Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-470/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Işin halları
1. Iş materiallarından görünür ki, Cavabdeh ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsarasında 2017-ci il # #### tarixində birgə fəaliyyətə dair müqavilə bağlanmış, tərəflər mənfəət əldə etmək məqsədilə öz qüvvələrini birləşdirərək “xxxx” MMC adlı hüquqi şəxs təsis etməyi və onun fəaliyyətini birgə həyata keçirməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.1.2-ci bəndinə əsasən, “xxxx” MMC üçün dövlət orqanlarından müvafiq güzəşt və imtiyazların, o cümlədən yeni yaradılacaq istehsal müəssisəsinin avadanlıqlarının idxalı zamanı gömrük və vergi rüsumlarından azad olunması üçün xxxxn alınmasını təmin etmək Cavabdeh, 3.2.1-ci bəndinə əsasən isə mebel istehsalı avadanlıqlarını Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirmək, həmin avadanlıqları hüquqi şəxsin balansında onun fəaliyyəti dövründə saxlamaq və hüquqi şəxsi idarə etmək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öhdəliyi olmuşdur.
2. 2017-ci il ## #### tarixində Cavabdeh ilə “X2 X3 Sanaye və Ticaret LTD” şirkəti arasında bağlanmış * nömrəli müqaviləyə əsasən, tərəflər Cavabdeh mülkiyyətində olan əmlak kompleksində birgə mebel istehsalı sahəsinin yaradılması barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 1,844 ha torpaq sahəsində yerləşən və dəyəri 1.100.000 manat olan Əmlak Kompleksinin, habelə “X2 X3 Sanaye və Ticaret LTD” şirkətinə məxsus ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlıqların investisiya qoyuluşu kimi birgə mebel istehsalı sahəsinin yaradılmasına yönəldilməsi nəzərdə tutulmuşdur.
3. 2017-ci il ## ##### tarixli “Investisiya təşviqi sənədi” ilə Cavabdeh həmin ünvanda mebel istehsalı sahəsində investisiyaya görə avadanlıq və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmiş, Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş təsdiqedici sənədlər üzrə vəziyyətin yerində qiymətləndirilməsinə dair 2017-ci il ## ####### tarixli Aktla isə investisiya layihəsi çərçivəsində idxal edilmiş texnoloji avadanlıqların göstərilən ünvanda yerləşdirildiyi və təyinatı üzrə istifadə olunduğu müəyyən edilmişdir.
4. Sonradan nizamnamə kapitalı 2.200.000 manat olan “xxxx” MMC yaradılmış, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsonun direktoru təyin edilmiş, 2017-ci il ## ###### tarixində dövlət qeydiyyatına alınmış cəmiyyətin nizamnamə kapitalında iştirak paylarının 50 faizi Cavabdeh, 50 faizi isə “xxxx” MMC-yə məxsus olmuşdur.
5. Vergi orqanlarının məlumatlarına əsasən, Cavabdeh vergiyə cəlb olunan gəlirləri 2018-ci ildə 17.002,88 manat, 2019-cu ildə 1.083.373,30 manat, 2020-ci ildə 4.180,58 manat, “xxxx” MMC-nin vergiyə cəlb olunan gəlirləri isə müvafiq olaraq 8.741,58 manat, 231.788,86 manat və 145.631,86 manat təşkil etmişdir. Həmçinin 2021-ci il ## ###### tarixli səyyar vergi yoxlaması aktından cavabdehin 2017-2019-cu illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etməsi vəziyyətinin yoxlanıldığı müəyyən olunur.
6. Iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxscavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsini, tərəflərin öhdəliklərinə xitam verilməsini, avadanlıqların qaytarılmasını və 497.068,58 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il # #### tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflər arasındakı müqavilə ləğv edilmiş və tərəflərin öhdəliklərinə xitam verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müstəqil tələb irəli sürən üçüncü şəxs “X2 X3 Sanaye və Ticaret Ltd” şirkətinin iddiası da qismən təmin edilərək tələb olunan avadanlıqların, yaxud onlar olmadıqda 785.222 manat dəyərinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq həmin şirkətə verilməsi qət edilmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il # ###### tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiası qismən təmin olunmuş və cavabdehdən əldən çıxmış fayda qismində 497.068,58 manat zərər və 30 manat dövlət rüsumu tutulmuş, “X2 X3 Sanaye və Ticaret LTD” şirkətinin iddiası və apellyasiya şikayəti təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il # ####### tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək həmin qətnamə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiasına münasibətdə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ###### tarixli qətnaməsi ilə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il # #### tarixli qətnaməsinin tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi hissəsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, avadanlıqların qaytarılması və 497.068,58 manat məbləğində zərərin tutulması tələblərinə dair iddiası təmin edilməmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ###### tarixli qərarı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ###### tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
12. Işə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il # ### tarixli qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il # #### tarixli qətnaməsi tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi və iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il # ###### tarixli qərarı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il # ### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
14. “xxxx”xxxx“iddiaçı MMC”) 2024-cü il ## ###### tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.104.457,76 manat zərər, 481.543,58 manat faiz, 1.584 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə ödənilən pul alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Iddia tələbini onunla əsaslandırmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla cavabdeh arasında bağlanmış 2017-ci il 1 mart tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədilə iddiaçı MMC adlı hüquqi şəxs təsis edib dövlət qeydiyyatından keçirməklə həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirmişlər. Həmin müqavilənin 3.1.1-3.1.3-cü bəndlərinə uyğun olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birgə istehsalat sahəsi yaratmaq üçün avadanlıqları əvəzsiz olaraq Azərbaycan Respublikasına cavabdehin adına göndərmiş, cavabdeh isə həmin avadanlıqları gömrük orqanlarından təhvil almışdır. Cavabdeh mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından iddiaçı MMC-nin nizamnamə kapitalına və balansına qoymaq əvəzinə, 2017-2020-ci illər ərzində ünvan 4 ünvanında hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi mebel istehsalı ilə məşğul olmuş, 2017-ci il # ### tarixində tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləyə zidd olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus dəzgah və avadanlıqlara görə Iqtisadiyyat Nazirliyindən öz adına investisiya təşviqi sənədləri alaraq onlardan istifadə etmişdir. Cavabdeh həmin dəzgah və avadanlıqlardan mebel istehsalında istifadə etməklə, ** nömrəli Ərazi Vergilər Baş Idarəsindən alınmış 2021-ci il ## ###### tarixli **************** nömrəli arayışdan göründüyü kimi, 2018-ci ildə 17.002,88 manat, 2019-cu ildə 1.083.373,3 manat və 2020-ci ildə 4.081,58 manat gəlir əldə etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehə qarşı Gəncə Kommersiya Məhkəməsində həmin avadanlıqlardan istifadə nəticəsində əldə edilmiş mənfəətin ona ödənilməsi barədə iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli qətnaməsində məhkəmə tərəfindən qeyd edilmişdir ki, avadanlıqların iddiaçı MMC-nin nizamnamə kapitalına daxil edilməsi, lakin balansına daxil edilməməsi və xxxxn Cəmiyyətin adına deyil, cavabdehin öz adına alınması nəticəsində zərər dəymişdirsə, həmin zərər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs deyil, iddiaçı MMC-yə dəymişdir. Beləliklə, məhkəmənin mövqeyindən göründüyü kimi, mebel istehsalı üçün nəzərdə tutulmuş dəzgah və avadanlıqların istifadəsindən əldə edilmiş gəliri tələb etmək hüququ Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs deyil, iddiaçı MMC-yə məxsusdur. Bu səbəbdən cavabdehin 2018-ci ildə əldə etdiyi 17.002,88 manat, 2019-cu ildə əldə etdiyi 1.083.373,3 manat və 2020-ci ildə əldə etdiyi 4.081,58 manat olmaqla, ümumilikdə 1.104.457,76 manat məbləğində gəlirin iddiaçı MMC-yə qaytarılması tələb olunur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron saytında istehlak qiymətləri indeksinin hesablanmasına əsasən 2024-cü ilin oktyabr ayında 2018-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 143,6 faiz, yəni qiymətlərin səviyyəsi 43,6 faiz artmış olduğundan, həmin artım nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya əlavə olaraq 481.543,58 manat (1.104.457,76 × 43,6%) ödənilməlidir.
16. Həmçinin iddiaçının nümayəndəsi və vəkili vəkil1 məhkəməyə vəsatətlə müraciət edərək cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun adından 400.000 manat məbləğində kredit götürüblər, o, hələ də həmin krediti ödəyir.
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2025-ci il ## ###### tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdehin oğlu XY tanımış və onunla mebellərin alqı-satqısı ilə bağlı münasibətləri olmuşdur. Daha sonra XY ona birgə işləməyi təklif etmiş və o da onunla razılaşmışdır. XY atası cavabdeh ilə “Birgə (ortaqlıq) fəaliyyət haqqında” 2017-ci il # #### tarixli müqavilə bağlamışdır. Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Türkiyə Respublikasından göndərmiş olduğu avadanlıqları yeni yaradılmış iddiaçı MMC-nin nizamnamə kapitalına daxil etdiyini göstərmiş olsa da, müəssisənin balansına daxil etməmiş və “xxxx” müəssisənin adına yox, öz adına almış, göndərdiyi avadanlıqları işlətməklə əldə etdiyi gəlirdən ona heç nə ödənilməmişdir. Ona görə də sonradan “xxxx” MMC yaradılaraq avadanlıqlar yeni yaradılmış MMC-nin nizamnamə kapitalına və balansına daxil edilmişdir.
19. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # ####### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur (hakim - R.Qələndərzadə).
20. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqaviləyə əsasən tərəflər mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə iddiaçı MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər. Daha sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsilə cavabdeh arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il # #### tarixli e-*- *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehə qarşı iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il # ### tarixli qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il # #### tarixli e-*-*(***)- **/**** nömrəli qətnaməsi tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, həmçinin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il # ### tarixli qətnaməsində qeyd edilmişdir ki, işin məhkəmə iclasında araşdırılmış hallarından, həmçinin iş materiallarından göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etməklə birgə faydalanmaq məqsədi ilə birgə fəaliyyət göstərmək üçün “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə bağlamış və həmin müqavilə şərtlərinə uyğun olaraq iddiaçı adlı müəssisə yaratmağı, müəssisənin nizamnamə kapitalını formalaşdırmağı, bunun üçün cavabdeh özünə məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksini, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsisə müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı avadanlığını birinci tərəfə, yəni cavabdehə təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsüzərinə düşən öhdəliyi yerinə yetirib mebel istehsalı üçün zəruri olan avadanlığı cavabdehə təhvil vermiş olsa da, sonuncu müqavilə şərtlərinə tam şəkildə əməl etməmiş, iddiaçı öncədən, yəni mebel istehsalı üçün istifadə edilən avadanlıq gətirilməmişdən əvvəl yaradılmalı və təşviqedici sənəd yeni yaradılmış iddiaçının adına alınmalı olduğu halda, iddiaçı sonradan avadanlıq gətirildikdən və təşviqedici sənəd cavabdehin adına alındıqdan sonra təsis edilmiş, gətirilmiş avadanlıq iddiaçının nizamnamə kapitalına daxil edilmiş olsa da, iddiaçının balansına daxil edilməmişdir. Belə ki, iş materiallarındakı Azərbaycan ** nömrəli Ərazi Vergilər Baş Idarəsinin arayışından görünür ki, iddiaçı ilə bağlı təqdim edilmiş 2017-2020-ci illər üzrə mənfəət və əmlak vergisi bəyannamələrinin müvafiq sətirlərində hər hansı əmlak aşkar edilməmiş və şəxsi hesab vərəqəsindəki ödənişlərin tərkibində iddiaçı tərəfindən ödənilmiş əmlak vergisi müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin müqaviləni ləğv edərək tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verməkdə haqlı olmuşdur.
