Məhkəmə qərarları › İş №2-2(1-8)-498/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-498/2026

21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-498/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xxxx xxxxnın cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Işin halları

1. Icarəyə verən xxxx (bundan sonra – “xxxx”) ilə icarəçi Cavabdehxxxx“MTK”) arasında bağlanmış 2017-ci il ## ### tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı qeyri-yaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən xxxx tərəfindən icarəçi MTK-ya icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak 2017-ci il ## ### tarixli AB05M52 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 2020-ci il ## ### tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən MTK tərəfindən icarəyəverənə aylıq 200 manat icarə haqqı ödənilməsi təsbit edilmişdir (*M-*** nömrəli notariat işi).

2. Icarəyə verən xxxx ilə icarəçi MTK 2017-ci il ## ### tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı qeyri-yaşayış sahəsi ünvanında yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi icarəyəverən xxxx tərəfindən icarəçi MTK-ya icarəyə verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə icarəyə verilən əmlak 2017-ci il ## ### tarixli AB05M53 qeydiyyat nömrəli müqaviləyə əsasən tam mülkiyyət üzrə icarəyəverənə məxsusdur. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 2020-ci il ## ### tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndində icarəyə götürən MTK tərəfindən icarəyəverənə aylıq 300 manat icarə haqqı ödənilməsi təsbit edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir (*M-*** nömrəli notariat işi).

3. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən xxxx xxxx cavabdeh MTK-ya qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi barədə iddiasının təmin edilməsi, tərəflər arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin MTK-ya icarəyə verilməsinə dair 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin MTK-ya icarəyə verilməsinə dair 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsinin xitam verilmiş hesab edilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin və Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin cavabdeh MTK tərəfindən boşaldılması və xxxx xxxx təhvil verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2025-ci il # ######## tarixində müvafiq qaydada icraya yönəldilmiş və Abşeron rayon Icra və probasiya şöbəsinin icra məmuru Orxan Ismayılov 2025-ci il # ######## tarixində Sumqayıt Kommersiya Məhkəməsinin e-*-*(***)-***/****-*** nömrəli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir.

4. Abşeron rayon Icra və probasiya şöbəsinin rəis müavini, icra məmuru, tələbkar xxxx nümayəndəsi, borclu MTK-nın nümayəndəsi tərəfindən imzalanmış 2025-ci il ## ####### tarixli akta əsasən, Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi yeri müəyyən edilərək tələbkara təhvil verilmişdir.

5. Abşeron rayon Icra və probasiya şöbəsinin rəis müavini, icra məmuru, tələbkar xxxx nümayəndəsi, borclu MTK-nın nümayəndəsi tərəfindən imzalanmış 2025-ci il ## ####### tarixli akta əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsi ölçülərək tələbkara təhvil verilmişdir.

6. xxxx 2025-ci il # ######## tarixinədək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı- Şamaxı yolunun 14-cü kilometrində yerləşən Cavabdeh yaşayış kompleksində inşa edilmiş bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 19.800 manat icarə haqqının, eləcə də həmin kompleksdə yerləşən bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 29.700 manat icarə haqqının ödənilməsini MTK-dan tələb etmişdir (xxxx tərəfindən 2025-ci il ## ###### tarixində MTK-ya göndərilmiş pretenziya məktubu).

