Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-465/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçılar iddiaçı2 və iddiaçı1 xxxx xxxx1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi)xxxxöhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi iləxxxxhakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Işin halları
1. iddiaçı1 MMC ilə xxxx1 MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasənxxxxiddiaçı1 MMC xidmətlərin sifariş edilməsinixxxxxxxx1 MMC isə həmin xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür.
2. Nazirliyi yanında X4 Bakı Şəhər Idarəsi tərəfindən iddiaçı1 MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 2024-cü il # ##### tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il ## ##### tarixli *(***)- ****/**** nömrəli qərarı ilə iddiaçı1 MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və 20.000 manat məbləğində cərimə edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il ## ### tarixli *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmçinin iddiaçı1 MMC-nin direktoru iddiaçı2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsinin 2024-cü il ## ##### tarixli MN ******* nömrəlixxxxonun 4.000 manat məbləğində cərimə edilməsi barədə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli *(***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmişxxxxBakı Apellyasiya Məhkəməsinin 2024-cü il # #### tarixli *(***)-****/**** nömrəli qərarı ilə isə iddiaçı2 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir.
4. Iş materiallarında olan 2023-cü il ## ### tarixli (qətnamənin mətnindən görünür kixxxx"##.##.2023-cü il tarixli" ifadəsi texniki xəta nəticəsində yazılmışxxxx"2023-cü il ## ###" ifadəsi nəzərdə tutulmuşdur) EBDG 774296xxxx2023-cü il ## #### tarixli EBDI 521581xxxx2023-cü il ## #### tarixli EBDL 042349xxxx2023-cü il ## ###### tarixli EBDN 186310 və 2023-cü il ## ######## tarixli EBDO 998560 seriya və nömrəli elektron qaimələrdən görünür kixxxxhəmin qaimələr xxxx1 MMC tərəfindən iddiaçı1 MMC-yə mühasibatlıqxxxxvergi uçotu xidmətlərinin göstərilməsixxxxmaliyyə məsələləri üzrə köməkçi məsləhətlərin verilməsixxxxmühasibat işi sahəsində sair xidmətlərin göstərilməsixxxxmühasibatlıq xidməti və maliyyə xidmətləri barədə yardımçı məlumatlandırma xidmətlərinin göstərilməsi üçün tərtib edilərək göndərilmişdir.
5. Tərəflər arasında aparılan və hər iki tərəfin qəbul etdiyi vatsap yazışmalarından görünür kixxxx2023-cü il ## ##### tarixində iddiaçı1 MMC-nin nümayəndəsi onun işçi kimi sənədləşməsinin aparılmadığını bildirirxxxxxxxx1 MMC-nin nümayəndəsi 1 maydan sistemə vurulacağını qeyd edirxxxx2023-cü il ## #### tarixində iddiaçı şəxsiyyət vəsiqəsi göndərərək şəxsin baş aşpaz vəzifəsinə qəbul edilməsini xahiş edirxxxxxxxx təsdiq edirxxxx2023-cü il ## #### tarixində xxxx1 MMC qeyd edilən şəxsin imzalanmış əmək müqaviləsi bildirişini iddiaçı1 MMC-yə göndərirxxxx2023-cü il ## #### tarixində xxxx daha 2 şəxsin imzalanmış əmək müqaviləsi bildirişini iddiaçıya təqdim edirxxxx2023-cü il ## #### tarixində iddiaçı iddiaçı1 MMC xxxxə xarici şəxsin müvəqqəti yaşamaq haqqında icazə vəsiqəsini göndərir və həmin şəxsin işə götürülməsinin mümkünlüyü ilə maraqlanırxxxxxxxx hazırda qeyri-iş günü olduğunu və bu barədə məlumat verəcəyini bildirirxxxx2023-cü il ## ###### tarixində iddiaçı X2 nə üçün portalda görünmədiyini soruşurxxxxxxxx məsələni dəqiqləşdirib məlumat verəcəyini bildirirxxxxdaha sonra xxxx 2023-cü il ## ###### tarixində xxxx Nisə xanıma məxsus məlumatların sistemdə görünməsinə baxmayaraqxxxxbankın sistemində əks olunmamasının maraq doğurduğu qeyd edirxxxxiddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarının müddəti