22. Iddia tələbinin dəymiş zərərin ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, iddiaçının bu hissədə əsas dəlili ondan ibarətdir ki, göndərilmiş avadanlıqlar cavabdeh tərəfindən iddiaçının nizamnamə kapitalına daxil edilmiş olsa da, balansına daxil edilməmiş, təşviqedici sənəd iddiaçının adına alınmalı olduğu halda cavabdeh tərəfindən öz adına alınmışdır. Belə olan halda kollegiya hesab etmişdir ki, bu xüsusatla bağlı zərər dəymişdirsə də, bu zərər iddiaçıya yox, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya dəymişdir.
23. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.104.457,76 manat zərər, 481.543,58 manat faiz, 1.583 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə ödənilən pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2017-ci il # #### tarixli birgə fəaliyyətə dair müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirib mebel istehsalı üçün zəruri olan avadanlığı cavabdehə təhvil vermiş olsa da, sonuncu müqavilə şərtlərinə tam şəkildə əməl etməmiş, iddiaçı öncədən, yəni mebel istehsalı üçün istifadə edilən avadanlıq gətirilməmişdən əvvəl yaradılmalı və təşviqedici sənəd yeni yaradılmış iddiaçının adına alınmalı olduğu halda, iddiaçı sonradan – avadanlıq gətirildikdən və təşviqedici sənəd cavabdehin adına alındıqdan sonra təsis edilmiş, gətirilmiş avadanlıq iddiaçının nizamnamə kapitalına daxil edilmiş olsa da, iddiaçının balansına daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxstərəfindən tərəflər arasında bağlanılmış müqaviləyə əsasən göndərilmiş avadanlıqlarla bağlı cavabdeh tərəfindən öz adına investisiya təşviqi sənədi və təsdiqedici sənədlər alınsa da, cavabdehin fərdi sahibkar kimi məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etməsini müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdeh barəsində aparılmış səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlanılan dövrdə, yəni 2017-2019-cu illər üzrə cavabdeh faktiki olaraq mebellərin istehsalı ilə məşğul olmuşdur. Eyni zamanda aktda qeyd olunmuşdur ki, yoxlanılan dövr üzrə sahibkarın ümumi gəliri mebellərin istehsalından əldə etdiyi gəlirdən ibarət olmuşdur. Eyni zamanda həmin aktda qeyd olunmuşdur ki, cavabdehin təsərrüfat subyektləri aşağıdakılardır: 1. Gəncə şəhəri, Nərimanov Nərimanov 42 b ünvanında yerləşən icarə obyekti; 2. Gəncə şəhəri, Dədə Qorqud 21 ünvanında yerləşən mağaza; 3. Gəncə şəhəri, M.C.Paşayev 72A ünvanında yerləşən istehsalat sexi; 4. Gəncə şəhəri, M.C.Paşayev 72 ünvanında yerləşən istehsalat sexi.
25. Eyni zamanda Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş təsdiqedici sənədlər üzrə vəziyyətin yerində qiymətləndirilməsinə dair 2017-ci il ## ####### tarixli Akta əsasən müəyyən edilmişdir ki, 2017-ci il # ### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## ### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## #### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## #### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## ######## tarixli IN/TS-***/**** nömrəli təsdiqedici sənədlər əsasında idxal edilmiş texnoloji avadanlıqlar investisiya layihəsində göstərilən ünvanda yerləşdirildiyi və təyinatı üzrə istifadə olunduğu müəyyən edilmişdir.
26. Göründüyü kimi 2017-ci il # ### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## ### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## #### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## #### tarixli IN/TS-***/**** nömrəli, 2017-ci il ## ######## tarixli IN/TS-***/**** nömrəli təsdiqedici sənədlər əsasında idxal edilmiş avadanlıqlar investisiya layihəsində göstərilən ünvanda, yəni Gəncə şəhəri, M.C.Paşayev 72A ünvanında yerləşdirilmişdir. Həmçinin cavabdehə məxsus Gəncə şəhəri, M.C.Paşayev 72 ünvanında da istehsalat sexi fəaliyyət göstərmişdir. Belə olan halda cavabdehin məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etməsini müəyyən etmək mümkün deyildir.
27. Eyni zamanda Dövlət Vergi Xidmətinin ** nömrəli Ərazi Vergilər Baş Idarəsinin 2025-ci il ## ##### tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə məhkəməyə göndərilmiş iddiaçıya aid mənfəət vergisi bəyannamələrinə əsasən iddiaçının vergiyə cəlb olunan gəlirləri 2018-ci il üzrə 8.741,58 manat, 2019-cu il üzrə 231.788,86 manat və 2020-ci il üzrə 145.631,86 manat təşkil etmişdir. Göründüyü kimi 2018-2020-ci illər üzrə iddiaçının fəaliyyəti olmuş və gəlirlər əldə etmişdir. Habelə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 2019-cu il # ###### tarixindən 2019-cu il ## ###### tarixinədək gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal və ixrac əməliyyatları haqqında məlumata əsasən iddiaçının idxal əməliyyatları 64.024,96 ABŞ dolları, ixrac əməliyyatları isə 215.340 ABŞ dolları olmuşdur. Iddiaçının 2020-ci il # ###### tarixindən 2020-ci il ## ###### tarixinədək gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal və ixrac əməliyyatları haqqında məlumata əsasən iddiaçının idxal əməliyyatları 215.936,58 ABŞ dolları, ixrac əməliyyatları isə 376.877,50 ABŞ dolları olmuşdur. Göründüyü kimi iddiaçı fəaliyyət göstərərək gəlir əldə etmişdir. Belə olduğu təqdirdə iddiaçı cavabdehin məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etməsini sübuta yetirə bilməmişdir.
28. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlar və eyni zamanda məhkəmə tərəfindən verilmiş sorğular nəticəsində toplanan materiallar iddianın təmin edilməsi üçün əsas vermir. Ona görə də iddia tələbi rədd edilməlidir.
29. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili vəkil1 cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul edilməsi barədə vəsatəti rədd edilməlidir.
30. Hazırkı işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsarasında bağlanılmış 2017-ci il # #### tarixli birgə fəaliyyətə dair müqaviləyə əsasən, tərəflər özlərinin mülkiyyət, istifadə, icarə və sahibkarlıq fəaliyyətlərindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədi ilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət göstərmək qərarına gəlmişlər. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi pozduğundan məhkəmə qərarı ilə birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmişdir. Iddiaçı cavabdehin məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etdiyini sübuta yetirə bilməmiş və məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Belə olan halda cavabdehin əməlində talama, o cümlədən dələduzluq cinayətinin əlamətləri olmasını müəyyən etmək mümkün deyildir.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 6.2, 13, 16, 21.1, 21.2, 21.3, 43.1, 43.5, 64.1, 157.5, 385.1, 386.1, 443.1, 443.2, 443.7, 448.1, 448.2, 1096.1 və 1096.2-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il # ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il ## ###### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 81, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – R.Məcidov, hakimlər - İ.Həsənov və Ş.Rzaquliyev).
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli birgə fəaliyyət müqaviləsinə istinad etməklə cavabdehin həmin müqavilə çərçivəsində 2018- 2020-ci illər təşviq sənədinə əsasən Türkiyə Respublikasından gətirilmiş və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus avadanlıqlardan istifadə nəticəsində gəlir əldə edildiyini və həmin gəlirin məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əmlakları hesabına əldə edildiyinə istinadən MMCyə maddi zərər dəyməsi ilə əlaqələndirmişdir.
35. Iddiaçı apellyasiya şikayətində və məhkəmə baxışı zamanı əsasən belə dəlillərə istinad etmişdir ki, mebel istehsalı üçün nəzərdə tutulmuş avadanlıqlar cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, həmçinin iddiaçı əslində mebel istehsalı ilə məşğul olmamış, yalnız Türkiyə Respublikasından xammal gətirərək satışını həyata keçirmişdir. Kollegiya həmin dəlilləri iş materialları ilə müqayisəli şəkildə qiymətləndirərək onların əsaslı olmadığı qənaətinə gəlmişdir.
36. Belə ki, ilk növbədə avadanlıqların təhvil verilməməsi ilə bağlı iddia üzrə qeyd olunmalıdır ki, iş materiallarında mövcud olan 2017-ci il ## ####### tarixli yerində baxış aktı ilə idxal edilmiş texnoloji avadanlıqların investisiya layihəsində göstərilən ünvanda yerləşdirildiyi və təyinatı üzrə istifadə olunduğu açıq şəkildə müəyyən edilmişdir. Həmin hal onu göstərir ki, avadanlıqlar faktiki olaraq Azərbaycan Respublikasına gətirilmiş, layihə çərçivəsində nəzərdə tutulmuş istehsal sahəsində yerləşdirilmiş və istifadə olunmuşdur. Bu isə iddiaçının avadanlıqların ümumiyyətlə təhvil verilməməsi barədə iddiasını təkzib edir.
37. Bundan başqa iddiaçının rəhbəri olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən vergi orqanına verdiyi izahatı ilə müəyyən edilmişdir ki, sonuncu mebel istehsalı ilə məşğul olduğunu təsdiq edir və nöqsanların aradan qaldırılacağına vəd verir.
38. Bu isə onu təsdiq edir ki, mebel istehsalı avadanlığı məhz onların mülkiyyətçisi və hazırki iddiaçının direktoru olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sərəncamında olmuş və o, həmin avadanlıqlardan istifadə edərək mebel istehsalı ilə məşğul olmuşdur.
39. Digər tərəfdən, iş üzrə mövcud vergi orqanlarının arayışlarından görünür ki, iddiaçı MMC tərəfindən 2017–2020-ci illər üzrə mənfəət əldə edilmiş və bu mənfəət vergi bəyannamələrində əks etdirilmişdir. Hüquqi şəxsin fəaliyyət nəticəsində gəlir əldə etməsi onun real iqtisadi fəaliyyət göstərdiyini təsdiq edir. Mebel istehsalı kimi istehsal yönümlü fəaliyyət növündə isə belə gəlirin əldə olunması, təbii olaraq, istehsal vasitələrinin, o cümlədən müvafiq avadanlıqların faktiki istifadəsini zəruri edir.
40. Bundan başqa iş materiallarına əlavə edilmiş iddiaçı MMC-nin ixrac sənədlərindən müəyyən edilmişdir ki, sonuncu tərəfindən Qazaxıstan Respublikasına mebel ixrac olunmuşdur. Iddiaçının nümayəndəsi məhkəmə iclasında mebel istehsalı ilə məşğul olmadıqlarını, xaricdən adlarına gələn xam malı isə satış üçün gətirdiklərini və Qazaxıstan Respublikasına satılmış hazır mebelləri cavabdehdən aldıqlarını bildirdi.
41. Göründüyü kimi iddiaçının iddia dəlilləri həqiqətə bənzəmir. Belə ki, iddiaçı özü mebel istehsalı üçün direktoruna məxsus avadanlıqları Azərbaycana gətirmiş, cavabdehlə eyni ərazi və ünvanda (72A və 72 ünvanları eyni həyətdə yerləşir) fəaliyyət göstərmiş lakin, özü mebel istehsal etməyərək onun avadanlığından istifadə edən cavabdehdən mebeli satın alması absurd bir arqument kimi səslənir və hər hansı sübutlarla təsdiq olunmur.
42. Iddiaçı tərəf ixrac etdiyi mebel dəstlərini cavabdehdən satın aldığını iddia etsə də məhkəmələrə bunu təsdiq edəcək alğı-satqı müqavilələrini təqdim etməmiş və cavabdeh bu halı qəbul etmir.
43. Məhkəmə hesab etmişdir ki, əgər iddiaçının göstərdiyi kimi avadanlıqlar ona təhvil verilməmiş olsaydı, bu halda həmin avadanlıqların yerləşdirilməsi və istifadəsi barədə rəsmi dövlət aktının tərtib edilməsi, eləcə də müəssisənin istehsal nəticəsində gəlir əldə etməsi obyektiv olaraq mümkün olmazdı.
44. Bundan başqa iddiaçı iddia etmişdir ki, təşviq sənədi cavabdehin adına alındığından onlara ziyan dəymişdir.
45. Qeyd olunmalıdır ki, texnoloji avadanlıqlar göndərildiyi zaman iddiaçı MMC yaradılmamış və avadanlıqlar məhz cavabdehin adına Türkiyə Respublikasından göndərilmişdir. Belə olan halda isə Iqtisadiyyat Nazirliyi tərəfindən təşviq sənədi də məhz avadanlıqlar adına göndərildiyi şəxsin adına verilməlidir.
46. Bununla paralel, məhkəmə göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxstərəfindən tərəflər arasında bağlanılmış müqaviləyə əsasən göndərilmiş avadanlıqlarla bağlı cavabdeh tərəfindən öz adına investisiya təşviqi sənədi və təsdiqedici sənədlər alınsa da, cavabdehin fərdi sahibkar kimi məhz həmin avadanlıqlardan istifadə edərək gəlir əldə etməsini müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdeh barəsində aparılmış səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlanılan dövrdə, yəni 2017-2020-ci illər üzrə cavabdeh faktiki olaraq mebellərin istehsalı ilə məşğul olmuşdur. Eyni zamanda aktda qeyd olunmuşdur ki, yoxlanılan dövr üzrə sahibkarın ümumi gəliri mebellərin istehsalından əldə etdiyi gəlirdən ibarət olmuşdur. Eyni zamanda həmin aktda qeyd olunmuşdur ki, cavabdehin təsərrüfat subyektləri bunlardır –
1. Gəncə şəhəri, Nərimanov Nərimanov 42 b ünvanında yerləşən icarə obyekti;
2. Gəncə şəhəri, Dədə Qorqud 21 ünvanında yerləşən mağaza;
3. Gəncə şəhəri, M.C.Paşayev 72A ünvanında yerləşən istehsalat sexi;
4. Gəncə şəhəri, M.C.Paşayev 72 ünvanında yerləşən istehsalat sexi.
47. Iş materiallarında mövcud olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 2017-ci il ## ####### tarixli yerində baxış aktı ilə təsdiq olunur ki, müxtəlif tarixli təsdiqedici sənədlər əsasında idxal edilmiş texnoloji avadanlıqlar investisiya layihəsində nəzərdə tutulmuş ünvanda - ünvan 2 ünvanında yerləşdirilmiş və təyinatı üzrə istifadə olunmuşdur. Bu hal avadanlıqların ölkəyə gətirilməsi, konkret istehsal sahəsində quraşdırılması və faktiki istismara verilməsi faktını şübhəsiz ünvan 5 ünvanında da istehsalat sahəsi fəaliyyət göstərmişdir. Bu baxımdan müəyyən mənada eyni ərazi üzrə bir neçə istehsal fəaliyyətinin mövcudluğu ehtimalı yaranır.
48. Lakin məhkəmə hesab etmişdir ki, qeyd edilən hal– yəni eyni və ya yaxın ünvanlarda müxtəlif istehsalat sahələrinin fəaliyyət göstərməsi– özlüyündə cavabdehin məhz mübahisəli avadanlıqlardan istifadə etməklə konkret həcmdə gəlir əldə etməsini dəqiq şəkildə müəyyən etməyə imkan vermir.
49. Belə ki, vergi uçotu və maliyyə hesabatları baxımından gəlirin konkret olaraq hansı avadanlıqdan, hansı istehsal xəttindən və ya hansı təsərrüfat vahidindən əldə olunmasının müəyyən edilməsi üçün ayrıca uçotun aparılması, texniki və maliyyə ayrımının mövcudluğu zəruridir. Iş materiallarında isə belə ayrılmış, konkret olaraq məhz mübahisəli texnoloji avadanlıqların istismarı nəticəsində əldə edilmiş gəliri fərqləndirməyə imkan verən sübutlar mövcud deyildir.
50. Digər tərəfdən, Iqtisadiyyat Nazirliyinin aktı ilə müəyyən edilmişdir ki, investisiya təşviqi sənədinə əsasən gətirilmiş avadanlığın bir hissəsi layihədə göstərilən ünvanda, digər hissəsinin isə başqa ünvanda, yəni X1 küçəsi 72 ünvanında yerləşir. X1 küçəsi 72 A ünvanında yerləşən əmlak kompleksi “xxxx” MMC-yə icarəyə verilmiş və investisiya layihəsi “xxxx” MMC tərəfindəın icra olunur.
