Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-563/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətindən imtina qəbul edilərək kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “əmlakların və ya onların dəyərinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair ərizəyə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 1 ədəd 200 tonluq X1 aparatının, 11 ədəd müxtəlif ölçülü pres qəliblərinin, 1 ədəd 50 tonluq pres avadanlığının, 1 ədəd 100 tonluq pres avadanlığının, 1 ədəd Gelatin 3 mt dəzgahının, 1 ədəd 45 dərəcə kəsim dəzgahının, 1 ədəd Cnc mdf aparatının, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgahın, 1 ədəd yatar mişarın, 1 ədəd 500 It-lik kompressorun, 1 ədəd toz-boya peçi 6 mtnln, 6 ədəd kontakt qaynaq dəzgahının, 8 ədəd G02 balonunun, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf listin, 40 ədəd tam satışa hazır qapının, 55 ədəd mənzil qapısı üçün xammalın, 30 ədəd yanğından mühafizə şitinin qapısının, 105 ədəd qapı hazırlanması üçün hazır mdf Nstm. anbardakı qapı aksessuarları və kiçik alətlərin, 2 ədəd hər birinin həcmi 2.000 lt olan dizel yanacağı saxlanc çəninin cavabdehin qanunsuz sahibliyindən azad olunaraq iddiaçıya təqdim edilməsi, əmlakın bir qisminin və ya hamısının təhvil verilməsi mümkün olmadıqda iddiaçıya məxsus 1 ədəd 200 tonluq X1 aparatının qarşılığı olaraq 120.000 manat, 11 ədəd müxtəlif ölçülü pres qəliblərinin qarşılığı olaraq 40.000 manat, 1 ədəd 50 tonluq pres avadanlığının qarşılığı olaraq 15.000 manat, 1 ədəd 100 tonluq pres avadanlığının qarşılığı olaraq 20.000 manat, 1 ədəd Gelatin 3 mt dəzgahının qarşılığı olaraq 44.000 manat, 1 ədəd 45 dərəcə kəsim dəzgahının qarşılığı olaraq 10.000 manat, 1 ədəd Cnc mdf aparatının qarşılığı olaraq 25.000 manat, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgahın qarşılığı olaraq 15.000 manat, 1 ədəd yatar mişarın qarşılığı olaraq 7.500 manat, 1 ədəd 500 It-lik kompressorun qarşılığı olaraq 2.500, 1 ədəd toz-boya peçi 6 mt-nin qarşılığı olaraq 35.000 manat, 6 ədəd kontakt qaynaq dəzgahının qarşılığı olaraq 13.000 manat, 8 ədəd G02 balonunun qarşılığı olaraq 1.500 manat, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf listin qarşılığı olaraq 7.500 manat, 40 ədəd tam satışa hazır qapının qarşılığı olaraq 18.000 manat, 55 ədəd mənzil qapısı üçün xammalın qarşılığı olaraq 22.000 manat, 30 ədəd yanğından mühafizə şitinin qapısının qarşılığı olaraq 12.000 manat, 105 ədəd qapı hazırlanması üçün hazır mdf listin qarşılığı olaraq 11.000 manat, anbardakı qapı aksessuarları və kiçik alətlərin qarşılığı olaraq 40.000 manat və 2 ədəd hər birinin həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəninin qarşılığı olaraq 2.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – G.Namazova).
3. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli 2- *(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
5. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ###### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
7. Kassasiya baxışı zamanı *-*(*-*)-***/**** nömrəli iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış 2026-cı il # ######## tarixli ərizədə hazırki iş üzrə verilmiş kassasiya şikayətindən imtina edildiyi bildirilmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “...dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.”
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”
“Maddə 410. Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 410-cu maddəsinə tələblərinə (bax § 9) əsaslanaraq qeyd edilməsini zəruri hesab edir ki, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə razılaşmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
11. Kollegiya iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtina barədə 2026cı il # ######## tarixli ərizəyə yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, şikayətdən imtinanın qəbul edilməməsi üçün Mülki Prosessual Məcəllənin 410.2-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından, imtina qəbul edilməli və iddiaçının şikayətinə münasibətdə kassasiya icraatına xitam verilməlidir.
12. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 410-cu maddəsini rəhbər tutaraq,
QƏRARA ALDI:
Iddiaçı “xxxx” MMC-nin kassasiya şikayətindən imtinası qəbul edilsin. Hazırki iş üzrə “xxxx” MMC-nin kassasiya şikayətinə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.