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. xxxx (bundan sonra – “xxxx”) 2025-ci il # ######## tarixində MTK-ya (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyriyaşayış sahəsinin cavabdehə icarəyə verilməsinə dair 2017-ci il ## ### tarixində 3M *** reyestr nömrəli icarə müqaviləsi üzrə 19.800 manat icarə haqqının, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14 cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsinə dair 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 29.700 manat icarə haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 239 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq xxxxya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2017-ci il ## ### tarixli AB**M** nömrəli alqı-satqı müqaviləsi üzrə xxxx 65.000 manat ödəyərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində yerləşən, bina 3, blok 1, ** saylı, ümumi sahəsi 130 kvadratmetr olan qeyriyaşayış sahəsini, 2017-ci il ## ### tarixli AB**M** nömrəli alqı-satqı müqaviləsi üzrə isə 120.000 manat ödəyərək həmin kompleksdə yerləşən, bina 1, blok 1, ** saylı, ümumi sahəsi 240 kvadratmetr olan qeyri-yaşayış sahəsini almışdır. Əmlakları aldıqdan sonra MTK-nın sədri X1 xahişi ilə hər iki əmlakın cavabdehə icarəyə verilməsinə razılıq vermiş və 2017-ci il ## ### tarixində Bakı şəhəri ** saylı notariat ofisində müvafiq olaraq 3M-*** və 3M-*** reyestr nömrəli icarə müqavilələri bağlanmışdır. Müqavilələr üzrə icarə müddəti 2020-ci il ## ### tarixinədək müəyyən edilmiş, müddətin bitməsinə bir ay qalmış müqavilənin pozulmasına dair təklif irəli sürülmədikdə icarə müddətinin bir il müddətinə uzadılmış hesab edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan 2021-ci il ## ### müqavilələrin son müddəti olmuş və müqavilə şərtinə əsasən müddət yalnız bir dəfə, bir il müddətinə uzadılmışdır. Hər iki müqavilə üzrə icarə haqları bu günədək xxxxya ödənilməmiş, bütün icarə haqlarının birlikdə ödəniləcəyi bildirilmiş, xxxx isə cavabdehə olan inamına və X1 xahişlərinə görə müqavilə müddətində ödəniş edilmədən, sonradan ödənilmək şərtilə əmlaklarından istifadəyə razılıq vermişdir. Lakin müqavilə müddəti bitdikdən və bir il uzadıldıqdan sonra da ona heç bir ödəniş edilməmiş, müəyyən edilmiş müddətdən artıq iki ildən çox vaxt keçməsinə baxmayaraq cavabdeh hazırda hüquqi qüvvəsi olmayan müqavilədən əsassız şəkildə istifadə edərək əmlakları boşaldıb təhvil verməmiş və icarə haqlarını ödəməyərək xxxxya əlavə ziyan vurmuşdur. xxxx cavabdehə qarşı “icarə müqavilələrinin xitam verilmiş hesab edilməsi, əmlakların boşaldılması və təhvil verilməsi” tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Dəfələrlə yazılı və şifahi xəbərdarlıqlara və illər üzrə ödənilməli icarə haqlarının tam ödənilməsinin tələb edilməsinə baxmayaraq pozuntu davam etdiyindən, sonuncu dəfə pretenziya məktubu göndərilərək 2025-ci il # ######## tarixinədək 130 kvadratmetr sahəyə dair 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 19.800 manat, 240 kvadratmetr sahəyə dair 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə isə 29.700 manat icarə haqqının ödənilməsi tələb edilmişdir.

9. Cavabdeh 2025-ci il ## ###### tarixində ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə xxxxnın iddia tələbi "icarə haqqı" tələbidir. Qeyd edilən tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, xxxxnın bildirdiyinə görə o, 2017-ci il müqavilələrindən irəli gələn və ödənilməyən icarə haqqlarını tələb edir. Lakin icarə haqqı üzrə iddia müddəti 3 ildir. Buna görə məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması xahiş edilmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-2-2(119) ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsinə dair 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 7.200 manat icarə haqqı, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsinə dair 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 10.800 manat icarə haqqı və 144 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 18.144 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xxxxya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – H.Alıyeva).

11. Məhkəmə iş materialları ilə müəyyən etmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, icarəyə verən xxxx icarəçi cavabdeh ilə bağladığı 2017-ci il ## ### tarixində 3M-*** reyestr nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 3, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 130 kvadrat metr olan qeyri-yaşayış sahəsini və 2017-ci il ## ### tarixli 3M- *** reyestr nömrəli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolunun 14-cü kilometrində Cavabdeh yaşayış kompleksində inşa edilən, bina 1, blok 1, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermiş və həmin qeyri-yaşayış sahələri faktiki olaraq 2025-ci ilin oktyabr ayına kimi cavabdehin istifadəsində olmuşdur. xxxx həmin müqavilələrdən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən icarə haqları ödənilməməklə, öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də xxxx cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə əsasında xxxxdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının xxxxya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında xxxxdan qeyriyaşayış sahələrini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, xxxx ödənilməmiş icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş etmişdir.

14. Bununla bağlı məhkəmə bildirmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).

15. Göründüyü kimi, xxxx isə həmin müqavilələrin bağlandığı tarixlərdən 8 il 3 ay müddətinə hesablanmış icarə haqqı borclarının ödənilməsini tələb edir.