51. “xxxx” MMC isə 2020-ci il ## ###### tarixində dövlət qeydiyyatına alınmış və MMCnin qanuni təmsilçisi (direktor) məhz hazırki iş üzrə 3-cü şəxs və iddiaçı MMC-nin direktoru olan Ak Turandır.
52. Bu baxımdan kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehin ümumilikdə sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etməsi faktı iş materialları ilə təsdiq olunsa da, həmin gəlirin bilavasitə mübahisə predmeti olan avadanlıqların istifadəsi nəticəsində əldə edildiyini dəqiq və birmənalı şəkildə müəyyən etmək mümkün deyildir.
53. Nəticə etibarilə, bu hal iddiaçının mümkün zərər və ya əldən çıxmış fayda ilə bağlı iddialarının əsaslandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki, mülki hüquqi məsuliyyətin tətbiqi, o cümlədən zərərin əvəzinin tutulması üçün zərər ilə cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) arasında birbaşa səbəbli əlaqə sübut olunmalıdır. Mövcud halda isə belə səbəbli əlaqənin, yəni konkret olaraq mübahisəli avadanlıqlardan istifadə nəticəsində hansı gəlirin əldə edildiyinin müəyyən olunmaması iddia tələblərinin bu hissədə təmin edilməsi üçün kifayət qədər hüquqi əsas yaratmır.
54. Beləliklə, məhkəmə hesab etmişdir ki, qeyd olunan halın cavabdehin ümumi sahibkarlıq fəaliyyətinin mövcudluğunu inkar etməsə də, mübahisəli avadanlıqlar üzrə konkret iqtisadi nəticələrin müəyyən edilməsinin mümkün olmaması səbəbindən iddiaçının bu istiqamətdə irəli sürdüyü tələblər sübut edilməmiş hesab edilməlidir.
55. Iddiaçının digər dəlili - onun guya mebel istehsalı ilə məşğul olmaması, yalnız xammal idxalı və satışı ilə kifayətlənməsi barədə iddiası da iş materialları ilə təkzib olunur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan açıq şəkildə görünür ki, birgə fəaliyyətin məqsədi məhz mebel istehsalının təşkili olmuşdur. Bu məqsədlə texnoloji avadanlıqların idxalı, istehsal sahəsinin yaradılması və xxxxn alınması kimi kompleks tədbirlər həyata keçirilmişdir.
56. Bundan əlavə, iddiaçı MMC-nin dövlət qeydiyyatına alınması, nizamnamə kapitalının formalaşdırılması, vergi bəyannamələrinin təqdim olunması və mənfəət əldə edilməsi faktları hüquqi şəxsin məhz sahibkarlıq fəaliyyəti– o cümlədən istehsal fəaliyyəti ilə məşğul olduğunu göstərir. Iddiaçının yalnız xammal satışı ilə məşğul olması barədə iddiası isə bu obyektiv hallarla uzlaşmır və sübutlarla təsdiq edilmir.
57. Məhkəmə həmçinin nəzərə almışdır ki, əvvəlki məhkəmə instansiyalarının, o cümlədən kassasiya instansiyasının qərarlarında da tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası, avadanlıqların gətirilməsi və yerləşdirilməsi, habelə cavabdeh tərəfindən müqavilə şərtlərinin müəyyən hissəsinin pozulması kimi hallar artıq hüquqi qiymətini almışdır. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər yeni hüquqi və ya faktiki hallar kimi qiymətləndirilə bilməz.
58. Məhkəmə iş materiallarında olan sübutları qarşılıqlı şəkildə qiymətləndirərkən iddiaçı MMC-nin rəhbəri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxstərəfindən vergi orqanına təqdim edilmiş izahatı da mühüm sübut kimi nəzərə almışdır.
59. Belə ki, qeyd olunan izahatdan görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin mart ayından etibarən Gəncə şəhəri, S.Rahimov (Şıx düzü) ünvanında mebel dəstlərinin istehsalına başlanılmış, fəaliyyət dövründə 16 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyata alınmış, əlavə olaraq 12 nəfər şəxsin də faktiki olaraq işə cəlb edildiyi, lakin onlarla əmək müqaviləsinin hələ bağlanmadığı etiraf edilmişdir (III cild, i/v 126).
60. Iddiaçı və cavabdehin nümayəndələri tərəfindən isə məhkəmə iclasında etiraf olunan hal ondan ibarətdir Şıx düzü, X1 72A və X1 72 ünvanları eyni ərazidə, hətta eyni məhəllədə yerləşir (ortofoto məlumatı iş materiallarına əlavə edilmişdir).
61. Kollegiya hesab etmişdir ki, göstərilən izahat iş üzrə mübahisəli halların müəyyən edilməsi baxımından birbaşa əhəmiyyət kəsb edir və iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə ziddiyyət təşkil edir.
62. Belə ki, iddiaçının əsas arqumentlərindən biri onun mebel istehsalı fəaliyyəti ilə məşğul olmaması, yalnız xammal idxalı və satışı ilə kifayətlənməsi barədə olmuşdur. Lakin məhz iddiaçının öz rəhbəri tərəfindən rəsmi dövlət orqanına verilmiş izahatda müəssisənin konkret tarixdən etibarən mebel istehsalına başladığı, istehsal prosesinin təşkil edildiyi və bu məqsədlə işçi qüvvəsinin cəlb olunduğu açıq şəkildə etiraf edilir.
63. Məhkəmə qeyd etmişdir ki, sahibkarlıq subyektinin istehsal fəaliyyəti həyata keçirməsi üçün zəruri elementlərdən biri işçi qüvvəsinin mövcudluğudur. Istehsal prosesində 16 nəfər işçi ilə rəsmi əmək müqaviləsinin bağlanması və əlavə 12 nəfərin faktiki olaraq işə cəlb olunması müəssisədə real istehsal prosesinin təşkil olunduğunu göstərən mühüm göstəricidir. Bu hal iddiaçının yalnız ticarət fəaliyyəti ilə məşğul olması barədə mövqeyini inandırıcı etmir.
64. Bundan əlavə, izahatda istehsal fəaliyyətinin konkret ünvan üzrə və konkret tarixdən başlanması qeyd olunmaqla, müəssisənin fəaliyyətinin sistemli və davamlı xarakter daşıdığı təsdiq edilir. Bu isə təsadüfi və ya formal fəaliyyət deyil, real iqtisadi fəaliyyətin həyata keçirildiyini göstərir.
65. Kollegiya həmçinin nəzərə almışdır ki, həmin izahat vergi nəzarəti tədbirləri çərçivəsində verilmiş və rəsmi xarakter daşıyır. Belə izahatların hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar şəxsin öz iradəsi ilə, məsuliyyətini dərk edərək dövlət orqanına təqdim etdiyi məlumatlardır və sonradan məhkəmə prosesində bu məlumatlardan imtina edilməsi və ya onlara zidd mövqe tutulması inandırıcı hesab edilə bilməz. Hansı ki, həmin halları təkzib edəcək mötəbər sübut(lar) iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir.
66. Bu baxımdan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının öz rəhbəri tərəfindən verilmiş izahat müəssisənin faktiki olaraq mebel istehsalı ilə məşğul olduğunu, bunun üçün işçi qüvvəsi cəlb etdiyini və istehsal prosesinin real şəkildə həyata keçirildiyini təsdiq edir. Bu hal isə iddiaçının dəlillərində irəli sürdüyü “istehsal fəaliyyəti olmamışdır” məzmunlu dəlillərin əsassız olduğunu bir daha sübut edir.
67. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının avadanlıqların təhvil verilməməsi və faktiki istehsal fəaliyyətinin olmaması barədə dəlilləri iş materialları ilə təsdiq olunmur, əksinə mövcud sübutlar həmin dəlillərin əsassız olduğunu göstərir.
68. Sonda məhkəmə onu da qeyd etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla cavabdeh arasında 2017-ci il tarixində bağlanmış müqavilədən sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxstərəfindən cavabdehin adına texnoloji avadanlıq göndərilmiş, buna müvafiq cavabdehə təşviq sənədi verilmişdir.
69. Bundan sonra tərəflərin hər ikisinin təsisçiliyi ilə iddiaçı MMC yaradılmış və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla cavabdeh eyni ünvanda fəaliyyət göstərmişlər. Təşviq sənədi cavabdehin adına verildiyindən qanunvericiliyin tələblərinə əsasən güzəşt və imtiyazlardan (50 faiz vergidən azad olma və s.) yararlanaraq birgə istehsal proseseni həyata keçirmişlər.
70. 2017-2020-ci illər ərzində təşviq sənədi cavabdehin adına olduğundan istehsal onun adından həyata keçirilmiş və vergi güzəştlərindən yararlanmışlar. Iddiaçı MMC və “xxxx” MMC-lər yaradılması və avadanlığın onların nizamnamə kapitalına qoyulması bir daha təsdiq edir ki, avadanlıqlar hər zamanı X1 küçəsi 72A və 72 ünvanlarında olmuş və tərəflər avadanlıqdan birgə istifadə etmiş, hazır məhsul cavabdehin adına sənədləşdirilmiş və iddiaçı MMC-nin adından ixrac edilərək satışı təşkil olunmuşdur.
71. Belə ki, təşviq sənədi cavabdehin adına verilmiş və güzəşt və imtiyazlardan yararlanmaq hüququ da məhz ona məxsus olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla cavabdeh arasında münasibətlər 2020-ci ildən sonra pozulmuş və bu və ya buna bənzər iddialar məhz həmin dövrdən etibarən məhkəmələrə verilmişdir ki, 2020-ci ildən sonra avadanlıqlar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəhbəri olduğu “xxxx” MMC-nin sabibliyindədir.
72. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və qətnaməni işin faktiki hallarına uyğun olaraq əsaslandırmışdır. Iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edən mötəbər və inandırıcı sübutlarla təsdiq olunmamışdır.
73. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 16.1, 21.1, 21.2, 43.1, 43.5, 64.1, 157.5, 385.1, 386.1, 443.1, 443.2, 443.7, 448.1, 1096.1, 1096.2, 1097.1-ci; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “xxxxn verilməsi Qaydası”nın 1 və 2-ci bəndlərinə; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.3, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
74. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
75. Mülki Məcəllənin 157.5, 386.1, 425.1, 442, 443.1, 448.1, 448.2-ci maddələri üzrə - Iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş, habelə məhkəmələrin və digər dövlət qurumlarının sorğularına cavab olaraq əldə olunmuş sübutlar cavabdehin 2017-2020ci illər ərzində investisiya təşviqi və təsdiqedici sənədlər əsasında ölkəyə idxal edilmiş mübahisə predmeti olan dəzgah və avadanlıqlardan ünvan 1 ünvanında istifadə etməklə faktiki olaraq mebel istehsalı ilə məşğul olduğunu və bu fəaliyyətdən gəlir əldə etdiyini birmənalı şəkildə təsdiq edir. Bu hal Iqtisadiyyat Nazirliyinin yerində qiymətləndirmə aktları, vergi orqanının baxış və inventarizasiya protokolları, səyyar vergi yoxlaması aktı və arayışları, cavabdehin vergi bəyannamələri, əmək müqavilələri barədə məlumatlar, gömrük bəyannamələri, mal-materialların alınmasına və hazır mebel məhsullarının satışına dair elektron qaimələr, şahid ifadələri, digər məhkəmə qərarları, habelə cavabdehin öz izahat və kassasiya şikayətindəki məlumatları ilə təsdiq olunmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin sübutları onların qarşılıqlı əlaqəsi və məcmusu baxımından tam, hərtərəfli və obyektiv araşdıraraq qiymətləndirməmişdir.
76. Eyni zamanda, iş materiallarında olan sübutlar iddiaçı MMC-nin mübahisəli dövrdə mebel istehsalı ilə məşğul olmadığını, onun balansında istehsal sahəsi, dəzgah və avadanlıqların olmadığını, hazır mebel məhsullarını idxal və ya cavabdehdən satın almaqla onların satışını həyata keçirdiyini göstərdiyi halda, məhkəmə oxunması mümkün olmayan izahata əsaslanaraq avadanlıqların Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sərəncamında olması və ondan istifadə etməklə mebel istehsalının həyata keçirilməsi qənaətinə gəlmiş, bununla yanaşı, tərəflər arasında bağlanmış 2017-ci il # #### tarixli birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə, avadanlıqların cavabdehin adına göndərilməsinin məqsəd və hüquqi mahiyyətinə, habelə cavabdehin həmin avadanlıqları öz adına investisiya təşviqi sənədləri almaqla faktiki istifadəsinə lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə mövcud ziddiyyətləri aradan qaldırmaq və işin faktiki hallarını tam müəyyən etmək üçün zəruri sübutları, o cümlədən yerli baxış keçirməklə araşdırma aparmaq imkanına malik olduğu halda bunu etməmiş, nəticədə iş üzrə sübutlar tam və obyektiv araşdırılmadan qətnamə qəbul edilmişdir.
77. Mülki Prosessual Məcəllənin 9, 14.2, 15.4, 217.4, 218.1, 220.4, 403.2-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuş, iş üzrə sübutlar düzgün və tam qiymətləndirilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar, o cümlədən birinci instansiya məhkəməsinə təqdim edilmiş və apellyasiya instansiyası məhkəməsinə yenidən təqdim olunan səs yazıları və görüntülərlə bağlı sübutlar nəzərə alınmamışdır. Həmçinin, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən avadanlıqların sənədlərdə göstərilən ünvanda olması və onlardan faktiki olaraq kimin istifadə etməsi hallarının obyektiv müəyyən edilməsi məqsədilə yerli baxış keçirilməmişdir. Halbuki, məhkəmə bu mübahisəli halları formal mülahizələrə deyil, yerli baxış və iş materiallarında olan mötəbər sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsasən müəyyən etməli idi. Nəticədə, qətnamədə iş üzrə əhəmiyyətli və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, ayrı-ayrı sübutların qəbul və ya rədd edilməsinin əsasları, habelə məhkəmənin istinad etdiyi dəlillər və hüquqi əsaslar dəqiq göstərilməmiş, məhkəmə iş materiallarında olan sübutları lazımi qaydada qiymətləndirmədən öz fərziyyələrinə və proses iştirakçılarının əsassız məlumatlarına əsaslanmaqla iddiaçının qorunmalı hüquqlarını kobud şəkildə pozan əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
78. "Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə - Məhkəmə öz qətnaməsini düzgün əsaslandırmamış, yalnız öz fərziyyələri əsasında və düzgün hüquq normalarına istinad etmədən qərar qəbul etmiş, zəruri olan hüquq normalarına istinad etməmişdir.
79. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndi, 71-ci maddəsi, 127- ci maddəsinin II bəndi üzrə - Məhkəmə iddiaçının haqlı olan və sübutlara söykənən hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki iş materiallarında olan sübutlar düzgün və obyektiv araşdırılsaydı ədalətli qərar qəbul olunardı. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının konstitusion hüquqları pozulmazdı.
80. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli * nömrəli Qərarının 2.4-cü bəndi üzrə - Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə işə aidiyyəti olmayan normalara istinad etməklə, zəruri olan hüquqi sənədlərə (sübutlara) münasibət bildirmədən, öz mövqeyini, işin halları düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir.
81. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli * nömrəli Qərarının 6.2-ci bəndi üzrə - Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə və cavabdehin sözlə ifadə etdiyi hər hansı fakta söykənməyən fikirlərinə əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə öz mövqeyini əsaslandırmaq üçün düzgün hüquq normasına istinad etməmişdir. Yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. Bu isə məhkəmə qətnaməsinin əsaslı olmamasını təsdiq edən hallardır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
82. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
83. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
84. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
85. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabd ehdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
86. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
88. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir
89. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
90. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
91. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edildiyi kimi, “..kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
92. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
93. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun.
94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında təsbit edilmiş mövqeyə əsasən “..Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. ... Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır...”
95. Eyni zamanda Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflərinin hüquq və vəzifələrinin həyata keçirib-keçirmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına,
96. eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə qiymət verilməsi zəruridir
97. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
98. Apelyasiya instansiya məhkəməsi tərəflər arasında əvvəlki analoji münasibətlərini tərəflərin izahatlarını, rəsmi sənədləri digər sübutlarla birlikdə araşdıraraq qiymətləndirilmişdir.
99. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
100. Iddiaçı tərəfin vəsatətlə məhkəmə prosesinin şifahi icraat qaydasında keçirilməsi barədə vəsatətinə münasibətdə isə qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsinə görə, məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Göründüyü kimi, mülki qanunvericilik kassasiya baxışının şifahi icraat qaydasında keçirilməsi üçün iki xüsusi əsas müəyyən etmişdir. Beləliklə, qanunvericiliyin tələblərini və hazırkı işin hallarını nəzərə alan kollegiya işin şifahi icraat qaydasında baxılması üçün yuxarıda göstərilən əsasların mövcud olmadığı qənaətinə gəlir.
101. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.