Məhkəmə qərarları › İş №2-2(1-8)-455/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-455/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-455/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı QSC-nin cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı QSC (bundan sonra – “Bank”) ilə kredit alan cavabdeh2 (bundan sonra - “cavabdeh2”) və zamin cavabdeh1 (bundan sonra - “cavabdeh1”) arasında bağlanmış 2023cü il # ###### tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Bank tərəfindən cavabdeh2 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit xətti açılmışdır.

2. Müqavilənin 2.3-cü bəndinə əsasən, hər bir kredit üzrə məbləğ, faiz dərəcəsi, müddət, məqsəd, faktiki illik faiz dərəcəsi (FIFD), ödəniş planı (olduğu halda) və digər xüsusi şərtlər ayrıca bağlanılan kredit sazişi ilə müəyyən edilir. Müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin icrasına görə onunla birlikdə tam məsuliyyət daşıyır, kreditin verilməsi və qaytarılması isə hər bir kredit sazişinin şərtlərinə uyğun həyata keçirilir. Müqavilənin 4.9cu bəndinə əsasən, kredit alan kredit və faiz borcunu vaxtında ödəmədiyi halda Bank gecikdirilən hər gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə hesablamaq hüququna malikdir.

3. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 ilə Bank arasında 2023cü il # ###### tarixli ***R********** nömrəli kredit sazişi (biznes krediti və girov barədə qarışıq razılaşma) bağlanmışdır. Həmin sazişə əsasən Bank cavabdeh2 18 ay müddətinə, aylıq 1.5833 faiz dərəcəsi ilə, ödəniş planına uyğun hissə-hissə qaytarılması şərti ilə 50.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

4. Kredit sazişinə əlavə edilmiş ödəniş planına əsasən, cavabdeh2 kredit üzrə borcunu 2024-cü il # ###### tarixindən 2025-ci il # ### tarixinədək hər ayın 7–9-u tarixlərində 3.223 manat, son ödəniş ayında isə 3.216,65 manat məbləğində aylıq ödənişlər etməklə qaytarmalı idi.

5. Iş materiallarında olan 2023-cü il # ###### tarixli kreditin verilməsi barədə köçürmə qəbzi və hesabdan çıxarışla təsdiq olunur ki, Bank tərəfindən cavabdeh2 hesabına kredit sazişi üzrə 50.000 manat məbləğində vəsait köçürülmüşdür.

6. Hesabdan çıxarışlardan görünür ki, cavabdeh2 kredit öhdəliyinin icrası məqsədilə müxtəlif tarixlərdə əsas borc üzrə ümumilikdə 42.690,12 manat, faiz borcu üzrə isə ümumilikdə 6.967,72 manat məbləğində ödənişlər etmişdir.

7. 2026-cı il ## ###### tarixli maliyyə arayışına əsasən, həmin tarixə cavabdeh2 Bank qarşısında əsas borc üzrə 10.309,21 manat, faiz borcu üzrə 2.899,61 manat, cərimə borcu üzrə 1.268,15 manat olmaqla, ümumilikdə 14.476,97 manat məbləğində borcu qalmışdır.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. Bank (bundan sonra – “iddiaçı”) 2025-ci il ## #### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə - “cavabdеhlər”) müştərək qaydada iddiaçının хеyrinə ***R********** nömrəli krеdit razılaşması üzrə 18.309,21 manat krеdit bоrcu, 1.176,54 manat faiz bоrcu və 615,20 manat cərimə borcu olmaqla, cəmi 20.100,95 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150,3 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh2 və zamin cavabdeh1 arasında bağlanmış 2023-cü il # ###### tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən cavabdeh2 120 ay müddətinə 1.000.000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh2 iddiaçı ilə 2023-cü il # ###### tarixli ***R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50.000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 2025-ci il # ###### tarixindən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh2 götürdüyü krеdit bоrcundan 31.690,79 manat ödəmiş, onun 18.309,21 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2025-ci il ## #### tarixinə 168 gün üçün hesablanmış faiz borcu 1.176.54 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. 2025-ci il ## #### tarixinə 168 gün üçün hеsablanmış cərimə 615,20 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli ***L************ saylı kredit xətti üzrə 2023-cü il # ###### tarixli ***R********** saylı kredit razılaşmasına əsasən cavabdehlərin kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən edilir: 2025-ci il # #### tarixinə: əsas borc üzrə 18.181,67 manat, faiz borcu üzrə 1.707,56 manat, 2025-ci il ## #### tarixinə: əsas borc üzrə 18.181,67 manat, faiz borcu üzrə 1.851,49 manat təşkil edir.

11. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdеhlərdən müştərək qaydada ***R********** nömrəli krеdit razılaşması üzrə 11.889,23 manat əsas, 550 manat məbləğində cərimə olmaqla, ümumilikdə 12.439,23 manat məbləğində bоrc və ödənilmiş dövlət rüsumunun 127,17 manatın əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat pul vəsaitinin 60 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 40 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddia tələbi üç hissədən: 1) ***R********** saylı krеdit razılaşması üzrə 18.309,21 manat məbləğində əsas bоrcunun; 2) 1.176,54 manat məbləğində faiz bоrcunun; 3) 615,20 manat məbləğində cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulmasından ibarətdir.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh cavabdeh2 2023-cü il # ###### tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə aralarında bağlanmış 2023-cü il # ###### tarixli ***R********** nömrəli krеdit razılaşmasına əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit vermişdir. Həmçinin cavabdeh1 zamin kimi 2023-cü il 7 dekabr tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 50.000 manat kredit versə də, borcalan və zamin, yəni cavabdehlər müqavilə üzrə öhdəlikləri tam icra etməyərək aylıq ödənişləri ödəməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında əsas və faiz borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.

14. Buna baxmayaraq məhkəmə 2023-cü il # ###### tarixli ***R********** nömrəli krеdit razılaşması üzrə tutulacaq əsas və faiz borcunun məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində 18.309,21 manat əsas borc, 1.176,54 manat faiz borcunun tutulmasını tələb etmişdir. Lakin ekspert rəyində (bax §10) kredit müqaviləsinin müddətinin bitdiyi 2025-ci il # #### tarixinə əsas borc üzrə 18.181,67 manat, faiz borcu üzrə 1.707,56 manat hesablanmış və bank hesabından çıxarışa əsasən həmin tarixdən sonra 8.000 manat ödəniş edilmişdir.

15. Məhkəmə, ekspert rəyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarını və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 399.3cü maddəsini əsas götürüb, faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu, müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən ödəniş edildiyini, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən ödənişin əvvəlcə faiz borcundan silinməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, 8.000 manat ödəniş ilk növbədə 1.707,56 manat faiz borcundan, qalan məbləğ isə 18.181,67 manat əsas borcdan çıxılmalı, cavabdehlərin kredit razılaşması üzrə yalnız 11.889,23 manat əsas borcu qaldığı, faiz borcunun tam ödənildiyi müəyyən olunmalı və həmin 11.889,23 manat əsas borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

16. Cərimə borcu ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2023-cü il # ###### tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmış (4.9-cu bənd) və işin faktiki hallarından cavabehlərin ödənişləri gecikdirdikləri təsdiq olunur. Buna görə də iddiaçının cavabdehlərdən dəbbə pulu tələb etmək hüququ var və onun tələbi haqlıdır.

17. Lakin Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 550 manat müəyyən olunmalıdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 399.3, 432.4, 442, 448.1, 462.1, 463, 465.2, 467, 470, 472, 739.1, 740.1, 740.2, 740.8, 740.9, 742.1, 742.5, 742.5.2, 743.1, 743.2, 744.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin pulun tutulması (əsas, faiz və cərimə) hissəsində dəyişdirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər - L.Əliyeva və Z.Şirinov).

21. Kollegiya hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

22. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh cavabdeh2 kredit müqaviləsi üzrə borcu olduğunu mübahisələndirməmiş, yalnız borcun məbləği ilə razılaşmamışdır.

23. Borcun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə kredit borcunun 2025-cı il ## #### tarixinə və 2025-ci il # #### tarixinə (müqavilənin qüvvədə olduğu tarixə) olan məbləğləri dəqiqləşdirilmişdir.