bitmədiyi halda belə bir problemin yaranmasının səbəbinin naməlum olduğu bildirirxxxx2023-cü il ## ######## tarixində iddiaçı şəxsiyyət vəsiqəsi göndərərək həmin şəxsin xadimə vəzifəsinəxxxxaylıq əmək haqqı 350 manat olmaqlaxxxxdigər şəxsin şəxsiyyət vəsiqəsini təqdim edərək onun aşpaz vəzifəsinəxxxxaylıq əməkhaqqı 380 manat olmaqlaxxxxX2 menecer vəzifəsinəxxxxaylıq əmək haqqı 400 manat olmaqla işə qəbul olunduğunu bildirirxxxxişçilərin sistemə daxil edilməsini xahiş edirxxxx2023-cü il ## ######## tarixində hər üç işçinin imzalanmış əmək müqaviləsi bildirişi xxxx tərəfindən təqdim edilir.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. iddiaçı2 və iddiaçı1 MMC (bundan sonra birlikdə – “iddiaçılar”xxxxayrı-ayrılıqda – “iddiaçı2”xxxx“MMC”) 2025-ci il # ###### tarixində xxxx1 MMC-yə (bundan sonra – “xxxx”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkxxxxMMC-yə dəymiş zərərin əvəzi olaraq 20.000 manatxxxxiddiaçı2 dəymiş zərərin əvəzi olaraq 4.000 manat məbləğində pulun xxxxdən tutularaq iddiaçılara ödənilməsi və iddianın məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı2 tərəfindən ödənilmiş 60 manatxxxxMMC tərəfindən ödənilmiş 150 manat dövlət rüsumununxxxxhəmçinin hüquqi xidmətə görə ödənilmiş 325 manat xidmət haqqının xxxxdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
7. Iddia tələbi onunla əsaslandırılmışdır kixxxxMMC ilə xxxx arasında bağlanmış 2023cü il # ### tarixli * nömrəli xidmət müqaviləsinə əsasən xxxx iddiaçının HR və mühasibatlıq işlərini aparmağı öhdəsinə götürmüşdür. Müqavilə çərçivəsində xxxxə işçi X2 ilə əmək müqaviləsinin bağlanması tapşırılmışxxxxbunun üçün zəruri məlumatlar hələ 2023-cü ilin avqust ayındaxxxxo cümlədən “ASAN Imza” daşıyıcısı olan mobil telefon xxxxə təqdim edilmişdir. Lakin xxxx işçini yalnız sentyabr ayında qeydiyyata aldığından X4 yoxlaması nəticəsində MMC və onun direktoru Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq olaraq 20.000 manat və 4.000 manat məbləğində cərimələnmişxxxxhəmin qərarlar məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdır. Iddiaçı göstərilən xidmətin keyfiyyətindən narazı qaldığından xxxxə sonradan hər hansı tapşırıq verməmişxxxxdigər işçilərlə bağlı prosedurların eyni qaydada icra edilməsi və sosial ödənişlərin həyata keçirilməsi səbəbindən əmək müqaviləsinin də lazımi qaydada rəsmiləşdirildiyini güman etmişdir. Beləlikləxxxxxxxxin müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçılara ümumilikdə 24.000 manat məbləğində ziyan dəymişxxxxməhkəməyəqədərki pretenziya qaydasına əməl edilməsinə baxmayaraq xxxx ödənişdən imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmişdir.
8. xxxxin nümayəndəsi qanuni təmsilçi qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərəkxxxxiddiaya etiraz etdi və eyni zamanda göstərdi kixxxxxxxx tərəfindən yalnız mühasibatlıq xidməti göstərilmişxxxxHR xidmətinin göstərilməsi öhdəliyi mövcud olmamışdır. Lakin iddiaçı iddiaçı2 ilə işçisi Emin bəy yaxın olmuşxxxxbu səbəbdən iddiaçı iddiaçı1 MMC-yə HR-la bağlı kömək göstərilmişdir. Lakin insan resursları ilə bağlı xidmətin göstərilməsi razılaşdırılmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – N.Əhmədova).
10. Məhkəmə qeyd etmişdir kixxxxxxxx tərəflər arasındakı xidmət münasibətlərinin insan resursları və kadr məsələlərini əhatə etmədiyini bildirsə dəxxxxvatsap yazışmaları ilə təsdiq edilir kixxxxxxxx tərəfindən işçilərin əmək müqavilərinin sistem vasitəsilə təsdiq edilməsixxxxəmək müqaviləsi bildirişlərinin verilməsi ilə bağlı xidmətlər icra edilmişxxxxdanışıqların məzmunundan qeyd edilən xidmətlərin xxxx tərəfindən xidmətdən kənarxxxxdostluq münaisbətləri zəmnində göstərildiyi təsdiq edilməmişdir.
11. Qeyd edilənlər onu deməyə əsas verir kixxxxəmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi bilavasitə tərəflər arasındakı xidmət münasibətləri ilə əhatə olunmuşxxxxxxxxin öhdəliyini təşkil etmişdir.
12. Bundan başqaxxxxzərər tələbinə münasibətdə göstərilməlidir kixxxxiddiaçı MMC ilə xxxx arasında xidmət müqaviləsi münasibətləri olduğundan həmin iddiaçının xxxxə qarşı tələbi müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəyən zərər kimixxxxiddiaçı iddiaçı2 ilə xxxx arasında müqavilə münasibətləri olmadığından isə həmin iddiaçının xxxxə qarşı tələbi mülki hüququ pozuntusundan irəli gələn tələb kimi dəyərləndirilməlidir.
13. Məhkəmə qeyd etmişdir kixxxxiddiaçıların faktiki əsası hətta təsdiq olunsa daxxxxiddia edilən zərərlə xxxxin hərəkətsizliyi (icranı gecikdirməsi) arasında səbəbli əlaqə mövcud deyildir.
14. Belə kixxxxsəbəbli əlaqə hadisələr arasında elə əlaqədir kixxxxkonkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektivxxxxtəqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il ## ##### tarixli Qərarı).
15. Bu mənada səbəbli əlaqə iləxxxxhərəkətin və ya hərəkətsizliyin zərərin yaranmasında bir neçə faktordan biri olması deyilxxxxməhz həmin zərəri şərtləndirməsixxxxhəmin zərəri bilavasitə yaratması (conditio sine qua non) nəzərdə tutulur.
16. Hazırkı işin hallarından isə belə bir səbəbli əlaqənin mövcudluğu təsdiq edilmir. Belə kixxxxvatsap yazışmalarından göründüyü kimixxxxxxxx tərəfindən əmək müqaviləsi bildirişi imzalanmış bütün işçilərin bildirişləri bir neçə gün sonra iddiaçıya göndərilmişdir. Iddiaçı isə ən azı 2023-cü il ## ###### tarixində xxxxə xatırlatma edərkən X2 əmək müqaviləsinin sistemə daxil edilməməsindən məlumatlı olmuşdur. Daha sonra iddiaçı yalnız 2023-cü il ## ######## tarixində digər iki şəxslə birlikdə X2 vəzifəsi və əmək haqqı məlumatlarını təqdim etmişxxxxhəmin şəxslə bağlanmış əmək müqaviləsinin sistemə daxil edilməsini xahiş etmişxxxx2023-cü il ## ######## tarixində xxxx əmək müqaviləsi bildirişini təqdim etmişdir.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il ## ##### tarixli 3(004) ****/**** nömrəli və 2024-cü il ## ### tarixli *(***)-****/**** nömrəli qərarlarından görünür kixxxxiddiaçılar barəsində inzibati tənbeh tədbiri X2 2023-cü il ## ###### tarixindən 20 sentyabr tarixinədək iddiaçı MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün tətbiq edilmişdir. Halbuki 2023-cü il ## ###### tarixində X2 ilə bağlanmış əmək müqaviləsinin hüquqi qüvvəyə minmədiyindən məlumatlı olan və formalaşmış işgüzar praktikaya uyğun olaraq əmək müqaviləsi bildirişinin göndərilməsini gözləmədən sonuncunu işə cəlb edən iddiaçılar bilavasitə öz hərəkətləri ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1 ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmışlar.
18. Göründüyü kimixxxxhazırda xxxxin müqavilə öhdəliyini icra etməməsi ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud deyildir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 21xxxx385.1xxxx386xxxx442xxxx443.1-443.4xxxx1096ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il ## ##### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.1xxxx14.2xxxx77.1xxxx119.1xxxx218.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
20. Iddiaçılar həmin qətnamədən ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək qətnamənin ləğvxxxxiddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilmişxxxxiddiaçı iddiaçı2 apellyasiya şikayəti təmin edilməmişdir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddiaçı MMC-yə dəymiş zərərin əvəzi olaraq 10.000 manat pulun xxxxdən tutulmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunmasıxxxxhəmin hissədə iddia təmin edilərk xxxxdən dəymiş zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı MMC-yə ödənilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyevaxxxxhakimlər – Z.Şirinov və T.Mahmudova).
