Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-492/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh QSC-yə qarşı “françayzniq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ######## tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə F-48 françayzniq müqaviləsi üzrə 289.735 manat borc pul və ödənilmiş 581 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 4.
5. Cavabdeh 2026-cı il # #### tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh eyni zamanda kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə verərək bildirmişdir ki, iş üzrə 2026-cı il # ##### tarixli qətnamədən 2026-cı il ## #### tarixində kassasiya şikayəti vermiş, həmin qətnamə 2026cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli məktubla tərəflərə göndərilib və sistemə yerləşdirilib. 2026-cı il # ##### tarixli qətnamədən verdiyimiz kassasiya şikayəti üzrə müddəti ötürülməmiş sayıb, işi baxılması üçün Ali Məhkəməyə göndərilməsini, qətnamənin 2026-cı il # ##### tarixində yaradılıb, həmin tarixdə portala yerləşdirilməsinə baxmayaraq 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli məktubla tərəflərə göndərilməsini və sistemdən 2026-cı il ## ##### tarixində almağımızı nəzərə alıb müddətin bərpa edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *- *(*-*)-***/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdehin kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və E.Abdullayev).
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2026-cı il # ##### tarixli qətnamə cavabdehin nümayəndəsinin (vəkilin) elektron kabinetinə 2026-cı il ## ##### tarixində yerləşdirilmiş, qətnamədən kassasiya şikayəti vermə müddətinın axımı 2026-cı il ## ##### tarixindən başlamış və həmin müddət 2026-cı il ####un ##-də qurtarmışdır. Qeyd olunan qətnamədən kasassiya şikayəti 2026-cı il ## #### tarixində təqdim edilməklə müddət ötürülmüşdür.
9. Qeyd edilməlidir ki, müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, 2026-cı il ## #####in başlanğıcı saat 00:00:01-dən başlayır və iki aylıq müddət 2026-cı il ## #### saat 00:00:00-da bitir.
10. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, 2026-cı il # ##### tarixli qətnamə cavabdehin, habelə onun nümayəndəsi – vəkil Vəkil elektron kabinetlərinə 2026-cı il ## ##### tarixində saat 14:50-də yerləşdirilmişdir. Bu səbəbdən, qətnamənin cavabdehə və onun nümayəndəsinə rəsmi qaydada təqdim edilmə tarixi 2026-cı il ## ##### hesab edilməli, kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət də həmin tarixdən hesablanmalıdır.
11. Kassasiya şikayətinə əlavə edilmiş 2026-cı il ## #### tarixli müşayiət məktubuna (qətnamənin mətnindən görünür ki, "##.##.2026-cı il tarixli" ifadəsi texniki xəta nəticəsində yazılmış, "2026-cı il ## #####" ifadəsi nəzərdə tutulmuşdur) münasibətdə kollegiya bildirmişdir ki, həmin sənəd qətnamənin elektron kabinetdə yerləşdirilməsindən sonra tərtib edilmiş və yalnız məhkəmə aktının tərəflərə göndərilməsi barədə məlumat xarakteri daşımışdır. Müşayiət məktubu qətnamənin elektron kabinetdə yerləşdirilməsi faktını aradan qaldırmır və qətnamənin rəsmi qaydada təqdim edilmə tarixinin dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.
12. Beləliklə, müşayiət məktubunun sonradan elektron kabinetdə yerləşdirilməsi kassasiya şikayəti vermə müddətinin başlanğıcını dəyişmir. Kassasiya müddətinin hesablanması üçün hüquqi əhəmiyyət kəsb edən tarix qətnamənin cavabdehin və onun nümayəndəsinin elektron kabinetlərinə yerləşdirildiyi 2026-cı il ## ##### tarixidir. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət 2026-ci il ## #### tarixində sona çatsa da, kasassiya şikayəti 1 gün sonra 2026-cı il ## #### tarixində saat 23:44-də təqdim edilmişdir.
13. Ərizəçi müddəti ötürməsinə haqq qazandıracaq başqa əsas və buna dair sübut təqdim etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.2, 128.3, 129.1, 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın 2006-cı il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il # ### tarixli Qərarına istinadla əsaslandırmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
16. Mülki Prosessual Məcəllənin 133.1 və 135.8-ci maddələri üzrə - Bakı Apellyasiya Məhkəməsi 2026-cı il ## #### tarixli qərardadında qətnamənin cavabdehin elektron kabinetinə 2026-cı il ## ##### tarixində yerləşdirıldiyini göstərsə də, MPM-in 135.8-ci maddəsinə əsasən, məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi ilə yanaşı, bu barədə tərəfə məlumat da verilməlidir. Kassatorun fikrincə, qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə məlumat verilmədiyi halda, yalnız elektron kabinetə yerləşdirilməsi məhkəmə aktının qanunla müəyyən edilmiş qaydada çatdırılması kimi qiymətləndirilə bilməz.
17. Şikayətdə qeyd edilmişdir ki, vəkilin elektron məhkəmə kabinetində çoxsaylı məhkəmə işləri mövcud olduğundan, hər bir iş üzrə elektron kabinetə gündəlik daxil olaraq yeni sənədin yerləşdirilib-yerləşdirilmədiyini yoxlamaq mümkün deyildir. Məhz buna görə MPMin 135.8-ci maddəsində məhkəmə aktının elektron kabinetə yerləşdirilməsi ilə yanaşı, bu barədə məlumat verilməsi tələbi də nəzərdə tutulmuşdur ki, proses iştirakçısı elektron kabinetə daxil olaraq həmin sənədlə tanış ola bilsin.
18. Kassator bildirmişdir ki, iş materiallarında olan sənədlər və məhkəmənin işə əlavə etdiyi arayış yalnız qətnamənin elektron kabinetə yerləşdirilməsini təsdiq edir, lakin bu barədə məlumatın hansı tarixdə verildiyini təsdiq etmir. Bundan əlavə, qətnamənin elektron kabinetə 2026-cı il ## ##### tarixində yerləşdirildiyi göstərildiyi halda, bununla bağlı məktubun 2026-cı il ## ##### tarixini daşıması anlaşılmazlıq yaratmışdır. Kassatorun fikrincə, bu hal cavabdehin təqsirindən irəli gəlməmiş, yeni "Elektron məhkəmə" portalının istifadəyə verilməsi ilə əlaqədar yaranmış texniki problemlərlə bağlı olmuşdur. Bu baxımdan, məhkəmə həmin texniki halı nəzərə almalı idi.
19. Kassator həmçinin göstərmişdir ki, prosessual müddətin ötürüldüyü qəbul edilsə belə, həmin müddət cəmi bir gün təşkil etmiş və bu gecikmənin üzrlü səbəbi olmuşdur. Bundan başqa, müddətin bərpası haqqında vəsatətə baxılarkən elektron məhkəmə kabinetinə ASAN imza vasitəsilə daxil olunaraq göstərilən halların məhkəmə iclasında birbaşa yoxlanılması barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmiş və elektron kabinetə baxış keçirməmişdir. Kassator hesab etmişdir ki, bununla da kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsinə maneə yaradılmış və onun məhkəmə əlçatanlığı hüququ pozulmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlilləri aşağıdakı səbəblərə görə mübahisələndirilən qərardadın ləğvi üçün əsaslı hesab etmir.
23. Belə ki, prosessual qanunvericiliyin tələblərinə görə, “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlər vasitəsilə məhkəmə aktlarının təqdim olunması prosessual qanunvericiliklə rəsmi çatdırılma forması kimi tanınmışdır və həmin sənədlər elektron kabinetdə yerləşdirildiyi andan aidiyyəti şəxsə təqdim edilmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 135.5 və 135.8-ci maddələri).
24. Əlavə olaraq qeyd edilməlidir ki, , Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən “Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.”.
25. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi cavabdehin və onun nümayəndəsinin (vəkilin) elektron kabinetlərinə 2026-cı il ## ##### tarixində saat 14:50-də yerləşdirilmiş, eyni anda elektron poçt ünvanlarınada gondərilmişdir.
26. Həmçinin, Mülki Prosessual Məcəllənin 128.3 və 129.1-ci maddələrinin məzmununa əsasən, prosessual müddətin axımı, ümumi qayda olaraq, müddətin başlanmasının müəyyən edildiyi təqvim tarixindən və ya hadisənin baş verdiyi gündən sonrakı gündən başlayır. Illərlə hesablanan müddət müddətin son ilinin müvafiq ayında və günündə, aylarla hesablanan müddət isə son ayın müvafiq günündə başa çatır.
27. Belə olan halda, qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı 2026-cı il ## ##### tarixindən başlamış və həmin müddət 2026-cı il ####un ##-də qurtarmışdır. Qeyd olunan qətnamədən kasassiya şikayəti isə 2026-cı il ## #### tarixində təqdim edilməklə müddət ötürülmüşdür.
28. Kollegiya cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş vəsatətdə qeyd olunan dəlili əsaslı hesab etmir və belə qənaətə gəlir ki, buraxılmış prosessual müddət bərpa olunmamalıdır.
29. Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
30. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik tərəfindən iki aylıq müddət nəzərdə tutulması səbəbsiz deyildir. Belə ki, iki aylıq müddət tərəflərə ona görə verilmişdir ki, bu müddət ərzində məhkəmə aktından narazı olan tərəf əsaslandırılmış şikayətini hazırlaya, onu apellyasiya instansiya məhkəməsinə göndərə bilsin və şikayət geri qaytarıldığı təqdirdə nöqsanları düzəldərək müddəti ötürmədən yenidən şikayətini təqdim edə bilsin.
31. Kollegiya prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi gətirilən əsası üzrlü hesab etməyərək, həmin əsası şəxslərin özlərinin subyektiv fikri və onların özlərinin səhlənkarlığı kimi qiymətləndirərək qeyd edir ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
32. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu tərəfə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bu cür hallar olduğu isə öz təsdiqini tapmır.
33. Belə olan halda, apellyasiya məhkəməsinin prosessual müddətin bərpasından imtina etməsi qanunun tələblərinə uyğun olmuşdur.
34. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALIR:
Cavabdeh QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.