Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-510/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh5, cavabdeh4 MMC, cavabdeh3, cavabdeh2 və “xxxx” X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, məhkəmə aktının apellyasiya qaydasında yoxlanılmış hissəsi digər tərəfin şikayəti üzrə təkrarən mübahisələndirildikdə, apellyasiya instansiyası məhkəməsinin işə baxma hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı ASC-nin cavabdehlər cavabdeh5, cavabdeh4 MMC, cavabdeh3, cavabdeh2 və “xxxx” X3 qarşı “pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *- *(*-*)-***/**** nömrəli qərardadından maraqlı şəxs maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı QSC-nin cavabdеhlər cavabdeh4 MMC-yə, cavabdeh3, cavabdeh2, “xxxx” Istehsal-Kommersiya Müəssisəsinə və cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə ***R********** nömrəli krеdit razılaşması üzrə 139.452.59 manat krеdit bоrcu, 9.640.71 manat faiz bоrcu və 3.848.88 manat cərimə olmaqla, ümumilikdə cəmi 152.942,18 manat məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin cavabdeh5 məxsus Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi * nömrəli evin *** nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 152.942,18 manat məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh4 MMC, cavabdeh3, cavabdeh2,“xxxx” Istehsal- Kommersiya Müəssisəsindən və cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
3. Cavabdeh cavabdeh5 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, 2022-ci il ## ######## tarixli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh5 iddiaçı ilə 2021-ci il ## ######## tarixli ipoteka müqaviləsi ləğv edilməklə mülkiyyətində olan Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsindəki * nömrəli evin *** nömrəli mənzilin ipoteka yüklülüyünün dəyişdirilərək zamin “xxxx” IKM-nin 4 348 699, 83 manat təşkil edən əmlakının üzərinə yönəldilib həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il # ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
5. Azərbaycan Respublikası Ali Məhkəmənin 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim - K.Abiyeva, hakimlər – B.Qəribov və E.Şamayev).
6. Bundan sonra işdə iştirak etməyə cəlb edilməmiş şəxslər olan maraqlı şəxs2 və X1 ayrı-ayrılıqda 2026-cı il # ###### tarixində Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişlər.
7. Həmin şikayətlərin arqumentləri ipoteka müqaviləsinin ləğvi və ipoteka predmetinin dəyişdirilməsi ilə bağlı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinə tutma yönədilməsi hissəsində ləğv edilməsinə yönəldilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə maraqlı şəxs2 və maraqlı şəxs1 Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi üzrə hüquq və maraqlarına toxunan şəxs kimi tanınması və onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2026-cı il # ##### tarixli *-*(*- *)-***/**** nömrəli qərardadı ilə iş üzrə tərəf olmayan maraqlı şəxs2 və maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri mümkün hesab olunmuşlar.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxslər maraqlı şəxs2 və maraqlı şəxs1 tərəfindən verilmiş şikayətlərə dair iş apellyasiya baxışından çıxarılması qərara alınmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsindən əvvəllər cavabdeh S. Hüseynova tərəfindən də apellyasiya şikayəti verilmiş, cavabdeh5 apellyasiya şikayətində ipoteka müqaviləsinin ləğv edilməli olması və ipoteka predmetinin dəyişdirilərək kredit borcunun zamin “xxxx” IKM-nin əmlakına yönəldilməsi barədə dəlillər irəli sürməklə qətnamənin əsaslılığını ipotekaya tutma yönəldilməsi hissəsində mübahisələndirmiş və həmin şikayətə əsasən qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində apellyasiya qaydasında artıq bir dəfə yoxlanılaraq həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra apellyasiya instansiyası məhkəməsi qətnaməsi cavabdeh5 kassasiya şikayəti əsasında kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə birinci instansiya məhkəməsinin qətnaməsinin ipotekaya tutma yönəldilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən yoxlanılması mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir.
12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 384.0, 384.0.6-cı maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il ## ####### tarixli **/**** nömrəli Qərardadına istinadla əsaslandırmışdır.
13. Maraqlı şəxs maraqlı şəxs2 kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin apellyasiya məhkəməsinə baxılması üçün göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikasının Konistitusiyasının 26 və 60-cı maddələri və Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 357.1 və 357.2-ci maddələri üzrə - Maraqlı şəxs maraqlı şəxs2 gedən proseslərdən xəbəri olmayıb, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi * nömrəli evin *** nömrəli mənzili böyük bir ailənin yeganə yaşayış yeridir. Maraqlı şəxs maraqlı şəxs2 həmin mənzildə pasport qeydiyyatında olmaqla yanaşı həmin mənzildə yaşayır, yeganə yaşayış yeri həmin evdir. Bu səbəbdən məhkəmə maraqlı şəxslər tərəfindən təqdim olunacaq sübutları ətraflı araşdırmalı və ədalətli məhkəmə qətnaməsi qəbul etməlidir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il ## ####### tarixli **/**** nömrəli Qərardadında aşağıdakılar göstərilmişdir:
“Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.... Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası maraqlı şəxs maraqlı şəxs2 kassasiya şikayətində irəli sürdüyü dəlilləri aşağıdakı səbəblərə görə mübahisələndirilən qərardadın ləğvi üçün əsaslı hesab etmir.
18. Iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli qətnaməsinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsi cavabdeh cavabdeh5 apellyasiya şikayəti əsasında artıq apellyasiya instansiyasında yoxlanılmış və dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə aktı isə kassasiya instansiyasında da yoxlanılaraq dəyişdirilmədən saxlanılmışdır.
19. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh5 kassasiya şikayəti əsasında daha əvvəl Ali Məhkəmə tərəfindən tam yoxlanılmış qətnamənin, maraqlı şəxs maraqlı şəxs2 apellyasiya şikayəti əsasında yenidən apellyasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020-ci il ## ####### tarixli **/**** nömrəli qərardadında da vurğulanmışdır.
21. Həmin qərardadın 43-cü bəndinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun Mülki Prosessual Məcəllənin 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir
22. Kassasiya şikayətinin, məhkəmə proseslərindən xəbərsiz olması, mübahisəli mənzilin onun və ailəsinin yeganə yaşayış yeri olması, həmin ünvanda qeydiyyatda olması və yaşaması barədə, dəlilləri məhkəmə müdafiəsi hüququ ilə bağlı olsa da, bu hallar artıq apellyasiya və kassasiya instansiyalarında yoxlanılmış məsələnin yenidən apellyasiya baxışının predmetinə çevrilməsi üçün hüquqi əsas yaratmır.
23. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALIR:
Maraqlı şəxs2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.