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir kixxxxMMC ilə xxxx arasında bağlanmış xidmət müqaviləsinə əsasən MMC xidmətlərin göstərilməsini sifariş etməyixxxxxxxx isə xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə çərçivəsində whatsapp vasitəsilə MMC-nin nümayəndəsi tərəfindən xxxxin nümayəndəsinə X2 əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi barədə tapşırıq verilmişxxxx2023-cü il ## ###### tarixində iddiaçı X2 əmək müqaviləsi bildirişinin nə üçün portalda görünmədiyini soruşmuşxxxxxxxx tərəf isə məsələni dəqiqləşdirib məlumat verəcəyini bildirmişxxxx2023cü il ## ###### tarixində xxxxin nümayəndəsi X2 məxsus məlumatların sistemə daxil edilərək göründüyünüxxxxlakin naməlum səbəbdən bankın elektron sistemində əks olunmadığını bildirmişxxxxiddiaçının şəxsiyyət vəsiqəsinin müddəti bitmədiyi halda problemin səbəbinin məlum olmadığını qeyd etmişxxxxbundan sonra iddiaçı tərəf 2023-cü il ## ######## tarixində həmin işçinin məlumatlarını bildirişin qeydiyyata alınması üçün yenidən təqdim etmişdir.
23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il ## ##### tarixli 3(004) ****/**** nömrəli və 2024-cü il ## ### tarixli *(***)-****/**** nömrəli qərarlarından görünür kixxxxiddiaçı MMC 20.000 manat və həmin şirkətin direktoru olan digər iddiaçı iddiaçı2 X2 2023-cü il ## ###### tarixdən 20 sentyabr tarixinədək MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə intizam məsuliyyətinə cəlb edilmiş və MMC 20.000 manat və digər iddiaçı iddiaçı2 isə 4.000 manat məbləğində cərimələnmişdir.
24. Hazırda iddiaçılar xxxx tərəfindən xidmət müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilmədiyinixxxxX2 əmək müqaviləsi bildirişinin vaxtında elektron sistemə daxil edilərək elektron imza ilə imzalanmadığınıxxxxnəticədə iddiaçıların Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barələrində cərimə tətbiq edildiyini əsas göstərərək ödədikləri cərimə məbləğinin dəymiş zərər kimi xxxxdən tutulmasını tələb edirlər.
25. xxxx iddiaçı MMC ilə bağlanmış xidmət müqaviləsi üzrə yalnız mühasibatlıq xidmətinin göstərilməsini öhdələrinə götürdüklərini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi əvvəla birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir kixxxxtərəflər arasında bağlanmış müqavilədə həmin müqavilə ilə əhatə edilən xidmətlərin dairəsi dəqiq müəyyən edilməsə də və xxxx tərəflər arasındakı xidmət münasibətlərinin insan resursları və kadr məsələlərini əhatə etmədiyini bildirsə dəxxxxwhatsapp yazışmaları (video yazı) ilə təsdiq edilir kixxxxxxxx tərəfindən işçilərin əmək müqavilələrinin bağlanmasının elektron sistemdə qeydiyyata alınması və bununla bağlı əmək müqaviləsi bildirişlərinin elektron imza ilə təsdiq edilməsi ilə bağlı xidmətlər icra edilmişxxxxdanışıqların məzmunundan qeyd edilən xidmətlərin xxxx tərəfindən xidmətdən kənarxxxxdostluq münaisbətləri zəminində göstərildiyi isə müəyyən edilməmişdir.
27. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir kixxxxəmək müqaviləsi bildirişlərinin elektron imza vasitəsilə sistemə daxil edilməklə əmək müqaviləsinin başlanmasıxxxxdəyişiklik edilməsi və xitamı ilə bağlı qeydiyyatın aparılması bilavasitə tərəflər arasındakı xidmət münasibətləri ilə əhatə olunmuş, xxxxin öhdəliyini təşkil etmişdir.
28. Digər tərəfdən iş materiallarından görünür kixxxxiddiaçı MMC tərəfindən X2 əmək müqaviləsi bildirişinin sistemə daxil edilərək təsdiqlənməsi barədə tapşırıq verilsə və 2023cü ilin ######un ##-də həmin işçinin sistemdə görünməməsi barədə irad bildirilsə dəxxxxxxxx tərəfindən sözügedən işçinin əmək müqaviləsi bildirişi 2023cü il ## ######## tarixinədək sistemə daxil edilməmişdir.
29. Həmin öhdəliyin pozulmasında xxxxin təqsirinin mövcud olub-olmaması məsələsinə gəldikdə kollegiya qeyd etmişdir kixxxxmülki hüquqda təşəkkül tapmış təqsirlilik prezumpsiyasına əsasən öhdəliyi pozmuş şəxs əksi sübuta yetirilənədək öhdəliyin pozulmasında təqsirli hesab edilir. Hazırkı halda xxxx isə müqavilə üzrə öhdəliyinin pozulmasında təqsirinin olmamasını sübuta yetirə bilməmişdir. Əksinə 2023-cü ilin ######un ##-də edilmiş xatırlatmadan sonra xxxxin həmin tapşırığın icra edilməsinin hansı səbəbdən mümkün olmaması barədə operativ olaraq araşdırma aparmasıxxxxbu barədə iddiaçıya məlumat verilməsixxxxhəmin problemi aradan qaldırmaq üçün zəruri tədbirlər görməsixxxxo cümlədən yaranmış problemlə bağlı e-sosial portalına müraciət etməsixxxxzəruri sənədlərin (hazırkı halda problemin işçi tərəfindən şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı yarandığı iddia olunduğundan yeni şəxsiyyət vəsiqəsinin) təqdim edilməsini iddiaçıdan tələb etməsixxxxyəni müqavilə üzrə öhdəliyini icra edilməsi və xidmət göstərdiyi şirkətin inzibati məsuliyyətə cəlb edilməsinin qarşısını alınması üçün lazımi səylər göstərməsi iş materialları ilə öz təsdiqi tapmır.
30. Beləlikləxxxxişin yuxarıda göstərilən hallardan müəyyən edilir kixxxxxxxx müqavilə ilə üzərinə götürdüyü öhdəliyin (işçilərin əmək müqavilələrin sistemdə qeydiyyata alınması) təqsirli pozuntusuna yol vermişdir.
31. Bununla yanaşıxxxxqeyd edilməlidir kixxxxiddiaçı MMC xxxxlə xidmət müqaviləsi bağlamaqla işçilərin əmək müqavilələrinin sistemdə qeydiyyata alınması ilə bağlı xidmət göstərilməsini xxxxə həvalə etmiş və belə olan halda kontragentinin müqavilə üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə davranacağını gözləməkdə haqlı olmuşdur.
32. Odur kixxxxhazırkı halda konsaltinq xidmətləri sahəsində ixtisaslaşmış şirkət olan xxxx əmək müqaviləsi qeydiyyata alınmadan işçinin işə cəlb edilməsinin iddiaçı üçün yarada biləcəyi hüquqi nəticələri bilməli olduğu haldaxxxxəmək müqaviləsi bildirişinin sistemə daxil edilib-edilməməsi ilə bağlı iddiaçıya tez bir zamanda dəqiq cavab verməməsixxxxəmək müqaviləsi bildirişi qeydiyyata alınmadığından işçinin işə cəlb edilməməsi ilə bağlı iddiaçıya izah və xatırlatma etməməsixxxxiddiaçının inzibati məsuliyyətə cəlb edilməsi riskini azaltmaq üçün yaranmış problemin aradan qaldırılması məqsədilə təcili zəruri addımlar atmaması müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsinə dəlalət etməklə yanaşıxxxxmülki dövriyyənin peşəkar iştirakçısından gözlənilən vicdanlı davranış kimi də qiymətləndirilə bilməz.
33. xxxx tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə iddiaçı MMC-yə zərər dəyməsi arasında səbəbli əlaqənin mövcud olub-olmaması məsələsinə gəldikdə isə kollegiya razılaşmışdır kixxxxiddiaçı MMC-nin inzibati məsuliyyəti məhz əmək müqaviləsi qeydiyyata alınmamış işçinin işə cəlb edilməsinə görə yaranmışdır.
34. Lakin həmin qanun pozuntusunun baş verməsi səbəblərinə nəzər saldıqda görünür kixxxxiddiaçının işçi ilə bağlanmış müqaviləni qeydiyyata almadan işçini işlətmək kimi niyyəti olmamışxxxxəksinəxxxxiddiaçı əmək müqaviləsinin qeydiyyata alınmasını müqavilə münasibətində olduğu xxxxə tapşırmışxxxxbildirişin portalda görünməməsi barədə xxxxə məlumat vermişxxxxlakin sonuncunun öhdəliklərinə etinasız yanaşması nəticəsində işçinin əmək müqaviləsi qeydiyyata alınmamış və bu barədə 2023-cü il ## ###### tarixinədəkxxxxyəni işçinin işə cəlb edildiyi (inzibati xəta üzrə qərarlarda bu tarix qeyd edilmişdir) tarixinədək iddiaçıya dəqiq məlumat verilməmişdir (22 avqustda xxxxin nümayəndəsi bildirişin ötən ay sistemə daxil edildiyinixxxxlakin hansısa səbəbdən bankın onu görmədiyini bildirmişdir).
35. Digər tərəfdənxxxxiddiaçı MMC (onun müvafiq vəzifəli şəxsləri) də öz növbəsində əmək müqaviləsi bildirişinin portalda görünməməsinixxxxyəni bildirişin qeydiyyata alınmaması ehtimalının olduğunu bildiyi halda lazımi ehtiyatlılıq göstərmədənxxxxhəmin bildirişin qeydiyyata alınmasına əmin olmadan işçini işə cəlb etmişdir.
36. Beləlikləxxxxiddiaçı MMC-yə real zərərin vurulmasına iki təqsirli əməl – xxxxin müqavilə öhdəliklərini lazımi qaydada icra etməyərək işçinin əmək müqaviləsini bir aydan çox müddət ərzində (17 avqust–20 sentyabr) qeydiyyata almaması və iddiaçı MMC-nin əmək müqaviləsinin qeydiyyata alınmasını yoxlamadan işçini işə cəlb etməsi səbəb olmuşdur.
37. Belə olan halda kollegiya hesab etmişdir kixxxxxxxx müqavilə üzrə öhdəliklərini təqsirli şəkildə pozduğundanxxxxeləcə də öhdəliyin pozuntusu ilə iddiaçı MMC-yə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olduğundanxxxxiddiaçı MMC Mülki Məcəllənin 443.1ci maddəsinə əsasən dəymiş zərərin əvəzinin xxxxdən tutulmasını tələb etməkdə haqlıdır.
38. Bundan başqaxxxxxxxxdən iddiaçı MMC-nin xeyrinə tutulacaq məbləği müəyyən edərkən məhkəmə Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin yaranmasında xxxxlə yanaşı iddiaçının da təqsirli olmasını nəzərə alır və belə qənaətə gəlmişdir kixxxxxxxxdən iddiaçı MMC-nin xeyrinə zərərin əvəzi olaraq tutulacaq məbləğ iddiaçıya dəymiş zərərin yarısı həcmindəxxxxyəni 10.000 manat məbləğində müəyyən edilməlidir.
39. Həmçininxxxxiddiaçı iddiaçı2 xxxxə qarşı olan iddiasına münasibətdə isə kollegiya qeyd etmişdir kixxxxbirincisixxxxMMC-nin direktoru olan iddiaçı2 şirkətin fəaliyyətinin qanuniliyinin və əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinin təmin edilməsinə görə şəxsi məsuliyyət daşıyan vəzifəli şəxs kimi əmək müqaviləsinin qeydiyyata alınmadan işçilərin işə cəlb edilməməsinə şəxsən nəzarət etməli idi və həmin vəzifələrinin icrasını kənar şəxsə həvalə edə bilməzdi. Digər tərəfdənxxxxxxxx iddiaçı2 ilə müqavilə münasibətlərində olmadığından sonuncunun qarşısında müqavilədən irəli gələn hər hansı öhdəlik daşımır və belə olan halda mövcud olmayan öhdəliyin icra edilməməsinə görə məsuliyyət də daşımır. Belə olan halda direktor xidməti vəzifələrinin pozulmasınaxxxxyəni vəzifəli şəxs kimi şəxsən yol verdiyi pozuntuya görə inzibati qaydada cərimələndiyindənxxxxhəmin pozuntu nəticəsində ona dəymiş zərərə görə mülki məsuliyyətin başqa şəxsinxxxxxüsusilə də müqavilə münasibətlərində olmadığı xxxxin üzərinə qoyulması istisna edilir.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.3xxxx385.1xxxx442xxxx443.1-ci; Mülki Prosessual Məcəllənin 77.1xxxx119.1xxxx119.5ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. xxxx kassasiya şikayəti verərək həmin qətnamənin qismən – iddianın təmin olunan hissədə ləğvxxxxiddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar və ya işi yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
42. Mülki Məcəllənin 21-ci maddəsi üzrə - Məhkəmə iddiaçının zərərin yaranmasında təqsirinin olduğunu qeyd etsə dəxxxxzərərin 50 faizinin xxxxin üzərinə qoyulmasının hüquqi və faktiki əsaslarını göstərməmişdir. Qətnamədə iddiaçının əmək müqaviləsinin qeydiyyata alınmamasından xəbərdar olduğu müəyyən edilmişdir. Lakin məhkəmə hansı meyarlar əsasında xxxxin məsuliyyətini 50 faiz həcmində müəyyən etdiyini əsaslandırmamışdır. Iş materiallarında belə bölgünü təsdiq edən hər hansı sübut yoxdur.
43. Mülki Məcəllənin 385.1-ci maddəsi üzrə - Məhkəmə müqavilə üzrə öhdəliklərin həcmini düzgün müəyyən etməmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsində əmək qanunvericiliyinə əməl edilməsinə görə məsuliyyətin tam şəkildə xxxxin üzərinə qoyulması nəzərdə tutulmamışdır. Işəgötürən kimi əmək münasibətlərinin qanuni qurulmasına görə əsas məsuliyyət iddiaçı şirkətin öz üzərində qalmışdır.
44. Mülki Məcəllənin 442-ci maddəsi üzrə - Məhkəmə öhdəliyin lazımınca icra edilməməsini müəyyən etsə dəxxxxhəmin halın inzibati cərimənin tətbiq edilməsinin yeganə səbəbi olduğunu sübuta yetirməmişdir. Inzibati xəta üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında göstərilmişdir kixxxxpozuntu işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsindən ibarət olmuşdur. Bu hərəkət isə birbaşa işəgötürən tərəfindən həyata keçirilmişdir.
45. Mülki Məcəllənin 443.7-ci maddəsi üzrə - xxxxin tərəflər arasındakı xidmət münasibətlərinin insan resursları və kadr məsələlərini əhatə etmədiyini bildirməsi onların arasında bağlanmış müqavilənin şərtləri ilə tam təsdiq edilir. Göstərilən maddələrin tələbləri baxımından qeyd edilən xidmətlərin xxxx tərəfindən xidmətdən kənarxxxxdostluq münasibətləri zəminində göstərildiyinin isə müəyyən edilməməsi barədə məhkəmənin gəldiyi qənaət isə ağlabatan deyildirxxxxbunun üçün xxxxin qeyd etdiklərindən başqa hər hansı sübutun təqdim edilməsinə heç bir ehtiyac və zərurət yoxdur.
46. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə - Məhkəmə iş üzrə iddianı qismən təmin edərkən sübutetmə yükünü düzgün bölüşdürməmişxxxxxxxxin təqsirini təsdiq edən sübutları kifayət qədər qiymətləndirmədən nəticəyə gəlmişdir. Iş materiallarında xxxxin öhdəliyini pozmadığını təsdiq edən hallar (WhatsApp yazışmalarında işəgötürənin məlumatlandırılmasıxxxxəmək müqaviləsinin gec təqdim edilməsixxxxişçinin şəxsiyyət vəsiqəsinin müddətinin keçməsixxxxiddiaçının özü tərəfindən işçinin işə cəlb edilməsi) mövcud olsa daxxxxməhkəmə bu sübutları kifayət qədər araşdırmadan xxxxin təqsirli olduğunu qəbul etmişdir.
47. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - Məhkəmə sübutları tamxxxxhərtərəfli və obyektiv qiymətləndirməmişxxxxyalnız iddiaçının mövqeyinə üstünlük vermişdir. WhatsApp yazışmalarında xxxxin əmək müqaviləsi bildirişini təqdim etməsixxxxsistemdə yaranmış texniki idarəetmə problemi barədə məlumat verməsi və iddiaçının həmin dövrdə işçi ilə əmək münasibətini davam etdirməsi faktları mövcud olsa daxxxxbu sübutlara hüquqi qiymət verilməmişdir.
48. Şikayətin “Digər məsələlər” hissəsində qeyd olunmuşdur kixxxxapellyasiya məhkəməsi ziddiyyətli hüquqi mövqe tutmuşdur. Belə kixxxxbir tərəfdən xxxxin iddiaçı ilə əmək müqavilələrinin elektron qeydiyyatı üzrə müqavilə öhdəliyinin mövcud olmadığını göstərsə dəxxxxdigər tərəfdən WhatsApp yazışmalarına istinad etməklə həmin xidmətlərin tərəflər arasındakı müqavilə münasibətlərinin predmetinə daxil olduğu qənaətinə gəlmişdir. Halbukixxxxmüqavilənin şərtləri tərəflər arasında insan resursları və kadr məsələləri üzrə xidmət münasibətlərinin mövcud olmadığını təsdiq edir. Iş materialları ilə müəyyən olunur kixxxxiddiaçı əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alınmadığını əvvəlcədən bildiyi haldaxxxxəmək müqaviləsinin hüquqi qüvvəyə minməsini gözləmədən işçini əmək funksiyasının icrasına cəlb etmişdir. Yasamal Rayon Məhkəməsinin inzibati xəta işləri üzrə qərarları ilə də inzibati məsuliyyətin məhz bu hərəkətə görə tətbiq edildiyi müəyyən edilmişdir. Bu baxımdanxxxxiddiaçıya tətbiq edilmiş inzibati cərimə xxxxin hərəkətinin deyilxxxxiddiaçının öz qanunazidd davranışının nəticəsi olmuşxxxxxxxxin davranışı ilə iddia edilən zərər arasında səbəbli əlaqə yaranmamışdır. Buna görə dəxxxxzərərin əvəzinin tutulmasına dair iddianın təmin edilməsi üçün hüquqi əsas mövcud olmamışdır və apellyasiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
50. Apellyasiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin olunduğundan və məhkəmə aktı yalnız həmin hissədə mübahisələndirildiyindənxxxxhazırkı kassasiya icraatı çərçivəsində qətnamənin qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa daxxxxapellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 385.1. “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidirxxxxməsələnxxxxpul ödəməlixxxxəmlak verməlixxxxiş görməlixxxxxidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidirxxxxkreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdəxxxxyəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildəxxxxöhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdəxxxxbelə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər Maddə 442. “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsixxxxmallardaxxxxişlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə 443.1. “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.”
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14.2. “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” Maddə 77.1. “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Maddə 88. “Məhkəmə sübutlara obyektivxxxxqərəzsizxxxxhərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə 217.1. “Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.” Maddə 217.3. “Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” Maddə 217.4. “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir kixxxxapellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası bildirir kixxxxsübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmışxxxxonlaraxxxxeləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Belə kixxxxiş materiallarından göründüyü kimixxxxtərəflər arasında yaranmış xidmət münasibətləri çərçivəsində işçilərin əmək müqaviləsi bildirişlərinin elektron sistemdə qeydiyyata alınması xxxxin üzərinə götürdüyü öhdəliklərə daxil olmuşxxxxxxxx həmin öhdəliyi lazımi qaydada icra etməmişxxxxbununla iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmişdir. Eyni zamandaxxxxapellyasiya məhkəməsi iddiaçının da əmək müqaviləsinin qeydiyyata alınmasına əmin olmadan işçini işə cəlb etməsini zərərin yaranmasına səbəb olan hallardan biri kimi nəzərə alaraq Mülki Məcəllənin 21.3-cü maddəsinə uyğun olaraq zərərin bölüşdürülməsini əsaslandırmışxxxxişdə olan sübutlarıxxxxo cümlədən tərəflər arasında bağlanmış müqavilənixxxxWhatsApp yazışmalarını və inzibati xəta üzrə məhkəmə qərarlarını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmişdir.
57. Kollegiya bununla əlaqədar qeyd etməyi zəruri hesab edir kixxxxmüqavilə tərəflərinin hüquq və vəzifələrinin həyata keçirib-keçirmədikləri aydınlaşdırıldığı zamanxxxxtərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaxxxxişgüzar adətlər nəzərə alınmalıdır.
58. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görəxxxxtərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasınaxxxxişgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasınaxxxxbu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasınaxxxxeləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə qiymət verilməsi zəruridir.
59. Göründüyü kimixxxxişgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdəxxxxhəm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir kixxxxyoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdurxxxxkassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Odur kixxxxkassasiya şikayəti təmin edilməməlixxxxBakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416xxxx417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
xxxx xxxx1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.