Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-49/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: korporativ mübahisələr, hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) arasında olan mübahisələr, hüquqi şəxsin təsisçiliyindən çıxma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehin hüquqi şəxsin təsisçiliyindən çıxmış hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.1994-cü il ## #### tarixli, ***** nömrəli təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən müəyyən olunur ki, “xxxx” Kiçik müəssisəsi hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, təsisçiləri təsisçilər Cavabdeh, X4 və İddiaçı tərəfindən müəssisənin Nizamnaməsi təsdiq edilmişdir. 2.“xxxx” Kiçik Müəssisəsi təsisçilərinin ümumi yığıncağı üzrə 2024-cü il ## ##### tarixli, **/**** nömrəli qərarına əsasən təsisçilərdən İddiaçı “xxxx” Kiçik Müəssisəsinin direktoru kimi təsdiq edilməsi qərara alınmışdır. 3.İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 2024-cü il ## ######## tarixli pretenziya məktubundan müəyyən olunur ki, 3 (üç) təqvim günü müddətində “xxxx” Kiçik Müəssisəsinə müəssisənin təsisçiliyindən çıxma barədə ərizə ilə müraciət edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4.Iddiaçı İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra-“İ Əliyev”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “xxxx” Kiçik Müəssisənin balansında olan əmlakın ona düşən pay hissəsini satdığı, bu səbəbdən onun müəssisənin balansında olan əmlaka dair pay hüququ və nizamnamə kapitalında payının olmadığı üçün iddiaçının “xxxx” Kiçik Müəssisəsinin təsisçiliyindən çıxmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X4 və cavabdeh 1994-cü il tarixdə “xxxx” Kiçik Müəssisəsini təsis etmişlər. Təsisçilərin hər biri “xxxx” KM-də (şərikli tam ortaqlı müəssisədə) təsisçi olmaqla 1/3 hissədə pay hüququna malikdir. “xxxx” Kiçik Müəssisəsi təsis olunduqdan sonra mebel istehsalını həyata keçirirdi. Təsisçilər öz fəaliyyətlərini həyata keçirmək üçün X7 2004-cü il # ###### tarixli, **** nömrəli sərəncamı əsasında 5050 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə alaraq müəssisənin mülkiyyətinə keçirmişdir. Torpaq sahəsini alan zaman orada bir neçə tikili olmuşdur. Təxminən 2004- 2005-ci illərdə cavabdeh “xxxx” Kiçik Müəssisəsinin mülkiyyətində olan 5050 kv.m torpaq sahəsini satmaq üçün A.Rəhimova və iddiaçıya təkliflər etməyə başlamış, lakin həmin təkliflərlə razılaşma olmamışdır. Bundan sonra cavabdeh ehtiyacı olduğunu bildirməklə müxtəlif vaxtlarda ərazidə olan kiçik tikililəri sökməyə başlamış, digər təsisçilər isə buna etiraz etməmişlər. 2005-ci il tarixdə maddi imkanlar zəif olduğundan sexin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bundan sonra həmin ərazidə bərpa işləri aparılmış, yeni sexlər inşa edilmiş, təxminən 80000 manat pul xərclənmişdir. Lakin cavabdeh onlarla işləmək istəyən şəxslərə kənardan təsir edərək mane olduğundan yenidən fəaliyyət göstərə bilməmişlər. 2014-cü il tarixdə olan mülki mübahisələri ilə əlaqədar keçirilən məhkəmə iclası əsnasında məlum olmuşdur ki, cavabdeh X7 keçmiş sədri E.Salmanovla əlbir olmuş və E.X2 üçün ayrılan torpaq sahəsinin 4650 kv.m olduğunu təsdiqləyən saxta sərəncam hazırlayaraq 400 kv.m torpaq sahəsini 5050 kv.m torpaq sahəsindən ayırmışdır. Cavabdeh isə ümumi sahəsi 400 kv.m olan torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260 m olan ofis binasını 200000 ABŞ dolları məbləği müqabilində müəssisənin əmlakını qanunsuz sataraq əsassız varlanmışdır. Yuxarıda göstərilən hallar Binəqədi rayon Prokurorluğunun müstəntiqi Xəyal Şamxayzadə tərəfindən qəbul edilmiş 2022-ci il ## ### tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh Kiçik Müəssisənin balansında olan əmlakın ona düşən pay hissəsini satdığı və bu səbəbdən onun müəssisənin balansında olan əmlaka dair pay hüququ və nizamnamə kapitalında payının olmadığı sübut olunur. Bu səbəbdən cavabdehin “xxxx” Kiçik Müəssisəinin təsisçiliyindən çıxmış hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edilmişdir. 6.Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli 2024-cü il # ####### tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir (hakim L.Əliyeva). 7.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2024-cü il ## ###### tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və işin iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim M.Əkbərov, hakimlər T.Mahmudova və Z.Şirinov) 8.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Z.Axundova). 9.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, əvvəla, iddiaçı tərəfindən müəssisənin əmlakının cavabdehə düşən pay hissəsinin nədən ibarət olması, həmin hissənin cavabdeh tərəfindən satılması, müəssisənin balansında olan əmlaka dair cavabdehin pay hüququ və nizamnamə kapitalında payının olmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
10. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”xxxx“Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olmuş) 8 və 9-cu maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1, 14.2, 76.1, 77, 80, 81 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən müəssisənin əmlakının cavabdehə düşən pay hissəsinin nədən ibarət olması, həmin hissənin cavabdeh tərəfindən satılması, müəssisənin balansında olan əmlaklara dair cavabdehin pay hüququ və nizamnamə kapitalında payının olmamasına dair sübutları, həmçinin müəssisənin əmlaklarının (torpağın və üzərindəki tikililərin) mülkiyyət və balansda olma sənədlərini məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən məhkəmənin iddianı rədd etməsi əsaslı və qanuni olmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi eyni maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır.
18. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 43.1, 43.2, 11.1 (##.##.2000-ci ildən qüvvədə olan), 43.5, 47.1, 95, 96.1, 135.1 və 135.2-ci maddələri, “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9-cu maddələri üzrə- cavabdeh təxminən 2005-ci ilin noyabr ayında Binəqədi Bələdiyyəsinin sədri E.Salmanova müraciət edərək, “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 5050 kv.m torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsinin iki hissəyə ayrılmasına dair sərəncam vermək hüququ olmadığından E.Salmanov həmin torpaq sahəsinə dair verilmiş sərəncamı dəyişdirmişdir. E.Salmanov cavabdehə torpaq sahəsini kim almaq istəyirsə həmin şəxsin adına yenidən sərəncam verəcəyini bildirmiş, cavabdeh də onunla razılaşmışdır. Sərəncamla “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 5050 kv.m torpaq sahəsinə dair sərəncamı dəyişərək, yerinə eyni tarixli eyni sərəncamda 4650 kv.m torpaq sahəsinin ayrılmasını göstərmişdir. E.Salmanov torpaq sahəsinin cavabdehə məxsus olduğundan heç bir problemin olmayacağını düşünmüşdür. Çünki cavabdeh ona torpaq sahəsini tanışı Hacı Vidadi adlı şəxsə satdığını, sonuncunun da adına sərəncam almalı olmasından məlumatlı olduğunu bildirmişdir. Bundan sonra 2005-ci il # ##### tarixli ***/* saylı sərəncamla 400 kv m torpaq sahəsinin X5 adına qeydə alınmasına dair sərəncam vermişdir. Cavabdeh isə ümumi sahəsi 400 kv.m olan torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260 kv.m olan ofis binasını 200000 ABŞ dolları məbləği müqabilində müəssisənin əmlakını qanunsuz satmış və müəssisənin balansında olan əmlaka pay hüququndan məhrum olmuşdur. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən imzalanmış 2004-cü il # ###### tarixli, **** nömrəli “xxxx” Kiçik Müəssisəsinə torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında sərəncamın məzmunundan müəyyən olunur ki, Binəqədi Rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istehsalat sahəsi kimi istifadəsində olan 5050 m2 torpaq sahəsi “xxxx” Kiçik Müəssisəsinin alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir. Lakin hazırda “xxxx” X6 Qəsəbə ərazisində istifadəsində olan torpaq sahəsi hazırda 4.650 kv.m təşkil edir. Bu isə həmin torpaq sahəsinin 400 kv.m hissəsinin qanunsuz olaraq satıldığına dəlalət edir. Belə ki, Binəqədi Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş 2022-ci il ## ###### tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan müəyyən olunur ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən X1 barəsində CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Yəni Bələdiyyənin sərəncamı ilə “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 5050 kv.m torpaq sahəsinin faktiki olaraq saxta sərəncam ilə 4.650 kv.m torpaq sahəsi kimi göstərilməsi və həmin torpaq sahəsinin 400 kv.m hissəsinin qanunsuz olaraq alqı-satqı etməsi təsbit olunmuşdur. Bu hal isə cavabdehin razılığı ilə baş vermişdir. Həmin əmlakın satışından əldə olunan vəsait cavabdehə çatmışdır. Ona görə də cavabdeh Müəssisənin balansında olan əmlaka pay hüququndan məhrum olduğu üçün “xxxx” Kiçik Müəssisənin təsisçiliyindən çıxmış hesab edilməlidir. Məhkəmə tərəfindən iddiaçının sübutları nəzərə alınmamış, birinci instansiya məhkəməsi sonra isə apellyasiya instansiya tərəfindən maddi hüquq normalarının tələbi tam şəkildə pozulmaqla apellyasiya şikayəti əsassız olaraq təmin edilməmişdir.
20. MPM-in 4.1, 4.2, 8, 9, 14.1, 82.4, 88, 217.1, 217.2, 217.3, 418.1-ci maddələri üzrə- Binəqədi rayon Prokurorluğu tərəfindən tərtib edilmiş 2022-ci il ## ###### tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı iş üzrə preyudisial əhəmiyyətə malik olsa da, məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir. Belə ki, həmin qərarla Müəssisənin əmlakına aid torpaq sahəsinin saxta sərəncamla satılması təsdiq olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 45. Hüquqi şəxsin yaradılması ... 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.”
“Maddə 47. Hüquqi şəxsin nizamnaməsi 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “Investisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. ...”
“Maddə 71. Tam ortaqlıqda idarəetmə 71.1. Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər. ... 71.3. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilibedilmədiyindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o cümlədən ortaqlıq iştirakçılarının razılaşması üzrə imtina və ya məhdudlaşdırma əhəmiyyətsizdir.” ...” “Maddə 77. Iştirakçının tam ortaqlıqdan çıxması 77.1. Tam ortaqlıq iştirakçısının ixtiyarı var ki, ortaqlıqda iştirakdan imtina etdiyini bildirərək ortaqlıqdan çıxsın. 77.2. Iştirakçı tam ortaqlıqda iştirakdan imtina etdiyini ortaqlıqdan faktik çıxmasına ən geci altı ay qalmış bildirməlidir. 77.3. Ortaqlıqdan çıxmaq hüququndan imtina haqqında ortaqlıq iştirakçıları arasında razılaşma əhəmiyyətsizdir.”
“Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. ...
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, həmin dəlillər əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə düzgün hüquqi qiymət verilmişdir.
28. Kassator tərəfindən istinad edilən “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 2022-ci il ## ###### tarixli qərarda baxılan iş üzrə iddia tələbi ilə bilavasitə bağlı olan hər hansı məsələyə hüquqi qiymət verilmədiyi üçün həmin qərar MPM-in 82.4cü maddəsinin tələbləri baxımdan hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət daşımır.
29. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində məhkəmənin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqlaqiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində istinad olunan hər hansı maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
31. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.