24. Kollegiya qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.

25. Kollegiya vurğulamışdır ki, ekspertiza rəyini mübahisələndirən tərəf yalnız formal dəlillər ilə kifayətlənməməli, ekspertiza zamanı istifadə edilən tədqiqat üsullarının və yaxud materiallarının yanlış olması barədə konkret sübutlar təqdim etməlidir.

26. Kredit müqaviləsi üzrə borcun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd etmişdir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.

27. Belə olan halda isə ekspertiza rəyinin mötəbərliyinə şübhə doğuracaq və təkrar ekspertizanın keçirilməsini zəruri edəcək hal müəyyən edilməmişdir.

28. Kollegiya məhkəmə tərəfindən dəbbə pulunun tutulmasına münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.

29. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Kollegiya hesab etmişdir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2.1, 385.1, 386.1, 421.1-421.3, 425, 442, 448.1, 462.1, 465.2, 467, 739.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il ## ### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il ## #### tarixli Qərarına; Mülki Prosessual Məcəllənin 14.2, 24.2, 26.1, 77.1, 81, 102.2, 103.1, 119.1, 217.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

34. Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 14.1 və 88-ci maddələri üzrə – Kassasiya şikayətində göstərilir ki, məhkəmə iclası saat 11:15-ə təyin edilsə də, həmin gün saat 11:00da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə məhkəmə prosesində iştirak etməli olduğundan, apellyasiya instansiyası məhkəməsinə rəsmi ərizə təqdim edilərək məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Buna baxmayaraq, məhkəmə vəsatətə obyektiv baxmamış, işin baxılmasını təxirə salmamış və qətnamənin 23cü bəndində cavabdehlərin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərini qeyd etmişdir. Şikayətə görə, bu yanaşma MPM-in 376.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, məhkəmə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edilməməsini nəzərə almamış, nəticədə şikayətçinin hüquqi mövqeyini şifahi şəkildə əsaslandırmaq və ekspert rəyinə dair izahat vermək imkanı məhdudlaşdırılmışdır.

35. Mülki Prosessual Məcəllənin 102-ci maddəsi üzrə – Kassasiya şikayətində göstərilir ki, ekspert rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə həvalə edə bilər. Apellyasiya məhkəməsi qətnaməsində şikayətçinin yalnız formal dəlillərlə kifayətləndiyi və konkret sübut təqdim etmədiyi qeyd olunsa da, şikayətə görə, əsas sübut iş materiallarında olan sənədlərin müqayisəsindən ibarətdir. Belə ki, iddiaçının iddia ərizəsində göstərilən faiz borcu ilə məhkəmə ekspertizasının rəyində müəyyən edilmiş faiz məbləğləri arasında ciddi uyğunsuzluqlar mövcuddur. Bankın təqdim etdiyi hesablamalarla ekspert rəyində əks olunan hesablamalar arasındakı fərqlərin isə hesablamaların riyazi və hüquqi baxımdan qeyri-dəqiq aparıldığını təsdiq etdiyi bildirilir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

37. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin iddia ərizəsində göstərilən faiz borcu ilə məhkəmə ekspertizasının rəyində müəyyən edilmiş faiz məbləğləri arasında ciddi uyğunsuzluqların mövcudluğu barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsində 18.309,21 manat əsas kredit borcu, 1.176,54 manat faiz borcu və 615,20 manat cərimə borcu olmaqla, ümumilikdə 20.100,95 manat məbləğində tələb irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 11.889,23 manat əsas borc və 550 manat cərimə olmaqla, cəmi 12.439,23 manat məbləğində borcun tutulması təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hissəni yoxlayaraq qətnaməni dəyişdirilmədən qüvvədə saxlamışdır.

44. Göründüyü kimi, faiz borcunun tutulmasına dair tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Belə olan halda kassasiya şikayətinin bu dəlili tamamilə əsassızdır, apellyasiya instansiyası məhkəməsinin həmin məsələyə dair qənaəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur və kassasiya şikayətinin dəlili qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz.

45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar