu ildə 48.müəyyənləşdirdikləri qiymətlərə mütənasibliyini nəzərə almaqla həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 385.1, 386.1, 390.5, 404, 425, 442, 448.1, 467, 739.1-ci; “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 39.3.3-cü; MPM-in 14.2, 64.1, 77.1, 80, 81, 88, 97.1, 101.7, 102.1, 102.2, 103.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
50. Cavabdeh MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il ## ###### tarixli Qərarları üzrə - Birinci və apellyasiya instansiyası məhkəmələri qeyd olunan Qərarlarda əksini tapan mövqeni nəzərə almamışdır. Belə ki, Z**** nömrəli 2019-cu il ## ######## tarixli Zaminlik müqaviləsində "Zaminliklə təmin olunan öhdəlik və əsas anlayışlar" adlanan 2-ci bölməsinin: - 2.1-ci bəndində göstərilir: "Zaminliklə təmin olunan öhdəlik(lar): 2019-cl il 23 sentyabr tarixi CL**** nömrəli kredit limiti müqaviləsi" - 2.2-ci bəndində göstərilir: "Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): Borcalana veriləcək və illik faiz dərəcəsi 25%dək, cərimə faiz dərəcəsi illik 40%dək / (gündəlik 0.1111%) olan 2029-cu il ## ######## tarixinədək ayrılmış 10.000.000 Azərbaycan manatıməbləğində kredit limiti." Buradan görünür ki, Müqavilənin 2.1-ci bəndində söhbət konkret qüvvəyə minmiş kredit öhdəliyindən deyil, “kredit limiti" haqqında "çərçivə razılaşması"ndan gedir. Burada gələcəkdə yaranacaq konkret kredit öhdəliklərinin mümkün, əlavə olaraq razılaşdırılmalı şərtlərin konkret deyil, maksimal hədləri razılaşdırılır. Həmin Zaminlik müqaviləsinin "Müqavilənin qüvvədə olma müddəti" adlanan 6-cı bölməsində göstərilir: "Bu müqavilənin qüvvədə olma müddəti Borcalanın müqavilənin 2.1. bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərin bank qarşısında qüvvada olma müddəti ilə üst-üstə düşür". Göründüyü kimi, Müqavilənin 6-cı bəndi konkret zaminlik öhdəliyinin deyil, əsasında konkret zaminlik öhdəlikləri yarana biləcək zaminlik müqaviləsinin ("çərçivə razılaşması"nın) müddətini göstərir. Buna görə də, zaminliklə təmin edilmiş konkret əsas öhdəlik 2020-ci il # ###### tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizə və 2021-ci il ## ######## tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizədən irəli gələn öhdəliklərdir. Hər iki ərizə üzrə ayrılan kredit tranşlarının müddətləri 24 aydır. Müvafiq olaraq, 2020-ci il # ###### tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizə əsasında ayrılmış kredit məbləği ən geci 2022-ci il # ###### tarixinədək, 2021-ci il ## ######## tarixli K**** nömrəli maliyyələşdirmə üzrə ərizə əsasında ayrılmış kredit məbləği ən geci 2023-cü il ## ######## tarixinədək qaytarılmalı idi. Bildiyimiz kimi, iddia ərizəsi 2023-cü il ## ###### tarixində verilmişdir. Başqa sözlə, K**** nömrəli maliyyələşdirmə üzrə ərizədən irəli gələn öhdəliklər üzrə zaminlik üzrə zamin cavabdeh1 artıq cavabdeh ola bilməzdir. Çünki əgər zaminliyin müddətinin müəyyən edildiyini qəbul etsək, onda bu müddət 2022-ci il # ###### tarixində bitmişdir, əgər zaminliyin müddətinin müəyyən edilmədiyini qəbul etsək, onda iddiaçı Bank zaminə qarşı iddianı ən geci 2023-cü il # ###### tarixinədək vermiş olardı. Lakin bu müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin "Zaminliyə xitam verilməsi" adlanan 477.0.4- cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, bu maddədə kəsici müddətdən söhbət gedir. Kəsici müddətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum Qərarlarında ifadə edilmiş konkret hüquqi mövqeyi vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir, kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir; kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz kəsici müddət hüququn pozulub-pozulmamasından asılı olmayaraq, ona xitam verir, kəsici müddət cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmənin öz təşəbbüsü ilə (ex officio) nəzərə alınır. Kəsici müddət borclunun tələbə qarşı müdafiə vasitəsi deyil, üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə, müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.
52. MPM-in 9.3 və 88-ci maddələri üzrə - Ekspert rəyində hesablamalar yalnız əsas borc və faizlər üzrə aparılmışdır. Halbuki, birinci instansiya məhkəməsinin mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında 2024-cü il ## ###### tarixli qərardadında həmçinin cərimə məbləğləri də soruşulmuşdur. Ekspertin bu suala cavab verməməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə buna dair sual qoymamışdır. Buna görə də, ekspert rəyində mədaxil olunan vəsaitlərin yalnız əsas borca və faizlərə silindiyi qeyd edilmişdir. Halbuki, bank kreditləri üzrə mədaxil vəsaitləri fərqli ardıcıllıqla təyinatı üzrə silinir. Bu həmçinin, OnGTC*****LE/**** №-li “Bank xidmətlərinin göstərilməsinə dair X1”nda 3.8-ci bənddə xüsusi qeyd edilmişdir: Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. Göründüyü kimi, cərimə (peniya) silinmənin ilk bəndini təşkil edir. Buna görə də mübahisə predmetinin əsas hissəsini təşkil edən qalıq borc məbləği qeyri-mötəbər sübutlara istinad edir.
53. MPM-in 220.4 və 377-ci maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətində (2025-ci il ## #### tarixli əlavəsi ilə) göstərilmiş zaminliyə dair kəsici müddətlə bağlı dəlili nəzərə almamış, qətnamədə bu barədə qiymət təsvir etməmişdir.
54. MPM-in 377-ci maddəsi üzrə - Tərəflərin hər ikisi ipotekada olan əmlkların birinci instansiya məhkəməsində təyin edilmiş qiymətindən narazı qalmasına, apellyasiya instansiyasında təyin edilmiş ekspertizanın verdiyi rəyin nə tərəflərin müqavilə bağlayan zaman razılaşdırdığı qiymətlərə, nə bundan əvvəlki ekspertizaların mövqeyinə uyğun olmadığını, apellyasiya instansyasında əmlakla bağlı ekspert rəyindən yenə də hər iki tərəfin narazı qaldığını nəzərə almamış, bu ziddiyyətin nədən qaynaqlandığını müəyyən etməmiş, son ekspertiza qiymətlərini son qiymət kimi götürmüşdür. Buna görə də mübahisə predmetinin əsas hissəsini təşkil edən əmlakların dəyəri qeyri-mötəbər və ziddiyyətli sübutlara istinad edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, şikayətdə göstərilənlər mülahizə xarakterlidir və iş materialları ilə təsdiq olunmur. Belə ki, K**** nömrəli maliyyələşdirmə üzrə ərizədən irəli gələn öhdəliklər üzrə zamin cavabdeh1 artıq cavabdeh olmaması barədə iddialar apellyasiya baxışının predmeti olmamış, zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası isə qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlamışdır və Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il ## ### tarixli Qərarında da göstərildiyi kimi, apellyasiya baxışının hədləri şikayətlə müəyyən olunur. Eyni zamanda MM-in 477.0.4-cü maddəsinin tətbiqi barədə dəlillər də əsassızdır, çünki zaminlik müqaviləsində kredit limiti 2029-cu il ## ######## tarixinədək müəyyən edilmiş, müqavilənin qüvvədə olma müddətinin borcalanın əsas öhdəliyinin qüvvədə olma müddəti ilə üst-üstə düşdüyü göstərilmiş və zamin həmin tarixədək öhdəlik daşıyacağını bilmişdir. Ipoteka predmeti olan əmlaklarla bağlı ekspert rəyinin qeyri-mötəbər olması barədə iddialar da əsassızdır, çünki apellyasiya baxışı zamanı təkrar qiymətləndirmə təyin edilmiş, “xxxx” MMC-nin 2025-ci il ## ####### tarixli rəyi məhkəmədə tədqiq olunmuş və tərəflər tərəfindən mübahisələndirilməmişdir. Qalıq borcun qeyri-mötəbər sübutlarla müəyyən edilməsi barədə dəlillərə münasibətdə isə iş üzrə ilkin və təkrar məhkəməmühasibatlıq ekspertizaları keçirilmiş, əsas və faiz borcları müqavilə şərtlərinə, ödəniş qrafikinə və bank hesabından çıxarışlara uyğun hesablanmış, cavabdeh isə əksini sübut edə bilməmişdir. MM-in 432.4-cü maddəsinə və müqavilə şərtlərinə uyğun olaraq öhdəliklərin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur və bu baxımdan kassasiya şikayətinin bütün dəlilləri tamamilə əsassızdır, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası maddi və prosessual hüquq normalarını pozmamış, sübutları MPMin 88-ci maddəsinə uyğun qiymətləndirmiş və MPM-in 217.1-ci maddəsinə əsasən qanuni və əsaslı qətnamə qəbul etmişdir.
Kassasiya baxışının hədləri
Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, iddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPMin 40356. və 416-cı maddələri).
57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri ... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...” “Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 390. Müqavilə azadlığı ... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. ...”
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. ...”
59. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 33. Ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları (2018-ci il ## ###### tarixinə kimi qüvvədə olmuş redaksiyada) Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.”
“Maddə 34. Ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması (2018ci il ## ###### tarixinə kimi qüvvədə olmuş redaksiyada) 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; ...”
“Maddə 39. Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi (2018ci il ## ###### tarixinə kimi qüvvədə olmuş redaksiyada) ... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; (2025-ci il ## #### tarixinə kimi qüvvədə olmuş redaksiyada) ...”
60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 64. Mütəxəssis 64.1. Işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 80. Sübutların aidilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və Hallarla əlaqədardır.”
“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər Normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin Halları başqa sübutlarla təsdiq oluna bilməz.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. ...”
“Maddə 101. Ekspert rəyi ... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. ...”
“Maddə 102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. ...”
“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni vəsaslı olmalıdır. ... 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
62. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
63. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh MMC müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
64. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
65. Apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdeh MMC-nin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın təmin olunan hissədə əsaslı olması qənaətinə gəlmişdir.
66. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.
67. Kassator dəlillərində “borc məbləğinin düzgün hesablanmaması və.s” qeyd etmişdir. Kassasiya şikayətinin adıçəkilən dəlilləri aşağı instansiya məhkəmələrində bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.
68. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
69. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
70. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
71. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
72. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.