16. Məlum olduğu kimi, icarə müqaviləsi üzrə ödənilməli icarə haqqı vaxtaşırı ödəmədir – bu vaxtaşırılıq günlərlə, həftələrlə, aylarla, rüblərlə və ya illərlə müəyyənləşdirilə bilər. Hazırkı işdə vaxtaşırılıq aylıq olaraq müəyyənləşdirilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olması nəzərə alınmaqla, cavabdehin hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən əsaslı hesab edilməklə, son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan icarə haqqı borcuna üç illik iddia müddəti tətbiq edilməli və son üç il ərzində ödənilməmiş icarə haqları–2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 7.200 manat (aylıq icarə haqqı 200 manat x36 ay (3 il)=7.200 manat) və 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 10.800 (aylıq icarə haqqı 300 manat x36 ay (3 il)=10.800 manat) məbləğində icarə haqqı cavabdehdən tutularaq xxxxya ödənilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 372.1, 373.2, 373.3, 375.2, 385.1, 425.1, 427.3, 442, 675, 700.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 cü maddəsinin şərh edilməsinə dair” 2001ci il ## ###### tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il ## ###### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 88, 107, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – R.Xəlilov, hakimlər – Z.Məmmədov və İ.Dəmirov).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə icarə münasibətlərindən irəli gələn icarə haqqının tutulması tələbi ilə bağlıdır. xxxx 2017-ci ildən başlayaraq bütün dövr üzrə icarə haqqının ödənilmədiyini bildirərək ümumi sahəsi 130 kvadrat metr olan qeyriyaşayış sahəsi üçün 19.800 manat və ümumi sahəsi 240 kvadrat metr olan qeyri-yaşayış sahəsi üçün isə 29.700 manat məbləğlərində icarə haqlarının tutulmasını tələb etmişdir.

22. Cavabdeh isə apellyasiya şikayətində göstərmişdir ki, xxxx faktiki olaraq uzun müddət sonra iddia qaldırmış, iddia müddəti ötürülmüş, birinci instansiya məhkəməsi isə iddia müddətinin tətbiqi barədə ərizəni düzgün qiymətləndirməmişdir. Eyni zamanda cavabdeh iddia tələbinin məhkəmə baxışı zamanı dəyişdirilməsini prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirmişdir.

23. Məhkəmə kollegiyası iş materialları ilə müəyyən etmişdir ki, cavabdeh icarə predmetindən (qeyri-yaşayış sahələrindən) istifadə etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş icarə haqlarını tam və vaxtında ödəməmişdir. Bu səbəbdən xxxxnın icarə haqqının tutulması barədə tələbi əsaslıdır.

24. Lakin mübahisənin həllində əsas hüquqi məsələlərdən biri iddia müddətinin tətbiqidir.

25. Hazırkı iş üzrə icarə haqqı aylıq öhdəlik olduğundan hər ay üzrə ayrıca tələb hüququ yaranır və hər bir aylıq ödəniş üçün iddia müddəti ayrıca hesablanmalıdır. Bu baxımdan 2017-ci ildən etibarən yaranmış bütün borcun tam şəkildə 2025-ci ildə tələb edilməsi hüquqi baxımdan iddia müddətinin keçmiş hissəsinə şamil edilə bilməz.

26. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir və bu səbəbdən yalnız son 3 illik dövr üzrə tələblər təmin edilə bilər.

27. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə əsaslı hesab etdikdə son üç ildən əvvəlki dövr üçün hesablanaraq tələb olunan icarə haqları – 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 7.200 manat (aylıq icarə haqqı 200 manat x 36 ay (3 il)=7.200 manat) və 2017-ci il ## ### tarixli 3M-*** reyestr nömrəli icarə müqaviləsi üzrə 10.800 (aylıq icarə haqqı 300 manat x 36 ay (3 il)=10.800 manat) məbləğində müəyyən edərək tutulması təmin etmişdir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu yanaşma Mülki Məcəllənin 373-cü maddəsinin mahiyyətinə, iddia müddətinin hüquqi təyinat prinsipinə uyğundur.

29. Cavabdehin iddia tələbinin məhkəmə baxışı zamanı dəqiqləşdirilməsi ilə bağlı dəlillərinə gəldikdə isə qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsi iddia tələbinin dəyişdirilməsi və ya dəqiqləşdirilməsi qaydasını müəyyən edir. Lakin bu məsələ iddia müddətinin tətbiqi institutuna təsir etmir və maddi hüquqi nəticəni dəyişmir. Iddia müddəti prosessual deyil, maddi hüquq normasıdır və onun tətbiqi yalnız qanunla müəyyən edilmiş qaydada mümkündür.

30. Eyni zamanda cavabdehin iddia müddətinin tam tətbiq olunmalı olduğu barədə dəlilləri də əsaslı hesab edilə bilməz, çünki icarə haqqı üzrə hər ay ayrıca öhdəlik yaranır və bu öhdəliklərin bir hissəsi üçün iddia müddəti keçmiş, bir hissəsi üçün isə keçməmiş hesab olunur. Bu səbəbdən birinci instansiya məhkəməsinin yalnız son üç il üzrə tələbi təmin etməsi qanunvericiliyə uyğun və düzgün hüquqi yanaşmadır.

31. Bununla yanaşı qətnamənin icrası zamanı qeyri-yaşayış sahələrinin xxxxnın göstərişi ilə deyil, icra məmurları tərəfindən mütəxəssisin iştirakı ilə müəyyən edilərək xxxxya təhvil verilməsi, təhvil verilən sahələrin təmirsiz vəziyyətdə olması, icarə müqaviləsinə əsasən kirayəyə verən əmlakı istifadəyə verməli, kirayəçi isə yalnız istifadə etdiyi əmlaka görə icarə haqqı ödəyərək MTK-ya faktiki təhvil verilməmiş və istifadəsində olmayan qeyri-yaşayış sahələrinə görə icarə haqqının tələb edilməsi barədə xxxxnın hüquqdan sui-istifadə etməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası nəzərə almışdır ki, tərəflər arasında 2017-ci il ## ### tarixli icarə müqavilələrinin mövcudluğu tərəflərin üzərinə qarşılıqlı öhdəliklər qoyur və bu öhdəliklər qüvvədə olduğu müddətdə icrası məcburidir. Mülki qanunvericiliyin tələbinə görə, müqavilə tərəflər üçün qanun qüvvəsinə malikdir və birtərəfli qaydada ondan imtina və ya icrasından yayınma yol verilməzdir. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqavilələri etibarsız hesab edilməmiş, ləğv olunmamış və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verilməmişdir. Buna görə də, həmin müqavilələr üzrə öhdəliklər, o cümlədən icarə haqqının ödənilməsi öhdəliyi qüvvədə qalır.

32. Cavabdeh tərəfindən irəli sürülən “əmlakın təhvil verilməməsi” arqumenti müqavilə öhdəliklərinin icrasından tam azad olunmaq üçün əsas hesab edilə bilməz. Belə ki, əgər kirayəçi əmlakın təhvil verilmədiyini iddia edirsə, bu halda o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin ləğvini tələb etməli və ya öhdəliyin icrasının mümkünsüzlüyünü sübuta yetirməlidir. Əks halda, mövcud müqavilə münasibətləri çərçivəsində öhdəliklərin icrasından yayınması kimi qiymətləndirilməlidir.

33. Bundan əlavə, tərəflər arasında əvvəllər formalaşmış münasibətlər, o cümlədən eyni şəxsin həm MTK ilə bağlılığı, həm də müqavilələrin bağlanması zamanı mövcud olan etimad münasibətləri, bağlanmış müqavilələrin hüquqi nəticələrini aradan qaldırmır. Müqavilələrin mövcudluğu və qüvvədə olması faktı əsas götürülməlidir.

34. Beləliklə, icarə müqavilələrinin mövcud olduğu şəraitdə cavabdehin icarə haqqını ödəməkdən imtina etməsi müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilməlidir və bu hal öhdəliyin icra edilməməsinə əsas verən hüquqi səbəb hesab edilə bilməz.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh mövcud tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməklə gəldiyi nəticə əsaslı olmuşdur.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 324.1, 372.1, 373.1-373.3, 375.1, 375.2, 377.1-377.3, 385.1, 385.2, 390.1, 399.1-399.4, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 675, 700.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76, 77.1, 88, 89.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

38. Mülki Məcəllənin 372.1, 373.2, 373.3, 375.2-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il ## ###### tarixli Qərarı üzrə - Iddia tələbi “icarə haqqı” tələbidir. Həmin tələb üzrə iddia müddəti keçmişdir. Bu barədə cavabdeh tərəfindən ərizə ünvanlanmış və iddianın rədd olunması xahiş edilmişdir. Yalnız bundan sonra xxxx tərəfindən məhkəmə baxış iclasında iddia tələbi dəqiqləşdirilmişdir. Iddia tələbinin dəqiqləşdirilməsi tələbinin məhkəmə baxış iclasında dəqiqləşdirilməsi qanunvericiliyin tələbinə ziddir. Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən xxxx işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya xxxx bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Yəni xxxx öz hüquqlarından sui istifadə edərək tam icarə haqqı tələb etmiş, sonradan ərizənin verildiyini görüb məhkəmə baxış iclasında iddianı dəqiqləşdirmiş və məhkəmə dəqiqləşdirməni icraata qəbul etmişdir. Halbuki xxxx öz iddia tələbini əvvəldə dəqiqləşdirmiş formada verə bilərdi. Bu yeni hal deyildir ki, xxxxnın dəqiqləşdirməsini məhkəmə icraata qəbul etsin. Göründüyü kimi məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizəni tam təmin edərək iddianı rədd etməli olduğu halda etməyərək maddi normanın tələbini pozmuşdur.

39. Mülki Məcəllənin 675, 700.1-ci maddələri üzrə - Tərəflər arasında 2017-ci il ## ### tarixli AB05M52 və AB**M** nömrəli alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr üzrə qeyri-yaşayış sahələrinin dəyəri müvafiq olaraq 65.000 manat və 120.000 manat müəyyən edilmiş, lakin xxxx tərəfindən ödənişlər həyata keçirilməmişdir. Tərəflər arasındakı etimad münasibətlərinə əsasən ödənişlər tələb edilməmiş, həmin qeyri-yaşayış sahələri 2017-ci il ## ### tarixli icarə müqavilələri əsasında cavabdehə icarəyə verilmişdir. Sonradan tərəflər arasında münasibətlər kəskinləşmiş, xxxxnın iddiası əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli qətnaməsi ilə icarə müqavilələrinə xitam verilmiş və qeyri-yaşayış sahələrinin ona təhvil verilməsi qət edilmiş, həmin iş üzrə cavabdeh tərəfindən alqı-satqı müqavilələri üzrə ödənişlərin edilmədiyi və ödəniş qəbzlərinin olmadığı bildirilmiş olsa da, məhkəmə həmin əqdləri etibarlı hesab etmişdir. Bu səbəbdən xxxxnın müqavilələr üzrə öhdəliklərini, xüsusilə ödəniş öhdəliyini icra etməməsi nəzərə alınaraq, müqavilələrin ləğv edilmiş hesab olunması barədə iddia qaldırılmış və iş hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Bundan əlavə, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin icrası zamanı icra məmurları tərəfindən mütəxəssisin iştirakı ilə alqı-satqı müqavilələrindəki ünvanlara uyğun olaraq qeyri-yaşayış sahələrinin yerləri müəyyən edilmiş və təmirsiz halda olan iki qeyri-yaşayış sahəsi xxxxya təhvil verilmişdir. Buna baxmayaraq, xxxx təhvil vermədiyi və MTK-nın istifadəsində olmayan qeyri-yaşayış sahələrinə görə icarə haqqı tələb edir ki, bu da hüquqlardan sui-istifadədir. Məhkəmə qeyd edilən normaları düzgün tətbiq etməyərək maddi normaların tələblərini pozmuşdur.

40. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Elsholz Almaniyaya qarşı” iş üzrə 2000-ci il ## #### tarixli, “Blucher Çex Respublikasına qarşı” iş üzrə 2005-ci il ## ###### tarixli, “Van de Hurk Hollandiya qarşı” iş üzrə 1994-cü il ## ##### tarixli Qərarları; Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin İ və VII hissələri, 127-ci maddəsinin II hissəsi, 129-cu maddəsinin III hissəsi, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 88, 217.1 və 217.3-cü maddələri üzrə - Məhkəmə işdə olan sübutlara səthi yanamış və düzgün hüquqi qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı xxxx tərəf etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayəti əsassızdır və iş materialları ilə təsdiq olunmur. Belə ki, tərəflər arasında 2017-ci il ## ### tarixli 3M-*** və *M-*** nömrəli icarə müqavilələri bağlanmış, həmin müqavilələr üzrə aylıq 200 və 300 manat icarə haqqı müəyyən edilmişdir. Cavabdeh icarə predmetlərindən istifadə etdiyi halda icarə haqlarını tam və vaxtında ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq tərəflər arasındakı münasibətləri icarə münasibətləri kimi qiymətləndirmiş, icarə haqqının vaxtaşırı icra edilən öhdəlik olduğunu nəzərə alaraq, Mülki Məcəllənin 373.2, 373.3 və 375.2-ci maddələrinə əsasən hər aylıq ödəniş üzrə iddia müddətinin ayrıca hesablanmalı olduğu qənaətinə gəlmişdir. Cavabdehin iddia müddətinin tam tətbiq edilməli olması barədə dəlili əsaslı olmadığından məhkəmələr yalnız son üç illik dövr üzrə icarə haqqını – *M-*** nömrəli müqavilə üzrə 7.200 manat, *M-*** nömrəli müqavilə üzrə isə 10.800 manat məbləğində müəyyən edərək iddianı həmin hissədə təmin etmişlər. Eyni zamanda, cavabdehin iddia tələbinin məhkəmə baxışı zamanı dəyişdirilməsi barədə dəlili də iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdehin istinad etdiyi ərizə iddia tələbinin dəqiqləşdirilməsi deyil, iddia müddətinin keçməsi barədə ərizəyə verilmiş izahlı münasibət olmuşdur. Bundan əlavə, qeyri-yaşayış sahələrinin sonradan icra qaydasında xxxxya təhvil verilməsi icarə müqavilələri üzrə əvvəlki dövrə aid öhdəlikləri, o cümlədən icarə haqqının ödənilməsi öhdəliyini aradan qaldırmır. Beləliklə, kassasiya şikayətinin dəlilləri iş materialları və məhkəmələrin müəyyən etdiyi faktiki hallar ilə ziddiyyət təşkil etdiyindən formal mülahizələrdən ibarətdir və apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas yarada bilməz. Odur ki, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunur.

Kassasiya baxışının hədləri

42. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Kassasiya şikayəti verən tərəfin iddia müddətinin ötürüldüyünü, bu barədə ərizə verildikdən sonra xxxxnın məhkəmə baxışı zamanı iddia tələbini dəqiqləşdirməsinin Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə zidd olduğunu və bu səbəbdən iddianın tam rədd edilməli olduğu dəlilinə münasibətdə qeyd edilir ki, icarə haqqı aylıq öhdəlik olduğundan hər bir aylıq ödəniş üzrə iddia müddəti ayrıca hesablanmalıdır. Bu səbəbdən iddia müddətinin tətbiqi bütün tələbin deyil, yalnız müddətin keçdiyi hissənin rədd edilməsinə səbəb ola bilər. Birinci və apellyasiya instansiyası məhkəmələri də düzgün olaraq son üç il üzrə yaranmış icarə haqqının tutulmasını mümkün hesab etmişlər.

49. Eyni zamanda tərəf kassasiya şikayətində alqı-satqı müqavilələri üzrə xxxxnın öhdəliklərini icra etmədiyini, qeyri-yaşayış sahələrinin yalnız 2025-ci ildə təhvil verildiyini və bu səbəbdən icarə haqqının tutulmasının hüquqdan sui-istifadə olduğunu dəlil olaraq qeyd etmişdir.

50. Məhkəmə kollegiyası bu dəlili münasibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış 2017-ci il ## ### tarixli AB05M52 və AB**M** nömrəli alqı-satqı müqavilələrinin xxxx tərəfindən icra olunmaması məsələsi bu baxışın predmeti deyil və buna görə də həmin dəlil ümumiyyətlə müzakirə olunaraq qiymətləndirilməsi yolverilməzdir.

51. Həmçinin tərəflər arasında 2017-ci il ## ### tarixli icarə müqavilələrinin bağlanması və onların hazırkı iş üzrə etibarsız hesab edilməməsi müəyyən edilmişdir. Alqısatqı müqavilələri üzrə mövcud olduğu iddia edilən öhdəliklər icarə müqavilələri üzrə icarə haqqının ödənilməsi öhdəliyini öz-özlüyündə aradan qaldırmır.

52. Odur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən halları düzgün qiymətləndirərək birinci instansiya məhkəməsinin iddianın son üç il üzrə qismən təmin edilməsi barədə nəticəsi ilə əsaslı olaraq razılaşmışdır.

53. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar